23.12.2020 Views

ATGTI Hesabat 2020

  • No tags were found...

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

AZƏRBAYCAN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATLARI İTTİFAQI | HESABAT 2020

63


HESABAT 2020 | AZƏRBAYCAN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATLARI İTTİFAQI

64


İLLİK HESABAT

2020

Azərbaycan Tələbə

Gənclər Təşkilatları İttifaqı



“Ölkə üçün, xalq üçün gənclik hər şeydən qiymətlidir. Gəncin

sağlam böyüməsi, yaxşı təhsil alması hər bir millətin, xalqın

ən dəyərli sərvətidir. Çünki o, millətin, xalqın gələcəyidir,

millətin, xalqın daimiliyidir, əbədiliyidir”.

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV



AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN

“AZƏRBAYCAN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATLARI İTTİFAQI”

İCTİMAİ BİRLİYİNİN TƏSİS QURULTAYINA MÜRACİƏTİ

Hörmətli qurultay iştirakçıları!

Sizi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının

birinci qurultayının keçirilməsi münasibəti

ilə təbrik edirəm, hər birinizə can sağlığı, təhsilinizdə

və ictimai fəaliyyətinizdə uğurlar arzulayıram.

Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycan

gəncliyini milli inkişafın tükənməz mənbəyi hesab

edir, müasir dünyada məhz gənc nəslin yaradıcı

gücündən səmərəli istifadə etməyi bacaran ölkələrin

strateji üstünlüyə malik olacağına və biliklərə

əsaslanan iqtisadiyyatı uğurla quracağına inanırdı.

Ulu öndər cəmiyyətin bu təbəqəsinin dövlət quruculuğuna

yaxından cəlb edilməsi və ictimai-siyasi

fəallığının təmin olunması üçün çox mühüm işlər

görmüşdür.

Onun təşəbbüsü ilə müvafiq nazirlik yaradılmış,

dövlət gənclər siyasətinin əsas istiqamətləri müəyyənləşdirilmiş,

qanun və proqramlar qəbul edilmiş,

gənclərin ictimai-siyasi həyatda fəal iştirakı təmin

olunmuşdur. Hazırda gənclərimiz dövlət idarəçiliyi,

iqtisadiyyat, mədəniyyət, idman və başqa sahələrdə

müvəffəqiyyətlə çalışır, Azərbaycanı beynəlxalq

aləmdə layiqincə təmsil edirlər. Siz gənclər müstəqil

Azərbaycanda həyata göz açmış nəslə mənsub

insanlar olaraq azad ölkənin azad vətəndaşları

kimi böyüyüb başa çatmağınızla fəxr etməlisiniz,

müstəqilliyin qazanılmasında xidmətlər göstərmiş

insanların müasirləri olmaqdan qürur hissi keçirməlisiniz.

Eyni zamanda, sizin qarşınızda böyük vəzifələr

dayanır. Bu isə ölkəmizin qüdrətinin daha da

artırılması, xalqımızın rifah halının yaxşılaşdırılması

naminə günün tələblərinə cavab verən bilik və bacarıqlara

yiyələnmək tələbini irəli sürür. Qloballaşan

və sürətlə dəyişən dünyanın reallıqları ən yeni texnologiyaların

sirlərini mənimsəməyi, onlardan çevik

faydalanmağı olduqca aktual edir. İnformasiya cəmiyyətinin

qurulması yolunda uğurlu addımlar atan

Azərbaycan sizin simanızda milli mənəvi dəyərlərimizi,

ana dilimizi, adət-ənənələrimizi qoruyub yaşadan

və ümumbəşəri ideyaları mənimsəyərək dünyanın

qabaqcıl gəncliyi ilə inteqrasiya proseslərinə

töhfələr verməyə hazır olan nəslin nümayəndələrini

görür. Sizin ahəngdar surətdə hərtərəfli şəxsiyyət

kimi yetişməyiniz üçün ölkəmizdə hər cür şərait vardır.

Bu gün Azərbaycan – qüdrətli dövlətdir. Onun

iqtisadiyyatı, mədəniyyəti, təhsili dinamik inkişaf

edir. Azərbaycanın gələcəyi məsuliyyətli qərarlar

qəbul etməyə, milli mənafeləri qorumağa və zamanın

çağırışlarına cavab verməyə qadir mütəxəssislərdən

asılı olacaqdır. Biz bu kadrların hazırlanması

məqsədi ilə ölkəmizdə təhsilin səviyyəsini yüksəltməklə

yanaşı, gənclərin xaricdə ən vacib ixtisaslar

üzrə ali təhsil almasını nəzərdə tutan Dövlət Proqramını

həyata keçiririk.

Ümidvaram ki, qurultay zamanı aparacağınız müzakirələr

və qəbul edəcəyiniz qərarlar bu istiqamətdə

gələcək fəaliyyətinizdə sizə dəstək olacaqdır.

Əminəm ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları

İttifaqı ölkəmizdə vətəndaş cəmiyyətinin nüfuzlu bir

qurumuna çevriləcəkdir.

Dərin hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 noyabr 2009-cu il



AZƏRBAYCAN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATLARI İTTİFAQI | HESABAT 2020

Azərbaycan Tələbə Gənclər

Təşkilatları İttifaqı

«Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı» 20

noyabr 2009-cu ildə təsis edilib. 2010-cu ilin mart ayında

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət

qeydiyyatına alınıb. İlk təsis olunduğu illərdə 39 təhsil

müəssisəsinin Tələbə Gənclər Təşkilatını özündə cəmləşdirən

İttifaq hazırda Azərbaycan Respublikasının 100

Ali və Orta ixtisas təhsil müəssisəsində fəaliyyət göstərən

Tələbə Gənclər Təşkilatını özündə birləşdirir. Bu təhsil

müəssisələri sırasına həm paytaxt, həm də regionların

təhsil müəssisələri aiddir.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının

(ATGTİ) məqsədi təhsil müəssisələrində təhsilin inkişafına

kömək göstərmək, tələbələrin maraqlarını təmsil və

müdafiə etmək, respublikanın ictimai-siyasi, mədəni,

sosial-iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir.

ATGTİ bu məqsədə nail olmaq üçün aşağıdakı

istiqamətlərdə fəaliyyət göstərir:

• tələbələri təhsilə və elmi-tədqiqat işlərinə həvəsləndirmək

üçün elmi konfranslar, müsabiqələr,

olimpiadalar, elmi-əyləncəli oyunlar, seminarlar,

dəyirmi masalar, təlim kursları təşkil etmək;

• təhsil müəssisələrinin ictimai həyatında tələbə

gənclərin fəallığını artırmaq;

• tələbələrin hüquqlarını müdafiə etmək;

• tələbə gənclər arasında bəşəri dəyərləri təbliğ etmək,

vətəndaş cəmiyyətinin inkişafında onların

rolunun artırılmasına nail olmaq;

• tələbə gənclərdə vətənpərvərlik və milli-mənəvi

dəyərlərə bağlılıq ruhunun aşılanması üçün tədbirlər

həyata keçirmək;

• tələbələrin asudə vaxtının səmərəli təşkilinə nail

olmaq məqsədilə mədəni-kütləvi tədbirlər təşkil

etmək;

• respublikanın daxilində və xarici ölkələrdə keçirilən

müsabiqələrdə, olimpiadalarda, sərgilərdə,

festivallarda, idman yarışlarında istedadlı və yaradıcı

tələbələrin iştirakını təmin etmək.

İttifaq yarandığı gündən gənclərin elmi, mədəni, sosial

inkişafını rəhbər tutaraq fəaliyyət istiqamətini qurmuşdur.

Tələbə gənclərin təhsil sahəsində hüquqlarının

təmsil və müdafiəsinə daim dəstək göstərib. ATGTİ tələbə

gənclərin istənilən mövzuda müraciətlərinə xüsusi

diqqətlə yanaşıb. Həyata keçirilən bir çox layihə gənclərin

təklif və ideyaları əsasında reallaşdırılıb.

Ötən 11 il ərzində İttifaq əhatə etdiyi tələbə gənclərin

sayına və nüfuzuna görə Cənubi Qafqazın ən böyük

tələbə təşkilatı olub.

7


MÜNDƏRİCAT

Könüllülər ilinə həsr olunmuş görüş...........................................................................10

Könüllülər İli çərçivəsində keçirilən XII-ci Liderlik Məktəbi ...............................12

2020-ci il Enactus Azərbaycan Qış Məktəbi.............................................................14

Tələbə Gənclər Təşkilatlarında Hesabat-Seçki konfransları................................16

“Tələbə Baharı” - XIII Ümumrespublika tələbə yaradıcılığı festivalı................17

2020-ci il ərzində TGT-lərlə baş tutmuş iclaslar......................................................18

MüəlliminİZ burada!..........................................................................................................20

AKƏM-in Könüllü qonşu aksiyasında iştirak............................................................22

HəkimlərimİZ........................................................................................................................23

Vebinarlar..............................................................................................................................24

Şahmatda onlayn gediş ...................................................................................................26

Ümummilli Lider Heydər Əliyevin 97 illiyinə həsr olunmuş video-çarx............ 28

Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramovun

TGT Sədrləri ilə online formatda görüşü...................................................................30


MÜNDƏRİCAT

“Cümhuriyyətə aparan yol” mövzusunda videokonfrans....................................32

Tələbə sual verir..................................................................................................................34

#2020Məzun........................................................................................................................35

Rezidenturaya birlikdə hazırlaşaq................................................................................36

“Biz Birlikdə Güclüyük” adlı rəsm müsabiqəsi.........................................................37

İctimai Debatlar...................................................................................................................38

#BizBirlikdəGüclüyük.........................................................................................................39

Tovuz hadisələri zamanı fəaliyyət.................................................................................40

#TGTMəzun...........................................................................................................................42

TGT Boot Camp...................................................................................................................43

“Xoş Gəldin!” layihəsi........................................................................................................44

Vətən müharibəsi zamanı fəaliyyət.............................................................................48

“ZəfərimİZin Əsasları” mövzusunda mühazirə........................................................58

ATGTİ-nin fəaliyyəti üzrə statistik göstəricilər ..........................................................60


HESABAT 2020 | AZƏRBAYCAN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATLARI İTTİFAQI

Könüllülər ilinə həsr olunmuş görüş

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı 17

yanvar 2020-ci ildə Bakı Gənclər Mərkəzində müxtəlif Ali

və orta ixtisas təhsili müəssisələrinin tələbə gənclər təşkilatlarının

fəalları ilə görüş təşkil etmişdir.

Görüşdə gənclərin fərdi inkişafına təkan vermək,

onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin

potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı

üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci

ilin Azərbaycan Respublikasında “Könüllülər ili” elan

edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti

İlham Əliyevin sərəncamından irəli gələrək “Könüllülər

ili” ərzində göstəriləcək fəaliyyət, təşkil olunacaq tədbirlərə

dair müzakirələrin aparılması olub. Tələbə gənclər

təşkilatlarına öz fəaliyyətlərində və bütün müvafiq təd-

10


AZƏRBAYCAN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATLARI İTTİFAQI | HESABAT 2020

birlərdə könüllülük prinsiplərinin nəzərə alınması, bu

prinsiplərin geniş təbliği məqsədilə müvafiq həştəqlərin

paylaşılması tövsiyə edilmişdir.

Görüş zamanı tələbələr tərəfindən Azərbaycan Respublikasının

Prezidenti İlham Əliyevin könüllülüyün inkişafı,

gənclərin könüllülük fəaliyyətinə cəlb olunması və

ümumilikdə gənclərin inkişafına xüsusi qayğı və diqqəti,

gənclər sahəsində həyata keçirilən siyasətin prioritet olaraq

müəyyən olunması xüsusi qeyd olunub və gənclərə

yaradılan şəraitə görə dövlət başçısına təşəkkür edilib.

Daha sonra ATGTİ-nin 2020-ci il ərzində həyata keçirəcəyi

layihələrin ilkin müzakirəsi aparılıb. İnteraktiv şəkildə

davam edən görüşdə tələbələr sual və təklifləri ilə

çıxış ediblər. Həmçinin, tələbələr İttifaq tərəfindən Bakı

Gənclər Mərkəzində “Təklif və ideyalar” üçün nəzərdə

tutulan, “1 tələbə =1 təklif” şüarı altında yerləşdirilən

qutulardan istifadə etməklə, öz təklif və ideyalarını bölüşüblər.

287

təklif

300

fəal iştirakçı

11


HESABAT 2020 | AZƏRBAYCAN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATLARI İTTİFAQI

Könüllülər İli çərçivəsində keçirilən

XII-ci Liderlik Məktəbi

6

Gün

5

Panel

müzakirəsi

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi

tərəfindən Azərbaycan Tələbə Gənclər Təşkilatları

İttifaqının (ATGTİ) təşkilatçılığı ilə tələbələr üçün “Liderlik

Məktəbi” layihəsi keçirilmişdir. Layihədə iştirak üçün

1000-dən çox tələbə müraciəti qeydə alınmışdır, onlardan

müsabiqə tələblərini ödəyən 500-ə yaxın müraciətçi

müsahibəyə dəvət olunmuşdur, və sonda onlar arasından

120 tələbə düşərgədə iştirak hüququ qazanmışdır.

“Könüllülər İli” çərçivəsində keçirilən XII “Liderlik

Məktəbi” 10-16 fevral tarixlərində Gəncə şəhərində

baş tutub. “Liderlik Məktəbi” layihəsində iştirak

edən 120 tələbə “Gənclik”, “Gələcək”,

“İnkişaf” “Birlik” və “Liderlik” komanda

şəklində iştirak ediblər. Komandalar 10 fevral

tarixində Bakıdan Gəncəyə yola düşərək yarışmaya start

veriblər. Layihənin həyata keçirilməsində əsas məqsəd

tələbələrə liderlik, komanda ilə işləmək, vaxtın düzgün

idarə olunması və s. kimi xüsusiyyətlərin aşılanması,

gənclərin sosial fəallığının artırılması, ölkəmizi yerli və

xarici arenada layiqincə təmsil edəcək mütəxəssislərin

formalaşdırması olmuşdur. Tələbələrə peşəkar təlimçilər

tərəfindən “Liderlik”, “Layihələrin yazılması”, “Könüllülük”

“Media” və “Menecment Üsulları” mövzularında təlimlər

keçirilmişdir. Təlimlərlə yanaşı, tələbələr “Qarabağ

Azərbaycandır!”, “Media”, “İdman”, “2020 Bizim

İlimİZdir”, və “Gənclər siyasəti” mövzularında

təşkil olunmuş panellərdə iştirak ediblər.

İştirakçı tələbələr media və mətbuat,

Menecment

Üsulları

Media

120

İştirakçı

Könüllülük

1000+

müraciətçi

Təlim

mövzuları

Layihələrin

yazılması

Liderlik

12


AZƏRBAYCAN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATLARI İTTİFAQI | HESABAT 2020

Qarabağ

Azərbaycandır!

Media

İdman

müzakirəsi:

2020 Bizim

İlimİZdir

Gənclər siyasəti

5

Panel

layihələrin yazılması kimi fəaliyyətlərlə məşğul olmaqla

yanaşı, həmçinin, hazırladıqları səhnəcikləri sosial

gecələrdə nümayiş etdirmişdilər. Layihənin sonuncu

günündə tələbələr təlim materialları əsasında tərtib

olunmuş imtahanda iştirak ediblər.

Bu layihə ATGTİ-nin təşkilatçılığı ilə keçirilən sayca 12-

ci Liderlik Məktəbidir, və bundan öncə Lənkəran, Quba,

Qəbələ, Xızı, Şəki, Xaçmaz, Tovuz, Şəmkir, Mingəçevir

və Daşkəsən şəhərlərində, həmçinin, Naxçıvan Muxtar

Respublikasında keçirilmişdir.

5

Komanda

25

Təlim

13


HESABAT 2020 | AZƏRBAYCAN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATLARI İTTİFAQI

2020-ci il Enactus Azərbaycan Qış Məktəbi

Azərbaycan Respublikasının Gənclər Fondu, BP

şirkətinin maliyyə dəstəyi və Azərbaycan Tələbə Gənclər

Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə Enactus

Azərbaycan proqramı çərçivəsində 28 fevral – 1 mart

tarixlərində Bakı şəhəri Park Inn otelində 2020-ci il Enactus

Azərbaycan Qış Məktəbi keçirilmişdir.

Qış Məktəbinin açılışında Azərbaycan Gənclər

Fondunun icraçı direktoru Fərid Cəfərov, BP-nin

Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə əlaqələr,

xarici işlər və strategiya üzrə vitse prezidenti Bəxtiyar

Aslanbəyli, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə

heyətinin sədri Orxan Məmmədov və ATGTİ-nin sədri və

Enactus Azərbaycan ölkə üzrə rəhbəri Faiq Məmmədov

çıxış ediblər.

Bildirilib ki, Enactus Azərbaycan Qış Məktəbi tələbələrdə

biznes bacarıqlarını inkişaf etdirməklə sahibkarlığın

təşviq olunması məqsədini daşıyır. Proqram çərçivəsində

müxtəlif mövzularda silsilə təlimlər keçirilmişdir, burada

həmçinin, dünya praktikasında olan ən uğurlu layihələr

barədə məlumat verilmiş və interaktiv oyunlarla tələbələrə

öyrəndikləri nəzəri bilikləri real həyatda tətbiq etmə

imkanı yaradılmışdır.

Qış Məktəbində Azərbaycanın 20 universitetini təmsil

edən Enactus komandaları olmaqla ümumilikdə 150

nəfər iştirak etmişdir. Tədbir zamanı hər komandanın

öz layihə ideyalarını formalaşdırmasına fərdi dəstək

göstərilmiş, sosial sahibkarlıq sahəsində peşəkar

mütəxəssislər tərəfindən layihə planlarının yazılması,

biznes və startapların idarə olunması, özünə məşğulluğun

təmin olunması, layihənin uzun müddətli icra prosesində

qarşıya çıxa biləcək problemlər və bu problemlərin aradan

qaldırılması ilə bağlı təlimlər keçirilmişdir.

Tədbirin son günündə gənclərin tədbir haqqında olan

təəssüratlarını öyrənmək üçün sorğu keçirilmişdir daha

sonra əyləncəli konsert proqramı təşkil olunmuşdur.

Qeyd edək ki, Enactus Proqramı 1975–ci ildə ABŞ-da

14


AZƏRBAYCAN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATLARI İTTİFAQI | HESABAT 2020

yaradılıb və indiyədək 72 000-dən artıq proqram iştirakçısı

2 milyondan çox insanın həyatını dəyişıb və cəmiyyətə

müxtəlif töhfələr verib. Azərbaycan Enactus Proqramına

2005-ci ildən qoşulub. Proqram gənclərə nəzəri biliklərini

praktikada tətbiq etmək, biznes, təhsil və sosial layihələrini

həyata keçirmək, azad sahibkarlığı təbliğ etməklə öz

arzularını gerçəkləşdirməyə kömək edir. Eyni zamanda,

gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunması, xüsusilə

də ölkədə kiçik və orta sahibkarlığa dəstək proqramın əsas

məqsədlərindən biridir. Dünyanın müxtəlif ölkələrində hər

il keçirilən müsabiqələrin qalibi olan universitetlər Enactus

Global tərəfindən ayrı-ayrı ölkələrdə təşkil olunan Enactus

Dünya Müsabiqəsində öz dövlətini və universitetini

təmsil edir. Azərbaycan Enactus Milli komandası ötən il

ABŞ-ın Kaliforniya ştatının San-Xose şəhərində keçirilmiş

“Enactus-2019” dünya çempionatında yüksək nailiyyət

qazanaraq qrup liqasında qalib seçilib və 14 ildə ilk dəfə

olaraq yarımfinal mərhələsinə keçib.

12

Təlim

3

Gün

150

İştirakçı

20

Təhsil Müəssisəsi

15


HESABAT 2020 | AZƏRBAYCAN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATLARI İTTİFAQI

Tələbə Gənclər Təşkilatlarında

Hesabat-Seçki konfransları

3

Seçki

4357

seçici

7

namizəd

2020-ci ilin ilk ayları ərzində Bakıda yerləşən

müxtəlif təhsil müəssisələrində fəaliyyət göstərən

Tələbə Gənclər Təşkilatının Hesabat-Seçki konfransları

keçirilib. Hesabat-seçki konfransları yeni

əsasnaməyə uyğun olaraq təhsil müəssisəsinin

bütün tələbələrinin səs vermədə iştirak etmə

imkanına sahib olduğu tam şəffaf formada keçirilmişdir.

Yeni seçki qaydalarına əsasən hər bir

tələbə təhsil müəssisəsinin TGT-sində sədr, sədr

müavini və fakültə sədri vəzifələrinə seçə və seçilə

bilər.

Qeyd olunmuş qaydalara uyğun olaraq 2020-ci

ilin ilk ayları ərzində Bakı Ali Neft Məktəbi, Azərbaycan

Respublikası Prezidenti yanında Dövlət

İdarəçilik Akademiyası və Azərbaycan Dillər Universitetində

seçkilər keçirilmiş, yeni heyətləri formalaşdırılmışdır.

Seçki nəticələrinin elan olunduğu hesabat-seçki

konfranslarında həmçinin əvvəlki mandat

dövrü üzrə fəaliyyətlərə dair hesabatlar təqdim edilmişdir.

Təssüf ki pandemiya səbəbindən digər təhsil

müəssisələrində keçirilməsi planlaşdırılan növbəti

seçkilər müvəqqəti olaraq təxirə salınmışdır.

16


AZƏRBAYCAN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATLARI İTTİFAQI | HESABAT 2020

“Tələbə Baharı” - XIII Ümumrespublika

tələbə yaradıcılığı festivalı

15

təhsil müəssisəsi

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin

və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının

birgə təşkilatçılığı ilə “Tələbə Baharı” adlı XIII Ümumrespublika

tələbə yaradıcılığı festivalı keçirilmişdir. Festivalın

keçirilməsində məqsəd, tələbə yaradıcılıq kollektivlərini

inkişaf etdirmək, ali təhsil müəssisələrində fəaliyyət

göstərən dərnəklər arasında gənclərin mübadiləsini təşkil

etmək, tələbələrin estetik tərbiyə sistemini təkmilləşdirmək,

yaradıcı və istedadlı gəncləri üzə çıxarmaqdır.

Eyni zamanda gənclərə dövlət qayğısını artırmaq, onların

asudə vaxtlarının səmərəli təşkil edilməsi sahəsində səyləri

gücləndirmək, yeni ünsiyyət və əlaqələrin formalaşdırılmasına

şərait yaratmaq da, layihənin əsas istiqamətlərindəndir.

İstedadlı gənclərin üzə çıxarılmasında vacib

rol oynayan layihənin seçim turlarına bu dəfə 15 ali təhsil

müəssisəsindən 200-dən çox gənc qatılıb. 29 may

tarixində isə “Tələbə Baharı” festivalının qala-konserti

keçirilmişdir. 2007-ci ildən başlayaraq tələbələr arasında

keçirilən bu tədbir 2020-ci ildə ilk dəfə onlayn formatda

keçirilmişdir.

200+

İştirakçı

17


HESABAT 2020 | AZƏRBAYCAN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATLARI İTTİFAQI

2020-ci il ərzində TGT-lərlə baş tutmuş iclaslar

ATGTİ-nin 2020-ci il boyunca əsasən onlayn olmaqla

Bakı və region təhsil müəssisələrinin TGT nümayəndələri

ilə bir çox iclası baş tutmuşdur. ATGTİ

sədrinin və katibliyinin üzvlərinin iştirakı ilə keçən

iclaslar uğurlu keçmiş, İttifaqın işinin təşkilinə öz

töhfəsini vermişdir. İlin əvvəlindən etibarən fiziki

olaraq keçirilən iclaslar, Mart ayından etibarən yeni

növ koronavirus (COVID-19) infeksiyasının yayılması

səbəbilə onlayn iclaslarla əvəz olunmuşdur. İclasların

effektivliyinin təmin olunması məqsədilə 2020-

ci ildən etibarən ATGTİ tərəfindən TGT-lər qruplara

bölünmüş, hər ay sonu keçirilən bütün İttifaqı əhatə

edən ümumi iclaslardan əlavə olaraq qruplarla onlayn

görüşlər keçirmişdir.

Pandemiya dövründə İttifaqın işi ay ərzində ayrı-ayrı

qruplarla keçirilən iclaslar və hər ayın sonunda

baş tutan ümumi iclaslar vasitəsilə təşkil olunmuşdur.

Qrup mexanizminin tətbiq edilməsi İttifaq

olaraq il ərzində görülən işlərdə TGT-lərin rolunun

individual yanaşma tətbiq etməklə artırılmasına gətirib

çıxarmışdır. Eyni zamanda TGT-lərin öz daxili

idarə heyəti iclaslarının və digər görüşlərinin maneəsiz

təşkil edə bilməsi üçün ATGTİ tərəfindən

TGT-lər lisenziyalı zoom akkauntları ilə təmin edilmişdir.

İclasların nəticəsində yaradılan sosial media

qrupları 44-günlük Vətən Müharibəsi dövründə genişləndirilmiş

erməni təxribatından sonra başlayan

cəbhəboyu əməliyyatlarda ordumuza sosial mediada

geniş dəstək strategiyası izlənilmişdir.

Fevral ayından etirabarən biri fiziki olmaqla keçirilən

18 iclasda ümümi 363 TGT nümayəndəsi iştirak

etmişdir.

18


AZƏRBAYCAN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATLARI İTTİFAQI | HESABAT 2020

363

İştirakçı

18

İclas

19


HESABAT 2020 | AZƏRBAYCAN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATLARI İTTİFAQI

20


AZƏRBAYCAN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATLARI İTTİFAQI | HESABAT 2020

#MüəlliminİZ burada!

Tələbələrin pandemiya şəraitində yeni biliklər

əldə edə bilməsi, asudə vaxtlarının səmərəli təşkili,

eyni zamanda fərqli təhsil müəssisələrinin professorları

tərəfindən müxtəlif ixtisaslar üzrə mühazirələrini

dinləmək fürsətinə sahib olması məqsədilə

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı onlayn

açıq mühazirələrin keçirilməsi təşəbbüsü ilə

çıxış etmişdir.

Mühazirələri keçəcək müəllim və mövzuların

müəyyən edilməsi üçün ilkin olaraq tələbələr arasında

sorğu keçirilmiş və tələbələr tərəfindən 1993

təklif qeydə alınmışdır. Tələbələrin təkliflərini əsas

götürərək, CVN TV-nin texniki dəstəyi ilə Bakı Dövlət

Universiteti, Azərbaycan Dövlət və Mədəniyyət

Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Tibb

Universiteti, ADA Universiteti, Bakı Mühəndislik

Universiteti, Azərbaycan Respublikası Dövlət Gömrük

Komitəsinin Akademiyası, Azərbaycan Dövlət

Pedaqoji Universiteti, Azərbaycan İlahiyyat İnstitutunun

müəllim və professor heyəti tərəfindən Azərbaycan

və İngilis dillərində 14 fərqli mövzuda mühazirələr

keçirilmişdir.

16000+

izləmə

1993

respondent

14

mühazirə

Mövzuların istiqamətləri:

İKT

Hüquq

Beynəlxalq

Münasibətlə

Fəlsəfə

Tibb

Gömrük İşi

Pedaqogika

Mühəndislik

21


HESABAT 2020 | AZƏRBAYCAN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATLARI İTTİFAQI

AKƏM-in Könüllü qonşu

aksiyasında iştirak

15

təhsil

müəssisəsi

Aprel ayının əvvəllərindən etibarən Azərbaycanda gündəlik

koronavirus yoluxma sayının artmasının qarşısını almaq

məqsədi ilə insanlar arasındakı qarşılıqlı əlaqəni mümkün qədər

məhdudlaşdırmaq üçün ölkə ərazisində karantin rejimi

sərtləşdirilmişdir. Pandemiyanın ilk mərhələsində Azərbaycan

xalqının nümayiş etdirdiyi bənzərsiz birlik və nümunəvi həmrəylikdən

ilham alaraq, Azərbaycan Tələbə Gənclər Təşkilatları

İttifaqı da üzv olan Azərbaycan Könüllülərinin Əlaqələndirmə

Mərkəzi “Könüllü Qonşu” adlı bir aksiya təşkil etmək qərarına

gəlmişdir. Aksiya çərçivəsində gənclər və tələbələr qonşuluqlarında

olan və gündəlik ərzaq ehtiyacları olan ailələrə yardımlar

etmişdilər. Ümumillikdə aksiya çərçivəsində Azərbaycan Tələbə

Gənclər Təşkilatları İttifaqı 200-dən çox tələbə ilə əlaqəyə

keçmişdir və onlara göstərdikləri yardım aksiyasında dəstək

göstərmişdir. Bu aksiya ilə Azərbaycan tələbələri öz birliyini və

çətin zamanlarda vətəndaş cəmiyyətinin nümunəvi üzvlüyünü

nümayiş etdirmişdilər.

200+

Könüllü Qonşu

22


AZƏRBAYCAN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATLARI İTTİFAQI | HESABAT 2020

#HəkimlərimİZ

Azərbaycan Respublikasında yeni növ koronavirusa

ilk qeydə alınan yoluxma faktından başlayaraq ön cəbhədə

görünməz virusla vuruşan həkimlərimİZin nümayiş

etdirdikləri fədakarlıq və qəhrəmanlıq hər birimiz

üçün nümunəvidir. Həkimlərin öz canlarını təhlükəyə

atmaqlarını, böyük fədakarlıq göstərmələrini nəzərə

alaraq ATGTİ-nin təşəbbüsü ilə Tibb və digər istiqamətlərdə

təhsil alan tələbələrin HəkimlərimİZə dəstəyini

nümayiş etdirən 2 videoçarx hazırlanmışdır. Videoçarxda

tələbələr həkimlərimİZə minnətdarlıqlarını bildirmişdilər

və sonda onlara dəstək olaraq alqış etmişdirlər.

Videoların hazırlanmasında 368 tələbə iştirak etmişdir.

2

təşəkkür

videosu

3000

-dən çox baxış

368

iştirakçı

23


HESABAT 2020 | AZƏRBAYCAN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATLARI İTTİFAQI

VEBİNARLAR

İttifaqımızın əsas fəaliyyət istiqamətlərindən

biri olan tələbə gənclərin fərdi inkişafının artırılması

və asudə vaxtlarının səmərəli keçirilməsi

məqsədilə 2020-ci il ərzində müxtəlif layihələr reallaşdırılmışdır.

COVİD-2019 pandemiyasının canlı

tədbirlər və görüşlərin keçirilməsi imkanlarını

məhdudlaşdırmasına baxmayaraq, ATGTİ onlayn

təlimlər və konfranslar təşkil edərək bu istiqamətdə

gənclər üçün əhəmiyyətli layihələrin həyata

keçirilməsini davam etdirmişdir. İttifaqın təşkilatçılığı

ilə ərsəyə gələn vebinarlarda müxtəlif sahələr

peşəkar mütəxəssislər və bu sahələrdə böyük müvəffəqiyyətlər

qazanmış şəxslər öz təcrübələrini

bölüşmüş və gənclərlə faydalı diskussiyalar aparmışdırlar.

Zoom platforması üzərindən həyata

keçirilən bu tədbirlər təhsil, karyera, sağlamlıq və

s. sahələri əhatə etmiş, Azərbaycanın müxtəlif ali

və orta ixtisas təhsili müəssisələrindən olan tələbələr

bu layihələrdə iştirak etmişdir. Vebinarlarda

toxunulan əsas mövzular "Gənclərin stressi idarə

etməsi və aradan qaldırması", "Təhsildə liderlik və

idarəçilik" , "Skautinq”, "Karyera planlaşdırması",

“Gənclər üçün imkanlar”, "Rəqəmsal dövrdə kiber

təhlükəsizlik" olmuşdur.

24


AZƏRBAYCAN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATLARI İTTİFAQI | HESABAT 2020

1845

İştirakçı

11

Çıxışçı

8

Onlayn

vebinar

25


HESABAT 2020 | AZƏRBAYCAN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATLARI İTTİFAQI

Şahmatda onlayn gediş

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və “Cavan”

Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşəbbüsü

ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının

97-ci ildönümünə həsr olunmuş onlayn şahmat turniri

keçirilmişdir. Son illərdə gənclərimizin şahmat oyununa

artan marağının və Azərbaycanlı qrossmeysterlərin

beynəlxalq uğurlarını nəzərə alaraq keçirilən turnirin ilk

mərhələsində 111 iştirakçı iştirak edib. Daha sonra isə

10 şaxmatçı final mərhələsinə vəsiqə qazanıb və final

mərhələsində ilk 3 yeri tutan iştirakçılar mükafatlandırılıb.

Keçirilən yarışın hakimi Beynəlxalq usta, Azərbaycanın

Əməkdar məşqçisi, Beynəlxalq hakim Orxan Abdulov

olub. Bütün oyunlar diqqətlə izlənilib, beynəlxalq yarış

qaydalarına əməl edilib.

26


AZƏRBAYCAN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATLARI İTTİFAQI | HESABAT 2020

111

iştirakçı

3

mükafatçı

357

müraciətçi

27


HESABAT 2020 | AZƏRBAYCAN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATLARI İTTİFAQI

670

paylaşım

12390

Media postunun

əhatəsi

500+

iştirakçı

Ümummilli Lider Heydər Əliyevin

97 illiyinə həsr olunmuş video-çarx

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı

Ümummilli Lider Heydər Əliyevin 97-ci ildönümü

münasibətilə İttifaq və TGT-lər daxilində bir

çox tədbirlər keçirmiş, sosial media layihələri

icra etmişdir. Bu sosial media layihələrindən ən

çox nəzərəçarpanı Ulu Öndərin xatirəsinə həsr

olunmuş videoçarxın və foto-kollajın hazırlanması

olmuşdur. TGT fəallarının səsləndirdikləri

şeirlərdən ibarət videoçarx hazırlanaraq Ulu Öndərin

əziz xatirəsi 10 may tarixində yad edilmiş,

və bununla yanaşı, 500-dən çox tələbənin fotolarından

ibarət kollaj hazırlanaraq videonun sonunda

Ümummilli Lider Heydər Əliyevin obrazı

canlandırılmışdır.

28


AZƏRBAYCAN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATLARI İTTİFAQI | HESABAT 2020

29


HESABAT 2020 | AZƏRBAYCAN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATLARI İTTİFAQI

Azərbaycan Respublikasının Təhsil naziri

Ceyhun Bayramovun TGT Sədrləri ilə onlayn

formatda görüşü

Yeni növ koronavirus pandemiyası ilə əlaqədar

tətbiq edilmiş karantin rejiminin tələblərinə uyğun

olaraq təhsil sferası və tədris prosesində tətbiq

edilən yeniliklər və mövcud vəziyyətlə bağlı ölkənin

müxtəlif ali və orta ixtisas təhsili müəssisələrinin

tələbələrindən Tələbə Gənclər Təşkilatlarına daxil

olmuş çoxsaylı sorğu və müraciətləri nəzərə alaraq,

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının

Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ünvanladığı

müraciətə ən qısa zamanda reaksiya vermiş

Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun

Bayramovun TGT Sədrləri ilə online formatda

görüşü baş tutmuşdur.

Görüşdə Təhsil naziri ilk öncə müvafiq istiqamətlərdə

nazirlik tərəfindən həyata keçirilən tədbirlər

barədə ətraflı məlumatı bölüşmüş, tələbərlə və Tələbə

Gənclər Təşkilatları ilə belə görüşlərin keçirilməsinin

xüsusi əhəmiyyəti olduğunu vurğulamışdır.

Nazir çıxışı zamanı tələbələri narahat edən bir

sıra məsələlərə aydınlıq gətirmişdir. Belə ki, sosial

baxımdan həssas əhali qrupuna aid edilən tələbələr

üçün yaradılmış yeni imkanlar, tədris ilinin uzadıl-

30


AZƏRBAYCAN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATLARI İTTİFAQI | HESABAT 2020

masının baş verməyəcəyi, imtahanlarda iştirak,

distant təhsildə iştirak edə bilməyən

tələbələr üçün yeni imkanlar, təqaüdlərin

verilməsi, semestr qiymətləndirilməsində

edilmiş yeniliklər barədə danışan Ceyhun

Bayramov, 4-cü kursda təhsil alan tələbələrin

yekun dövlət imtahan qiymətlərinin

Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə

əsasən aparılacağı və tələbələrə qiymətləri

ilə əlaqədar təkrar baxılması üçün müraciət

imkanının yaradılacağı, buraxılış işlərinə

baxılma qaydalarının təhsil müəssisələrinin

elmi şuralar tərəfindən müəyyən ediləcəyi,

onlayn dərslərdə iştirak etmə imkanı olmayan

tələbələr üçün yayda təkrar təşkil ediləcək

icmal dərslərində iştirak imkanının yaradılacağını

qeyd etmişdir. O, eyni zamanda,

avqust və sentyabr aylarında məsləhət saatlarının

təşkil ediləcəyi və bunlarla əlaqədar

tələbələrdən əlavə ödənişin alınmayacağı,

tələbə təqaüdlərinin imtahanlardan sonra

müəyyən ediləcəyi barədə məlumat vermişdir.

Görüşdə Tələbə Gənclər Təşkilatlarının

sədrləri tələbələri maraqlandıran

bir sıra suallarını nazirə

ünvanlamışlar. Suallar tələbələrin

təqaüd, onlayn təhsil ilə

bağlı yaranan çətinliklər, təhsil

haqlarının ödənilməsi və digər

aktual məsələləri əhatə etmişdir.

Nazir tələbələrin suallarını

təfərrüatı ilə cavablandırmış və eyni

zamanda tələbələrin səsləndirdikləri

rəy və təkliflərini diqqətlə dinləmiş, onların

nəzərdən keçiriləcəyini bildirmişdir.

Tələbə Gənclər Təşkilatlarının Təhsil Nazirliyinin

məsul şəxsləri ilə bu formatda görüşlərin

gələcəkdə də keçirilməsinin faydalı

olacağı qeyd edilmişdir.

3000+

izləmə

40

TGT

31


HESABAT 2020 | AZƏRBAYCAN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATLARI İTTİFAQI

“Cümhuriyyətə aparan yol”

mövzusunda videokonfrans

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı

və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə

təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin

yaranmasının 102-ci ili münasibətilə videokonfrans

keçirilib.

Videokonfransda tarix elmləri doktoru, professor

Solmaz Rüstəmova-Tohidi “Cümhuriyyətə aparan

yol” mövzusunda çıxış edərək, müsəlman Şərqində

ilk dünyəvi, demokratik dövlət kimi tarixə düşən

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, iqtisadiyyat,

mədəniyyət, təhsil, hərbi quruculuq və digər

sahələrdə həyata keçirilən yeniliklərin Azərbaycan

xalqının tarixində olan yeri və əhəmiyyəti haqqında

konfrans iştirakçılırına məlumat vermişdir.

Görüşdə iştirak edən tələbələrin Azərbaycan

Xalq Cümhuriyyətinin yaradılmasına aparan yol, həmin

tarixi dönəmdə regionda və dünyada baş verən

hadisələr, bunların ilk cümhuriyyətimizin mövcud-

32


AZƏRBAYCAN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATLARI İTTİFAQI | HESABAT 2020

luğuna təsiri və respublikanın süquta uğramasını

şərtləndirən səbəblər barədə sualları

cavablandırılmışdır. Xüsusilə vurğulanmışdır

ki, Azərbaycan Xalq Cümhuriyyətinin varisi

olan hazırkı dövlətimizin müstəqilliyinin möhkəmlənməsi

və daha da qüdrətlənərək inkişaf

etməsi üçün hər bir Azərbaycan vətəndaşı, xüsusilə

də gənclər əllərindən gələni etməli və

hər zaman müstəqilliyimizi və dövlətçiliyimizi

əziz tutmalıdır.

200+

İştirakçı

33


HESABAT 2020 | AZƏRBAYCAN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATLARI İTTİFAQI

Tələbə Sual Verir

7000+

izləmə

4

məlumatlandırıcı

video

3200

ünvanlanmış sual

Yeni növ koronavirus (COVİD-19) pandemiyası

ilə əlaqədar ölkəmizdə tətbiq edilmiş karantin

rejimi səbəbindən Ali təhsil müəssisələrində tədris

prosesində tələbələrin üzləşdikləri çətinliklərin

aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikası

Prezidentinin tapşırığı ilə Hökumət tərəfindən

bir sıra dəstəkverici tədbirlər görülməkdədir.

Bu tədbirlər sırasında Nazirlər Kabinetinin 19

May tarixli Koronavirus (COVID-19) pandemiyasının

ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi

təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər

barədə müvafiq qərarı da yer alıb. Qeyd olunan qərarla,

bakalavriat və magistratura səviyyələrində imtahan

sessiyalarının təşkili, tələbələrin biliyinin cari

və aralıq qiymətləndirilməsi, dövlət attestasiyasının

keçirilməsi qaydaları müəyyən edilmişdir.

Eyni zamanda, müxtəlif ali təhsil müəssisələrinin

tələbələrindən ATGTİ-na daxil olan çoxsaylı sorğu

və müraciətləri nəzərə alaraq, ATGTİ “Tələbə Sual

Verir” layihəsinə start vermişdir. Layihə çərçivəsində

tələbələrdən daxil olan suallar ümumiləşdirilərək

Təhsil Nazirliyi ilə əlaqələndirmə çərçivəsində

cavablandırılaraq qısa məlumatlandırıcı video

çarxlar formatında təqdim olunmuşdur. Sualların

cavablandırılması ilə yanaşı, sosial baxımdan həssas

əhali qrupuna aid edilən ailələrin üzvü olan

tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi sistemi

http://e-telebe.edu.az portalından istifadə

qaydalarını əks etdirən video-təlimatda hazırlanmışdır.

34


AZƏRBAYCAN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATLARI İTTİFAQI | HESABAT 2020

#2020Məzun

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı olaraq bu il məzun olmuş

tələbələri təbrik etmək məqsədi ilə #2020Məzun həştəq kampaniyasına

başladılmışdır. Bu onlayn aksiyaya Azərbaycanın fərqli Ali və orta

təhsil müəssisələrindən 10 rektor qoşulmuş, bütün məzun tələbələri

səsləndirdikləri nitqlə təbrik etmiş, arzularını, həmçinin növbəti illərin

məzunlarına ürək sözləri və məsləhətlərini paylaşmışdırlar. Bununla yanaşı,

Instagram sosial şəbəkəsində ümumilikdə aksiya ilə bağlı 700-dən

çox təbrik postu paylaşılmışdır.

700+

paylaşım

10

rektor

35


HESABAT 2020 | AZƏRBAYCAN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATLARI İTTİFAQI

Rezidenturaya Birlikdə Hazırlaşaq

Azərbaycan Tibb Universiteti, Azərbaycan Tələbə

Gənclər Təşkilatları İttifaqı və ATU-nun Tələbə Gənclər

Təşkilatının birgə təşkilatçılığı ilə iyul-avqust aylarında

“Rezidenturaya Birlikdə Hazırlaşaq” layihəsi həyata

keçirilib. Layihə çərçivəsində rezidenturaya hazırlaşan

tələbə və məzunların müvafiq fənlər üzrə ekspert

müəllimlərlə vebinar formatında görüşləri təşkil olunub.

Görüşlər zamanı fənn ekspertləri tərəfindən vacib

mövzularla bağlı izahat verilib, iştirakçıların sualları

cavablandırılıb.

Yeddi fənn üzrə keçirilən 7 vebinarda, ümumilikdə,

2 mindən çox tələbə və məzun iştirak edib. “Zoom”

tətbiqi ilə yanaşı, vebinarlar Azərbaycan Tibb Universiteti

Tələbə Gənclər Təşkilatının “Facebook” səhifəsində

canlı yayımlanıb ki, bu da görüşlərin geniş izləyici

kütləsinə çatdırılmasına şərait yaradıb. Sosial şəbəkə

vasitəsilə vebinarlar 15 mindən çox istifadəçi tərəfindən

izlənilib. Bir ay müddətində davam edən layihə

çərçivəsində vebinarların təşkili ilə yanaşı, iştirakçılara

imtahanla bağlı elektron vəsaitlər də çatdırılıb.

7

Vebinar

15000

Baxış

2000

Tələbə

36


AZƏRBAYCAN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATLARI İTTİFAQI | HESABAT 2020

50

Rəsm

əsəri

“Biz Birlikdə

Güclüyük” adlı rəsm

müsabiqəsi

100

Müraciətçi

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı

və Azərbaycan Memarlıq və İnşaat Universitetinin

Tələbə Gənclər Təşkilatının birgə

təşkilatçılığı ilə “Biz Birlikdə Güclüyük” adlı

rəsm müsabiqəsi keçirilmişdir. Azərbaycanın

xalq rəssamı, UNESCO Rəssamlar İttifaqının

üzvü, akademik Sakit Məmmədov və rəssam,

UNESCO Rəssamlar İttifaqının üzvü Nizar

Məmmədovun münsif qismində olduğu rəsm

müsabiqəsi koronavirusla mübarizə mövzusuna

həsr olunmuşdur və iyul ayı ərzində davam

etmişdir. Ümumillikdə müsabiqəyə 100 gənc

müraciət etmiş, ikinci mərhələdə isə 50 iştirakçı

yarışmışdır. Qaliblər və mükafatçılar 4 avqust

tarixində Nizar Məmmədovun iştirakı ilə keçirilmiş

görüşdə elan olunmuşdur.

50

İştirakçı

37


HESABAT 2020 | AZƏRBAYCAN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATLARI İTTİFAQI

İctimai Debatlar

2020-ci ilin avqust və sentyabr ayları ərzində

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli

Şurasının, Azərbaycan Tələbə Gənclər Təşkilatları

İttifaqının, “Vətəndaş Cəmiyyətində Debat” İctimai

Birliyinin və Milli Debat Proqramının birgə təşkilatçılığı

ilə Zoom tətbiqi vasitəsi ilə 4 ictimai debat

keçirilmişdir. İctimai debatlarda 400-ə yaxın tələbə

iştirak etmişdir. Həmin debatlarda növbəti mövzular

üzrə müzakirələr aparılmışdır:

1

2

3

4

Koronavirus pandemiyasının yaratdığı imkanlar və çətinliklər

Pandemiya şəraitində təhsil: yeni imkanlar və çətinliklər

İnformasiya müharibəsində adekvat davranışın vacibliyi

Sosial şəbəkələrin insan ünsiyyətinə təsirləri

400

iştirakçı

8

debatçı

4

mövzu

38


AZƏRBAYCAN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATLARI İTTİFAQI | HESABAT 2020

#BizBirlikdəGüclüyük

ATGTİ koronavirus (COVID-19) pandemiyası

ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq

olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən

tədbirlərə dəstək göstərmək, bu işdə

vətəndaş həmrəyliyini genişləndirmək və cəmiyyətdəki

pandemiya haqqında məlumatlılığı

artırmaq üçün sosial media kampaniyası həyata

keçirmişdir. “Biz Birlikdə Güclüyük” şüarı altında

aparılan sosial media kampaniyası çərçivəsində

daimi olaraq posterlər hazırlanaraq İttifaqın

sosial media hesablarında paylaşılmışdır. Aparılan

sosial media kampaniyası geniş auditoriyaya

çatdırılmış və pandemiya ilə bağlı maarifləndirmə

aparılmışdır.

39


HESABAT 2020 | AZƏRBAYCAN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATLARI İTTİFAQI

Tovuz hadisələri zamanı fəaliyyət

12 iyul 2020-ci il tarixindən Ermənistan ordusu

bölmələrinin Tovuz rayon istiqamətində mövqelərimizi

ələ keçirmək məqsədilə artilleriya qurğularından

istifadə edərək hücuma cəhd etməsinə etiraz

olaraq ATGTİ tərəfindən müxtəlif istiqamətdə

tədbirlər həyata keçirilmi, Ermənistan ordusunun

insanlığa sığmayan əməllərinin yerli və dünya ictimaiyyətinə

çatdırlıması yönündə öhtəmizə düşən

hər bir vəzifə layiqincə yerinə yetirilmişdir.

Belə ki, Tovuz hadisələri zamanı qəhrəmancası-

40


AZƏRBAYCAN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATLARI İTTİFAQI | HESABAT 2020

na döyüşən Azərbaycan əsgərlərinə dəstək məqsədilə

13 iyuldan başlayaraq ATGTİ- nin çağırışından

sonra gənclər sosial şəbəkə hesablarında əsgər

duruşunda profil şəkillərini yerləşdirmişdilər. Hazırladığımız

müxtəlif növdə və dizanyda olan posterimiz

ümumillikdə 80 mindən çox adamı əhatə

etmiş, yüzlərlə gəncin iştirakı daha da böyük kütləyə

çatdırılmışdır.

Fəaliyyətimiz bunula yekunlaşmamış, Azərbaycan

Tələbə Gənclər Təşkilatları İttifaqı olaraq, Azərbaycan-Ermənistan

sərhədində baş verən düşmən təxribatından

sonra sosial şəbəkələrdə erməni falsifikasiyası

və yalan məlumatlarına qarşı ciddi mübarizə

aparılmışdır. Bu məqsəd üçün yaradılmış 8 WhatsApp

qruplarında 1000-dən çox tələbə koordinasiyalı

şəkildə sosial media üzrə fəaliyyətlərə cəlb edilmişdir.

İyul ayının 13-dən başlayaraq 1 milyon şəxsi

əhatə edən #nkaze hashtagı ilə fərqli istiqamətlər

üzrə 45 mindən çox tweetlər paylaşılmışdır.

45000+ tvit

1250

nəfər informasiya müharibəsində

koordinasiyalı şəkildə iştirak edən tələbə

twitter istifadəçisi

əhatə olunmuşdur

41


HESABAT 2020 | AZƏRBAYCAN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATLARI İTTİFAQI

#TGTMəzun

təltif olunan

tələbə

2020-ci ildə tətbiq edilmiş karantin

rejimi ilə əlaqədar minlərlə tələbə

məzun olmuşdur, yalnız həmin o

xoşbəxt anları distant şəkildə qeyd

etməyə məcbur qalmışdır. Onların

fəaliyyəti və təhsil aldıqları müddətdə

təhsil müəssisələrindəki TGT-lərə

verdikləri töhfələrin qiymətləndirilməsi

məqsədilə 11 avqust 2020-ci

il tarixində təhsil aldıqları dönəmdə

TGT-nin fəəaliyyətində xüsusi fəallığı

ilə seçilmiş #2020Məzunları-nın

mükafatlandırılma mərasimi baş tutmuşdur.

Zoom vasitəsi ilə keçirlmiş

görüşdə Azərbaycan Tələbə Gənclər

Təşkilatları İttifaqının sədri Faiq

Məmmədov məzunları təbrik etmiş

və onlara gələcək başlanğıclarında

müvəffəqiyyətlər arzulamışdır. Fəal

tələbələr və TGT sədr müavinləri -

diplom, TGT sədrləri isə fəxri fərmanla

təltif olunmuşdurlar.

42


AZƏRBAYCAN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATLARI İTTİFAQI | HESABAT 2020

TGT Boot Camp

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı 31

avqust - 9 sentyabr tarixlərində Azərbaycan Respublikası

Gənclər Fondunun dəstəyi ilə “TGT Boot

Camp” layihəsini həyata keçirmişdir. Azərbaycanın

dörd bir tərəfindən 120-dən çox tələbəni əhatə edən

tədbirin əsas məqsədləri gənclərin şəxsi və peşəkar

inkişafına töhvə vermək idi ki, bunu da uğurla nail

olmuşdur. Təlimlər zamanı tələbələrin Tələbə Gənclər

Təşkilatlarında və gələcək karyeralarındaki fəaliyyətlərində

mühüm rol oynayan məqamlara toxunulub.

Ümumilikdə tədbir zamanı TGT-lərin menecmenti,

təqdimat bacarıqları, liderlik qabiliyyətləri, kritik

düşünmə, sosial şəbəkələrdən səmərəli istifadə və

s. mövzularda təlimlər baş tutmuşdur. Təlimlərin keçirilməsində

Azərbaycan Tələbə Gənclər Təşkilatları

İttifaqının üzvləri ilə yanaşı qonaq təlimçilər də iştirak

etmişdir.

Qonaqlar siyahısında beynəlxalq biznes təlimçi və

kouç Rəşad Bayramov, ADA Universitetinin professoru,

siyasi elmlər üzrə fəlsəfə doktoru Ferit Murat Özkaleli,

Dövlət İdarəçilik Akademiyasının baş müəllimi,

siyasi elmlər və dövlət idarəçiliyi üzrə fəlsəfə doktoru

Elnur Əliyev yer almışdılar. Tədbirdə iştirak etmiş

gənclər sonda sertifikatla təltif edilmişdilər.

125 iştirakçı 8 təlim

43


HESABAT 2020 | AZƏRBAYCAN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATLARI İTTİFAQI

Xoş Gəldin!

layihəsi

Böyük maraq duyuran “Xoş Gəldin!”

layihəsi 2020-2021 tədris ilinin başlaması

ilə əlaqədar Azərbaycan Tələbə

Gənclər Təşkilatları İttifaqı

tərəfindən ali və orta ixtisas

təhsil müəssisələrinə yeni qəbul

olmuş tələbələrin İttifaqın

fəaliyyət

istiqamətləri ilə bağlı

məlumatlandırılması məqsədi

ilə həyata keçirilmişdir.

Layihə əsasən iki istiqaməti

özündə hədəfləyirdi

İttifaqın veb səhifəsində köklü

dəyişikliklər və yenidənqurmalar

aparmaqla yeni tələbə adı qazanmış

gənclərə ATGTİ-nin iş prinsipini,

dəyərlərini aşılamaq, həmçinin ittifaqın

onlara verəcəyi mümkün

faydalar haqqında virtual məlumat

mübadiləsi aparmaq;

Paralel olaraq cari COVID-19

pandemiyasının

səbəb

olduğu

sosial izolyasiya tədbirlərini

nəzərə alaraq hər bir ali təhsil

müəssisəsi haqqında onlayn

video/mətn tanıtımı (orientasiya)

formatında məlumatlar

hazırlamaqla tələbələri daxil olduqları

təhsil müəssisələri barəsində

44


AZƏRBAYCAN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATLARI İTTİFAQI | HESABAT 2020

mühüm detallar barəsində məlumatlandıraraq,

onların yeni tədris

ilinə daha sürətli şəkildə adaptasiya

olmalarına yardımçı olmaq.

Layihə çərçivəsində ilk növbədə

veb-səhifəmizdə köklü dəyişikliklər

və yenidənqurma aparıldı və nəticə

olaraq veb-səhifəmiz tələbələr

üçün daha əlçatan formaya, onları

narahat edən suallara asanlıqla

cavab tapa biləcəkləri hala salındı.

Səhifənin interaktivliyini prioritet

seçərək, orada çoxlu şəkillər, videolar

və məlumatlar yerləşdirildi.

“Xoş Gəldin!” layihəsinin digər

mühüm tərkib hissəsi kimi Ali

təhsil müəssisələri haqqında tanıtım

məqsədli informasiyaların

hazırlanması idi. Bu əsasla da 100

mindən çox tələbənin təhsil aldığı

20 Ali təhsil müəssisəsində

çəkdiyimiz tanıtım videoları və

digər 80 müəssisə haqqında yazılı

şəkildə toplanılan ətraflı məlumatlar

layihənin ən gözəçarpan

hissələrindən biri olmuşdur.

Öz klubumu

necə yarada

bilərəm?

Biz kimik?

Bizə Necə

Qoşulmaq

Olar?

TGT nədir?

ATGTİ Ailəsinə

Qoşulmağın

Üstünlükləri

Təklif və

iradlarımı

necə bildirə

bilərəm?

Tələbə Gənclər

Təşkilatlarında

seçki prosedurları

necədir?

45


HESABAT 2020 | AZƏRBAYCAN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATLARI İTTİFAQI

Onu da qeyd edək ki, “Xoş Gəldin!”

layihəsi çərçivəsində ATGTİ

tərəfindən görülən işlər yuxarıda

sadalananlarla limitlənməmiş,

əlavə olaraq İttifaqın dijital resurslarının

artırılması istiqamətində

işlər aparılmışdır. İttifaqın

və TGT-lərin fəaliyyətinin müxtəlif

istiqamətlərini aydın və vizual

formada təsvir edən 7 ədəd

qrafik animasiya hazırlanmışdır.

Həmçinin ittifaqın saytı müasir

tələblərə imkan verməsi və daha

praktiki olması üçün başlıca yenilənmiş

və İttifaqın işinin təşkilinin

daha səmərəli formada həyata

keçirilməsi üçün elektron idarə və

məlumat-baza sistemi formalaşdırılaraq

sayta inteqrasiya edilmişdir.

Belə ki, məlumat Baza

Platforması ümumilikdə TGT-lərin

şəxsi kabinetləri, TGT fəaliyyətinin

qeydiyyata alınması, razılaşdırılması

və hesabatı, ictimai fəal

tələbələrin qeydiyyatı, ictimai fəal

tələbələrin iştirak etdiyi fəaliyyətlərin

qeydiyyatı, klubların şəxsi

kabinetləri, klubların fəaliyyəti

üzrə hesabatların toplanılması və

qeydiyyatı, tələbə müraciətlərinin

onlayn qəbulu və struktura

uyğun istiqamətləndirilməsi

funksiyalarını özündə cəmləşdirir.

Əlavə olaraq, İttifaq daxilində keçirilən

seçkilərin şəffaflığının təmin

olunması, seçki prosesini asanlaşdırmaq

və seçkilər zamanı qarşılaşdığımız

problemlərin həlli üçün

müasir onlayn seçki sistemi yaradılmışdır.

Yeni

46


AZƏRBAYCAN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATLARI İTTİFAQI | HESABAT 2020

7

Qrafik

animasiya

10

Yeni elektron

xidmət növü

Yeni

sayt

20

Təhsil müəssisəsinin

orientasiya videosu

47


HESABAT 2020 | AZƏRBAYCAN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATLARI İTTİFAQI

məsuliyyətinin, hər an Vətəninin və xalqının müdafiəsinə

qalxmağa hazırlığın formalaşması üçün

olduqca vacibdir. Dövlət gənclər siyasətinin ən

mühüm istiqamətlərindən biri kimi ölkəmizdə

gənc nəslin vətənpərvər ruhda tərbiyəsi diqqət

mərkəzindədir. 27 sentyabr 2020-ci il tarixində

başlayan Vətən müharibəsi zamanı gənclər iki

cəbhədə vuruşmuşdular. Müzəffər ordumuz torzamanı

fəaliyyət

Gənclərin vətənpərvərlik ruhundan söz açdıqda

Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin

müdrik kəlamı yada düşür: “Hamımızın ümumi vəzifəmiz

xalqımızda vətənpərvərlik, Vətən torpağına,

millətə sədaqət, vətən uğrunda şəhidliyə hazır

olmaq hislərini formalaşdırmaq, inkişaf etdirmək

və təbliğ etməkdir”. Vətənpərvərlik tərbiyəsi öz

Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş

48


AZƏRBAYCAN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATLARI İTTİFAQI | HESABAT 2020

paqlarımızı ön cəbhədə

mənfur düşmən taptağından

azad etdiyi zaman,

gənclərimiz arxa

cəbhə olaraq, informasiya

müharibəsində fəal

şəkildə iştirak edərək

düşmənin yalanlarını ifşa

etmişdir. Gənclərin bu

dövrdə olan fəaliyyəti Ali

Baş Komandan, Cənab

Prezident İlham Əliyevin

“Bir dəmir yumruq altında”

kəlməsinin sözün

əsl mənasında canlı nümunəsinə

çevrildi.

Böyük vətən müharibəsində

tələbə və gənclərin

iştirakının səmərəliliyinin

və koordinasiyalı

olmasının təmin olunması,

həmçinin tələbələrin

informasiya müharibəsində

fəal iştirakları üçün zəruri

hesab olunan Qarabağ

həqiqətləri haqqında

hüquqi və tarixi aspektlərə

dair məlumatlılığın artırılması

məqsədilə Azərbaycan

Tələbə Gənclər Təşkilatları

İttifaqı tərəfindən

Azərbaycan Respublikası

Gənclər Fondunun maliyyə

dəstəyi ilə “Xudafərin

Media Mərkəzi” adlı layihəsi

baş tutmuşdur.

Layihə çərçivəsində

Qarabağ həqiqətləri və

sosial şəbəkələrdən istifa-

Böyük vətən müharibəsində tələbə və

gənclərin iştirakının səmərəliliyinin

və koordinasiyalı olmasının təmin

olunması, həmçinin tələbələrin

informasiya müharibəsində fəal

iştirakları üçün zəruri hesab olunan

Qarabağ həqiqətləri haqqında hüquqi

və tarixi aspektlərə dair məlumatlılığın

artırılması məqsədilə Azərbaycan

Tələbə Gənclər Təşkilatları İttifaqı

tərəfindən Azərbaycan Respublikası

Gənclər Fondunun maliyyə dəstəyi ilə

“Xudafərin Media Mərkəzi” adlı layihəsi

baş tutmuşdur.

də mövzusunda 2 təlimçi

tərəfindən 10 gün ərzində

400 tələbəni əhatə

edən 40 təlim keçirilmişdir.

Təlimdə gənclərə

Ermənistan-Azərbaycan

münaqişəsinin həm tarixi,

həm də hüquqi aspektləri

haqqında, həmçinin

əsas sosial şəbəkələrdən

səmərəli istifadə barəsində

ətraflı məlumatlar

verilmişdir. Təlimlər Azərbaycan

Respublikasında

mövcud olan karantin

rejiminin bütün qaydaları

çərçivəsində keçirilmişdir.

Təlimlərdə iştirak

edən hər bir tələbə ATGTİ

tərəfindən sertifikatla təltif

olunmuşdur. Həmçinin

layihə çərçivəsində ADA

Universitetin professorlarının

dəstəyi ilə gənclər

üçün 1200 cib kitabçası

hazırlanmış və paylanmışdır.

Cib kitabçasında

Ermənistan-Azərbaycan

münaqişəsinin həm tarixi,

həm də hüquqi aspektləri

haqqında ətraflı məlumatlar

yerləşdirilmişdir,

və gənclərin sosial şəbəkələrdə

erməni təxribatına

qarşı döyüşmək üçün

təlimatlar hazırlanmışdır.

Layihənin istiqamətlərindən

biri də Qarabağ

həqiqətlərinin dünya ic-

49


HESABAT 2020 | AZƏRBAYCAN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATLARI İTTİFAQI

50


AZƏRBAYCAN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATLARI İTTİFAQI | HESABAT 2020

timaiyyətinə düzgün çatdırılması üçün müxtəlif

xarakterli media məhsulların hazırlanması idi. Belə

ki, layihə çərçivəsində 10 fərqli mövzuda müxtəlif

istiqamətli video və 5 qrafik animasiya hazırlanmış,

6 fərqli mövzuda foto layihələr həyata keçirilmişdir.

Hazırlanmış məhsullar sosial şəbəkələrdə xüsusi

diqqətə səbəb olmuş. Bunlar arasında Şuşanın azad

olunması günü və 10 noyabr Zəfər Günü Azərbaycan

xalqının sevincini əks etdirən videolar, “Qarabağ Bakıda”

və “Böyük Qayıdış” foto layihələri qeyd oluna bilər.

Bu layihənin icrası ilə gənclər bir daha Vətən uğrunda

müzəffər Ali Baş Komandanın ətrafında necə

sıx birləşdiklərini nümayiş etdirdilər.

Ümumilikdə 27 sentyabrdan başlayaraq bütün

51


HESABAT 2020 | AZƏRBAYCAN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATLARI İTTİFAQI

cəbhəboyu əks-hücum əməliyyatları keçirən müzəffər

Ordumuza dəstək məqsədi ilə fərqli posterlər

paylaşılmışdır. Bununla yanaşı Şanlı tariximizi yazan

rəşadətli ordumuza dəstək məqsədi ilə Azərbaycan

Tələbə Gənclər Təşkilatları İttifaqının ofisində hər

bir tərəfdən bir neçə Azərbaycan və Türk bayraqları

asılmışdır və bundan irəli gələrək gənclərə üçrəngli

bayrağımızı asmaq üçün sosial şəbəkələrdən çağırış

edilmişdir.

Təəssüf ki, döyüş meydanından kənarda yerləşən

şəhərlərimizə, mülkü əhali və infrastruktura qarşı

yönələn erməni vandalizm və terrorunu özündə

əks etdirən informativ foto, videoçarx və posterlər

paylaşılmışdır. Həmçinin, bununla bağlı ATGTİ tərəfindən

bəyanatlar da edilmişdir. Bu bəyanatlara aşağıdakılar

aiddir:

● Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının

Ermənistan Silahlı Qüvvələrinin 27 sentyabr

Təxribatı ilə Bağlı Bəyanatı

● Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının

Ermənistan silahlı qüvvələrinin 4 oktyabr

52


AZƏRBAYCAN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATLARI İTTİFAQI | HESABAT 2020

tarixində Ermənistan tərəfindən Azərbaycan mülki

əhalisini atəşə tutması barədə ingilis və rus dillərində

bəyanatı

● Oktyabr ayının 16-dan 17-nə keçən gecə Ermənistan

silahlı qüvvələri Gəncə şəhərin qadağan

olunmuş ballistik raketlərlə bombalamışdır. İttifaqın

Ermənistan silahlı qüvvələrinin 17 oktyabr tarixində

Gəncə şəhərinə, sivil əhaliyə raket hücumu ilə bağlı

ingilis və rus dillərində bəyanatı

● Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının

24 oktyabr tarixində Ermənistan silahlı qüvvələri

tərəfindən Gəncə və Tərtər şəhərlərində günahsız

uşaqların öldürülməsinə dair İngilis və Rus

dillərində bəyanatı

● Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının

BMT Təhlükəsizlik Şurasının 19 oktyabr tarixində

keçirilən Ermənistan və Azərbaycan arasındakı

münaqişəyə dair iclası ilə bağlı ingilis və rus

dillərində bəyanatı

● Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının

Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə

şəhərinə raket hücumu ilə bağlı ingilis və rus dil-

53


HESABAT 2020 | AZƏRBAYCAN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATLARI İTTİFAQI

lərində 28 oktyabr tarixində bəyanatı

● Azərbaycan Tələbə Gənclər Təşkilatları

İttifaqının Avropa Tələbələr Birliyinin Dağlıq Qarabağ

münaqişəsi ilə bağlı qərəzli açıqlamasına

dair 4 noyabr tarixində bəyanatı

15 oktyabr erməni təcavüzünə məruz qalmış

ailələrin ruh yüksəkliyinin artırılması məqsədi

ilə gənclər təşkilatlarının fəal üzvləri həmin

ailələrə baş çəkmişdir. Səfərdə ATGTİ sədri

Faiq Məmmədov da iştirak etmişdir. Ordumuzun

işğaldan azad etdiyi torpaqlara qayıdışı

hər birimiz səbirsizliklə gözləyirik. Gələcəyimizin

müxtəlif peşə sahibi olacaq gənclərimiz

düşmən taptağından azad olunan torpaqlara

yeni nəfəs verməkdə iddialı olduqlarını nəzərə

alaraq, fərqli fakültələrdə təhsil alan tələbələr

gələcəkdə öz peşələri üzrə Qarabağın fərqli

regionlarında işləyəcəkləri haqqında bəhs edtdikləri

“Biz Qayıdırıq” videoçarxında yer aldılar.

Ordumuzun əldə etdiyi uğurları qəbul etmək

istəməyən mənfur düşmən Azərbaycanlı istifadəçilərə

qarşı gərəzli mövqə göstərmiş və bunu sosial

şəbəkəsindən açıq paylaşmışdır. Bunu edən

Facebook işçisinə qarşı Facebookun Baş ofisinə

tələbələr tərəfindən 500-dən çox şikayət məktubu

yönəlmişdir.

Avropa Tələblər Şəbəkəsi ESU (European

Students’ Network) Azərbaycana qarşı təxribat

törədmişdir. Cavab olaraq:

● ATGTİ-nin cavabı olaraq ESUnun qərəzli

bəyənatını pisləyən ATGTİ-yə üzv olan 100 TGTnin

imzası olan bəyənat hazırlanmış və sosial

54


AZƏRBAYCAN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATLARI İTTİFAQI | HESABAT 2020

şəbəkələrdə paylaşılmışdır

● ESU-nun bir neçə üzv təşkilatı

ilə danışıqlar aparılmış onların bu

bəyənata münasibəti öyrənilmiş və

onlardan daha ədalətli mövqe tələb

olunmuşdur

● Qərəzli bəyənat paylaşılan

gün Erasmus Tələbələr Şəbəkəsinin

Dünya Üzrə prezidenti ilə əlaqə qurulmuş,

danışıqlar aparılmış, etiraz

bildirilmiş və Azərbaycan xeyrinə şifahi

müsbət fikirlər alınmışdır.

● Avropa Parlamentinə, Avropa

Surası, Avropa Komissiyası və Avropa

Gənclər Fonduna etiraz məktubları

göndərilmiş

● Əlavə olaraq 400 -dən çox

tələbə yuxarıda adları qeyd edilmiş

təşkilatlara öz adlarından etiraz

məktubları yollamışlar

● Sosial şəbəkələrdə #ESUMustApologize

haştaqi ilə postlar paylaşılmış

və tələbələr də bu istiqamətdə postlar

paylaşmağa yönləndirilmişdir.

Müharibə sonrası dövrdə Fransa Parlamentinin

törətdiyi təxribata qarşı cavab olaraq,

ATGTİ də öz sosial media hesablarında

Fransa Parlamentinin törətdiyi təxribatı qınadı

və bu məsələ ilı bağlı parlamentin 300-

dən çox senatına etiraz məktubu yolladı.

Vətən müharibəsi dövründə gənclər

dövlətin və dövlət başçısı Ali Baş Komandanın

yanında olduqlarını şərəflə sübut

etdilər. Gənclərimiz həm ön cəbhədə, həm

də arxa cəbhədə düşmənə layiqli cavab

verməyə müvafiq oldular. İnformasiya müharibəsinin

əsas parçasına çevrilmiş gənclərimiz

beynəlxalq ictimaiyyətə həqiqətlərin

çatdırılmasında mühüm rol oynadılar.

7

bəyanat

55


HESABAT 2020 | AZƏRBAYCAN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATLARI İTTİFAQI

13 Video layihə 5 qrafik animasiya

Biz Qayıdırıq

Biz Qayıdırıq

1

2

Is this just

a Nagorno-

Karabakh

conflict?

Biz Qayıdırıq

3

Gənclərin Fəxri Xiyaban və

Şəhidlər Xiyabanı ziyarəti

What does UN

& International

Law say about

the Nagorno-

Karabakh

conflict?

I stand with Azerbaijan

Zəfər Günü sevinci

Why does the

principle of “selfdetermination”

not apply

in Nagorno-

Karabakh?

Azərbaycan xalqı Şuşanın

azadlığını qeyd edir

Qarabağ sizin üçün nə

deməkdir?

Why Nagorno-

Karabakh

conflict is not a

religious war?

Zəfər Günü - müsahibələr

Don’t believe Armenia

How did

Armenia’s

territorial claims

begin?

56


AZƏRBAYCAN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATLARI İTTİFAQI | HESABAT 2020

Like

40

təlim

5

qrafik

13

animasiya

Video

layihə

6

foto layihə

Qarabağ Bakıda

Böyük Qayıdış

6

foto layihə

400

təlim

1200

iştirakçısı

cib

kitabçası

Yardım Kampaniyası

Bayraqların paylanılması

2000

nəfər informasiya

müharibəsində

koordinasiyalı

şəkildə iştirak

edən tələbə

7

bəyanat

Bayraq günü

Hərbi komissarlıq

57


HESABAT 2020 | AZƏRBAYCAN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATLARI İTTİFAQI

58


AZƏRBAYCAN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATLARI İTTİFAQI | HESABAT 2020

Ümummilli Lider Heydər Əliyevin anım

gününə həsr edilmiş veb-konfrans

500

İştirakçı

Ümummilli Lider, Ulu Öndər

Heydər Əliyevin 17-ci anım günü

münasibətilə 12 dekabr tarixində

Azərbaycan Tələbə Gənclər Təşkilatları

İttifaqının təşkilatçılığı ilə

veb-konfrans keçirilmişdir. ATG-

Tİ-nin Baş katibi Pərviz Mirələmlinin

moderatorluğu ilə keçən tədbirdə

Bakı Dövlət Universitetinin

Tarix fakültəsinin professoru Nuru

Məmmədov “Tarixi ZəfərimİZin

əsasları” mövzusunda mühazirə

demişdir. Professor Azərbaycanın

tərəqqisində, onun iqtisadi, siyasi

və mədəni həyatında, demokratik

dövlət və cəmiyyətin qurulmasında

Ulu Öndərin gənclərə göstərdiyi

etimadı xüsusi olaraq vurğulamışdır.

500 tələbənin iştirakı ilə baş

tutmuş tədbirin sonunda tələbələr

professor Nuru Məmmədova Heydər

Əliyevin irsi ilə bağlı suallarını

ünvanlanmışdırlar.

59


ATGTİ-nin fəaliyyəti üzrə

statistik göstəricilər

Təşkilatçısı olduğumuz

Layihə və fəaliyyətlər

26 Layihə

176 Fəaliyyət,

168-i onlayn olmaqla

37,529 nəfər

bilavasitə iştirakçı

251,000 nəfər

onlayn əhatə

37,529

Bilavasitə iştirakçı

176

Fəaliyyət

251,000

Onlayn əhatə


impressions

1.5M

videolara baxış sayı

102K

like

impressions

3.3M

videolara baxış sayı

61.8K

ən çox izlənilən video

74000

Mail

2769

73K

izləmə sayı

25K

paylaşımların sayı

507

comments

3144

repost

3110

inbox mesaj

617

Instagram izləmə sayı

14785

postların bəyənmə sayı

249.6k

paylaşım postlarının sayı

445

ümumi rəy sayı

10.2K

direkt mesaj

1349

zoom görüş

198

tweet

95K


İLLİK HESABAT

2020

Azərbaycan Tələbə

Gənclər Təşkilatları İttifaqı

Facebook - @atgti

Instagram - @atgti_asyou

Twitter - @atgti

Telegram - @atgti

WhatsApp - +994(99)3580004

Telefon - +994(12)5380004

Mail - info@atgti.az

Ünvan - N.Nərimanov 127

Bu nəşr Azərbaycan Respublikasının Gənclər

Fondunun maliyyə yardımı ilə hazırlanmışdır. Fond

nəşrin məzmununa görə məsuliyyət daşımır.


AZƏRBAYCAN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATLARI İTTİFAQI | HESABAT 2020

65


HESABAT 2020 | AZƏRBAYCAN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATLARI İTTİFAQI

66

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!