26.04.2020 Views

Qida gigiyenasının ümumi prinsipləri

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

- dizayn və yerləşmə müvafiq xidmətin, təmizlənmənin və dezinfeksiyanın

təmin edilməsinə və hava vasitəsi ilə yoluxmanın yayılmasının minimuma

endirilməsinə imkan verilməsi;

- məqsədəuyğun yerdə temperatur, nəmlik və digər amillərin vəziyyətinə

nəzarətin edilməsi;

- xəstəlik törədicilərindən effektiv müdafiənin olması.

Əsaslandırma:

Risklər üzərində effektiv nəzarət üçün müvafiq ləvazimatların təhcizatına,

müvafiq yerləşməsinə, düzgün konstruksiyasına və işlənib hazırlanmasına

diqqət yetirilməsi vacibdir.

4.1. Yerləşdirmə

4.1.1. Müəssisələr

Qida istehsalı müəssisəsinin yerləşdirilməsi haqqda qərar verdikdə potensial

çirklənmə mənbələrinin mövcudluğunun, həmçinin qida məhsullarının təhlükəsizliyinin

qorunması üçün götürülən ölçülərin effektivliyinin nəzərə alınması zəruridir.

Müəssisələr təhlükəsizlik tədbirlərindən sonra da, məhsulun yararlılıq və

təhlükəsizliyini şübhə altına ala biləcək ərazilərdə yerləşdirilməməlidir. Xüsusilədə,

müəssisələr aşağıda göstərilmiş amillərdən uzaq yerlərdə yerləşdirilməlidir:

- qida məhsullarının çirklənməsi üçün ciddi təhlükə kəsb edən çirkli ətraf mühitə

malik ərazilər, yüksək sənaye aktivliyinə malik ərazilər;

- kifayət qədər təhlükəsizlik tədbirləri görülməmiş, sel sularına məruz qalmış

ərazilər;

- parazitlərlə yoluxmaya məruz qalmış ərazilər;

- bərk və ya maye tullatınların kənarlaşdırılması mümkün olmayan ərazilər.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!