26.04.2020 Views

Qida gigiyenasının ümumi prinsipləri

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

ƏLAVƏ

TƏHLÜKƏLİ FAKTORLARIN ANALİZ SİSTEMİ VƏ KRİTİK NÖQTƏLƏRİN

YOXLANILMASI (HACCP) VƏ ONUN İSTİFADƏSİ ÜÇÜN GÖSTƏRİŞ

Giriş

Bu standartın birinci hissəsi Kodeks Alimentarius Komissiyası tərəfindən qəbul

edilmiş Təhlükəli Faktorların Analiz Sistemi və Kritik Nöqtələrin Yoxlanılmasının

(HACCP) prispirlərini ifadə edir. İkinci hissə, məhsulun emal edilmə şəraitindən asılı

olaraq dəyişən detalları nəzərə alaraq sistemin istifadəsi üzrə ümumi rəhbərlik olaraq

istifadə edilir.

Elmi əsaslandırılımış və sistemləşdirilmiş HACCP sistemi, məhsulun

təhlükəsizliyi üçün xüsusi təhlükələri və onların idarə edilməsi tədbirlərini müəyyən

edir. HACCP risklərin qiymətləndirilməsi və yekun məhsulun yoxlanılmasından daha

çox təhlükənin qarşısının alınmasına yönəlmiş yoxlama sistemlərinin müəyyən edilməsi

alətidir.

Hər bir HACCP sistemi avadanlığın dizaynının yaxşılaşdırılması, emal

prosesində dəyişikliklərin edilməsi və ya txnoloji təkmilləşdirilmə kimi düzəlişləri qəbul

etməyə qadirdir.

HACCP məhsul zəncirinin hər hansı bir halqasında, ilkin istehsalatdan başlayaraq

yekun istehlakadək tətbiq edilə bilər. HACCP məhsulların təhlükəsizliyinin

yaxşılaşdırılması ilə yanaşı digər əhəmiyyətli faydalar da verə bilər. Bundan başqa

HACCP sisteminin istifadəsi qanunverici hakimiyyət tərəfindən yoxlamaları asanlaşdıra

və məhsulların təhlükəsizliyinə etibarı artıraraq beynəlxalq ticarəti inkişaf etdirə bilər.

HACCP sisteminin uyğurlu tətbiqi rəhbərlik və işçi qüvvəsinin tam cəlb

edilməsini tələb edir. Bu sistem həmçinin çoxşaləli yanaşmanı da tələb edir. Bu çoxşaxəli

yanaşmaya daxil olmalıdır: fərdi tədqiqata uyğun olaraq aqronomluğun, baytarlıq

sağlamlığının, istehsalatın, mikrobiologiyanın, səhiyyənin, qida texnologiyasının, ətraf

mühit sağlamlığının, kimyanın, mühəndisliyin ekspert qiymətləndirilməsi. HACCP

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!