26.04.2020 Views

Mehmanxana

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Sanitariya və Gigiyena Metodları və Normaları Proqramı

(SAHMAN - Sanitation and Hygiene Methods and Norms)

Mehmanxana və mehmanxana tipli müəssisələr üçün

TƏLİMAT

“SAHMAN” Proqramı çərçivəsində nəfəs yolu xəstəliklərinin

(xüsusilə, COVID-19-un) profilaktikasına dair

mehmanxana və mehmanxana tipli müəssisələr üçün

TƏLİMAT

1. Təlim və maarifləndirmə

2. Qabaqlayıcı tədbirlər

3. Təmizlik və dezinfeksiya tədbirləri

4. Xəstəlik daşıyıcıları ilə bağlı nəzarət tədbirləri

1. TƏLİM VƏ MAARİFLƏNDİRMƏ

Mehmanxana və mehmanxana tipli müəssisələrdə nəfəs yolu xəstəliklərinin,

xüsusilə COVİD-19 (koronavirus) infeksiyasının yayılmasının qarşısının alınması üçün

maarifləndirmə işlərinin aparılması və müvafiq təlimlərinin keçirilməsi vacibdir. Bu

məqsədlə, “SAHMAN” proqramı çərçivəsində proqramda təlimlərə cəlb olunan

mehmanxana və mehmanxana tipli müəssisənin nümayəndərinə virusdan qorunma

tədbirləri barədə məlumatlar veriləcəkdir. Təlimlərdə iştirak edən və müvəffəqiyyətlə başa

vuran nümayəndələr – “SAHMAN” menecerləri müəssisə daxilində proqram çərçivəsində

nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə görə məsuliyyət daşıyacaqdır.

Təlim zamanı iştirakçılar şəxsi gigiyena (əl gigyenası, nəfəs yolu gigiyenası,

öskürmə etiketi), dezinfeksiya tədbirləri (işlərin dövriliyi, tətbiqinə icazə verilən

maddələrdən düzgün istifadə qaydaları, həmçinin dezinfeksiyanın aparılması qaydaları),

digər növ qabaqlayıcı qoruyucu tədbirlər haqqında metodiki göstərişlərlə təmin

olunacaqlar. “SAHMAN” menecerləri isə öz növbələrində, müəssisənin rəhbərliyini, işçi

heyətini proqram, onun faydaları və görülməli tədbirlər haqqında məlumatlandırmaq və

təlimatlandırmaq öhdəliyi götürəcəklər. Əlavə olaraq, onlar proqrama dair məlumatların,

eyni zamanda tələb olunan gigiyena və sanitariya tədbirlərinə dair yazılı xatırlatmaların

(misal üçün, əl gigiyenası) əsas ümumiişlək ərazilərdə (resepşn, lobbi, lift, pilləkan,

qidalanma məkanları, idman zalları və s.) yerləşdirilməsini təmin etməlidirlər.

1.1. Əl gigiyenası

Əl gigiyenası əllərin təmiz olmasını nəzərdə tutur. Bura əllərin yuyulması və (ya)

alkoqol tərkibli vasitə ilə dezinfeksiya olunması daxildir. Bir çox yoluxucu xəstəliklər

birbaşa kontakt vasitəsi ilə yayıldığı üçün düzgün əl gigiyenası mehmanxanalarda

infeksiyanın yayılmasına qarşı əsas tədbir hesab olunur.

Əl gigiyenası aşağıdakı qaydada tətbiq olunmalıdır:

• Ağıza, buruna və gözlərə toxunmazdan əvvəl;

• Qidaların hazırlanması və təqdim olunmasından əvvəl;

• Öskürəndən və asqırandan sonra;

• Sanitar qovşaqlardan istifadə edəndən sonra;

• İctimai sanitar qovşaq, qapı dəstəyi, lift düyməsi və s. kimi ümumi yerlərə

toxunduqdan sonra.

Əllərin yuyulması

Əllərin düzgün qaydada yuyulması üçün birinci, üzük, saat və digər əl aksesuarları

çıxarılmalı, sonra isə əllər aşağıdakı qaydalara uyğun olaraq yuyulmalıdır.

• Axar suda əlləri isladın;

• Maye sabun əlavə edin və əlləri sürtərək köpürdün;

• Axar sudan kənarda ovucları, biləkləri, əllərin arxasını, barmaqların arasını və

arxasını, barmaqların ucların 20 saniyə ərzində sürtün (eyni qayda dezinfeksiya

zamanı da tətbiq olunur);

• Sürtəndən sonra əlləri axar suda təmiz yuyun;

• Sonra isə əlləri bir dəfə istifadə olunan təmiz pambıq və ya kağız dəsmalla

qurulayın;

• Əgər ehtiyac olsa, su kranını toxunmadan, dəsmalla tutaraq bağlayın.

1.2. Öskürək/respirator xəstəlik zamanı şəxsi gigiyena

Öskürək/respirator xəstəlik zamanı xəstəliyin mənbəyindən qorunma üçün nəzarət

tədbiridir. Mehmanxananın işçiləri və qonaqlar öskürək/respirator xəstəliklə bağlı

aşağıdakı düzgün etiket qaydaları barədə məlumatlandırılmalıdır:

Nəzarət tədbirləri

• Öskürəndə və asqıranda ağızı kağız salfetlə bağlanmalı və istifadə olunmuş

salfet ağzı bağlı zibil qabına atılmalıdır;

• Resprator axıntı ilə təmasdan sonra əllər müvafiq qaydada təmizlənməlidir;

• Resprator simptomları olan qonaqlara tibbi maskalar təklif olunmalıdır;

• Resprator simptomları olan qonaqların digər qonaqlardan kənarda oturmasına

diqqət yetirilməlidir (ən azı 1 m).

Öskürək/respirator xəstəlik və şəxsi gigiyena qaydalarına işçilərlə yanaşı qonaqlar

da əməl etdikdə virusun yayılmasının qarşısının alınması daha yaxşı nəticə verir. Buna

görə də qonaqların gigiyena qaydalarına əməl etməsinə diqqət yetirmək lazımdır.

Qonaqlara və işçilərə gigiyena qaydalarının xatırladılması üçün mehmanxanada mümkün

yerlərdə məlumat lövhələri qoyulmalıdır.

2. QABAQLAYICI TƏDBİRLƏR

“SAHMAN” proqramında iştiak edən müəssisələr aşağıdakı qabaqlayıcı qoruyucu

tədbirləri həyata keçirməyi öhdələrinə götürürlər:

• İşçi heyətinin sağlamlığına nəzarət edilməsi (gündə iki dəfə sensor termometr

vasitəsilə temperaturun ölçülməsi, soyuqdəymə, infeksiya əlamətlərinin olubolmamasına

daimi nəzarət);

• Özünü narahat hiss edən, temperaturu 38 dərəcə C-dən yüksək olan, nəfəs yolu

xəstəliklərinin simptomlarını nümayiş etdirən işçilərə və qonaqlara təcili tibbi

xidmətin təşkili;

• Münasib olduqca, müəssisəyə daxil olan qonaqların temperaturunun ölçülməsi

və onlarda nəfəs yolu xəstəliklərinin simptomlarının olub-olmamasına nəzarət

edilməsi;

• Müəssisənin şəxsi gigiyena və dezinfeksiya tədbirlərinin görülməsi üçün zəruri

olan vasitələrlə təmin olunması: sensor termometr, əl dezinfeksiyaedici məhlullar,

əl salfetləri, üz maskaları, əlcəklər, istifadə edilmiş tibbi maskalar və əlcəklərin

atılması üçün ayrıca qapalı torbalar, dezinfeksiyaedici məhlullar, işçi heyəti üçün

təmiz geyimlər;

• Resepşn və digər qəbul işçiləri tərəfindən üz maskaları və əlcəklərin istifadəsi;

• Ümumiişlək ərazilərdə əl dezinfektantlarının, salfetlərinin təchiz edilməsi;

• Qonaqlar üçün tələb olunduqda üz maskalarının və əlcəklərin təchiz olunması;

• Görülən bütün tədbirlərin qeydiyyatının aparılması və sənədləşdirilməsi.

2.1. Təhlükəsiz məsafə tədbirləri

• Müəssisə daxilində və ətrafında insanların kütləvi toplanmasına imkan

verilməməsi;

• Qələbəlik (tünlük) yaranmasının qarşısını almaq üçün növbələrin müəssisə

daxilində bir neçə ərazidə təşkili (resepşn,məlumat nöqtəsi,qeydiyyat nöqtəsi);

• Qonaqlar arasında ən azı 1 metr məsafəni təmin etmək üçün növbə yerlərinin

döşəmə işarələri ilə ayrılması;

• Ümumiişlək ərazilərdə masalar, oturacaqlar, skamyalar və stullar arasında 2

metrlik məsafənin tətbiqi.

3. TƏMİZLİK VƏ DEZİNFEKSİYA TƏDBİRLƏRİ

Yoluxucu virus ətraf mühitdə uzun müddət yaşadığı üçün ərazinin təmizlənməsi və

dezinfeksiyası tədbirləri gücləndirilməlidir. Təmizlik və dezinfeksiya tədbirlərinə

aşağıdakılar daxildir:

• Təmizlik işləri birinci təmiz hissədən başlamalı sonra isə daha çirkli hissələri

təmizləməlidir;

• Daha çox təmas olunan səthlərə (resepşn və qəbul masası, qapıların dəstəyi,

liftlərin düymələri və s.) fokus olunmaqla bütün ümumiişlək yerlər və qonaq

otaqları gün ərzində hər 4 saatdan bir deterjanlı su ilə təmizlənməli və

dezinfeksiya olunmalıdır;

• Müntəzəm olaraq pest-kontrol həyata keçirilməlidir;

• Bütün ümumi sanitar qovşaqlar/yuyunma otaqları maye sabun, kağız dəsmal və

ya əlqurudanlarla təmin olunmalıdır;

• Təmizlik və dezinfeksiya işlərindən sonra əllər gigiyenik qaydada təmizlənməlidir;

• Mövcud gigiyena standartlarının düzgün qaydada tətbiq olunmasına rəhbərlik

mütəmadi nəzarət etməlidir.

4. XƏSTƏLİK DAŞIYICILARI İLƏ BAĞLI NƏZARƏT TƏDBİRLƏRİ

COVİD-19 virusu daşıyıcıları ilə bağlı nəzarət tədbirləri standart tədbirlərə əlavə

olaraq həyata keçirilir. Aşağıdakı tədbirlər daxildir:

• İnfeksiyanın yayılmasının qarşısını almaq üçün qızdırması və respirator

simptomları olan qonaqların tibbi maskalar geyinməsinə diqqət edilməsi;

• Müəssisə daxilində xüsusi karantin ərazisinin ayrılması;

• Karantin sahələrinə aparan ayrıca izolyasiya edilmiş yolun və buradan nəqliyyatla

yola düşmək üçün ayrıca parkinq ərazisinin olması;

• Şübhəli COVID-19 hallarında ünsiyyət üçün müvafiq qoruyucu geyimlərin

mövcudluğu;

• Evakuasiya planının mövcud olması və heyətə əlaqədar təlimin keçirilməsi;

• Kəskin respirator xəstəlik simptomları nümayiş etdirən qonaqların dərhal tibbi

xidmətə müraciət etməsini və kütləvi yerlərə getməməsinin tövsiyə edilməsi;

• Xəstə qonaqlarla işçi heyətinin təmasının minimuma endirilməsi və onunla

təmasda olan şəxslər tərəfindən şəxsi mühafizə vasitələrindən istifadə edilməsi;

• Xəstə qonaq check-out etdikdən sonra otağı təmizlənməli və dezinfeksiya

olunması;

• Onun təmasda olduğu şəxslər və yerlər müəyyən olunmalı və müvafiq qaydada

təmizlik, dezinfeksiya və izolyasiya işlərinin aparılması;

• Front-desk, lobbi, lift, restoran, konfrans zalı və kütlə toplantıların mümkün olduğu

digər yerlərdə insanlar arasında ən azı 1 m məsafənin olması təmin olunması.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!