24.04.2020 Views

Xəyallarımızın arzusu

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.


Bu qədər zaman sonra qarşına yalnızca bir dəfə çıxmışam.Oda

təsadüfən oldu.Heç gözləmədiyim anda qarşıma çıxmağın gözlərinlə gözlərimin

toqquşması bu qədər zaman sonra heç yaxşı gəlmədi mənə.Yenicə ayaq açıb

yeriyən bir körpənin ayaqlarından tutub yerə çəkib yıxmaq kimi, yerdən yerlərə

vurub əzmək kimi bu yazıq ürəyim bilmədi neyləsin.Əllərim əsdirdi o an.Özümü

güclə saxlayırdımki yıxılmayım.Yanından yad kimi keçib getdim.Ən çoxda bu

şəhəri onun üçün sevmirəm.Qorxuram səninlə hansısa bir küçədə hansısa bir

yolda qarşılaşmaqdan.Yaşayır bədənim ruhum cismən amma sənin gedişin

məni yarımçıq qoymağın öldürdü.Nə qədər ölsəkdə bu həyatda gerçək bir şey

varki insan yalnızca bircə dəfə ölür.Və o bircə dəfə ölməyimiz sayılır.İstər öz

əcəlimizdən istər xəstəlikdən hər hansısa bir qəzadan həyatdan köçüb

gedirik.Bəs bizi hər gün öldürən insanlar necə? Onlara əsəbləşmək olmur onları

günahlandırmaq olmur.İstər onlar gəlsin istər biz onların ömrünə nələr olursa

artıq sonda olanlardan özümüz əzab çəkirik.Hər şeyin dəb halına gəldiyi bir

zamanda artıq ayrılıqlarda dəbə minib.Heç kəs sanki qorxmur itirməkdən ayrı

düşməkdən.Mən olmadım əslində bu ayrılıqlardan qorxan.Sən oldun sən

qorxdun sənin mənim birgə yaratdığımız bir əsəsrin sonunu yazmağı mən

bacardım.Kaş getməsəydin deyirəm ömür boyu cahil qalardım.Adımı belə

bəlkə heç xatırlamadığın mənim haqqımda zərrə düşünmədiyin bir anda

çıxmışdım qarşına bəlkədə.Özünü xoşbəxt hiss etdiyin həyatının ən gözəl

çağında idin çünki artıq hara gedəcəyini hər dəqiqiə səni sıxan səni incidən biri

yox idi həyatında.Adını qısqanclıq qoyub sonra inamsızlıqla səni hər dəqiqə

sevgindən şübhə edən biri yox idi artıq.O zaman məndən çox səni sevən biri

yoxdu ola bilməz deyə düşənərkən indi düşünürəmki səni məndən çox incidən

olmayıb, həyata küsdürən ağladan.Mən sənin, sənin dünyanın, sevginin

qatiliyəm.Və hər gün səndən bir gün aralı, ayrı sənsiz keçirtməklə ödəyirəm

sənsizliyimi.Bilmirəm nə qədər xoşbəxtsən indi amma inan tək istəyim budurki

elə xoşbəxt olasan ömrünün sonuna qədər və bunu bilsəydim əgər sənin

həyatına bir yük bir zərbə olacağımı bilseydim heç zaman ürəyimi açmazdım.

Səni sonralar tanısaydım səninlə heçnə yaşamasaydım yenə sevərdim səni

necəki indiyənə qədər sənin adını ürəyimə adınla möhür vurub getməyin kimi

ordan pozmağa cəht etməmişəm.Kənardan sevərdim uzaqlardan sevərdim

buna razı olardım bilərdim ki amma xoşbəxtsən.Birgə arzu edib qurduğumuz

xəyallar vardı onlardan belə vaz keçərdim sən onları yaşa onada razı idim.İndiki

ağlımla düşünürəm bunları o zamanki ağlım buna icazə verməzdi çünki səni

üzdüyümü yox sevdiyimi düşünürdüm.Nə yalan deyim sən olma başqası olsun

deyə düşündüyüm zamanlarda olub. Başqası olmadı həyatımda başqaları oldu

gəldilər və hər gələn qadında səni axtardım mən.Sən olmazsan olmazmış sən

örgətmişdin mənə sevməyi sevgini sən olmasan necə ola bilərdi axı. O


zamandan bəri çox şey dəyişib heç zaman dəyişməyəcəksən dediyin adamı

gedişinlə dəyişdin getdin.Bir ağlı kəsməyən bir uşağı böyütdün getdin.Bu qədər

anlaşılmazlıqları bu qədər dəyişməyi anlamaq üçün səni itirmək lazım idi

deməli.Səni qınamıram səni günhlandıra bilmirəm sadəcə vərəqlərə yazıram

adını, sevgini.İnsanlar əllərində olanları itirdikdən sonra qədrini anlamağa

başlayıllar vəya öldəndən sonra qiymətli oluruq, darıxırıq, onlar haqqında

danışırıq.Filan bir şeyi çox sevərdi olsaydı indi kaş deyirik və bir anlığına onun

yoxluğunda yada düşür.Ya hansısa sevdiyi yemək, ya sevdiyi xoşladığı bir yer,

tez-tez işlətdiyi sözləri, hərəkətləri.Bir insanın yoxluğu ətrafındaki insanların

yoxluğuna gətirirb çıxardır.Nəyinki insanların, sevdiyin heçnədən zövq ala

bilmirsən.Onu xatırlayırsan hər keçdiyin küçədə o var, sən varsan.Ac olursan

süfrəyə onun sevdiyi yemək gəlir boğazında düyümlənir yemək yeyə

bilmirsən.Onun adı çəkiləndə boylanırsan baxırsan birdən o olar deyə.Onun

adında balaca uşaq görən zaman gözlərindəki sevinci gözlərindəki həyat dolu

baxışdan bir anlığına doğmalaşırsan. Varlığında yanımızda olan kəslərə küsür

onlara şərtlər qoyur bəzən qıyırıq bir kəlmə xoş sözü söyləməyi silirik bəzəndə

həyatımızdan bilmədən axtarmadan sormadan maraqlanmadan qəlblərini

qıraraq sanki belə olmalı imiş kimi.Həyatda hər şeyə sahib olub varlı olmaq olar.

Hər şeyi əldə etmək olar bəzəndə hər kəsi.Bəzəndə olmur hər çeyə sahib

olmaq nəsə əysik qalır nəsə çatmır sanki. Zaman keçdikcə anlayıram ki həyatda

sevgi yoxsulluğu çəkən insan istər qol gücü istər imkan cəhətdən nə qədər varlı

olursa olsun nə qədər hər şeyə sahib olursa olsun hər zaman yoxsulluq

çəkir.İnsanınki içində sevgi vicdan yoxdur o insan hər zaman kənardaki

insanların bərabərliklərinə həsrətlə yanaşır. Sevginin nə olduğunu bilməyən

insanlara zülüm edənlərə nə fərqi varki. Onlara nə desən nə etsən yenə həyata

bir daş parçası kimi gəlib gedəcəklər. Amma həyatda birdə elə kəslər varki daş

kimi möhkəm görsənməyə çalışıllar hər şeydən hər kəsdən uzağa qaçmaq

istəyillər qurban verillər gülüşlərini sözlərini sadəcə susullar.Elə bir kəslə bir

tanışlığım olub.Yaxın bir kəsin yerini əvəz etmək üçün avtomobilini götürüb

başqa rayona şirkətin mallarını aparmışdıq.Bu insanda nə yol boyu danışır nə

dinir bircə kəlmədə olsun ağzını açmırdı.Yaşlı qoca bir kişi idi.Hər nə qədər söz

salsam xoş şeylər haqqında danışmaq istəsəmdə görürdüm sadəcə başı ilə

cavablayırdı suallarımı və sıxılırmış kimi danışmaq istəmirmiş kimi bir halı

vardı.Tez-tez siqaret çəkir hərdən möhkəm öskürməyə başlayırdı.O siqareti az

çək heç olmasa gözlə öskürəyin keçsin sonra çəkərsən demək istəyirdim amma

qorxurdum sərt cavab verər onun üçün məndə bu susqunluğa örgəşdim

yolda.Hava o qədər isti o qədər yol yorucu idiki bu susqunluqda bir yandan lap

yorurdu məni.Bir supermarketin qarşısında idik.Şirkətin malları verib elə

çıxırdıqki qarşımda mənə yol göstərən bir qazel markalı avtomobilin sürücüsü


mənə əli ilə işarə edirdi ordan geri-geri çıxmağıma.Gözüm qarşıda bütün

fikirlərim onda idi və elə nə oldusa onda oldu artıq.Yanımdaki maşını

görməmişdim.İşimizdə vaxtımızda orda getdi boşuna.Avtomobilin sahibi gələn

zaman birtəhər danışıb razılaşdıq.Öz idarə etdiyim maşını idarə etdiyim zaman

söyləndiyini fikirli olduğumu söyləyirdi.Arxaya baxmadan sağ keçidə keçdim

arxadan gələn maşınla aramda məsafəmi saxlayıb maşını kənarda saxlayıb

dəyandım.İkimizdə susmuşduq.Sonra yol boyu heçnə demədi gəldik şəhərə

çatan zaman sürücülük vəsiqəmi maşının üzərinə qoyub uzaqlaşırdımki

arxadan çağırdı vəsiqəmi mənə uzatdı and aman elədiki mümkün deyil mən

səndən heçnə ala bilmərəm.Az keçmədi zəng etdi dedim hər halda fikri

dəyişib.Axı qəza törədən mən olmuşam qəzada ödənilən pulu verməli

idim.Getdim yenə susdu.

İşin var əlində?

Yox hələ iş saatıma var

Gəl səndən işim var

Məndə sorunşmadım heçnə demədim getdik və bir kafeyə çatdıq.

Yol boyu deyib gülməyən insan indi həyatını danışırdı mənə.

Anam mən uşaq olan zaman bizi tərk edib gedib. Yadıma gəlir azdan çoxdan biraz

amma nə olsun. Tərk etdi, getdi. İlk zərbəni orda aldım mən anasız yaşamaq nədir

deyə heç zaman düşünməzkən artıq o hisləri yaşamaq yox o həyatı

yaşayırdım.Balaca idim onda dərk etmirdim heçnəyi. Şükür edirdimki atam var oda

az çəkdi. Atamda məni apardı qoydu kimsəsizlər yurduna. Həyat məni belə

salamladı. Nələr gəldi başıma nələr. Qazandım hər zaman həmişə işgüzar oldum

seçildim buna görə. Amma hər zamanda bir isdi qol axtardım isti bir qucaq

axtardım kiminsə qayğısını çəkdim. Ailə qurdum dedim həyatıma yeni bir ümüd

yeni bir dünya işığı gələr. Gözəl şeydir ailə qurmaq.Gözləri dolmuşdu susdu bir

siqaret daha yandırıb yenə sözünə davam etməyə başladı.Çalış həyatında

olanların qədrini bil.Maşındı puldur işdir bunlar hamısı gəldi gedərdi.İnsanı işsizlik

imkansızlıq yıxmır.Kasıblar xoşbəxt ola bilməz deyə bir şey var? Hər şey pul deyil

həyatda vurmusan canın sağolsun dəmirdi əzildi əzildi sən bağışlaki sənin qəlbini

qırdım sənə əsəbləşdim məni qınama bunlara görə heç vaxt sevgi görməyən insan

heç vaxt gün işığı görməyən bir qaranlıq kimidir.O qədər istəmişəmki çıxım gedim

buralardan bu insanların arasından.Getmişəm, uzaqlaşmışam amma içində

aparmışam hər şeyi bax bu sol yanımda.Buda heç zaman dinməz heç zaman ölənə

qədər insanı tək buraxmaz...Yol boyu susub dinməyən qəddar kinli kimi tanıdığım

insan necədə gözəl ürəyə sahib imiş və onun haqqında bucür düşündüyüm üçün

özümü qınadım.. İnsanlar bir birilərindən niyə uzağa qaçmaq istəsinlərki? Bir yerdə

qalıb hər şeyi gözəlləşdirmək olmazmı. Bunu illər əvvəl belə düşümnərdim amma

bu saatdan sonra belə düşünə bilmirəm.Düşüncələrimiz illərə görə yox


yaşadıqlarımıza görə dəyişir. Başqa başqa dövlətlər sərhətlər bayraqlar dinlər dillər

adətlər olan bu dünyamızda bu mümkün deyil. Bunu anlamaq üçün kənara çıxıb

qaçmaq lazım gəlmir bəzən.Elə biraz kənara gedib başqa məhlədə oturmaqda

kifayətdir əlbətdə otura bilsəniz. Həmin dəqiqə burda niyə oturduğunuz haqqında

anket məlumatı doldurmaq gəlir.Qarşındaki insana başa sala bilmirsən bezirsən

bucür mənasız söhbətlərdən bucür çürük fikirlərdən. İlk öncə bir uşağı sonra bir

ailəni sonra bir məhəlləni sonra bir toplumu bir cəmiyyəti anlamaq və düzəltmək

lazımdır yoxsa biz bucür köhnə fikirlərdən və boş qısqanclıqlardan heç zaman

sevgini hörməti əldə edə bilmərik. Və olub keçənləri düşünürəm ki insan oğlu öz

əlindəkilərin qədrini itirmədən bilmir.Bir yalnızlıq içinə düşmədən hər kəsin səni atıb

getdiyi bir zamanda əllərin boş qalan zamanda anlayırsan və o zaman düşünürsən

nə qədər güclü olduğunu kim olduğunu.Uzun zamanıdır olub keçənləri bir araya

gətirib yazmaq istədim.Sənin dediyin kimi xəyallarda yaşayan bir insan kimi yox

xəyallarımı gerçək etmək üçün əlimdən heçnə gəlməsədə , o qədərdə yazmaq

gəlməsədə səni qələmə aldım yazdım.Hər nə qədər xəyallarım istəklərim gerçək

olmasada indi bir o qədər oxucularım var dinləmək üçün görmək üçün oxumaq

üçün gözləyənlər var.Və birdə sən varsan.Bilmirəm əlinə keçər yazdıqlarım ya

keçməz xəbərin olar bunlardan ya yox bircə istəyimdə budurki biləsən

peşmanam.Sonarki peşmançılığımın fayda vermədiyi günləri ömrü yaşamağa

davam edirəm.Hər gecə yazdım, dünən yediklərim ağlıma gəlməzkən illər əvvəli

dünənki gün kimi yadıma sala bilirdim çünki heç zaman unutmamışdım

olanları.Keçib gedən bir şey vardı oda günlər idi.Hər boşuna axıb kəçən gün..

Xatırlayırdım və bunlar məni rahat buraxmırdı.Və yazdıqlarımı internet vasitəsi ilə

bir saytın portalına yazdım.

Salam.Sizin protalınızdan istifadə edirəm çox gözəl iş göürüsünüz.Kitabları

oxumağı sevdirirsiniz insanlara.Sizdən bir söz sorunşmaq istərdim.Mənim əlimdə

yazdığım qara qura deyəkdə, bunları bir araya gətirib sizin vasitəçiliyiniz ilə

yayımlamaq olarmı bu mümkündürmü? Əgər maraqlansanız paylaşımı edərəm

minnətdaram.

Yazdım yazdıqdan sonra ümüd etmirdim cavab gələ maraqlanan ola.Sonra mesaj

gəldiyini gördüm.

Salam hər vaxtınız xeyir.Buyurun bizim portalda öz yazdığınız kitab vəya əsəri

yerləşdirə bilərsiniz.Materialı portala yerləşdirərkən hər hansı çətinlik çəksəniz

bildirin köməklik edərik.

Bu xəbər məni sevindirmişdi və ruhlandırdı yazmağıma dahada çox vaxt ayırıb

yazdım.İnsanların etməyi bir şeydən şikayət etməsi lazım deyil əslində.İlk öncə bir

addım lazımdır atmağa və o addımı artıq atmışdım.


Yazar: Salaməziz oxucu. Bu kitab illər əvvəl baş verən real hadisələrdən bəhs

edir.Mənim və mənim həyatımdan gəlib keçən mənimlə olan və olmayan kəslərin

həyatından.. Bəlkə səndə özünü tapdın birazca burda bəlkədə kiminsə həyatını.

Oxucu: Salam əziz yazar.Buyurun.Mən dəyərli vaxtımı sizə həsr edirəm.

Anladığım qədər özünüz və həyatınızda özünüzdəndə çox sevdiyiniz biri haqqında

yazacaqsınız.

Y:Əslində illərdir hər kəsin axtardığı bəzilərinin tapdığı bəzilərinin axtarışda olduğu

bir sualı geniş formada açıqlamağa çalışacam.Bunu deyim ki, illər sualların

cavabını yaşantılara görə dəyəşir.İnanın artıq çox şeylərə təəcüblənmirəm.Bəlkə

səndə. Elə şey olar? Bu sözü söyləyə bilmirəm artıq çünki gözlənilmədən

gözləmədiyim anda insanlardan o qədər surprizlər görmüşəmki və bilmədən o

surprizləri məndə etmişəm deyə düşünürəm.Azda olsa ola bilməzki kiminsə qəlbini

sındırmamışam qırmamışam.Və arzulamazdım sənədə, əmin olduğun sualların

cavabını illər sonra dəyişdirməyə sizi utandırmağa, yanıltmağa.

O:Sevgi nədir hə?

Y: Hə. Sevgi nədir .Düzü mən özümdəndə çox sevdiyimi yox, indi anlayıram ki

özümü nə qədər çox sevməmişəm özümə nə qədər dəyər verməmişəm.Özümə və

ətrafımdaki məni sevən insanlara və sevdiyim insanlara.

O: Sıfır kimi hə?

Y: Bəli. Sıfır kimi. Başqalarının yanında dəyərsiz olsamda onları hər zaman dəyərli

etmək üçün artıb çoxalmışam amma onlara görə hər zaman mən sıfır olaraq

qalmışam. Amma bunu şablon sayağı yazmayacam qeyd etməyəcəm.Səmimi

şəkildə yazacam hər şeyi, olanları, qarşılaşdığım insanları və düşüncələrimi.

Düzdür belə deyillərki beş hərfdən ibarət olan bu söz sanki bütün dünyanı əlində

tutmaq kimi, qışda günəş kimidir. Amma mənə görə sevgi elə sevginin özüdür.Bu

tək qadınla kişi arasında getmirki.Sevgi gülə, bağa torpağa yaşamağa, öldürməyə

yox yaşatmağa, insanlara, canlılara, tək tanıdığımız yox tanımadığımız bütün

insanlara belə sevgi və qayğı ilə yanaşmaqdır.

O: Nədir sevgi yaxşı. Hər kəs bir birindən giley edir bir birini qınayır. Onun bir tərkibi

hazırlanma qaydası varmı onu insanlara çatdırmaq olmazmı. Bir növ yemək tarifi

kimi. Belə hazırlanır belə ortaya gəlib çıxır belə davam edir.

Y:Tarif deyəndəki, biz hər nə qədər istəsəkdə ki ətrafımızdaki insanlarda bizim kimi

olsun bu mümkün deyil. Mən hər zaman bunu söyləmişəm.Əgər biri sizin yanınızda

ağız dolusu kiminsə qəbahətlərini danışırsa mütləq sizdən ayrı qalıb başqa

insanların yanına düşən zaman sizin qəbahətləriniz söz söhbət meydanı

olacaq.Mərhum Şairimiz Nüsrət Kəsəmənlinin məhşur bir şeirindən bir parça düşdü

yadıma.Nəyimi sevmişdin deyə bilmədin, indi isə yüz eyib görürsən məndə.Amma

onu deyim ki hər şey həqiqətən öz dadında və duzunda gözəldir.Və çalışdığım


qədərdə misralarımı sizi yormamaq şərti ilə yazım axı hasant deyil bir oxucu qəlbi

qazanmaq.

O: Düzdür. Bir insanın qəlbini qazanmaq hasant deyil.

Y: Yox hasanatdır əslində əziz oxucum.Bir insan gör və tanımırsan onu heç salam

belə verməmisən heç adını belə bilmirsən.Necə yolla olursa olsun o insanla bir bağ

bir körpü quracaqsan.İnsan hər hansısa bir yad planetli deyilki ondan siqnal

gözləyəsən. Sadəcə o münasibəti əldə saxlamaq qorumaq çətindir.Hər insan

münasibətini sona qədər apara bilmir.Bir neçə gün bir neçə saat bir neçə ay.Y sən

onda nəsə axtarırsan tapa bilmirsən yada o səndə nəsə axtarır görmür ala bilmir.İlk

öncə sual vermək lazımdır ki doğurdan sən məndən nə istəyirsən?

O: Bəs bir şeylər baş verməmişdən öncə birşeylər başlamadan yəni necə sonu

olacaq ki? Başlamalıdır ki sonu olsun. Yəni hər şeyin sonu var buna o qədərdə

üzülmək lazım deyil məncə.

Y: Bu kitab kimi məsəlçün.Əgər bu kitabı siz özünüzə zülm verə verə oxusanız

sevmədən oxusanız ki mən oxuyum bitirim bu kitabı və sevməsəniz bu sizin

başlayan və bitən zaman sevindirəcək bir hal olacaq. Ona görə sevinməyəcəksiniz

ki kitabı oxudunuz sevinəcəksinizki bitdi.Yox əgər kitabı sevib bəyənsəniz bitən

zaman sadəcə xoş bir təsurat bağışlacaq və üzülməsənizdə heyiflənəcəksiniz. İndi

aydın oldu nə demək istəyirəm?

O: O zaman dünyadan insanlar gəlsin getməsin, o zaman çayların suyu axsın

bitməsin günəş çıxsın yenidən doğmasın.Axı bular hamısı təkrar-təkrar baş verən

şeylərdir.

Y: Bilirsiniz, mən sizinlə razıyam düzdür bir gün nəsə baş verirsə başlayırsa o

mütləq bir yerlərdə bitməlidir. Sadəcə baxır necə bitdiyinə söndüyünə köz olduğuna

alışdığına yandığına.Bitmək nədir bilirsiniz? Siz bu əsəri oxuyub bitirdikdən sonra

bəyənsəniz başqa bir insanada məsləhət görəcəksiniz oda oxuyacaq sevəcək

başqa bir insana məsləhət görəcək oda başqa birinə və beləcə bu əsər yaşayacaq.

Mən sizin əhatə dairənizdən kənarda nə vaxt qalsam o zaman sizin üçün bu əsər

bitəcək.Sizin üçün və başqa oxucu üçün və başqa başqa beləcə bitəcək.Yəni

maraq bitdiyi an hər şey bitəcək.Necə ki bayaq söylədiniz sevgi nədir deyə bax

onun kənarında siz varsınız mən varam hər kəs var.Sadəcə kənardan baxırıq

görəsən bu nə hissdir deyə.Bəzilərimiz sevgilərin ən gözəlini yaşaya-yaşaya

bilirsiniz nə düşünür? Kaş mən bu infinitinin ağ rəngini almazdım yaman toz bildirir

kaş qara rəngini alardım. Yəni o insan ailəsinin işinin ona verilən həyatının

başqalarında olmasından doğan sevincin zərrə qədər vecinə deyil. O sadəcə

önəmsiz şeylər haqqında düşünür. Və bizlərdə eləyik hərəmiz bir parça eləyik.

Qaldığımız evdə düşünürük kaş evimiz filankəsin evi kimi olardı amma görməmişik

xəbərsizik kirə pulunu ödəyə bilməyib bütün əşyaları çölə atılanları, görməmişikmi

körpü altında yatanları? Yemək yeyirik kaş bugün filan yeməyi yeyərdik xəbərimiz


yoxdur çünki günlərcə ac yatanları, xəbərimiz yoxdu yolda əl açıb bir qarın çörək

puluna həsrət qalanlardan, bir qarın çörəkçün min sözə əzaba dözənlərdən

xəbərimiz yoxdumu? Bilirsən əziz oxucu səndə bilirsən bunları, məndə bilirəm.

İnsanlar özləri çox vaxtı bitiş nöqtəsini seçir və şikayətlənməyin mənası yoxdur.

O: Yəni bitiş zamanını bəzən insan özü seçir hə?

Y: Bəzən yox çox vaxtı.Sizin həyatınızda önəm verib dəyər verdiyiniz kəslərə qarşı

etdiyiniz səhflər yalnışlar onlarla aranızda olan bir kəndir kimidir.Və o səhfləriniz o

kəndirləri bir -bir zorla doğrayır bir birindən ayırır uzaqlaşdırır. Sizdən nəsə

gözləyən uman kəsin gözləntisini heçə çıxardırsınız.Onun inamını ona qarşı olan

qayğını ona qarşı hörməti.Və artıq o insan sizdən heçnə gözləyə bilmir və sizində

artıq verəcək bir şeyiniz olmadığından ayrılıq gəlir ortaya.Hər bir səhfiniz bir zərbə

hər bir səhfiniz yeni bir zərbə. O qədər yolda sükan arxasında yolda qalan kəslər

oldu heç kimin gecənin bir aləmi gəlməyəcəyini bilə bilə yola baxan, sahilə enən

balıq tutan balıqçılarda dumana çənə düşdü qeyb oldu, xəstələrin başlarında

durub oyanmağını gözləyənlər oldu, böyük bir cinayət törədən kəs belə böyük bir

yalnışlıq edən bir insanın belə işində hər zaman bir ümüd oldu. Ya bu ümüd gerçək

oldu sürücünün köməyinə kimsə gəldi balıqçıları kimsə axtarmağa çıxdı xəstələrin

yaxınları xəstənin oyandığını gördü sevincdən ağladı yada əksinə, ümüdlər

öldü..Zəngin düşür yadıma o son zəng edişin.Yuxudan ayılıb səndən zəng gələn

zaman hər şeyin yuxu olduğunu düşünmüşdüm amma danışığından və sözlərindən

yuxu olmadığını gördüm və o an sevincim çox az çəkdi yuxu olduğuna inandırmaq

istəyirdim özümü. Amma mən işin ən pis ciddi yanına yanaşmaq istəyirəm. Adam

tanıyıram səhər toyu olacaq bu sözü deyir. Gördüm alınmır ayrılacam. Mən

sevmirəmki onu. Mən sevməmişəm onu başlığı altında sonra xəyanətlər başlayır.

Yəni insan həyatı bu qədərmi dəyərsiz və önəmsizdir? Həyatın hər bir anından

şikayət edib harda bitəcəyini gözləmək lazım deyil həyat onsuzda bir gün bitəcək.

Sadəcə bunu tezləşdirmək gərək deyil. Tezləşdirmək deyən zaman elə o demək

deyilki aldınız bir zəhər içdiniz dünyanızı dəyişdiniz vəssalam, buda son. Yox tək

intihar etmək bu deyil. Yalnış seçdiyiniz bir dosta bir qadında bir yoldaşda sizi

ölümə aparacaq bəzəndə təkliyiniz bəzən ətrafınızın çoxluğu bəzən pulunuzun

olmaması, bəzəndə pulunuzun çox olmağı, bəzəndə ümüdlərinizin olmadı anda,

bəzəndə kimsəsizliyiniz..

O:Deməli insanlar özləri seçir hə çox zaman sonluğu.

Y:Bəzən yox , deyərdim ki çox vaxtı

O: Hardan başlayaq?

Bilmirəm hardan başlayım necə başlayım necə yazım.Bilmirəm indi nə edirsən

hardasan və bilmirəm bu yazdıqlarımı bu səfər sona çatdıra biləcəmmi, yoxsa bu

səfərdə vaz keçəcəm yazmaqdan. Qəribəsidə budur ki insan sevdiyi şeylərdən vaz


keçə bilmir.Ola bilər bu müxtəlif bir adəti olsun sevimli bir verlişi olsun geyim tərzi

olsun sevimli yeməyi olsun siqareti olsun içkisi olsun yuxusu olsun işi olsun hoppisi

olsun ən pisi, sevgisi olsun.. Bilmədiyim çox şey var düzdü. Amma bir onu bilirəm ki

indi başım çox pis ağrıyır və ayaq üstə dura bilmirəm.Gecə yuxusuz qalmağımın və

içkimin və siqaretimin nəticələridir. Siqaret və ya içki düşkünü biri deyiləm. Dört gün

idi atmışdım zəhirmarı çəkmirdim, nədə uzun bir zamandır ki içmirdim. Taki dünən

gecə yuxuma gəlib mənimlə görüşənə qədər.Söhbət kimdən gedir?

Ondan..Səndən.. Və bu neçə ildə eyni sözü mənə deyirsən və maraqlısıda odur ki

məndə sənə eyni sözü bu neçə ildə sənə deyirəm. Biz yuxularımızda başqa heçnə

danışmırıq heçnə soruşmuruq.Sən məndən sorunçursan ki, biz niyə ayrıdıq, mən

isə cavabında qorxma biz heç vaxt ayrılmarıq axı sənə demişdim ki biz heç vaxt

ayrılmayacağıq və o an gözümü açıram və ötən günlərdəki kimi bu gündə içində

daxil olmaqla sərxoş yuxusuz key kimi günümü başa vururam. Sadəcə başa

vururam yəni, özəl heçnə olmur içməkdən sərxoşluqdan başqa. Normal

günlərimdə demirəm yadıma düşmürsən.Yadımdan çıxan günün olurmuki bir

yadımada gəlib düşəsən? Sadəcə yuxularıma gəlməyin məndə biraz başqa cür

təsir verir elə bil bu qədər ayaqlarıma yolun uzunluğunu bəhanə edib səni

görmədiyim üçün, yuxularıma gəlişin bütün bədənimi ruhumu hislərimi alt üst

edir.Uzaqlıq deyəndəki iki bina yanımdasan. İki bina uzaqlıqda olan və bir zaman

tanıyan tanımıyanların dilində dolaşan iki gəncin böyük sevdası, sevdamızın

sevdalısı olan biz, bir birimizi görməyəndə dəli olan havalanan biz, yanı başımızda

indi bir birimizi görmək belə istəmirik. Yəni istəmirik deyəndə mən görüntünü

deyirəm sən gəldə bir pərdə arxasından bax. Şəklin indi masamın yanında və

səndən yazıram. İndi oxuculardan oxuyan zaman düşünəcək ki görəsən hər sevgili

olub ayrılan kəs durub kitab yazsa, olanları yazsa nə olacaq. Hamının başına

gəlibdə unudun getsin işiniz gücünüz yoxdu? Düzdü olanları yazacam. Niyə

yazacam çünki məqsədim var. Bir zamanlardaki məni, özümü yazacam. Və bir

zamanlardaki səni, bizi. Gənclərlə qarşılaşıram çox zaman danışıllar başlarına

gələnləri həyatında olanları sevgiləri yaşadıqları hisləri keçirtdikləri və

peşmançılıqlarını, sevincli günlərini.Sonra uzun-uzun danışıqdan sonra kaş hər şey

yenidən başlayardı birdə o səhfləri etməzdim kəlməsi gəlir.Sonra süküt çökür kaş

deyirəm ürəyimdə məndə.Kaş, məndə içimdəki özümü sənə tanıda bilsəydim yoxsa

bir insan bu qədər özünü sevən birindən niyə ayrılsınki. Və hər dəfəsində səndən

danışmaq istəyirəm onlara. Qarşımdaki xanım olsun və ya kişi sənin sürətini sənin

sevgi tərzini sənin ruhunu yazmaq səni vəsf eləmək istəyirəm onlara. Səni

ölümsüzləşdirmək səni yaşatmaq istəyirəm çünki sən mənə sevginin nə olduğunu

anlatmısan yaşatmısan. Tək sən yox. Sənin timsalında çox sevgilər olub bunlar

qızlarda olub oğlanlarda olub, onlar həqiqi sevginin nə olduğunu artıq iş işdən

keçəndən sonra anlayıblar və hər kəsin öz sevgisi özünə əlbətdə şirin və doğmadır.


Sən olmasaydın bugün məndə səndən yazmayacaqdım ümumiyyətcə

yazmayacaqdım. Nə kitablar oxuyacaqdım nə darıxmaq nədir biləcəkdim nə bu

qədər ürəyim həssas olmazdı yaxşılıq yatmazdı çox güman bu qədər

içimdə.Demirəm ki mən yaxşı insanam. Hər kəs kimi mənimdə həyatda səhflərim

olub, mütləq olub. Sadəcə sevgini aldığım gündən bəri içimdə bir qığılcım var hər

kəsə yaxşılıq etməklə bağlı. Heç vaxt heç kimə pislik edim pis niyyətli olum, yəni

dəyişdirmədi sənin gedişin məni məndə kin yaratmadı yaranmadı. Bilmirəm

bəlkəmbundan birazda ətrafıma borcluyam özümə borcluyam amma bir onu bilirəm

ki sənin keçdiyin dərs sənin keçirtdiyin imtahanlar mənim həyatımın sonuna qədər

yetdi.Və bilmirəm nə qədər mənim bu kitabımı əldə etmisən və ya yaxınlarından

tanışlarından kimsə əldə edib sənə xəbər verib oxuyub yada elə xəbərsiz

oxuyursan, olsun mən yenədə buna razıyam. Xəbərsiz olsan belə ən azından

oxucularıma səni tanıda bilim bu mənim sənə qarşı sənin sevginin qarşısında

borcumdur.

Mənim və bütün sevgilərinin qədrini bilməyən kəslərin ismarıcı olsun bu əsər

mənim həyatımdan.Bağışlaki qədrini bilməmişəm, hər şeyə görə bağışla..

Hörmətlə

Abduləli Cəfərov

Vağzalı səsi.Maşınlardan küçəyə addım atmaq olmurdu. Başımı zorla qaldırıb

baxırdım.Daha doğrusu ayağımı eyvandaki paltar sərilən ipə keçirdib boylanırdım.

Dəqiq yadımda deyil amma səhf eləmirəmsə 96-97-ci illər idi.Bugün toy idi

bizdə.Dört otaqdaki bu otaqların içindən, yeddi nəfərin arasından bir nəfər ayrılırdı

aramızdan. Mən hələm təzə təzə danışırdım əlimdədə qırmızı rəngdə bir oyuncaq

maşınım var idi. Çox sevirdim o maşını və çoxda oynayırdım onunla. Evdə ən

balaca mən idim. Ən balaca və ən dəcəl. Əslində dəcəllik deməzdim buna bir növ

test sınağı deyərdim maraq deyərdim. Hər şeyi testdən sınaqdan keçirtmək adətim

idi. Misal eyvandaki zibil qabını yandırmaq üçün bir neçə kibrit atıb

alışdırdım.Eşitmişdim ki o zibil qabı guya yanmır.Zibil qabı nədir ki, eyvanın yarısı

yanmışdı və bunun üstündədə əlbətdə qəşəng döyülmüşdüm. Onu illər sonrada

təkrar etdim inanın bu səfərdə arxa eyvanda benzin artığının yağla qarışımı olan bir

balonda yoxlayırdım görəsən yanacaq? Yandımı? Əlbətdə yandı. Yandıda

sözdürmü partladı bu lap.Onuda yoxlayırdım ki görəsən bu balon eyvanda təhlükə

yaradırmı? Yaradırmış.. Amma bəxtimdən tez söndürə bildim. Dedim axı nə


gəlibsə başıma hamısı maraqdan dəcəl olmamışam yəni.Usta kimi peşəkar kimi

əlimə nə keçirdi sökürdüm.Sökə bilirdim sadəcə sonra qaytarıb yığa bilmirdim.

İşıqlar sönən zaman hər kəs bir araya yığışardı. Peçin üzərinə şabalıq qoyardıq

qoxusu bütün otağa yayılardı. Çiraqlar vardı iki üç dənə evdə.İçərisinə su tökürdüm

qarışdırıb yerinə qoymuşdum.Yenə işıqlar sönən zaman anam nə etdisə

yanmadı.Onuda test edirdimki görəsən su tökən zaman su yanarmı? Sonra atam

şübhələndi onun üstündə danlandım. Amma çıraqların içindəki suyu görməkləri bir

neçə həftə aldı və o həflərdə işıqlar sönən zaman qaranlıqda qaldığımız çox

gecələr oldu.Qorxumdan dinib danışmırdım ki çırağı məhf elədim ama orda məhf

olunacaq heçnə yoxdur sadəcə yanacağını dəyişirsən və ağızlığını dəyişirsən yanır

uşaqlıq halı, nə edirdimsə elə bilirdimki artıq düzəlməyəcək xarab oldu atmaq

lazımdır.İndilərdədə var düzdür o qədər çox rastlanmasada şəkil çəkən aparatlar

var idi lentləri vardı çəkib sonra xüsusi yerlərdə aparıb çıxartdırardıq şəkilləri.Evdə

həmin apartdan birini götürüb içərisindəki lenti hamamda yumuşdum ki aparıb

kiməsə pul verməyin.Hamamın qapısını açan zaman bir əlimdə sabun bir əlimdə

lent görən zaman evdəkilər o qədər gülmüşdüki. Bugünki kimi telefonla rahatlıqla

çəkə bilmirdik şəkilləri. Heç telefon hər adamda yox idi hələm ev telefonları təzə

təzə modda idi. O zamanlar evdə kimsədə ev telefonu olurdusa qiymətli bir şeymiş

kimi sanki önəmli zənglər xəbərlər alırıqmış kimi hər kəsin yanında

danışardıq.Bizim evdə ev telefonu var ey xəbərin var? Hələm nömrənidə

sorunçardılar. Əslində o zamanlar dəyərli və önəmli idi. Sonra televizor dəbə mindi

ağ qara, sonra rəngli televizorlar. Xoşa gəlməz hadislərdən biri yadıma düşür ki bir

gün atam işdən gec gəlmişdi. Televizor üstündə dava qırğın gedirdi.Biri deyir mən o

kanala baxıram mənim serialım var, biri deyir mən bu kanala baxıram kinom

var.Anam televizorun elektrik çıxışını vurub qırmışdıki indi baxın.Atam evə gələndə

birdə onun üstündə danışdıki bu necə ola bilər.Hərbi hissədə əsgərlərin komandir

qarşısında yığılıb sakit sakit durmağı kimi bizim evdədə elə idi. Yadıma gəlir

çayxanaların qarşısında rəngli televizor var adlı yazılar vardı.İndi düşünürəm

necədə qəribə gəlir qulağa. Hər nə olsada saat doqquzdan o tərəfə yadıma gəlmir

çünki o zaman artıq yuxuda olurduq. İşıqlar yanan zaman baxardıq bir rus

telekanalından uşaqlar üçün verliş gedərdi birdə həftədə bir dəfə hamı ailəlikcə

oturub dövlət telekanalından reto adlı verlişə baxardıq.Hər həftə bir maraqlı film

nümayiş olunardı.Onsuzda üç vəya dört kanal var idi baxa biləcəyimiz. Mənim

zamanımda yeni- yeni artıq dağılırdı kino-teatrlar . Çox nəhəng zalları var

idi.Şəhərdə artıq yoxdur.Yyıxdılar darmadağın elədilər kimə lazımdır ki kimin

nəyinə lazımdır ki köhnə kürüş beton toz dumanlı zallar, meydanlar. Amma məncə

şəhərin keçmişini belə yıxmaqdansa dağıtmaqdansa yenilənmə işi görüb oları

yaşatmaq daha gözəl olardı şəhərin xatirəsinə hörmət olaraq yaşadaraq amma

əksinədir buralarda uca binaların yerini heçnə vermir insanlar üçün. Əslində


binaların uca olmağı yox insanların alçaq olmamağı lazımdır. Mən belə düşünürəm

və bunları söz xatirinə yazmıram. Bir şəhərdə uca binaların çoxluğundansa ürəkli

sevgi dolu vicdanlı insanların çoxalmağını istərdim.

Uşaq zamanımdan hər şeyi ürəyimə salardım. Kaş etməzdim mənə görədə

evdə dava söz söhbət düşməzdi deyə.Və uşaqları ücbatından hər dəfə danlananda

analar olurdu.İndi düşünürəm haqqını ödəyə bilmərəm hər nə qədər borcundan

çıxmaq istəsəmdə.Və hər kəs kimi mənimdə əl çəkə bilmədiyim adətlərim olub və

günün bu günüdə davam edir. Evdə o qədər söz söhbət dava düşürdü ki qayçının

ağzı açıq qalıb deyən bacımın sözünə görə, qayçının ağzı açıq qalanda evdə söz

söhbət düşürmüş, tez onu bağlayardı vətapşırardı ki, gözün onda olsun heç vaxt

açıq qoyma.Nə zaman dava düşürdü qaça qaça gəlib qayçının ağzını

bağlayırdım.Bəlkədə bu mənə deyilmiş bir yalan idi bilərəkdən bəlkədə uşaqlıq halı

idi bu onada belə örgətmişdilər və heç zamanda işə yaramırdı.Onsuzda evdə söz

söhbət əksik olmurdu.Atam həddindən artıq çox qaraqabaq insan olub.İndidə elədir

amma əvvəki günlərinə baxanda biraz nisbətən arada sırada gülüb danışar yoxsa

dindirmə oda səni dindirməsin.Atamın atası yəni babam çox qəddar insan

olub.Doğurdan ailə uşaqların güzgüsüdür simasıdır.Onlara necə olsan onlarda

onlarda öz ailələrinə qarşı elə olacaqlar.Demirəm atam qəddar insandır yox sadəcə

atasının ona davranışlarını eynisi ilə mənimlə yaşayır və mənə yaşadır.Yemək

süfrəsində yalnızca qaşıq çəngəl səsi gələr.Birdə kiminsə nəyəsə əli çatmırsa,

duzu ver çörəyi ver falan.Onuda istəməyimizə peşman olurduq çox zaman yenə

danlanan anam olurdu çörəyi niyə çox qoymursan niyə duzu birdənə qoymusan

uşaqların əli çatmır falan.Bəlkə atam bunları bizi sevdiyi və bizə olan qayğısından

belə deyirdi amma yanaşma tərzi başqa cür idi atamda.Və qorxurduq

çəkinirdik.Kiminsə nəsə sözü olurdusa heç kim cürət edib gedib demirdi

deyəmmirdik çünki və buna əminəm ki çoxlarınızda bəlkə bu hal baş verib ən son

evdə nə baş verdiyini elə atalar bilirdi.Məktəbə gedirdim səliqəli forma əynimdə ən

bahalı ayaqqabı məktəbli formam ən yaxşı ləvazimatlarım. İmkanımız yaxşı idi o

zamanlarda.Tək bizdə yox çox ailələrdə o zamanlar imkan yaxşı olub.Hər kəs

atamı sorunçurdu.Ata necədir, hə bu filankəsin oğludur? Hər gün tanımadığım

qohumlar əqrəbalar hər gün qonaqlıq bazarlıq. Mənim o yaşımda nəyə ehyitacım

olacaqdıki.Uzaq başı yeni geyim alacaqdım.

Sonra birdə gözümü açdım ki, yeddi nəfərin süfrə başında əyləşdiyi bu ailə artıq

yoxdur.Bunlar o qədər tez bir zamanda keçdi getdiki o qədər tez bir zamanda dövr

elədiki.Sanki bir anlğına evdəki o şirinlik o isti mehribanlıq bir anlğına yox oldu

yerini boş otaqlar aldı.Bacılarım ərə gedib qardaşım ailə qurub evə nə bir qonaq

gəlir nə əvvəl gördüyüm qohumlar tanışlar gəlir gedirdi.Əslində səbəbi var idi

bunların hamısının bir açıqlaması var idi.Nə ata necədir var idi nədə mənim


halımı.Mənim halım bir yana heç ailənin vəziyyətini bilən yox idi. Vaxt vardı qazan

dolusu aş bozbaş dovğa bişirilən qazanları indi gizlincə aparıb aliminum götürülən

yerə satırdıq.Əvvəlki dövr deyildi daha.Nə tapırdım onuda geyinirdim.

Bacılarımdan biri cavan yaşında beyin xərçəngindən dünyasını dəyişdi.Mənim uşaq

vaxtı ana dediyim kəs, ən çox sevdiyim ailə üzvələrimdən biri.İlk zərbəni elə orda

aldım onda sanki başa düşürdüm ki yaxşı günlərdən pis günlərə düşmək rədd

olsun, insan pis günlərə düşən zaman sevdiyi kəsləri itirmək nə olan şeydir.

Yadıma gəlir qardaşımın vanna otağında biləklərini kəsməyi. Təcili yardım

qarşısına ayaqyalın qaçmağım və uzaqdan gələn təcili tibbi maşının qarşısını kəsib

bizim ünvana getdiyini sorunşmağım

Kimdir o elə?

Məndə həyacanlı və qorxu dolu səslə cavab verdim yaşlı və üzündən zəhirmar

yağan ağ xələtli kişi həkiminə.

Qardaşım.

Buraxardınız ölərdidə

Həkimin bu sözünə həm pis oldum həmdə çox qorxdum.Nə qədər məni balaca

vaxtı yola getmədiyim qardaşım olsada ikinci atam yarısı olub mənə hər zaman

mənim dayağım arxam olub amma mən ona heç vaxt qardaş ola

bilməmişəm.Çünki hər zaman elə avara olmuşam xəyalkeş olmuşam əlimdən

heçnə gəlməyib.

Bacımın gecə halı pisləşən zaman qapının kənarında durub həkimlərin iynə

vurduğunu görən zaman sevinirdim ki biraz keçməz oyanacaq.Ağlaşma səsləri

qonşuların axını, qohumların gəlişi məni öpüb bağırlarına basıb ağlamaqlarını

anlamırdım.Dərk etmirdim anlamırdım nə baş verir.Atamın qaranlıq otağına keçib

hönkür-hönkür ağlamağı.O səsi o heç vaxt unutmaram... Və o gün evdən bir nəfər

ayrılırdı.Və o gün bu uşaq bir yaş böyüyürdü.Həyatın nağıllardan qəhrəmanlardan

ibarət olduğu bir dünyada yox reallıqlardan ibarət olduğu bir dünyada olduğunu

dərk edirdim.Saf idim, çox saf idim.Hər kəsə inanırdım hər kəslə dost canlısı

idim.Yerdə futbol oynayan uşaqlardan fərqli olaraq kitabları oxumağı sevirdim öz

dünyam öz fantaziyalarım vardı öz xəyallarım vardı öz dünyam vardı.

Qonşumuzdaki bir oğlan hər kəsi vertalyotdan gəlib aparıb göyə aparacaqlar

sözünə görə ağlamışdım inanmışdı çünki.Anamı aparmasınlar deyə o qədər

ağlamışdım ki.Bir anam idi mənim qayğıma qalan və günün bu gününə kimidə elə

mənə yanan anamdır. Heç zaman böyüməmişəm gözlərində . Bəzən düşünürəm

Tanrı anaları uşaqlarına mələk kimi göndərib.

Bir köhnə bağımız var idi boz dağın ətəyində. Tut ağacı var idi böyük nəhəng

qolları budaqları olan.Ağaclar çox idi bağımızda amma bu tut ağacının başqa bir

gözəlliyi və xatirələri vardı.Atam bir dəfə nə qədər bağda lazımlı dəyərli əşyalar

vardısa tut ağacının yanında böyük bir çuxur qazıb ora basdırmışdı ki oğrular girib


aparmasınlar.Elə birinci oranı aparmışdılar marağa düşüb.Çünki torpaq qazıldığı

hiss olunurdu oğrularda xəzinə çıxardacaqlarmış kimi elə həvəslə qazıb

aparmışdılarki.Bir neçə kiloluq mis turba bağ üçün lazımlı əşyalar falan.Onun

altında yemək yeyərdik yellənçəyimiz belə vardı.Neçə dəfə kəndiri qırlıb

yıxılmışıqki. Orda oynayardıq orda dincələrdik.Hamısı onunla xatirə kimi getdi puç

oldu sonra o bağıda satdıq dəyər dəyməzinə donuz saxlayan yaşlı bir kişiyə..

Düzdür hər ailədə söz söhbət olur amma mən istəməzdim yaddaşımda o qədər

istənilməz kadrlar qalsın istərdim onun əvəzinə tər təmiz səhifələr olsun hər bir

uşağın arzusudur bu əlbətdə.Və ailədə yaşadıqlarım ailə oratımda gördüklərim

məni biraz sıxırdı həmdə özümə qapalı vəziyyətə salırdı.Özümə qapalılığım isə

kənardan ünsiyyət qura bilmək çətinliyimi yaradırdı.İstəmirdim heç kimlə nəsə

bölüşüm onunla danışım onu dinləyim. Çünki evdə görməmişdim bu cür bir

unsiyyət formamız yox idi. Necə ki bucür evdə gördüm yaşadım illərdə məni belə

formalaşdırdı və düşünürdüm ki belədə olmalıdır.Kənar ailələrdə artıq zamanla

görəndən sonra o mehribanlığı istiqanlığı yanıldığımı başa düşürdüm. Kiminsə

necə xasiyyəti varsa o insana bənzəmək məcburiyyətində deyilsən.Bu bir qanun bir

qayda bir adət deyilki.Nə qədər sərt görsənsələrdə nə qədər bizə qarşı sərt

olsalarda hər zaman köməyimizə çatıblar.Qürurlarındandır yoxsa nədəndir

bilmirəm dinməzlər danışmazlar amma başımız bir bəlaya girəndə birinci olar gələr.

Bilmirəm niyə belədirsə atalar.

İş axtarırdım, harda olsa çalışırdım.Böyük xəyalları olan bir insan kimi gündən

günə kiçildikcə kiçilirdim.Oxuyub rejissor olacam filmlər çəkəcəm.Hər dəfə bir

hadisə başıma gələn zaman mütləq bunuda qeyd edəcəm deyə beynimdə

saxlayardım o anı.Niyə kiçilirdi xəyallarım çünki əlimdə artıq o imkanlar yox idi.Artıq

əvvəlki kimi imkanımız yox, sadəcə çalışmaq qazanmaq lazım idi.Mən oxusamda

mənim təhsil haqqımı mənim geyindiklərimi yediyimi içdiyimi kim verəcəkdi.Səhər iş

axşam ev, axşam iş səhər ev .Günlərimin artıq bir hissəsi işlə keçirdi.Az çəkmədi

siqaretidə tanıdım. Bir gün bir dənə sonra iki sonra bir gecədə həvəslə bir neçə

dənə arxa-arxaya yandırıb çəkmək sonra tüstüsünü ürəyinə almaq.Sonra

dərslərdən qaçmağı,sərxoşluq edib içki içməyi,dava dalaşa qarışıb girməyi.Ağzımız

burnumuz partlamağı şişməyi, pal-paltarlarımızın cırılmağı.Çünki dərk eləmirdik

anlamırdıq ki bu qədər pal paltarı bizə valideynlərimiz nə qədər əziyyətdən alıb bizə

güclə geyindirillər.Axı ancaq qazansaq belə öz kefimizə xərcləyib qazanırdıq. Və

heç zamanda düşünməmişik və sağ qulağımızdan alıb sol qulağımızdan

buraxmışıq.Əlbətdəki hamımız yox, ağıllı insanları çıxmaq şərti ilə.Çiynində çantası

içində məktəb ləvazimatları olan, əynində məktəbli forması qızlarla yolu gedib

gələb biri getdi, yerinə özünə uyğun tərzdə geyimi, əlində burulmuş dəftəri topatopa

uşaqlarla yol gedib gələn biri gəldi yerinə.Hər dəfə yığışırdıq bir araya gedirdik

filan məktəbdə filankəs var onu döyməliyik.Nə yalan deyim mən bu günə kimi öz


söz söhbətimə görə döyülməmişəm hər zaman kiminsə söz söhbətinə görə ağzım

burnum partlayırdı. Pul yığın gedirik yemək içməyə sanki evdə yemək yemirdik

yemək vermirdilər bizə. Əslində dərdimiz yemək yox içmək idi.İçki nədir onu içən

zaman böyüklər kimi sərxoş olmaq marağında idik.Bizə elə gəlirdiki siqaret çəkən

yeyib içən dava salan kişidir.Sonra indi düşünürəm ki görəsən qadınlarda içir çəkir

dava edir bəs olar nədir? Onu hər halda o vaxtı düşünməmişik. Yaşımıza görə çox

böyük oyunlar edirdik bir sözlə.Həyatımız eləcə mənasız axıb gedirdi.Əslində bizə

o çağlar maraqlı gəlirdi sadəcə o günlərin ağrısını acısını bugün çəkəcəyimizdən

xəbərsiz idik. Gündə birinə vurulurduq könül verirdik gua sevirdik

sevilirdik.Saatlarca yol gözləyirdik, tanıdığımız on dəqiqə olmurdu yalnızca bircə

dəfə salam verib deyə xəyallar qururduq sonra ya qardaşı yada sevgilisi çıxırdı.

Yenə günlərdən adi sıradan bir gündür.Bügün yenə heç kimə bir qəpik xeyirim

dəyməməyi bir kənara ziyanlıq vermək üçün məktəbə gedəcəkdim avaralanıb yenə

evə gəlib yatacaqdım.Məktəbə ziyanlıq vuran əlbətdə hər bir oxumayan çalışmayan

tində talanda duran bizim zamanlarımızdaki kimi gənclər idi.O necə gənclik idisə

artıq nəyi düşünürdük nə idi məqsədimiz indidə düşünüb tapa bilmirəm.

Palpaltarımı seçdim söylənə söylənə geyindim. Heçnə yemədən düşdüm məktəbə

sarı gəlirəm.Heç yemək istəsəmdə yeyə bilmərəm çünki siqaret səhər insanda

zərrədə olsa iştah buraxmırdı. Cibimdə bir paçka siqaret bir cibimdə alışqan əlimdə

bir dənə dəftər içində bütün fənlər.Məktəbin yanına çatar çatmaz arxa tərəfdən

hərlənib siqareti yandırıb məktəbin kalidorunda tüstülüyə tüstülüyə gəlirəm.Bizim

zamanımızda indiki kimi hər yan bağlı, kameralar , qapıda nəzarətçi falan yox idi.

Qaçqınların müvəqqəti sığınacaq kimi yerləşdiyi yerlərdən biridə elə bizim

məktəblərdən biri idi. Onun üçün o qədərdə güclü qorunmurdu məktəbin giriş çıxışı

. Burda ailə yaşayırdı ailə qalırdı hər yanı bağlamaqda olmazdı axı.Məndə nə

zaman gec gəlsəm arxa tərəfdən hərlənib gəlirdim.

Çıxdım təhsil aldığımız otağa.Dərs hələ davam edirdi.İcazə aıb keçib əyləşdim

ən axırdaki partada. Başımı partaya söykəyib gözlərimi yumdum.Çox vaxt qızlarla

oturmaq istəyirdim amma siqaret yada içki qoxusu gəldiyindən qızlar imtina edirdi

oğlanlardan bəziləri ilə birgə oturmağı. Nə qədər avara olsaqda hər sinifin öz

qayda qanunu vardı.Kənar sinifin uşaqları heç vaxt heç bir qapını aça bilməzdi içəri

baxa bilməzdi.Bizim zamanımızda qızlar yəni sinif yoldaşlarımız oğlanların gözləri

bəbəkləri kimi idi. Nə badə kimsə söz ata yada olara güldən ağır söz deyə.Sinifdə

olmurduq yada qızları hərdən heç görə bilmirdik.Zəng vuruldu hər kəs çıxdı

çölə.Aşağı yenə bir topa yığışıb düşdük ki yenə veyillənək. Onsuzda biz oxumağa

təhsil almağa gəlməmişdik ki. Bizim sinif məhşur türk filmi olan Hababam sinifi kimi


bir şey idi.Hər zaman bir söz düşən kimi qızlar oğlanlar hər birimiz bir araya

toplaşanda deyirdik ki görəsən illər sonra görəsən bir birimizi görən zaman salam

verməyib keçən neçə nəfər olacaq? Hamıda bir ağızdan elə şey olar, və bir

birimizin üstünə yıxırdıq ki filankəs yolunu görüb dəyişəcək, filankəs görüb

tanımayacaq, bəzisi tanıyıb başını belə qaldırmayacaq.Əslində hər kəs düzünü

deyirdi sadəcə özü özlüyündə demirdi hamı bir birinin üstünə atırdı.Misal illər keçdi

və qarşı qarşıya gəldiyim bir sinif yoldaşımın gözlərinin içinə baxa baxa keçdim

bilmirəm məni tanımadı ya elə bildiki mən bu qıza yaxınlaşacam ya söz atacam,

salam nədi, əksinə göz süzdürüb keçdi nə pisliyim dəymişdisə artıq. Səkkiz martda

aldığım güllərə heyfim gəldi o an. Bir sinif yoldaşımdada eynisi oldu göz gözə

gəldik baxdı- baxdı uzun uzadı məsafə azaldıqca elə hey baxışıb susqun şəkildə

keçdik, və düşündümki hər halda tanımadı.Eynisi ilə biri daha.Və inanın hamısıda

oxuyub ali savadlı olan qızlar idi və hər kəsdən çox onlara hörmətlə

yanaşırdıq.Bəzən düşünürəm ki tanımamaqlıq deyil bu sadəcə

saymamazlıqdır.Hamısı belə deyildi qızlardan.Bir qız vardı yeni gəlmişdi

sinifə.Digər qızlardan fərqli idi bu qız xarici görkəminə və danışıq tərzinə görə

tamam fərqli idi.Bir gün gözlərinin içinə baxdım baxdım birdən göz süzdürüb çönüb

yenidən baxıb nə baxırsan deyə qaşlarını endirmişdi.Gülümsədim o an və birazda

utandım əlbətdə.O qız illər sonra fikirli-fikirli yol getdiyim anda yolun o biri tayından

məni çağırıb əl eləmişdi.Heç dəyişməmişdi gülüşü və şirin danışığı

ləhcəsi.Sonuncu dəfə gördüyüm qızlardan biridə təsadüfən yoldan keçən zaman

qarşılaşdıq və evə kimi ötürməyi təklif etdim məmnun olduğunu bildirdi və yol boyu

keçmiş günlərdən işdən ordan burdan danışdıq çox səmimi və cana yatan qız idi o

qızın nişan şəklini görmüşdüm inana bilməmişdim ki bu qızdır çox gözəl idi.Bir

oğlan yaxınlaşıb ürəyini açmışdı ki səndən xoşum gəlir onu yolda məsləhət edirdi

yolda məndə bacardığım qədər məsləhət verdim ki ailə qurmaq sənin əlində olan

bir şeydir və o an hiss edirdim ki yoldan salam verməyib düz keçən illəri heçə

sayan parta yoldaşlarım olsada yaxşıki məni özlərinə yaxın bilib böyük bilib

məsləhət alan yoldaşlarımda olub.Sonra bir sinif yoldaşım daha vardı toyuna dəvət

etmişdi getdik həmin günüdə qeyd etdik güldük danışdıq əyləndik gəldik.Və

aramızda birdə qızlar vardı hansıki geyimlərinə görə sinifdə və məktəbdə hər

zaman göz önündə olan və başları qalmaqallardan açılmayan qızlar.Onların arxası

ilə gələn oğlanlardan dalaşmaqdan bezmişdik artıq.Bir dəfə yol gəlirdim yenə fikirlifikirli

binaların arasından keçirdim. Üçü birdən gözəllik salonundan çıxdılar.Biraz

aralıqdada məni gözləyən bir tanışım vardı onada demişəm ki qızlardan

uzaqlaşmışam bağlamışam bu səhifələri ancaq başımı aşağı salıb işlərimlə

məşğulam.Qızlar qarşıma çıxan kimi sanki əsgər yoldaşlarımdı. Sarılıb öpüşüb

görüşüb qəhqəhə çəkib gülüb yol ortasında olanlardan keçənlərdən

danışırdıq.Biraz oğlan sayağı qızlar idi bunlar hər zamanda üçü bir arada


hərlənirdi.Nə vaxt canın sıxılırdı kefin olmurdu insanın bütün kefini əhvalını yoluna

qoyurdular zorla güldürüb.Sadəcə bu insanlar gülməyi danışmağı geyinməyi

sevirlər.Və bir onlara baxdım birdə ali savadlı sinifin ən sakit tanımayıb düz keçən

qızlarına.Sonra düşündüm ki hər şey oxumaqla geyinməklə olmurmuş insanlıq

başqaqadır saymaq başqadır.Bəlkə çoxunuz düşünəcəksiniz ki qadın abırlı olarda

gəlib səndən görüşməli deyildiki yolun ortasında.Yolun ortası deyəndəki

qarşılaşacağımız tək yer elə yolun ortası olacaq başqa harda görüşəcəyik ki və o

qədərdə yaxın səmimilik istəməzdim sadəcə bir salamda bəs edərdi sadəcə inanın

bunların bir adı var oda saymamazlıqdır və bunu insan nə qədər inkar etsədə hər

insanlar varki özlərinə rəva bilmir kimləsə görüşməyi.Kənarda duran məni gözləyən

tanışımla salamlaşanda nəsə soruçmaq istəyirdi qızlar haqqında amma buna mən

imkan vermədim və özüdə hiss etdiki mən söhbəti dəyişə dəyişə gəlirəm. Həm o

qədərdə yaxın deyildik yaxın olsaq belə mənə əziz olan əzizdir doğmadır bunun

ikinci adı yoxdur.İndi deyirəm ki bizim sinif türk filmlərdən olan hababam sinifinə

oxşayır amma yanılmışam. Mənimlə birgə gülüb ağlayan hər şeyimiz ortada olan

kəslərdən sən demə elə mənəmmiş bircə hər şeyini ortaya qoyub danışan bütün

sirrim bütün gələcəyim xəyallarım məndə doğru imiş.Təki hər zaman hər şeyin ən

yaxşısına ən gözəlinə varsınlar uğurları bol olsun sadəcə elə kəslərdən niyə hər

şeyimi paylaşmışam necə yoldaşlıq etmişəm bilmirəm.İş yerimdə pəncərədən

baxıram oğlan sinif yoldaşlarımdan biri maşını ilə iş yerimin qarşısında

durmuşdu.Çıxdım bir siqaret yandırdım maşının içindən əl edib salam

verdi.Maşınmı qoymadı onu aşağı düşməyə yoxsa maşında olanda elə salam

verillərmi bilmədim.Yaxşıki bu hələm salam verdi siqanal vermədi siqnal verib

keçənlərdə var.İllərin tanışları beləmi olacaqdı? Siqnal verib keçəcəkdik bir

birimizə? Belə qiymət verəcəkdik? Əyinlərində bahalı geyimlər xarici maşınlar yəni

bunlar ayrırımış nəyinki əks cinsi hətta dostu dostdan tanışı yoldaşı belə aralı

salarmış.Mənmi hər şeyi bu qədər şişirdirəm belə olmalı deyildimi insanlar.Verilən

sözlər danışılan çəkilən misallar hamısı boşmü imiş.

Sinifimizdə uzun hündür həmdə mənim bir iki il əvvəlki saf halımda olan bir sinif

yoldaşım var idi. ( Rəhmətə gedib yol qəzasında. Atası qardaşı və özü. Köhnə

motoskletlə yağışlı bir gündə evə gələn zaman qırmızı işıqda bir avtomobil yol

kəsişməsində vurub parça parça edib partlatmışdı motoskleti.İnanmamışdım

eşidən zaman elə bir saf insanın tez ölümünə və çox acınacaqlı dərəcədə

ölümünə.. Allah sənə rəhmət eləsin Rasim)

Və oların arasında birdə ən yaxın dostum Kamran var idi. Kamranı yeni-yeni

tanısamda istiqanlığı səmimiliyi və cəsarətliyi məni ona qarşı bir addım daha

yaxınlaşdırırdı. Və etiraf edim ki mənim kimi sakit sıradan bir insana siqaret

çəkməyi davalara girməyi elə o örgətmişdi.Örgətmişdi onun üçün deyirəm ki hal


hazırda artıq bir il olacaqki on bir illik dostumla bitirmişəm hər dostluğumuzu.Səbəbi

isə qalsın..

Başlayaq əsərimizin qəhrəmanından və onun bugün yəni 2005-ci ilin oktyabr

ayının iyirmi beşinə.Mənim həyatıma gəlişindən.Gedib yaxınlaşıb nömrə

verməmişəm ki mənə zəng et , ya hardasa görməmişəm ya o məni hardasa

görməyib. Bizi bir araya gətirən sadəcə bir zarafat olub. Bəli, bir zarafat.Və bu

zarafatın sonunda onu bilirəm ki mən çox ağladım çox canım yandı.İkimizində canı

yandı ikimizdə ağladıq əslində.

Adi sıradan bir günlərdən biri idi.Uşaqlar oyunlarını mənim üzərimdə

qurmuşdu bugün. Bu günün zarafat olunası hədəfi mən idim.Mənim adımdan bir

məktub yazıb verib aparıb məktəbimizin katibəsinin bacısına vermişdilər.O qızda

idmançı qızdır hündür oğlansayağı geyimdə gəzən qızlardan çox oğlanlarda vaxtını

keçirdən basketbol oynayan hündür bir qız idi. Oğlanlardan gəzməkdən kişi kimi

danışır hərəkət edir və birazda özünü elə aparırdı. Hər yarışda onu çağırırdılar

oyunlarda.Qızda bir növ idmançı tipi var idi. Elə təzəcə çölə çıxmışdım ki tənəffüs

oldu zəng vuruldu çıxım yenə çölə, üzümə bir topa kağız dəydi və heç anlayada

bilmədim nə dedisə nə danışırsa bir onu eşidirəm ki əsəbi əsəbi nəsə

deyir.Həqiqətən eşitmirdim zəng çölə vurulduğundan uşaqların səsküyündən

qışqırıqlarından heçnə eşitmirdim.Və düşdü getdi pilləkənlərdən aşağı. Kağızı

yerdən götürüb geriyə çönən zaman uşaqların gülüşünü eşidəndə aydın oldu hər

şey.Bu bizim sinif uşaqlarının oyunu idi və qurbanları mən idim.Sadəcə səhər qarşı

qarşəya gələrik birdən elə bilərki həqiqətən mən yazmışam məktub, heç

bilmirəmdə nələr yazıblar onun üçün tez arxasıyca qaçdım.Və düşdüm tez-tez

aşağı qızın arxasıyca birtəhər çatıb, qaçıb qızın qolundan tutdum.

Burax məni başın xarab olub sənin?!

Nə yalan deyim biraz bu qızdan qorxurdum.Səsidə biraz kişi səsinə oxşuyurdu

gözümü yumsaydım elə bilərdim qarşımdaki direktorumuzdu.Birazca dodağı

üstündə bığı vardı.Həmdə idmançı qızdır hər kəsin işində birdənə təpik atsa

pilləkənlərdən aşağı düşəcəm.Məndə ömür boyu yəni bilirəmki durub yenədə o

qıza şırtmada vurası deyiləm oğlan deyiki ağzın burnun dağıdasan.

Bir dəyqə gözlə görüm ey bu nədi bu nə kağızdı.Başın sənin xarab olub ey mənim

yox.Əlimdəki kağızı aça-aça tələsik onu yubadırdımki bilsinki mən yazmamışam bu

məktubu.


Utanmırsan bu nə danışıqdı danışırsan? Məni borclu çıxardırsan? Qaşlarını

endirib əsəbi əsəbi aşağı enən zaman birdə qaçıb qolundan tutdum.

Qolumu burax görüm.

Bu sözü elə dediki o an qolundan tuta bilməzdim yenidən və qarşısına keçdim bu

zaman.

İşə keçdikdə, çəkil görüm qabağımdan.Utanmaz!

Mən niyə utanıram ey? Dəyan görümdə bir dəqiqiə yedim səni?

Mənə durub yazıbki sən mələyə oxşuyursan sənin qanadların hanı, ay nəbilim nə

Get o sözü deyəcəm ha kimə yaz bildin?

Mən kişilərə məktub yazmıram bunu yadında saxla o sözləri və bu məktubu mən

yazmamışam.Əzik üzük kağızı ovcuna qoyub pilləkənlərdən yuxarı qalxan zaman

hiss edirdim ki pis oldu kişilərə məktub yazmıram sözünə görə özümdə istəmədim

elə deyəm ama nə edim çox əsəbləşdirdi məni oda kağızı cırıb xırda xırda edib

atdı.Pilləkənləri çıxdıqca baxdım və istədim düşəm üzürxaxlıq edəm ama dedim

yenə bu qız məni yalnış başa düşəcək birdə qəlbinə dəyər deyə düşünürdüm birdə

gördüm aşağıdan mənə gülür.Və bir anlığına itdi qeyb oldu və sevindim o an ki

xətrinə dəymədi.

O zamanlar bir sinif yoldaşım var idi.Onun bibisi gilə gedən zaman bibisi qızından

xoşum gəlmişdi.Məndə kimi görürdüm o an vurulurdum.Və açıb hər şeyi

söyləmişdim.Sonra illər keçdi onu internetin ən məhşur video portalı olan you-tube

kanalından gördüm.Klipi gedirdi.Müğənniliyə başlamışdı.Səsi olmayan sadəcə

görkəmi olan, sən məhşur olacaqsan sən bir nömrə olacaqsan sən ulduz

olacaqsan yalanları ilə aldadılan müğənni.. Bir neçə ay parlatdılar sonra söndü

adını qeyd etsəm belə tanımazsınız. Onu gördüm kövrəldim ,düşündüm onu? Yox

sadəcə çox güldüm və heyfim gəldi alıb dərib verdiyim güllərə.Mən Məscidin

həyətindən o qızılgülləri qırıb topalayana qədər nə qədər post patrul nə qədər

qarolçu əlindən qaçmışam.Sadəcə onlar düşdü yadıma güldüm.İstərdim onunla

aramızda keçən bir dialoqu yazam.

Ev telefonu ilə iki dəfə zəng çaldırandan sonra bilərdimki odur.Ev telefonunu bir

otağa keçirdib üçüncü zəngi gözləyərdim və zəng edərdi.Danışdıq və söylədiki

bugün son telefon danışığımızdır bizim.Artıq mən nişanlanıram və sonra məlum

olduki evlərinə gedəcək hal hazırda sinif yoldaşım gildən yığıb məni. Və söylədiki

son dəfə görmək istəsən düş gəl gör məni.You tube kanalında görəcəkdimsə

neynirdim düşüb. Bilsəydim düşməzdim ama düşdüm gözlədim yolunu. Uzaqdan

gəlirdi.Atam eşidən zaman ki mən kimin qızına vurulmuşam anama demişdiki ona

denən ağıllı olsun.Onun nənəsi öz kişisi evdə ola-ola qonşunun kişisi ilə yatırmış

cavan gəlin olan zamanlarda.Düzdü buna sözüm yox elə olub bunu bilən tanıyan


tanıyırdı.Ama mən onun nənəsini almacaqdımki.Ən azından belə

düşünürdüm.Atası yox idi bilmirəm niyə yox idisə bir onu bilirəm yox idi. Anasıda

biraz narahat insan idi.Bir atalar sözü var. Ana gəzən ağacı bala budaq-budaq

gəzər deyə. Düzdü o zamanlar bunları düşünmürdüm sadəcə o insanı düşünürdüm

və deyirdim ki olsun həyat hər kəs üçün eyni yazılmayıbki .Kimlərinsə səhflərini bu

qız ödəməli deyilki. Sevgi hər kəs üçündür yetərki qəlbən sevəsən.Mən belə

düşünürəm ki evdə ata olmasa belə qardaş olmasa belə ana olmasa belə insanın

özündən asılıdır hər şey. O qədər elə qadınlar tanıyıramki.Misal bir qadın iş yerimin

qarşısından keçirdi.Baxan zaman qızın tərbiyəsinə həyasına həsət aparırdım.O

qədər saf təmiz həyalı bir qadın idiki.Nə anası var idi nə atası nə qardaşı.Geyim

tərzi, yerişi hərəkətləri fərqli idi bu qızın.Onu illər sonra nişanlısı ilə əl ələ görəndə

deyib gülən zaman o qədər xoş təsir bağışladıki.Onlarla birgə mənimdə üzüm gülür

hər onları yoldan keçən zaman görəndə.Qayıdaq bu müğənni xanıma. Aramdaki

dialoqa.Aşağı düşdüm gözlədim ki gəlsin və uzaqdan gəldiyini gördüm və gözlədim

yaxınlaşım.

Hara gedirsən?

Bu qədər yaxın durmada qarşıda yaxınlaşardın heç olmasa.Dayım görməsin

Görsündə dayın.Dayın görüb nə edəcək ki?

Yox ey mən səni ona görə çağırdımki yəni biləsənki mən daha buralarda

olmayacam.

Onu telefondada söyləyə bilərdində.

Dedimdə nişanlanıram

Nişanlanırsan hə?

Hə nişanlanıram.

Bu zaman əsəbləşdim bilmədim nə deyəm düşündüm düşündüm və fikrimi

yayındırdı o an kəlməsi.

Qayıtda dala bəsdi daha görən olmasın bizi

Qayıdıram ama səndən bir söz sorunşacam.Niyə mən yox o? Axı heş onu

tanımırsan belə.

Onun yaşı böyükdü sən hələ uşaqsan

Bəlkədə həyatda ən nifrət etdiyim sözlərdən biri bu idi.Sən uşaqsan.. Və o gün

dahada nifrət etdim o sözdən və onun bu şəkildə mənə söyləməsindən axı özü

məndən yaşca balaca idi.

Mən uşağam? Sən nəsən bəs? On beş yaşın var ey sənin ərə gedəcən.Utanmır

hələm mənə uşaq deyir. Mən uşaq deyiləm ey mənim başım yaxşı çalışır mən


bilirəm nə deyirəmsə ama sənin bu balaca başının içi boşdur. Pulu parası varki

gedirsəndə yoxsa sənə nə lazımdıki.Maskvadadı hə? Heyif sənin bu gözəlliyinə

aldanmışam mən. Sənin bir qramda ağlın yox imiş heç. Gör kimə nə danışıram nə

demişəm heyiflənmək belə olmaz ey sənə heyifdir.

Bir ağız dolusu sözü mərmi kimi ürəyimdən boşaldıb yolumu dəyişib siqaret

yandırıb üz tutdum marketə.Peşman deyiləm bunun üçün.. İçki alıb gəldim

evə.Oturdum otağımda və başladım içməyə sadəcə pis təsir edirdi belə şeylər ama

bilmirdimki bu heçnədir əslində qarşıda olanları bilsəydim heç o qıza o qədər tərif

yağdırmazdım.Əslində bir şeylərin bitməsi üçün başlaması gərəkdir.Bir şeylər mənə

görə başlayırdı hər zaman bitən zamanda qarşı tərəf üçün bitirdi.

Günorta saatları idi.Məktəbə yenicə gəlmişdim artıq iki qırx beş dəqiqiədən sonra

dərs bitəcəkdi.Biraz darğın idim birazda fikirli heç kimdən danışıb gülmürdüm.Bu

zaman gördüm sinif yoldaşım, yuxarıda qeyd etdiyim üç oğlan sayağı qızlardan biri

tanımadığım başqa sinifin qızları ilə məni çölə çağırıllar.Məndə dəftərdəki

vərəqlərimin arxasına böyük həriflə“G” hərifi yazıb bəziyirəm.Sol tərəfə baxıram

həmin qızın dayısı oğlu gəlməmişdi dərsə.Toy üçün hazırlıq edirdilər.Canım ona

sıxılırdı.Onun baş hərifi idi yazıb qaraladığım. Bütün ağlım fikrimdə həmin hərifin

üstündə idi.Dəftəri bir yana qoyub müəllimədən icazə alıb çölə çıxdım.İki

tanımadığım qız idi.Salamlaşıb məndən birazca gözləməyimi və aralı durmağımı

xahiş etdilər.Məndə elə etdim. Kənarda durdum elə çıxmışkən bir siqaretdə

yandırdım çəkdim. Köhnə şüşəsi olmayan pəncərin birindən elə paravoz kimi

siqaret tüstünü çıxırdı. Bu zaman mənim qız sinif yoldaşım əlimə bir kağız sıxıb

sinifə girmək istəyən zaman qolundan tutdum təəcüblə.

Püff, yenə zəhirmarı çəkirsən? Az çəkdə bunu, qoja kişilər kimi iylənirsən.

Mən isə fikir verməyib davam etdim.

Bu nədi?

Oxu biləssən nədi .Mən girdim içəri qardaşım buralardadı məni görsə deyəcək nə

gəzirsən burda.Gəl deyəcəm sinifdə hər şeyi

Bəs o qızlar kim idi?

Gəl sinifə deyəcəm. Qapını açıb sinifə girdi. Kalidorda əlimdəki kağıza baxa-baxa

gözdən keçirdirdim.Kağızın üzərində məktub yazılmışdı.Məktubun üzərinə

məktubmu yazallar heç deyə siqaretimdən son tüstünü alıb söndürüb atdım və bu

zaman rəsm müəllimimim sözü yadıma düşdü.


Hə uşaqlar nə çəkmək istəyirsinizsə çəkin.Söz bugün sizdədir sərbəst iş.

Müəllim mən körpü çəkirəm deyə hər kəsdən qabaq dilləndim.

Mənim bu sözümə müəllim öz beynində fantaziyasında yagin körpü deyən zaman

nəhəng bir şey düşündü və az keçmədi gəldi gördüki iki xətt altından bir neşə dairə

və üzərindədə yazılıb.Körpü..

Müəllim baxdı baxdı və:

Bunu başa düşdüm bu körpüdü, deyək.Bəs bura yazdığın körpü sözü nədir?

Körpü

Bildim ey körpü yazmısan niyə yazmısan onu sorunçuram

Yazıram ki bilinsində.

Uşaqlardan bəziləri güldü.Fikir verirdim çoxları məndən böyük olanlar ağız

ifadələrindən bu gijdi ifadəsi vardı.

Müəllim hər kəsi sakitləşdirib birazda qarşıya keçdi.

Uşaqlar burda gülünəsi heçnə yoxdur ilk gündə sizdə belə başlamısınız.Hər şey

zamanla yavaş yavaş eldə olunur və gülmək əvəzinə yoldaşınıza kömək edib

işlərində uğurlu nəticələr almağında köməklik göstərə bilərsiniz.Siz bir birinizdən

ilham almalısınız .Hələm sizin inkişaf edən yox, inkişafa doğru gedən

həvəslərdəsiniz.Demirəm ki sizlər buranı bitirdikdən sonra hamınız rəssam

olacaqsınız yox.Hərəniz bir peşənin sahibi olacaqsınız.Çalışın bir birinizi

həvəsləndirin.Həvəsiniz olmasa heçnə alınmayacaq sizdə.Burda ya başqa yerdə

olursa olsun fərq etmir hər zaman işlərinizdə birgə bir birinizə lağ edib gülməyin

yoldaşlarınızın işlərinə.Ağac nə qədər bar verərsə o qədər başını əyər bunu

yaddan çıxartmayın. Və qaldıki sənin çəkdiyin şəkilə.Bax hər nə çəkirsənsə çək

unutma o yazdığın yazı əvəzinə rəsmin özü onu deyəcək.Şairlər sözləri ilə

sənətkarlar gördükləri əl işləri musiqiçilər musiqiləri ilə ürəkləri oxşayır ürəklərə yol

tapır nə demək istdiklərini qeyd edillər.Rəssamlarda sözlərini duyğularını

rənglərdən xətlərdən bildirməklə qeyd edir. Mən bir meşə çəkirəmsə hər yana bu

ağacdır bu çaydır yazmıram ki, onu düşünürəm canlandırıram hiss elətdirirəm hiss

edirəm və ortaya beynindəki mənzərə, beynimdəki xəyalımdaki fantaziyam çıxır

Məktubu cibimə qoyub sinifə girdim heç açıb oxumadım.Çünki sinifdəki

müəlliməmiz biraz sərt adam idi.Amma bu oğlan sayağı qız gözdən itə itə gəlib

yanımdaki boş yerdə əyləşdi və pıcıldı ilə danışmağa başladıq.

Mənim G hərifinin üzərində cızma qara etdiyimi görüb fikrimi yayındırdı və heçnə

sorunçmadı.

Bu gələn qızlar sənə bu məktubu aşağı sinifdə oxuyan qızdan gətiriblər.Oxuyarsan

məktubu mən gəlib sənə qızı göstərəcəm özümdə düşüb aşağıdan həmin qızlardan


görüşəndə ordanda göstərəcəm qızı. Özüdə nə qədər istəsə sakit-sakit danışsın

ama bir ixtiyarsız səsi bərk çıxırdı.

Bu zaman hiss etdim ki həyatımda eşitmədiyim sözləri müəllim ikimizədə

saydırır.Biz indiki kimi durub müəllimə ağır cavab qaytarmırdıq nədə

dilləşmirdik.Düzdü arada olurdu qiymət üstündə hazırlaşıb gələn zamanlarımızda

yaxşı qiymət ala bilməyən zaman biraz sözlərimiz üst-üstə düşmürdü.Hər nə qədər

dərslərimizdən yubansaqda hər zaman müəllimlərin hörmətini saxlayırdıq

məktəbdədə çöldə görən zamanlardada.Mənim günüm bu günü müəlliməm gəlir

siqaretimi gizlədirəm yolda görən zaman maşınla aparıb düşürdürəm yaxınlaşıb

görüşürəm onların hər birində mənim bir parçam bir nəfəsim bir xatirəm qalıb.

Yenə təkcə oturub məktubu açmadım kefim heç yox idi.Və iki dərsin sonuna qədər

durmadım yerimdən dərs sona çatdı hər kəs hazırlaşdı yavaş yavaş sinifdən hamı

çıxırdıki durub pəncərəyə sarı yaxınlaşıb məktubu açdım.Yavaş yavaş hər kəs

yığışırdı aşağıya doğru birazdan zəng çalınacaqdı və günorta ismenləri dərslərinə

başlayacaqdılar.Bütün uşaqlar hamısı sağollaşıb getdilər mən isə məktub

oxuyurdum.Məktub nə məktub sadəcə iki üç kəlmə yazılmışdı.Məktub deyən

zaman dedim hər halda mənim kimi kimsə dastan yazıb yollayıb.Kim idisə deyəsən

ömründə ilk dəfə məktub yazırdı.Elə məktuba məktub yazmağından

bilinirdi.Məktubda yazılmışdı.

Salam mənim səndən xoşum gəlir .Adım Arzudur.

Öz özümə Arzu kimdi deyən zaman sinif yoldaşım içəri girdi qaça qaça və əli ilə

aşağıda duran şagirdlərin arasından Arzunu göstərdi.Kök dolu qız idi.Qara rəngdə

uzun yubkası ağ rəngdə səliqəli ütülənmiş köynək saçı topa yığılmış ikiyə ayrılmış

və ağ rəngdə saçındaki bantiki.Başını ixtiyarsız bir şəkildə qaldıran zaman göz

gözə gəldik o an.Hələm mən bilmirəm o qızın gözləri nə rəngdəir.Gah yaşıl bilirəm

gah qara gah göy.Ama ürkək ürkək və təəcüblə baxırdıki aşağıdan mənim

durduğum pəncərəyə.

Adı Arzudu qızın.Şirin qızdı hə?

Kökdüyə nəbilim.Ağzımı burnumu əydim.

Xoşun gəlmədisə gedim deyim

Yox yox elə demə qızın xətrinə dəyər.Bu aralar heç kefim yoxdur inanırsan.Özdə ki

bu qız nəsə mənə qaranlıq qaldey heç məktub yazana oxşamır.Elə bil tələmtəsik

yazdırıblar məktubu.


Hədə heç kimdən danışmayıb bu günə kimi.Məktəb birincisidey xəbərin var? Qız

kəllədi kəllə. Ama ehtiyatlı ol qardaşıda var bizim məktəbdə oxuyur elə

Əşi qardaşından mənə nə.Heç fikrim yoxdur hələm bu qızla tanış olum ya yox

nəbilim yenədə sağol yazaram vaxtım olsa

Nə deyim düşüm qızlara

Heçnə demə mən özüm sənə deyərəm nəsə

Yaxşı mən getdim gəlmirsən?

Yox birazdan gələcəm

Qələm vardı əlimdə.Qələmin başını dişlək dişlək etmişdim. Qələmin atdım

pəncərədən aşağı üçüncü mərtəbədən .Bu qələmdə aşağıda düzülüş olan zaman

sən demə düz gəlib ingilis dili cavan bir müəllimənin qulağının yanından keçib.Məni

məktəbin kişi müəllimləri görər və hərəsi bir qapıdan çıxar yuxarı.

Məndə hər şeydən xəbərsiz yavaş yavaş aşağıya doğru enirəm.Və bunu görən sinif

yoldaşımdan biri olardan tez tərpənib məni dartıb tez saldı yanımızdaki otağa.Az

keçmədi sinif otağına üç dört müəllim yığışdı.Məndə nə baş verdiyi məlum edəndən

sonra sinif yoldaşımdan yuxarı ismenlərin içəri doluşmağından istifadə edib aradan

qaçdıq.

Səhər sinifdə artıq hər şey məlum olmuşdu.Bildimki o məktubu o qız

yazmayıb.Şübhələnmişdimdə.Keçən dəfəki mənim üzümə məktub atan qızın sinif

yoldaşı idi Arzu.Çox güman onun işidir.Onlarda qızlarla topalaşıb mənimlə belə bir

zarafat etmək istəyiblər.Məndə hardan bilim axı mənim yazdığım məktub Arzunun

xoşuna gələr.Çünki Arzu günün bu gününə kimi sinif otağından çıxmayan başını

qaldırıb kiməsə baxmayan, oğlanların çəkindiyi qaş qabaqlı qırmızı Arzu bugün

deyibki mənim o oğlandan xoşum gəlir.Və indi qızlar bilmir nə etsinlər Arzuya

desinlərki oyun oynayıblar ya mənə desinlərmi bəsdi oyunu qutar deyə.Heç kim

heçnəyi boynuna almaq istəmir.Məndə nə qədər dərslərə girməsəmdə bir o

qədərdə yaxşı məktub yazardım yaxşı xəttim var idi həmdə söz qabiliyyətim yaxşı

idi.Sinifdə bütün məktubları mən yazırdım nəyinki sinifdə hətta məktəbdə qonşu

məktəblərədə.Və, Xəyallarımın Arzusu adı başlığında bir məktub yazdım.Bəlkədə

mənim məktublarımı sıradan bir qıza yazsaydım mənim məktublarımı

sevməzdi.Mən özümü yazırdım onu yazırdım bizi yazırdım.Bizim ikimizin

dünyamızı yazırdım. Cavab gəlmirdi heç birində heç bir məktubuma cavab

yazmırdı ama yenə yazırdım yenə cavab gəlmirdi və hər dəfə eyni saatda eyni


başlıqla ama içi fərqli dünya dolusu bir məktub yazırdım.Dört vərəq, beş

vərəq.Sanki adət etmişdim məktub yazmağa. Bilmirdim heç niyə nə üçün

yazıram.Sözlərim təsir edici bir hekayələrdən ibarət olsada sonra düşündüm uzunuzadı.Axı

mənim bu insanla hara qədər zarafatım davam edəcəkdi. Daha

bəsdir.Onunki heç bir günahı yoxdur. Onunla oyun oynamayım həm elə bir qıza

buna rəva bilmərəm.Hər şeyi yazdım bu dəfə.

Nağarsan yenə nə yazırsan?- Bu həmin qız idi ki mənə məktubu gətirmişdi.

Bura gəl səndən işim var.Həmin qızı yanımda oturması üçün çağırdım

Hə də görüm.Yenə məktub var? Yazıb doldurmusan ha yenə Məjnun.-O gülürdü

Bu məktubu apar ver Arzuyada denənki hər şeyi yazmışam burda. Hər şey bitdi.

Nə? Sən dəlisən? Heç bilirsən o nə günə düşər? Niyə bitirirsənki? O bilirsən heç

səni nə qədər çox istəyir?

Əşi nəysəda.Apar ver denən onun öz istədiyi var yaxşı?Həm mən çıxıb gedirəm

buralardan.Bakıya işləməyə gedirəm.

Bəs istədiyin vardı niyə oyun oynuyurdun gündə dastan yazırdın qıza.Yekə

oğlansan mən səndən bunu gözləməzdim.

Nə edim durum helə hey yalanlardan yazım?

Yalan niyə yazırsanki?

Yazmıramda yalan yazmıram hər şeyi burda yazmışam bütün gerçəkləri

yazmışam.Bunların hamısın bir oyundan zarafatdan başlandığını yazmışam.Apar

ver dedim necə gətirmişdinsə məktubu elədə apar ver.

Yaxşı.Aparıram sən deyən olsun.Amma peşman olassan

Məktubu yazıb səliqəli bağlayıb həmin qıza verdim.Qız uşaqların arasından itdi.Və

düşünürdüm nə düşünürdüm bilmirdim.Sanki boşluğa düşmüşdüm amma özümə

yaraşanı edirdim.Oyun oynaya bilməzdim.Məktubda yazılmışdı:

Salam Arzu.Necəsən? Güman edirəm yaxşısan və hər zaman yaxşı olmağını

istəyirəm səndən necəki bugünki kimi hər zaman saf və təmiz qalmağını ürəyinin

gözəlliyi ilə ürəklərdə qalmağını sevgi dolu dünyanda sənə bugün son məktubumu

yazıram.Bilmirəm bilirsən yoxsa yox bizim tanışlığımızı amma mən o məktubları

zaman keçdikcə anladımki ürəkdən yaza bilmirəm.Və sənidə aldatmaq hislərin ilə

oynayıb yarı yolda qoymaq istəmirəm.Bağışla hər şeyə görə.Sağol gözəl

insan..Səni yarı yolda qoyduğumu düşünmə sən hər şeyin ən gözəlinə layiqsən

Çölə çıxdım kənardan baxırdım.Qız məktubu ona vermişdi artıq əlində məktub

üzündə bir sevinc bir gülüş vardı sonra yavaş yavaş üzündəki gülüş hiss etdim ki

solur və qaşlarını yerə endirib üzümə baxdı.O an utandım baxmağa başımı aşağı

endirim uzaqdan mənə baxdı-baxdı hiss edirdim hələdə baxır və məktubu cırıb

qaça qaça məktəbə qayıtdı.Bilmədim o an nə edim. Bayaqki gülən par par al əlvan


sevgi saçan qız üzündən bir anlıq o saflıq o sevgi o gülüş sanki nifrət hisləri ilə

qarışdı. Özünə, mənə hər şeyə nifrət edirdi o an deyə düşünürdüm. Mənə

inandığına saflığına görə. Məndə məktəbin qapısından uzaqlaşmağa

başladım.Yolda dostum Kamrana danışdım olanları oda mənə haqq verdi düz

etdiyimi söylədi sonrada özün bilərsən necə istəyirsənsə elə olsun demişdi.Evə

getdik hazırlandıq və çalışmaq üçün uzun bir müddət şəhərdən uzaqlaşdıq .Bakı

şəhərinə tikintidə işləməyə getdik..

Bir il sonra..

Bu bir il ərzində çalışdığım müddətdə heç bir dəfədə olsun yadıma düşməyib

heç o qız barəsindədə düşünməmişəm və olanlar barəsində necə olacaq deyə bu

barədə belə düşünməmişəm.Səhər tezdən durub tikintidə iş tapmışdım sinif

yoldaşım və ən yaxın olan yeganə dostum Kamranla.Səhər tezdən durub işə gedib

gecə-gecə gələrdik pulumuz az olurdu amma yenədə xoşbəxt günlər idi bizlər

üçün.Bir il ərzində qaldıq Bakıda.Bakıya ikinci gəlişim idi bu.Bir dəfə lap balaca

olan zaman gəlmişdim oda heç aşağı düşməmişdim bir sözlə ayağım dəyməmişdi

heç torpağa.Bu səfər xeyli gəzdim Bakını.Bakı məndə xoş təsir bağışladı.Hətta bir

dəfə dostum Bakının hansısa küçəsi idi yadımda deyil.Mobil telefonunu mobil

telefonların təmiri xidməti yerinə yaxınlaşdı.Mobil telefonda problem yaranmışdı.

Mən isə yolun kənarında dostumu gözləyirdim.İnsanlara baxırdım sanki bura

tamam başqa bir dövlətdir sanki xarici bir ölkədəyəm.İnsanların geyim tərzləri

qulaqlarında qulaqcıqlar, kimilərində adi sadə telefon üçün qulaqcıqlar vardı

kimlərdə isə yalnız filmlərdə gördüyüm iri rəngli qulaqcıqlar vardı.Bir çox qızlarda

oğlanlarda əllərində telefon qulaqlarında qulaqcıqlar vardı.Bir filmə bənzətdim o an

sanki hər kəs agendir gizli təşkilatda çalışıllar birdənə mənəm sadə vətəndaş.Onu

həmin gecə Kamrana demişdim hərəmizə bir qulaqcıq alıb taxmışdıq və hər yerdə

taxırdıq.Kamranın telefonu vardı o musiqiyə qulaq asırdı mən isə şalvarıma

keçirtmişdim.Və yol boyu mənim qulaqcığı boş yerə taxdığımı düşündükcə

gülüşümüzdən az qalırdı avtomobillərin siqnalzasiyası işə düşsün.Və yadımdadır

bir yaşlı qocaq arvat mən telefonla danışan zaman necə qışqırdısa.Yavaş danışa

bilmirsən? Qulaqğım getdiye burda. Telefonu saxlayıb Kamranla bir birimizə baxıb

nə qədər gülmüşdük və əlbətdə üzürxaxlıq etmişdik.Birinci dəfə başıma gəlirdi ki

çöldə telefonla sakit danışmaq lazımdır. Yağış yağırdı bir dəfə.Sonuncu avtobusu

qaçırtmışdıq.Yağış ara vermirdi.Bizdə köynəklərimizi çıxardıb yağışın altında

qaçmışdıq.Evə elə gedib çatmışdıq.Hə mən harda qalmışdım.Telefon dükanının

qarşısında.Bir yaşlı kişi yaxınlaşıb əsl Bakılı ləhcəsindən şikayət edirki bu Bakımızı


belə çirkləndirmək olmaz axı.Kim nə gəldi onuda atır zibiliyillər hər yanı.Əlindən

yolun kənarında olan zibil qutusunu tutub acıqlı acıqlı deyirdiki ay camahat bunu

bura atında zibilləməyin yeri.Bu zaman Kamran söylədiki gedək.Mənim ilk gəldiyim

yer olduğundan mənə hər şey qəribə gəlirdi.Amma Kamran artıq örgənmişdi çünki

ilk gəlişi deyildi.Ən pisidə metroya minən zaman eskalatoru görən zaman vahiməyə

düşdüm.Metrodada bugünə kimi görmədiyim qədər çox bir insan var bir

arada.Hamıda elə sərbəst elə rahatdırki sanki hər kəsin evində bir dənə bundan

var.Bizim şəhərdə bundan vardı.İş tapmışdım dedilər səhər gəl çalış getdim ikinci

mərtəbədə yerləşirmiş kafe.Getdim gəldim getdim gəldim ki bəlkə kimsə söndürə

bu aparatı çıxam deyəm səhərdən aşağıda bağrım partdıyır çıxammıram amma

həmdə utanıram kiməsə nəsə deməyə.Bir gəlişimdə gördüm dəyanıb sən demə

yaxınlaşan zaman işə düşürmüş.Ayağımı atan kimi çalışdı o an elə həyacan elə

stress keçirtdim və ürəyim elə tez-tez döyünürdüki sanki marsa yollanacam asa

məni marsa yolluyur kosmik gəmiyə çıxıram.Özümü kosmanavt kimi hiss

edirdim.Axırki gəlib çatmışdım və onun dərdindən işdən imtina etmişdim.Necə

düşdüm ordan? Düz axşama kimi gözləmişəm obyektlər bağlansın hamı çıxsın

təhlükəsizlik gəlib axırda dedi ki bağlanır o zaman sevindimki düşüm.Oda mən

düşən işə saldıki elə niyə düşürsən bu nədən ötəridir bəs.Birdə orda həyacan

keçirtdim ama biraz yaxşı idiki heç kim yox idi həmdə işıqların çoxsu sönülü idi o

qədər ağzım burnum əyilməyini heç kim görmədi.Yəni ömrümdə birinci dəfə orda

istifadə etmişdim eskavatordan buda ikinci idi ki Bakıda metroya enirdim.Ayağımı

qoyan zaman yox ama sona çatan kimi təəsüfki yıxıldım.Bakıda ən böyük

eskavatorundan və ən çox insan axışı olan metroda yıxıldım.Kənardan hətta kömək

edənlərdə oldu ayağa qalxmağıma.Sonra ürəkləndimki hər gün ürəkli yıxılmaq olar

deyəsən buralarda alışqınlıq halını alıb artıq.Böyük avtobus görməmişdim bu qədər

yaxından amma indi içərisəndəydim.Hər dəfə kim gəlirdi ayağa

qalxırdım.Örgənmişdim şəhərimizdə belə idi.Yaşlı insanlar hamilə qadınlar gələn

zaman onlara yerimizi verirdik.Amma Bakının sevmədiyim bir cəhəti bu oldu.Böyük

şəhərin insanları bunlarada alışmışdı və vərdiş etmişdi.Cavanlar hamısı oturub

yaşlı insanların əksəriyyəti ayaq üstə idi.Hər dəfə ayağa duran zaman dostum nə

qədər bura Mingəçevir deyil otur deəsədə yenə ayağa qalxıb yer verirdim və

bundan zövq alırdım o insanların üzndəki ifadədən və sağol kəlməsindən.Beləcə

bir ilimizi başa vurub yenidən şəhərimizə qayıtdıq yay tətilimiz çoxdan bitmişdi yeni

dərs ilimiz başlamışdı artıq.

Yenə eyni saat yenə məktəbin həyəti və sıra ilə məktəbə girən siniflər.Bizdə

cərgədən kənarda məktəbə girən məktəblilərə göz qoyuruq ordan burdan danışıb

gülürük.Bu zaman gözüm bir nəfərə sataşdı özümdən asılı olmurdu.Yanımda

danışan kəslərin səsi sanki batırdı uzaqlaşırdı fikrimi həmin insana


vermişdim.Başını qaldırıb mənə baxan zaman donub yerimdə qaldım.Bu gözlər, o

gözlər idi.İnsan necə dəyişərmiş bu bir il ərzində.Həmin qız idi bu.Arzu indi bu

irəlidən gələn yaxınlaşan. Necə dəyişib heç tanımaq olmurdu.Sanki ekiz bacısıdır

bu qızı aparıb başqa qız gətirib qoymusan yerinə.O baxışlarına baxıb o an dondum

qaldım yerimdə ayaqlarım yerdən üzülürdü həm xəcalət çəkirdim utanırdım həmdə

bir ixtiyarsız bir gözə görünməyən nəsə canıma gəlirdi sanki bir halsızlıq bir baş

gicəllənməsi bir dərd ordusu məni apardı. Gəlib yanımdan keçən zaman istədim

hərəkət edəm ama ayaqlarım icazə vermirdi.Onun Sinif yoldaşlarından birini

saxlayıb kənara çəkdim. Bu qız kimdir deyən zaman Arzu olduğunu bildim və artıq

bütün şübhələrim yoxa çıxdı.Sorunşmasaydım tanımazdım desəydilər ki bu Arzu

deyil dey ə. Yəni o dərəcə dəyişmişdi.Ürəyim burxuldu sanki nəfəs alıb verməkdə

çətinlik çəkdim o an.Mən uşalıq etmişəm amma onun hisləri ilə oynamamışam ki

axı o ona yalan danışsaydım onun hisləri ilə oynayardım.Fikirləşə fikirləşə sinif

otağına keçdik.O gün heç kimdən dinib danışmadım.Evdə çörəkdə yemədim.Səhər

qarşıma məqsəd qoydumki onun qarşısına çıxıb hər şeyi deyəcəm bircə kəlmə

bağışladım desin dünyalar mənim olacaq.O an vurulmuşdum ona.Baxışlarına

gözlərinə.Sonra özüm-pzümü danlayırdım ki bəsdir artıq hər qızı görən zaman

oturub düşünmə sevirəm demə deyə.Hər bir şeyin zamanı var niyə tələsirsən axı

eyni səhfi bir qızda etmə heç olmasa.Axı demişdin özün özünə onu birdə narahat

etməyəcəksən deyə.Gecələr yerimə girən zaman gözlərimə yuxu getmirdi.Onun

baxışları gəlib dururdu gözlərimin önündə.Günlər keçdikcə artıq zarafat edə

bilmirdim aqresivləşirdim.Danışmırdım heç kimlə gülmürdüm gülə bilmirdim

artıq.Ondan başqa heçnəyi düşünə bilmirdim.Günlər günlərin ardınca belə

gəlirdi.Dostuma açdım dedim hər şeyi bir gün.

Kamran sənə bir söz söyləmək istəyirəm

Hə qardaşım eşidirəm nə olub ey sənə axır vaxtlar dəyişmisən yaman.Nəsə

problemin var məndən gizlədirsən məndən

Yox problem yox ama sənə bir söz demək istəyirəm amma bilmirəm necə deyim.

Dəlisən o nə sözdür de görüm nə olub.Kimləsə dalaşmısan?

Əşi yox nə dalaşmaq.Mən bu halda kimləsə dalaşana oxşuyuram?

Elə haldasan elə bil döyüblərdə səni.Sən canı dalaşmısan?

Yox nə dalaşmaq mən nə haydayam səndə nə haydasan.Qarşıma göyərçin çıxsa

yolumu dəyişəcəmki uşmasınlar indi elə haldayam elə vəziyyətdəyəm.Off..

Bir denəndə bilim ürəyim partladı.Kimisə istəyirsən vurulmusan?


Hə. Üzümdə ixtiyarsız bir gülüş yarandı o an

Doğurdan? Məndə deyirəm nə olub. Kimdir ade de görüm

Arzu vardıye sənə bir dəfə demişdim bir qız vardı yaxşı qız olduğu üçün ayrıldım.

O qız hardadırki indi

O gün görmüşəm məktəbdə

Bizim məktəbdə?

Hədə başqa hansı məktəb olacaq

Da nəyə qəm yeysən

Mən qəm yeyirəm qardaşım inan ömrümdə belə olmamışdım.Bilmirəm ey niyə

beləyəmsə

Əşi sən beləsəndə onsuzda.Bundan əvvəl necə idinki guya.Mən səni tanıyandan

sən elə qızları fikirləşirsən

Sənə sözüm yoxduye day.Mən yəni sənə söz başa salıramki bəs belədir elədir

səndə elə dediyini deyirsən ey

Nə deyirəm ey mən Düz deyirəmdə

Gördü artıq siqaret yandırdım qaş qabağımısallamışam əlimdən tutub dedi dur

gedək məhəllərinə.

Heç bilirəmki harda olullar

Sən nə gündəsən adə.Qızı necə istəyirsən bəs sən.Heç bilmirsən harda qalır.

Qorxuram ey qardaşım

Nə? Sən? Sən qorxursan

Nədi mən adam deyiləm?

Bəsdi görüm sən canı başqa şey denən inanaram qorxuram nədi.Sən canı dur

gedək məhəllərinə

Deyirəm bilmirəm deyirsən dur gedək

Dəyan görüm ey sən məktubu bir sinif yoldaşı vardiye boydan balaca bir oğlan idi

ondan yola salırdın.

Hə nə olubki?


O bilərdə harda qalır

Aha

Gedək sorunşaqda ondan

Yaxşı Kamran get sən ondan sorunç məndə gəlirəm Denən bir sən bilirsənmi o

uşaqda harda olur

Sənə sözüm yoxdu day.Kamran nə qədər istəyirdi mənimlə sporlaşmasın ama fikir

verirdim oda əsəbləşirdi ama tək istəyi vardı oda mənə kömək olmaq kefimi

açmaq.Və durub birdən birə dediki dur şəhəri gəzək bəlkə tapdıq.Və sanki şəhərdə

üş dört bina varmış kimi o bina bu bina demədik gəzdik və birdə baxdıqki artıq

gecədir.Üdümüzü üzmüşdük ki axtardığımız yox ama onun sinif yoldaşı ilə

qarşılaşdım amma onunla münasibətim olmadığından istəmədim sorunçum.Çox

qoy götür edib yaxınlaşdım

Salam

Salamlar qardaşlar yenə bir yerdə hərlənirsiniz? Kamranlada salamlaşıb yolun

biraz kənarına gəldik

Sənə bir söz deyəcəm

Eşidirəm denən

Arzu var ey sənin sinif yoldaşın onun haqda səndən söz sorunşacam

Elə Arzu demişdimki onun üzündəki ifadə birdən dəyişdi.Bayaq bizimlə səmimi

söhbət edən kəs birdən dəyişdi.İdmançı idi özü bəlkədə qolunun gücünə

arxalanmışdı ya öz məhəllərində olduğundan idi nədir bilmirəm əsəbi əsəbi

söhbətini davam etdirirdi.Bu zaman Kamran araya girdi.

Nədi qolunun gücünə güvənirsən? Səndən söz sorunuçduq adam kimi cavab verə

bilmirsən?

Sən nə deyirsən ayə.Səni kim soxdu ortaya

Kamran mənim qədər səbirli deyildi əlbətdə.Birdə onu gördümki o artıq

yerdədir.Birtəhər arlaşdırıb aralaşdıq.

Səni başa düşə bilmirəmdə Kamran mən.Sənə deyən oldu dur camahata kəllə at

Nağardımki

Da nağaqmaq istəyirdin.Söz sorunşduqda


Mən tapacam əşi sən neynirsən onu

Nəyi tapassan? Mən nə haydayam sən nə haydasan ey

Nə hay ey.Nağarım adam kimi cavab verərdi.Görmürsən necə xoruzlanırdı.Səhər

ona göstərəcəm qoy səhər açılsın

Səhər açılsın o vecimə deyil mənim vecimə odurki qız eşitsə biraz şansım vardısa

oda gedəcək əlimdən.

Qorxma o barədə narahat olma ürəyi buz kimi saxla.Qız sənə ona görə heçnə

deməz.

Hardan bilirsən elə deyirsən elə bil Arzunun xasiyətinə bələdsən

Ay qardaşım yadında saxla.Səni sevən qız heç vaxt belə məsələyə görə incitməz

sözün söhbətin etməz.Ən azından düşünər ki nəsə olubsa bizim aramızda olub

həm sən vurmamısanki mən vurmuşam.Lap lazım olsa hər şeyi boynuma alaram

deyərəm heç sən orda olamamısan yaxşı? Sən birdənə ürəyini sıxma.

Bu birinci dəfə deyildiki baş verirdi Kamranla harasa gedirdiksə mütləq orda əlbəayağa

çıxmalı idik.Sağollaşıb gedib yatdım.Səhərin açılmağını

gözləyirdim.Sonunda səhər açıldı həyacanlı həyacanlı dərsə gəldim.Bugün tam

vaxtında gəlmişdim sırada məni yerimdə görən sinif yoldaşlarımın əksəriyyəti

təəcüblənmişdi və ikimizində Kamranla eyni vaxtda gəldiyimizdən çox müəllimlər

zarafat belə edirdi.Az keçmədi qapı döyüldü dünənki sinif yoldaşı müəlliməmizdən

çölə çıxmağımız üçün icazə istəyirdi.Onun arxasında bir topa böyük sinifin

uşaqlarıda vardı.Əlləri ilə işarə edirdilər bizə ki çıxın çölə.Müəllim yalnızca birimizə

icazə verəcəyini dedi nə mən öz adımdan icazə alıb çölə çıxdım bu zaman

sinifimizin oğlanlarıda icazə istədi müəllimə icazə vermədi.Bu zaman pəncərədən

tullanan sinif yoldaşı görən zaman biraz gülməyim tutdu və o birliyi görən zaman

ürəkli çıxdım çölə.Ona görə yox ki qorxurdum yox sadəcə arxamda mənə görə

gələnləri görəndə bir fərəh hissi keçirtdim.Məktəbin stadiyonuna sarı

getdik.Kamranı zar-zorla güclə başa saldımki sadəcə biz deyəcəyik onlar deyəcək

və çıxıb gələcəyik və birtəhər razı sala bildim.Çölə çıxdıq həmin oğlanla tək başına

stadiyonun yanında söhbət edirdik.

Sənə mən çox deyirəm sən az eşidirsən Elə eləməki aramızda olan salam sağolda

itsin

Mən sənə sizə ne etmişəmki ey onu anlamıram başa düşmürəm Dünən indi hər nə

oldu oldu.Kamranla aranda olan məni maraqlandırır əlbətdə demirəm ki o

Kamranla sənin aranda olan bir şeydir nə dərdin varsa denən eşidirəm


Mənim nə dərdim olacaq.Dünən nə oldusa oldu mən ona görə gəlməmişəm.Sənə

tapşırmağa gəlmişəmki birdə o qıza tərəf getmirsən

Bax qardaşım nə deyirsən denən razılaşaq ama sən məndən elə şey istəyirsənki

mən bunu edə bilmərəm.

Edəssən deyirəm sənə Sən heç bilirsən keçən il nə olub? Burda yox idində sən

Sanki aramızdaki dünənki əsəbdən hirsdən hər şey biraz-biraz yox olub gedirdi

söhbətimiz yumşalırdı.Məndə diqqətlə maraqla qulaq asırdımki görəsən mən

Bakıda olduğum müddətdə nə baş verib?

Sən Bakıda idin deyəsən.Səni əslində mən çoxdan axtarırdım.Sonra yalan gerçək

dedilərki bəs guya kimsə məktub yazıb sonra sən yazmısan yəni o qızın heç

xəbəridə olmayıb olub keçənlərdən.

Nə yalan gerçək.Elə olub düzdür

Nəsəda, bax ona görədə mən dünəndə gördün heç o sözləri söhbətləri açmadım

demədim sənə heçnə ama yenə gəlib eyni səhfi edirsən.Bu qədər adam niyə

yığışıb bilirsən? O bizim bacımız yerindədir.Başqa qız olsa heç vecimə almazdım

ama buna imkan vermərəm o qızın birdə xətrinə dəyəsən bir addım yaxınlığına

yaxınlaşasan

Mən səni başa düşürəm ey sənə demirəm ki pis iş görürsən.Sağolun yaxşı edirsiniz

amma mənə qulaq asan biri olacaq burda yoxsa yox.Mən o qızı istəyirəm kim gəlir

gəlsin vecimədə deyil.Nə deyirsinizsə deyin xeyridə yoxdur gələcəmdə

gedəcəmdə.Düzdü nəsə olubsada əvvvəllər onları bağışlatmaq üçün əlimdən

gələni edəcəm.Bax məndəndə sizə bir söz.Əgər o qız məni bağışlamasa əgər

həqiqətəndə bilsəmki onun ürıində mənə qarşı zərrədə yer yoxdur birdə nə

qarşısına çıxacam nədə onu narahat edəcəm yaxşı? Söz verirəm bu qədər insanın

içində sadəcə mənidə başa düşündə birdənə qızı gördüyüm yer buradır

həqiqətəndə o qızı istəyirəm cavan deyilsiniz başa düşündə.Xeyri olmayacaq fikrimi

dəyişəndə deyiləm istəyirsiniz gedin bir qoşun gəlin.Bu sözümdən hər kəs bir araya

gəldi sinif sinif arasında artıq mehribancasına söhbətlər edir zaraftlaşırdı.Və birdən

aralarından biri qayıtdıki keçən il belə bir hadisə olmuşdu qızı bir nəfər narahat

edirdi biz getdik dalaşdıq.Sinif yoldaşımdan birini təkləyib döymüşdülər

Kim döymüşdü?

Arzunun dalınca bir oğlan gəlirdi onlar

O an elə bil beynimə qaynar su tökdülər.Onlar kimdir? Onu narahat edən kəs

kimdir deyə maraqlanıb gedib bugün onu tapmaq istəyirdim.Məndən aldığı


zərbədən sonrada başqa birisinin yaxınlaşıb onu narahat etməyi heç yerinə

düşməmişdi getdikcə şansım azalırdı mənim bağışlanmağım üçün.Amma şansım o

zaman olardıki o oğlanı tapıb üzür istətdirərdim o zaman bəlkə birazca ümüd yerim

olardı.Artıq dərslərin çoxuna girmirdim.Məktubda yolluya bilmirdim çünki qızların

heç biri üzümə baxmırdı.Hamısı məni görən zaman qaşlarını aşağı ednirib

üzlərində qəribə bir qırış əmələ gətiridilər.Eyni ifadə vardı üzlərində sən onun

qəlbini niyə qırmısan deyə hər şeyin günahkarı sənsən deyə.Uşaqlıqdaki anlarım

yadıma düşdü o an.Nəsə edən zaman böyüklərin gəlib hamısı sənin günahdır

söyləməkləri.Dərslərin çoxuna girməyib onların pəncərələrinin yaxınlığında

dururdum.Məktəbdə hər kəs bilirdi ki mən orda nə üçün dururam nə üçün dərsə

girmirəm kimə baxıram.Hər kəs zaman keçdikcə bizi danışırdı.Amma ondan nə

xəbər ala bilirdim nədə bir səs soraq.Susmaqla sanki mənə cəza verirdi zülüm

verirdi.Ümüdlərimi üzdüyüm zamanlarda bizimlə dalaşan sinif yoldaşını gördüm

uzaqdan mənə sarı gəlir.

Necəsən?

Sağol yaxşılıqdır səndə nə var nə yox

Heç.. Yenə dərsə girməmisən hə

Hə nə edim ey burdayamda ona baxıram

Görsənirki burdan sinifin içərisi Gəl arada qapı tərəfədə

Çölə çıxmırki

Bilirəm ey gəl dərs aralıqlarında kitabxanaya falan gedillərdə

Utanıram ey qardaşım çox yaxına getmək istəmirəm qorxuram

Gedək biraz stadiyon tərəfə sənə söyləmək istədiklərim var Siqaretin var?

Hə var gedək.Nə olubki? Sanki söyləmək istəyibdə söyləyə bilmirmiş kimi bir halı

vardışBir siqaret yandırıb başladı sözə

Sən tapdın o oğlanı?

Hansı oğlanı Arzunu narahat edən oğlanı deyirsən? Adı nə idi onun Orxan?

Hə Orxan.Bilirsəndə harda qalır

Hə bilirəm deyillər əsgərlikdədir gələcək sayılı günləri qalıb hər şeyi

maraqlanmışam gələn günüdə elə xəbər verəcəklər


Hə lap yaxşı.Sanki sorunçmaq istədiyi şey bu deyildi gözlərini oyana bu yana çəkib

birdən dəyandı

Əli, sənə bir söz demək istəyirəm.Arzunu məndə istəmişəm

O an donub yerimdə qaldım.Və bundan əvvəlki söhbətimiz düşdü yadıma.O bizim

bacımızdır deyən zaman yalanmı deyirdi.Yoxsa o Arzuya qarşı nəsə hiss edirdi

deyə onu qorumağa çalışırdı hə? Necədə saf olmuşam heç ağlıma gəlməyib bunlar

Səndən açığı xoşum gəlmirdi məni düzgün başa düş.Nə edirdimsəki səndən nifret

etsin səni ondan uzaqlaşdırım amma bugün bilirsən nə oldu?

Mən isə susqun halda qulaq asıb başımı tərpədərək nə deyə sorunçdum

Bugün qayıtdım dedimki Əli niyə kişi olurki.

Bu an baxışlarım dəyişdi.Artıq yumruğumu sıxmışdım

Mənə qayıtdıki get sən Əli kimi kişi ol sonra gələrsən

Nə dedi nə dedi? Yalan deyirsən

Düz deyirəm nə yalan.İllərdir mənim sinif yoldaşım olan illərcə tanıdım adam mənə

bu sözü dedi. Xoşbəxt ol qardaşım o qız səni istəyir heç vaxt yolunu dəyişmə hər

zamanda arxandayam.Mən getdim sinifə özünə yaxşı bax

Üzümdə bir gülüş ifadəsi vardı.Artıq heç o oğlan haqqındada düşünmürdüm buna

əmin idimki Arzu onu zərrə qədərdə o gözlə görməyib.Sevincli halda sinifə

qayıtdım.Biraz o gün üzüm güldü və sevincimdən göylərə uçurdumki cavabını

qəşəng verib.Günlər günləri beləcə qovaladı və xəbər çatdıki artıq həmin oğlan

əsgərlikdən qayıdıb və gəlişi ilə əlaqədar məclisindədir.Maşına əyləşib beş altı

nəfər onun yaşadığı məhləyə getdik.Artıq gün batmaq üzrə idi.Bu oğlan mən

Bakıya gedən ərəfələrdə məktəbə gəlib qapının ağzını kəsdirirmiş neçə dəfə çölə

çıxan zaman kitabxana yolunda qarşısını kəsib evə kimi arxasıyca gəlib

gedirmiş.Sonda sinif yoldaşları sonrada babası tərəfindən söz söhbət düşəndən

sonra əsgərliyə gedib sonra onu görən olmayıb.Maşın Orxan gilin məclislərinin düz

qarşısında mağarın qarşısında dəyanmışdı.İçəridə hər kəs sərxoş deyib gülür

oynayır.Bilirdik ki belə zamanı uyğun seçməmişik onu çölə mıxardıb söz söyləyə

bilməyəcəyik və çıxsa belə arxasıyca qoşun gələcək hamısıda içkili bunları başa

salmaq çətin olacaq.Birdə düşündümki bu qədər cəsarətsiz olmağa dəyməz hər nə

olacaqsa olsun mən gecəni yatıb səhəri düşünə bilmərəm.Maşından endim düzdü

heç kim bu fikirlə razı deyildi ama hər kəsdə mənimlə gəldi.Düşündüyümüzdən tez

çölə çıxartdıq Orxanı çünki elə bildilərki uzaqdan gələn adamlarıq əsgər görməyə


gəlmişik və heç kimdə sorunşmadıki siz kimsiniz hamı can deyib can

eşidirdi.Maşına çatar çatmaz onu maçının arxasına itələdim

Baxmaram burda bu qədər adam Orxansan nəsən bilmirəm Səni gəldiyinə peşman

eliyərəm.Sən bilirsən kimə yaxınlaşmısan kimə söz atmısan? Utanmırsan ə sən

Sənə bir dəfə deyilibki narahat eləmə sözdən başa düşmürsən sən?

Valla bilmirəm kimdən nədən gedir söhbət Yenədə səhfim varsa üzür istəyirəm

səhfəmsə boynum qıldan incədi inanın heşnə yadıma düşmür.

Yadına salaram sənin mən darıxma.Əlimi boynundan tutub vurmaq istəyirdimki

yanımdakilar ayırdı

Dəli olmusan ne edirsən özün dedin dava olmasın indi başlamısan gözlə bir görək

nə deyirdə

Mən kənarda durdum sinif yoldaşlarım söhbət edib görüşüb mənidə zorla çəkib

aparıb otuzdurdular maşına və aralaşdıq.Yolda başa saldılarki lazım deyil əsas

odur gəldik ürəyin dincəldi sözünü dedin başa saldın oda başa düşdü.Həm gör nə

qədər zaman keçib üstündən özüdə deyirki səhf eləmişəm gəlmişəm qələt

eləmişəm nə istəyirsən ki ey da.Başqa söz söhbət olsaydı hə onda başqa.Həm sən

onda qızdan aralı deyildinmi.Bugündən sonra yanından ayrılma onda

görəcəksəndə nəvar nə yoxsa.İlk öncə əsəbləşmişdim amma sonra keçdi getdi

hamısı.Söhbət gedib Arzuya belə çatmışdı və sadəcə uşaqlardan sağol sözünü

göndərmişdi və demişdiki mən ona bir dəfə şans vermişəm ikincisini məndən

gözləməsin.Həm bu xəbərin gedib çatmağı məni sevindirmişdi həmdə bir şeyə

üzülürdüm ki niyə deyirdiki məndən ümüdünü üzsün ikinci şansı vermirəm

falan.Çoxmu incitmişdim onu.Qəbul edirdim zamanlaki artıq məni bağışlamağı deyil

artıq məni sevməsini yenidən qayıtmağını istəyirəm.Onsuz hər şey mənasiz dadsız

duzsuz olurdu.Nə fəsillərdən bir zövq alırdım yağan yağışlar əsən küəklər yağan

qar çıxan günəş tökülən sarı yarpaqlar xəzanlar dənizin ləpələri uçuşan

qağayılar.Ürəyimdə tez tez sıxılırdı bu aralar yaman.Hərdən burulurdu ürəyim sanki

bir ağrı bir sancı vardı buda yenicə başlamışdı.Gündən günədə sıxırdı məni

sonralar nəfəs almaqda belə çətinlik çəkirdim.Gecə yatan zaman qəflətən nəfəsim

kəsildiyini hiss edirdim tez oyanırdım yenidən yuxu aparırdı və iki üç dəfə tutrdu

belə.Heç kimə bu haqda heçə demirdim.Və düşünürəm ki indi əvvəl özümü

bağışlatmaqla özümü aldadırdım indidə elədir.İndidə özümü aldadıram bunları

yazmaqla sadəcə sadəcə bilməyini istərdimki inan imkansız olmasaydı yenidən

sənə qayıdardım yenidən mənə qayıdardın bəlkə sevincimdən ölərdim son ürək

tumağım olardı.Hərdən yuxularıma gəlirsən eyni yuxularına təkrar-təkrar mənimlə

danışırsan.Xatirələrimiz yadıma düşür oturub uşaq kimi ağlayıram.Hər gün otur yaz


iç ümüdümü itirmişəm inan səndən yazmaq belə səni yazmaq belə mənim

ürəyimdə bir sevinc bir sevgi yaradır.Səni sənsiz yaşamaq o qədər çətindirki bir

bilsən.Əslində bu olanları yazmaqda məqsədim odurki bəlkə kimlərsə sevgilərinin

qədrini bilə bəlkə iki küsülü sevgili bundan sonra barışa bəlkəm kimsə mənim

etdiyim səhfləri etməz.Dünyada əbədi deyilk ki bugün varıq səhər bilmirik olacağıq

yoxsa yox.Pessimiz deyiləm sadəcə deyirəm ola bilsin səni birdə görməyəcəm

ömürümün sona qədər və elə bir imkanım olmayacağından qarşına çıxıb bunları

söyləməyə onun üçün yazıramki biləsən.

Artıq gedib gəldiyi hər yolu əzbər bilirdim.Hazırlıqların ünvanları saatları, kimdən

gəlir kimlə gedir, evlərinin ünvanlarına qədər. Qardaşını babasını nənəsini atasını

əmisi həyatı haqqında ailəsi haqqında məlumat alırdım və tanımağa

başlayırdım.Bir gün yenə hər zamanki kimi Xəyallarımın arzusu başlığında

məktubu yazıb yola saldım.Bunuda deyimki artıq məktublarım qəbul olunurdu

oxunurdu amma cavab yenə gəlmirdi.Hər zamanki kimi məktub yazıb göndərən

zaman gözlənilməz bir şey baş verdi cavab gəlmişdi məktub gəlmişdi.Açıb oxuyan

zaman məktubda yazılmışdı.

Mən sənin Xəyallarının Arzusu olmaq istəmirəm.

Bu təmiz kefimi pozmuşdu.Və sonra bütün ümüdümü üzmüş kimi bir məktub

yazdım üzürxaxlıq etdim söylədimki bağışla məni narahatçılığıma görə zamanla

unudaram hər halda səni düzdür çətin olacaq mənə amma səndə günah yoxdurki

özün dedinki ümüdünü üz deyə günah mənim ürəyimdədir.Sağol bu qədər

hörmətimi saxladın mənim hər şeyə görə sağol.Məktubunu yazıb göndərdim pis

olmuşdum dolmuşdum sanki əl vursalar ağlayacaqdım.Bir Arzum vardı niyə

gerçəkləşmirdiki.Çıxıb gedəcəkdim evə bu zaman sinif yoldaşı mənə icazə aldı çölə

çıxmaq üçün.

Hə eşidirəm Zamiq

Gör nə deyirəm Arzu deyirki çölə çıxanda gəlsin yaxınlaşsın onunla işim var

Qulaqlarıma inana bilmirdim necə yeni gəlsin yaxınlaşsın onunla işim var.Hər halda

ona yazdığım sözləri deyəcəkdiki yanımda de məndə əmin olumki məni birdə

narahat etməyəcksən.Başqa nə olacaqdiki artıq nə ümüd edə bilirdim nədə xəyal

qura bilirdim könülsüz razılaşıb sinif otağına qayıtdım və gözlədimki dərs sona

yetsin.

Dərs sona çatdı və ümüdsüz halda birazda həyacanla məktəbdən az

aralaşmışdıqki qarşıdaki sinif yoldaşlarından bir neçə addım yavaşladı.Məndə

arxası ilə gəlirdim və birdən dəyanıb çönüb gözlədi.Baxışlarını görən zaman


ayaqlarım yerindən üzüldü.Yaxınlaşıb salam verdim oda salamımı alıb yolu dinməz

söyləməz getməyə başladıq və birdən danışmağa başladı.

Mən niyə elə yazmısan?

Necə? Heç gözləmədən tez cavab verdim.

GGözlərini məndən yayındırıb cavab verdi

Mən sənin xəyallarının arzusu olmaq istəmirəm.

Bilirəm dedin..

Mənə birdə elə başlıqda məktub yazma yaxşı?

Kor peşman addımlarımı yavaşladırdımki birdən yenə bir söz söylədi

Mən sənin xəyallarında qalmaq istəmirəm yazanda məktub yaz mənə.Mən artıq

çatıram evə sən istəyirsən gəl istəyirsən get.Atam buralarda hərlənir əmimim

maşınından.

Sağol deyən zaman sözünü kəsdim

Sağol demə mənə heç vaxt yaxşı? Hələlik..

Hələlik deyib gülümsədi və yolumu dəyişdim o isə sinif yoldaşlarının arasına qarışıb

gözdən itirdi.Aramızdaki məsafəni özüm uzaq saxlayırdım çünki xoşum gəlmirdi

istəmirdim kimsə bilsinki mən kiminsə dalınca gəlib gedirəm ya yan yana gedək

yada nəyə lazımdır düz arxasıyca düşməyin.O sözdən sonra artıq biraz ürəyim

rahat idi ama biraz.Yenədə ürəyim kifayətlənmirdi heçnədən.Axı insan hər zaman

biraz olanda istəyir birazda olsun birazdan daha yaxşı ən yaxşı.Və elə hey onu

düşünürdüm.Daha çox içirdim daha çox canım yanırdı onsuz.Məhlələrinə bir gün

getməsəm onu görməsəm həmin gecə səhərə qədər yata bilmirdim.Bir dəfə anası

ilə eyvandan baxan zaman anası məndən şübhələnmişdi.

Ay Arzu, sən bu oğlanı tanımırsanki?

Kimi a? Mən? Mən hardan tanıyım. Biraz sükutdan sonra özü sorunşmuşdu

Nə olubki? Kimdiki o bu oğlan

Nəbilim, yaman baxır bizim eyvana elə.Yolu keçəndədə az qala başı bizim eyvanda

qala.Qardaşına deyəcəm görüm kimdi bu oğlan məhlənin oğlanlarından yaman

hərlənir qardaşın tanıyar.


Məndə hər şeydən xəbərsiz qardaşı ilə münasibət yaratdım.Necəki məhlənin

oğlanları ilə ünsiyyət qurmuşdum necə salamlaşırdıqsa onunlada elə

salamlaşırdıq.Bir gün gülüb danışan zaman məni məhlədə qalan bir oğlan kənara

çəkdi

Sən bilirsən heç kimdi o

Kimdiki

Qızın qardaşı kim olacaq?

Doğurdan deyirsən?

Hə, özüm dedimki birdən çaşıb deyərsən kimin dalınca gedib gəlirsən

Məhlənin sakinlərin çoxsu elə bilirdiki məndə bu binanın sakiniyəm şünki hər gün

orda idim . Hətta ləqəb belə qoymuşdular. Məcnun gəldi , məhlənin yeznəsi gəldi

falan. Bilirdilər ki onu bir gün görməsəm qala bilmirdim səhər tezdən gün

doğmamışdan gecə gün batmayana qədər orda görünürdüm.Nömrələrini jurnal

dəftərinin arxasından götürdüm bir gün.Əllərim əsə-əsə nömrəni yığdım telefonun o

başında onun səsini eşidən zaman bilmirdim necə sevincimi bildirməyim

həyacanımı bildirməyim özümü boğum ama alınmırdı hiss edirdimki oda qırıq qırıq

danışsada ürəyi mənim kimi yerindən qopacaq.Bir iki dəqiqə danışıb

sağollaşdıq.Səhər məktub yazan zaman cavab gəldiki bugün yenə zəng et

danışaq.Getdim zəng etdim bu səfər lap çox danışdıq.O qədər şirin şirin danışırdıki

həsrət idim onun səsinə danışığına.Və hazırlığa gedəcəyini söylədi.Yaxınlaşmaq

istədimi söyləyən zaman qəti olmaz yaxınlaşma mənim ayaqlarım əsər yanında

deyə təkrar-təkrar xəbərdarlıq etdi xahiş etdi ama kimə deyirsən bu sözü.Söz

vermişdimki gedib yaxınlaşacam.Və binalarının yaxınlarında durub hər gedib gələni

ona oxşadardım və biləndəki o deyil ürəyim dahada tez-tez döyünməyə

başlayırdı.Saata baxırdım artıq hazırlıq vaxtına çox az qalırdı.Nə olardı gəlsəydin

səni görsəydim yaxınlaşsaydım deyə fikirə xəyala dalırdım.Uzaqdan gələn zaman

məni görün istədi yolunu dəyişsin ama gec idi çünki özüdə bilmədən tez-tez

gəlirdi.Yanımdan keçən zaman yaxınlaşdım və bu zaman onunla birgə tez-tez

addımlar atmağa başladım.

Salam

Salam

Yavaş yavaş getsək olmaz?

Dedim gəlmədə niyə gəldin


Çıxım gedim? O dinmirdi heçnə demirdi sadəcə tez-tez gedirdi yolu məndə ona

çatmaq üçün addımlarımı tezləşdiridim.

Artıq hazırlıq binasına çatan zaman sən burdan qayıt deyəndə məndə gəlirəm

dedim o isə elə bildki zarafat edirəm və gəl deyərək güldü məndə onunla bir bloka

girdim.O addımlarını tez-tez atır pilləkənləri qalxır mən isə arxasıyca çıxıram.Və

birdən ayağını saxlayıb dəyandı gülümsəyərək geri geri çıxa çıxa danışdı.

Hara gəlirsən?

Bir dəqiqə gözlədə

Əli ilə gözlə orda ordan de sözünü deyərək üzünə dağılan saçını düzəldirdi

Niyə tez-tez gəlirsənki yolu mənimlə yol getmək istəmirsən?

O binanın qarşısında qohumum qalır Dedim axı orda yaxınlaşma Yaxşıki bizi görən

olmadı

Yaxşı bağışla birdə olmaz Gedirəm mən axşam gələcəm

Axşam babam gəlib məni aparır yada qardaçım boş yerə gəlmə neynirsən mən evə

çatanda zəng edərəm evinizə

Yox yenədə gələcəm

Yaxşı özün bil Mən getdim hələlik..

Hələlik deyib mərtəbələri düşürdüm sevinclə.Evə gəlib saatın səkkiz olmağını

gözləyirdim.Hələ saat yeddiyə on dəqiqə işləmişdi.Saat səkkiz olmamış düşdüm

getdim gözlədim məhlədə.Dediyi kimi babası gəlmişdi.Gecə olmuşdu artıq hava

qaralmışdı.Onlar düşdü hazırlıq yoldaşı ilə. Babası yaşlı olduğundan gecə seçə

bilmirdi uzaqdaki kimdir.Yolun o biri tərəfindən balaca uşaqlar kimi çağırırdı

Baba ay baba

Hə, by ay bala çıxmısan məndə nətər oturmuşamsa burda

Yaxınlaşıb birgə yollarına davam elədilər məndə arxaları ilə məsafə saxlayasaxlaya

gedirdim.O qədər hazırlıqların yerlərini tapmışdım birdənə hazırlığın yerini

söyləmirdi mənə deyirdi tapa bilirsən gəl özün tap.Oda gah babası gahda atası

aparırdı hazırlığa onun üçündə mənə elə ancaq baxmaq qalırdı uzaqdan.Özü

demirdi çünki hara gəlirdim orda bir fəlakət yaradırdım.Məktəbdə sinifdən çölə

çıxmağa qoymurdum nə lazımdırsa oğlanlara tapşırmırdım ki bu qız bircə boş

boşuna çölə çıxmasın.Bir dəfə məktəbin bufetində gördüm sinif yoldaşı ilə gəlirdi o


an bütün əsəblərim yerindən oynadı.Yaxınlaşıb acılamışdım.Və heçnə demirdi

susurdu sadəcə başını aşağı salıb.Bu mənim həm xoşuma gəlirdi həmdə günü

gündən qısqanclığım başlayırdı çoxalmağa.Hər şeyə söz söhbət etməyə

başlayırdım ilk öncələri belə şeylər şirin görsənsədə artıq elə bir həddə çatırki o

qısqanclıq qısqanclıqdan çıxır böyük bir sevgini hörməti necədə nifrətə heçnəyə

döndərə bilirmiş.. Bir gün gecə hazırlığa qarşısına çıxan zaman əynində bir zərli

köynək gördüm.İngiliscə bir söz yazılmışdı.Qarşıdan maşın gələn zaman əksi

düşürdü parıldayırdı köynəyi onu yol boyu danışdım və dedi yaxşı birdə

geyinməyəcəm.Səhər yenə dalaşdıq və o köynəyi geyinib gəlmişdi hazırlığa

sorunşan zaman demişdim axı sənə o gün bu köynəyi geyinmə deyə cavabında o o

gün idi bu gündür demişdi.Ona tərs tərs baxan zaman o isə əvəzində gülüşünü

yığışdırmış yol boyu sakit durmuşdu mən isə elə hey danışırdım.Məni saymırsan

sən heç bilirsən symaq nədir sən heç bilirsən hörmət nədir sevgi nədir deyə

Niyə susursan? Dan

Işda denən səhf deyirsən

Off yenə başladın sən nə qədər danışırsan.Sən var ey yaşlananda o çənən

düşəcək az danışda

Nədi danışmaqda olmaz?

Hədə yaxşı geyinməyəcəm birdə bax sənin xətrinə gedən kimi bunu atacam bir

kənara söz

Mən görürəm elə necə söz verirsənsə belə verillər o sözü həm o nə danışıqdı

mənimlə danışırsan sən o o gün idi bu bugün qudurmusan? Hə? Səndən deyiləm

mən?

Neçə dəfə acıqlanırdımsa mən bircə dəfə olsun mənə qayıdıb söz qaytarmağını

görməmişəm sadəcə susurdu və zarafat edirdi ilk öncə görürdü mən elə

dəyanmıram susurdu sadəcə.İndi anlayıramki susmağın zarafatların hamısı mənə

olan sevgindən hörmətindən imiş.Bəlkədə düşünmüsənki mən balaca bir şeyi dağ

edirəm səhər nəsə olsa o zaman nələr olar.Belə düşünməyindədə haqlısan çünki

ondaki ağlım səni sevməyə bəs etmirdi.Kaş indiki ağlımdan ötən günlərdə sevərdim

səni.. Hər nə qədər dalaşsaqda üç gündən çox ayrı qala bilmirdik bir birimizdən beş

il ərzində ən çox uzaq qaldığımız gün üç gün olmuşdu.Nə mən bir bəhanə tapırdım

nədə o, danışırdıq yenidən barışırdıq və undurduq hər şeyi keçib gedirdi sanki

heçnə olmayıb.Bir gün yenə küskün idik.Küskünlüyümüz səbəbi isə yenə mən

balaca bir şeyi daö eləmişdim.Dediyim bilmədiyim hazırlıq yerini tapmışdım.Və

deyirdim axı hara gedirəmsə bir fəlakət edirdim deyə.Hər dəfə kimləsə məhlədə


dalaşmalı idim yada hansısa bir hazırlıq yoldaşı ilə.Səbəb isə blokdan düşdünüz

vəssalam qızların yanından getməyəcəksiniz deyə söz söhbət salırdım.Bugün

hazırlıqlı durmuşdum gözləyirdim ki hardasa saat üç aralıqlarında çıxacaq evdən

və babası gəlib aparacaq.Amma elə olmadı saat üç oldu babasının maşını yerində

deyildi.Taksi dururdu hər halda müştəri aparmışdı.Sevindimki tək gedəcək keçib

yanına ötürəcəm amma atası gəldi.Ağ rəngdə qazelin pəncərəsindən onu görən

zaman tez taksiyə oturub qarşıdaki qazelin arxası ilə sürməyi xahiş

etdim.Kamranda o zaman yanımda idi.Çatdıq qazel bir binanın yanında dəyanan

zaman bizim gəldiyimiz qırmızı rəngdəki mercedesin qapısını açıb düşmək istəyən

zaman arxadan babasının maşını gəldi.O gün özü deyirdiki məni üç nəfər gətirib

hazırlığa ama sözünü yarımçıq qoydum çünki blokda onunla birgə duran hazırlıq

yoldaşıda vardı.Həmin oğlanı çölə çıxartmaq istədim and aman elədiki sən nə

edirsən hazırlığa gəlib nə etməldiirki hamı kimi gözləyirdə sən nə istəyirsən

camahatdan bəsdi məni biyabr eləmə.Mənə hər dəfə elə gəlirdiki məndən nəsə

gizlədir və onun üçün hazırlıq yerlərini söyləmir mənə hər dəfədə kimləsə

dalaşırdım heçnədən.Amma yenə sakit durmadım Arzu hazırlıqdan çıxandan sonra

oğlanı tutub demişdimki o qız bloka girdi sən çıx çölə oda yazıq razılaşmışdı ama

bundan xəbər tutanda çox əsəbləşmişdi mənə.Onun üçün yoxki mən kimləsə

dalaçıram o sadəcə buna əsəsbləçirdiki onu artıq yersiz qısqanmağa

başlayıram.Və bugün elə onun üstündə aramız dəymişdi amma yenə gəlib

durmuşdum yolunda bu səfər fərqli bir baxışla gəldi.Əsəbləşdi və mən onu elə

görmək istəmirdim çünki günahkarı mən idim.Adi normal halda nəyəsə

əsəbləşəndə evdə dərslərində nəsə yolunda getməyən zamanlarda pis çətin

anlarında dəstək olurdum amma bu səfər nə deyim necə deyim bilmirdim axı

mənəm onun qanını qaraldan.Yaxınlaşan zaman salam verdim salamımı aldı.Nə

tez-tez gedirdi nədə zarafat edirdi sadəcə gözlərini çəkirdi kənara.Birdən məni

gülmək tutdu yolda.Öz özümə gülürdüm.Bir ixtiyarsız gülüş gəlirdi.Əsəblərim

pozulmuşdu və əsəbimdən gülürdüm həm əsəblərimin pozulduğundan həmdə

sevincimdən.Çünki bu gün ərzində çox qorxmuşdum ki birdə görüşməyək birdə

onunla yan yana getməyəm birdə səsini eştməyəm birdə onu görməyəm... Bunu

düşünmək belə istəmirdim. O qədər ürəkdən gülürdümki nəsə danışa danışa

yadımda deyil birdən gördüm onunda üzündəki qırışları açıldı mənim kimi

gülməkdən gözlərindən yaş gəlməsədə üzündə təbəssümlər yaranırdı.Hazırlıq

yoluna qədər ötürüb gecə gələcəyimi söylədim.Gecə gəldim yenə birgə qayıdırdıq

o qədərdə gecə düşməmişdi deyə mənimlə gəlirdi hazırlıq yoldaşı ilə gəlirdi

normalda amma bugün həmin qız gəlməmişdi sadəcə evdən elə bilirdilərki qızla

qayıdacaq.Yolda qayıdan zaman birdən ürəyim yolda sancdı tənginəfəs oldum bu

zaman hiss etdimki narahatçılıq keçirtdi.


Nə oldu sənə?

Heç əşi arada belə oluram

Dəlisən? Ürəkdən zarafat olar heç Çəkmədə o siqareti elə haçan sorunçuram

deyirsən siqaret çəkirəm Bax deyirsən mənə görə çəkirsən hə indiki yanındayam

niyə çəkirsən

İndi yanımdasanda on beş dəqiqə sonra evdə olacaqsan

Heçnə demədi və yol gələn zaman qarşımızda iri bir daş çıxdı qarşımıza

Bax bu daşı görürsən?

Məndə diqqətlə qulaq asırdımki hər halda nəsə maraqlı bir şey deyəcək.Hə nə

olubki?

Bax bu daşı sənin o yekə başına vuraram ha ağıllı ol get özü göstər müalicə al

ürəklə zarafat olmaz

İlk dəfə idiki belə zarafat edirdi mənimlə Özüdə hiss etdiki birdən ikidən mənə qarşı

belə danışmayıb və mənimdə təəcüblü qaldığımı görüb sadəcə gülümsədi.Və evə

girər girməz bu çaşqınlığına gülməkdən gözlərindən yaş gəlib.Anası həmin günü

bizi eyvandan baxanda görüb ona yaxınlaşdığımı və qızınında yalan danışdığını

hiss edib sadəcə qızının bu qədər xoşbəxt olmağının qarşısına keçməyib.Və

oğlununda elə hər dəfə məndən söz açması yaxşı şeylər danışmağı biraz daha

əmlinlik gətirib və əlbətdə hər şey bir yerə qədər.Qızının ağzını axtarıb mənim

haqqımda tez tez suallar verib və bilib nəvar nəyoxsa.Onlar iki rəfiqə kimi idilər bir

birilərindən heşnə gizlətmirdilər sadəcə demişdiki atandan ehtiyyatlı olun.O görsə

sən nəyinki hazırlığa heç məktəbə gedəməssən.Atası elə bir növ mənim atam

xasiyyətdə idi.Qaraqabağ dindirməsən danışmaz sifətinə baxan zaman söz

sorunçmağa ehtiyyat edərsən.Sonra qərar verdikki mobil telefon alaq.Mənimdə

yoxum idi onunda.Babasından xahiş etmişdiki mobil telefon alsın ona məndə

çalışıb bir mobil telefon almışdım özümə.Həmin günü səhərə qədər mesajlaşmışdıq

səhərə yaxın yatmışdıq ikimizdə.Bizim zamanımızda o qədər texnalogiya inkişaf

etməmişdi indiki kimi mobil telefonlar yox idi və tək-tük tapmaq olardı olarda çox

bahalı idi və bahalı olmağı bir yana bizim yalnızca söhbət edə biləcəyim yeganə yer

elə operatorun mesajları idi.Sözləri qıra qıra yazırdıqki ikinci mesaja çıxmasın.Artıq

daha yaxın idik.Hazırlıqlara gedən zaman məktəbdə olan zaman.Bir dəfə mesaj

atmışdım Sabahın xeyir prensesim deyə onuda atası oxumuşdu.Çox vaxtı telefonu

gətirmidi özü ilə mənimdə xəbərim yox idi.Anası birtəhər inandırmışdıki qızlardır.


Bir gün məhlədə uzun bir müddət olmayan bir oğlan gəlmişdi.Yay aylarında

gəlirdilər.Özləri xaricdə yaşayırdı.Bir gün məni məhlədə yaşayn bir oğlan kənara

çəkib söyməmişdiki Arzuya qarşı filankəs söz söyləmək istəyir mən özüm başa

salmışam ama birdə səndə de. O an yenə əsəbim tutmuşdu gözüm heşnəyi

görmürdü oğlanı tapmışdım.Yaxşı qutardıki onu orda əzişdirmədim üzürxaxlıq

etdi.Amma hər dəfə mən məhləyə gələn zaman onu məhlədə Arzunuda eyvanda

görəndə həmin günü mütləq dalaşmalı idik.Nə məhləyə düşməyi qoyurdum nədə

telefonu onun götürməsini.Əl telefonunada artıq baxırdım bu nə mesajdır bu kimin

nömrəsidir deyə.Və özümdə hiss edirdimki mən bu qızı artıq gündən günə qəlbini

sındırıram və inanmağa başlayıram.Bir dəfə yenə dalaşdıq yanımdaki oğlanlardan

bir qızın şəklini gördüm zəng etdim tanış oldum və getdim həmin qızla görüşə.Mən

başqası ilə görüşdəyəm heçnəyi guya vecimə almıram dalaşmışıq özün zəng edib

barışacaqsan deyə onu danlamışdım.Bu zaman zəng gəldi və zəng edən o idi heç

iki saat keçməmişdi məndə deyirdim ki üç gün biz danışmarıq.

Salam necəsən?

Məndə təəcüblü halda sağa sola boylanıb sanki elə bildim kənardan məni

görürmüş kimi boylanırdım. Sağol sən necəsən? Gün hansı tərəfədən çıxıb bu

günü?

Bağışla sənə qarşı haqsızlıq edirəm.Düz deyirsən mənə belə tənbeh etməsən sən

belə mənim üstümdə əsməsən mən sənin başına çıxaram.Özümdə özüm özümə

düşünürəmki düz etmişəm ama sonra bütün qızlar məni danlayırki kaş bizim elə

sevdiyimiz oğlan ola.Sən deyən olsun bircə dalaşmayaq yaxşı?

O incə səsi ilə haqsız mən ola-ola mənimlə danışırdı mən isə başqasını

gözləyirdim.Utandım o an etdiyim tutduğum əməldən.Sağollaşıb getmək istədim

gec idi iki qız yaxınlaşdı.Salamlaşıb parka doğru getdik.Telefona guya zəng

gəlirmiş kimi qulağma tutub danışıb üzürxaxlıq etdim və uzaqlaşdım və tez zəng

etdim Arzuya və harda olduğunu nə iş gördüyünü sorunşdum və şirin şirin

danışdıq.Və beləcə günlərimiz keçirdi.Hazırlıqlardan gələn zaman artıq yolumuzu

uzadırdıq.Bir dəfə qarşımıza bir kişi çıxdı.O an yanımda olan Arzunu görmədim

yolu birdən aralanıb yenə yanıma qayıtdı və mənə başladı danlamağaki niyə

demirsən mənim atam siqaret çəkmir axı.Mən heç bilmirdim nə oldusa necə oldusa

ama evə gedənə qədər zarafata salmışdım o isə həqiqətən qorxmuşdu mənim isə

vecimə deyildi uzaq başı döyüləcəkdim razı idim buna ama onun saçının bir

tükünədə zərə dəyməsini istəmirdim istəməzdim amma düşünürəmki ən çox elə

onu mən üzdüm həyatda, mən..


Artıq məktəbi bitirmişdim.Ali məktəbə işlərimi verdim amma qabiliyyət

imtahanlarından kəsildiyim üçün qəbul ola bilmədim.Kino rejissorluğu və

aktyorluğuna hazırlaşırdım.Bir dəfə dalaşan zaman yaxşı artislik edirsən demişdim

o düşünmədən o ixtisasa sən hazırlaşırsan ey mən yox demişdi buna həm

gülmüşdüm həmdə birazda ona danışmışdım.Hər şeyə danışırdım hər şeyə demək

olarki.Bu qədər can sıxan biri nin nəyini sevmişdi bilmirdim.Ən çoxda bunları

yazmaqda məqsədim odurki məni tərk edib gedişini insanlara çatdıramki günahkar

sən deyilsən günah məndədir ki mən bacarmamışam sevməyi sən yox sən mənə

sevgini örgətmisən..

Bir gün yenə adi sıradan günlərdən biri idi.Mənə hər şeyi bitirək məncə söylədi

səbəbini isə heç zaman sorunşma məndən deyə dəfələrcə dedi.Nə qədər etdim

söyləmirdi sonda birtəhər örgəndimki xəstəlikdən əziyyət çəkir.Mənim nə xəstəlik

olursa olsun heç vecimədə deyildi.Onunla xəstəlik nədir lazım olarsa gözlərimidə

verərdim, verərəm.. Sonra aydın olduki gələcəkdə uşaq olma ehtimalı çox az

səviyyədədir.Məndə həmin günü söhbəti bağladım və birdə bu haqda danışmamaq

haqqında onu dəfələrcə tənbeh etdim.Müalicə götürrdü yenə aldığı dərmanlar

iynələr bütün əsəblərini oyadırdı bir yandanda mən.Zənn edirdimki məni ondan

yaxşı başa düşən yoxdur ama əksinə olub hər zaman yalnış düşünmüşəm mən

onu heç vaxt anlaya bilməmişəm.Bir gün eşitdimki günorta sular kəsiləcək axşama

kimi su olmayacaq.Əlimi atdım telefona mobil nömrəsinə yığdım zəng çatmadı ev

nömrələrinə yığdım bir qadın götürdü anasıdır deyə düşündüm və özümdə

bilmədən salam verdim.

Salam kim idi

Mən oğlunuzun dostuyam xala salam Necəsiniz?

Dəstəyin o başında təəcüblə danışan qadın nə üçün zəng etdiyimi məlum edirdi

Xala bugün sular kəsiləcək onçün zəng etmişdim

Ay bala sən su idarəsində işləyirsən?

Yox ey xala eşitdim dedim birinci sizə zəng vurum deyim susuz qalmayında yay

günüdür su lazım olur çayınızın yemeyinizin suyunu göütürün

Sağol ay bala çox sağol

Sağollaşıb dəstəyi asdım və bir anlığına mən nə edirəm axı o bilirdi hər şeyi bu

qədər irəliyə getmək lazım deyildi düşünürdüm.Tərslikdən həmin günü sular

kəsilməmişdi.Anası Arzuya demişdiki məhlədən keçsə suyu onun başına tökəcəm

bu qədər su götürmüşəm və zarafat salıb gülmüşdülər.Bakıya müalicəyə getmişdi o


gün.Mənim isə bugün artıq hərbiyə yollanacağım gün idi.Evdə bütün qohumlar

yaxınlar tanışlar dostlarım hamısı bizdə deyib gülüb yeyib içirik hər kəsin kefi

yaxşıdır bircə məndən başqa.Həmin günü nə qədər içmişdimsə onun adını

səyaqlamışam.Səhər tezdən durub görüşünə getdim.Biraz uatnırdım çünki

saçımda birdənədə tük yox idi.

Səhər səni atam küçədə görüb bilirsən nə dedi?

Nə?

O gülürdü.İstəyirdi desin ama əli ilə ağzını tutrdu sözü deyə bilmirdi

Nə dedidə de görüm.

Bax xətrinə dəymiyəcək ki bax sonra məndən kümə ha yaxşımı

Əşi nə küsmək çıxıb gedirəm yarım saata

Bu zaman gülüşü biraz üzndən çəkildi hiss etdimki biruzə vermək istəmir ama oda

getməyimi istəmirdi.Amma bizim elə dava dalaşardan vaxtımız olurduki bir birimizə

vaxt ayıraq? Haçan bir zarafat etsə o dəqiqə küsüb inciyirdim onun üçün ehtiyyat

edirdi zarafat edən zaman belə.

Hə de görüm

Dediki o kələm əsgərliyə gedir?

Nə? Kələm?

Hədə başı belə görüb dedi

Məktəbin ağzına çatana qədər yol boyu danışdıq ilk dəfə idiki məktəbə mən

aparırdım mənimlə birgə gəlirdi məktəbə.Məktəbin qapısına çatan zaman hələlik

deyib uzaqlaşdı işim parça parça olurdu.Onu birdə aylar sonra görəcəm uzağı üç

gün aralı qala bilən insanlar necə qalacaq ayrı-ayrı.Arxaıyca baxırdım o yavaş

yavaşladı və birdən çönüb geriyə baxan zaman hiss edirdim gözləri dolub.Maşın

siqnalları məni fikirdən oyatdı.Məni aparmağa gəlmişdilər hərbi

komissarlığa.Tərslikdən həmin səhəridə yatıb qalmışdım heç doyuncada görüşə

bilmədik.Maşına könülsüz əyləşib hərbi komissarlığa getdik.Evdəkilərlərə ailə

üzvlərimlə görüşüb dostlarımla sağollaşıb içəri keçdik.Bir maşına əyləşdik maşın

artıq çölə çıxanda maşının pəncərəsindən topa-topa yığılmış insanlar

tanımadığımız insanlar pul siqaret içərisində şirniyyar mer-meyvə olan paketləri

pəncərədən bizə ötürüdülər hamısı əsgər valideynləri idi.Heç kim baxmırdı ki

maşında əyləşən tanışdı ya yox əsas odurki xidmətə yola salınır.Elə deyirdim ki


yadımdan çıxartdım fikirli olmayım amma hər şey onu xatırladırdı.Mahnılarda adı

çəkilirdi, başımı qaldırıdım Arzu mebel, şirniyyat yeyirdim Arzu şirniyyat sənaye, hər

hansısa bir reklamda yazılmışdı Arzularınıza çatdırırıq heç gedib hərbi hissəyə

çatmamışdıq indidən darıxırdım yaman.Hərbi hissəyə çatmamışdan öncə bir

balaca kafedə maşını saxladılarki uzun müddət artıq belə yeməklər yemiyəcəksiniz

qarnınızı doydurun az qalıb daha sonra hərbi yeməkləri ilə başınızı

qatarsınız.Yemək sifariş olundu əlimi cibimə atan zaman birdən yadıma düşdüki

puluda telefon qabında vermişəm.O an utandım yemyi kənara çəkdim.Bizim

üstümüzdə gələn səyahiyyətli komandir başa düşdü və gözü ilə işarə etdiki tez olun

yemyinizi yeyin tələsirik.Biraz qarnımızı doydurub yenidən maşına əyləşdik və

həmin komandirə minnətdarlığımı bildirdim və oda gülümsəyərək hə nə olduki indi

deyib tez maşına doluşun sizi təhvil verim qayıdım demişdi.Hərbi hissəyə çatdıq

sonra bizi səhər böldülər.İlk dəfə bu qədər yaxından bu qədər əsgər bu qədər

texnika görürdüm.Nəyinki mən elə hər birimiz.Səhər texnika bizi aparan zaman hiss

edirdim get gedə soyuqlaşır hava və az keçmədi qar gördük.Yolda

yuxulamışdım.Gözümü hərbi hissədə açdım.Hamımızı düzdülər hərbi hissə

komandiri gəlib hər birimizə baxdı tapşırıqlarını verdi və yatdıq həmin

gecəni.Qəribə gəlirdi bizə geyimlər yeməklər yemək yediyimiz qablar.Və hasantda

gəlmirdi örgənmək.Az keçmədi forma verdilər bizə artıq and içmə gününə

hazırlaşırdıq. O qədər çətin o qədər ağır gəlirdiki başa düşürdüm ki şəhərdə

kiminsə üstünə qıcanmaq dalaşmaq dava etmək hasant deyilmiş.And içməm

zamanı evdən gəldilər hər bir əsgərlə görüş üçün imkan yaradıldı.Evdən gətirilən

yeməkləri görən zaman deyirdim evə girən zaman hansı yemyi bişirmisiniz sualını

birdə qayıdanda verməyəcəm.İnsan o qədər şeyin qədrini bilirdi orda.Vaxt edib

zəng etdim danışdıq biraz içimdəki həsrət dağıldı ama elə çox

darıxırdımki.Evdəkilər çıxıb gedəndən sonra lap çox sıxılırdım.Və düşünürdümki

Arzu idi məni belə çox darıxdıran o idi məni qədər ürəyimi yumşaq edən.Əvvəlki

halımdan artıq heçnə qalmamışdı.Günü gündən daha çox darıxmağa

başlayırdım.Gözlərim yollara baxırdı uzun uzadı uzanıb gedən yollara.Sanki bu

dəqiqə kimsə qapıdan gələcək məni çağıracaq deyə.Alışır insan ama zamanla.Bir

neçə ay sonra bizim yerimizi dəyişdilər və əsil xidmət elə indi başlayırdı.İmkan

olduqca onunla tez-tez telefonla əlaqə saxlayırdım danışırdıq gülürdük.Və hər

zamanda konturum bitirdi və dönə dönə tapşırırdiki mənə zəng edən zaman imkan

ver mən zəng edim sənə.Sənin konturun getməsin.Ama iş elə yerə gəlib çatırdıki

ikimizində konturu bitirdi.Gecə səhər günorta haçan zəng edirdim bir dəfə olsa

xidmətdə olduğum zaman mənim telefonuma yadıma gəlmir zəngimi kəssin cavab

verməsin.Hər zaman danışırdıq mesajlaşırdıq. Sonra böyrəklərimdən düşdüm hərbi

qospitala. Orda vurulan iynələr atdığım dərmanlar insanı o qədər əsəb edirdiki o

qədər insanın canı yanırdıki başa düşürdüm ki indi o nələr çəkirmiş. Amma o heç


vaxt bu haqda danışmırdı demirdi və deyirdiki heç kəsə demirəm nə olursa desəm

nə olacaqki.Sanki ancaq sevgi paylamaq gəlirdi içindən öz sıxıntısından heç kimi

sıxmaq istəmirdi.Və bir dəfə sən məni istəmirsən sözünü demişdim.Mənə

söyləmişdiki bir dəfə anam o sözü mənə demişdi.O qədər o söz üstündə vanna

otağında suyu açıq qoyub aölamışamki.Mən beləyəmdə nə edim sevdiyimi biruzə

verə bilmirəm.Amma indi anlayıramki nə demək istəyirsən. Sənin sevgi tərzin

sevmək tərzin başqa idi əlbətdə onu zamanla anladım.Biz elə səni sevirəm sənin

üçün darıxıram sənsiz ölərəm falan demirdik.Darıxırdıq və darıxdığımız üçündə bir

birimizdən sanki hayfımızı çıxırdıq əsəblərimizdən amma bircə dəfə olsun

demirdikki səni çox istəyirəm səni çox sevirəm sənsiz qalsam nələr olar.Mən hər

zaman dalaşırdım o həmişə zarafat edirdi.Mən istəyirdim həmişə elə sevgi dolu

mesajlardan danışaq hər kəs kimi olaq amma bilmirdim ki biz düzdür hər kəs kimi

deyilik daha doğrusu mənimlə danışan qadın hər kəs kimi deyil.Əziz oxucu bunu o

bilir və sənində bilməyini istərdimki əsgərlikdə olan zaman belə mənə bir nəfər

zəng etmişdi.İlk öncə Arzunun məni yoxladığını düşünürdüm amma sonra kim

olduğunu söyləmişdi onunla danışırdım.Adı Aysel idi.Nişanlı idi.Heç bilmirdim

mənimlə niyə danışır yada mən niyə danışıram.Bir gün anası telefonda salamlaşıb

sağ salamat gəlməyimi xoşbəxt olmağımı falan dilədi.Sonra bu qıza nə etmisən elə

sən deyib durur deyədə arada sözdə atdı.O an düşünürdüm ki qızı yagin zorla

kiməsə nişanlanıb və anasından məni istədiyini deyib məndən xoşu gəldiyini

söyləyib.Bu haqda heç bir söz açmadım sadəcə gələn zaman mənimlə görüşmək

istədiyini dedi məndə razılıq verdim.Məzuniyyət günüm yaxınlaşmışdı.Həvəslə

hazırlaşıb əsgər yoldaşlarımdan görüşüb hərbi hissəyə endim.Ordanda bir başa

şəhərə.On beş günlük məzuniyyətim vardı .Hər şey qəribə gəlirdi içimdə bir sevinc

vardı bir quş vardı sanki azadlığa buraxılmışdı o qədər tələsirdim və hər an bu

dəqiqə qızıl kimi qiymətli idi mənim üçün.Gəlib onların eyvanlarının qarşısından

keçən zaman qardaşı ilə görüşdüm o isə anası ilə birgə eyvandan baxırdı və

eyvandan xoş gəlmisən ay bala deyə salamlaşıb göz aydınlığı verdi.Biraz

qaralmışdım həmdə dəyişmişdim. Evə girib evdəkilərlə görüşdüm tezg edib ev

telefonu ilə doyunca danışdıq.Sonra əl telefonuma Ayseldən zəng gəldi.Onunlada

danışdım və xahiş etdiki gəl səni görüm.Düşdüm aşağı uzaqdan məni görüb əl

edirdi məndə əlimlə salamlaşıb uzaqlaşdım və səhər yenə görüşə çağırırdı.Qızın

xətrinə dəymək istəmirdim bilmirdim necə deyəmki danışmayaq bu mənə problem

olacaq bilirdi Arzunu, bu haqda demişdim amma yenədə əvvəlki kimi idi.Səhər bir

parkına yanında görüşəcəkdik.Uzaqdan mənim gəldiyimi görüb gülə gülə

yaxınlaşıb əllərini boynuma sardı yanaqlarımdan öpüb salamlaşdı.Düşünürdüm ki

mən neçə ildirki Arzu ilə heç əl ələ tutmamışam bu neyləyir? Əl ələ tutub parkı

hərlənirdik. Biraz keçmədi boyu məndən balaca olduğundan bir daş səkinin üstünə

çıxıb mənə aldığı boyunbağını boynuma taxdı.Tərəzi və əkizlər bürcü klonu vardı


üzərində boyunbağının. Sonra sarıldı mənə. Sanki ətrimi alırdı qoxumu alırdı və

bilirdiki birdə görüşə bilməcəyik və məndə bunu davam edtirmək istəmirəm. Gözləri

dolmuş halda sağollaşıb uzaqlaşdı və burda olan burda qalsın deyib uzaqlaşdım.

Arzuya zəng edib onu gözlədiyimi söylədim. Uzaqdan tez-tez gəlirdi. Gah axraya

baxırdı gah sağa gah sola... O qədər darıxmışam ki sənin üçün.. Kəlimələr artıq

mənasız qalır hiss etdiklərimin yanında. Bəlkədə həyata keçirtməliyəm hiss

etdiklərimi. Yağışda ağlamağı tərgitməliyəm. Gecə yuxuda yox bax bu dəqiqə bu

an səsləməliyəm səni ciyərlərinə hopmalıyam bəlkədə. Bəlkədə səni gördüyüm an

tutub qucaqlamalıyam boynunu. Bərk bərk qucaqlayıb yaşatmalıyam o darıxmaq

duyğusunu. Həsrət-həsrət çəkməliyəm səni ciyərlərimə, içimə. Yada küçənin

ortasında öpməliyəm səni. “Kim nə dedi?” düşünmədən öpməliyəm.

Salam.

Salam

Xoş gəlmisən

Xoş gördük. Gedək? Hara boylanırsan belə

Qardaşımla atam çöldədi

Əşi əsgərəm sənə deməmişəm qapını açıq qoyub yatın nədən qorxursan

Hə atamda qardaşımda elə onu deyir

Bu zamana qədər heç vaxt onun əllərindən tutmamışdım biraz utancaqlıqla əlimi

balaca əllərinə sarı uzatdım və o an əlimin işində gizlənən balaca əllərini sıxdı

əllərimdə və gülümsəyirdi.

Axırki nə yaxşı nə yaxşı əlimdən tuta bildin.Bizim həyatda uzaq başı ən çox yaxın

dura biləcəyimiz bu idi əl-ələ tutmaq və illər sonra.İllər sonra ilk dəfə bu qədər yaxın

idik.

İkimizdə güldük.Birdən yanımızdan bir marşurt keçdi.Arxadan bir yaşlı arvat

səslənirdi

Ay oğul ay oğul qoyma saxlat o marşurtu

Mən fit çala bilmirdim elə əlimdən zar-zor elədimki dəyansın əlini ağzına qoyub bir

fit çaldıki əlimdə olan əlini buraxdım.Marşurt dəyandı . Marşurtun saxlanmağını

istəyən yaşlı qadın yaxşıki görmədi marşurtu Arzunun saxlatdığını çünki mənə

sağol ay oğul deyib getmişdi

Sən fit çala bilmirsən?

Yox

Sən nə gündəsən ə deyib marojnamızı yeyə yeyə gülüb danışırdıq. Marojnanı guya

yeyirdik gah mən onun üzünə yayırdım gahda o burnumdan gətiridi yediyimi.Mənim


boyum 179 idi onun isə 155. Bir yer var idi ordan keçən zaman müləq əyilib

keçmək lazım idi mən əyilib keçirdim o düz keçən zaman gülürdüm xətrinə dəyirdi

sonra könlünü alırdım.Yolu gəldiyimiz zaman əlimdən itələdim ayağı sürüşdü az

qalmışdı yıxıla.

Borc olsun məndən incimə yaxşı?

Məni yıxacaqsan mənə gücün çatar yəni?

Ama qol güləşi etdik məni yıxırdı bilmirəm niyə güc edəmmirdimsə hər dəfə qolumu

vururdu.Və bir fəxrdən bir sevindən durub yol boyu onu danışırdı məndə küsüb

inciyəndən sonra qoluma girərdi zarafata salardı yenə barışardıq sonra yenə gəl

qol güləşi edək deyərdi yenə başlayardıq.

Telefonunu ver görüm bura nəvar nəyox

Səndə siqaretini ver görüm bura Telefonuma qarşılqı siqaretin

Yaxşıda telefonu ver görüm

Boy siqareti ver görüm

Yaxşı di götür.Adəti idi mən nə zaman telefonunu istəsəydim siqaret paşçasını alıb

bir bir qırıb atardı.

Yandıranıda ver görüm.Normal alışqanları hasant yandırırdı amma b

Yandıranında qazını boşaldardı.Paçkanın ağzını açdı.

Hooop bu getdi.

Mənimdə fikrim ağlım telefondadır.

Hoop buda ikincisişPulun varmı ay bala siqaret almağa ba hamısını qıracamşYada

yox yazıqsan üç dənə saxlıyaram.Nə üçdənə qudurarasan sən bir dənə

bəsindi.Özdə demişəmki yanımda çəkmə siqaret.Həyqi niyə tərgitmirsən?

Elə hey siqaretin ziyanlarından danışırdı hər dəfə təgit deyirdi məndə yaxşı deyib

söz verirdimki tərgidəcəm.

Parkın yaxınlarından bir yer var idi dört bir yanını hasarlamışdılar.Güllər çiçəklər

vardı.Bağban sulayırdı gülləri hər halda bağın sahibi bağlatdırmışdı buranı.Az

irəlidədə bir bank vardı.Bankın maşını və bank işçiləri söhbət edirdilər.Birdən

özümü necə boşluqda hiss etdimsə necə itələdisə əli ilə məni həmin çəkilmiş hasarı

aşıb güllərin üstünə aşdım.Başımı qaldırdım ki bankın işçiləri gülür arxaya çöndüm

ki Arzuda gülməkdən gözləri yaşarıb.Əllərini ağzına tutub gülür.Əlini mənə verdi

durub üstümü təmizlədik gedib bir yerdə oturana qədər yol boyu gülmüşdü.Onun


gülüşü üçün birdə yıxlardım o an. Parkda bir yerdə oturduq. Birdən gözü

boynumdaki boğunbağıya sataşdı.

Abuş bu nədi?

Nə nədi

O nədi boynundaki

Görmürsən nədi

Kor özünsən göürürəm nədi deyirəm o nədi?

Nə qədər etsəmdə yalan danışmağı biruzə verirdim sanki bu yaxşı şeymiş

kimi.Heçnə demədi dinmədi susdu yenə. Birdən zəng gəldi telefona.Başı ilə

boylanıb nömrəyə baxdı.Aysel yazılmışdı ada. Aysel kimdi abuş?

Mən isə zəngi götürmədim.

Hə aydındır indi nədirsə o boynundaki.Yenə susdu bu səfər isə dərindən bir eh

çəkdi.

Bilmirdim birdən hər şey sanki tərsinə gedirdi yada kiminsə planlaşdırılmış oynuna

gedirdim.Zəng gəldi yenə.

Niyə götürmürsən ey telefonu başa düşmürəm götürdə

Götürdüm telefonu eşidən zaman aradaki səmimiliyi dodaqlarını çeynəyə çeynəyə

kənara baxırdı.Ayselin qəlbini qırmayım deyə həyatımda ən böyük səhfimi Arzuya

qarşı həmin günü etmişdim.Birincisi ona görə ki o qızla danışmışdım ikicnisis

görüşünə getmişdim sonra onun boyunbağısı ilə Arzunun görüşünə gəlmişdim və

hal hazırda yanımda Arzu onunla danışırdım.Söhbəti tezləşdirib telefonu

söndürdüm.

Yox niyə söndürürsənki rahat-rahat danışın mane olmayım

Yaxşıda Arzu imkan ver deyim nə varsa

Hə eşidirəm abuş, Əli bəy Abduləli müəllim uşağında o qədər adı var o qədər

heyranıda varki eşidirəm.

Bax mən o qızla iş yerimdə tanış olmuşam.Tanış deyəndə yəni ağlına başqa şey

gətirmə qəti.Sadəcə salam sağol.Özdə bu qız nişanlıdı.Sadəcə dedi görüşək

xətrinə dəymədim görüşdüm indidə zəng etdi sənin yanında bilseydim heç

görüşməzdim ama inan onunla aramda heçnə yoxdur

Dodaqlarını yenə çeynəyirdi.Gözlərini gəzdirirdi yenə ətrafa susurdu yenə

Ay Arzu bir şey demiyəcəksən?


Sən nətər adamsan?! Sənsən mənim telefonlarımı yoxlayan sənsən mənim

geyimimə qarışan sənsən mənim hər işimə qarşıan məndən səhf axataran.İndidə

deyirsənki xətrinə dəyməməkçün danışırdım abuş mənə nağıl danışma burda sən

nə danışırsan?! Xətrinə dəymədim nədi bəs mən? Mənim xətrim? Hə? Sən nə

danışırsan?! Nə xətri! Məndən sən səhf tutammazsan ey sən məndə səhf

axtarırsan ama səhf elə sənsən hər şeyi pis vəziyyətə qoyan korlayan sənsən. Sən

səhərdə belə olacaqsan? Məndə durum gedim kimləsə danışımki xətrinə dəymiyim

kiminsə?

Az keçmədi yanımızdaki oturacağa üç qız gəldi oturdu.Sağ tərəfə baxan zaman

qızlardan biri utanmır yanındakindən gözü başı sağda soldadı deyən zaman elə bil

beynimin içinə qaynar su töküllər hər şey üst üstə gəlirdi tərslik bu qədər gülüb

danışmaqdan sonra elə bil belə ödəməli idik bunun qarşılığını.Çönüb qızlarada

heçnə demədim bilirdimki ağzımı açsam söyəcəm onun üçün dedim dur gedək

burdan.

Ayağa durdu könülsüz yorğun

Deməli mən sənə bayaqdan deyirəm o boyunbağını ver mənə ona görə vermirsən

Qıracaqdında ne edəcəkdinki

Yaxşı abuş sənə sözüm yoxdur gəlmə tək gedəcəm evə

Heçnə demədim susdum oda susqun şəkildə ayrıldı itdi gözlərimdən.Boynumdan

boyunbağını çıxardıb evdə ayaqyoluna atdıb suyu çəkmişdim.Axşama sarı

məhlələrinə gələn zaman uzaqdan məhlənin arxasında bir topa qız gördüm və

qızlar oğlanlar bir arada valeyboy oynayırdılar.Heç ağlımdan keşməzdiki Arzuda

orda olar.Birdən gözüm ona sataşdı o bir yana illər əvvəl xaricdə qalan oğlanda

onların arasında idi.Uzaqlaşdım ordan.Məzuniyyət vaxtımın bitməsinə hələ beş gün

qalmışdı döndüm hərbi hissəyə.Nə zəng etdim nə danışdım.Hərbi hissə komandiri

yanına çağırmışdıki nəsə baş verib nəsə olub bu qədər tez gəlmisən? Ömrümdə ilk

dəfə belə bir şeylə qarşılaşıram ki əsgər bu qədər tez qayıda

məzuniyyətdən.Məzuniyyətə getmək istəməyən əsgər göümüşəm gələn zaman kefi

olmayan kefsiz əsgərdə görmüşəm ama gedən zaman sevinə sevinə gedib beş

gündə tez gələn ilk əsgər sənsən demişdi.Məndə bir şeylər uydurub

demişdim.Yadımdadır məktəbdə oxuyan zaman hərbi komissarlığa getmişdimki

məni könüllü əsgərliyə aparın.Bir komandir məni otağına salıb harda oxudğumu

sorunçmuşdu ünvanımı qeydə almışdı və get ağıllı bala zamanı olanda biz özümüz

səni çağırıacağıq demişdi.Və zəng edib hərbi komissarlıqdan və polis şöbəsindən

müdüriyyətə və sinif rəhbərimizə təşşəkkür etmişdilərki belə vətənpərvər uşaqlar


yetişdirisiniz ən çoxda hərbi hazırlıq müəllimizə tərifnamə gəlmişdi.Məni məktəbin

önünə çıxartmışdılar.Elə bildim yenə nəsə etmişən yenə danlanacam ama birdən

təriflər yağdırılan zaman məktəbdəki uşaqların üz cizgiləri dəyişmişdi.Üçüncü gün

idi ki danışmırdıq.Telefonu tez-tez yoxlayırdımki bəlkə zəng edib mesaj yazıb ama

evdən başqa zəng mesaj yox idi.Ürəyim dözmədi günahkar mən idim əlbətdə

mesaj atdım mesaja az keçmədi cavab gəldi.Üzürxaxlıq etdim amma o barədəd

heçnə demədi bəlkədə əsgərlikdə olduğum üçün əsgər olduğum üçün istəmirdi

dalaşaq.Hərbi xidmətdən günlər keçdikcə günlər azaldıqca artıq daha çox insan

darıxmağa başlayırdı. Bir ulduzumuz vardı göydə.A hərifini əks etdirən telefonla

danışzan zaman o ulduza baxıb danışardıq gecələri.Beləcə doqquz ayın həsrəti

doqquz ayında çətinliyi bitirdi.Çox az günlər qalmışdı.Düşünürdüm hərbi bitdikdən

sonra hər şey tamam fərqli olacaq hər şey yaxşı olacaq.Hərbi hissədən bunu

mütləq qeyd edəcəm artıq çıxan zaman hərbi hissədə komandirlərimiz ilə

sağollaşıb təxris olan zaman qırmızı rəngdə bir rusiya istehsalı olan 011

yaxınlaşdı.Dört nəfərin qiymətini razılşaıb hər kəsin ünvanına qədər danışdıq və

pulları verib əyləşdik maşına.Bizi hərbi hissədən biraz keçəndən sonra təkərim

boşalıb düzəldim gedək adından qoyub qaçmışdı.Axı hərbi hissədəd nə qədər

əsgər var təxris olunası.Onları bir bir aldadıb hərəsini bir yarı yolda qoyub qaçırmış

şərəfsiz.Yaşlı bir taksi sürücüsü yaxınlaşdı sürdü biraz qarşıdan bizi götürdüki o biri

taksi sürücüləri görməsin nə verərsiniz verərsiniz deyib elə bizi həmin kişi gətirmişdi

evə.Əsgərlikdən gəldikdən sonra iş tapmalı idim.Bəxtimdən şəhərimizdə reklam

agentliyi açılmışdı.Komputer ixtisasım olduğundan yaxınlaşdım sənədlərimi

verdim.Hər şey düşündüyüm kimi gedirdi.İşlərim uğurlu başlamışdı.Qaydasında

idi.Ürəyimcə könlümcə olan biri var idi yanımda hərbidən yeni dönmüşdüm işim var

idi daha nə istəyirdim ki amma bu xoşbəxtliyi özümüz özümüzə çox gördük.Yenə

köhnə mövzular yenə mənim bu xasiyyətim məndən əlçəkmirdi.Eyvana çıxma ev

telefonunu götürmə.Elə geyinmə belə geyinmə hara gedirsənsə icazə al get

xəbərim olsun hər şeydən. Və zəif nöqtələrimi bilənlər artıq çox idi. Bir gün məhlə

uşaqlarından biri yaxınlaşdı

Əli sənə söz demək istəyirəm.

Eşidirəm denən o nə sözdür rahat ol keç əyləş

İş yerimə gəlmişdilər tanıdığım bir neçə məhlə uşağı

Söhbəti çox uzatmayın uzatmağın mənası yoxdur.Sən qızdan ayrılmısan?

Yox, nə ayrılmaq. Nə olmuşduki?

Hə, yəni danışırsınızda

Aha.Başa düşmədim ey mənim qızdan bağlıdıki sənin sözün

Hə.

Necə bəyəm


Sənin qızın sənə nəsə deyib?

Mənim qızım mənə nəsə deməliydiki başa düşmürəm ey mus mus dediyinə bir

mufata de görüm

Sənin qızını Arzunu bir oğlandan görmüşük

Nə oğlan adə sən nə danışırsan harda görmüsən necə görmüsən

Saat səkkiz olardı o hazırlığa gedirdin ey o tərəfdən gəlirdilər

Hazırlıq yoldaşı olarda yagin normal babası aparıb gətirirdi axı

Hədə bizdə onu deyirik.Yəni istəsə qardaşı yada babası gələrdidə niyə kimləsə

gəlirki.

Birincisi o sənin işinə qalmıyıb kimdən gəlir kimdən gedir ya kimdən gəlib kimdən

getməlidir mən özüm aydınlaşdıraram sağol xoş getdin

Yaxşılığa yamanlıq?

Nə yaxşılıq adə?! Budu yaxşılığın? Elə canın yanırdı gedib yaxınlaşıb

maraqlanrdınız nə oldu heç birinizin gücü çatmadı?

Söhbət gücdən getmir arxasıyca düşsə hə sən deyəndi deyirəm yan yana idilər

Olsunda yan yana

Necə olsun Zorla getmillər ha əl ələ gülə gülə gedirdildə

Nə ələ ələ ə?! Nə əl ələ sən nə gijdiyirsən sən nə çərənliyirsən Görmüsən əl ələ

getdiyini?Tapıb gətirəcəm o oğlan desəki elə bir şey olmuyub onda necə olacaq?

Tap gətir istəsən mən tapım gətirim

Get tapır gətir

Valla uşaq uşaq danışırsan ey deyirəm mən bura nəyə gəlmişəm sən nə edirsən

Adama güləllər ey mən nə deyim gedim ona

A kişi demirsən əl ələ görmüşəm?

Mən demirəm ey əl ələ olublar yenə ələ görmüşəmdə yəni biz görəndə əl ələ

deyildilər

Səni var ey bu dəqiqə burda başını gözünə çənənəi sinənə salajam rədd ol burdan

axmağın biri axmaq Sənin heş ağzından çıxan sözü qulağın eşidir? Dua eləki

aramızda yaxşı günlərin xatirəsi var ama hər şeyin içinə zibil yığma salamda vermə

bu saatdan sonra

Yaxşı sən deyən olsun

Qapını örtüb çölə çıxdlar.Bilmirdim nə edim hirsimdən əsəbimdən boğulurdum.Kim

idi o görəsən doğurdanmı əl-ələ idilər yoxsa yalan idi bular yoxsa əl ələ olublar

mənəmi demirdilər.Şübhələr məni yeyirdi.Və əlimi atdım iş yerimdəki telefona.Ona

zəng edirdim.


Dəstəyi qaldırdı.

Alo

Keç rahat bir yerə səninlə işim var

İncə bir səsi ilə sadəcə bir kəlmə dedi

Yaxşı..

Yenə başladım nə başladım.Nə qulaq asdım nə dinlədim.

Yenə əsəbləşmisən başlamısan yenə əsəbini məndən çıxmağa? Sənə kim nə deyir

sən niyə inanırsanki? Hə babam gəlməyib həmin günü qardaşımda vaxtı olmayıb

tək gəlirdim yolu hazırlıq yoldaşımdır yaxınlaşdı özü istədi xahiş etdiki bacı səni evə

qədər ötürüm.O bu günə kimi məni babam qardaşım yada sənlə görəndə görüb tək

getdiyimi göürməyib pislik etməyibki.Həm əl-ələ nədir? Utanmırsan o sözü mənə

deməyə məndən elə şey necə gözləyirsən sən.

Telefon dəstəyini asdım yerinə.Əlimə stolun üstündəki hər nəvarsa keçdi hamısını

əsəbimdən əlimlə aşıırtdım yerə.Əsəb hərbi xidmətdən gələndən sonra dahada

çoxalmışdı məndə dahada aqrevisləşirdim.Siqaret yandırıb getdim içki aldım.Yer

darmadağın özümdə yerdə oturub içki içirdim siqaret çəkə çəkə.Vecimədə deyildiki

ya müştəri gələr ya müdiriyyət gələr.Əlbətdə bu vəziyyəti görsəydilər işdən

qovulacaqdım.Biraz özümə gəldim durub səliqəyə saldım hər şeyi.Qapını bağlayıb

zəng etdim çağırdım səhər gələn məhlə uşaqlarını.Dalaşmaq istəmirdim yoluna

qoydum yenədə. Onlar üzürxaxlıq etməsələrdə anlayırdımki bu bir oyunun

parçasıdır kimlərsə tərəfindən qurulur planlaşdırırlır.Yanımda dostum yox ilanlar var

imiş sən demə.Bu səfər yenədə qardaşını gördüm yolda qardaşı Arzu və yanında

xarici dövlətdə yaşayan oğlan.Arzu görən zaman məni yolda elə anladıki yenə

başlayacağıq.Özümdə bezirdim adam nə qədər gedər ondan dalaşar bundan

dalaşar amma qəsdən qıcıqlandırırdılar məni çünki ən zəif nöqtəmi bilirdilər.Həmin

gecə zəng etmədim nədə bir kəlmə söz demədim.Həmin oğlanda onların

məhlələrində qaldığından qardaşı ilə münasibəti vardı və qardaşı boşsansa gedək

bacımı hazırlıqdan gətirək deyən zaman oda keçib yanına gəlmişdi.Bunu bilirdim

bilməyinə heç onun açıqlama verməsinə ehtiyac yox idi.Dəfələrcə zəng etdi

dəfələrcə mesaj yazdı.Susurdum heçnə demirdim o isə danışırdı.Və bu sözlər

söhbətlər aramızdaki davalar heç bitmədiki bitmədi.Hər gün yeni bir yersiz səbəbsiz

sözümüz söhbətimiz düşürdü.Sonra ali məktəbə qəbul oldu.Ali məktəbdə qrup

yoldaşlarını oğlanları yığıb bir bir ağıllı olmaları barədə tapşırmışdım ki gözünüz bu

qızda olsun.Bir ikisi vardı aralarında biraz anlaşılmazlıq oldu sonra qaydasına

düşdü hər şey.Arzunun mobil telefonuna program yülədiyi üçün icazə vermirdim ki

telefona kimsə nəsə yazsın.Salam verməyin danışdırmayın o insanı aranızdan heç

kim ünsiyyət qurmasın deyə tənbeh edirdim.Artıq həqiqqətən mən sərhədləri

aşırdım.Gözüm heçnəyi görməz olmuşdu.Düşünmürdümki nə vaxta qədər belə


davam edə bilərki.Axı qarşımdaki insanı bu qədər bezdirməyə haqqım yox idi.Neçə

dəfə ali məktəbin qarşısından geri qaytarmışamki get bu geyimini dəyiş.Oda

babasına zəng edirdi gedib dəyişirdi gəlirdi.Mənə hörmət etdikcə mənim dediklərim

ilə razılaşdıqca mən biraz daha əmrlər verməyə başlayırdım sanki belədə olmalı idi!

O isə susurdu hər dəfəsində heçnə demirdi.Və artıq bu nağıln sonu

yaxınlaşırdı.Bunu mən özümü bəyənməyimdən razılığımdan ayağım artıq yeri

görmürdü.Elə belədə olmalıymış kimi davam edirdim.

Bağışla məni hər şeyə görə.Nə etmişəmsə nə demişəmsə sənə.Amma inan

özümdən asılı deyil əlimdə olsa səni heç çölə belə buraxmaram.Bu zaman başını

qaldırıb tərs tərs baxışlarını süzdürdü

Mən səni başa düşə bilmirəm çox vaxtı

Niyə?

Niyə nədir? Hər dəfə boş boş söz söhbətlər edirik.

Nə edim bəs

Nə olar heçnə etmə bir dənə işlərini qaydasına qoy.Biz o qədər dava dalaş edirik ki

qorxuram bezirəm inan.Söz söhbət salıblar evdəki anam gil tərəfdən biri var onun

anası tez-tez bizə gedib gəlməyə başlayır.

İlk dəfə onunla bu şəkildə parkda idik.Başını çiynimə qoyub ikimizə sanki hər

şeydən yorulmuşduq.Dinməz söyləməz bir saatdan çox eləcə qaldıq.Artıq orda

başlamadım o sükutu pozmadım pozmaq istəmədim.Hər zaman belə qalaq

istədim.Onlara gələn qohumları kimdir nə üçün gəlir niyə mənim çoxdan xəbərim

olmuyub falan başlamadım artıq Dedim yenə boş boş şeyləri söz söhbət edib

bütün kefimizi pozmayaq hər qapıya gələn oğlan durub mənim əlimdən Arzumu

alacaqmı? O heç zaman getmək o heç zaman məni tərk etməz onu mənsiz məni

onsuz düşünə bilmirəm mən O oğlan hər kimdirsə lazım olarsa gedib onunla

söhbətdə edərəm həm Arzu məndən başqasına yar olmaz Həmin günü ən gözəl

günümüz idi amma sanki ayrılığın havasını hiss edirdim qorxuram bəzən hər

şeydən özümdən insanlardan. ( Hal hazırda həyat yoldaşıdır )

Bir gün toya getmişdim. Normalda mən zəng etməsəm mənə zəng etməzdi ama

son zamanlar zəng edir hal əhval sorunşurdu tez-tez. Buda mənim əlbətdə xoşuma

gəlirdi. Toyda içkili idim biraz.

Nə edirsən?

Heç toydayam sən nə edirsən?


Heç darıxdım zəng etdim.Axşam gələn zaman bizim məhlədən gəl səni görümdə.

Yaxşı gələrəm ama səsin pis gəlir nəsə olub?

Yox kefim yoxdur həmdə hava istidir olar eyvana çıxım? Sən gələn zaman məni

görüb dalaşmayaqda yenə

Yaxşı can çıx gələn zaman xəbər edəcəm sənə

Yaxşı deyib sağollaşdıq.Özünə söyləməsəmdə amma son zamanlrda hardasan

sualı belə məni əsəsbləşdirirdi.Sanki məni aldadırmış kimi bir şübhə yeyirdi içimi

amma sonra özüm özümə baxırdım etdiklərimə baxırdım bilirdimki haqsız

davranıram ona qarşı.Toydan çıxıb bir taksiyə əl edib məhlələrinin yanına gedib

maşından düşdüm.Pulu uzadıb qalan xırda pulu heç bilmədim necə cibimə qoydum

məhlənin qarşısına keçib telefonu cibimdən çıxartdımsa.Başım hərlənirdi.Hündür

bir çinar aöacı var idi məhlədə.O başım üzərində sanki dövr edirdi.Birdən başımı

qaldırıb eyvana baxan zaman onun eyvandan oğrun oğrun mənə baxdığını gördüm

və bu zaman telefonun işığı yanıb söndü.Mesaj gəlmişdi.

İçmisən eləmi?

Məndə əlimə aşağıdan yuxarıya yox deyirdim.Bir mesaj daha gəlmişdi.

Göürürəm elə. Gözlə zəng edirəm

Durub məhlənin qarşısında əl üzümü yuyub məhlənin qarşısında əyləşdim.Bu

zaman zəng gəldi.

Neynirsən?

Heç sənə baxıram

Sən məni görürsən ordan?

Nəbilim mən indi səni hər yanda görürəm

Sənə demədim içmə?

Mən içməmişəm ha

Bilirəm, necə içməmisənsə.Taksidən düşəndən bəri sənə baxıram.Az qala

babamın maşının üstündə oturacaqdın

Yox daha nələr

Gör nə deyirəm Əli. Mən sənə demişdim ey ki bizə bir arvat gəlir deyə.Bax mən

sənlə anam nənəm babam bir sözlə ailəm arasında qalmışam.Atam heç atam deyir


mən nə desəm odur amma nənəm mənə and içdirirdi az qala mamada üstümə

düşür.Biz çox dalaşırıq barışırıq deyə bizi ayrı salmaq istəyillər.

Bu zaman elə bil oyandım.Kim ayırmaq istəyir bizi sən nə danışırsan?

Nə olar sən işlərini qaydasına qoy siz çıxardında bizim qapıda ad qoyun.Hər şey

sənin mənim bizim əlimizdədi uşaqlıq eləməyək daha.Dəyiş nə olar mən sənə

inanmaq istəyirəm

Sən mənə inanmırsan?

Mən sənə inanıram ama sən mənə zərrə inanmırsan özünü qəribə aparırsan çox

zaman. Mən səndən səndə məndən ayrılası deyilik bunu bilirsən belə etmədə nə

olar

Yaxşı gözlə danışarıq bu haqda evə gedirəm

Nə olduki?

Evə getməyim?

Get niyə getmirsənki yaxşı get evdən danışarıq

Zəngi söndürən kimi zəng etdim yaxın dost tanışlarıma.Onlarla yığışıb olub

keçənləri danışdıq hətta maşınların üzərinə belə qırmızı lent

bağlamışdıq.Məhləmizə gəldik üç maşın idi.Evə bir dostum vardı Ramin adında

onunla bizə çıxdıq.Evdə yenə hər zaman olduğu kimi süfrədən qab qacaq çəngəl

piçaq səsi gəlirdi.Otağa girdik hər kəs çörək yeyirdi.

Nuş olsun

Xoş gəlmisiniz.Anam durub yemək gətirmək istəyən zaman süfrəyə çay istədik az

keçmədi çaylarımız gəldi.Süfrə başında qardaşım həyat yoldaşı anam atam anam

mən birdə dostum oturmuşuq.Hər kəs çörək yeyir məndə bilmirəm necə söhbətə

başlayımsa.Biz tərəfdə ataya dədə deyirdilər elə o vaxtdan məndə dədə deyirdim.

Dədə

Baxışları ilə gözlərimə zilləndi amma heçnə demədi.Əksinə çörəyini yeməyə davam

edirdi.

Mən bir qız istəyirdim ey, səndən bir şey istəyirəm. Bir dənə gedib səs soraq

salardınızda bu axşam.Onlarında day bilmədiyi adam yoxduki biz danışırıq səndə

maraqlanmısan bilirəm tanıyırsan o ailəni.Mənim isə heçnədən xəbərim yoxdu.Sən

demə bizimkilər qızda olan xəstəliklə bağlı xəbərdar imişlər.Onun üçün könülsüz


onun üçün son zamanlar belə istəksiz imişlər.İstədim ağzımı açıb yenə söz deyəm

sözüm yarımşıq qaldı.

Birincisi qadınlar gedir bu bir.İkincisidəki bu elə üç dört dəqiqəlik iş deyil.Adam bir

maraqlanar gedər gələr

Mən nə deyirəm bəs durun gedində məhlədə maşında gözlüyür bir kəlmə salam

sağol edində qapıdan qovmayacaqlarki biləcəklərdə nəyə gəlmisiniz.Birdənə

deyəssiniz ki bizim fikrimiz budur bu deyil yəni fikrimiz ciddi olduğunu

bilsinlərdə.Özdə nə tanımaq ey düz beş ildir.Nə tanımaq?

Elə mən deyim sən de mən deyim sən de..

Sözünü yarımçıq qoyub süfrədən qalxdım.Ramin dur ayağa get ayağını geyin.Mən

gijəmki sənə gəlib ağız açıram.Camahatın atası səhər apresə girir gedir oğluna

gecəlikcə üzük taxır qızın qoluna.Atalar var ey bir kəlmə sözə görə qapıya gedillər

mən bilirsən nə qədər sevinib gəlmişdim sənin yanına? Sənin vecinə deyiləmdə

mən

Qapıya doğru gedən zaman birdə gördüm atam süfrəni aşırdı və səsini yüksəldib

üstümə gəldi

Sən nə vaxt söz dümisən mən sənə qulaq asmamışam hə?! Ay oğraş sən söz

dedin mən eləmədim?

Deyirəmdə indi söz deyirəm sənə burnumdan gətirirsən sözümü Kimə deyim gedim

qonşudan xahiş edim? Sən eləməsində sən getməlisəndə! Qapını var gücümlə

çırpıb aşağı düşürdüm.Əlimə üçüncü mərtəbədə bir iri qaz balonu keçdi.Qonşu evi

təmir etdiyi üçün çölə qoymuşdu.Onu var gücümlə endirdim aşağı pilləkənlərdən

aşağı divara dəyə-dəyə qonşunun qapsına dəydi.Düşüb uzaqlaşdım

məhlədən.Gecə gəlib məni apardılar bir evə.Gecə orda qaldım.Nə evdə yemək

vardı nə su.Siqaretimdə qutarmışdı.Birdən qapı döyüldü.Mən durub qapını açana

kimi gördüm maşın artıq tərpəndi.Uşaqlar idi hər halda nəsə gətirmişdilər.Bu gecə

ac yatacam deyəsən elədə oldu.Acsız susuz uzandım düşünürdüm.Telefonu

söndürmüşdüm açıb mesaj yazdım amma cavab gəlmədi.Zəng etdim zəngimə

cavab vermirdi.Səhərə qədər gözlərimə yuxu getmirdi.Səhərə yaxın durub evin

qapısını bağlayıb çıxdım kürün sahilinə.Ac idim həmdə susuz siqaretdə

çəkməmişəm təmiz əsəblərim oyanıb yorğun heysiz kimiyəm gecənidə

yatmamışdım.Günortaya kimi parkda oturdum telefonda sönmüşdü.İş yerimə

getdim .Ofisin qapısını açıb girdim içəri.Pul götürüb zəng edib müdüriyyətdən icazə

alacaqdımki dedilər gözlə heç hara getmə səninlə işimiz var.İş elə gətirdiki bizim

şəhər filialını mənə təhfil vermək istəyirdilər.Bu böyük bir uğur idi yaşıma


görə.Razılaşdım sənədlərə qol çəkdim baş ofislə danışıq getdi və artıq buraların

idarəçiliyi mənim əlimdə idi.Amma bir məsuliyyəti var idi ki vaxtı vaxtı şirkətin

pulunu ödəmək lazım idi.Obyekt icarədə idi.İcarənin pulu vergi falan bunların

hamısına diqqət eləmək lazım idi.İşində bütün yollarını bildiyim üçün mənim üçün

bir vuraq bir idi.Pul götürüb uzaqlaşdım həmin gecə kəndimizə.Bu sevincimi Arzu

ilə bölüşmək istədim amma yenə nömrəyə zəng çatmırdı.Sözləri yadıma düşürdü

və deyirdim artıq uşaqlıq etməyəcəm.Qoy üç gün yox neçə gün olursa olsun

danışmayaq amma çalışacam işlərimi qaydasına qoyacam lazım gələrsə çıxıb

gedərik buralardan uzaqlara.Əsas o və mən deyilmi sevgimiz deyilmi? Kəntdə məni

görüb təəcübləndilər qohumlarım.Birdən ikidən kəndə yolumu salan deyildim onun

üçün qəribə bir hal yaranmışdı.Gecə qalmağı düşünürdüm burda qayıtmaq fikrim

yox idi ama az keçmədi qardaşım və həyat yoldaşının səsləri gəldi.Qardaşımın

sözünü yerə sala bilməzdim onun üçün əyləşdim geri qayıtdım evə.Evə dönən

zaman anamı gördüm qapının ağzında.Öpüb qucaqlayıb bağrına basdı.

Atanın xasiyyətini bilmirsənmi sən niyə baş qoşursan hər şeyə.Gəl ağıllı balam gəl

evə.

Heç xoşum gəlmirdi belə şeylərdən.Normalda mən özümü örnək aparmışam hər

kəsin yanında amma bügün artıq ehtiyacım var idi bir ələ bir dəstəyə

köməyə.Kimlərsə lazım idi mənə məsləhət verməyə.Ondan xəbər

alammırdım.Məhlələrinə gedirdim görmürdüm zəng edirdim zəngimə cavab

gəlmirdi mesajlar oxunmurdu.Özümə söz vermişdimki artıq zəng etməyəcəm bitdi

artıq hər şey.Ayaqlarıma bəhanə edirdim yolun uzaqlığını ama uzaq olan yol deyildi

bir iki bina məsafəmiz var idi aramızda sadəcə bəhanə edirdim hər şeyi görmək

istəyirdim görsəm ayaqlarım üzüləcək yerdən o an ürəyim burxulacaq sancı

yaranacaq sol yanımda bir yerlərdə amma özümü vecsiz kimi aparırdım.İşlərim getgedə

qaydasına düşürdü.İş yerimlə onların yaşadığı bina ilə bizim aramızda çox az

məsafə vardı.Yanımda olan kəslərlə birgə ofisi idarə edirdim.Mən olmayan

zamanlarda onlar olurdu ofisdə.Bəzən sifarişlər gələndə onlar mənsiz qəbul edirdi

və programı işin gedişatını hətta baş ofisdəki hər kəslədə tanış etmişdim yaxın

dostlarımı.Onun üçün arxeyn idim özümə bir narahatçılığım yox idi rahat gəzirdim

ürəyimi buz kimi saxlamışdım.Haçansa düzələrsə düzələr deyirdim öz-özümə

düzəlməzsədə özü bilər.Sanki həzz alırdım ayrılıqdan o qədər günü gündən

vecsizləşirdimki.Amma bir gecə yəni ondan ayrı qaldığım 14-cü günü gecəsi ürəyim

dözmədi zəng etdim telefon yenə çağırdı uzun uzadı və birdən onun səsi

gəldi.Donub yerimdə qalmışdım.Gecə saat üç olardı.O birdə alo dedi

Arzu..

Abuş sənsən? Yorğun yuxulu səsi ilə dəstəyin o biri başında idi


Ürəyim elə həyacanla döyünürdüki o an.Boğazım qurumuşdu həyacandan

sevincimdən göylərə uçurdum.

Xahiş edirəm telefonu yerə qoyma mənə qulaq as, qulaq as sonra nə istəsən de

haqlısan nə desən haqlısan.Bu günə kimi çox incitmişəm səni inan ayrı qala

bilmirəm sənsiz çox darıxmışam sənin üçün.Heçnəyin nə dadı var nə duzu.Sən

mənim sol yanımsan sən mənim səhərlər gözlərimi qamaşdıran günəşimsən

həyata bağlanmağıma eşqimsən həvəsimsən gülən üzümsən mənim sənsiz üzüm

gülmür uşaq kimi bezirəm pəncərədən baxıb yollara boylanmaqdan.Səni axtarır hər

yanda gözlərim

Səs gəlmirdi.. Gözlədim dedim hər halda danışmaq istəmir o an sükutu pozdu səsi

Məndə darıxmışam sənin üçün..

Və söhbətimiz səhər saat doqquza qədər çəkdi.Sağollaşıb yatdıq.İşə getdim bugün

üzüm gülür həvəslə işlərimi görürəm bütün sifarişləri vaxtı vaxtında çatdırıram hər

şey bir sözlə yolundadır.Ofisdəki telefondan yenə zəng etdim ev nömrələrini yığıb

səsini eşitmək istədim.Bu zaman dəstəyi anası qaldırdı.Özümü saxlaya bilmədim

dedim hər şeyi danışacam deyəcəm bizdən əl çəkin axı özüdə cavan olub niyə

ayrırırllarki bir birini sevən kəsləri.

Alo?

Alo, salam xala. Necəsiniz?

Sağol un yaxşı olasınız kim idi danışan?

Oğlunuzun dostu. Əli. Sizə deyəcəklərim var mənim.Niyə bizi ayrı salmaq

istəyirsiniz xala məqsədiniz nədir?

Ay oğul, bax o gün mən qoymadım dalaşdım əlindən telefonunu aldım babasınada

tapşırdım atasınada apardılar gətirdilər məktəbinə gözdən iraq qoymadım ki onunla

görüşəsən.İndi bu burda mənə deyir görüşmürük zad yalandı inanmaramki siz yolu

bir gəlməyəsiniz.Çox dalaşırsınız sözünüz bir birinizin boğazından keçmir.Gəlin

vaxtında mehribançasına ayrılın qutarsın getsin.O gün ona o qədər söz demişəm

indi bugün səhər görürəmki üzü gülür evdə oyana qaçır bu yana qaçır.Deyirəm

barışmısan yenə abuşdan danışırsan? Görürəm ki gülür. Mən heçnə demirəm özü

bilər .Səndə işlərini yoluna qoy onsuzda mən bunu məktəbini bitirməmiş heç kimə

verəsi deyiləm məktəbi var hələ bunun.Oxusun ona qədər hələm görün aranızda

sözünüz bir birinizin boğazından keçirmir

Ay xala beş ildiye düz beş il


Əşi beş il deyəndəki nə vaxt baxıram dalaşırsınız belə olduda beş il

Sözsüz söhbətsiz ailə varki hamıda olurda o

Hamıda olmur düzdü söz söhbət olur ama sənin xasiyyətin xətrinə dəysədə

deyəcəm dəyməsədə, pisdi.Bunada deyirəm, deyirəm ay bala bax yola

getmirsənsə xaxın uşağına ümüd vermə boş yerə.Siz indidən beləsiniz gələcəkdə

nə edəssiniz

Xala bular indi bu zamanlarda olan şeylərdidə hamısı keçib gedəcək Səndən

xahişim var nə olar eşitmişəm qapınıza adam gələcək

Bax o mənlik deyil mən kiməmki evdə Bu Arzu oda atası nə desələr o olacaq Sən

Arzudan yapış möhkəm Arzu nə desə odu atasıda razılıq versə mən kiməmki

Biraz söhbətimiz uzandı danışdıq və sağollaşıb dəstəyi yerinə asdım.Ali məktəbdən

gətirmək üçün yoluna çıxdım gözlədim uzaqdan gəldiyini gördüm.Birgə yenə

yolumuzu gəlirdik .Hər zamanki yerimizdə oturduq parkda.Əlimi atıb telefonuna

baxdım ama bu səfər nəsə axtarmaq üçün yox sadəcə nömrələrə baxırdım əl

alışqanlığı. Gizlin nömrə görən zaman ayağa qalxıb həmin gizlin şəkildə gedən

zəngdə olan nömrəni qeyd elədim öz telefonuma.Bu zaman mənim telefonla

harasa zəng etməyimi anlamayıb zarafat etdiyimi düşünürdü amma xəbərsiz idiki

həqiqətəndə zəng edirəm.

Alo?

Sən kimə zəng etmisən? Kimlə danışırsan?

Sən məndən yaxşı bilərsən.Kimin nömrəsidir bu?

Telefonu ona uzadıb nömrəni göstərdim.

Nəbilim bilmirəm

Kimdə olub telefonun?

Sən deyişən deyilsəndə həqiqətən əmin oldum buna Bəs deyirdin artıq belə şeylər

olmayacaq?

Nömrə kimindi söz sorunçuram səndən

Bilmirəm kimindir

Necə bilmirəm?! Telefon sənin deyil? Sən kimdən danışırsan?

Qızlarda olub telefon bəlkəm onlar yığıb


Aydın edərəm mən onu darıxma sən

Abuş söz dedim axı sənə yığma birdə qohum falan olar

Sən qohuma niyə gizlin yığırsanki

Mən yığmamışam heç

Deyirsən qrup yoldaşlarım hə? Saat 11-də qrup yoldaşı olur? Gecə saat 11-də qrup

yoldaşı olur Arzu?

Bilmirəm inan bilmirəm kim yığıb

Necə bilmirsən ey gecə saat 11-də ruh girmişdi otağına

Qardaşım yığıb yagin

Hə indidə yıx qardaşının üstünə

Dur gedək sən məni başa düşmürsən

Otur! Mən dedim dur sən ayağa durursan

Ayağa durmaq istəyən zaman qolundan möhkəm tutdum

Nə edirsən qolum ağrıyır

Dedimki sənə otur deməli otur

Qolunu tutdu və əlindəki çantasını kənara hirslənib atdı

Sən balaca bir şeyi böyüdürsən hər dəfə ama mən heç vaxt belə eləməmişəm sən

niyə beləsən? Hamıya yaxşısan bir dənə mənə pissən

Hə deməli mən pis oldum hə? Vur başıma nələr edirsənsə nələr etmisənsə

Mən heçnəyi başa vurmuram olanı deyirəm

Bu zaman tərslikdən bir mesaj gəldi telefona. Mesaji açan zaman mesajda

yazılmışdı

Azzz o kimdir yanındaki təzə lotuşkandı?

Bu zaman mesajı göstərdim və açıqlama gözləyirdim

O isə təəcüblü təəcüblü baxırdı.

Bu kimdi?


Canına azzzardı ürəyinə boğmadı eşşəyin biri eşşək Sən nə qələtddər

qarışdırırsan sən məni dəli eləmək istəyirsən? Sənin zibillərindi hamısı bax bunlar

səni iki üç gün tək buraxdım mesaja bax ey sən kimdi bu?

Valla bilmirəm abuş valla bilmirəm o nömrə nədi bu mesaj nədi bilmirəm inan

xəbərim yoxdu

Yumruğumla çənəsinə iki üç yüngül zərbə vurdum dilini dişlədi o an əlini dodağına

tutub gözləri doldu.İlk dəfə idiki ona əl qaldırırdım o qədər özümü itirmişdim.Zəng

edirdim nömrəyə bir qız götürdü

Alo Arzu?

Kimdi danışan?

Sən kimsənki

Mənə bax mənim ağzımı açdırma mesaj yazan sənsən o nə mesajdı yazmısan

Başa dümədim sənə nə dəxli var ey mən onun qonşusuyam yolun kənarına bax

gözəllik salonuna gördün məni? Özünə denən tanıyacaq zarafata yazmışdım

mesajı nədi mesaj yazmaqda olmaz?

Axırıncı dəfə olsun birdə sən nəyinki mesaj yazasan bu qıza salam

verəsən.Lotuşka nədi az lotuşka nədi? Sən bu qızı kimdənsə görmüsən deyirsən

təzə lotuşkandı hə?

Bu bax başımı xarab eləmə ha mənim

Sənin var ey mən .... ..... Telefonu söndürüb cibimə qoydum

Dur get rədd ol evə

Sən niyə mənim qonşuma söyürsənki

O an özümü itirmişdim.Söyüş söymək bu qədər hörmətsizlik edib onun yanında

söymək yanımdaki insanın sevdiyim qadın olduğunu unutmuşdum.Qonşusuna

söyməyim bir yana onada söymüşdüm bilmədən.Çox səhf edirdim və getdikcədə

batırdım.Ona söyüş söyməyimlə özümü artıq alçatmışdım alçalırdımda get gedə.Bu

zaman qolumdan möhkəm sıxdı.Bu günə kimi görmədiyim gözləri gördüm

onda.Əsəbdən gözləri qızarmışdı

Bu günə kimi nə etdinsə susdum nə dedinsə susdum amma sən həddini aşdın.

Mənə küçədəki it qədərdə hörmətin qalmayıb.Kaş anam deyəni edərdim mən


bitirərdim hər şeyi.Sən heç vaxt dəyişə bilməzsən heç vaxt! Mən səndən hər şeyi

qutarım səndə bax!

Qutara bilməzsən!

Görərəsən!

Dedim qutara bilməzsən!

Görərsən necə qutarıllarsa donuzun biri donuz .

Alışılıq deyildik biz bucür sözlərə bu cür hallara sonra durub durub yenə danışdı.

Heyvan!

Bəsdi indi..

Nədi birində vurassan? Vur! Vurda nə durmusan? Əlindən nə gəlir ayrı? Sən bir işə

yaramıyan ancaq xəyallardan yaşıyan birissən heç vaxt heçnə eldə etməmisən

eldədə edə bilməyəcəksən! İtirə itirə gedib bax tək qalasan ömürünün sonuna

qədər Mən olmuayacam sənin yanında olmuşam bu günə kimi. Sənin hər saniyə

yanında olmuşam bu idi mənə qarşılığı? Söyüşdə eşidəcəkdim səndən hə? Ver

telefonumu gedirəm mən

Vermirəm.. Səsim artıq çox az gəlirdi

Telefonumu ver tez ol gedirəm mən gecdi

Telefonu uzatdım amma o an ağlayırdım özümdə bilmədən.Onun yanında ilk dəfə

bucür göz yaşları tökürdüm.Bilirdim hiss edirdim artıq ayrığın havasını

gəldiyini.Artıq istəsəkdə əvvəlki təki olmayacaqdı çünki onun yanında əvvəlki təki

biri deyildim bunun cəzasını ayrılıqla ödəməli idim.

Nəyə ağlayırsan gijsən sən ?

Get, səndə get.. Mən nə sənə layiqəm nədə sənin sevginə

Bəsdi ə artislik eləmə burdaş. Sənsən məni vadar edən getməyimə getha get salan

sənsən .Mən maket deyiləm məndə insanam başa düş! Ay insan mən sənin hər

dediyini edirəm deyirsən onu geyinmə geyinmirəm bunu geyin geyinirəm hara

gedirəmsə bu beş il ərzində xəbərin olub nə demisən susmuşam cavab

qaytarmamışam içimə atmışam nələr demisən mənə nələr.O qədər oturub

ağlamışamki o sözlərinə görə.Mən bunlaramı layiqəm hə? Sənnənəm mən! Mənim

heç kimlə şəxsi heçnəyim ola bilməzmi? Qrup yoldaşlarımdan dalaşdın hazırlıq

yoldaşlarımdan dalaşdın məktəbi demirəm hələ. İndi nə istəyirsən kim qalıb ayrı? O


dediyin nömrədə mənim bibim qızının nişanlısının nömrəsidi ama nə badə yığasan

ona danışasan qızın nişanı dala qayıdar onunda sənin kimi elə gij xasiyəti var

Bağla hər şeyi sözü söhbəti Gecə zəng etmişdi ki yoxlayırdı görüm danışacaq

yoxsa yox oda dayısı oğlu götürdü danışdılar özü danışadı Sənə deyəmmirdim

qorxurdumki bax belə gij xasiyətin var onu şişirdəcəkdin dur di du tələsirəm gedək

apar ötür məni

Mən isə susurdum nələr olacaqlarını düşünürdüm.Mən niyə belə edirdimki?

Elə bilki heçnə olmayıb dur cəhənnəmə söymüsən onsuzda axır əvvəl belə olurda

Birinci deyirdin sənə əlim qalxmaz qalxdı sənə söyüş söymərəm söydün sağol

indidən alışdıdrırsan Səndən deyiləm mən?

Get dedim mən gəlmirəm heç hara getmirəm

Tək gedim mən o yolu indi Qabaqda çoxlu oğlanlar var yaxşıda dur səndə məni

bağışla mən bax unutdum getdi hər şeyi yaxşıda dur Məni tək buraxacan sən

Onu istəmirdin?

Off yaxşı gedirəm mən. Əli? Abuş? Abduləli? Uşağın nə qədər adı var ey ayə

Zırıldama ey qız kimi nədi noldu Ay abuş.Əlimdən o qədər möhkəm tutmuşduki

sanki əlləri əllərimdə itəcəkdi

O qədər utanırdım o qədər xəcalət çəkirdimki o an. İllərdən bəri qoruyub

saxladığım sevgimi məhf etdim.Onu geri qazanmağım mümkün olamayacaqdı .

Yanımda oturdu. Gözlədi.. Telefonu açıb oyun oynuyurdu.

Gözlərim xarab olacaq ey axırda Telefona belə baxıram ba.Gözlərini qıyğacı edib

telefona baxırdı İstəyirdiki məni güldürsün amma o elə etdikcədə mənim ürəyim

qan ağlayırdı

Arzu nə olar dur get qurban olum get tək qalmaq istəyirəm burda.Get doğurdan

deyirəm çıx get bir dəfənlik çıx get.Mənim ağlım dərk etmir mən nə edirəmsə nə

danışıramsa nə edirəmsə bilmirəm. Səni xoşbəxt edə bilməmişəm mən heç

vaxt.Mən ya başqa biri fərqi olmayacaq sənin üçün çünki mənim elə bir özəlliyim

yoxdur.Səni sevən bir yanım yoxdur mənim mən sənə dərddən qəmdən başqa

heçnə verə bilməmişəm bu zamana qədər. Doğurdan deyirəm çıx get. Nə qədər

sənə desəmdə geri qayıt dönmə ölsəm belə, sənin üçün darıxmaqdan ciyərlərim

yansa köz olsa belə.Ömür boyu xoşbəxt olmasam belə dur get.

Yaxşı onda mən gedirəm. Deməli illər əvvəl söyləyə bilmədiyin bir şeyi indi

deyirsən hə.Mən xəstəyəm deyə sənə övlad verə bilməyəcəm deyə bucür

hərəkətlər edirsən bucür aqresizləşirsən? Sağol yenədə bunu indidən bəlli etdin


bəlli edirsən.Sənə heçnə demirəm çünki deyə bilmərəm.Günha məndədirki bunu bu

zaman qədər anlamamışam.İndi-indi başa düşürəm nə demək istədiyini.Sağol

Əli.Hər şeyə görə sağol yenədə.

Biz bir ilk dəfə məktəbin qarşısında sağol deyib aralaşan zaman ona söyləmişdimki

heç vaxt sağol demə hələlik deyək hər zaman axı biz ayrılmırıq yenidən

görüşəcəyik o andan bu günə kimi ilk və son sağolu oldu bu.Əllərim əsərdi gözlərim

dolu geriyə baxırdım.Gedirdi..Ömrümün ən gözəl günləri gedirdi.Hər şey bir anlğına

məhf olurdu.Düşünürdümki yenidən neçə günlər keçəcək biz yenidən bir araya

gələcəyik onu ümüd edirdim.Dedikləri və düşüncələri tamamı ilə yalnış idi mən heç

zaman elə düşünməmişəm sadəcə bir yalnış etdim o anda susdum razılıq əlaməti

kimi göründü buda.Və bu zaman telefona zəng gəldi

Kim idi danışan?

Kim lazımdı

Sən zəng eləmisəndə bayaq bu nömrəyə

Hə,. Istədim deyəm səhf düşmüşəm amma demədim.Çünki mən bu oğlanı çoxdan

tanıyırdım uzaqdan yəni şəkillərini görmüşdüm haqqında bilirdim Arzu hər dəfə

bunlar haqqında danışırdı mənə.Oda məni eşitmişdi bilirdi tanıyırdı.Lap əsgərlikdən

olandan bəri bilirdi.Özüm özümə düşündümki çağərəm gəlsin oturaq dərdləşək

bəlkə buda yenidən bir araya gəlməmizdə bir qol olar.

Qardaşım sənin vaxtın varmı görüşməyə

İndi yox ancaq axşam görüşə bilərəm indi əlimdə işlərim var sən kimsənki

Sən Mingəçevirdə qalmırsan?

Hə orda qalıram kimsən sən

Axşam gələndə deyərəm uzun uzadı söhbətdi desəmdə başa düşmüyəssən

Yaxşı axşam görüşərik onda

Parkda gecəyə kimi oturdum siqaret aldım gəldim siqaret çəkdim heç ofisə

getmədim.Bu zaman zəng gəldi ki səni gözləyirik gəl..

Onların söylədiyi yerə gəlmişdim.İnşaat gedən bir supermarketin yanında durub

həmin oğlanı gözləyirdim.Bu zaman telefona zəng gəldi gördüm qarşıdan bir topa

13 nəfərə yaxın adam gəlir.Yaxınlaşdıq gördüşdüm çoxlarını tanıyırdım.Yaxın

münasibətim olmasada çoxlarının adını eşitmişdim.Sadəcə mənə qəribə gəlirdiki

bu qədər eyni tipdə olan insanlar bir araya nə üçün gəlib.Axı mən dava etmək üçün


gəlməmişdim bura.Həyatlarının bir qismi oğurluq cinayət üstündə azadlıqdan

kənarda keçirdi bu kəslərin.Demək olarki bir qismi qara geyinmişdi.Əllərində təsbeh

başlarında eyni papaq eyni köynək eyni şalvar. Bilirdim artıq bu demək idi.Məni

artıq bu ailə istəmirdi və buda bunun bir göstərici işarəsi idi.Arzu sadəcə evdə son

sözünü söyləmişdi və mənim görüşümə onun qohumu mənim kimi çay içmək

niyyətində deyildi.Salamlaşıb həmin oğlanı kənara çəkmək istəyən zaman hərəsi

bir yandan çəkir itələyir söz atan kim əlində təsbeh fırladan kim.Bilmədim necə

oldusa ara qızışdı.Arıq mənimdə yadımdan çıxmışdı bura nə üçün

gəldiyim.Ağzından söyüş işlədən zaman heç aman vermədim sözünü axıra kimi

desin.Sadəcə üçünü yıxmışdımki birdə gördüm yerdə uzanmışam.Zərbələr üzümə

gözümə dəyməsin deyə əlimlə başımı tutmuşdum.Qabırğalarım belim qarnım

dizlərim qollarım hər yanım sızıldıyırdı. Həmin gecə evə getmədim ofisdə

qaldım.İçdim çoxlu siqaret paçkaları artmışdı normalda çəkdiyimdən qat qat çox

çəkirdim. Zəhər kimi idi ağzım nə bir dad nə bir hiss hiss edirdim key kimi idim.Hər

yanım ağrıyırdı sızıldıyırdım.Gecəni ofisdəki masanın üzərinə başımı qoyub yuxuya

getdim.Başımı qatmaq üçün hər gün bir restoran bar kafe, rayonlar, şəhərlər

gəzməli görməli yerlərdən qalmırdım.Hər dört yanımda o qədər tanımlarım o qədər

guya mənimlə dərdimə həmrək olanlar var idi.Birdə gözümü açdım ki icarənin

vaxtıdır.İcarə bir yana dursun baş ofisə küllü miqdarda pul borclu qalmışdım..Artıq

bizim sifarişi qəbul etmirdilər çünki pullarını ödəməmişdim.Ofisin qarşısına qazel

gəlib dəyananda mənimlə bir yeyib içən dostlarımın heç biri yox idi yanımda.

İçəridəki bütün materialları baş ofisə göndərirdim. İcarəçidən danışdım oda itin

sözünü dedi mənə birtəhər dedi gözləyərəm amma o sözləri o qədər tanımadığım

insanların yanında alçaldırmış kimi deyirdi.Əslində elə görsənmirdi sadəcə elə

idi.Sonra eşitdimki mənim dostlarım baş ofisin agentliyi ilə çalışırmış hətta şəhərdə

obyektləri belə var.Heçnəyim qalmamışdı.Nə işim nə dostum nə sevgim.Otağıma

çəkildim.Telefonuda yandıra bilmirdim çünki borc sahibləri vardı.Vaxtında

əllərindən çox tutmuşam gedim heç olmasa siqaret almağa pulum yoxdur deyib

onların açdığı obyektə yola düşdüm.Bilirdim əslində mənə bunları edənlər əlimdə

tutası deyildiki. Qolumdaki saadı və telefonumu onlara satıb geri qayıtdım.Onada

içki birdə siqaret aldım.O qədər sevinirdilər hiss edirdim.Mənim yüksəklərdən yerə

enib məhf olmağım çoxlarını sevindiridi.Birdənə evdə komputerim vardı şirkətdən

qalan öz hesabıma aldığım onuda gəlib apardılar ödədiyim pullarda batdı.Tək idim

indi kimsəzi və tək.Üç ay evdən çölə çıxmadım yatırdım içirdim siqaret çəkirdim.Və

bir gün özümü toparlayıb onu görmək üçün ali məktəbin qarşısına gedən zaman

yanında bir oğlanla getdiyini gördüm.Arxaları ilə getdim canım yanırdı o an.Mənim

hədiyyə etdiyim boyunbağı və qolundaki bilərzik və qolundaki saatıda

taxmışdı.Görəsən niyə? Onu bu günə kimi düşünürəm tapa bilmirəm. Doğurdanda

mənim söylədiklərimi ciddiyə almışdı və düşünürdüki mən heç zaman


dəyişməyəcəm və ömrümün sonuna qədər belə qalacam.İlk öncə düşündüm ki hər

hansısa qohumu olar amma nişanlısı idi özümü aldadırdım. Boş yerə yaxınlaşdım.

Qardaşı ilə üzbə üz gətirildim nişanlısı tərəfindən. Qardaşı olan bütün bağlarım o

gün bitdi.Hər şey bir yana məni bacısına göz dikdiyim kimi tanıyırdı çünki anası

nənəsi və Arzunun özü belə deyirdi. Məni tanımadığını deyirdi Arzu. Telefonda ilk

dəfə belə bir insanı görürmüş adını eşidirmiş falanlar filanlar. Bu mənim cəzam idi

anlayırdım və razılaşdım hər şeylə gülərək. Yuxuda idim sanki.Bu an əlimdən biri

tutması lazım olarkən zərbə arxasıyca zərbə idi.Onların dediyi kimi oldu hər şey.

gua mən qardaşı ilə dostluq edib bacısına pis gözlə baxan bir şərəfsizəm. Hər

şeydən əlimi üzdüm o an hər şeyi unutdum hər şeyi.Bircə rəsmi var idi

məndə.Çıxdım səhər yoluna.Uzaqdan gəlirdi.Bir dəftərxana girib çıxan zaman

qarşısına keçdim.Qolunda nişan üzüyü vardı və çox dəyişmişdi.Geyim tərzi və

makyajı.İlk dəfə belə görürdüm onu.Heç sevməmişdim və heç bəyənməmişdim bu

halını.Saçlarınıda kəsdirmişdi.Sol cibimdə onun şəklini gətirmişdim ki ona

qaytarım.Qolundan tutub getməyinə icazə vermədim.

Burax qolumu!

Buraxacam buraxmağına səndə mənə aid olan bir şey var onu sənə

gətirmişəm.Əslində bir ürəyim var o heş onu məhf eləmisən artıq.Bu sözləri deyən

zaman üzünü turşudub gözlərini gəzdirirdi yenə kənara və getmək bir anlıq çıxıb

uzaqlaşmaq istəyirdi.Kənardan bizə baxırdılar.

Nə edirsən sən əlimi burax.Kənardan görmürsən bu qədər adam bizə baxır?!

Zəhləm gedir səndən burax məni

Cibimdəki şəkili çıxardan zaman susdu bir anlıq.Əlini uzatdıki şəkili götürsün bu biri

yandan şəkili buraxmaq istəmirdim.

Tanımırsan məni hə? O qədər dəyişmişəm? Hə?! Məni belə satacaqdın sən?!Mən

danışdıqca gözləri dolurdu hiss edirdim birazda danışsam ağlayacaqdı amma

ürəyim indi elə idiki elə bir vəziyyətdə idimki damarlarımı kəsən olsa hiss etməzdim.

Nolar burax gedim ver şəkili çıxım gedim.Kim nə deyir qoy elə olsun nə olar

bezirəm məndə. Bezmişəm inan bezmişəm. İstəmirsən? Sevmirsən gəl kənardan

bax, sev.

Səni kənardan baxmaq üçün sevmişdim mən?!

Nə edim bacarmırsanda dəyişmirsən dəyişə bilmirsən başqa yolu yoxdu bunun.

Şəkilin bu biri yanından əlimi buraxan zaman şəkili götürüb tez uzaqlaşdı.Bilirdimki

artıq bu sondur. Bu gediş son gedişdir.Düzdür bu onun gedişi və bizim çox kiçik bir


görüşümüz oldu.Neçə dəfə zəng edib alo kəlməsini eşidib səsinə qulaq asıb

ürəyimə dağ basdım ağladım hər gecə.Hər gecə biraz daha gücsüzləşdim biraz

daha yox oldum, itdim..Sonuncu dəfə nə vaxt güldümsə unutdum.Üzüm gülmürdü

daha əvvəlki kimi.Daha çox içirdim daha çox siqaret çəkirdim.Belə yaşamaqdansa

ölməyi tərcih etdiyim zamanlarda olurdu amma ölmək intihar etmək güclü insanların

işi imiş..

7 il sonra

Toyun günü şadlıq sarayının yanında gəlinliklə çıxıb getməyini gözləyənlərdən

biridə mən idim.Bəzədilmiş gəlin maşının yanında dəyanmışdım.Hara gedcəyinizi

bilirdim zənn edirdim çünki xəbərsiz idim qızla oğlan toyunun bir arada

olmasından.Mən hələ zənn edirdim ki qız toyudur.Və maşın dolu bu kalonun düz

getdiyini zənn edib sola tərəf işarə yandırın dönəcəyimi bildirirdim arxadaki

maşınlara bu zaman düz gedən gəlin maışını və arxadaki maşınların düz getdiyini

görən zaman təhlükəli bir dönüş edib yenə arxası ilə gəldim gəlin maşının.Özüm

özümə düşünürdüm ki hər halda şəhərdə bir neçə dəqiqəlik gəzib vaxt uzadacaqlar

sonra maşınların bir ünvana getdiyini görəndə boğazım düyümlənirdi əllərim

ixtiyarsız bir şəkildə onların arxası ilə gedirdi.Buna hazır deyildim axı.İllər sonra

yenidən yıxılmağa hazır deyildim.Maçını biraz aralıqda saxlayıb endim aşağı.Hər

kəs gülür danışır insanların arasından birtəhər görürüdüm gəlin maışını.Bu zaman

vağzalı səsəi gəldi.Maşından ağ gəlinliklərə enişin və yavaş yavaş birgə evə

qalxmağınız.Buda etdiklərimin son qarşılığı idi.Maşına əyləşib uzaqlaşdım ordan və

birdə o tərəfə getmədim və yaxınlaşmadım.Bir balaca ümüdüm varkən sənə

qovuşmağa oda getdi, oda bu gecə itdi, bitdi.. Yenə içki masası yenə siqaretim.Bu

gecə ömrümdə içmədiyim qədər içdim.Rəsmin vardı yanımda hər kəsdən

gizlətdiyim və bu günə kimi saxladığım.Bir qadın yaxınlaşdı o an masaya.Biraz

söhbətləşib dərdləşəndən sonra bildimki adı Yeganədir.Həmin xanım öz həyatını

danışırdı başqa insanlar kimi həyatdan keçib getmək güclü insanların yox

qalanların işidir güclü olmaq deyirdi.Mən isə könülsüz razılaşırdım.Həyatda hər

kəsin istədiyi hər şey olmazmış.Mütləq bir şeylər yalnış olmalı imiş deyirdi.Və

yalnışlarımızın bədəlini ayrılıqlarla ödəməli oluruqmuş.Doğurdanda bu belə

idi.Sonra dostlarım gəldi.Onlarında məndən ayrı qalan bir halları yox idi

əslində.Onlarda hərəsi bir səsəbdən ayrılmışdı tərk edilmişdi.Bu gecə uzun

çəkdi.Bir masada dərd qoşunu vardı üstümüzə gələn hücüm edən.Zamanla alışdım

yoxluğuna.Çünki qarşılaşırdım həyat yolları eynisi ilə başlayıb bitən insanların

şahidi olurdum.Nicat adlı bir dostumu tanıdım.Üç illik sevgisini unutmaq üçün

əlindən gələni edirdi amma onunda hər anında adı ilə bağlı olan hər nə çıxırdısa

onu xatırladırdı.Gəzdiyi bütün yollar.Onun sevdiyi hər şey, zarafatları.Sözünün

əvvəlidə o idi sonuda.Ruslan adlı bir dostuma tanıdım.Onunda halı bizdən geri


qalmırdı.Birdə Rəşad adlı bir dostumuzu tək mən tanımadım hər kəs tanıdı və

peşman olurduq sonra şikayətlənməyimizə.O bizim kimi bir qadının həsrətini

çəkmirdi.Nə anası var idi nədə atası.Bizim kimi hislərini danışıb biruzə verən deyildi

sadəcə o gecə sizin kimi hər gecə evə gedib məni qarşılayan anamın atamın

olmağını istəyirdim deyirdi.Bir isti yemək bir evdə hazırlanmış ana qoxusu gələn

çörək.. Atanızdan şikayətlənirsiniz ama mən bir ata istəyirdim hər gün məni

danlasın.Qadın deyirsiniz sevgi deyirsiniz bunlara yanırsınız bunlara üzülürsünüz

mən nə edim bəs? O an süküt çökmüşdü.. Doğru deyirdi düz deyirdi. Misal

çəkdiyim ağ qara maşın misalı kimi olmuşdu bunlar.Bizim düşündüklərimiz hara

sənin düşündüklərin hara.Sadəcə sənə olan borcumu ödəmək üçün yazdım bunları

ki biləsən ki sənə qarşı zərrədə olsa qəlbimdə kinim qalmayıb.Eşitdim bir qızın olub

Allah saxlasın. Səni bu qədər zaman sonra ilk dəfə gördüyüm gündən bu yana

ancaq rəsmindir mənimlə qalan . Qoy hamı bilsinki sən mənə yox mən sənə qarşı

gücsüz və casarətsiz olmuşam qınağa çəkilən sən yox mən olmalıyam bu sevgidə.

Günlərimin hamısı eyni keçir deyərdim.Səhər yenə iş gecə ev.Yoxluğunla

barışmışam artıq sadəcə bilirəmki bir daha nə sən olacaq nə mən olacaq nə biz

olacağıq..Bağışla məni ona görə ki səni xəyallarımda yaşatdım...

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!