09.03.2020 Views

Hesabat

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

“YÜKSƏLİŞ” MÜSABİQƏSİNİN

ONLAYN SEÇİM MƏRHƏLƏSİNİN NƏTİCƏLƏRİ ÜZRƏ

H E S A B A T

İŞTİRAKÇININ ADI: MƏMMƏDOV

İŞTİRAKÇININ SOYADI: MƏMMƏD

İŞTİRAKÇININ QEYDİYYAT NÖMRƏSİ: 1001318

MART 2020

BAKI, AZƏRBAYCAN


MÜNDƏRİCAT

HESABAT HAQQINDA…………………………………………………………………………………………………...3

QİYMƏTLƏNDİRMƏ…………………………………………………………………………………………………......3

BALLAR NECƏ HESABLANIR? ………………………………………………………………………………………..4

T-BAL ŞKALASI HAQQINDA………………………………………………………………………………………......4

NÖVBƏTİ MƏRHƏLƏYƏ KEÇİD……………………………………………………………………………………...5

SİZİN NƏTİCƏNİZ………………………………………………………………………………………........................6

• ÜMUMİ BİLİKLƏR ÜZRƏ GÖSTƏRDİYİNİZ NƏTİCƏLƏRİN İZAHI………......................7-10

• QABİLİYYƏT ÜZRƏ GÖSTƏRDİYİNİZ NƏTİCƏLƏRİN İZAHI..........………....................11-13

DOĞRU CAVABLARIN T-BALLARA ÇEVRİLMƏSİ

(UYĞUNLUQ CƏDVƏLLƏRİ) ……………………………………………………………………………..........14-15

ÜMUMİ T-BALIN HESABLANMASI ÜÇÜN DÜSTUR……………………………………………................16

2


HESABAT HAQQINDA

Bu hesabatda “Yüksəliş” müsabiqəsinin ikinci mərhələsi olan onlayn mərhələsinə daxil olan

testlər üzrə nəticələr əks olunub. Müsabiqənin bu mərhələsi iki əsas hissədən – Ümumi

biliklər üzrə imtahandan və Qabiliyyət üzrə imtahandan ibarətdir. Ümumi biliklər üzrə

bölməyə tarix, coğrafiya ədəbiyyat və mədəniyyət və hüquq və iqtisadiyyat üzrə testlər

daxildir. Testlərin məqsədi iştirakçıların müvafiq sahələr üzrə dünyagörüşü səviyyəsində

biliklərini və mülahizə yürütmə bacarığını qiymətləndirməkdir. Qabiliyyət bölməsinə isə

aşağıdakı testlər daxildir:

• Abstrakt və məntiqi düşüncə - bu test vizual məlumatı təhlil etmə, sintez etmə,

müqayisə etmə, ümumiləşdirmə, fikrən ayırma, səbəb-nəticə əlaqəsini müəyyən

etmə bacarığını qiymətləndirir;

• Rəqəmsal məlumatlarla işləmək bacarığı – bu test rəqəmsal məlumatı başa düşmə

və təhlil etmə bacarığını qiymətləndirir;

• Verbal məlumatlarla işləmək bacarığı – bu test yazılı mətnləri başa düşmə və təhlil

etmə bacarığının qiymətləndirir.

Hesabatın məqsədi Sizin hər bir test üzrə nəticələrinizi göstərmək, güclü və zəif

cəhətlərinizi izah etmək və müvafiq keyfiyyətlərin inkişafı üzrə tövsiyələr verməkdir.

İnkişafa ehtiyac duyulan keyfiyyətləri müəyyən etdikdən sonra, birini seçib özünüzün

müəyyən etdiyiniz zaman kəsiyində əsas diqqətinizi ona yönəldərək üzərində işləməyiniz

məsləhətdir. Verilən tövsiyələrdən həm zəif nəticə göstərdiyiniz testlər üzrə bilik və ya

bacarıqlarınızı inkişaf etdirmək, həm də güclü cəhətlərinizi daha da gücləndirmək

məqsədilə istifadə edə bilərsiniz.

QİYMƏTLƏNDİRMƏ

Onlayn mərhələdə balların hesablanması T-bal şkalası əsasında həyata keçirilir.

T-bal şkalası Təhsil üzrə test xidməti (ETS) tərəfindən təsdiqlənən və bir çox beynəlxalq

imtahanlarda (TOEFL, GMAT, SAT) tətbiq olunan üsuldur.

3


BALLAR NECƏ HESABLANIR?

Müsabiqənin onlayn seçim mərhələsində ballar aşağıdakı ardıcıllıqla hesablanır:

1. Ümumi biliklər üzrə imtahana daxil olan hər 4 test üzrə iştirakçının düzgün cavab

verdiyi sualların sayı müəyyən edilir;

2. Qabiliyyət üzrə imtahana daxil olan hər 3 test üzrə iştirakçının düzgün cavab

verdiyi sualların sayı müəyyən edilir;

3. Uyğunluq cədvəlləri vasitəsilə düzgün cavabların sayı hər fənn üzrə olan T-bala

çevrilir;

4. Xüsusi düstur vasitəsilə bütün T-balların həndəsi ortası hesablanır və bu bal

iştirakçının onlayn mərhələ üzrə ümumi balı kimi hesab olunur.

QEYD: Hər bir test üzrə düzgün cavabların sayının T-bala çevrilməsi üzrə cədvəllər və

hesablama düsturu hesabatın sonunda yerləşdirilib.

T-BAL ŞKALASI HAQQINDA

T-şkalada minimum bal 200, maksimum bal 800 olur. Orta bal isə 500 bal qəbul edilir.

Burada qiymətləndirmə 0-100 bal sistemindən fərqli olaraq daha dəqiq və çoxtərəfli

olduğundan fərqli nəticələri olan iştirakçının nəticələri bir-birindən daha uzaq olur.

200 500 800

Minimum Orta Maksimum

DİQQƏT: 800 bal T-bal şkalasının potensial maksimumudur, lakin reallıqda iştirakçıların

cavablarından asılı olaraq bu maksimum daha aşağı rəqəmlə də ifadə oluna bilər.

T-şkalada ballar hesablanarkən aşağıdakı amillər nəzərə alınır:

- testlər üzrə tapşırıqların ümumi sayı;

- testlər üzrə doğru cavab sayının paylanması;

T-bal şkalasında təyin edilən norma bütün iştirakçıların sualları cavablandırma

nəticələrinin əsasında müəyyən edilir, yəni blok və variant üzrə çoxlu sayda suallara doğru

cavab verən iştirakçıların sayı artdıqca T-bal nisbətən aşağı, belə iştirakçıların sayı

azaldıqca T-bal nisbətən yuxarı olur.

T-balın istifadə olunmsaı müxtəlif testlərin nəticələrinin ümumiləşdirilərək yekun bala

gətirilməsinə imkan verir.

4


NÖVBƏTİ MƏRHƏLƏYƏ KEÇİD

Növbəti mərəhələyə keçid onlayn mərhələdə toplanan yekun T-ballar əsasında həyata

keçirilir. Yekun bal bütün testlər üzrə T-balların həndəsi orta qiymətinin hesablanması ilə

müəyyən olunur. Ən çox bal toplamış 1000 nəfərə qədər iştirakçı növbəti mərhələdə iştirak

etmək hüququ qazanır.

5


SİZİN NƏTİCƏNİZ

SİZİN ÜMUMİ T-BALINIZ

SİZİNLƏ EYNİ NƏTİCƏ GÖSTƏRƏN

İŞTİRAKÇILARIN SAYI

611 37

TƏBRİK EDİRİK!

Siz “Yüksəliş” müsabiqəsinin üçüncü mərhələsi olan əyani mərhələsində

iştirak etmək hüququnu qazandınız. Əyani mərhələ 4-5 aprel 2020-ci

il tarixlərində keçiriləcək. İştirak üçün növbəti addımlar haqqında

məlumatlar Şəxsi kabinetdə yerləşdiriləcək.

NƏTİCƏLƏR ŞKALASI

0% 30% 70% 100%

Aşağı nəticə Orta nəticə Yüksək nəticə

Sizin ümumi nəticəniz ortadır.

6


DAHA ƏTRAFLI

Bölmə T-bal Doğru cavabların sayı

Ümumi biliklər üzrə

Tarix 410 7/21

Coğrafiya 520 12/21

Ədəbiyyat və mədəniyyət

670 17/21

Hüquq və iqtisadiyyat 580 15/21

Qabiliyyət üzrə

Abstrakt və məntiqi düşüncə 580 14/20

Rəqəmsal məlumatlarla işləmək

bacarığı

Verbal məlumatlarla işləmək

bacarığı

680 14/18

740 27/30

ÜMUMİ BİLİKLƏR ÜZRƏ GÖSTƏRDİYİNİZ NƏTİCƏLƏRİN İZAHI

Bölmə

Tarix testi – tarixi hadisələr/proseslər barədə məlumatlılıq və

mülahizə yürütmə qabiliyyətini qiymətləndirir.

Sizin bal

Aşağı nəticə

410 Sizin tarixi proseslər barədə məlumatlılığınız və mülahizə

yürütmək qabiliyyətiniz nisbətən zəifdir. Siz bu test üzrə imtahan

verənlərin orta göstəricisindən aşağı nəticə göstərmisiniz.

7


Tövsiyələr

1. Tarixi kitablar, o cümlədən bədii, bioqrafik əsərlər oxuyun.

2. Tarixi bədii və sənədli filmlər izləyin.

3. Müasir siyasi və iqtisadi proseslərin tarixi köklərini araşdırın.

4. Ölkənin və regionun etnik-mədəni tarixini araşdırın.

5. Müasir hadisələrlə tarixi hadisələr arasında paralellər qurun.

6. Müxtəlif tarixi mərhələlərdə və müxtəlif regionlarda baş verən tarixi hadisələr

arasında səbəb-nəticə əlaqələrini müəyyən etməyə çalışın.

Bölmə

Coğrafiya testi – coğrafi bilikləri və mülahizə yürütmək qabiliyyətini

qiymətləndirir.

Sizin bal

Orta nəticə

520 Sizin coğrafi bilikləriniz və bu biliklər əsasında əqli nəticə

çıxartmaq qabiliyyətiniz qənaətbəxşdir. Sizin nəticəniz bu test üzrə

imtahan verənlərin ORTA göstəricisinə yaxındır.

Tövsiyələr

1. Səyahət etdiyiniz region və ya bölgələrin coğrafi xarakteristikası ilə bağlı

məlumatlarla maraqlanın, coğrafi adları yadda saxlayın.

2. Xəritə, qlobus, diaqram, kosmosdan çəkilmiş fotolar kimi coğrafi məlumat

mənbələrini izah və təhlil edin.

3. Coğrafi məlumatları yazılı mətn, rəqəmsal məlumat, sxem və ya xəritə tipli

məlumatlarla ifadə edin.

4. Təbiət hadisələrinin səbəb-nəticə əlaqələrini müəyyən etməyə çalışın.

5. Qlobal, regional və lokal proseslərin coğrafi aspektlərinə diqqət yetirin.

6. Coğrafiya ilə əlaqədar sənədli filmlərə baxın.

7. Bütün məlumatlarda coğrafi xarakterli detallara diqqət yetirin.

8


Bölmə

Ədəbiyyat və mədəniyyət testi – ədəbiyyat və mədəniyyət

sahəsində məlumatlılıq səviyyəsini və mülahizə yürütmək

qabiliyyətini qiymətləndirir.

Sizin bal

Yüksək nəticə

670 Sizin mədəniyyət/ədəbiyyat sahəsində məlumatlılığınız və

mülahizə yürütmək qabiliyyətiniz kifayət qədər YÜKSƏKDIR. Siz

bu test üzrə imtahan verənlərin əksəriyyətindən yüksək nəticə

göstərmisiniz.

Tövsiyələr

1. Bədii ədəbiyyat oxuyun.

2. Dinlədiyiniz musiqilərin, müşahidə etdiyiniz incəsənət əsərlərinin müəllifi, janrı,

tarixi ilə maraqlanın.

3. Özünüzə yaxın hiss etdiyiniz incəsənət əsərlərini, filmləri, bədii əsərləri, müəllifləri,

sənətkarları tədqiq edərək bədii zövqünüzü inkişaf etdirin.

4. Özünüzə mədəni hobbilər yaradın.

5. Teatr, kino, konsert, sərgi və digər mədəni tədbirlərə gedin.

6. Bədii əsərləri təhlil edin, öz həyatınızla paralellər apararaq assosiasiyalar yaradın.

7. Gündəlik həyata rəssam, yazıçı rejissor gözü ilə baxaraq incə nyuansların fərqinə

varın.

Bölmə

Hüquq və iqtisadiyyat testi – qanunvericilik biliklərini, hüquqi və

iqtisadi təhlli və mülahizə yürütmək qabiliyyətini qiymətləndirir.

9


Sizin bal

Orta nəticə

Tövsiyələr

580 Sizin hüquqi və iqtisadi bilikləriniz, bu biliklər əsasında təhlil və

mühakimə yürütmək qabiliyyətiniz qənaətbəxşdir. Sizin nəticəniz

bu test üzrə imtahan verənlərin ORTA göstəricisinə yaxındır.

1. Ümumi, fəaliyyət göstərdiyiniz sahə ilə əlaqədar qanunvericiliklə maraqlanın.

2. Rəsmi xəbərlərdə əks olunan və ya rastlaşdığınız hadisə, proses və hərəkətləri

tənzimləyən qanunvericiliklə maraqlanın və ya məntiqi olaraq təxmin etməyə

çalışın.

3. Hüquqi aktlarla bağlı mülahizələr yürüdün, təhlillər aparın.

4. Əxlaq, ədalət, azadlıq və hüquq anlayışlarının üst-üstə düşən və fərqli cəhətləri

barədə mülahizələr yürüdün.

5. Ölkənin və ya çalışdığınız təşkilatın iqtisadi göstəriciləri ilə maraqlanın, məlumatları

təhlil edin.

6. İqtisadi məsələlərlə bağlı xəbərləri izləyin, analitik məqalələr oxuyun.

7. Ölkələrin, qlobal şirkətlərin iqtisadi göstəricilərini, investisiya siyasətini müqayisə və

təhlil edin.

8. Həyatınızın iqtisadi aspektlərinə diqqət edin, özünüz üçün ən səmərəli iqtisadi

modeli müəyyən edin, onu əsaslandırın.

10


QABİLİYYƏT ÜZRƏ GÖSTƏRDİYİNİZ NƏTİCƏLƏRİN İZAHI

Bölmə

Abstrakt və məntiqi düşüncə testi - abstrakt vizual məlumatı təhlil

etmə, sintez etmə, müqayisə etmə, ümumiləşdirmə, fikrən ayırma,

səbəb-nəticə əlaqəsini müəyyən etmə qabiliyyətini yoxlayır.

Sizin bal

Orta nəticə

Tövsiyələr

580 Sizin abstrakt məntiqi əlaqələri və qanunauyğunluqları müəyyən

etmək qabiliyyətiniz qənaətbəxşdir. Nəticəniz bu test üzrə

imtahan verənlərin ORTA göstəricisinə yaxındır.

1. Verilən hər hansı bir məlumat üzrə sxemləri hazırlamağa çalışın. Məsələn, tarix,

coğrafiya üzrə məlumatlar və s.

2. Abstrakt məlumatla daha çox işləməyə çalışın.

3. Hər hansı bir məqaləni və ya xəbərləri oxuduqca orada vizual məlumata diqqət

yetirin, məlumatın əsas məğzini tutmağa çalışın.

4. Hər hansı bir məlumatda, hadisədə açıq və gizli səbəb-nəticə əlaqələrini tapmağa

çalışın.

5. Məntiqi oyunlar oynayın və ya tapmaca, krosvord kimi tapşırıqlar yerinə yetirin.

Bölmə

Rəqəmsal məlumatlarla işləmək bacarığı üzrə test - rəqəmsal

məlumatı başa düşmə, təhlil etmə və qiymətləndirmə bacarığını

yoxlayır.

11


Sizin bal

580

Yüksək nəticə

Sizin rəqəmsal məlumatları təhlil qabiliyyətiniz kifayət qədər

YÜKSƏKDIR. Siz bu test üzrə imtahan verənlərin əksəriyyətindən

yüksək nəticə göstərmisiniz.

Tövsiyələr

1. Hər hansı bir məqaləni və ya xəbəri oxuduqca rəqəmsal məlumata diqqət yetirin

və anlamağa çalışın.

2. Hər hansı bir hesablama apardıqda əvvəl beyninizdə, sonra kalkulyator vasitəsi ilə

hesablayın.

3. Fərqli illərin statistik göstəricilərinə rast gələndə onların faiz göstəricilərini

müqayisə edib anlamağa çalışın.

4. Müxtəlif rəqəmsal məlumatları kəsrlərə çevirin.

5. Öz üzərinizə adətən alışdığınızdan daha çox hesablama işlərini götürün.

6. Başqaları tərəfindən edilən hesablamaları yoxlayın.

7. Rəqəmsal məlumata əsaslanan tapşırıqlar yerinə yetirin.

Bölmə

Verbal məlumatlarla işləmək bacarığı üzrə test - sözlü məlumatı

başa düşmə, təhlil etmə və qiymətləndirmə bacarığını yoxlayır.

Sizin bal

Yüksək nəticə

740 Sizin mətn təhlil qabiliyyətiniz kifayət qədər YÜKSƏKDIR. Siz bu

test üzrə imtahan verənlərin əksəriyyətindən yüksək nəticə

göstərmisiniz.

12


Tövsiyələr

1. Boş vaxtlarınızda bədii ədəbiyyat və ya digər kitablar oxuyun.

2. Bilmədiyiniz və ya ikimənalı sözə rast gələndə onun mənasını araşdırın.

3. Hər hansı bir məqaləni və ya xəbəri oxuduqca məlumatın əsas məzmununu

tutmağa çalışın. Yaxşı olar ki, əsas hissələri qeyd edəsiniz ki, məlumat vizual

olaraq da yadda qalsın.

4. Verbal qabiliyyəti yüksək olan şəxslərlə ünsiyyət qurun oxuduğunuz mətnləri

onlarla müzakirə edin.

5. Eyni mövzuya aid müxtəlif mətnləri oxuyub müqayisə edin, əsas məqamları tapın,

oxşar və fərqli cəhətləri ayırmağa çalışın. Hər hansı bir mətni qısaldıb köçürə də

bilərsiniz.

6. Verbal məlumata uyğun tapşırıqları yerinə yetirə bilərsiniz.

13


DOĞRU CAVABLARIN T-BALLARA ÇEVRİLMƏSİ

İmtahanda iştirak edən namizədlərin verdiyi cavablara əsasən aşağıdakı uyğunluq

cədvəlləri formalaşmışdır.

Tarix testi üzrə düzgün cavabların sayı ilə T-bal-ın uyğunluq cədvəli

Düzgün

cavabların

sayı

0 1

2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21

T- bal 200 200 200 218 246 274 302 330 358 386 413 441 469 497 525 553 580 608 636 664 692 800

Coğrafiya testi üzrə düzgün cavabların sayı ilə T-bal-ın uyğunluq cədvəli

Düzgün

cavabların

sayı

0 1

2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21

T- bal 200 200 200 200 200 209 241 272 304 336 367 399 431 462 494 525 557 589 620 652 684 800

Ədəbiyyat və mədəniyyət testi üzrə düzgün cavabların sayı ilə T-bal-ın uyğunluq

cədvəli

Düzgün

cavabların sayı

0 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21

T- bal 200 200 200 200 219 253 286 319 352 385 419 452 485 518 551 585 618 651 684 718 751 800

Hüquq və iqtisadiyyat testi üzrə düzgün cavabların sayı ilə T-bal-ın uyğunluq

cədvəli

Düzgün

cavabların sayı

0 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21

T- bal 200 200 200 200 200 227 260 294 327 361 395 428 462 495 529 562 596 630 663 697 730 800

Abstrakt məntiq testi üzrə düzgün cavabların sayı ilə T-bal-ın uyğunluq cədvəli

Düzgün

cavabların sayı

0 1

2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20

T- bal 200 206 231 255 280 304 328 353 377 401 426 450 474 499 523 548 572 596 621 645 800

14


Rəqəmsal məntiq testi üzrə düzgün cavabların sayı ilə T-bal-ın uyğunluq cədvəli

Düzgün

cavabların sayı

0 1

2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18

T- bal 200 217 245 273 301 329 357 385 414 442 470 498 526 554 582 610 638 666 800

Verbal məntiq testi üzrə düzgün cavabların sayı ilə T-bal-ın uyğunluq cədvəli

Düzgün cavabların

sayı

0 1

2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15

T- bal 200 200 200 200 200 200 200 200 220 247 274 301 327 354 381 408

Düzgün cavabların

sayı

16 17

18 19 20 21 22 23 24 25 26 27 28 29 30

T- bal 435 462 489 516 542 569 596 623 650 677 704 731 757 784 800

15


ÜMUMİ T-BALIN HESABLANMASI ÜÇÜN DÜSTUR

İştirakçıların ümumi T-balı aşağıdakı düstur vasitəsilə hesablanmışdır:

Ümumi bilik imtahanı üzrə T-ballar

Qabiliyyət imtahanı üzrə T-ballar

Tarix

Ədəbiyyat

mədəniyyət

Coğrafiya

Hüquq və

iqtisadiyyat

410 520 670 580

T 1

*

T 2

*

Abstrakt

məntiq (T3)

Rəqəmsal

məntiq

(T4)

Verbal

məntiq

(T5)

465 625 580 680 740

Tümumi **

611

Burada T 1 - Ümumi bilik imtahanının birinci qrupu üzrə T-bal (T t - Tarix bloku üzrə T-bal və T m -

Ədəbiyyat və mədəniyyət bloku üzrə T-bal);

T 2 - Ümumi bilik imtahanının ikinci qrupu üzrə T-bal (T c - Coğrafiya bloku üzrə T-bal və T i - Hüquq

və iqtisadiyyat bloku üzrə T-bal);

T 3 - Mücərrəd düşüncə bloku üzrə T-bal;

T 4 - Rəqəmsal məlumatların təhlili bloku üzrə T-bal; T 5 - Verbal məlumatların təhlili bloku üzrə T-

baldır.

* Daxil olan iki blok üzrə T-balların ədədi ortası kimi hesablanır.

5

** T 1, T 2, T 3, T 4 və T 5-in həndəsi ortası kimi hesablanır: T(ümumi)= √T 1 ∙ T 2 ∙ T 3∙ ∙ T 4 ∙ T 5

16


YÜKSƏLİŞ SİZİNLƏ BAŞLASIN!

17

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!