10.10.2019 Views

Şəhriyar xatirələrdə (Xatirə Ədəbiyyatı silsiləsindən)

Bu kitab böyük Azərbaycan şairi Şəhriyar (Seyid Məhəmmədhüseyn Behcət Təbrizi) haqqında xatirələrdən ibarətdir. Toplunun əvvəlində öz xatirələri də yer alıb. Əlavə olaraq, şairini qızı, qardaşı, dostları, müxtəlif sənət və ədəbiyyat adamlarının da yazısı kitaba salınıb. Bu xatirələrdə Şəhriyarın uşaqlığından tutmuş ahıl yaşlarına qədər başına gəlmiş hadisələrdən bəhs edilir. “Şəhriyar xatirələrdə” kitabı Şəhriyarşünaslıqla maraqlananlar, ümumilikdəsə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

ÜRƏYİMDƏN XƏBƏR ALSAN

Ustad Doktor Seyid Məhəmmədhüseyn Behcət Təbrizi

Şəhriyar 1905-1906-cı ilin baharında – mart ayının 21-də Cənubi

Azərbaycanın Təbriz şəhərinin Bağmeşə məhəlləsində

anadan olub. Atası Seyid İsmayıl Musəvi Hacı Mirağa Xoşginabi

Təbrizdə tanınmış vəkil, anası Kövkəb xanım evdar

qadın idi. Xalqın böyük hörmət və ehtiramını qazanan, işini

gözəl bilən, kasıbların, sadə adamların havadarına çevrilən

Hacı Mirağa haqq-ədalətin keşikçisi, həqiqətpərəst bir

şəxsiyyət kimi tanınmışdı. Kiçik Məhəmmədhüseynin ömrü

XX əsrin müəyyən mərhələlərində Cənubi Azərbaycanda,

İranda baş vermiş şiddətli sinfi mübarizələr, milli istiqlaliyyət,

mədəni yüksəliş və milli tərəqqi uğrunda ictimai-siyasi

çarpışmalar dövründə keçib. Müstəbid şah rejiminin zülmündən,

imperialist dövlətlərin soyğunçuluğundan zinhara

gəlmiş Cənubi Azərbaycan və İran xalqlarının anti-imperialist

mübarizəsinin, milli istiqlaliyyət uğrunda demokratik

hərəkatının ilk mərhələsi olan Məşrutə inqilabı (1905-1911)

zamanı Hacı Mirağa ailəsinin təhlükəsizliyini təmin etmək

üçün mürəkkəb hadisələr burulğanı olan Təbriz şəhərindən

ata-baba yurduna – Abbas mahalının Xosginab kəndinə köçür.

Beləliklə də, kiçik Məhəmmədhüseyn uşaqlıq illərini

Xoşginab və ona bitişik olan Qayışqursaq, Qaraçəmən və

Qıpçaq kəndlərinin füsunkar qoynunda yaşamalı olur.

O, ilk təhsilini Xoşginab kəndində Molla İbrahimdən

və molla Ağa Məhəmməd Bağırdan alır, Molla İbrahimə qədər

isə yazıb-oxumağı dövrünün tanınmış ziyalısı olan atasından

öyrənir, o da öz növbəsində zaman keçdikcə “Qurani-Kərim”,

Hafizin divanı, Sədinin “Gülüstan” və “Bustan”

əsərləri, eləcə də “Nəsab” adlı ərəbcə-farsca mənzum lüğətdən

(Ə.N.Fərhi) oxuyub öyrəndiklərini mükəmməlləşdirir.

Vəziyyət sabitləşəndən sonra ailəsi ilə birlikdə Təbrizə qayıdır.

Öncə “Füyuzat” və “Müttəhidə” mədrəsələrində, daha

3

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!