22.02.2019 Views

Kahraman Tazeoğlu. Bukre. Roman

Dünya ədəbiyyatında yüzlərlə sevgi hekayələri yazıldı. Hər yazıçı bu hissi öz anladığı, yaşadığı kimi və ən əsası öz fəlsəfəsi ilə açmağa çalışır. Müasir Türkiyə ədəbiyyatının ən çox satış reytinqi qazanan əsərlərindən olan “Bukre” də sevgi hekayəsidir. İnsana əsl sevginin və əsl xoşbəxtliyin uzaqlarda deyil, yaxında olduğunu göstərir. Onu oxumaqla təkcə sevgiyə deyil, sözlərə, cümlələrə də yeni mənalar yükləməyə başlayacaqsınız. Çünki bu, qəlblərə və ağıllara ünvanlanmış bir sevgi məktubudur...

Dünya ədəbiyyatında yüzlərlə sevgi hekayələri yazıldı. Hər yazıçı
bu hissi öz anladığı, yaşadığı kimi və ən əsası öz fəlsəfəsi ilə açmağa
çalışır. Müasir Türkiyə ədəbiyyatının ən çox satış reytinqi qazanan
əsərlərindən olan “Bukre” də sevgi hekayəsidir. İnsana əsl sevginin və
əsl xoşbəxtliyin uzaqlarda deyil, yaxında olduğunu göstərir. Onu oxumaqla
təkcə sevgiyə deyil, sözlərə, cümlələrə də yeni mənalar yükləməyə
başlayacaqsınız. Çünki bu, qəlblərə və ağıllara ünvanlanmış bir
sevgi məktubudur...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

KAHRAMAN TAZEOĞLU

BUKRE

roman

1

Türkiyə türkcəsindən dilimizə uyğunlaşdıran:

Elxan Yurdoğlu

Nərgiz İsmayılova

Redaktor:

Nərgiz Cabbarlı

Naşir:

Müşfiq XAN

Korrektor:

Asifə Əfəndi

Mətn Tərtibatı:

Bəxtiyar Ələkbərov

Dizayn və qrafika:

Teymur Fərzi

Kahraman Tazeoğlu. Bukre. Roman

“XAN” nəşriyyatı. Bakı-2015. 256 səh.

Dünya ədəbiyyatında yüzlərlə sevgi hekayələri yazıldı. Hər yazıçı

bu hissi öz anladığı, yaşadığı kimi və ən əsası öz fəlsəfəsi ilə açmağa

çalışır. Müasir Türkiyə ədəbiyyatının ən çox satış reytinqi qazanan

əsərlərindən olan “Bukre” də sevgi hekayəsidir. İnsana əsl sevginin və

əsl xoşbəxtliyin uzaqlarda deyil, yaxında olduğunu göstərir. Onu oxumaqla

təkcə sevgiyə deyil, sözlərə, cümlələrə də yeni mənalar yükləməyə

başlayacaqsınız. Çünki bu, qəlblərə və ağıllara ünvanlanmış bir

sevgi məktubudur...

ISBN: 9 7 8 - 9 9 5 2 - 4 0 5 - 6 0 – 6

Müəllifin Azərbaycanda çap və yayın hüquqları

“XAN” nəşriyyatına aiddir.

“XAN” nəşriyyatının rəsmi razılığı olmadan kitabın təkrar çapı

müəllif hüquqlarına ziddir.

2

© Kahraman Tazeoğlu / 2015

© “XAN” nəşriyyatı / 2015

Bəzi sevgilər sevgiyə xəyanətdir

3

İÇİNDƏKİLƏR

Ön söz ........................................................................................ 5

Bukre ......................................................................................... 7

Vəba busəsi ........................................................................... 170

Salam övlad .......................................................................... 173

Aşağı məhəllənin dəcəl uşağı ............................................ 177

Uyğun bir eşqdə gülən olacaq ........................................... 180

Yalançıya ............................................................................... 184

Darıxdığıma .......................................................................... 187

Unudulmayana .................................................................... 190

Qalana ................................................................................... 194

Gedənə .................................................................................. 197

Sahildə ................................................................................... 200

Can yaram ............................................................................. 204

Duyğusuzluğa məğlub olan ............................................... 212

İntiqam .................................................................................. 215

Getmək .................................................................................. 219

Unudulan .............................................................................. 222

İçindən ................................................................................... 226

Fazil ....................................................................................... 229

4

ÖN SÖZ

Yazdıqlarımda çarəsizliyinizə çarə axtarırsınız; halbuki

mən çarəsizliyimdən yazıram, sizsə onları çarə sanırsınız.

Eşq miras deyildir və heç kimdən heç kimə qalmaz.

Həyat verilməmiş bir sözü tutmaqdır. Bəzisi yazar,

bəzisi yaşayar. Yəni onu demək istəyirəm: elə bir söz yazarsan

ki, bütün bir həyatı anladar, elə bir həyat yaşayarsan

ki, yanında bütün sözlər mənasız qalar.

5

6

BUKRE

(Bir zamanlar mənim olan əllərin, indi niyə ellərin?)

7

8

1

Gizli yalanlar sevdiyin insanı”əzmədən”çeynəməkdir

Neçə dəfə əzildiyini heç bilmirdi Bukre. Eşqin balaca

qızıydı o... İstanbulun dar küçələrində, bir az əvvəl öyrəndiyi

və onu məhv edən acı həqiqətin təsiriylə səndələyirdi.

Yanındakıyla birlikdə yaşadığı iki nəfərlik yalnızlıqdı

artıq onunku... Ayaqları yeriyirdi sadəcə. Özü isə arxada

qalmışdı çoxdan. Axşam idi. Bir az əvvəlki söhbət beyninin

içində dayanmadan təkrarlanırdı. Sitəm dolu səsiylə

son nəfəsinə qədər hayqırmışdı onu tərk edənə... “Ən ağrılı

olan nədir, bilirsənmi?, – demişdi, – sənə heç sahib

olamadığımı yalnız səni itirəndə başa düşməyim!”

Hirsi nəfəsi ilə birgə çıxırdı sinəsindən. Davam etdi

qəzəblə. “Sən demə, hər şeyimmiş kimi davranan sən, heç

bir şeyimmişsən! Əslində, heç bir şeyimi itirdim mən!”

Bir uşağın bütün dünyaya küsməsi üçün bircə oyuncağının

qırılması yetər. O küskün uşaqlardan idi indi

Bukre. Qırılan oyuncağını gözləriylə təmir etməyə çalışırdı...

Baxışlarını bir nöqtəyə zilləmiş olsa da, yanından keçən

çarəsiz insanları görürdü. Axşam düşmüşdü. Bəlkə

bir azdan yağış da yağacaqdı. Həyat davam edirdi. Həyat

“davam edərək” hər şeyi bitirməkdəydi. Bukre bunu

acı bir təcrübə ilə yenidən öyrənməkdəydi. Amma öyrəndiklərini

heç əzbərləyə də bilmirdi...

9

Qəlbi harda dayanacağını bilməyən avtobus kimiydi.

Axşam idi. Və axşam ağlamaq üçün yaxşı səbəb ola bilərdi.

Əsəbiləşirdi Bukre. Hər şeyə, hər kəsə... Ən çox da

özünə... Həyat nə qəribədir. İnanmadan güldüyümüz zarafat

kimidir. Bukre qarşılıqsız sevmişdi və bunun qarşılığı

elə qarşılıq ala bilməmək idi. Amma olsun! O sevilməməyə

də razı idi sevərkən... Onsuz da hər zaman belə sevərdi...

Sadəcə, qəbul edə bilmədiyi şey ehtiyatda saxlanıldığını

bildiyi halda incimədən gözləyərkən aldadılmaq

idi! Alçaqlıq heç vaxt bu həddə qədər yüksəlməmişdi.

Gizlicə aldadılmışdı. Sanki aldatmağın açıq-aşkar olanı

da var imiş? Əzilmişdi – tapdalanmadığı halda...

Səssizliyə qapılmışdı uzun müddət. Əlindən gəlməyən

dilindən də gəlmirdi. Və indi yolunu gözlədiyi onu

tərk edirdi. Bəlkə də çoxdan getmişdi... Bəlkə də heç gəlməmişdi...

Amma indi o ”Gəlməyən” həm günahkar idi,

həm də yolçu. Başqa birini seçmişdi. Üzr istəmişdi.

“Mən seçilməyənəm! Bunun üçün məndən üzürmü

istəyirsən?”– deyə hayqırmışdı Bukre. Cavab ala bilməmişdi.

Səsi qısılmışdı. İtirənlərin əvvəlcə səsi qısılır.

Bu ayrılıq daha da böyüdürdü onu. Sevdiyindən yaşca

kiçik olsa da, sevgisi çoxdan ötüb keçmişdi özünü. O,

bapbalaca div idi. Seçilməyən idi. Özünü bir hekayənin

sonu zənn edərkən, elə başlanğıcdaca aldadılmışdı.

Dünya artıq onun üçün oyandığı an başlayan qorxulu

bir yuxuydu. İndi nə etməliydi? Seçilməmək onu sadəcə

kədərləndirməliydimi, yoxsa öldürməliydimi? İnsan belə

zamanlarda nə hiss etməlidir? Kədərli olmaqdan da betər

idi duyğuları, amma ölümdən də uzaq idi. Yarımçıq, itkin

10

və sahibsiz kimiydi. Sadəcə bir əşya tək yerindəcə donub

qalmışdı.

Axşam idi. Kədərliydi. Kədəri sevildiyini sandığından

deyil, sevilmədiyinə yandığından idi...

Halbuki heç bir günahı yox idi. Eşqin bir gözləmə

otağı var. Orada oturub növbəsini gözləyirdi Bukre. Sevdiyi

adamın ona gəlməsini... O adam, aradabir otağın qapısından

baxır və gülümsəyirdi. “Biraz da gözlə”, – demək

idi bu. “Bir az sevgilərim var, bitirib gəlirəm”, – demək

idi. Ona inanırdı Bukre. Daha doğrusu, inanmağı

seçirdi. Həmişə beləsinə üstünlük verirdi. Çünki eşqdə

kor olanlar, sevgilinin yalançı olduğunu bilsə də, ona ”aldanmağı”

deyil, “inanmağı” seçirlər.

Qara taleyinə yanırdı. Özünə yazığı gəlirdi. Və necə

də çox ağlayırdı içində – ”Bu eşqə dəyər”, – deyə...

“Qoy olsun... Bəzi eşqlər göz yaşlarıyla böyüyər”, –

deyirdi. Səssizləşirdi. Anlamağa çalışmırdı içindəkiləri.

Qəlbini ağlıyla anlaya bilməzdi ki...

Gedən hər zaman qalib gəlir... Amma qalan olmaq

Bukreyə heç yaraşmırdı. Ona əsl yaraşmayan isə seçilməyən

olmaq idi. Bir ehtimal rolunu oynamaq necə də qürurqırıcıydı.

Sevdiyi adam iki nəfərin arasında qalmışdı.

İki nəfərin arasında qalmaq isə, əslində, kimsəsizliyi seçmək

idi. Və indi sadəcə, üzür istəyirdi. “Kədərlənmə, –

deyirdi, – kədərlənmə...”

Nifrət dolu gözlərlə baxdı sevdiyi adamın gözünə. O

gözlər artıq sevdiyi adamın deyildi. Bir zamanlar ona

söylədiyi sözlər gəldi ağlına: ”...Sənin yanına gəldiyim zaman

getmək üçün səbəb tapa bilmirəm...”

11

Kədərli və nifrət doluydu Bukre. Gözlərindəki qəzəbi

gizlətmədən, “Kədərliyəm... – dedi ona – Amma məni bu

hala saldığın üçün deyil, səni layiq olduğun hala sala bilmədiyim

üçün!”

Fil dişindən yaratdığı eşq indi çürümənin tarixini yazan

bir taxta parçasıydı. Bukre ağlayırdı. Heç danışmadan

addımlayırdı.

Axşam idi. Heç bir şeyin yolunda olmadığı bir yoldaydı.

“Bir hekayənin sonu imişəm sən demə; hələ başlanğıcında

aldadıblar məni”, – deyə dilləndi öz-özünə və

susdu. Artıq sonun sonuna gəlmişdi. Yeridikcə susurdular,

susduqca daha da ağır addımlarla yeriyirdilər. Sevdiyi

adam dözə bilməyib, – “Niyə susursan?” – deyə soruşdu.

Baxışlarını səkidən ayırmadan danışdı Bukre: ”Nə

üçünmü susuram?”

Dedi və dayandı. Başını qaldırdı, sevdiyi adamın

gözlərinə son dəfə baxdı. Dal-dala bir-iki addım atdı və

yaşanan sonun son sualını verdi: “Birdən başa düşməsən?”

Bukre artıq cümlələr deyil, səssizlik qururdu...

Sanki yolları o deyil, yollar onu addımlayırdı. Hara

getdiyini bilmirdi. Bilsə nə dəyişəcəkdi ki? Bunun da öhdəsindən

gələcəkdi, əlbəttə. Amma hələ vaxta var idi.

Əlbəttə, vaxtı gözləmək nə işə yarayacaqdısa?!...

Bukrenin vaxtı qədər səbri yox idi. Belə günlər adətən

insanın dosta ən çox ehtiyac duyduğu günlərdir. Ayaqlarmı,

yoxsa yolmu? Görəsən, hansı bunu bilirdi? Bu sualın

12

cavabını tapa bilmədən özünü Səlimin qapısında tapdı.

Ah, Səlim! Bukrenin yorğun savaşlarının yara bağlayanı...

Səlim... Bir insanın “dost” deyə biləcəyi yeganə ad...

Zəngi basdı. Bir az gözlədi. Saatın fərqində deyildi.

Yenidən basdı. Əvvəlcə işıq yandığını zənn elədi. Sonra

qapı açıldı. Amma yox! İşıq yanmamışdı. Sadəcə, Səlim

gülümsəmişdi. Bu qədər.

Səlim işıq kimi gülümsəyərdi. Bukrenin üzünə baxdı.

Gülümsəməyə davam etdi. “Yenəmi?” – deyə soruşdu.

Bukrenin kədərli üzü kədərin içindən sivrilib gülümsəməklə

onu daşımaq arasında qaldı. Dərdini Səlimin

nurlu təbəssümünə sığışdıraraq, – “Yenə” – deyə bildi sadəcə.

Bir-birilərini möhkəmcə qucaqlamaq keçdi ürəklərindən.

Qucaqlaşdılar. Qəlbi qəlbinə doldu. Sonra içəri

keçdilər.

Evdə heç kim yox idi. “Sizinkilər hardadı?” – deyə

salona keçərkən kədərli səsiylə soruşdu Bukre...

“Xalamgildədilər”, – Bukrenin kürkünü alarkən dedi

Səlim. Salondakı üç nəfərlik divana oturdu Bukre. Uşaqlığından

bəri girib-çıxdığı bu ev ona yad kimiydi sanki.

Halbuki heç dəyişməmişdi əşyalar. Səlimlə oynayarkən

altında gizləndikləri böyük və ağır taxta yemək masası,

arxası hündür altı stul, masadan aşağı sallanan naxışlı örtük

və içində anasının plastik gülləri olan güldan... Hamısı

eyni kədərlə dayanmışdı yerli-yerində. İnşaat ustası

olan atanın qazana bildiyi pulla alınmış əşyalar və onları

əşya edən, evin hansısa yerinə gizlənmiş, görünməyən rahatlıq..

Pulu olmayan insanların çox az diqqət çəkən yuvası...

13

Çantasından dəsmalını çıxartdı. Burnunu sildi. Vitrindəki

fincanların arasından aynada üzünü gördü. Ağlamaqdan

şişən gözləri, qızarmış burnu və dağılmış uzun

saçlarına baxmayaraq, hələ də çox gözəl idi. Divanın üstündəki

kitab gözlərinə sataşdı. Səlimin oxuduğu kitablardan

biri idi. Səlim eyni anda üç kitab oxuya bilirdi.

Bunu necə bacardığını heç başa düşmək olmazdı. Səlim

kitab oxumaq üçün yaradılmışdı sanki. Kitaba tərəf əyildi.

Üstündə, “Zamanın Mənzərəsi” yazılmışdı. Roman olmalıydı

bu. Kitabın içindəki əlfəcin diqqətini çəkdi. Bir şəkil...

Mərvənin şəkli... Səlim kitab əlfəcini olaraq həmişə

Mərvənin şəklindən istifadə edirdi. Mərvə Səlimin heç

vaxt duyğularını açıb deyə bilmədiyi platonik sevgisiydi.

Səlim üçün həyatı iki hissədən ibarət idi. Mərvədən əvvəli

və Mərvədən sonrası... Mərvə onu ikiyə ayırırdı sanki. Eyniylə

əlfəcin kimi... Mərvə ona həyatın harasında qaldığını

xatırladırdı.

Bukre bunları düşünərkən əlində iki fincan çay və

qurabiyyə dolu boşqabla Səlim içəri girdi. Tanıdığı ən

qabiliyyətli kişiydi o. Evdə heç bir şey olmasa belə, mütləq

nəsə düzüb-qoşar, qonaqlarına təklif edərdi. Onları

elə-belə yola salmazdı. İç-içə keçən qəhvə rəngli jurnal

masalarından ən kiçiyini çıxartdı və məcməyini səliqəylə

üzərinə qoydu. “Lap sənin istədiyin kimi çaydır. Açıq və

üç şəkərli”, – dedi. Bukre şəfqətlə gözlərinə baxdı dostunun.

Səlim onun yanında oturdu. Gözlərini Bukredən

ayırmadan “Mücəvhər taxmamışdı, amma gözləri vardı”,

– dedi. Bukre təəccüb içində qalmışdı. “Əlindəki kitabda

yazılıb”, – dedi Səlim. Birdən əlində bərk-bərk tutduğu

kitabı hiss etdi Bukre. “Gözlərinə baxanda ağlıma gəldi.

14

Ağlayınca elə bil daha da gözəl olurlar, nədi?” – dedi Səlim.

Gülümsədi Bukre. “Ərköyün öyrətmə məni, – dedi, –

bir az özümə gəlmiş kimiyəm”.

Araya qısa səssizlik çökdü və öldü. Çayına uzatdı

əlini Bukre. Bir qurtum içdi. “Bax, çay belə olar”, – dedi.

Səlim zarafatla, – “Sən çayın özünü yox, qanını

içirsən, – dedi, – yaşayan çay acı və dəmli olar”.

Üzünə şıltaq bir ifadə verərək, – “Yenə çoxbilmişçoxbilmiş

danışma...” – dedi Bukre. Sonra yenə susdular.

Səssizliyi əvvəlcə Səlim pozdu: “Dilə gətirilməyən

kədər zəhərdir. Danış görək, necə oldu?”

Çayından bir qurtum almağa çalışdı Bukre. Sonra

Səlimin bir az əvvəlki sözləri ağlına gəldi və fikrindən daşındı.

Yenidən jurnal masasının üstünə qoydu fincanı:

“Belə sonluğu mən heç sevmədim, Səlim. Halbuki onu sonum

olsun deyə seçməmişdim”.

Səlim əlində çay dolu fincan gülümsəyirdi. “Noyabrı

yaşaya bilmirsənsə, sentyabrda qalmısan deməkdir, Yavru

Quşum”, – dedi. Səlim ona həmişə Yavru Quşum deyərdi.

Çayından bir qurtum da içərək sözünə davam etdi:

“Yəni onu demək istəyirəm ki, artıq bəzi şeyləri arxada

buraxmağı öyrənməlisən. Əlbəttə, onu sonun kimi düşünmürdün,

amma bil ki, bəzi yollar addımlanmadan yol ola

bilmir. Sən də yeridiyini və necə bir yolda yeridiyini başa

düşdün. Yeriməsən anlaya bilməyəcəkdin. Təbii ki, sonuna

çata bilmədin. Amma qoy olsun, yarı yoldan dönsəydin,

sonu həmişə ağlında qalcaqdı. Aldadıldın, düzdürmü?”

15

Dikəldi Bukre. Bir anda yaxalanmışdı sanki cavabını

bildiyi suala. “Hə”, – dedi fısıldayaraq. Üzünə kədər çökdü.

“Ürəyini sıxma”, – dedi Səlim. Əlini tutdu sonra.

“Gülümsə, görüm, – dedi, – səni aldadana təşəkkür etməli

və gülümsəməlisən”.

Bukre “Nə üçün?”, – deyə sual dolu bir baxışla baxdı

üzünə Səlimin. Səlim dayanmadan sözünə davam etdi.

“Çünki o təbəssüm və təşəkkür ona ömürboyu verilmiş

cəza olacaq”, – dedi.

Bukre güc aldı bu sözlərdən. ”Amma...”, – deyə başladı

cümləsinə sonra. “Amma əsəbiyəm. Qəzəbliyəm! Nifrət

hiss etdiyim birinə necə təşəkkür edə bilərdim, Quzu?”

Bukre Səlimə hər zaman “Quzu” deyərdi. Bir az dayandı.

Sonra ağlına başqa şeylər gəldi sanki. Ağlının qarmaqarışıq

olduğu üzündən də hiss olunurdu, amma tam

olaraq oxunmurdu.

“Bütün nifrətimə baxmayaraq yenə də yarım qalmış

hissəmi tamamlamış kimiydim onunla”, – dedi və Səlimin

üzünə baxdı dalğın halda.

“Deyəsən, nifrətim, yarım qalan hissəmin əslində bir

boşluqla dolu olduğunu anlamaqdandır?” – deyə bitirdi

cümləsini.

Səlim sakitcə cavab verdi: “Bəzi insanlar həyatlarına

girən adama onlar həyatlarına girdikdən sonra ehtiyacları

olduğunu başa düşərlər. Əskikliyi bilməməkdir bu. O insanlar

bir gün çıxıb getdikdə öz həyatlarını da onlarla

birlikdə itirdiklərini düşünərlər. Çatışmazlığı öyrənməkdir

bu. Sənin vəziyyətin də, bax, belədir bir az... Məndən

16

soruşsaydın, deyərdim ki, sizdən onsuz da yaxşı bir cütlük

olmayacaq... Bir-birinə alışmaq eşqin özündən də çətindir,

bilirsən?”

Bukre diqqətlə Səlimə qulaq asır və sözlərini bitirməsini

gözləyirdi.

“İkisi də eyni xarakterli olduğu halda bir-birini başa

düşməyən sevgililər gördüm mən. İkisi də tamam fərqli

olduğu üçün ayrılanlar da. Amma ikisi də bir-birinə uyğun

gələnini heç görmədim. Qarşısındakına oxşamaq ona

uyğun gəlmək deyil. Özünü itirmədən qarşısındakı olmaqdır”.

Bax, belə filosofluğu vardı Səlimin. Gülümsəyərək

danışardı ən qarışıq məsələləri izah edərkən belə... Sanki

içini didib-dağıdan suallardan bir az qurtulmuşdu Bukre.

Ona bu rahatlığı verdiyi üçün minnətdarlığını bildirdi

dostuna. Təşəkkür etmək keçdi könlündən. Təşəkkür etmək

və qucaqlamaq... Amma bu daxili rahatlığı bir az da

yaşamalıydı. Bir az da hiss etməliydi.

Başını divanın arxasına dayadı. Dərindən köks ötürdü.

Gözləri tavandaydı. Sonra kənardan necə göründüyü

gəldi ağlına. “Söylə, Səlim... – dedi, – aldadılan, tərk edilən

insanın əvvəlcə acısımı, yoxsa yalnızlığımı hiss edilir?”

Səlimi düşündürən bir sual oldu bu. Nəticədə o da

tənha idi və əzab çəkirdi. Verəcəyi cavab özünü də aldatmaq

olacaqdı bəlkə də. Bir müddət fikrə daldı. Cavab axtardı.

Əgər cavabı olsaydı, nə tənha qalardı, nə də əzab

çəkərdi. Gözləri uzaqlara dikildi. “Məndə nə görürsənsə,

cavab da odur!” – dedi kədərli bir səslə. Başını aşağı saldı

sonra.

17

Bukre bu sualı onu yaralamaq üçün verməmişdi əslində.

Amma bəzi məsum sualların cavabı belə insanı

məhv edə bilir... Əslində, bu məhv etmə sualda deyil, cavabsızlıqda

idi. Bukre qəlbini qırdığını düşündü Səlimin.

Günahkar bir səslə, – “Deyəsən qəlbini qırdım, üzr istəyirəm”,

– dedi.

Səlim məcburi bir təbəssümlə cavab verdi: “Qəm eləmə....

Nəbzi vurmayan qəlb qırılmaz”.

Gözləri doldu Bukrenin. Ona Mərvəni xatırlatdığını

anlamışdı. Gözlərinə baxmadan Səlimin, – ”Bu sözlər sənin

dilinə heç yaraşmır”, – dedi.

Səlim yerindən yavaşca qalxdı, pəncərəyə tərəf getdi.

Başını pəncərənin kənarına dayayıb gözlərini uzaqlara

dikdi. Əlləri cibindəydi. “Həyatda bir-birimizə yaraşdırmadığımız

o qədər çox şey var ki...”, – dedi və udqundu.

Gözləri hələ də uzaqlarda idi. “Mən də bu ölümü cəsədimə

yaraşdıra bilməmişdim”, – söylədi.

Eşitmədi Bukre. “Necə?” – deyə sual verdi.

“Yox, heç bir şey... Sən mənə fikir vermə”.

Onun hekayəsi başladığı kimi davam etməmişdi.

Onun hekayəsi başladığı yerdəcə bitmişdi. Buna görə də

bu qədər kiçik qalmışdı eşqdə Səlim... Buna görə də eşqlə

bağlı nə desə boyundan böyük görünürdü sözləri. Eşq

onu heç böyütməmişdi, amma yetkinləşdirmişdi. Mərvənin

həyatında heç bir vaxt gəlməmişdi Səlimə növbə. Eşq

ədalətsiz bir əzab idi. Ədalətsiz və növbəsiz...

Bir neçə dəqiqə hərəkətsiz və səssiz dayandılar. Birdən

axtardığı cavabı tapmış kimi doğruldu Səlim. Bukreyə

tərəf döndü və ”Ağrı”, – dedi. Bukre üzündəki sual

işarəsiylə baxdı Səlimə. ”Sualının cavabı ağrıdır... Çünki

18

yalnızlıq insanların arasında, amma ağrı hər yerdə göstərər

özünü”.

Bukre xəyala daldı. Səlimin cavabı altında əzildiyini

hiss edirdi. Bu həyatda güvəndiyi yeganə dostu o idi. Yalnız

qalmamaq üçün insanlara güvənməkdənsə, öz yalnızlığına

arxasını dayayaraq yoluna davam edən insanlardan

idi o... Özünə belə bir yol seçməsinə baxmayaraq, həyatında

sadəcə Səlimə yer vermişdi. Bəlkə də yer verməmişdi.

O, həmişə həyatındaydı. Bəzi insanlar sonradan gəlməz;

Onlar həmişə varlar.

Zamanın necə keçdiyini anlamamışdı. Evə xəbər vermədiyini

xatırladı. Birdən qalxdı yerindən. Tələsik qapıya

doğru yönəldi.

“Nə oldu?” – deyə soruşdu Səlim qayğıyla.

“Evə getməliyəm. Yubandım. Bura gələcəyimi bilmirdim”,

– dedi.

Səlim onu qapıya qədər ötürmək üçün yanına gəldi:

“Səni yola salım?”

Başını yellədi Bukre. ”İki küçə o tərəfdə qalıram,

qorxma oğurlamazlar məni”. Gülümsədi və göz vurdu

Səlimə. “Səninlə birlikdə olanda zaman qolumdakı saatdan

fərqli işləyir. Vaxtın necə keçdiyini anlamadım. Ona

görə də tələsməliyəm. Evdə yolumu gözləyən yaraşıqlı

bir ata, gözəl bir ana və şıltaq bir qardaş var”.

“Yaxşı, yaxşı, tələs o zaman”, – dedi Səlim. “Evə çatar-çatmaz

mənə zəng elə. Fikrim səndə qalar. Düzdü, tini

burulana kimi eyvandan sənə baxacağam, amma...”

Qapıdan çıxanda arxaya döndü və “Yaxşı ki, varsan”,

– dedi Səlimə... Gözləri dolmuşdu bunu deyərkən.

19

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!