28.01.2019 Views

Rüstəm Behrudi. Şeirlər

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Söz dayanmış zaman formasıdır. Ona görə də mən sözlərimi

əbədiyyətə hesabladım.

2

Rüstəm Behrudi

ŞAMAN DUASINDAN

DAR AĞACINA

3

Tərtibçi və redaktor:

Şəmil Sadiq

Naşir:

Müşfiq XAN

Korrektorlar:

Günel Kamilova

Asifə Əfəndi

Mətn tərtibatı:

Muradxan Hüseynov

Rəssamlar:

Ann Beeching

Pəri Miniatür

Texniki redaktor:

BəxtiYar

Dizayn və qrafika:

Tamerlan İsmayılzadə

© Rüstəm Behrudi

“Şaman duasından dar ağacına”

© “XAN” nəşriyyatı

Bakı–2017. 336 səh.

ISBN:

9030727349251

Müəllifin rəsmi razılığı olmadan kitabın və ya onun hər hansı hissəsinin təkrar çapı,

elektron və ya mexaniki üsulla çoxaldılması qəti qadağandır.

4

BU YOL DƏLİ, MƏN DƏLİ

Sibirdə ovçu bir yakut ilə ucsuz-bucaqsız çöldə heyvan bəsləyən

bir qazax, Urmici yaxınlığında bir kənddə bir əkinçi ilə İstanbullu

bir tüccar, bir Hun savaşçısı ilə VIII əsrdə Monqolustanda bir

karvançı, XV əsrdə Azərbaycanda olan bir sufi, hurifi ilə, XVI əsrdə

Avropada savaşan bir Osmanlı paşası, çağdaş Altaylardakı bir şamanla

kommunist şair H.Hikmət arasındakı bağın adı nədi görəsən?

İki min ildən çox zaman içində qopub tükənməyən bu bağın

şaman dualarına bürüdüyüm bircə adı var – TURAN.

TURAN – Tilsimi biziynən açılacaq bir ölkə.

TURAN – Ruhu sözlərimdə çırpınan bir məmləkət!

Yol gedirəm mən dəli,

Bu yol dəli, mən dəli.

Bu nə yoldu əvvəli

Və sonrası içində.

5

6

7

8

OTURUM KƏDƏRLİ BİR ŞEİR YAZIM

Dərviş tək hər şeyə könülsüzəm mən,

Qələmlə, kağızdır olar-olmazım.

Dünyanın ən qərib adamı mənəm,

Oturum kədərli bir şeir yazım.

Mən öz sözlərimdə qurd ağızlı ər,

Bəxt bundan nə tapar, nəyi itirər?!

“Qurd ular, başına bəla gətirər” –

Oturum kədərli bir şeir yazım.

Kim sözü çevirib üz qarasına,

Mənim tək duz basar öz yarasına.

Heç kim tablaşammaz söz yarasına, –

Oturum kədərli bir şeir yazım.

Torpaqdır ən böyük iman da, din də,

O da oyuncaqdır naşı əlində.

Ölən balıqların “Xəzər dili”ndə,

Oturum kədərli bir şeir yazım.

Kim səni qarğıyıb, a bədbəxt qadın,

İçimdə yaradır bax, bu gün adın.

Sən ki “Zeynəb”dən də yazıq yaşadın –

Oturum kədərli bir şeir yazım.

Ey yatan qəzəbim, ayağa dur di,

Bugünkü Beyrəyin gör nədi dərdi?!

Ən böyük istəyi, kiçik bir evdi –

Oturum kədərli bir şeir yazım.

9

Könül, əl çək daha dərdi-sərindən,

Dilim, nələr çəkdim sənin əlindən?!

Nə deyim bu günün “ölü”lərindən?!

– Oturum kədərli bir şeir yazım.

Ey yatan qəzəbim, ayağa bir dur,

Atalıq, oğulluq məhkəməsi qur.

Bu yurdun oğlu var, dədəsi yoxdur,

Oturum kədərli bir şeir yazım.

Danışsam, söhbətim, sözüm – o ellər,

Duman içindədir bizim bu ellər.

Oturub ağlasam, dəli deyərlər,

Oturum kədərli bir şeir yazım.

Dərdim kimə yaddı, kimə doğmadı?!

Dilimdə giley var, giley var, adı –

– “Mənim ayrılığa gücüm çatmadı”,

Oturum kədərli bir şeir yazım.

1987

10

VƏTƏN

Qarşı yatan qara dağı – yaylağım,

Düzənləri, ormanları – oylağım.

Əyilməyən çinarları – bayrağım –

VƏTƏN!

Bax, gör, sevgim təzədimi, tərdimi?

Hər doğulan oğuldumu, ərdimi?!

Daşlarına yazdım min il dərdimi –

VƏTƏN!

Ağ alnıma Araz qara yazıdı,

VarAq, yol uzaqdı – qar ayazıdı,

Kərkükdü, Göyçədi, Qarayazıdı

VƏTƏN!

Hər ağrılar, hər acılar ötəndi,

Əl uzatsam, Ərzuruma yetəndi;

... Füzulinin məzarı da Vətəndi-

VƏTƏN!

Mənə üz tut – yurda ocaq qurana,

“Turan” – deyib Boz qurd kimi durana.

Sonun yoxdu, çevrilməsən Turana –

VƏTƏN!

Mənim andım “Ya bütövlük, ya qandı”,

Zalım dostlar, qəbul edin bu andı,

Qara başım bu yol üstə qurbandı, –

VƏTƏN!

1985-1990

11

SALAM, DAR AĞACI

Yolumu gözlədin hər səhər-axşam,

Salam, Dar ağacı!

Əleyküm-salam.

Əcəllə ölməyə doğulmamışam,

Salam, Dar ağacı!

Əleyküm-salam.

O hansı millətdir, taleyi sirdir?

Yüz adla bölündü, yenə də birdir!

Məni hüzuruna bu dərd gətirdi,

Salam, Dar ağacı!

Əleyküm-salam.

Xəzəri, Baykalı, Aralı gördüm,

Gördüm can üstədir, yaralı gördüm.

Tanrını bəndədən aralı gördüm,

Salam, Dar ağacı!

Əleyküm salam.

Çarxı tərs fırlanır fələk qarının,

Turan kölgəsində budaqlarının.

Rəngi bayrağımda yarpaqlarının,

Salam, Dar ağacı!

Əleyküm salam.

“Gor-Əmirdə” düşüncələr

12

Əvvəlin axırı, sonun əvvəli

Buymuş, bilməmişəm bunu mən dəli.

Qorxum yox! Nə olsun boyun göy dəlir?!

Salam, Dar ağacı!

Əleyküm-salam.

Eli yağmalanan, bölünən, bölən,

Çayları quruyan, gölləri ölən,

Haqq-hesab çəkməyə gələn mənəm, mən,

Salam, Dar ağacı!

Əleyküm-salam.

Danış, Əmir Teymur, bu son nəydi bə?

Boynumda ağ kəfən, dilimdə tövbə...

Dərsini tərs bilən, mənimdi tövbə!

Salam, Dar ağacı!

Əleyküm-salam.

Səni mən əkmişəm...Mənə sən qənim,

Səni suvarmağa halaldı qanım;

Yarpağın rəng alsın qanımdan mənim,

Salam, Dar ağacı!

Əleyküm-salam.

Ey darın ağacı! Kimdən kəməm, kəm?!

Ya səni yendirrəm, ya sənə yennəm.

Ya da budağında yarpağa dönnəm,

Salam, Dar ağacı!

Əleyküm-salam.

13

Qırğızam, özbəyəm, qazax, türkmənəm,

Başqırdam, kərkürəm, elə görk mənəm.

Sənin gözlədiyin qərib türk mənəm!

Salam, Dar ağacı!

Əleyküm-salam.

Qəbul et, növbəti qurbanın mənəm,

Mənim canım səndə, bil, canın mənəm.

Elə qürrələnmə, hər yanın mənəm,

Salam, Dar ağacı!

Əleyküm-salam.

Səmərqənd, 1989

14

BOZ QURD

Şair yuxusuna gül-çiçək girər,

Yenər yuxusuna göydən mələklər.

Yuxumda nə gördüm?!

Onun əlindən.

Nə çəkdim...

İlahi! Bilməyəcəklər.

Hər gecə, hər gecə yuxularımda

Çadırı dağılmış, ocağı sönmüş,

Tanrı qarğışıyla taleyi dönmüş,

Taleyi dönəndən qəm sərhəddinin

Bir ucu günbatan, biri gündoğan –

Dağından, daşından, adamlarından,

Hətta otundan da qəriblik yağan;

Qara torpağına nə toxum əksən,

Yenə də baharda ayrılıq bitən

Sevgili bir yurd.

Sevgili bir yurd –

Hər gecə, hər gecə yuxularımda.

Hər gecə, hər gecə yuxularımda

Bu yurdla yanaşı, bu yurd boyunca

Ulaya-ulaya dolaşıb gəzən,

Obu, Yeniseyi, İtili keçib

Altaytək, Ağrıtək dağ aşıb gəzən

Üzü mavi,

Gözü göydən daha mavi,

Ağzı atəş kimi bir qurd.

15

Ağzı atəş kimi bir qurd –

Hər gecə, hər gecə yuxularımda.

Üstümə qəm gələr əjdahalartək,

Yuxumda bir ağız qurd ular, keçər.

Nədənsə həmişə yuxularımdan

Önündə qurd duran ordular keçər.

İndi gizli gəlir yuxuma bir vaxt

Ulaşa-ulaşa ordular basan.

Uluslar, “Bay göllər”, Göyçələr səni

Məndən soruşurlar, Boz qurd hardasan?!

Gəl, mavi işıqtək ələn başımdan,

Gəl, çıx uğuruma qaba ağactək.

Məni bu yuxudan alıb getməyə

Qaraquş oyunlu boz atlar gərək.

Məni bu yuxudan alıb getməyə

Qaraquş oyunlu boz atlar üstə

Gözündən od yağan övladlar gərək.

Eşidirsinizmi?!

Qara qazlıq atların

Kişnərtisi gəlir misralarımdan.

Nə olsun səsimə yox qulaq asan?

Dalınca getməyə hazır durmuşam,

Səni gözləyirəm, Boz qurd, hardasan?!

Hər gecə, hər gecə yuxularımda,

Üzü mavi,

Gözü göydən daha mavi,

Ağzı atəş kimi bir qurd

Və sevgili bir yurd –

Hər gecə, hər gecə yuxularımda

16

Şair yuxusuna gül-çiçək girər,

Yenər yuxusuna göydən mələklər.

Yuxumda nə gördüm,

Onun ucundan.

İlahi, nə çəkdim.

Bilməyəcəklər.

1984

17

HAQQ SEVƏN BƏNDƏYƏ ELƏ DİNDİ TÜRK

Göy Tanrı, Qara Xan, Oğuz, Güntəkin...

Hərəsi içdiyim bir andan gəlir.

Mənim ruhumdakı bu üsyan, qiyam.

Tanrıqut Metedən, Gürşaddan gəlir.

Yenə də qılınclar çıxıbdı qından,

Qisas almalıyam dar ağacından.

Başına bu sevda Tanrı dağından –

–Qibləmiz Altaydan – ilk yurddan gəlir.

Tanrıdan savayı kimə yendi türk?!

Nə vaxtsa ruh kimi göydən endi türk.

Haqq sevən bəndəyə elə dindi türk.

İnam da, iman da bu anddan gəlir.

Bir əlində qılınc, birində Quran,

Yadlara qızıl taxt ucaltdı Turan.

Ucaldıb özünə daş atdı Turan

Bəlamız kim deyir tək yaddan gəlir?

Səndən də bil daha dönübdür üzüm,

Min ildir içimi göynədən dözüm.

Mənim qərib-qərib ulayan sözüm

Atilla gözləyən Boz Qurddan gəlir.

Tək sənə inandım, kim olursan ol,

Anam ol, bacım ol, ancaq sən “sən”ol.

Təki sevdiyim qız, bilim bircə yol.

Bu sevdan göydəki son qatdan gəlir.

Mən tənha, qurd yalqız, o Tanrı təkdi,

Yalqızlıq içimdə bir sevda əkdi.

Təkcə mən bilirəm, Boz Qurd nə çəkdi

Nə yaxşı, yazdığım umuddan gəlir.

18

QURD BAŞLI TUĞLAR BİZİM

Göy Tanrımız var ikən,

Əbədiyyət an olsun!

Kitabımız nə İncil,

Nə də ki Quran olsun!

Ucadadı, ey yağı,

Hiradan Tanrı dağı.

Sənin o puç, bayağı,

Məbədin viran olsun!

Bəsdi gözlədik ilbəil,

Bir "mən" var, məndə deyil.

Daha eynimdə deyil,

Dağ uçsun, aran olsun!

Cana can ver, başa baş,

Bitsin qorxu, bu təlaş;

Savaşımız son savaş,

Qoy qana da qan olsun!

Yaramı bir də yarın,

Tanrı dağına varın,

Qurdu ölən dağların,

Düzəni taran olsun!

Receb Ali Gündüz bey efendiye

19

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!