04.09.2018 Views

combinepdf

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

hәddindәn artıq çox verdi. Әkinçinin sәpdiyi

gübrәlәri, dәrmanları özümlә torpağın altına

apardım vә qardaşlarımla birlikdә yenidәn

çirklәndim. İndi insanlardan tәlәb etmәliyik

ki, bizi gündәlik hәyatlarında istifadә etdikdәn

sonra tәmizlәsinlәr ki, onların sağlamlıqlarını

qoruyaq.

Çaşbaş qalmışdım… “Görәsәn, qardaşlarımla

birlikdә haraya gedәk ki, çirklәnmәdәn xilas

olaq?”

Nәhayәt, tullantıları çaya axıdan insanlardan

uzağa, yerin dibinә qaçmaq fikrinә gәldim.

Torpağın qatlarına nüfuz etdim, yolboyu yerin

tәbәqәlәrindә olan duzları әritdim vә bitkilәrin

kökünә bu duzlardan bir qәdәr verdim. Qalan

hissәsi isә yerin tәbәqәlәrindә bir su mәcrasına

çatanadәk mәnimlә qaldı.

Yerin altında saf su damcılarından olan

qardaşlarımla xoşbәxt idim. Ancaq görürdüm

ki, yerin tәbәqәlәrini çirklәndirirәm. Bir halda

ki, yerin altında hәrәkәt etmәyә mәcburam, nә

etmәli?!

Biz su nasosu olan su quyusuna çatdıq.

Kәndli bir qadın içmәk vә pal-paltar yu- maqdan

ötrü qabını doldurmaq üçün bizi yuxarı

qaldırmağa başladı. Sәhiyyә stan- dartlarının

icazә verdiyindәn daha çox duzlar, gübrәlәr

vә dәrmanlar hәll etdiyimizә görә o qadın bizi

içmәdi vә yalnız yumaq işlәrindә istifadә etdi.

Mәn insanların hәr yerdә, hәr zaman bizә

atdıqları zәhәrli vә zәrәrli mәddәlәrin tәsirinin

qarşısını almaq üçün bir iş görmәk istәdim. Qәrara

gәldim ki, qardaşlarımla birlikdә süzüldüyüm

sutәmizlәmә stansiyasına gedim. Boruların

içi ilә şәhәr şurası sәdrinin evinәdәk getdim.

Sәdr sәhәr yuyunanda mәn onun qulağının

dibindә dayanıb pıçıldadım:

– Çayı, kanalı, göllәri çirklәndirәn insanlar

tullantıları bizim yanımıza atmamışdan öncә

tәmizlәmәlidirlәr, belә etsәlәr, tәmiz qalarıq.

Kişi mәnimlә razılaşıb dedi:

– Biz çirklәnmә mәnbәlәrini tәmizlәyәcәyik

ki, çaya atılmamışdan әvvәl tәmiz ol- sunlar.

Bu sözlәr mәni çox xoşbәxt, çox rahat elәdi.

Düşündüm: “Bundan sonra tәmiz olacağam

vә insanlar, heyvanlar mәnә görә tәhlükәli

xәstәliyә tutulmayacaqlar. Mәn yenidәn hәyat

mәnbәyi olacağam”.

Heydərov Heydər

Bir damla su həyata bərabərdir

23

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!