04.09.2018 Views

combinepdf

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Bir damla su

həyata bərabərdir

22

Mәn bir damla suyam. Qardaşlarımla birlikdә

Nil çayında yaşayırdım. Biz Misirә uzun sәfәrdәn

sonra gәlib çıxdıq. Şәhәrlәrdәn, meşәlәrdәn, sәhralardan

ötüb- keçdik. Bu әbәdi çayla sәfәrә görә

çox xoşbәxt idik.

Bir gün milyonlarla sakini, saysız-hesabsız

zavodları, evlәri vә dükanları olan böyük bir

şәhәrdәn keçirdim. Çayın sahilindә bir gәnc

oturub hәyat yoldaşı ilә söhbәt edirdi.

O, hәyat yoldaşından soruşdu:

– Görәsәn, bu çayın suyu övladlarımıza,

nәvәlәrimizә içmәk, sәnayedә

vә әkinçilikdә işlәtmәk üçün kifayәt edәr?

Yoldaşı cavab verdi:

– Ruzini verәn Allahdır. Gәnc dedi:

– Allah bizә fikirlәşmәk üçün ağıl verib.

İnsanların sayı çoxalıb, sular isә әlli ildәn bәri

artmayıb.

Yoldaşı dedi:

– Bәs nә etmәk lazımdır? Gәnc cavab verdi:

– Biz ailәmizi nizam-intizama salmalıyıq.

Yoldaşı onun fikri ilә razılaşdı. Mәn bu söhbәtdәn

çox şad oldum. Öz-özümә dedim: “Kaş

bütün insanlar belә fikirlәşәydi”.

Qardaşlarımla birlikdә çayda üzәndә birdәn

gördüm ki, balıqlar hirsli-hirsli, bo- ğula-boğula

ora-bura vurnuxurlar.

Bacımdan bunun sәbәbini soruşanda sahildәki

zavodu göstәrib dedi:

– Zavod çaya zәhәr vә parçalanan maddәlәrlә

dolu qara su axıdır. Mәn soruşdum:

– Bәs bunun әlacı nәdir? Bacım dedi:

– Zәhәrli tullantılardır, bizim rәngimiz

çirklәnәcәk vә zәhәrlәnmә nisbәtimiz artacaq,

insanlar da bizi içmәkdәn, bizdәn istifadә etmәkdәn

imtina edәcәk.

Bacımla o yerdәn uzaqlaşmağa tәlәsdim vә

balıqların tәnәffüs etmәlәri üçün havada olan

oksigeni bir daha hәll etmәyә çalışdım. Ancaq

balıqların bir hissәsi öl- müşdü, bir hissәsi isә

birtәhәr zavodun suya tullantılar axıtdığı yerdәn

uzaqlaşa bildi. Qәzәblәnib öz-özümә dedim:

“Gәrәk mәn çayı qoyub buxarlanam ki, insanlardan

uzağa, sәmaya qalxam. Onlar mәni çirklәndirdilәr,

rәngimi pis, iyimi xoşagәlmәz etdilәr”.

Günәş çıxandan sonra ondan istilik enerjisi alıb

buxarlandım.

Külәk mәni yuxarı qovdu, әtrafımdakı buludların

birinә girdim. Yerin vә dәnizlәrin üstü ilә

bir yerdәn başqa yerә aparıldım. Ancaq xoşbәxtliyim

çox sürmәdi, bulud mәni saxlaya bilmәdiyinә

görә yağışla yerә düşdüm. Yerә düşәndә

gördüm ki, çoxlu zәhәrli qazlar, tozlar hәll

edirәm. Tikililәrin üstünü, bitkilәrin yarpaqlarını

islatdım, bir hissәsini әridib, yandırdım vә bunu

onlara etdiyim üçün çox kәdәrlәndim. Buna görә

dә fikirlәşmәyә başladım: “Mәn nә çayda, nә

dә sәmada xoşbәxtәm, görәsәn, daha nә etmәk

olar?”

Әkini suvarmaq fikriylә torpağa düşdüm, ancaq

torpaq sahibi mәnә vә qardaşlarıma torpağı

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!