04.09.2018 Views

combinepdf

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Sevinc Nuruqızı

CAMALIN YUXUSU

Qaçıb harda gizlənib

Camalımın yuxusu.

Axı yatıb bayaqdan

Uşaqların çoxusu.

Gözləri bir cüt ulduz

Parıldayır nece də.

Yatıb ayı, canavar

Dələ aylı gecədə.

Əl çalır, nəğmə deyir

Qığıldayır otaqda.

Sanki yupyumru topdur

Qalxıb- düşür yataqda.

Güləndə dodağından

Yayılır süd qoxusu.

Neyləsin axı Camal

Gəlmir onun yuxusu.

Axı pis nə vardır ki

Camalın bu oynunda.

Gizlənibdir yuxusu

Anasının qoynunda.

3

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!