01.05.2018 Views

Müşfiq XAN. İkimizin hekayəsi

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

İkimizin

Hekayəsi

Filmləri çox sevirdin. İndi anlayıram, ortaq nötqəmiz

təkcə bu imiş. Sən baxdığın filmləri həyatınmış kimi yaşayırdın.

Mənsə unudurdum gedirdi. Əzbərləyə bildiyim tək

film sənin adındı. Birlikdə baxdığımız filmləri unutmamaqçün

onlar haqqında xəlvəti yazırdım...

Müşfiq XAN

Müşfiq XAN

İkimizin

Hekayəsi

www.mushfigkhan.com

www.facebook/Müsfiq Xan

Instagram @musfiqxan

İkimizin hekayəsi

Hekayə və miniatürlər

14 – 02 – 2018

www.hedefnesrleri.az

Müşfiq XAN

“XAN” nəşriyyatı

Bakı-2018. 156 Səhifə

ISBN: 9001020801180

Korrektor:

Asifə Əfəndi

Texniki redaktor:

BəxtiYar

Dizayn və qrafika:

Tamerlan İsmayılzadə

Müəllif hüquqları qorunmur.

Müəllifin razılığı olmadan surətini çıxara, yaya və

mətnləri öz imzanızla çap etdirə bilərsiniz.

İlk Addım

Yanvar

Sən sev məni. Hə, məncə, sev. Sevgisizlikdən ölə

bilərəm. Sən sevməsən, məsələn, içində olduğum

döyüşdə həlak ola bilərəm. Dünyasını dəyişdi,

– deyərlər. Ya da çarəsi olmayan xəstəliyin qucağında

taparlar məni. Çox keçməz vəfat etdi, rəhmətə getdi,

aramızdan ayrıldı, ya da nə bilim, ömrünü başa vurdu,

gözlərini əbədi yumdu, – deyərlər. Məncə mütləq

sev məni. Yox, olmadısa, düşünüb vaz keçməli oldunsa,

bir də gördün intihar etdi xəbərin alarsan. Amma

sən indi bunların heç birini düşünmə. Səni incitməyim,

bilirsən, gündə min yol, gündə yüz cür ölmək

var. Daşı tök ətəyindən, sən bir yolu, bir cür olanı seç

– sev məni. Məni sev deyə hər saatım özümü təhdidlə

keçir. Çünki məni sevməsən ən azı həyatımı itirə

bilərəm...

Bugün sənə məktub yazacaqdım. Çoxdandır susuram,

yazmaq üçün bütün sözlərimi tükətmişəm sanki.

Ürəyim tükənib, sən sözləri önəmsəmə. Amma bugün

sənə məktub yazacaqdım... Həmin gündən həftələr

ötür. Sadə insanların qarmaqarışıq həyat dramları

kimisusqun kimsələrin söyləntiləri də bəsit, amma

anlaşılmaz olur. Sənə səndən yazmaq üçün bildiklərimi

unutmaq istəyirəm. Dünyanın gözümdən düşdüyü

yerdə səni tapdım. Qaytardın mənə, xatırlatdın

mənəhəyatın nə qədər şirin, dünyanın nə qədər böyük

7

olduğunu. İsrar edirdim, həyat acımasız, dünya çox

kiçikdir, – deyə. Bütün fikirlərimi alt-üst etdin. İyirmi

bir ildə qazandıqlarımı bir ildə itirdim. Geridə kəsri

olan bircə il qaldı. Mən bu kəsrdə yaşadım. Yalnız bir

il. Məxrəcdəmi, surətdəmi, əslində nə fərqivar ki? Nisbət

həmişə bir oldu.O gün sənə məktub yazacaqdım.

Doğrusu, elə bu gün də, sabah da. Tamamlamaq nəsib

olmadı. Nə edə bilərəm ki? O boyda xəyalın içindən

təkcə öz atdığım addımları xatırlayıram. Sənsə dayandığın

yerdəsən. Sanasan görüşünə gəlmişəm. Özümü

götürüb gəlmişəm, lakin mən yoxam. Sən varsan, ikiniz

var. Mən gəlmirəm, gələ bilmirəm. İşin qəribə yanı

bu ki, özümü səndən ayıra da bilmirəm. Aşiq olub,

nədi, baş açmıram. Mənsə hələ də məktubumu düşünürəm.

Axı bu gün sənə məktub yazacaqdım...

Dostlarım havalandığımı düşünürlər. Nə yaxşı ki,

aralarında halımdan anlayan da var. Eşitməzdən gəldim,

məndən danışırdılar.

– Səncə nolub ona? Adam hard rock’a qulaq asıb

kövrəlir.

– Rahat burax, aşiq olub.

O uşaq vaxtıydı, riyaziyyat müəllimimiz açılmayan

mötərizələrin bağlanmasının mümkünsüzlüyün-

8

nən danışardı. İndi bizim mötərizələrnən oynayan

yaşımız da deyil. Böyüdük, həyatın çəki-düzəni də

dəyişdi. Açılan mötərizələrin bağlanacağı günü gözləyə-gözləyə

keçdi ömrümüz də. Qəm-kədər gələndə

batmanla gəldi, bir misqal xoşgüləş sözə həsrət qoydular

qulaqlarımızı...

Olsun ki, günəş deyilsən, amma dünyamsan. Və

mən sənə tutulmuşam. Olsun ki, günəş də olmaq

istərsən, deyim biləsən, gecələri çəkilmir. Hərçənd,

gözləntisi bol, ümidi az, həsrəti çox, uzaqlığı ən az

mənim qədər, yaxınlığı ən çox sənin qədər, tənhalığı

mənim boyda, yoxluğu bizim boyda – darıxmaqlar –

olsun ki, VAR...

Sənsizliyin yiyəsizlik halı

Və getmək – bəzən çox sevə bilməkdi. Unutmaq

deyil əslində, unuda bilməyəcəyini ömürlük gözə almaqdı.

Getmək, səni tərk etmək də deyil, sənin sənsizliyinə

köçməkdi, iz salmaqdı. Əslindəadını unutduğum

eşq romanının sətirlərində.

Və, Sənsizlik... bir insan ömrünün sətirlərinə sığmayan

ən uzun sözdü. Əslində, təkbaşına natamam

9

otuz doqquzuncu filmimiz

“Jeux d’Enfants” –

“Sevməyə Cəsarətin Varmı?” (2003) / Fransa, Belçika

Çox yaxın dost olan Julien və Sophienin uşaqkən

oynadıqları bir oyun həyatları boyu davam edəcək

bir yarışa dönəcək. Heç gözləmədiyiniz ibrətamiz bir

sonluq...

Rejissoru Yann Samuell, əsas rol ifaçılarısa Marion

Cotillard, Guillaume Canet, Thibault Verhaeghe,

Joséphine Lebas-Joly, Gilles Lellouchedir.

qırxıncı filmimiz

“Remember Me” –

“Məni Unutma” (2010) / ABŞ

Allen Coulterin çəkdiyi bu romantik filmin əsas

rol oyunçuları Robert Pattinson, Emilie de Ravin, Pierce

Brosnan, Lena Olin, Chris Cooperdir.

Tyler və Allynin yeni başlayan münasibətləri

ikisinin də yaxın keçmişdə yaşadıqları travmaların

kölgəsində başlamışdır. Hələlik onlarçün hər cazib

görünür. Tam həyatlarının öz cığırına düşdüyünü

sandıqları bir zamanda gözlənilmədən baş verən hadisə

münasibətlərini dərindən əsdirəcək...

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!