14.12.2012 Views

AzərbAycAndA küçə uşAqlArının vəzİyyətİnİn təhlİlİ

AzərbAycAndA küçə uşAqlArının vəzİyyətİnİn təhlİlİ

AzərbAycAndA küçə uşAqlArının vəzİyyətİnİn təhlİlİ

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

24

Azərbaycanda küçə uşaqlarının vəziyyətinin təhlili

bölmə 3. tövsİyələr

1. Yerli (rayon səviyyəsində) uşaq müdafiə

sistemi gücləndirilməlidir*. Hal-hazırda yerli

səviyyədə uşaqlarla işləyən əsas qurum İcra

Hakimiyyətlərinin Yetkinlik yaşına çatmayanlarla

iş və hüquqlarının müdafiəsi üzrə Komissiyalardır.

Komissiyanın qarşıya qoyduğu

məqsədlərlə onun işçi heyəti arasında qeyrimütanasiblik

vardır. Belə ki, Komissiyanın

yalnız 2 nəfər ştatlı əməkdaşı vardır. Bu isə

praktiki olaraq uğurlu və səmərəli fəaliyyət

göstərməyə imkan vermir. Hər rayonda

25-30 min uşağın olduğunu nəzərə aldıqda

2 nəfər əməkdaşın bu sayda uşaqla işləməsi

qeyri-mümkündür. Məhz bu səbəbdən Komissiya

tərəfindən cəzaçəkmə müəssisəsindən,

açıq və ya qapalı tipli xüsusi təlim-tərbiyə

müəssisələrindən buraxılmış yetkinlik yaşına

çatmayanlar üçün əmək və məişət şəraitinin

yaradılmasında onlara yardım göstərmək,

dövlət yardımına ehtiyacı olan yetkinlik yaşına

çatmayanları müəyyən etmək və onlara

yardım göstərmək, yetkinlik yaşına çatmayanların

sosial reabilitasiyası üzrə nəzərdə

tutulmuş digər funksiyaları həyata keçirmək

sahəsində komissiya praktiki olaraq çox az

fəaliyyət göstər. Qeyd olunan sistemin tam

formalaşmaması səbəbindən, xüsusi müdafiə

və qayğıya ehtiyacı olan uşaqların mənzil, iş,

təhsil və digər problemləri həll olunmamış

qalır. Bu problemlərin həll olunmaması belə

uşaqların küçə həyat tərzi keçirməsinə və hüquq

pozuntularının artmasına səbəb olur. Bu

islahatların tərkib hissəsi kimi yerli səviyyədə

olan qurumların struktur və fəaliyyətinin

təkmilləşdirilməsi, burada psixoloqun, sosial

işçinin olması da vacib məqamlardan

biridir. Bu qurum uşaqların problemlərini

müəyyən etməyə və onlarla bağlı qərarlar

qəbul etmək imkanına malik olmalıdarlar.

Yerli uşaq müdafiə sisteminin digər mövcud

qurumların xidmətlərindən tam yararlanması

baxımından müfəssəl yanaşmanın tətbiqi

olduqca əhəmiyyətlidir. Eyni zamanda mexanizmin

təkmilləşdirilməsi yerli ehtiyaclara

əsaslanaraq problemlərin həlli istiqamətində

atıla biləcək mühim bir addım kimi qəbul

edilməlidir.

2. Cinsi və fiziki zorakılığa məruz qalan uşaqlar

üçün Reabilitasiya Mərkəzləri yaradılsın.

3. İnternat müəssisələrini tərk edən uşaqlar üçün

torpaq sahələrinin ayrılması və onlara yaşayış

sahəsinin verilməsi ilə bağlı qanunvericilikdə

nəzərdə tutulmuş müddəaların icrası ilə bağlı

mexanizmlər təkmilləşdirilsin.

* Qeyd: Uşaq müdafiə sistemi dedikdə uşaqlara qarşı zorakılıq, istismar və sui-istifadə hallarının

qarşısının alınması və aradan qaldırılması, uşaqların yaşamaq və inkişaf etmək hüquqlarının, o

cümlədən sosial müdafiəsinin təmin edilməsi nəzərdə tutulur.

Uşaq müdafiə sisteminin əsas hədəfi uşaqların daha səmərəli müdafiə olunması və ən aztəminatlı

uşaqların əsas xidmətlərdən və sosial müdafiə tədbirlərindən bəhrələnmələrini təmin etməkdən

ibarətdir.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!