14.12.2012 Views

AzərbAycAndA küçə uşAqlArının vəzİyyətİnİn təhlİlİ

AzərbAycAndA küçə uşAqlArının vəzİyyətİnİn təhlİlİ

AzərbAycAndA küçə uşAqlArının vəzİyyətİnİn təhlİlİ

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

22

Azərbaycanda küçə uşaqlarının vəziyyətinin təhlili

halları da mövcuddur. Narkotik istifadəçisi olan

uşaqlar eyni avadanlıqlardan (diş fırçası, şprislər

və s.) istifadə etməklə İİV/QİÇS-in yayılmasına

geniş şərait yaradırlar. Bu məsələlərin qarşısının

alınması üçün 11 may 2010-cu ildə İnsanın immunçatışmazlığı

virusunun törətdiyi xəstəliklə

mübarizə haqqında qanun qəbul olunmuşdur. 18

Qanunun 20-ci maddəsinə əsasən İİV infeksiyasının

profilaktikası məqsədi ilə yüksək riskli əhali

qrupunun üzvləri arasında beynəlxalq təcrübədə

tətbiq edilən zərərin azaldılması proqramları tətbiq

olunur. Buraya inyeksiya üçün steril ləvazimat

ilə təminat, fərdi qoruyucu vasitələrlə təminat,

əvəzedici müalicəyə cəlb etmə, İİV-in yayılması

yolları və onun qarşısının alınmasının üsulları

haqqında, eləcə də təhlükəsiz davranış haqqında

məlumatlandırma, hüquqi və psixoloji yardım və

reabilitasiya proqramları aid edilir. Zərərin azaldılması

proqramları tərbiyəvi, maarifləndirmə,

məlumatlandırma, müalicəvi, tibbi-profilaktik, reabilitasiya

və məsləhət xarakterli tədbirləri əhatə

edir, qabaqlayıcı xarakter daşıyan üsulların əhali

üçün əlçatanlığını təmin etməklə həyata keçirilir.

yetkinlik yaşına çatmayanların baxımsızlığının

və hüquq pozuntularının profilaktikası

haqqında qanun 24 may 2005-ci ildə

qəbul edilmişdir. Qanun yetkinlik yaşına çatmayanların

baxımsızlığının və hüquq pozuntularının

profilaktikası ilə əlaqədar yaranan ictimai

münasibətləri tənzimləyir, bu sahədə dövlət orqanlarının,

müəssisələrin və təşkilatların hüquq

və vəzifələrini müəyyən edir. 19

Bu Qanunun icrasında çətinlik yaradan əsas

məqamlardan biri də Bakı şəhərində alternativ

tədbirlərin tətbiqi üzrə yalnız bir Reabilitasiya

Mərkəzinin olmasıdır. Bu Mərkəz, Daxili İşlər Nazirliyinin

və UNİCEF-in dəstəyi ilə yaradılmışdır.

Təcrübə göstərir ki, küçə uşaqları və hüquq pozuntusuna

yol verən uşaqlar anlayışı bir-birinə

çox bağlıdır. Belə ki, küçə uşaqlarının çoxu teztez

hüquq pozuntusu edir və ya hüquq pozun-

18 İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklərlə

mübarizə haqqında Qanun

19 Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq

pozuntularının profilaktikası haqqında Qanun

tusu edən uşaqlar küçə həyat tərzi keçirməyə

meyllidirlər.

Eyni zamanda polis orqanları tərəfindən həmin

uşaqlar saxlanıldıqdan sonra həmin uşaqların

qeydiyyatda olduqları rayonların polis qurumlarına

təhvil verilir. Regionlarda belə uşaqlar üçün

İcma Əsaslı Reabilitasiya Mərkəzləri olmadığı

üçün yerli polis qurumu və Yetkinlik Yaşına Çatmayanlarla

İş və Onların Hüquqlarının Müdafiəsi

üzrə Komissiyalar həmin uşaqları valideynlərinə

və ya yaxın qohumlarına verir. Qısa müddətdən

sonra həmin uşaqlar yenidən Bakı şəhərində

küçə həyat tərzi keçirməyə başlayırlar.

Azərbaycan respublikasında baxımsız

və küçə uşaqları probleminin həlli üzrə 14

aprel 2003-cü ildə Azərbaycan Respublikasının

Nazirlər Kabinetinin Sərəncamı ilə Tədbirlər Planı

qəbul edilmişdir. 20 Tədbirlər Planında qeyd

olunur ki, Baxımsız uşaqlar-yetim və ya valideyn

himayəsindən məhrum olmuş və müvafiq dövlət

strukturlarında qeydiyyata alınmamış 18 yaşına

qədər olan uşaqlardır. «Küçə uşaqları» anlayışı

küçədə yaşayan və küçədə işləyən uşaqları

əhatə edir. Tədbirlər Planında nəzərdə tutulmuş

uşaq baxımsızlığı və küçə uşaqları probleminin

aradan qaldırılması istiqamətində müvafiq işlərin

aparılması, uşaq problemi ilə bağlı beynəlxalq

tələbləri nəzərə almaqla uşaq hüquqlarının qorunub

saxlanması istiqamətində aparılan işlərin

gücləndirilməsi, zəif sosial qruplardan olan uşaqlar

üçün sosial və psixoloji reabilitasiya işinin

təşkili istiqamətində bir sıra işlər görülmüşdür.

Eyni zamanda Tədbirlər Planının təcrübədə icrası

hələ də bir sira məsələləri və boşluqları ünvanlaya

bilməmişdir.

bmt-nin uşaq hüquqları komitəsi 19 yanvar

2006-cı ildə keçirdiyi iclasında Azərbaycanda

uşaqların vəziyyəti ilə bağlı hesabatı dinləmiş

və tövsiyələr irəli sürmüşdür. 21 Komitə iclasında

Azərbaycanda küçə uşaqları üçün bərpa, tibbi

20 Azərbaycan Respublikasında baxımsız və küçə uşaqları probleminin

həlli üzrə Tədbirlər Planı

21 BMT-nin Uşaq Hüquqları Komitəsinin Azərbaycanda uşaqların

vəziyyəti ilə bağlı tövsiyələri

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!