14.12.2012 Views

AzərbAycAndA küçə uşAqlArının vəzİyyətİnİn təhlİlİ

AzərbAycAndA küçə uşAqlArının vəzİyyətİnİn təhlİlİ

AzərbAycAndA küçə uşAqlArının vəzİyyətİnİn təhlİlİ

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

18

Azərbaycanda küçə uşaqlarının vəziyyətinin təhlili

bölmə 2. mövcud qAnunverİcİlİyİn

ekspertİzAsının nətİcələrİ

Küçə uşaqları-18 yaşına qədər olan, ailəsinin

olub-olmamasından asılı olmayaraq həyatının

əsas hissəsini “küçədə yaşayan” və küçə

həyatının onların həyat tərzinə birbaşa təsiri

olan uşaqlara aid edilir.

Azərbaycanda da küçə uşaqları mövcuddur və

bu uşaqların sayı ilə bağlı dəqiq statistik məlumat

mövcud deyildir. Dövlət Statistika Kömitəsinin

apardığı statistik müayinə Bakı şəhərində olan

208 uşağı əhatə etmişdir. Bir çox hallarda rəsmi

məlumatlar bu rəqəmə əsaslanır. 1

Müxtəlif mənbələrə əsasən Azərbaycanda

küçə uşaqlarının sayı 2000-ə yaxındır.

Aparılan araşdırmalar göstərir ki, uşaqların

küçələrdə yaşamasının qarşısının alınmasında

yaranan problemlər aşağıdakılardır:

1. Valideynlərin məsuliyyətsizliyi;

2. İcma Əsaslı Reabilitasiya Mərkəzlərinin olmaması;

3. Sosial işçilərin sayının az olması və sosial

işçilərin statusu ilə bağlı Qanunun olmaması;

4. Sosial Sifariş Haqqında Qanunun olmaması;

5. Qanunvericilikdə olan boşluqlar;

6. Qanunların icra mexanizmində olan çətinliklər

İnternat müəssisələrini tərk edən, cinsi və

fiziki zorakılığa məruz qalan, qeyri-rəsmi nikahlardan

dünyaya gələn, əməyi istismar olunan

və valideynlərin zəif nəzarət etdiyi uşaqlar küçə

uşaqlarının böyük hissəsini təşkil edir.

Azərbaycan respublikasının konstitusiyasının

17–ci maddəsinə əsasən uşaqların qayğısına

qalmaq və onları tərbiyə etmək valideynlərin

1 Dövlət Statistika Komitəsinin küçə uşaqları ilə bağlı araşdırması

borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət

nəzarət edir. 2 Valideynləri və ya qəyyumları olmayan,

valideyn qayğısından məhrum olan uşaqlar

dövlətin himayəsindədirlər. Uşaqları onların

həyatına, sağlamlığına və ya mənəviyyatına

təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır.

15 yaşına çatmamış uşaqlar işə götürülə

bilməzlər. Uşaq hüquqlarının həyata keçirilməsinə

dövlət nəzarət edir.

uşaq hüquqları konvensiyanın 1-ci

maddəsinə əsasən hər bir insan 18 yaşına

çatanadək Konvensiyanın məqsədlərinə görə

uşaq sayılır. 3 Azərbaycanda uşaqlıq yaşı ilə bağlı

müəyyən ziddiyyətlər mövcuddur. Bu ziddiyyətlər

uşaqlarla bağlı statistik məlumatların toplanmasında

və uşaqlara münasibətdə çətinlik yaradır.

Ailə Məcəlləsinə əsasən oğlanlar 18, qızlar isə

17 yaşında rəsmi nikaha daxil ola bilər. Müstəsna

hallarda yaş 1 il azaldıla bilər. Gənclər Siyasəti

Haqqında Qanuna əsasən 14-29 yaşlı şəxslər

gənc sayılır.

uşaq hüquqları konvensiyanın 20-ci

maddəsinə əsasən öz ailə mühitindən müvəqqəti

və ya daimi məhrum olan, yaxud özünün mənafeyi

naminə belə mühitdə qala bilməyən uşaq dövlət

tərəfindən xüsusi müdafiə edilmək və yardım almaq

hüququna malikdir. 4

Küçə həyat tərzi keçirən uşaqların əsas

çətinliklərindən biri də onların əməyinin istismar

olunmasıdır. Bu məsələlərin qarşısının alınması

üçün ölkəmiz milli qanunvericiliyində müvafiq

müddəalar daxil etməklə yanaşı beynəlxalq

2 Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsi

3 Uşaq Hüquqları Konvensiyasının 1-ci maddəsi

4 Uşaq Hüquqları Konvensiyasının 20-ci maddəsi

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!