14.12.2012 Views

AzərbAycAndA küçə uşAqlArının vəzİyyətİnİn təhlİlİ

AzərbAycAndA küçə uşAqlArının vəzİyyətİnİn təhlİlİ

AzərbAycAndA küçə uşAqlArının vəzİyyətİnİn təhlİlİ

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

AzərbAycAn respublİkAsının

Aİlə, qAdın və uşAq problemlərİ

üzrə dövlət komİtəsİ

“sİqmA”

İnkişaf və beynəlxalq əməkdaşlıq tədqiqatlar mərkəzi

AzərbAycAndA küçə uşAqlArının

vəzİyyətİnİn təhlİlİ

bakı - 2011

mündərİcAt

Xülasə ......................................................................................................3

Minnətdarlıq .............................................................................................6

Tədqiqat qrupunun heyəti .......................................................................7

BÖLMƏ 1.

SORĞU NƏTİCƏLƏRİNİN TƏHLİLİ ............................................................8

BÖLMƏ 2.

MÖVCUD QANUNVERİCİLİYİN EKSPERTİZASININ NƏTİCƏLƏRİ ...........18

BÖLMƏ 3. TÖVSİYƏLƏR ........................................................................24

BÖLMƏ 4. ƏLAVƏLƏR ............................................................................26

Əlavə 4.1.

Tətbiq edilmiş metodologiya və icra mərhələləri ..................................26

Əlavə 4.2.

Küçə uşaqları ilə müsahibə üçün sorğu anketi .....................................31

Əlavə 4.3.

Ekspertlərlə müsahibə üçün sorğu anketi .............................................38

XülAsə

Uşaq dövlət və ictimaiyyət tərəfindən daimi

diqqət və qayğı obyektidir. Gələcək – böyüməkdə

olan nəslin bu gün hansı şəraitdə yaşamasından

birbaşa asılıdır.

Uşaqlar üçün əlverişli şərait yaratmaq, neqativ

amillərin onlara təsirinə yol verməmək - dövlət

və ictimaiyyət tərəfindən aparılan profilaktik işlərə

olan əsas tələblərdir.

Son illər ərzində Azərbaycan uşaq inkişafı

sahəsində siyasətin institutlaşdırılmasında uğurlar

əldə etmişdir.

MDB məkanında ilk dəfə olaraq, Azərbaycanda

bu məqsədlə, uşaq inkişafı sahəsində siyasətin

formalaşmasını və həyata keçirilməsini təmin

edən xüsusi qurum – Ailə, Qadın və Uşaq

Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır.

Mütərəqqi qanunlar və altqanun aktları

şəklində güclü hüquqi baza yaradılmışdır.

Ölkə uşaq inkişafı ilə bağlı bütün Beynəlxalq

Konvensiyalara qoşulmuşdur.

90-cı illərin əvvəllərində Azərbaycanda yaranmış

keçid dövrünün iqtisadi və sosial problemləri

uşaq baxımsızlığı və küçə uşaqları probleminin

daha qabarıq şəkildə təzahür etməsinə səbəb

oldu.

Baxmayaraq ki, bu hal kütləvi xarakter daşımır,

ölkə rəhbərliyini ciddi narahat edir və daim

onun nəzarəti altındadır.

Küçə uşaqları ilə bağlı yaranmış vəziyyət

müxtəlif nazirliklər və idarələr, UNİCEF, BMTnin

digər agentlikləri, beynəlxalq və yerli qeyrihökumət

təşkilatları tərəfindən daima öyrənilir.

Lakin uşaq baxımsızlığının aradan qaldırılması

üzrə effektiv tədbirlərin görülməsi küçə

uşaqları ilə bağlı vəziyyətin mütəmadi təhlilinin

aparılmasını tələb edir.

Bununla əlaqədar, 2010-cu ildə bu vəziyyətin

yenidən və daha ətraflı öyrənilməsi zərurəti

Azərbaycanda küçə uşaqlarının vəziyyətinin təhlili

yaranmışdır. Bu vəzifəni Ailə, Qadın və Uşaq

Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin

Uşaq Fondu öz üzərinə götürmüşdür. Komitə

ilə BMT-nin Uşaq Fondu arasında imzalanmış

illik Fəaliyyət Planında küçə uşaqları problemi

ilə bağlı konkret tədbirlər nəzərdən tutulmuşdur.

Fəaliyyət Planına əsasən, 2010-cu ilin

oktyabr ayında “SİGMA” İnkişaf və Beynəlxalq

Əməkdaşlıq Tədqiqatlar Mərkəzi Azərbaycanda

küçə uşaqları ilə bağlı vəziyyətə dair tədqiqat

aparmışdır.

Tədqiqatın məqsədi Azərbaycanda küçə

uşaqları ilə bağlı hazırkı vəziyyətin təhlili,

o cümlədən aşağıda sadalanan aspektlərin

öyrənilməsidir:

– küçə uşaqlarının yaş, cins və fəaliyyət tiplərinə

görə dərəcələrə ayrılmış tərkibi;

– küçə uşaqları üçün təhlükə səviyyəsi;

– küçə uşaqlarının əmək şəraiti;

– küçə uşaqlarının gün rejimi;

– küçə uşaqlarının sağlamlıq vəziyyəti;

– küçə uşaqlarının təhsil, tibbi və digər sosial

xidmətlərə çıxışı;

– küçə uşaqlarının gələcəyə baxışları.

Tədqiqat aşağıdakı əsas məqamları üzə

çıxardı:

– Azərbaycanda küçə uşaqlarının 90%-dən çoxu

Bakıda cəmləşib. Bu, ölkənin digər bölgələri

ilə müqayisədə burada daha çox inkişaf etmiş

iqtisadiyyat və infrastrukturun olması ilə bağlıdır.

Bu səbəbdən, Bakıda və başqa şəhərlərdə

küçə uşaqları asanlıqla qeyri-formal sektorda

iş, və nəticə etibarilə yaşamaq üçün vasitələr

tapırlar.

– Bundan əlavə, təqribən 3 milyon əhaliyə malik

meqapolis onların gizlənməsini, yəni məcburi

3

4

Azərbaycanda küçə uşaqlarının vəziyyətinin təhlili

qeydiyyatdan və xüsusi müəssisələrdə

tərbiyədən yayınmasını təmin edir.

– Küçə uşaqlarının əksəriyyəti Bakıya Azərbaycanın

bölgələrindən, cüzi hissəsi isə başqa

ölkələrdən gəlib. Küçə uşaqları arasında məcburi

köçkün ailələrindən olanlar da az deyil.

– Küçə uşaqlarının az bir hissəsi kənd ərazilərinin

payına düşür.

– Küçə uşaqları yaşamaq üçün müxtəlif

mənbələrdən istifadə edirlər.

Onlar yalnız qeyri-formal sektorda

məşğuldurlar və əsasən aşağıdakı fəaliyyət

növlərindən gəlir əldə edirlər:

a. dilənçilik;

b. avtomobil şüşələrinin yuyulması;

c. nəqliyyatda iş (yükvuranlar, qatar və avtobuslarda

kiçik ticarət);

d. bazarlarda iş (yükvuranlar, içki və qida

məhsullarının satışı);

e. iaşə obyektlərində, mağazalarda, məişət

xidməti məntəqələrində iş (ofisiantlar,

süpürgəçilər, həyətyanı təsərrüfatda çalışanlar;

qab, xalça, avtomobillərin yuyulması

və s.);

f. boş butulkaların və metal tullantılarının yığılması

və təhvili;

g. küçə ticarəti (siqaretlər, içkilər, meyvətərəvəz).

– Küçə uşaqları, əsas etibarilə, çox vaхt işsiz olan

valideynlərinə kömək etmək üçün işləyirlər.

Lakin bu uşaqların böyüklər tərəfindən istismar

olunması və qazandıqları pulları onlara

verməsi halları da az deyildir.

– Küçə uşaqları qeyri-formal əmək bazarında

əməyi ən az ödənilən işçilərdir.

– Küçə uşaqları pis şəraitdə çalışırlar. Onların

iş günü rəsmi əmək standartları ilə müəyyən

olunmuş rəsmi iş günündən daha uzundur.

Keyfiyyətsiz qidalanma və daimi yuxusuzluqla

müşayiət olunaraq, bu, uşaqların tez-tez

xəstələnmələri və fiziki cəhətdən zəif inkişaf

etmələrinin başlıca səbəbinə çevrilir.

– Uşaqları küçələrə düşməyə vadar edən əsas

səbəblər bunlardır:

a) ailənin olmaması (müxtəlif səbəblərdən hər

iki bioloji valideynlərindən məhrum olublar və

bu səbəbdən digər qohumlarının/insanların

nəzarəti altında, internat məktəblərində və

uşaq evlərində yaşayırlar);

b) uğursuz ailələr (valideynlərdən biri və ya hər

ikisi/digər ailə üzvləri zərərli vərdişlərə malikdir:

alkoqolizm, narkomaniya, cinayət keçmişi

və s.);

c) natamam ailələr (müxtəlif səbəblərdən ana,

yaxud ata yoxdur);

d) ailənin maddi vəziyyətinin aşağı olması;

– Həmçinin tək valideynin (boşanmış, dul qadın/kişi,

tək valideyn) olduğu ailələrdə evsizlik

problemi daha kəskin şəkildə durur. Yalnız bir

valideynin uşaqları tərbiyə etdiyi ailə yüksək

risk qrupuna daxildir. Əsas etibarilə, bunlar tək

analı ailələrdir (ən həssas qrup). Ailələrdə laqeydlik

uşaqları nəinki küçəyə, həm də cinayət

aləminə təhrik edən yollardan biridir.

– Aztəminatlı ailələrlə yanaşı, valideynlərin

“cəmiyyətə qarşı davranışı” ilə fərqlənən sosial

cəhətdən uğursuz ailələr mövcuddur: alkoqolizm,

narkomaniya, uşaqlara və digər ailə

üzvlərinə münasibətdə evdə zorakılıq halları.

– Küçə uşaqlarının daimi yaşayış yerləri yoxdur;

onlar daim bir yerdən başqa yerə köçürlər.

Onlar təsadüfi yerlərdə - dəmiryolu, metropoliten

və avtobus stansiyalarında, parklarda,

yaşayış üçün yararsız, baxımsız qalmış

tikililərdə (məsələn, fəaliyyət göstərməyən zavod

və fabriklərin binalarında, mal pəyələrində,

zirzəmilərdə, çardaqlarda və s.) gecələyirlər.

– Küçə uşaqları homogen qrupdur. Lakin

evsizliyə qədər onlardan hər birinin öz keçmiş

həyatı olmuşdur. İndi isə küçə uşaqları

kimi onları oxşar fəaliyyət tipləri və yaşama

üsulları birləşdirir.

– Əksər küçə uşaqlarının doğum haqqında

şəhadətnamələri yoxdur. Hətta onların

əksəriyyəti belə bir sənədin olmasından

xəbərsizdir.

– Küçə həyatı yaşayan uşaqların az bir hissəsi

arabir məktəbə gedir. Onların əksəriyyətinin

məktəb təcrübəsi olub, lakin təhsillərini yarımçıq

qoymuşlar.

– Küçə uşaqlarının tibb xidmətlərinə və sosial

təminata çıxışları məhduddur. Onlar tez-tez

və ağır xəstələnirlər, lakin tibb müəssisələrinə

müraciət etmir və özünümüalicə ilə məşğul olurlar.

İnternat məktəblərində və uşaq evlərində

təhsilini bitirən uşaqlar tez-tez sosial yardımdan

kənarda qalırlar.

– Uşaqların küçəyə düşmə riskini artıran digər

bir səbəb uşaqların asudə vaxtının səmərəli

təşkilində yaranmış problemlərdir.

– Küçə uşaqları döyülmək və ya seksual zorakılıq

daxil olmaqla daim təhlükəyə məruz qalırlar.

– Küçə uşaqları normal məişət şəraitində, ailələrdə

yaşamaq, yaxşı təhsilə və gəlir gətirən ixtisasa

yiyələnmək, iqtisadiyyatın formal sektorunda

işləmək və qanuni gəlir əldə etmək istəyirlər.

Lakin əksəriyyəti gələcəkdə normal həyat qura

biləcəklərinə az inanır.

– Son illər ərzində Azərbaycanda adekvat

siyasətin formalaşması və həyata keçirilməsi,

və uşaq inkişafının institutlaşdırılması üzrə

çox işlər görülüb. Ölkədə bu sahədə bütün

Beynəlxalq Konvensiyalara və normalara uyğun

gələn - uşaq inkişafının tənzimlənməsi və

uşaq hüquqlarının müdafiəsi üzrə lazımi qa-

Azərbaycanda küçə uşaqlarının vəziyyətinin təhlili

nunlar qəbul edilib və möhkəm normativ-hüquqi

baza yaradılıb. Lakin qanunların effektivliyinin

artırılması, təsirli mexanizmlərin yaradılması və

həyata keçirilməsi üçün əlavə normativ aktların

qəbulu tələb olunur.

– Küçə uşaqlarının sayı barədə etibarlı statistika

yoxdur. Küçə uşaqları ilə bağlı, xüsusən onların

sayını, cinsini və yaş üzrə bölgüsünü, təhsil

səviyyəsini və s. əks etdirən bütün uçot növləri

natamam və ya dolayı xarakter daşıyır.

Küçə uşaqlarının dəqiq statistik

məlumatının olmaması ekspertlərin müxtəlif

qiymətləndirmələrinə əsaslanan təhlilə müraciəti

zəruri edir. Bu isə qiymətləndirmə üsulları arasındakı

fərqdən irəli gəlir. Lakin buna baxmayaraq,

ekspert qiymətləndirmələri dolayı qarşılıqlı

əlaqələrə, faydalara və ehtimallara əsaslanan

nəticələrə gəlməyə və düzgün parametrləri təyin

etməyə imkan verir. Mövcud vəziyyət üçün bu ən

effektiv təhlil metodudur və bu tədqiqatda geniş

tətbiq olunmuşdur.

5

6

Azərbaycanda küçə uşaqlarının vəziyyətinin təhlili

mİnnətdArlıq

“SİQMA” İnkişaf və Beynəlxalq Əməkdaşlıq Tədqiqatlar Mərkəzi

bu Layihənin keçirilməsində göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə

və BMT-nin Uşaq Fonduna, rayon/şəhər İcra hakimiyyəti orqanlarına,

eləcə də layihədə yaxından iştirak edən ekspert və mütəxəssislərə öz

dərin minnətdarlığını bildirir.

tədqİqAt qrupunun heyətİ

Azərbaycanda küçə uşaqlarının vəziyyətinin təhlili

Layihənin ələqəndəricisi, “SİQMA” İnkişaf və

Beynəlxalq Əməkdaşlıq Tədqiqatlar Mərkəzinin baş direktoru

rasim ramazanov

Ekspert-sosioloq,

elnur Abbaszadə

Ekspert-hüquqşünas

nazir quliyev

Sahə işləri üzrə meneceri

ceyran nəsibova

Sahə işləri və ilkin məlumat bazasının yaradılmasına

31 nəfər əməkdaş cəlb olunmuşdur

7

8

Azərbaycanda küçə uşaqlarının vəziyyətinin təhlili

bölmə 1.

sorĞu nətİcələrİnİn təhlİlİ

Tədqiqat zamanı müsahibədə iştirak edən

respondentlərin 84.5%-ni oğlanlar, 15.5%-ni qızlar

təşkil etmişdir.

Respondentlərin böyük əksəriyyətini Bakı

şəhərindən olan küçə uşaqları təşkil etmişdir.

(Cədvəl 1)

Tədqiqata cəlb edilmiş küçə uşaqlarının orta

yaşı 14.4 yaş olmuşdur.

7 yaşadək respondentlər arasında 0.8%ni

oğlanlar 1.5%-ni qızlar, 7-10 yaşında olan

respondentlər arasında 6.2%-ni oğlanlar, 17.6%ni

qızlar, 11-16 yaşında olan respondentlərin

67%-ni oğlanlar, 60.3%-ni qızlar və 16 yaşdan

artıq respondentlər arasında 25.9%-ni oğlanlar

və 20.6%-ni qızlar təşkil etmişdir. (Diaqram 1)

Diaqram 1

Respondentlərin 85.6%-ni yerli ailələrdən

olan uşaqlar, 3%-ni məcburi köçkün ailələrdən

olan uşaqlar, 11.4%-ni digər ölkələrdən gəlmiş

və Azərbaycanda məskunlaşmış ailələrdən olan

uşaqlar təşkil etmişdir. Məcburi köçkün ailələr

Azərbaycan Respublikasının Ermənistan silahlı

qüvvələri tərəfindən işğal olmuş ərazilərdən

gəlmişdir. Digər ölkələrdən gəlmiş 50 ailənin 54%ni

Rusiyadan, 18%-ni İrandan, 6%-ni Türkiyədən

və 22%-ni digər ölkələrdən gəlmiş ailələrdən olan

respondentlər təşkil etmişdir. (Diaqram 2)

Şəhər/Rayon Sayı Faiz

Bakı 403 92.0

Lənkəran 10 2.3

Xaçmaz 5 1.1

Sumqayıt 5 1.1

Gəncə 2 0.5

Yevlax 10 2.3

Şırvan 3 0.7

Cəmi 438 100

məcburi köçkün 3.0

digər 11.4

yerli ailə 85.6

Cədvəl 1

Diaqram 2

Respondentlərin 33.6%-ni tam ailədən, 50.9%ni

natamam ailədən, 10%-ni valideynsiz ailədən,

4.8%-ni tənha (heç kimi olmayan) ailələrdən olan

uşaqlar olmuşlar. (Diaqram 3)

Yerli icra hakimiyyəti orqanının nümayəndəsi:

küçə uşaqları problemi əsasən ailələr ilə bağlıdır.

Valideyn öz üzərinə düşən funksiyanı tam yerinə

yetirmədiyi təqdirdə uşaqlar üzərində nəzarəti itirir

və bu da onların məktəbdən yayınmasına, nəzarətsiz

həyat tərzi keçirməsinə səbəb olur.

Tədqiqat çərçivəsində ekspertlərlə aparılmış

müsahibələrin nəticələri göstərmişdir ki,

ekspertlərin mütləq əksəriyyəti küçə uşaqları

probleminin bilavasitə ailələr ilə bağlı olduğunu

bildirmişlər. Belə ki, natamam ailələr, ailələrdə

uşaqların təlim-tərbiyəsinə nəzarətin azlığı,

ailələrin maddi vəziyyətinin çətin olması ailədə

olan uşaqları erkən yaşlarından təhsildən uzaqlaşıb

işləməyə məcbur edir.

Sorğu nəticəsində məlum olmuşdur ki, küçə

uşaqlarının olduqları ailələrin başçıları aşağıdakı

peşələrə malikdirlər:

Fəhlə - 23.6%

dilənçi - 21.9%

Xadimə - 18.2%

Xırda ticarətçi - 12.2%

Tədqiqat nəticəsində məlum olmuşdur ki,

respondentlərin ailələrinin orta aylıq gəliri 181

manat təşkil etmişdir ki, bu vəsaitin də böyük

əksəriyyəti müvəqqəti işlərdən gələn vəsaitlərdən

formalaşır.

Respondentlər ailə başçılarının 74.8%-nin

orta təhsilli, 21.4%-nin təhsilsiz, 2.7%-nin orta

ixtisas təhsilli və yalnız 1.1%-nin ali təhsilli olduqlarını

göstərmişlər. (Diaqram 4)

Azərbaycanda küçə uşaqlarının vəziyyətinin təhlili

Təhsil yoxdur 21.4%

Ali təhsil 1.1%

Orta ixtisas təhsil 2.7%

Orta təhsil 74.8%

Diaqram 3

Diaqram 4

9

10

Azərbaycanda küçə uşaqlarının vəziyyətinin təhlili

Respondentlərin 38.4%-i ayrıca şəxsi evə və

ya mənzilə malik olsa da, digər respondentlərin

9.1%-i yataqxanada, 37.4%-i kirayə mənzildə,

2.7%-i digər məqsədli sosial obyektlərdə, 5.9%i

sahibsiz tikintilərdə, 3.8%-i qohum evlərində

məskunlaşmışlar. (Diaqram 5)

Respondentlərin 90.3%-i qrup şəklində 9.7%-i

tək yaşadıqlarını bildirmişlər.

Respondentlərin 43.6%-i ailələri ilə birlikdə,

56.4%-i ailələrindən ayrı yaşadıqlarını bildirmişlər.

Ailələrindən ayrı yaşayan respondentlər ayrı yaşamaqlarını

aşağıda göstərilən səbəblərlə izah

etmişlər:

1. maddi imkansızlıq

2. ailələrinin onları qovması

3. ailədə olan münaqişə

4. sərbəst yaşamaq həvəsi

5. valideynlərin olmaması

Respondentlərin 37.7%-i 3 ildən az, 48.9%-i

3-5 il müddətində və 13.5%-i 5-ildən çox

mütəmadi olaraq küçədə olduqlarını bildirmişlər.

(Diaqram 6)

Respondentlərin 29 nəfəri (6.8%-i) öz sağlamlıq

statuslarını əla, 270 nəfəri (61.8%-i) yaxşı,

108 nəfəri (24.9%-i) pis, 27 nəfəri (6.2%-i) çox

pis kimi qiymətləndirmişlər. (Cədvəl 2)

Respondentlərin 164 nəfəri hazırda malik olduqları

xəstəlikləri göstərmişlər:

3 ildən az - 37.7%

5 ildən çox - 13.5%

Sağlamlıq statusu (%)

əla yaxşı pis çox pis

oğlanlar 6.7 63.9 23.2 6.2

Qızlar 8.8 50.0 33.8 7.4

bütün respondentlər 6.8 61.8 24.9 6.5

Xəstəliklər Say %

Dəri xəstəlikləri, allergiya 1 0.6

Astma və bronxitlər 16 9.8

Ürək, qan təzyiqi və ya qan dövranı ilə bağlı problemlər 39 23.8

Mədə, qara ciyər həzm sistemi ilə bağlı problemlər 30 18.3

Böyrəklə bağlı xəstəliklər 53 32.3

Epilepsiya (qıc olmalar) 2 1.2

Digər psixi, sinir və ya əhval-ruhiyə pozuntuları 2 1.2

Qollar, ayaqlar, pəncə, kürək və ya boyun ilə bağlı problemlər 10 6.1

Zöhrəvi xəstəliklər 11 6.7

Cəmi 164 100.0

Diaqram 5

Diaqram 6

3-5 il - 48.9%

Cədvəl 2

Cədvəl 3

Respondentlərin 95.7%-i hər hansı bir müalicə

almadığını bildirmişdir. Yuxarıda təqdim edilmiş

şəkildən göründüyü kimi öz sağlamlıq statuslarını

kafi və qeyri-qənaətbəxş qiymətləndirən

respondentlər belə son dövrlərdə öz xəstəlikləri

ilə bağlı heç bir müalicə almadığını bildirmişlər.

Əminə (ad şərtidir) dilənçilik, cinsi xidmət

və oğurluqla məşğul olur. Hal-hazırda onun

sağlamlığında çox ciddi problemləri yaranıb. Əminə

həm cinsi yolla keçən triper (süzənək) xəstəliyinin

daşıyıcısıdır, eyni zamanda onun ciyərlərində kifayət

qədər ciddi ağrıları var. Əminə eyni zamanda siqaret

çəkir və pivə içir. Onun ən böyük arzusu müğənni

olmaqdı.

Respondentlərin 80.5%-i hər hansı bir zərərli

vərdişlərə malik olduqlarını bildirmişlər.

Zərərli vərdişləri olduğunu bildirən

respondentlərin 72.2%-i siqaret çəkdiyini, 21%-i

toksik maddələrdən istifadə etdiklərini və 6.8%-i

spirtli içki içdiyini bildirmişlər. (Diqram 7)

Oğlan respondentlərin 72.9%-i siqaret

çəkdiklərini, 20.8%-i toksik maddə istifadə

ediklərini, 6.3%-i spirtli içki içdiklərini bildirmişlər.

Qız respondentlər arasında bu rəqəmlər müvafiq

olaraq 66.7%, 22.2% və 11.1% təşkil etmişdir.

(Cədvəl 4)

Respondentlərin 58.7%-i gündə iki dəfə,

41.3%-i gündə 3 dəfə qidalandıqlarını

göstərmişlər.

Respondentlər gün ərzində qəbul etdikləri qidanın

tərkibi haqqında suallara verdikləri cavabların

təhlili zamanı onların mütəmadi olaraq ət

məhsullarından istifadə etdikləri məlum olur. Yalnız

daha az yaşlıların xüsusən şam yeməklərində

tez-hazırlanan (fast food) qəlyanaltılardan istifadə

etməsi narahatedici hal kimi qiymətləndirilə

bilər.

Azərbaycanda küçə uşaqlarının vəziyyətinin təhlili

toksik maddə istifadəçisi - 21.0%

spirtli içki içirəm - 6.8%

siqaret çəkir - 72.2%

Zərərli vərdişlər oğlan Qız

Diaqram 7

Cədvəl 4

siqaret çəkir 291 72.9% 36 66.7%

toksik maddə istifadəçisi 83 20.8% 12 22.2%

spirtli içki içir 25 6.3% 6 11.1%

Cəmi 399 100.0% 54 100.0%

11

12

Azərbaycanda küçə uşaqlarının vəziyyətinin təhlili

Respondentlərin 24.2%-i evdə, 74%-i küçədə

(açıq havada) və 1.8%-i yeməkxanada gündəlik

yeməklərini yediklərini göstərmişlər. (Diqram 8)

Respondentlərin 41.3%-i evdə, 55.7%-i küçədə

və 3.0%-i digər yerlərdə (sahibsiz tikililərdə)

gecələdiklərini göstərmişlər. (Diqram 9)

Respondentlərin 175 nəfəri 40%-i heç bir

təhsil almadıqlarını bildirmişlər.

Respondentlərin 40%-i təhsilsiz, 30.6%-i ibtidai,

26.5%-i natamam orta və 3%-i tam orta

səviyyələrinə malik olmuşlar. (Diqram 12)

Yerli icra hakimiyyəti orqanının nümayəndəsi:

Ümumiyyətlə, küçə uşaqlarının təhsil və səhiyyə

xidmətlərinə çıxışları çox aşağı səviyyədədir. Üstəlik

valideyn nəzarəti olmadığı halda onlar sağalmaz

xəstəliklərə tutulur və bu da onların gələcəkdə

normal, sağlam vətəndaş kimi yetişməsinə maneələr

yaradır.

Tədqiqat nəticəsində müəyyən olunmuşdur ki,

respondentlərin 19.4%-i nə yazmaq, nə oxumaq,

nə də hesab biliklərinə malikdirlər.

Diaqram 11

Müəyyən edilmişdir ki, bu göstərici qızlar arasında

41.2%, oğlanlar arasında 15.4% təşkil edir.

Məktəb yaşda olan respondentlərin 88.8%-i

məktəbə getmədiklərini, 4.8%-i məktəbə getdiklərini,

3.4%-i hərdən məktəbə getdiklərini bildirmişlər.

Respondentlərdən 14 nəfəri artıq məktəbin natamam

və tam orta səviyyələrini bitirdiyi üçün

məktəbə getmədiklərini bildirmişlər.

evdə - 24.2%

evdə - 41.3%

yeməkxanada - 1.8%

kücədə (açıq havada) - 74.0%

digər- 3.0%

kücədə (açıq havada) - 55.7%

Diaqram 8

Diaqram 9

Diaqram 10

Məktəbə gedən respondentlər gün ərzində

orta hesabla 3.3 saat məktəbdə olduqlarını

bildirmişlər.

Tədqiqatda iştirak etmiş ekspertlərin fikrincə

uşaqların təhsildən yayınması küçə uşaqları

probleminin yarandığı haqqında ilk ciddi siqnal

ola bilər.

Məktəb yaşında olan və məktəbə getməyən

respondentlər məktəbə getmədiklərinin səbəbləri

kimi diaqram 13-də əks etdirilmiş səbəbləri

göstərmişlər. Belə ki, onların 41%-i əsas səbəb

kimi maddi imkansızlığı, 16.7%-i şəxsi istəklərinin

olmamasını, 15%-i valideynlərinin məktəbə

getmələrinə mane olduğunu, 8.5%-i müvafiq

sənədlərinin olmamasını göstərmişlər.

Aytacın (ad şərtidir) 8 yaşı olarkən atası vəfat edib.

Bundan sonra onun anası övladları ilə birgə şəhərə

gəlib. 11 yaşında şəhərə gələn Aytac yalnız evdə

oturub, anasına ev işlərində kömək edib. Atasının

vəfatından sonra o, yalnız 1 il məktəbə gedib və

sonra paltar almaq üçün pulun olmadığına görə

anası onu məktəbdən çıxardıb.

Respondentlərin 16.4%-i küçələrdə özlərini

tam təhlükəsiz, 25.8%-i qismən təhlükəsiz,

49.5%-i təhlükəli və 8.2%-i çox təhlükəli hesab

etdikləri bildirmişlər.

Nəticələr oğlan respondentlərə nisbətən qız

respondentlərin küçələrdə özlərini daha təhlükəli

hiss etdiklərini göstərməkdədir. Belə ki, əgər oğlan

respondentlərin yalnız 4.9%-i özlərini küçələrdə

tam təhlükəli hiss edirsə, qız respondentləri üçün

bu rəqəm 26.5% təşkil edir.

Respondentlərin 68.7%-i küçədə olduqları

müddətdə təhlükə ilə qarşılaşdıqlarını

bildirmişlər.

Azərbaycanda küçə uşaqlarının vəziyyətinin təhlili

təhsilsiz - 40.0% ibtidai - 30.6%

tam orta - 3.0%

Respondentin cinsi

oğlan ‑qız

natama orta - 26.5%

Diaqram 12

Diaqram 13

Cədvəl 5

Bütün

respondentlər

say % say % say %

Tam təhlükəsiz 64 17.3 8 11.8 72 16.4

Qismən təhlükəsiz 99 26.8 14 20.6 113 25.8

Təhlükəli 189 51.1 28 41.2 217 49.5

Çox təhlükəli 18 4.9 18 26.5 36 8.2

13

14

Azərbaycanda küçə uşaqlarının vəziyyətinin təhlili

Respondentlərin 65.4%-i əsas təhlükə mənbəyi

kimi digər küçə uşaqların, 28.9%-i polisləri və

5.7%-i digər adamları görüdüklərini bildirmişlər.

(Diaqram 14)

Sualı cavablandıran respondentlərin 11 nəfəri

cinsi zorakılığa məruz qaldıqlarını söyləmişlər.

Respondentlərin 32.6%-i özlərinin də

digərlərinə qarşı təcavüzkar xarakterli hərəkət

etdiklərini bildirmişlər. (Diaqram 15)

Raminin (ad şərtidir) dediyinə görə, küçədə özünü

çox vaxt təhlükəli hiss edir, çünki diləndikləri zaman

polislər onları qoymur rahat işləməyə, hətta onun

özünü belə bölməyə apardıqlarını söyləyir. Adi

camaatın belə onlara qarşı sərt olduqlarını söyləyir.

Özünü sakit uşaq kimi qələmə verən respondent

heç kimlə işi olmadığını, heç kimə təcavüz

etmədiyini söylədi. Hər hansı problemi olduğunda

əsasən anasına, sonra xalasına müraciət edir.

Digərlərinə qarşı təcavüzkar xarakterli hərəkət

etdiklərini bildirən respondentlərin 91.2%-i bu

hərəkətləri özlərini müdafiə uçun etdiklərini vurğulamışlar.

Respondentlərin 44 nəfəri (10%) heç bir

problemlə üzləşmədiklərini bildirmişlər. Problemlə

üzləşəndə respondentlərin 20 nəfəri hüquqmühafizə

orqanlarına, 82 nəfəri qohumlara, 143

nəfəri dostlarına müraciət etdiklərini bildirmişlər.

Respondentlərin 149 nəfəri problemləri özlərinin

həll etdiklərini göstərmişlər. (Diaqram 16)

Aidiyyəti üzrə müraciət etməyən respondentlər

bu halı aşağıdakı səbəblərlə izah etmişlər:

1. hara müraciət edəcəyimi bilmirəm;

2. heç kimə ümidim yoxdur;

3. müraciət etməyə qorxuram.

polislər- 28.9%

bəli - 32.6%

digər adamlar - 5.7%

cavabdan imtina - 2.3%

digər küçə uşaqları - 65.4%

xeyr - 65.1%

Diaqram 14

Diaqram 15

Diaqram 16

Respondentlərin bir qismi eyni zamanda bir

neçə fəaliyyət növü ilə məşğul olurlar. Amma böyük

əksəriyyətinin əsas fəaliyyət növü dilənməkdir.

(Diaqram 17)

Respondentlər orta hesabla gün ərzində 8.2

saat işlədiklərini bildirmişlər.

Respondentlərin 50% maddi imkansızlıq

səbəbindən işləməyə məcbur olduqlarını, 24.4%-i

ailələlərinin onları məcbur etdiklərini göstərmişlər.

(Diaqram 18)

Tədqiqatda iştirak edən respondentlər gün

ərzində orta hesabla 8.13 manat gəlir əldə

etdiklərini və orta hesabla 5.3 manat xərcləri olduğunu

bildirmişlər.

Tədqiqata cəlb edilmiş ekspertlərin fikrincə

əhalinin böyük hissəsinin uşaq əməyindən

istifadənin qanunla qadağan olunduğu haqqında

kifayət qədər bilgilərə malik deyillər. Bunun

da nəticəsində bir çox yerlərdə ucuz olması

səbəbindən uşaq əməyindən geniş istifadə olunur

və erkən məşğulluq uşaqların fizioloji və psixoloji

sağlamlığına ciddi şəkildə mənfi təsir göstərir.

Polis inspektoru: Uşaq əməyindən istifadə edənlər

məncə bunun qanunla qadağan olunduğu haqqında

məlumatı olmayanlardır. Bir də uşaq əməyi ucuz

olduğu üçün sahibkarlar üçün daha əlverişlidir.

Respondentlərin 420 nəfəri qazandıqları

pulları yeməyə, 57 nəfəri paltara, 293 nəfəri

siqaretə, 68 nəfəri toksik maddələrin alınmasına

xərclədiklərini bildirmişlər. (Diaqram 19)

Respondentlərin 62.1%-i əldə etdikləri pulların

bir qismini və ya tam hissəsini digər

şəxslərə vermək məcburiyyətində olduqlarını

göstərmişlər.

Azərbaycanda küçə uşaqlarının vəziyyətinin təhlili

heç kim - 25.6%

ailəm - 24.4%

maddi imkənsızlıq - 50.0%

Diaqram 17

Diaqram 18

Diaqram 19

15

16

Azərbaycanda küçə uşaqlarının vəziyyətinin təhlili

Öz qazandıqlarının bir hissəsini və ya tam

hissəsini digər şəxslərə vermək məcburiyyətində

olan şəxslərin 66.3%-i bu hissəni ailə üzvlərinə,

28.1%-i dostlarına, 1.6%-i digər şəxslərə (adlarını

qeyd etmək istəmədikləri) və 3.9%-i polislərə

verdiklərini söyləmişlər. (Diaqram 20)

Öz qazandıqlarının bir hissəsini və ya tam

hissəsini digər şəxslərə vermək məcburiyyətində

olan uşaqların 9%-i bu hissəni məcburi olaraq

verdiklərini bildirmişlər.

Respondentlərin 80%-i hazırkından digər yaşayış

tərzini seçmək istəkləri olduğunu bildirmişlər.

Maraqlıdır ki, respondentlərin 13%-i bu sualı cavablandırmaqda

çətinlik çəkmişlər.

Respondentlər gələcəkdə özlərini necə

gördükləri haqqında suala aşağıdakı cavabları

vermişlər:

1. hazırkı vəziyyətdə olduğu kimi;

2. Gələcəyə ümid yoxdur;

3. ticarətçi kimi

4. yüksək gəlirli iş adamı kimi;

5. sürücü kimi və s.

Respondentlərin 22%-i bu suala cavab verə

bilmədiklərini qeyd etmişlər.

Respondentlərin 89.5%-i (392 nəfər) ailədə

yaşamağı küçədə yaşamaqdan daha üstün tutduqlarını

bildirmişlər. Respondentlərin 3.4%-i (15

nəfəri) tək yaşamağa üstünlük verdiklərini və

2.3%-i (10 nəfəri) ailədə yaşamağa pis baxdıqlarını

qeyd etmişlər. (Diaqram 21)

Rəyi soruşulan respondentlərin 90%-i hərhansı

bir arzusu olduğunu bildirmişdir. Bu arzuları

əsasən aşağıdakı kimi qruplaşdırmaq mümkündür:

1. yaşamaq üçün kifayət qədər pul;

2. məktəbə getmək;

3. Ailədə yaşamaq və s.

Respondentlərin yalnız 58%-i bu arzularının

həyata keçməsinə inandıqlarını bildirmişlər.

digər şəxslərə - 1.6%

bilmirəm - 4.8%

dostlarima - 28.1%

polislərə - 3.9%

ailə üzvlərimə - 66.3%

pis - 2.3%

tək yaşamaq

daha yaxşıdır - 3.4%

yaxşı - 89.5%

Diaqram 20

Diaqram 21

Azərbaycanda küçə uşaqlarının vəziyyətinin təhlili

Samir (ad şərtidir): Atam həm dülgərlik edir, həmdə fəhləlik. Ona görə də ona kömək etməyi özümə borc

bilirəm. Mənim işləməyim dərsimə mane olur. Beynimin yorğunluğu çıxandan sonra işləyirəm, sonra gedirəm

hazırlığa. Təmiz başla dərslərimə hazırlaşıram. Əvvəllər ailəmdə heç kəs bilmirdi mənim işlədiyimi. Sonra atam

gördü təsadüfən. Vəziyyətimiz yaxşı olmadığı üçün atam hazırlığıma pul çatdırmır. Mən də akademiyaya daxil

olmaq istəyirəm. Bunun üçün işləyirəm. Bəyəm bu pisdir ki? Mən özümü küçə uşağı adlandırmazdım. Mənim

ailəm də var, qalmağa yerim, evimiz də var. Bu gün əziyyət çəkirəmsə, inanıram ki, instituta qəbul olacam və

əziyyətlərim bitəcək. Mən gələcəyimi parlaq görürəm.

Tədqiqatda iştirak edən ekspertlərin fikrincə

küçə uşaqları probleminin həllində cəmiyyətin

bütün səviyyələrinin iştirakı və məsuliyyəti vardır.

Lakin bu problemin müəyyən aspektləri məhz

konkret dövlət strukturlarının məsuliyyətindədir.

Belə ki, uşaqların ailələrdən ayrı yaşaması,

təhsildən yayınması problemin ilk mərhələsidir

və bu mərhələdə yerli icra hakimiyyəti orqanları,

məktəblərin müdaxiləsi vacibdir.

Yerli icra hakimiyyəti orqanın nümayəndəsi:

küçədə uşaqların təhlükəsizliyinin təminatında

hüquq-mühafizə orqanları, ictimai təşkilatlar əsas

rol oynamalıdırlar. Yerli icra hakimiyyəti orqanları

onların təhsil və səhiyyə xidmətlərinə çıxışlarının

təmin olunmasına xidmət etməlidirlər və uşaq

əməyindən istifadənin qarşısının alınmasına dair

ciddi təbliğat aparmalıdırlar.

Uşaqların küçələrdə istismar olunması,

əməyə cəlb olunmasının yolverilməzliyi haqqında

məlumatlılıq səviyyəsinin artırılması

sahəsində aidiyyəti dövlət orqanlarının və yerli

qeyri-hökumət təşkilatlarının qarşılıqlı fəaliyyəti

daha da gücləndirilməlidir.

Artıq küçələrdə yaşayan uşaqların yenidən

ailələrə qaytarılması və ya reabilitasiyası yerli

polis strukturlarının, ictimai təşkilatların, yerli icra

hakimiyyəti orqanlarının və bələdiyyələrin ciddi

müdaxiləsi ilə həyata keçirilməlidir.

17

18

Azərbaycanda küçə uşaqlarının vəziyyətinin təhlili

bölmə 2. mövcud qAnunverİcİlİyİn

ekspertİzAsının nətİcələrİ

Küçə uşaqları-18 yaşına qədər olan, ailəsinin

olub-olmamasından asılı olmayaraq həyatının

əsas hissəsini “küçədə yaşayan” və küçə

həyatının onların həyat tərzinə birbaşa təsiri

olan uşaqlara aid edilir.

Azərbaycanda da küçə uşaqları mövcuddur və

bu uşaqların sayı ilə bağlı dəqiq statistik məlumat

mövcud deyildir. Dövlət Statistika Kömitəsinin

apardığı statistik müayinə Bakı şəhərində olan

208 uşağı əhatə etmişdir. Bir çox hallarda rəsmi

məlumatlar bu rəqəmə əsaslanır. 1

Müxtəlif mənbələrə əsasən Azərbaycanda

küçə uşaqlarının sayı 2000-ə yaxındır.

Aparılan araşdırmalar göstərir ki, uşaqların

küçələrdə yaşamasının qarşısının alınmasında

yaranan problemlər aşağıdakılardır:

1. Valideynlərin məsuliyyətsizliyi;

2. İcma Əsaslı Reabilitasiya Mərkəzlərinin olmaması;

3. Sosial işçilərin sayının az olması və sosial

işçilərin statusu ilə bağlı Qanunun olmaması;

4. Sosial Sifariş Haqqında Qanunun olmaması;

5. Qanunvericilikdə olan boşluqlar;

6. Qanunların icra mexanizmində olan çətinliklər

İnternat müəssisələrini tərk edən, cinsi və

fiziki zorakılığa məruz qalan, qeyri-rəsmi nikahlardan

dünyaya gələn, əməyi istismar olunan

və valideynlərin zəif nəzarət etdiyi uşaqlar küçə

uşaqlarının böyük hissəsini təşkil edir.

Azərbaycan respublikasının konstitusiyasının

17–ci maddəsinə əsasən uşaqların qayğısına

qalmaq və onları tərbiyə etmək valideynlərin

1 Dövlət Statistika Komitəsinin küçə uşaqları ilə bağlı araşdırması

borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət

nəzarət edir. 2 Valideynləri və ya qəyyumları olmayan,

valideyn qayğısından məhrum olan uşaqlar

dövlətin himayəsindədirlər. Uşaqları onların

həyatına, sağlamlığına və ya mənəviyyatına

təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır.

15 yaşına çatmamış uşaqlar işə götürülə

bilməzlər. Uşaq hüquqlarının həyata keçirilməsinə

dövlət nəzarət edir.

uşaq hüquqları konvensiyanın 1-ci

maddəsinə əsasən hər bir insan 18 yaşına

çatanadək Konvensiyanın məqsədlərinə görə

uşaq sayılır. 3 Azərbaycanda uşaqlıq yaşı ilə bağlı

müəyyən ziddiyyətlər mövcuddur. Bu ziddiyyətlər

uşaqlarla bağlı statistik məlumatların toplanmasında

və uşaqlara münasibətdə çətinlik yaradır.

Ailə Məcəlləsinə əsasən oğlanlar 18, qızlar isə

17 yaşında rəsmi nikaha daxil ola bilər. Müstəsna

hallarda yaş 1 il azaldıla bilər. Gənclər Siyasəti

Haqqında Qanuna əsasən 14-29 yaşlı şəxslər

gənc sayılır.

uşaq hüquqları konvensiyanın 20-ci

maddəsinə əsasən öz ailə mühitindən müvəqqəti

və ya daimi məhrum olan, yaxud özünün mənafeyi

naminə belə mühitdə qala bilməyən uşaq dövlət

tərəfindən xüsusi müdafiə edilmək və yardım almaq

hüququna malikdir. 4

Küçə həyat tərzi keçirən uşaqların əsas

çətinliklərindən biri də onların əməyinin istismar

olunmasıdır. Bu məsələlərin qarşısının alınması

üçün ölkəmiz milli qanunvericiliyində müvafiq

müddəalar daxil etməklə yanaşı beynəlxalq

2 Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsi

3 Uşaq Hüquqları Konvensiyasının 1-ci maddəsi

4 Uşaq Hüquqları Konvensiyasının 20-ci maddəsi

sənədlərə də qoşulmuşdur. Azərbaycan Respublikası

13 yanvar 2004-cü ildə Beynəlxalq Əmək

Təşkilatının Baş Konfransı tərəfindən qəbul edilmiş

“uşaq əməyinin ən pis formalarının qadağan

edilməsinə və onların aradan qaldırılması

üçün təcili tədbirlərə dair” konvensiyaya

(onun müddəalarını tamamlayan 190 nömrəli

Tövsiyə daxil olmaqla) qoşulmuşdur. 5 Konvensiyanın

6-cı maddəsinə əsasən hər bir üzv dövlət

uşaq əməyinin ən pis formalarının prioritet qaydada

aradan qaldırılması üzrə fəaliyyət proqramları

hazırlamalı və həyata keçirməlidir. Ötən

müddət ərzində ölkəmizdə əsaslı formada belə

bir fəaliyyət Proqramları hazırlanmamışdır.

Azərbaycan respublikasının Ailə məcəlləsinin

60-cı maddəsinə əsasən valideynlik hüquqlarını

həyata keçirərkən valideynlər uşaqların

mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl

yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların

istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına,

qəddarlığa, kobudluğa, biganəliyə

yol verilə bilməz. Valideynlik hüquqlarını həyata

keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan

vuran valideynlər qanunvericiliklə müəyyən

olunmuş qaydada məsuliyyət daşıyırlar. 6 Bir

çox hallarda valideynlər uşaqları dilənçiliyə və

işləməyə məcbur edirlər. Uşaqların öz hüquqlarını

bilməməsi və belə hallarla bağlı rəsmi

müraciətlərin edilməməsi uşaqların davamlı olaraq

hüquqlarının pozulmasına səbəb olur. Bəzən

belə həyat tərzinə dözməyən uşaqlar evdən qaçır

və küçələrdə yaşamağa başlayır.

Azərbaycan respublikasının Ailə məcəlləsinin

64-cü maddəsinə əsasən valideynlər

öz vəzifələrini yerinə yetirmədikdə, valideynlik

hüquqlarından sui-istifadə etdikdə, uşaqlarla

amansız davrandıqda, onları fiziki və psixi

təzyiq altında saxladıqda valideynlik hüququndan

məhrum edilə bilər. 7 Bir çox hallarda valideynlər

tərəfindən uşaqlara qarşı zorakılığın edilməsi

və öz valideynlik hüquqlarında sui-istifadə

5 Uşaq əməyinin ən pis formalarının aradan qadağan edilməsi və

onların aradan qaldırılması üçün Təcili Tədbirlərə dair Konvensiya

6 Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60-cı maddəsi

7 Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 64-cü maddəsi

Azərbaycanda küçə uşaqlarının vəziyyətinin təhlili

edilməsi uşaqların küçələrdə yaşamasına səbəb

olur. Təcrübədə uşaqlara qarşı zorakılıq edən

və valideynlik hüquqlarından düzgün istifadə

etməyən valideynlərin valideynlik hüquqlarının

məhdudlaşdırılmasına çox az rast gəlinir.

Ailə məcəlləsinin 115-ci maddəsinin

tələblərinə uyğun olaraq Təhsil və Səhiyyə

Nazirlikləri valideyn himayəsindən məhrum olan

uşaqlar haqqında məlumatları mərkəzləşdirilmiş

uçota alır, ümumi uçota alınmaq üçün Ailə, Qadın

və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə

təqdim edir, bundan sonra onların tərbiyə olunmaq

üçün ailələrdə yerləşdirilməsinə yardım edir. 8

Təcrübədə belə uşaqların uçota alınması ilə bağlı

çətinliklər mövcuddur. Belə ki, qəyyumluğa və

övladlığa uşaq götürmək istəyən şəxslər müxtəlif

problemlərlə üzləşirlər.

Ailə məcəlləsinin 142-ci maddəsi himayədar

ailənin yaranmasını nəzərdə tutur. Himayədar ailə

uşağı tərbiyə olunmaq üçün vermə müqaviləsi

əsasında yaranır. Bu müqavilə qəyyumluq və

himayə orqanı ilə himayədar valideynlər (uşağı

tərbiyə olunmaq üçün ailəyə götürmək arzusunda

olan ər-arvad və ya ayrı-ayrı vətəndaşlar)

arasında bağlanır. Himayədar ailəyə tərbiyə

üçün yalnız yetkinlik yaşına çatmamış uşaq və

yalnız müqavilə ilə nəzərdə tutulmuş müddətə

verilə bilər. Himayədar ailə haqqında Nazirlər

Kabineti tərəfindən Əsasnamə hazırlanmalı və

təsdiq olunmalıdır. 2000-ci ildən bu müddəanın

Məcəllədə olmasına baxmayaraq bu günə qədər

Əsasnamə hazırlanmamışdır. Küçədə yaşayan

uşaqların bir çoxu valideyn nəzarətsizliyindən və

ya valideynlərinin olmamasından belə vəziyyətlə

üzləşirlər. Himayədar ailələrin yaradılması risk

qrupuna daxil olan və valideyn himayəsindən

məhrum olan uşaqların küçələrdə yaşamasının

və işləməsinin qarşısını əsaslı dərəcədə ala

bilər. 9

Küçə uşaqları hər zaman risk qrupuna daxildir.

Bu baxımdan onların əməyinin istismar

olunması, insan alverinin qurbanına çevrilməsi

8 Ailə Məcəlləsinin 115-ci maddəsi

9 Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 142-ci maddəsi

19

20

Azərbaycanda küçə uşaqlarının vəziyyətinin təhlili

və məcburi əməyə cəlb olunması istisna deyildir.

Azərbaycan respublikası cinayət məcəlləsinin

144.1-ci maddəsinə əsasən-İnsan alveri dedikdə

şəxsin alqı-satqısı və ya ona sahibliklə əlaqədar

digər əqdlərin bağlanması, yaxud onun istismar

edilməsi məqsədilə Azərbaycan Respublikasının

dövlət sərhədindən keçirilməsi üçün və ya eyni

məqsədlə digər şəxslərə verilməsi üçün cəlb

edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi,

daşınması, verilməsi və ya qəbul edilməsi başa

düşülür. 10 Bu əməlin törədilməsi əmlakı müsadirə

olunmaqla beş ildən on ilədək müddətə azadlıqdan

məhrum etmə ilə cəzalandırılır. Eyni

əməlin yetkinlik yaşına çatmayan şəxs barəsində

törədilməsi ağırlaşdırıcı hal kimi qəbul olunur

və əmlakı müsadirə olunmaqla səkkiz ildən on

iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə

cəzalandırılır.

Azərbaycan respublikası cinayət məcəlləsinin

144.2-ci maddəsinə əsasən hədəqorxu,

zor tətbiq etməklə və ya zor tətbiq etmək

hədəsi ilə, habelə qanunvericiliklə müəyyən

edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını

məhdudlaşdırmaqla müəyyən işin yerinə

yetirilməsinə (xidmətin göstərilməsinə) məcbur

etmə-iki ilədək müddətə islah işləri və ya

eyni müddətə azadlıqdan məhrum etmə ilə

cəzalandırılır. 11 Belə əməlin yetkinlik yaşına

çatmayan şəxs barəsində törədilməsi ağırlaşdırıcı

hal kimi nəzərdə tutulur və üç ildən beş

ilədək müddətə azadlıqdan məhrum etmə ilə

cəzalandırılır.

Azərbaycan respublikası cinayət məcəlləsinin

152-ci maddəsinə əsasən 12 Yetkinlik

yaşına çatmış tərəfindən aşkar surətdə on altı

yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və

ya seksual xarakterli başqa hərəkətlər etmə-üç

ilədək müddətə azadlığın məhdudlaşdırılması və

ya eyni müddətə azadlıqdan məhrum etmə ilə

cəzalandırılır. Müşahidələr göstərir ki, öz ailələri

tərəfindən cinsi və fiziki zorakılığa məruz qalma

10 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.1-ci

maddəsi

11 Azərbaycab Respublikasının Cinayət Məcəlləsinin 144.2-ci

maddəsi

12 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152-ci maddəsi

uşaqların ailələrdən uzaqlaşmasına, xüsusilə də

küçə həyat tərzi keçirməsinə səbəb olur. Eyni zamanda

bəzi hallarda küçələrdə yaşayan 16 yaşına

çatmayan uşaqlar başqa şəxslər tərəfindən

və ya küçədə yaşayan uşaqlar tərəfindən cinsi

zorakılığa məruz qala bilərlər.

“yetkinlik yaşına çatmayanların işləri və

hüquqlarının müdafiəsi üzrə” komissiyaların

fəaliyyətini 31 may 2002-ci il tarixli Qanunu

ilə təsdiq edilmiş Əsasnamə tənzimləyir. 13 Komissiyanın

əsas məqsədi yetkinlik yaşına çatmayanlara

tərbiyəvi təsir göstərməkdən, onların

hüquqlarını və qanuni mənafelərini qorumaqdan,

davranışına nəzarət etməkdən, qanunazidd

əməllərin qarşısını almaqdan, göstərilən

məsələlərdə dövlət və yerli özünüidarəetmə

orqanlarının, mülkiyyət formasından asılı olmayaraq

müəssisələrin, idarələrin və təşkilatların

fəaliyyətini əlaqələndirməkdən ibarətdir.

Komissiyanın Əsasnaməsinin 5-ci maddəsinin

2-ci bəndinə əsasən Komissiya yetkinlik yaşına

çatmayanların hüquqlarının və qanuni

mənafelərinin qorunması, həyat şəraitinin yaxşılaşdırılması,

sağlamlığının qorunması, tərbiyəsi,

təhsil alması, işləməsi və istirahəti, baxımsızlığının

və kimsəsizliyinin profilaktikası sahəsində müvafiq

proqramların işlənib hazırlanmasında iştirak

etmək və onların icrasına nəzarət etmək, yetkinlik

yaşına çatmayanların hüquq pozuntularının profilaktikasını

həyata keçirən orqan və müəssisələrin

fəaliyyətini əlaqələndirmək işini aparmalıdır.

Beynəlxalq və yerli təşkilatların, o cümlədən

müxtəlif dövlət qurumlarının apardıqları araşdırmalara

əsasən belə bir qənaətə gəlmək mümkündür

ki, bir çox hallarda komissiyalar öz üzərinə

düşən funksiyanı yerinə yetirə bilmir. Komissiyaların

maddi texniki bazası və kadr potensialı

səmərəli fəaliyyətə imkan vermir. Bu səbəbdən

Komissiyalar uşaqların küçələrə düşməsinin qarşısının

alınmasında, küçə uşaqlarının ailələrə

qaytarılmasında və onların sosial reabilitasiyasında

əsaslı fəaliyyət göstərə bilmir.

13 Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi

üzrə Komissiyalar haqqında Əsasnamə

uşaq hüquqları haqqında Azərbaycan

respublikasının qanunun 4-cü maddəsinə və

həmin qanunun icrası ilə əlaqədar qəbul edilən

Prezident Fərmanına əsasən Azərbaycan Respublikasında

uşaq hüquqlarının müdafiəsinə

nəzarəti Azərbaycan Respublikasının Nazirlər

Kabineti yanında, Naxçıvan Muxtar Respublikasının

Nazirlər Kabineti yanında və rayon, şəhər,

icra hakimiyyəti orqanları yanında Yetkinlik yaşına

çatmayanların işləri və hüquqlarının müdafiəsi

üzrə Komissiyalar, Ailə, Qadın və Uşaq Problemləri

üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının

Daxili İşlər Nazirliyi, məhkəmə və prokurorluq

orqanları, bələdiyyələr, habelə ictimai birliklər,

həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu

orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində

uşaq hüquqlarının üstün mühafizəsi prinsipini

əsas tutmalıdırlar. 14 Müxtəlif sorğular və araşdırmalar

göstərir ki, qeyd olunan orqanlar arasında

koordinasiya işinin zəif təşkil olunması uşaqların

hüquqlarının müdafiə olunmasına və onlara

müxtəlif xidmətlərin göstərilməsinə imkan vermir.

Bunun nəticəsində də müxtəlif sosial problemlə

üzləşən uşaqlar küçələrdə yaşamağa və işləməyə

məcbur olur.

valideynlərini itirmiş və valideyn himayəsindən

məhrum olmuş uşaqların sosial

müdafiəsi haqqında Azərbaycan respublikasının

qanunun 7-ci maddəsinə əsasən

Valideynlərini itirmiş və valideyn himayəsindən

məhrum olmuş uşaqlar, habelə onların arasından

olan şəxslər və qəyyumluqda (himayədə) olan

uşaqlar bütün tipdən olan təhsil müəssisələrində

təhsil aldıqları, Azərbaycan Respublikasının

Silahlı Qüvvələri sıralarında xidmət etdikləri,

əhaliyə sosial xidmət və habelə cəzaçəkmə

müəssisələrində olduqları bütün müddət ərzində

qanunvericiliklə müəyyən olunmuş qaydada

valideynlərinə və ya özlərinə məxsus olan, yaxud

əvvəllər yaşamış olduqları mənzil sahələrinə hüquqlarını

saxlayırlar. Bu mənzilə köçmək mümkün

olmadıqda, onlar həmin yaşayış sahəsinə

bərabər olan mənzillə növbədənkənar təmin

14 Uşaq Hüquqları haqqında Azərbaycan Respublikasının

Qanununun 4-cü maddəsi

Azərbaycanda küçə uşaqlarının vəziyyətinin təhlili

edilirlər. 15 Təcrübədə müəyyən olunmuşdur ki,

valideynlərini itirmiş və valideyn himayəsindən

məhrum olmuş uşaqlar müəssisələrdə olduqları

müddətdə onlara məxsus əmlak və mənzillər

kənar şəxslər və ya yaxın qohumlar tərəfindən

zəbt olunur. Bunun nəticəsində də həmin uşaqlar

müəssisələri tərk etdikdən sonra mənzilsiz qalır

və bunun nəticəsində də küçələrdə yaşamağa

və ya küçə həyat tərzi keçirməyə məcbur olurlar.

Eyni zamanda hal-hazırda dövlətin ehtiyatında

mənzil fondu olmadığı üçün belə uşaqları

mənzillə təmin edə bilmir.

reklam haqqında Azərbaycan respublikasının

qanunun 19-cu maddəsinə əsasən KİVlər

tərəfindən sosial reklamlar verilməlidir. 16 Sosial

reklam ictimai və dövlət maraqlarına xidmət

edir. Küçə uşaqları problemi də ictimai və dövlət

maraqları ilə sıx bağlıdır. Bu baxımdan müxtəlif

KİV-lər sosial reklamın hazırlanmasında və yayılmasında

maraqlı olmalıdır. Təəssüf ki, təcrübədə

sosial reklam tətbiqinə çox az rast gəlinir və Reklam

haqqında Qanunun bu müddəası tətbiq olunmur.

Uşaqların küçələrə düşməsinin qarşısının

alınmasında və onların küçələrdə keçirdikləri ağır

həyat tərzini sosial reklamlar vasitəsilə insanlara

və müxtəlif qurumlara çox asanlıqla çatdırmaq

olar.

uşaq hüquqları haqqında Azərbaycan

respublikasının qanunun 39-cu maddəsinə

əsasən Dövlət qanunvericiliklə müəyyən edilmiş

qaydada uşaqların baxımsızlığının və hüquq

pozuntularının profilaktikasını həyata keçirir. 17

Bu məqsədlə qanunvericilikdə dəqiq normaların

müəyyən olunması və həyata keçirilən profilaktik

tədbirlərin davamlı həyata keçirilməsi çox

zəruridir.

Küçə uşaqları arasında yoluxucu xəstəliklərin

yayılması riski çox böyükdür. Eyni zamanda küçə

uşaqları arasında narkotik vasitələrdən istifadə

15 Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş

uşaqların sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının

Qanununun 7-ci maddəsi

16 Reklam haqqında Azərbaycan Respublikasının Qanununun 19-cu

maddəsi

17 Uşaq Hüquqları Haqqında Azərbaycan Respublikasının Qanunu

21

22

Azərbaycanda küçə uşaqlarının vəziyyətinin təhlili

halları da mövcuddur. Narkotik istifadəçisi olan

uşaqlar eyni avadanlıqlardan (diş fırçası, şprislər

və s.) istifadə etməklə İİV/QİÇS-in yayılmasına

geniş şərait yaradırlar. Bu məsələlərin qarşısının

alınması üçün 11 may 2010-cu ildə İnsanın immunçatışmazlığı

virusunun törətdiyi xəstəliklə

mübarizə haqqında qanun qəbul olunmuşdur. 18

Qanunun 20-ci maddəsinə əsasən İİV infeksiyasının

profilaktikası məqsədi ilə yüksək riskli əhali

qrupunun üzvləri arasında beynəlxalq təcrübədə

tətbiq edilən zərərin azaldılması proqramları tətbiq

olunur. Buraya inyeksiya üçün steril ləvazimat

ilə təminat, fərdi qoruyucu vasitələrlə təminat,

əvəzedici müalicəyə cəlb etmə, İİV-in yayılması

yolları və onun qarşısının alınmasının üsulları

haqqında, eləcə də təhlükəsiz davranış haqqında

məlumatlandırma, hüquqi və psixoloji yardım və

reabilitasiya proqramları aid edilir. Zərərin azaldılması

proqramları tərbiyəvi, maarifləndirmə,

məlumatlandırma, müalicəvi, tibbi-profilaktik, reabilitasiya

və məsləhət xarakterli tədbirləri əhatə

edir, qabaqlayıcı xarakter daşıyan üsulların əhali

üçün əlçatanlığını təmin etməklə həyata keçirilir.

yetkinlik yaşına çatmayanların baxımsızlığının

və hüquq pozuntularının profilaktikası

haqqında qanun 24 may 2005-ci ildə

qəbul edilmişdir. Qanun yetkinlik yaşına çatmayanların

baxımsızlığının və hüquq pozuntularının

profilaktikası ilə əlaqədar yaranan ictimai

münasibətləri tənzimləyir, bu sahədə dövlət orqanlarının,

müəssisələrin və təşkilatların hüquq

və vəzifələrini müəyyən edir. 19

Bu Qanunun icrasında çətinlik yaradan əsas

məqamlardan biri də Bakı şəhərində alternativ

tədbirlərin tətbiqi üzrə yalnız bir Reabilitasiya

Mərkəzinin olmasıdır. Bu Mərkəz, Daxili İşlər Nazirliyinin

və UNİCEF-in dəstəyi ilə yaradılmışdır.

Təcrübə göstərir ki, küçə uşaqları və hüquq pozuntusuna

yol verən uşaqlar anlayışı bir-birinə

çox bağlıdır. Belə ki, küçə uşaqlarının çoxu teztez

hüquq pozuntusu edir və ya hüquq pozun-

18 İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklərlə

mübarizə haqqında Qanun

19 Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq

pozuntularının profilaktikası haqqında Qanun

tusu edən uşaqlar küçə həyat tərzi keçirməyə

meyllidirlər.

Eyni zamanda polis orqanları tərəfindən həmin

uşaqlar saxlanıldıqdan sonra həmin uşaqların

qeydiyyatda olduqları rayonların polis qurumlarına

təhvil verilir. Regionlarda belə uşaqlar üçün

İcma Əsaslı Reabilitasiya Mərkəzləri olmadığı

üçün yerli polis qurumu və Yetkinlik Yaşına Çatmayanlarla

İş və Onların Hüquqlarının Müdafiəsi

üzrə Komissiyalar həmin uşaqları valideynlərinə

və ya yaxın qohumlarına verir. Qısa müddətdən

sonra həmin uşaqlar yenidən Bakı şəhərində

küçə həyat tərzi keçirməyə başlayırlar.

Azərbaycan respublikasında baxımsız

və küçə uşaqları probleminin həlli üzrə 14

aprel 2003-cü ildə Azərbaycan Respublikasının

Nazirlər Kabinetinin Sərəncamı ilə Tədbirlər Planı

qəbul edilmişdir. 20 Tədbirlər Planında qeyd

olunur ki, Baxımsız uşaqlar-yetim və ya valideyn

himayəsindən məhrum olmuş və müvafiq dövlət

strukturlarında qeydiyyata alınmamış 18 yaşına

qədər olan uşaqlardır. «Küçə uşaqları» anlayışı

küçədə yaşayan və küçədə işləyən uşaqları

əhatə edir. Tədbirlər Planında nəzərdə tutulmuş

uşaq baxımsızlığı və küçə uşaqları probleminin

aradan qaldırılması istiqamətində müvafiq işlərin

aparılması, uşaq problemi ilə bağlı beynəlxalq

tələbləri nəzərə almaqla uşaq hüquqlarının qorunub

saxlanması istiqamətində aparılan işlərin

gücləndirilməsi, zəif sosial qruplardan olan uşaqlar

üçün sosial və psixoloji reabilitasiya işinin

təşkili istiqamətində bir sıra işlər görülmüşdür.

Eyni zamanda Tədbirlər Planının təcrübədə icrası

hələ də bir sira məsələləri və boşluqları ünvanlaya

bilməmişdir.

bmt-nin uşaq hüquqları komitəsi 19 yanvar

2006-cı ildə keçirdiyi iclasında Azərbaycanda

uşaqların vəziyyəti ilə bağlı hesabatı dinləmiş

və tövsiyələr irəli sürmüşdür. 21 Komitə iclasında

Azərbaycanda küçə uşaqları üçün bərpa, tibbi

20 Azərbaycan Respublikasında baxımsız və küçə uşaqları probleminin

həlli üzrə Tədbirlər Planı

21 BMT-nin Uşaq Hüquqları Komitəsinin Azərbaycanda uşaqların

vəziyyəti ilə bağlı tövsiyələri

müalicə, sosial inteqrasiya və təhsil proqramlarının

mövcud olmamağından narahatlığını bildirmişdir.

Eyni zamanda küçə uşaqları ilə bağlı

problemin ardan qaldırılması üçün Azərbaycan

dövlətinə aşağıdakı tövsiyələri vermişdir:

Uşaqların küçələrdə yaşamasının əsas

səbəblərini və təsirini öyrənmək üçün araşdırma

aparsın, onun qarşısının alınması və

küçə uşaqlarının sayının azaldılması üçün

hərtərəfli strategiya hazırlasın;

küçə uşaqlarını müvafiq qida, geyim, ev və

təhsil imkanları ilə təmin etsin, o cümlədən

onların inkişafına yardım göstərmək və istis-

Azərbaycanda küçə uşaqlarının vəziyyətinin təhlili

mar olunmalarının qarşısını almaq məqsədilə

peşəkar və həyat bacarıqlarının əldə edilməsi

üzrə təlimlər keçirsin;

küçə uşaqlarının fiziki və psixoloji bərpa və

sosial reinteqrasiyası istiqamətində proqramları

təşviq etsin və həyata keçirsin;

mümkün olduqda onların yenidən ailələrinə

qovuşmasına yardım etsin;

Yetkinlik yaşına çatmayanların baxımsızlığının

və hüquq pozuntularının profilaktikası haqqında

Qanunu effektiv şəkildə icra etsin.

23

24

Azərbaycanda küçə uşaqlarının vəziyyətinin təhlili

bölmə 3. tövsİyələr

1. Yerli (rayon səviyyəsində) uşaq müdafiə

sistemi gücləndirilməlidir*. Hal-hazırda yerli

səviyyədə uşaqlarla işləyən əsas qurum İcra

Hakimiyyətlərinin Yetkinlik yaşına çatmayanlarla

iş və hüquqlarının müdafiəsi üzrə Komissiyalardır.

Komissiyanın qarşıya qoyduğu

məqsədlərlə onun işçi heyəti arasında qeyrimütanasiblik

vardır. Belə ki, Komissiyanın

yalnız 2 nəfər ştatlı əməkdaşı vardır. Bu isə

praktiki olaraq uğurlu və səmərəli fəaliyyət

göstərməyə imkan vermir. Hər rayonda

25-30 min uşağın olduğunu nəzərə aldıqda

2 nəfər əməkdaşın bu sayda uşaqla işləməsi

qeyri-mümkündür. Məhz bu səbəbdən Komissiya

tərəfindən cəzaçəkmə müəssisəsindən,

açıq və ya qapalı tipli xüsusi təlim-tərbiyə

müəssisələrindən buraxılmış yetkinlik yaşına

çatmayanlar üçün əmək və məişət şəraitinin

yaradılmasında onlara yardım göstərmək,

dövlət yardımına ehtiyacı olan yetkinlik yaşına

çatmayanları müəyyən etmək və onlara

yardım göstərmək, yetkinlik yaşına çatmayanların

sosial reabilitasiyası üzrə nəzərdə

tutulmuş digər funksiyaları həyata keçirmək

sahəsində komissiya praktiki olaraq çox az

fəaliyyət göstər. Qeyd olunan sistemin tam

formalaşmaması səbəbindən, xüsusi müdafiə

və qayğıya ehtiyacı olan uşaqların mənzil, iş,

təhsil və digər problemləri həll olunmamış

qalır. Bu problemlərin həll olunmaması belə

uşaqların küçə həyat tərzi keçirməsinə və hüquq

pozuntularının artmasına səbəb olur. Bu

islahatların tərkib hissəsi kimi yerli səviyyədə

olan qurumların struktur və fəaliyyətinin

təkmilləşdirilməsi, burada psixoloqun, sosial

işçinin olması da vacib məqamlardan

biridir. Bu qurum uşaqların problemlərini

müəyyən etməyə və onlarla bağlı qərarlar

qəbul etmək imkanına malik olmalıdarlar.

Yerli uşaq müdafiə sisteminin digər mövcud

qurumların xidmətlərindən tam yararlanması

baxımından müfəssəl yanaşmanın tətbiqi

olduqca əhəmiyyətlidir. Eyni zamanda mexanizmin

təkmilləşdirilməsi yerli ehtiyaclara

əsaslanaraq problemlərin həlli istiqamətində

atıla biləcək mühim bir addım kimi qəbul

edilməlidir.

2. Cinsi və fiziki zorakılığa məruz qalan uşaqlar

üçün Reabilitasiya Mərkəzləri yaradılsın.

3. İnternat müəssisələrini tərk edən uşaqlar üçün

torpaq sahələrinin ayrılması və onlara yaşayış

sahəsinin verilməsi ilə bağlı qanunvericilikdə

nəzərdə tutulmuş müddəaların icrası ilə bağlı

mexanizmlər təkmilləşdirilsin.

* Qeyd: Uşaq müdafiə sistemi dedikdə uşaqlara qarşı zorakılıq, istismar və sui-istifadə hallarının

qarşısının alınması və aradan qaldırılması, uşaqların yaşamaq və inkişaf etmək hüquqlarının, o

cümlədən sosial müdafiəsinin təmin edilməsi nəzərdə tutulur.

Uşaq müdafiə sisteminin əsas hədəfi uşaqların daha səmərəli müdafiə olunması və ən aztəminatlı

uşaqların əsas xidmətlərdən və sosial müdafiə tədbirlərindən bəhrələnmələrini təmin etməkdən

ibarətdir.

4. Ailə Məcəlləsinə və Cinayət Məcəlləsinə

valideynlərin hüquqi məsuliyyətini gücləndirən

müddəalar daxil edilsin.

5. Qəyyumluğa və övladlığa götürülmə prosedurları

sadələşdirilsin və monitorinq mexanizmi

gücləndirilsin.

6. Televiziyalarda küçə uşaqlarına həsr olunmuş

sosial reklamlar verilsin.

7. BMT-nin Uşaq Hüquqları Komitəsi tərəfindən irəli

sürülmüş tövsiyələrin icrası sürətləndirilsin.

Azərbaycanda küçə uşaqlarının vəziyyətinin təhlili

8. Küçə uşaqları problemi ilə bağlı Tədbirlər Planı

hazırlansın və icra olunsun.

9. Sosial işçilərin fəaliyyətini gücləndirmədən

uşaqların müxtəlif problemlərinin həll olunması

qeyri-mümkün oldugundan Sosial işçilərin

statusu qanunvericiliklə müəyyən olunsun. .

Təhsildən yayınan hər bir uşaq barəsində

10.

məktəb rəhbərliyi və aidiyyəti qurumlar vaxtında

və lazımi istiqamətdə araşdırma aparsın

və bu problemin yaranmasına əsaslı müdaxilə

etsin.

25

26

Azərbaycanda küçə uşaqlarının vəziyyətinin təhlili

bölmə 4. əlAvələr

əlAvə 4.1.

tətbİq edİlmİş metodoloGİyA və İcrA mərhələlərİ

4.1.1.tədqiqat metodologiyası

Tədqiqiatın hipoteza və ehtimallarına əsasən

trianqulyasiya üsulu əsas tədqiqqat üsulu olmuşdur.

Bu üsula bəzi əsas məsələlər üzrə bir neçə

müxtəlif mənbələrdən əldə olunan keyfiyyətli

və kəmiyyətli məlumatların toplanması daxildir.

Bu üsuldan istifadə müxtəlif mənbələrin tədqiq

olunmasına, dolğun və tam analitik informasiyanın

təmin edilməsinə imkan vermiş və ilkin

tədqiqatın hipoteza və ehtimallarını təsdiq və ya

təkzib etmişdir.

Tədqiqat çərçivəsində ilkin məlumatın toplanmasında

əsas mənbələr aşağıdakılar idi:

1. Küçə uşaqlarından götürülmüş müsahibələr.

2. Ekspertlərdən götürülmüş müsahibələr.

3. Cari qanunvericiliyinin nəzərdən keçirilməsi.

Tədqiqat bir neçə coğrafi zonaları əhatə etmişdir:

şəhərlər: Bakı, Sumqayıt, Gəncə və Şirvan

və rayonlar: Lənkəran, Yevlax, Xaçmaz.

Bakıda tədqiqat Binəqədi, Nərimanov, Nizami,

Sabunçu və Suraxanı rayonunu, yəni, ölkə paytaxtının

11 rayonundan 5-ni əhatə etmişdir.

A. Küçə uşaqları arasında müsahibələr

Bu hədəf qrupu üçün biz təsadüfi seçmə və

kvota üsullarını tətbiq etmişik.

Ilkin məlumatın toplanması üçün biz iki üsul

təklif etmişik: yarı-strukturlaşdırılmış (YSM) və

dərinləşmiş müsahibə (DM). Bu üsulların istifadəsi

küçə uşaqları ilə bağlı vəziyyətin kəmiyyət və

keyfiyyət cəhədlərdən qiymətləndirilməsinə imkan

vermişdir.

YSM-lər küçə uşaqlarının həyatının müxtəlif

aspektlərinin kəmiyyətcə qiymətləndirilməsinə

imkan vermişdir. Nəticə etibarilə, DM-lər isə küçə

uşaqlarının həyatının ən səciyyəvi aspektlərini

təsvir edən fərdi hekayələri tədqiq etməsinə imkan

vermişdir.

Məzmunun təhlili üçün məlumatla təmin

edən müsahibələrin optimal sayını müəyyən

etmək, eyni zamanda, ölkə üzrə onların düzgün

bölüşdürülməsini təmin etmək üçün iki səviyyəli

seçmə meyar götürülmüşdür:

– coğrafi yayım;

– müəyyən yerlərdə küçə uşaqlarının sıxlığı.

Azərbaycanda küçə uşaqlarının problemi ilə

bağlı Azərbaycan Respublikası Dövlət Statistika

Komitəsinin, Daxili İşlər Nazirliyinin materiallarına

və digər uyğun məlumatlara əsasən

müsahibələrin aşağıda göstərilən strukturundan

istifadə edilmişdir:

B. Ekspertlərin qiymətləndirmələri

Layihədə hər bir coğrafi sahə üzrə yerli

icra nümayəndəlikləri nəzdində uşaqların

problemləri və hüquqlarının qorunması üzrə

Komissiyanın rəsmiləri ilə 11 DM-ə yerinə yetirilmişdir.

Bakıda 15 polis inspektorundan müsahibə

götürülmuşdur (layihədə olan hər bir rayon

üzrə 3). Eyni zamanda biz digər rayonlarda

bir neçə DM-ə həyata keçirilmişdir: Sumgayit

– 2, Gəncə – 1, Şirvan – 1, Lənkəran – 1,

Xaçmaz – 1. Beləliklə, cəmi layihəyə 20 polis

inspektoru cəlb edilmişdir.

Bakı şəhəri,

rayonlar daxil

olmaqla

Küçə uşaqlarına göstərilən sosial yardımın

oyrənilməsi üçün İnternat, Uşaq Evləri

rəhbərləri ilə 10 DM-ə həyata keçirilmişdir.

C. Cari qanunvericiliyinin nəzərdən

keçirilməsi

N

Dilənçilik

Ekspert-hüquqşünas qanunvericiliyi, qaydaları

və digər normativ-hüquqi sənədləri nəzərdən

keçirərək bu barədə nəticələr və vəziyyətin yaxşılaşdırılması

üzrə tövsiyyələrini təqdim etmişdir.

Azərbaycanda küçə uşaqlarının vəziyyətinin təhlili

YSM‑lər DM‑lər

O cümlədən əsas məşqulluq yerləri üzrə: O cümlədən əsas məşqulluq yerləri üzrə:

Nəqliyyət

Bazarlar

Kafe, mağazalar,

xidmət

məntəqələri

А. Şəhərlər

Beləliklə, tədqiqat çərçivəsində aşağıda qeyd

olunanlar yerinə yetirilmişdir:

Digər

Dilənçilik

Nəqliyyət

Bazarlar

Kafe, mağazalar,

xidmət

məntəqələri

400 50 100 100 100 50 5 5 5 5 5

Binəqədi 80 10 20 20 20 10 1 1 1 1 1

Nərimanov 80 10 20 20 20 10 1 1 1 1 1

Nizami 80 10 20 20 20 10 1 1 1 1 1

Suraxanı 80 10 20 20 20 10 1 1 1 1 1

Sabunçu 80 10 20 20 20 10 1 1 1 1 1

Sumqayıt 5 1 1 1 1 1 1 1 1 1 1

Gəncə 2 1 - 1 - - 1 1 1 1 1

Şirvan 3 1 1 1 - - 1 1 1 1 1

Cəmi şəhərlər üzrə 410 53 102 103 101 51 8 8 8 8 8

В. Kənd rayonları

Xaçmaz 5 1 1 1 1 1 1 1 - - -

Yevlax 10 2 2 2 2 2 - 1 1 1 -

Lənkəran 10 2 2 2 2 2 - - 1 1 1

Cəmi kənd

rayonları üzrə

25 5 5 5 5 5 1 2 2 2 1

Cəmi 435 58 107 108 106 56 9 10 12 10 9

Digər

Küçə uşaqları ilə 435 yarı-strukturlaşdırılmış

və 50 dərinləşmiş müsahibə,

Ekspertlərlə 41 dərinləşmiş müsahibə,

Cari qanunvericiliyinin nəzərdən keçirilməsi.

27

28

Azərbaycanda küçə uşaqlarının vəziyyətinin təhlili

4.1.2. tədqiqat alətləri

Biz bir neçə tədqiqat sənədi hazırlanmışdır:

Məlumat

mənbəyi

1. Küçə

uşaqları

Sənədlər Tədqiqatın əsas aspektləri

Müsahibələr

üçün Sorğu

vərəqəsi

2. Ekspertlər DM-lər üçün

Sorğu vərəqəsi

1. Küçə uşaqları

təhlükəsliyinin səviyyəsinin

qiymətləndirilməsi.

2. Küçə uşaqlarının əmək şəraiti.

3. Küçə uşaqlarının gündəlik

rejimi.

4. Küçə uşaqlarının sağlamlığı.

5. Təhsil, tibbi və social

xidmətlərin əldə olunması.

6. Küçə uşaqlarının gələcəyə

baxışı.

1. Azərbaycanda küçə

uşaqlarının sayının və

strukturunun ekspert

tərəfindən qiymətləndirilməsi.

2. Azərbaycanda küçə

uşaqlarının qeydiyyatının

təkmilləşdirilməsinə baxış.

3. Azərbaycanda evsizliyin

aradan qaldırılmasına baxış.

Sorğu vərəqələrinin hazırlanmasında əsas

meyarlar aşağıdakılar olmuşdur:

– sadəlik,

– müxtəsərlik,

– ətraflı məlumat əldə etmək üçün sualların

tamlığı və əhatəliliyi.

“Sigma” sənədlərin ilkin versiyasını hazırlamışdır.

Bu sənədlər UNICEF -in ölkə nümayəndəliyinin

əməkdaşları ilə əlaqələndirilmişdir. Bütün bunlardan

sonra sorğu vərəqi sınaqdan keçirilib (pilot

müayinə) və yenidən işlənib hazırlanmışdır.

4.1.3. sahə işçiləri üçün təlimlər

Sahə işlərinə başlamazdan əvvəl bütün

müsahibəçilər 5 günlük treninqdə iştirak

etmişlər:

1-ci gün: seçmə metodologiyasına əsasən

respondentlərin seçilməsi üsulu.

2-ci gün: sorğu vərəqələrinin tədqiq olunması;

tədqiqat ərzində müsahibələrə başlamazdan

əvvəl onun aparılması qaydası ilə intervüyerlər

tanış olunublar. Eyni zamanda düzgün cavabların

alınması istiqamətində də təlim verilmişdir. Bu

məqsədlə bütün sualların və cavab variantlarının

mahiyyəti izah olunmuşdur.

3- 4- cü günlər: rollarını dəyişərək intervüyerlər

bir-birilərini sual-cavab etmişlər. Bunun məqsədi:

i) sualları tez oxumaq bacarığına yiyələnmək; ii)

suallarla improvizasiya etmək və s.

5-ci gün: texniki/məntiqi təfərrüatların izahı.

4.1.4. sahə işləri və monitorinq

Müsahibələr bu sahədə geniş təcrübəsi olan

26 intervyüyer tərəfindən götürülmüşdür. DM-dən

sonrakı 5 gün ərzində intervyüyerlər keçirilmiş

müsahibənin protokolunu yazmışlar. Sahə işləri

zamanı Layihənin Koordinatoru və Sahə Meneceri

müsahibələrin keçirildiyi yerlərdə təsadüfi

seçmə əsasında yoxlamalar aparmışlar. Yoxlama

təqribən 10%-i əhatə etmişdir.

Müsahibələrin keyfiyyət baxımından yoxlanılması

işçi sənədlərin işlənməsi zamanı yerinə

yetirilmişdir. Doldurulmuş sorğu vərəqələrinin

nəzarət yoxlanışı “Siqma” Mərkəzində yerinə

yetirilmişdir.

4.1.5. Analitik məlumat bazasının işlənilibhazırlanması

və yekun hesabatın hazırlanması

1. ysm-lər üçün:

Əldə olunmuş məlumatın daxil edilməsi və

işlənilməsi SPSS vasitəsilə yerinə yetirilmişdir.

Məlumatların daxil edilməsi üçün proqram

təminatından istifadə, məlumatların yoxlanılması,

çarpaz yoxlama, cədvəlləşdirmə, və təhlili düzgün

cədvəllərin və qrafiklərin əldə olunmasına və

dolğun təhlilin aparılmasına şərait yaratmışdır.

Sorğu vərəqi müntəzəmlilik prinsipi əsasında

kodlaşdırılmışdır.

Məlumatların daxil olunması strukturu sorğu

vərəqinin strukturu ilə adekvatdır və layihədə

nəzərdə tutulmuş müxtəlif sahələri əhatə etmişdir.

Beləliklə, məlumatların statistik parametrləri

toplanılmışdır.

Sorğuda bu sahələri əhatə edən bütün cavablar

münasib yolla daxil edilmiş və işlənilmişdir. Bunun

nəticəsində təkmilləşdirilmiş məlumat bazası

riyazi-statistik təhlil üçün bünövrə olmuşdur.

Açıq suallar kodlaşdırılmışdır.

Müxtəlif məntiqi təhlil (Guttman, Lykert, Terstown

etc) tətbiq olunmuşdur.

Nominal qiymət, ardıcıl interval və maştablaşdırma

yerinə yetirilmişdir.

Toplanmış məlumatlar təhlil olunmuş və statistik

cədvəllər qurulmuşdur.

Hər bir sualın məntiqi strukturuna uyğun

olaraq müxtəlif statistik hesablama üsulundan

istifadə olunmuşdur.

Eyni zamanda müxtəlif korrelyasiyalar da

yerinə yetirilmişdir.

Azərbaycanda küçə uşaqlarının vəziyyətinin təhlili

2. küçə uşaqları üzrə dm-lər üçün:

50 uşağın hər biri üzrə hallar (cases) təqdim

olunmuşdur. Bu hallar üzrə nəticələr final hesabata

daxil olunmuşdur.

3. ekspertlərlə dm-lər:

Məlumat bazasının yaradılması üzrə ekspert

hər bir protokolu oxumuş və təhlil üçün yararlı

olan nümunələri götürmüşdür. Bu nümunələr 2

ekspert tərəfindən yekun hesabat hazırlanarkən

istifadə olunmuşdur.

4. cari qanunvericiliyinin nəzərdən

keçirilməsindən sonra ekspert-hüquqşünas

bu barədə və vəziyyətin yaxşılaşdırılması

üzrə tövsiyyələrini təqdim etmişdir. Nəticə və

tövsiyyələr yekun hesabata daxil edilmişdir.

29

əlAvə 4.2.

Azərbaycanda küçə uşaqlarının vəziyyətinin təhlili

küçə uşAqlArı İlə müsAhİbə üçün sorĞu Anketİ

Aİlə, qAdın və uşAq problemlərİ üzrə dövlət komİtəsİ

bmt-nin uşAq Fondu

Hər vaxtınız xeyir olsun!

Mənim adım və mən “Siqma” Tədqiqatlar Mərkəzini təmsil edirəm. Ailə, Qadın və

Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Uşaq Fondu Azərbaycanda küçə uşaqları ilə bağlı vəziyyətin

qiymətləndirməsini həyata keçirir. Qiymətləndirmənin nəticələri küçə uşaqları ilə bağlı vəziyyətin təkmilləşdirilməsi

üçün çox vacibdir.

Bu tədqiqatı keçirmək bizim təşkilata həvalə edilmişdir. Bu tədqiqat çərçivəsində ölkə üzrə küçə uşaqları

və aidiyyəti şəxslərlə (ekspertlər) müsahibələrin aparılması nəzərdə tutulmuşdur. Sizin cavablar bütün digər

respondentlərin cavabları ilə birlikdə kompüterə daxil olunaraq xüsusi proqram təminatı paketində emal ediləcək

və bu zaman Sizin adınız heç bir yerdə qeyd edilməyəcəkdir.

Biz Sizin cavablarınızın səmimiliyinə ümid edirik. Şübhəniz olmasın ki, bu cavablar vəziyyətin yaxşılaşdırılmasına

və uşaqların xoşbəxt olmasına dəstək verəcəkdir.

Müsahibəçinin kodu

Müsahibənin keçirildiyi məkan (Şəhər/ Şəhər Rayonu/

Kənd Rayonu, Kəndin/Qəsəbənin adı)

Müsahibənin tarixi (gün/ay/il)

“Siqma” İnkişaf və Beynəlxalq Əməkdaşlıq

Tədqiqatlar Mərkəzi

Müsahibənin vaxtı (başlanğıc/son – saat/dəqiqə)

Bölmə I. Ümumi məlumat

1.1. Uşağın cinsi a. Oğlan b. Qız

1.2. Uşağın yaşı (tam illərin sayını qeyd edin)

1.3. Uşağın ailəsinin yaşadığı yer (rayon, şəhər, kənd)

1.4. Ailənin statusu

a. Yerli ailə

b. Məcburi köçkün ailəsi (köçdüyü rayonun, şəhərin, kəndinin adı)

c. Digər ölkədən gəlmiş ailə (ölkəni göstər)

Ünvan: Bakı ş., Cəfər Cabbarlı küç. 44,

“Kaspian Plaza”, 9-cu mərtəbə;

Tel: (99412) 497 31 57; (99412) 497 42

“Küçə uşaqları ilə bağlı vəziyyətin qiymətləndirilməsi” Layihəsi

Küçə uşaqları ilə müsahibə üçün suallar

31

32

Azərbaycanda küçə uşaqlarının vəziyyətinin təhlili

Bölmə II. Ailə haqqında məlumat

2.1. Sənin ailənin tərkibi

a. Tam ailə (hər iki valideyn və uşaqlar) d. Tənha

b. Natamam ailə (ancaq ana və ya ata və uşaqlar)

c. Valideynsiz (yalnız qardaş və bacılar)

e. Digər (göstər)

2.2. Digər ailə üzvləri haqqında məlumat

Ailə üzvü Yaşı Təhsili Vəzifəsi / peşəsi

2.3. Sənin ailənin mənzil şəraiti

a. Ayrıca şəxsi ev e. Sosial obyekt (məktəb, uşaq bağçası və s.)

b. Ayrıca şəxsi mənzil f. Sahibsiz tikinti

c. Yataqxanada otaq (otaqlar)

d. Kirayə mənzil

g. Digər (göstərin)

2.4. Sən ailə ilə birgə yaşayırsan?

a. Bəli b. Xeyr c. Digər

2.5. Əgər ailə ilə birgə yaşayırsansa, hazırda yaşadığın yeri qeyd elə (rayon, şəhər, kənd, dəqiq yer və

onun tipi):

2.6. Əgər ailə ilə birgə yaşamırsansa, hal‑hazırda harda yaşayirsan (rayon, şəhər, kənd, dəqiq yer və onun tipi)

2.7. Əgər ailə ilə birgə yaşamırsansa, tək ya qrup şəklində yaşayırsan?

2.8. Sənin ailə ilə birgə yaşamamağının səbəblərini göstər

Məşğulluğu

Daimi‑1

Müvəqqəti‑2

İşsiz‑3

Təqaüdçü‑4

Evdar qadın‑5

Tələbə/şagird‑6

Digər‑7

Orta aylıq gəliri

2.9. Sən neçə müddət küçədəsən?

Bölmə III. Sağlamlıq

Azərbaycanda küçə uşaqlarının vəziyyətinin təhlili

3.1. Sən öz sağlamlıq vəziyyətini necə qiymətləndirirsən?

a. Əla b. Yaxşı c. Pis d. Çox pis e. Sualı cavablandırmaqda çətinlik çəkirəm (səbəbləri göstər)

3.2. Sağlamlıq baxımından hansı problemlərin var?

3.3. Sən ən son hansı xəstəliklə bağlı müalicə almışdın və harada? Hal‑hazirda bu xəstəliyin fəsadlarını

hiss edirsənmi?

3.4. Sənin zərərli vərdişlərin varmı (siqaret çəkmə, alkohol içkilərin ya narkotiklərin qəbulu)?

3.5. Gündə sən neçə dəfə yeyirsən?

3.6. Sənin gündəlik səhər yeməyini, naharı və şam yeməyini təxminən təsvir et (maksimal mümkün

dərəcədə təfsilatlarda)

Səhər yeməyi

Nahar

Şam yeməyi

3.7. Adətən sən harda yeyirsən?

3.8. Adətən sən harda gecələyirsən?

Bölmə IV. Təhsil

4.1. Sənin təhsil səviyyən

Tam bitirilmiş siniflərin sayını göstər:

4.2. Bacardıqlarını qeyd et:

a. Yalnız oxumağı

b. Yalnız yazmağı

c. Oxumağı və yazmağı

33

34

Azərbaycanda küçə uşaqlarının vəziyyətinin təhlili

d. Yalnız hesabı

e. Hesabı və oxumağı

f. Hesabı və yazmağı

g. Oxumağı, yazmağı və hesabı

h. Mən sadalanmışlardan heç birini bacarmıram

4.3. Məktəbə gedirsənmi?

a. Bəli b. Xeyr c. Arabir

4.4. Əgər 4.3 sualında cavab “a” ya “c” olubsa, gün ərzində (ay ərzində) neçə saat məktəbdə olursan?

(Bu ildə)

Gündə saat

Ayda saat

4.5. Əgər məktəbə getmirsənsə səbəblərini göstər

Bölmə V. Təhlükəsizlik

5.1. Sən özünü küçədə nə qədər təhlükəsiz hiss edirsən?

a. Tam təhlükəsiz c. Təhlükəli

b. Qismən təhlükəsiz d. Çox təhlükəli

5.2. Küçədə olduğun müddətdə hər‑hansı bir təhlükə ilə üzləşirsənmi?

a. Bəli

b. Xeyr

c. Cavab verməkdən imtina (səbəbini göstər)

d. Sualı cavablandırmaqda çətinlik çəkirəm (səbəbləri göstər)

5.3. Əgər 5.2 sualında cavab “a” olubsa, bu hansı təhlükələrdir və kim tərəfindən olur/ola bilər?

a. Fizik

b. Cinsi

c. Digər (göstər)

d. Cavab verməkdən imtina (səbəbini göstər)

e. Sualı cavablandırmaqda çətinlik çəkirəm (səbəbləri göstər)

5.4. Sən özün kiməsə qarşı hansısa bir xarakterli təcavüz etmisən?

a. Bəli (ətraflı məlumat ver nəyə görə və hansı formada)

b. Xeyr

c. Cavab verməkdən imtina (səbəbini göstər)

d. Sualı cavablandırmaqda çətinlik çəkirəm (səbəbləri göstər)

Azərbaycanda küçə uşaqlarının vəziyyətinin təhlili

5.5. Hər‑hansı bir təhlükəli hal ilə üzləşəndə kimə və ya haraya müraciət edirsən?

a. Yerli icra hakimiyyəti orqanına e. Hüquq müdafiəçisinə

b. Hüquq-mühafizə orqanına f. Qohumlara

c. İctimai birliklərə g. Digər (göstərin)

d.Qeyri formal/kriminal liderlərə h. Bütün problemləri ozüm həl edirəm (göstər necə)

5.6. Əgər etməmisənsə səbəblərini göstər

Bölmə VI. Məşğulluq

6.1. Küçədə hansı növ (əmək) fəaliyyəti ilə məşğul olursan (son 6 aydakılarını sadalayın)

6.2. Gün ərzində neçə saat işləyirsən?

saat

6.3. Səni işləməyə nə və ya kim məcbur edir?

6.4. Əgər səni işləməyə məcbur edən hər hansı bir səbəb yoxdursa, o halda səni həvəsləndirən səbəblər

hansılardır?

Bölmə VII. Gəlir və xərclər

7.1. Sənin yaşayişını təmin edən maliyyə vəsaitinin əsas mənbəyi

7.2. Sən gün ərzində nə qədər pul qazanırsan? manat

7.3. Gün ərzində nə qədər pul xərcləyirsən? manat

7.4. Əsasən nəyə pul xərcləyirsən və nə qədər (5 qədər nümunə)?

7.5. Qazandığın pulların müəyyən hissəsini və ya tam hissəsini kiməsə verirsənmi?

a. Bəli

b. Xeyr

c. Cavab verməkdən imtina (səbəbini göstər)

7.6. “a” variantı olan halda: bu hissəni kimə verirsən?

və:

35

36

Azərbaycanda küçə uşaqlarının vəziyyətinin təhlili

7.7. Hansı səbəbə görə?

Bölmə VIII. Gözləntilər

8.1. Əgər sənin seçim imkanın olsa idi digər bir yaşayış tərzini seçərdinmi?

a. Bəli (səbəbləri göstər)

b. Xeyr (səbəbləri göstər)

c. Cavab verməkdən imtina (səbəblərini göstər)

d. Sualı cavablandırmaqda çətinlik çəkirəm (səbəbləri göstər)

8.2. Sən özünü gələcəkdə necə görürsən?

8.3. Ən yaxın gələcək üçün hansı planların var?

8.4. Sən küçədə deyil ailədə yaşamağa necə baxırsan?

8.5. Sənin arzun varmı?

a. Bəli (mümkünsə göstər)

b. Xeyr

c. Cavab verməkdən imtina (səbəbini göstər)

8.6. Arzularının həyata keçməsini görürsənmi?

a. Bəli

b. Xeyr (səbəbləri göstər)

c. Cavab verməkdən imtina (səbəbini göstər)

Sorğuda iştirakınıza görə təşəkkür edirik!

38

Azərbaycanda küçə uşaqlarının vəziyyətinin təhlili

əlAvə 4.3

Aİlə, qAdın və uşAq problemlərİ üzrə dövlət komİtəsİ

bmt-nin uşAq Fondu (unİceF)

Hər vaxtınız xeyir olsun!

Mənim adım və mən “Siqma” Tədqiqatlar Mərkəzini təmsil edirəm. Ailə, Qadın və

Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Uşaq Fondu Azərbaycanda küçə uşaqları ilə bağlı vəziyyətin

qiymətləndirməsini həyata keçirir. Qiymətləndirmənin nəticələri küçə uşaqları ilə bağlı vəziyyətin təkmilləşdirilməsi

üçün çox vacibdir.

Bu tədqiqatı keçirmək bizim təşkilata həvalə edilmişdir. Bu tədqiqat çərçivəsində ölkə üzrə küçə uşaqları

və aidiyyəti şəxslərlə (ekspertlər) müsahibələrin aparılması nəzərdə tutulmuşdur. Siz ümumi siyahıdan seçilmiş

respondentlərdənsiniz. Sizin cavablar bütün digər respondentlərincavabları ilə birlikdə kompüter daxil olunaraq

xüsusi proqram təminatı paketində emal ediləcək və bu zaman Sizin adınız heç bir yerdə qeyd edilməyəcəkdir.

Biz Sizin cavablarınızın səmimiliyinə ümid edirik. Şübhəniz olmasın ki, bu cavablar vəziyyətin yaxşılaşdırılmasına

və uşaqların xoşbəxt olmasına dəstək verəcəkdir.

Müsahibəçinin kodu

Müsahibənin keçirildiyi məkan

(Şəhər/ Rayon / Kəndin adı)

Müsahibənin tarixi (gün/ay/il)

“Siqma” İnkişaf və Beynəlxalq Əməkdaşlıq

Tədqiqatlar Mərkəzi

Müsahibənin vaxtı (başlanğıc/son – saat/dəqiqə)

1. Respondentin cinsi a. Kişi b. Qadın

2. Respondentin yaşı (tam illərin sayını qeyd edin)

3. Təhsil səviyyəsi

4. Fəaliyyət sahəsi

Ünvan: Bakı ş., Cəfər Cabbarlı küç. 44,

“Kaspian Plaza”, 9-cu mərtəbə;

Tel: (99412) 497 31 57; (99412) 497 42

“Küçə uşaqları ilə bağlı vəziyyətin qiymətləndirilməsi” Layihəsi

Ekspertlərlə müsahibə üçün suallar

1. Küçə uşaqlarının demoqrafik amillər və sosial davranışı əsasında portretini təsvir edin (milliyyəti, genderi,

yaşı, ailə vəziyyəti; o necə geyinir, necə gigenik (sanitar) əşyalarla təmindir, o necə qidalanır, o

harada gecələyir, necə qazanır, küçədə hansı təhlükələrlə üzləşir və s.).

2. “Küçə uşaqları” problemi daha çox hansı faktorlarla bağlıdır (qeyd edib seçiminizi izah edin):

2.1. Ailə vəziyyəti,

2.2. Sosial problemlər,

2.3. Mənzil şəraiti,

2.4. Təhsil səviyyəsi

2.5. Digər (göstərin)

Azərbaycanda küçə uşaqlarının vəziyyətinin təhlili

3. Küçə uşaqlarının təhsil alma, səhiyyə və digər sosial xidmətlərə çıxışlarını necə qiymətləndirirsiniz?

4. Təhsil sistemi, ailə və cəmiyyət bu tip uşaqları kifayət qədər əhatə etmə imkanlarına malikdirmi və bu

problemin mövcudluğunda nə dərəcədə məsuliyyət daşıyırlar?

5. Küçə uşaqlarının əsas fəaliyyət sahələri hansılardır?

6. Sizcə küçə uşaqlarının əməyindən istifadənin qanunla qadağan olduğu haqqında cəmiyyət (xüsusən

işəgötürənlər) kifayət qədər məlumatlıdırmı?

7. Sizcə hansı səbəblərdən bəzi işəgötürənlər bu qadağa haqqında bilərkən uşaq əməyindən istifadə

edirlər?

8. Sizcə küçə uşaqlarının məşğul olduqları işlər onların səhhəti üçün nə dərəcədə zərərlidir?

9. Ümumilikdə, aşağıda göstərilən qurumların küçə uşaqları ilə bağlı müxtəlif problemlərinin həllində

rolunu Siz necə qiymətləndirirsiniz? (dərəcələr 1 – aşağı, 2 – orta, 3 - yuxarı)

Təhsil alma, səhiyyə və digər sosial

xidmətlərə çıxışlarının təminatında

Təhsil alma, səhiyyə və digər sosial

xidmətlərə çıxışlarının təminatında

Dəqiq qeydiyyatın səmərəli

sisteminin yaradılmasında

Uşaq əməyinə qarşı mübarizədə,

o cümlədən uşaqların əməyindən

istifadənin qadağan olması ilə bağlı

maarifləndirmədə

Küçədə təhlükəsizliyin təminatında

Digər problemlər (göstərin)

Milli Məclis

İcra Başçılarının

Aparatları

Bələdiyyələr

Hüquq‑mühafizə

orqanları

Təhsil Nazirliyi

Səhiyyə Nazirliyi

Əmək və Əhalinin Sosial

Müdafiyəsi Nazirliyi

Sorğuda iştirakınıza görə təşəkkür edirik!

Ailə, Qadın və Uşaq

Problemləri üzrə Dövlət

Komitəsi

İctimai təşkilatlar

Həmkarlar İttifaqları

Digər qurumlar

(göstərin)

39

“sİqmA”

İnkişaf və beynəlxalq əməkdaşlıq tədqiqatlar mərkəzi

Мətbəə:

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!