11.12.2012 Views

LayihÉ™ â„–03/033

LayihÉ™ â„–03/033

LayihÉ™ â„–03/033

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Layihә №03/033

Layihәnin adı

Elm sahәsi

Elmi istiqamәt Zoologiya

Layihәnin

növü

Qrant

әrizәçisinin

statusu,

xarakteri,

kategoriyası,

tipi

Layihәnin

iştirakçıları

Layihәnin icra

müddәti

Layihә üzrә

qrant

iddiaçıları

tәrәfindәn

hesablanan

smeta dәyәri

Layihәnin

annotasiyası

1

Nәrә balıqlarının vә çox iri ölçülü makrobraxium şirinsu krevetlәrinin

qapalı su tәchizatlı qurğularda akvakultura şәraitindә intensiv

yetişdirilmәsi

Biologiya, tibb vә aqrar elmlәri

Böyük maliyyә hәcmli pilot layihәsi müsabiqәsi

Qurum; bir elm sahәsi üzrә; ölkәdaxili; fәrdi

Cәmi - 9

O cümlәdәn: elmi dәrәcәsi olanlar – 8, elmi adı olanlar –7, gәnc iştirakçılar – 0,

qadın iştirakçılar - 1

24 ay

Cәmi: 1 196 300 manat

Materiallar, alınan nümunәlәr vә komplektlәşdirmә

mәmulatları (əlavə dəyər vergisi (ƏDV) daxil olmaqla)

Materiallar, alınan nümunәlәr vә komplektlәşdirmә

mәmulatları üçün gömrük rüsumu vә gömrük rәsmilәşdirmә

xәrclәri (xaricdən alınaraq idxal olunduqda)

Elmi işlәr vә eksperimentlәr üçün xüsusi avadanlıq, cihaz vә

qurğular (əlavə dəyər vergisi (ƏDV) daxil olmaqla)

Elmi işlәr vә eksperimentlәr üçün xüsusi avadanlıq, cihaz vә

qurğuların gömrük rüsumu vә gömrük rәsmilәşdirmә xәrclәri

(xaricdən alınaraq idxal olunduqda)

Texniki mәsәlәlәrlә bağlı ezamiyyәtlәr

110000

50000

800065

150000

44100

Qeyd: Xərclərin tam açıqlaması sonda verilmişdir

Qapalı su tәchizatı olan qurğularda (QSQ) akvakultura mahiyyәtinә görә

istehsalatda suyun tәkrar istifadәsi әsasında balıqların vә digәr su orqanizmlәrinin

yetişdirilmәsi texnologiyasıdır. Bu texnologiya mexaniki vә bioloji filtrlәrin tәtbiqinә

әsaslanır, balıqlar, krevetlәr, ikitaylı molyusklar kimi akvakultura obyektlәrinin

yetişdirilmәsindә istifadә oluna bilәr. Layihә çәrçivәsindә QSQ-da nәrәkimilәrin vә

makrobraxium krevetinin eyni vaxtda yetişdirilmәsi nәzәrdә tutulur. Azәrbaycanda

ilk dәfә olaraq hәyata keçirilәcәk layihә üzrә ildә 10 ton nәrә balıqları әtinin vә hәr

hektardan 1 ton krevetkanın alınması planlaşdırılır.

Azәrbaycanın inkişaf etmiş turizm ölkәsinә çevrildiyi bir vaxtda nәrәkimilәrin vә

makrobraxium krevetinin әmtәәlik intensiv istehsalı yaxşı gәlir gәtirә bilәn sahәdir.

Mәlumdur ki, krevetin әti az miqdarda yağ turşularını saxlasa da, fosfor vә digәr

Layihәnin

mәzmununu

tam әks

etdirәn açar

sözlәr vә ya

söz

birlәşmәlәri

Layihәnin

mәqsәdi,

qarşıya

qoyulan

mәsәlәlәri vә

aktuallığı

2

mikroelementlәrlә zәngindir. Layihә çәrçivәsindә nәrә balıqlarının vә krevetlәrin

QSQ-da intensiv әmtәәlik yetişdirilmәsi Mingәçevir su anbarı şәraitindә vә

Azәrbaycan MEA Zoologiya İnstitutu Mingәçevir laboratoriyasında hәyata

keçirilәcәkdir.

Akvakultura, qapalı su tәchizatlı qurğu, nәrәkimilәr, makrobraxium şirin su

kreveti, texniki oksigen, quru yem, Mingәçevir su anbarı

Akvakultura şәraitindә qapalı su tәchizatlı qurğularda (QSQ) insanın әrzaq

tәlәbatını ödәyәn bütün orqanizmlәrin,o cümlәdәn balıqların, xәrçәnglәrin,

ikitaylı molyuskların vә s. yetişdirilmәsi çox aktualdır. Belә ki, ildәn-ilә xüsusi

çәkisi artan akvakultura mәhsulları insanı ekoloji cәhәtdәn tәmiz әrzaqla tәmin

etmәklә yanaşı, tәbii şәraitdә sayı vә arealı kәskin surәtdә azalan qiymәtli vәtәgә

әhәmiyyәtli növlәrin tam itmәsinin qarşısını alır vә onların tәbii

populyasiyalarının bәrpası üçün әlverişli şәrait yaradır. Son bir neçә onillikdә

Xәzәrdә neft sәnayesinin sürәtlә inkişafı dәnizin neft vә neft mәhsulları ilә

çirklәnmәsinә sәbәb olmuşdur. Kür çayının hidroloji rejiminin tәnzimlәnmәsi,

SES-nın tikilmәsi,bәndlәrin yaradılması, onun kәnd tәsәrrüfatı vә mәişәt

tullantıları ilә çirklәndirilmәsi uyğun olaraq bu bu çayın hidrobioloji rejimindә

ciddi dәyişikliklәrә sәbәb olmuşdur. Hәm dәnizdә, hәm dә çayda özlәrinin tәbii

miqrasiya, qidalanma vә çoxalma yerlәrini demәk olar ki, itirәn nәrәlәr halhazırda

stress vәziyyәtindәdir vә son illәr bu balıqların Xәzәr dәnizindә sayı

azalaraq әn aşağı kritik hәddә çatmışdır. Xәzәryanı ölkәlәrdәn Rusiyada,

Azәrbaycanda vә İranda yerlәşәn balıqartırma zavodları isә yalnız kürüdәn

körpәlәrin alınması vә dәnizә buraxılması ilә mәşğuldur .Bütövlükdә götürsәk,

nәrәkimilәrin süni artırılması müasir tәlәblәrә, ümumiyyәtlә, cavab vermir.

Azәrbaycanda indiyә qәdәr nәrәkimilәrin artırılmasının vә yetişdirilmәsinin

dәqiq mexanizmi İşlәnilib hazırlanmamışdır. QSQ-dan istifadә edilәrәk

nәrәkimilәrin akvakultura şәraitindә yetişdirilmәsi çox gәlirli vә özünü doğruldan

istiqamәtlәrdәn biridir. İstehsal sahәsi genişlәndirilәrsә, yaxın gәlәcәkdә onların

tәbii populyasiyalarını da bәrpa etmәk olar. Azәrbaycanda ekoturizm sürәtlә

inkişaf etmәkdәdir. Bu baxımdan biz turistlәrin qida tәlәbatlarına müәyyәn

dәrәcәdә uyğunlaşmalıyıq. Onların tәlәblәrinә cavab verәn başqa bir akvakultura

obyekti çox iri ölçülü makrobraxium şirin su krevetidir. Bu krevetlәrin intensiv

yetişdirilmәsinin әsasında sahә vahidindә maksimum mәhsulun alınması vә

istehsal proseslәrinin fasilәsizliyi durur. Bütün bunlar yüksәk sәviyyәdә

mexaniklәşdirmә, krevetlәrin saxlanma şәraitinә tam nәzarәt vә prosesin idarә

olunması hesabına әldә olunur. Yetişdirilmәnin intensiv metodu törәdicilәrin

alınmasından әmtәәlik krevetlәrin alınmasına qәdәr bütün proseslәri әhatә edir.

Layihә çәrçivәsindә qarşıya qoyulan aşağıdakı mәsәlәlәr öz hәllini tapmalıdır:

akvakultura üçün әlverişli yerin seçilmәsi; nәrәkimilәrin vә krevetlәrin

yetişdirilmәsi üçün QSQ-nın alınması; QSQ-nın qurulub istifadәyә verilmәsi;

texnoloji proseslәrin istehsalata tәtbiq olunması; yetişdirilmәk üçün ilkin

materialın alınması vә yem bazasının tәşkili; akvakultura mәhsulunun istehsalı;

müasir texnoloji proseslәri idarә edә bilәn mütәxәssisin hazırlanması.

Layihә

çәrçivәsindә

alınacaq әsas

avadanlıq,

cihaz vә

qurğuların

istifadә

(tәtbiq)

olunacağı

fundamental

vә tәtbiqi

xarakterli elmi

problemlәr

Layihәnin elmi

ideyası

Layihә üzrә

tәdqiqatın

strukturu

3

Qapalı su tәchizatlı qurğularda (QSQ) akvakultura istehsalatda suyun tәkrar

istifadәsi әsasında balıqların vә digәr su orqanizmlәrinin yetişdirilmәsi

texnologiyasıdır. QSQ-dan istifadә balıqartırmanı sәnayenin bir sahәsinә

cevirmişdir. Bu qurğularda texniki vasitәlәrin tәtbiqi hesabına balıqların sürәtli

böyümә tempinә nail olmaq olar. Bu texnologiya mexaniki vә bioloji filtrlәrin

tәtbiqinә әsaslanır, balıqlar, krevetlәr, ikitaylı molyusklar kimi akvakultura

obyektlәrinin yetişdirilmәsindә istifadә olunur. Qapalı su tәchizatlı qurğularda

(QSQ) yetişdirilәn nәrә balıqları vә makrobraxium kreveti ekoloji tәmiz mәhsul

olub yüksәk keyfiyyәti ilә seçilir. Әsas üstünlüyü mәhsulun satışının mövsümi

xarakterli olmamasıdır.

ABX Micros 60 OT18 avtomatik hematoloji analizatoru nәrә balıqlarının vә

krevetlәrin әtinin keifiyyәtinin tәyini mәqsәdilә qanının morfoloji vә biokimyәvi

göstәricilәrini müәyyәnlәşdirir. Automatic Amino Acid Analyzer System S 433-D

krevetlәrin vә nәrә balıqlarının әti vә kürülәrinin qidalılıq keyfiyyәtini tәyini

mәqsәdilә zülların aminturşu tәrkibini müәyyәnlәşdirilmәk üçündür. Horiba

U52G nәrә balıqları vә krevetlәrin yetişdirildiyi QSQ-da vә ya su mühitindә

abiotik vә hidrokimyәvi parametrlәrini müәyyәnlәşdirmәk üçün istifadә olunur.

Atomic Absorbtion Spectrometer contr AA700 nәrә balıqları vә krevetlәrin әtindә

radioaktiv vә ağır metalların, Direct Solid AAS isә radionuklidlәrin miqdarının

müәyyәn edilmәsi üçündür.

QSQ-da texniki oksigenin tәtbiqi dövr edәn suyun tәrkibindә bәrabәr kütlәyә

görә hәll olmuş oksigenin miqdarını 500-600 %-ә çatdırmağa imkan verir. Bu, öz

növbәsindә, qurğuda balıqların sıxlığını 100 kq/m3 vә daha çox artırmağa şәrait

yaradır. Belә bir şәraitdә ekoloji tәmiz mәhsulun istehsalı üçün hidroloji,

hidrokimyәvi, hidrobioloji vә ixtioloji analizlәrlә yanaşı, fizioloji, biokimyәvi vә

radioloji tәdqiqatlar aparılmalı, bu göstәricilәrin hamıs qeyd olunan cihazların

vasitәsi ilә nәzarәtdә saxlanılmalıdır.

Müasir dövrdә akvakultura vә qapalı su tәchizatlı qurğular bir-birini

tamamlayır. Hidrobiontların yetişdirilmәsinin әnәnәvi üsullarından fәrqli olaraq

burada hektarlarla torpaq sahәlәrindәn vә tonlarla sudan istifadә olunmur,

müxtәlif tullantılarla әtraf mühit çirklәndirilmir. QSQ-da su sistemdә mexaniki vә

bioloji filtrlәrdәn keçәrәk tәmizlәnir vә yenidәn dövriyyәyә qaytarılır, dәfәlәrlә

istifadә olunur, yәni tullantı sularının mühitә axıdılması, demәk olar ki, baş

vermir. Prosesdә texniki oksigendәn istifadә etmәklә hәll olmuş oksigenin

miqdarını 600%-ә çatdrmaq olur vә bu, müәyyәn sahә vә ya hәcm vahidinә düşәn

mәhsuldarlığın dәfәlәrlә artmasına sәbәb olur. Layihә çәrçivәsindә Azәrbaycanda

ilk dәfә QSQ-da akvakultura şәraitindә nәrәkimilәr vә makrobraxium krevetiı

yetişdirilәcәkdir. Bununla belә, QSQ-nın universallığını nәzәrә alsaq, texnologiya

tam mәnimsәnildikdәn sonra akvakultura cәhәtdәn perspektivli digәr su

orqanizmlәrinin dә yetişdirilmәsi planlaşdırılır.

I Mәrhәlә. “Akva-Aqro” (Riqa) şirkәti ilә QSQ-nın alqı-satqısı vә Mingәçevir

şәhәrindә quraşdırılması üzrә müqavilәnin bağlanması;

II Mәrhәlә. QSQ cihaz vә avadanlıqların Zoologiya institutunun Mingәçevir

laboratoriyasına gәtirilmәsi vә montajı;

III Mәrhәlә. Texnoloji proseslәrin, bionormativlәrin işә salınması vә

yoxlanılması, nәrә balıq vә makrobraxium kreveti körpәlәrinin, onların

yemlәrinin alınması vә gәtirilmәsi;

IV Mәrhәlә. QSQ-dә nәrә vә krevetlәrin kultivasiyasının başlanılması;

Layihәdәn

gözlәnilәn

nәticәlәr,

onların elmi vә

tәcrübi

әhәmiyyәti

Layihә üzrә

tәdqiqatın

nәticәlәrinin

istifadәsi vә

tәtbiqi

mümkün olan

sahәlәr

Maddi-texniki

tәminatla bağlı

lazım olan әsas

avadanlıq,

cihaz vә

qurğuların

әsaslandırılma

sı

Avadanlıq,

cihaz vә

qurğuların adı,

onlardan hәr

birinin

4

V Mәrhәlә. Әmtәәlik krevet mәhsulunun alınması (9 ay müddәtindә) vә

gәlәcәkdә onlardan körpәlәrin alınması mәqsәdi ilә ana sürünün yaradilmasi.

VI Mәrhәlә. Canlı yem bazasının yaradılması;

VII Mәrhәlә. Әmtәәlik ölçülәrә qәdәr (50 – 80 sm) nәrәkimilәrin yetişdirilmәsi

(3 il müddәtindә);

VIII Mәrhәlә. Nәrәkimilәrin körpәlәrin alınması mәqsәdi ilә onların ana

sürüsünün yaradilmasi.

Tәqdim olunan pilot layihә çәrçivәsindә QSQ-da nәrәkimilәrin vә

makrobraxium krevetlәrinin paralel olaraq yetişdirilmәsi nәzәrdә tutulur vә

Azәrbaycanda ilk dәfә olaraq hәyata keçirilәcәkdir.Bu layihәnin perspektivlәri

gözlәnilәn nәticәlәrә görә çox böyükdür. Belә ki. layihә çәrçivәsindә hәr il 10 ton

nәrә balıqları әtinin vә hәr hektardan 1 ton krevetin alınması planlaşdırılır. Modul

tipli Q SQ әsasında fәaliyyәt göstәrәcәr akvakultura tәsәrrüfatının tam layihә

gücünә catması üçün 2-3 il vaxt lazmdır. Bu müddәtdә әmtәәlik mәhsulun

alınması ilә yanaşı, nәrәlәrin vә krevetlәrin ana sürülәrinin yaradılması istehsalın

fasilәsiz vә davamlı olmasının әsas şәrtidir.Ona görә dә nәzәrdә tutulan

biotexnoloji proseslәr kultivasiyanın әn yeni metodları әsasnda, müasir cihazlar vә

avadanlıqlar tәtbiq olunmaqla hәyata keçirilәcәkdir. Bundan başqa, QSQ-da işlәyә

bilәn vә müasir texnologiyalara yiyәlәnәn mütәxәssislәrin dә hazırlanması

planlaşdırılır.

Akvakultura, hiidrobiologiya, ixtiologiya, ekologiya. Akvakultura obyekti kimi

seçilmiş orqanizmlәrin QSQ-da intensiv yetişdirilmәsi texnologiyalarının

mәnimsәnilmәsi, bu tәcrübәdәn istifadә etmәklә Azәrbaycnın akvakultura üçün

әlverişli bölgәlәrindә QSQ şәbәkәsini genişlәndirmәklә müxtәlif balıq vә xәrçәng

növlәrinin yetişdirilmәsi. Ekoloji tәmiz әrzaq mәhsullarının alınması ilә

yanaşı,nәsli kәsimәk tәhlükәsi olan növlәrin tәbii populyasiyalarının

bәrpası.Sanitar vә tәtbiqi hidrobioloji tәdqiqatlar әsasıda tәsәrrüfatalrda

epidemioloji vәziyyәtin sabit olması. Balıqların vә xәrçәnglәrin bioekoloji

xüsusiyyәtlәrinin eksperimental şәraitdә oyrәnilmәsi vә onların nәticәlәrinin

akvakulturada istifadә olunması. OSQ-dan istifadә etmәklә torpaqların vә suyun

çirklәnmәsinin qarşısının alınması

1. ABX Micros 60 OT18 Avtomatik hematoloji analizatoru -nәrә balıqlarının

әtinin keifiyyәtini müәyyәnlәşdirmәk mәqsәdilә qanının morfoloji vә biokimyәvi

göstәricilәrinin müәyyәnlәşdirilmәsi üçündür.

2. Automatic Amino Acid Analyzer System S 433-D –nәrә balıqlarının әti vә

kürülәrinin,elәcә dә krevetlәrin qiadlılıq keyfiyyәtini müәyyәnlәşdirmәk

mәqsәdilә zülların aminturşu tәrkibinin müәyyәnlәşdirilmәsi üçündür.

3. Water quality Horiba U52G - nәrә balıqları vә krevetlәrin yetişdirilәn su

mühitinin parametrlәrini müәyyәnlәşdirmәk üçündür.

4. Atomic Absorbtion Spectrometer contr AA700 - nәrә balıqları vә krevetlәrin

әtindә radioaktiv vә ağır metalların miqdarının müәyyәn edilmәsi üçündür

5. Direct Solid AAS - nәrә balıqları vә krevetlәrin әtindә radionuklidlәrin

miqdarının müәyyәn edilmәsi üçündür.

1. ABX Micros 60 OT18 - Horiba, Fransa

2. Automatic Amino Acid Analyzer System S 433-D - Sykam GmbH, Almaniya

3.Water quality Horiba U52G - Horiba, Fransa

4. Atomic Absorbtion Spectrometer contr AA700 - Analytic Jena, Almaniya

5.Direct Solid AAS - Analytic Jena, Almaniya

haradan alına

bilmәsi vә ya

sifarişlә

hazırlana

bilmәsi barәdә

mövcud

informasiya

Layihәnin icra

müddәti

әrzindә әldә

olunacaq әsas

avadanlıq,

cihaz vә

qurğuların

alınması,

çatdırılması,

quraşdırılması

sınaqdan

keçirilmәsi, işә

salınması vә

ilk elmi

nәticәlәr

alınmasını әks

etdirәn ümumi

iş planı

Layihәnin elmi

istiqamәti vә

qarşıya

qoyulan

problem üzrә

qısa icmal

5

Oktyabr 2012. Cihaz vә avadanlıqların (QSQ modulları,qayıq, ABX Micros 60

OT18, Automatic Amino Acid Analyzer System S 433-D, Water quality Horiba

U52G, Atomic Absorbtion Spectrometer contr AA700, Direct Solid AAS) alınması;

May-iyun 2013. Zoologiya İnstitutunun Mingәçevir bazasında qapalı su

tәchizatlı qurğunun montaj edilmәsi;

İyul-avqust 2013. QSQ-ın sınaqdan keçirilmәsi vә texnoloji proseslәrin vә

bionormativlәrin yoxlanılması;

Sentyabr 2013. Yetişdirilmiş nәrә balıq körpәlәrinin vә krevetlәrin keyfiyyәtinin

ağır metallara görә analizi;

Yanvar 2014. Daim fәaliyyәt göstәrәn makrobraxium krevetlәtinin ana

sürülәrinin yaradılması;

May 2015. Daim fәaliyyәt göstәrәn nәrә balıqlarının ana sürülәrinin

yaradılması.

Dünya әhalisinin sağlam vә keyfiyyәtli balıq mәhsulları ilә tәmin olunmasında

akvakultura inkişafına görә kәnd tәsәrrüfatı-әrzaq sektorunun bir sahәsi kimi

böyük potensiala malaikdir.

Dünyada vәtәgә ovu 2006-cı ildә maksimum hәddә çataraq 90 milyon ton

olduğu halda, akvakultura istehsalı ildә 6% artaraq hal-hazırda 80 milyon ton

tәşkil edir. Qapalı su tәchizatlı qurğularda akvakultura mahiyyәtinә görә

istehsalatda suyun tәkrar istifadәsi әsasında balıqların vә digәr su orqanizmlәrinin

yetişdirilmәsi texnologiyasıdır. Bu texnologiya mexaniki vә bioloji filtrlәrin

tәtbiqinә әsaslanır, balıqlar, krevetlәr, ikitaylı molyusklar kimi akvakultura

obyektlәrinin yetişdirilmәsindә istifadә olunur. Qeyd etmәk lazımdır ki, QSQ

әksәr hallarda balıqartırmada istifadә olunur. Ekoloji baxımdan suyun az

sәrfiyyatına görә QSQ әlverişlidir.

Dünyanın bir çox regionlarında, o cümlәdәn Azәrbaycanda su azalan

resurslara çevrilmişdir. Suyun az istifadәsi hesabına balıqların hәyat fәaliyyәti

mәhsullarının kәnarlaşdırılması әnәnәvi balıqartırma tәsәrrüfatları ilә

müqayisәdә az vәsait tәlәb edir vә asan başa gәlir. QSQ-da akvakultura

kommersiya dayanıqlığı cәhәtdәn dә balıqartırmada әn yaxşı ekoloji yanaşmadır.

Suyun temperaturu, oksigenin miqdarı, hәtta gün işığı kimi göstәticilәrә nәzarәt

balıqlar üçün sabit vә optimal şәrait yaradır, nәticәdә stress azalır vә daha yaxşı

böyümә baş verir. Belә sabit inkişaf şәraiti daimi vә proqnozlaşdırılan böyümә

tempi, yәni balığın nә vaxt müәyyәn inkişaf mәrhәlәsinә vә ölçüyә çatması haqda

balıqçı-mütәxәssisә dәqiq fikir söylәmәyә imkan verir. Bunun üstün cәhәti

ondadır ki, dәqiq istehsalat planı qurmağa vә әmtәәlik balığın satış üçün

6

hazırlanması vaxtını müәyyәn etmәyә imkan verir.

Qeyd etmәk lazımdır ki, xәstәliklәrdәn qorunma amili bu prosesdә

özünәmәxsus üstünlüklәrә malikdir. QSQ-da patogenlәrin tәsiri çox aşağıdır vә

suyun az sәrf olunması ilә әlaqәdar onlra әtraf mühitdәn invazion xәstәliklәrin

düşmәsi ehtimalı minimuma endirilmişdir. QSQ-da yalnız quru yemlәrdәn

istifadә olunur. Tәbii şәraitdәn ovlanmış kiçik ölçülü balıqlardan hәr hansı

formada istifadә etmәk olmaz. Belә yemlәr sistemi güclü çirklәndirir vә müxtәlif

xәstәliklәrlә yoluxma ehtimalını artırır. Quru yemlәrdәn istifadә tәhlükәsizdir vә

üstünlüyü ondadır ki,onların tәrkibi balıqların bioloji tәlәbatına tam uyğundur.

Dairәvi hovuzlarda vә ona oxşar konstruksiyalarda hәll olmuş oksigenin

miqdarına nәzarәt vә onun tәnzimlәnmәsi nәticәsindә bütün hovuz boyu

oksigenin paylanması, demәk olar ki, bәrabәr baş verir. Şәraitdәn asılı olaraq

hovzularda oksigenin miqdarını artırıb-azaltmaq mümkündür vә әlavә verilmiş

oksigenin miqdarı oksimetrlә dәrhal qeyd olunur. Bir qayda olaraq belә suyun

aerasiyası hesabına hәll olmuş oksigenin miqdarını 90%-ә, bәzi qurğularda 100%-ә

çatdırmaq olar. Әksәr hallarda daxil olan suda hәll olmuş oksigenin midarının

100%-dәn çox olmasına üstünlük verilir. Belә ki, balığın yüksәk vә sabit böyümә

tempi üçün onun bilavasitә istifadә etdiyi oksigenin miqdarı kifayәt qәdәr çox

olmalıdır.

Müasir tәsәrrüfatların әksәriyyәtindә mәrkәzi nәzarәt sistemi fәaliyyәt

göstәrir. Bu sistem oksigen, temperatura, pH, suyun sәviyyәsi vә mühәrriklәrin

fәaliyyәti kimi göstәricilәrin monitorinqini vә nәzarәtini hәyata keçirir. Әgәr

histerezisin әvvәlcәdәn müәyyәn edilmiş hәr hansı bir göstәricisindә kәnaraçıxma

baş verirsә, buraxılış/dayanma nöqtәsi ilә texnoloji proses problemi hәll etmәyә

çalışır. Problem avtomatik hәll olunmursa, siqnalizasiya işә düşür. Avtomatik

yemlәmә prosesi dә mәrkәzi nәzarәt sisteminә inteqrasiya oluna bilәr. Bu,

yemlәmә vaxtını oksigenin daha yüksәk dozası ilә uyğunlaşdırmağa imkan verir,

çünki qidalanma zamanı oksigenә olan tәlәbat artır.

Çox iri ölçülü şirin su kreveti Macrobrachium rosenbergii bu cinsin әn yaxşı

öyrәnilәn növlәrindәn biridir vә akvakultura obyekti kimi çox qiymәtlidir.

Erkәklәrin uzunluğu 326 mm vә çәkisi 250 qramdan çox, dişilәr- 283 mm olur.

Krevetlәr 4-5 aylıqda cinsi yetkinliyә çatır. Daha tez cinsi yetkinliyә çatan dişilәrin

uzunluğu 150 mm, çәkisi 25 q, erkәklәrin – 150 mm vә 35 q olur. Yumurtaların sayı

onların çәkisindәn asılıdır vә yaşdan asılı olaraq 20.000-150.000 arasında dәyişir.

Onların hәyat dövriyyәsi dörd mәrhәlәni әhatә edir: yumurta, sürfә, sürfәdәn

sonrakı mәrhәlә, yetkin fәrd. Sürfә mәrhәlәsindә krevet üzür vә hәr 2-3 gündәn

bir qabıq dәyişir. Sürfә mәrhәlәsindә orta hesabla 30 (21-45) gün әrzindә 11 dәfә

qabıq dәyişir. Bütün sürfә mәrhәlәlәri şortәhәr suda keçir (әvvәlcә 14 ‰, sonda 1-

2 ‰).

Eyni zamanda yetişdirilmәk üçün krevet sayı 100000-ә bәrabәr krevet

materialının alınması prosesindә 40 fәrddәn (onlardan dişi fәrd-30) ibarәt ana

sürünün olması vacibdir, pitomnikdә suyun ümumi hәcmi 90 m3, ümumi

yetişdirmә sahәsi 240 m2 , !500 kq yem tәlәb olunur. QSQ-da yetişdirilmәk üçün

götürülәn krevetlәrin optimal çәkisi 1.5-3 q olmalıdır. Belә materialın alınması

üçün tam nәzarәtdә körpәlәrin 2.5-3 ay yetişdirilmәsi tәlәb olunur. Krevetlәrin

intensiv yetişdirilmәsinin әsasında sahә vahidindә maksimum mәhsulun alınması

vә istehsal proseslәrinin fasilәsizliyi durur.Btün bunlar yüksәk sәviyyәdә

mexaniklәşdirm, krevetlәrin saxlanma şәraitinә (temeratura, oksigenin vә azot

7

birlәşmәlәrinin miqdarı,inkişafın müxtәlif mәrhәlәlәrindә hәcm vahidinә düşәn

yem orqanizmlәrinin miqdarı) tam nәzarәt vә prosesin idarә olunması hesabına

әldә olunur. Yetişdirilmәnin intensiv metodu törәdicilәrin alınmasından әmtәәlik

krevetkaların alınmasına qәdәr bütün proseslәri әhatә edir. Daha sonra mәhsulun

maya dәyәrinin aşağı salınması mәqsәdi ilә qarışıq yemlәr vә heyvan mәnşәli

zülallar kompleksin özündә istehsal olunmalıdır.Bu halda toyuq peyininin

işlәnilmәsi vә milçәk sürfәlәrinin yetişdirilmәsi hesabına heyvan mәnşәli

zülalların istehsalını sutkada 2000 kq-a çatdırmaq lazımdır.

Mәlumdur ki, dünya bazarına çıxarılan qara kürünün 90%-i keçmiş SSRİ vә

İran tәrәfindәn tәdarük olunurdu. Bu mәhsul az miqdarda Çin, Rumıniya, ABŞ vә

Türkiyә tәrәfindәn istehsal olunur (Arlati G., Bronzi P. 1993). Son vaxtlar Xәzәrdә

nәrәkimilәrin ehtiyatlarının vә ovunun katastrofik azalması Xәzәryanı ölkәlәr

üçün ayrılan ov kvotasının vә eksportun kәskin azlmasına gәtirib çıxarmışdır. Bu

vәziyyәt qәrb ölkәlәrindә nәrәçilik tәsәrrüfatlarında kürü istehsalı üçün güclü

stimul rolunu oynayır. Belә ki, hәlә 1994-cü ildә Fransada 60 kq nәrә kürüsü

alınmışdır, 1995-ci ildә 160 kq, 1996-cı ildә isә 600-700 kq olmuşdur (Hjul, 1996).

Hal-hazırda qara kürü ABŞ, Almaniya, İsrail, Çili vә Rusiyanın nәrәçilik

tәsәrrüfatlarında zavod şәraitindә istehsal olunur. Mәsәlәn, Donrıbkombinat

tәsәrrüfatı ildә 2 ton qara kürü istehsal edir (Буринда И., 1981; Васильева Л.

2000).

Azәrbaycanda nәrәkimilәrin yetişdirilmәsi vә zavod şәraitindә qara kürünün

alınması olmamışdır. Keçәn әsrin 80-ci illәrindә Azәrbaycan MEA fiziologiya

İnstitutu Rusiya EA Pavlov adına fiziologiya İnstitutu ilә birgә Lenunqrad

yaxınlığında (Kirişi şәhәri) Kalinin adına balıqçılıq kolxozunda nәrәkimilәrin

hibridlәrinin yetişdirilmәsini aparmışdır. DRES-nın isti sularında nәrәkimilәrin

yetişdirilmәsi perspektivli olsa da, bu iş sonralar tam dayandıldı.

Belәliklә, tәqdim olunan pilot layihә çәrçivәsindә QSQ-da nәrәkimilәrin vә

makrobraxium krevetinin paralel olaraq yetişdirilmәsi nәzәrdә tutulur vә

Azәrbaycanda ilk dәfә olaraq hәyata keçirilәcәkdir. Bu layihәnin perspektivlәri

gözlәnilәn nәticәlәrә görә çox böyükdür. Belә ki. layihә çәrçivәsindә hәr il 10 ton

nәrә balıqlarının әtinin vә hәr hektardan 1 ton krevetkanın alınması planlaşdırılır.

ӘDӘBİYYAT

1.Hjul. P. French farms now riady with the Eish of Kings. // Fish Farming

Intern. 1996. V 23 № 6. p. 32-33.

2.Буринда И. Устремлённость // Рыбоводство и рыболовство. 1981. № 2. с.

8-9.

3.Васильева Л. Биологические и технологические особенности товарной

аквакультуры осетровых в условиях Нижнего Поволжья. НПЦ «Биос».

Астрахань, 2000, с. 1-189.

4.Arlati G., Bronzi P. Sturgeon farming in Italy // Proc. Intern. Sturgeon Symp.

Moscow: VNIRO, 1993, p. 321-332.

Tәqdim olunan llayihәnin mahiyyәti

QSQ әsasında akvakultura tәsәrrüfatı Mingәçevir su anbarı әrazisindә,

Mingәçevir şәhәri yaxınlığında yerlәşәcәkdir. Bu әrazi aşağıdakı tәlәblәrә cavab

vermәlidir: qaz kәmәrinin, elektrik xәttinin, artezian quyusunun, asfaltlaşdırılmış

yollarn, bioloji çökdürücü nohurun yaradılması imkanının, tәsәrrüfatın

genişlәndirmә imkanının olması vә onun mәhsulun satışı mәntәqәlәrindәn

bәrabәr mәsafәdә yerlәşmәsi.

8

Satış üçün tәklif olunan mәhsul – diri vә soyudulmuş (dondurulmuş) nәrә

balıqları vә makrobraxium krevetlәridir. Qapalı su tәchizatlı qurğularda (QSQ)

yetişdirilәn balıq vә krevet ekoloji tәmiz mәhsul olub yüksәk keyfiyyәti ilә seçilir.

Әsas üstünlüyü – mәhsulun satışının mövsümi xarakterli olmamasıdır.

Hovuzların balıq yetişdirilmәsi üçün istifadә edilmәsi balıqartırma

teönologiyasının tәkmillәşdirilmәsi üçün perspektivlәr açmışdır. Hovuzlarda

balıqartırma bu prosesin sәnaye sәviyyәsinә keçmәsi istiqamәtindә bir addımdır.

Belә hovuzlar yerli relyef nәzәrә alınmadan tikilә bilәr vә ya binanın daxilindә ola

bilәr. Hovuzlara yem yalnız insanın istәyindәn asılı olaraq düşә bilәr, tәbii yem

bazası birmәnalı şәkildә yoxdur, suyun doldurulması vә boşaldılması balıq

yetişdirәnin planına uyğun hәyata keçirilir. Yetişdirilәn materialın seleksiyası,

tutulması, müalicәsi vә digәr texnoloji әmәliyyatlar gölә(nohura) nisbәtәn daha

asandır.

Hovuzlardan istifadәyә görә xәrclәr burada heyvan mәnşәli zülallarla zәngin

yem orqanizmlәrindәn vә suyun hazrlanmasının texniki daha zәngin sistemindәn

istifadә olunduğu üçün yüksәkdir. Hovuzlarda balıqartırma zamanı daha yüksәk

gәlir әldә etmәk üçün göllә müqayisәdә burada sahә vahidinә düşәn balıqların

sayı vә sxılığı artırılır. Balıqların yerlәşdirilmәsindә sıxlıqla әlaqәdar iki әsas

problem yaranır: birinci-tәnәffüs üçün lazım olan oksigenlә tәminat; ikincihovuzların

balıqların hәyat fәaliyyәti nәticәsindә yaranan mәhsullardan

tәmizlәnmәsi.

Tәnәffüs üçün oksigen mәnbәyinin tәşkili vә hәyat fәaliyyәti nәticәsindә

yaranan mәhsulların qatılığının azaldılması problemi akvakulturanın bütün

formaları (göl,tor qәfәs vә hovuz) üçün mövcuddur. Lakin bu, müxtәlif yollarla

hәll edilir. Göllәrdә vә digәr açıq tipli su hövzәlәrindә suyun oksigenlә

zәnginlәşdirilmәsi problemi havadan oksigenin udulması vә yosunların hәyat

fәaliyyәti hesabına öz hәllini tapır. Hovuzlar üçün isә bu, yalnız onlara oksigenlә

zәnginlәşdirilmiş suyun vurulması yolu ilә hәii edilir. Hovuzlardan fәrqli olaraq

açıq tipli su hövzәlәrindә balıqların hәyat fәaliyyәti nәticәsindә yaranan

mәhsulların qatılığının azaldılması problemi kәskin deyil. Belә ki, bu mәhsullar

bakteriyalar tәrәfindәn parçalanır vә zәhәrli olmayan maddәlәrә çevrilir.

Hovuzlarda balqların yerlәşdirilmәsindәki yüksәk sıxlıq hesabına bu maddәlәrin

qatılığı, әgәr su cәrәyanı ilә azalmırsa, tәhlükәli hәddә çata bilәr. Oksigenlә

zәnginlәşmiş su ilә işlәyәn balıqartırma qurğuları praktikada geniş istifadә olunur.

Hovuzun suyuna әlavә mәnbәdәn oksigenin daxil olması su sәrfiyyatını dәfәlәrlә

azaltmağa imkan verir. Oksigenlә zәngin su әvvәlcәdәn tәmiz su ilә qarışdırılır,

sonra isә hovuza vurulur. Belә qurğular sözün tam mәnasında qapalı qurğulardır.

Qapalı qurğular balıq yetişdirmә prosesinin bütün mәrhәlәlәrindә:

törәdicilәrin saxlanması, kürünün inkubasiyası, sürfәlәrin vә körpәlәrin

yetişdirilmәsi, әmtәәlik balığın yetişdirilmәsindә istifadә edilir. Bu qurğular sәrt

iqlim şәraiti olan sәnaye rayonlarıda daha әhәmiyyәtlidir. Әvvәla, tәmiz suyun

çatışmazlığı, ikinci, balıqfrtırmanın nәticәlәrinin hava şәraitindәn asılı olmaması.

QSQ-da temperaturun vә suda hәll olmuş oksigenin qatılıgının tәnzimlәnmәsi

imkanları isana balıq yetişdirilmәsi prosesini vaxta görә idarә etmәyә şәrait

yaradır. Mәsәlәn, erkәn vә ya gecikmiş kürü almaq, fәsillәrdәn asılı olmayaraq il

boyu bir neçә dәfә kürü almaq, balığın böyümә tempini artırıb-azaltmaq,eyni

vaxtda bir neçә balıq növünü yetişdirmәk. QSQ-dan istifadә balıqartırmanı

sәnayenin bir sahәsinә cevirmişdir. Bu qurğularda texniki vasitәlәrin tәtbiqi

9

hesabına balıqların sürәtli böyümә tempinә vә yüksәk gәlirә nail olmaq

olar.Texniki oksigenin tәtbiqi hovuzlara verilәn suyun tәrkibindә bәrabәr kütlәyә

görә hәll olmuş oksigenin miqdarını 500-600 %-ә çatdırmağa imkan verir. Bu, öz

növbәsindә, hovuzda balıqların sıxlığını 100 kq/m3 vә daha çox artırmağa şәrait

yaradır. Bunula belә, tәsәrrüfatlar yaradılan zaman torpağa vә suya minimum

tәlәbat әsas şәrtdir. Qapalı balıqartırma qurğuları olan balıq yetişdirmә

tәsәrrüfatlarını böyük şәhәrlәrin vә sәnaye mәrkәzlәrinin yaxınlığında yaratmaq

olar. Göl-balıqçılıq tәsәrrüfatları ilә müqayisәdә torpağa vә suya olan tәlәbat min

dәfә azdır.

QSQ ilk dәfә ABŞ-nın şimal-qәrb ştatlarında forelin tәbii populyasiyalarının

bәrpası üzrә milli proqram hәyata keçirilәn zaman istifadә olunmuşdur. Sonralar

bu tәcrübә ABŞ-da bir sıra balıqların vә digәr su heyvanlarının yetişdirilmәsi üçün

istifadә olundu. Amerikalıların bu işi Qәrbi Avropada vә SSRİ-dә öyrәnildi vә

tәtbiq olundu. Hal-hazırda Qәrbi Avropada bu qurğulardan ilanbalığının,

nәrәkimilәrin,forelin, naxanın vә tilyapinin yetişdirilmәsindә istifadә olunur.

Qapalı su tәchizatlı qurğularda balıq yetişdirәn müәssisәlәr ekoloji tәhlükәli

istehsal sahәlәrinә aid edilmir. Bunula belә, әtraf mühitin bütün tәlәblәri nәzәrә

alınmadıqda, aşağıdakı istiqamәtlәrdә ona neqativ tәsir mümkündür:

-balıqlarn yetişdirildiyi qurğuda texnoloji proseslәrin dәyişilmәsi vә yemlәrin

düzgün seçilmәmәsi zamanı istehsalat tullantılarının artması. düzgün

hesablamalar aparılmadıqda biofiltrin hazılanmasında kәnaraçıxmalar vә әtraf

mühitә çirkli suyun axıdılması. Bioloji çökdürücü gölә axıdılan suyun sutkalıq

(hesablanmış) norması 150 m3 –dan çox ola bilmәz

Bu amillәrin әtraf mühitә mәnfi tәsirini azaltmaq üçün tәkliflәr: balıqların

hәyat fәaliyyәti nәticәsindә yaranan mәhsulların utilәşdirilmәsinin tәşkili, onların

qurudulması vә çeşidlәnmәsi, onlardan bitkilәrin әlavә yemlәndirilmәsi üçün

istifadә oluna bilәr; yemlәrin düzgün seçilmәsi vә yem әmsalının azalması

fonunda çirklәnmiş suyun mühitә axıdılmasının azaldılması; ikinci (dublikat)

texnoloji avadanlığın qurulması (әsasın sıradan çıxdığı hallarda); nәzarәtedici

tәşkilatlarla planlaşdırılmış yoxlamaların aparılması üçün müqavilә imzalamaq.

Balıq әti qida xüsusiyyәtlәrinә görә çox qiymәtlidir vә mal әtindәn üstündür.

Balıq әti tәrkibi әvәz olunmayan amin turşuları ilә zәngin qiymәtli zülal

mәnbәyidir. Metionin qaraciyәrdә yağllar mübadilәsinin tәnzimlәnmәsindә

mühüm rol aynayır vә digәr әrzaq mәhsulları ilә müqayisәdә balıqda daha

çoxdur. Mal әti ilә müqayisәdә balıqda birlәşdirici toxumanın miqdarı 5 dәfә

azdır.

Balıq yetişdirilmәsi üçün әsas xammal müxtәlif kombinasiyalı yem

qarışıqlarıdır. Onların qiymәti 1 kq balığın yetişdirilmәsinә sәrf olunan vәsaitin

55%-ni tәşkil edir. İş prosesinin ilk mәrhәlәlәrindә Hollandiyanın Coppens

international BV firmasının qarışıq yemlәrindәn istifadә edilmәsi planlaşdırılır.

Balıq yetişdirilәn hovuzların hәr biri 40 m3 su tutumuna malikdir. Hovuzlar

qırmızı keramik kәrpicdәn hazırlanır. Onun dibini suyun boşaldlması üçün lazım

olan çıxış sifonuna (ÇS) doğru tikinti qumu ilә 5o bucaq altında maillik vermәklә

hamarlayırlar. ÇS hәr bir hovuz üçün ayrıca qurulur. Qumda qızdırıcı naqillәr

yerlәşdirilir ki, onların hesabına suyun temperaturu avtomatik rejimdә sabit

saxlanacaqdır. Bu sistem hovuzda suyun temperaturu 23oC–yә qәdәr azalanda

avtomatik işә düşür vә 27oC –dә işini dayandırır.Qızdırıcı naqillәrin üstü armatur

torla örtülür vә arası betonla doldurulur.Sement bәrkidikdәn sonra bütün hovuz

10

boyu hidroizolyasiya üçün zәruri olan polietilen örtük çәkilir, onun qarşı-qarşıya

durmuş divarlarından balıqların yemlәnmәsindә istifadә edilәn poladdan

hazırlanmış stollar asılır. Bundan sonra hovuz su ilә doldurulur vә ora körpәlәr

buraxılır, çirklәnmiş suyun çıxarılması vә yerinә oksigenlә zәngin suyun verilmәsi

qrafikә tam uyğun olraq qapalı dövriyyә üzrә aparılır.

Әmtәәlik balıqın yetişdirilmәsi hovuzlarda onların sıx yerlәşdirilmәsi zamanı

praktik olaraq mümkün deyil. Ona görә dә suyun kifayәt qәdәr oksigenlә

zәnginlәşdirilmәsi üçün oksigen stansiyası tәlәb olunur, onun hesabına texniki

oksigen hasil olunacaq. Әmtәәlik balığın intensiv yemlәnmәsi üçün

balaslaşdırılmış yem qarışığı tәlәb olunur. Alınma yem qarışıqları yem rasionuna

çox vaxt uyğun gәlmir vә bahadır, ona gәrә dә belә yemlәrin istehsalı üçün

istehsal gücü sutkada 2-10 ton arasında dәyişәn sex tikilәcәkdir.

Heyvan mәnşәli zülalları saxlayan yem qarışıqları üçün ayrıca kompleks

tikilmәsi nәzәrdә tutulur. Kompleks yaxındakı su hövzәsindәn istifadә edilmәklә

su ilә tәmin olunacaq. Qışda isә yaxınlıqda olan artezian suyundan istifadә

olunacaqdır. Balıqların yaşayış mühiti kimi olan su, kompleksdәki laboratoriyanın

tam nәzarәtindә olmalıdır. Yaşayış mühitinә nәzarәt balıqların yetişdirilmәsi vә

saxlanması işindә çox mühüm elementdir. Hidrokimyәvi tәdqiqatlar hәr gün

aparılmalıdır. Bu işldәrdә әn mühüm cәhәt nümunәlәrin düzgün toplanmasıdır.

Götürülmüş nümunәlәr uyğun olaraq hovuzdakı suyun duz vә mineral tәrkibini

dәqiq göstәrmәlidir. Dәrinliklәrә vә sahәyә görә su kütlәsi bәrabәr paylanmayıb,

ona görә dә suyun durğun olan hissәsindә olan göstәricilәr axar sudan çox

fәrqlәnәcәk.

Balıqlar bir çox xәstәliklәrә mәruz qalır. Onları viruslar, bakteriyalar, müxtәlif

parazit heyvanlar vә xәrçәnglәr törәdir, bundan başqa orqanizmin normal hәyat

fәaliyyәtinin pozulması vә әlverişsiz mühit şәraiti dә bu xәstәliklәrә sәbәb olur.

Suyun güclü çirklәnmәsi, turşuluğun artması, suda hәll olan oksigenin miqdarının

azalması vә temperatur göstәricilәrinin kәskin dәyişmәsi dә xәstәliklәr üçün şәrat

yaradır. Profilaktik tәdbirlәrә tam әmәl olunmadıqda, bәzәn hovuza xәstә balıq

düşür, onlar sağlam balıqlarla kontakda olduqda, müxtәlif infeksion xәstәliklәrlә

yoluxma baş verir.

Әmtәәlik balıqçılıq tәsәrrüfatının qurulduğu hovuzlarda suyun analizinә çox

ciddi yanaşmaq lazımdır. Su bütün göstәricilәrinә görә normativlәrә tam uyğun

olmalıdır. Balıqların xәstәlәnmәsi vә yoluxması avadanlıq vasitәsilә, hәtta işçilәrin

paltarından belә ola bilәr. Ona görә dә belә tәsәrrüfatlarda sanitar normalara vә

qaydalara tam әmәl olunmalıdır.

Nәrә

Nәrәnin yetişdirilmәsi üçün su, yaxındakı tәbii su mәnbәyindәn götürülür. Bu

su özünün göstәricilәrinә görә nәrәnin yaşayışı üçün, lazım olan göstәricilәrә

malik olmalıdır. Suyun fasilәsiz olaraq zavoda (QSQ) vurulması vә onun

keyfiyyәtinә nazarәt suyun istifadәәsi qurğusunda aparılır. Bir saatda işlәnilәn

suyun miqdarı 156 m3 -ә bәrabәrdir. Başqa mәqsәdlәr üçün istifadә olunan su isә

magistral su xәtlәrindәn götürülür. Hovuzlardan istifadә olunmuş su

axıdılmamışdan әvvәl, mexaniki vә biolorji tәmizlәmә qurğularından keçir, sonra

isә drenaj kanala ötürülür. Bu axıdılmış suyun miqdarı hovuza daxil olan suyun

miqdarına bәrabәr olmalıdır. Formalışmış bioloji lil bioloji fermentasiya

qurğusuna ötürülür vә ya kәnd tәsәrrüfatında istifadә olunur. Yağış vә qrunt

suları bu sularla birlikdә kanalizasiya sisteminә axıdılır. Nәrә vә onun kürüsü

11

böyük sahәsi olan tikililәrdә aparılacaqdır. QSQ-da zavod şәraitindә nәrә

balıqlarının müvәffәqiyyәtlә yetişdirilmәsi Avropa, Şimali Amerika vә Mәrkәzi

Asiya dövlәtlәrindә artıq hәyata keçirilir. Bu proses ekoloji cәhәtdәn çox

әlverişlidir vә digәr balıq növlәrinin artırılmasında da istifadә oluna bilәr. Zavod

istismara verilәndә әtraf mühitin çirklәnmәsi, әn çox da karbon qazı vә tullantı

suları ilә vә s. çirklәnmә baş vermir.

Hovuzdan buraxılan sular drenaj kanalları vasitәsilә zavodun bioloji vә

mexaniki tәmizlәmә qurğularına verilir vә burada istehsalın tullantıları tәmizlәnir

vә parçalanır. İntensiv balıqyetişdirmә üçün nәzәrdә tutulan vә QSQ әsasında

işlәyәn zavod aşağıdakı xüsusiyyәtlәri ilә seçilir: Havanın çirklәnmәsinin,

müxtәlif xәstәliklәrin, iqlimin vә s. tәsirinin minimuma endirilmәsi; balıqların

böyümәsinin asan nәzarәtә götürülmәsi, bu halda spesifik yemlәr verilir, növdәn

asılı olaraq, suyun temperaturu vә keyfiyyәti dәyişdirilir, oksigen rejimi tam

normada saxlanılır; su daim mexaniki vә bioloji filtirlәrlә tәmizlәnir, elektrik

enerjisindәn istehsalatda minimum istifadә olunur, mәhsulun fasilәsiz istehsalı

baş verir; ana sürülәrin hesabına körpәlәrin sonrakı nәsillәrinin alınması tәmin

olunur; daim yüksәk keyfiyyәtli tәzә balıq alınır; balıqların yetişdirilmәsi üçün

istifadә olunan su tәbii mәnbәlәrdәn götürülür.

1200 km2 sahәdә mayalanmış yumurtalardan körpәlәr çıxır. Pitomnikin

hovuzları 3 әsas dövriyyәyә bölünür. Onların hәr birindә bioloji filtr, daim

fırlanan filtr, nasos, istilik sistemi, ventilyasiya, UBŞ qurğusu olur. 46992 km2

sahәdә 187 modul yerlәşir vә bu ildә 925 nәrәnin yetişdirilmәsi vә 64 t kürünün

alınması üçün nәzәrdә tutulur. Hәr bir modul özünün qapalı su dövriyyәsinә

malikdir vә bütün bioloji vә mexaniki vasitәlәrlә tәmin olunmuşdur. Bütün

modulların işi yarımavtomatik rejimdә idarә olunur.

Nәrәnin dişi fәrdlәrindәn yumurtalar çıxarılır, ayrıca pitomnikdә

mayalandırılır vә burada da körpәlәr alınır. Sürfәlәr xüsusi şüşә qablarda

yetişdirilir vә sonrakı mәrhәlәdә qidalandırıcı kanallara keçirilir. Daha sonra

körpәlәr xüsusi plastik hovuzlara köçürülür vә bu hovuzlarda onlar 200 q çәki

yığana qәdәr qalır. Yalnız bundan sonra balıqlar özünün әsas çәkisini yığır vә

onları pitomnikin hovuzlarına yerlәşdirirlәr. Burada nәrә körpәlәri 1000 q çәki

yığana qәdәr qalır. Sonrakı mәrhәlәdә körpәlәr qidalanma modullarına

yerlәşdirilir ki, burada onların böyümәsi baş verir. Beton hovuzlarda (32x6 m)

bioloji tәmizlәmә qurğusu vә xarici mexaniki filtr olduğundan bura çirklәnmiş

suyun daxil olması mümkün deyil. Gün әrzindә balıq bir neçә dәfә yemlәndirilir.

Balıqlar üçün optimal hәyat şәraiti yaratmaq üçün su daim oksigenlә

zәnginlәşdirilir vә temperatur 18-220C intervalda saxlanılır. 15-18 aydan sonra

artıq balığın cinsini müәyyәn etmәk olur. Dişi fәrdlәr әllә tutularaq, kürülәmә

modullarına yerlәşdirilir. Burada onlara az qida verilir vә bu, kürü optimal

vәziyyәtә çatana qәdәr davam edir.

Makrobraxium kreveti

Bu krevetlәr cәnub-şәrqi Asiyanın çaylarında yaşayır, lakin kürüdәn sürfәnin

çıxmasından qabaq, dişilәr çayın deltasına miqrasiya edir. Sürfәlәrin pelaqiq

inkişafı 30 gün çәkir vә 12-14 promildә baş verir. Metamorfozdan sonra sürfәdәn

sonrakı mәrhәlәlәr dib hәyat tәrzinә keçәrәk, yenidәn çaya qayıdır. Bu krevetlәr

yüksәk böyümә tempi ilә seçilir. 4 ay müddәtindә 50 q-ma çatır (әmtәәlik çәki), 9

aya 100 q, bir ilә 150 q çәki yığır.

Avropa ölkәlәrindә bu krevetlәrin daşınması zamanı çoxlu itkilәr baş verir vә

12

onların böyük әksәriyyәti ölür. Ona görә dә bu ölkәdә onları yalnız dondurulmuş

vә ya dәrin soyudulmuş formada satırlar. Bu, öz növbәsindә mülayim iqlim

qurşağında yerlәşәn ölkәlәrdә makrobranium krevetinin akvakultura şәraitindә

yetişdirilmәsinә tәlabatı artırır. İl boyu әmtәәlik krevetlәr Rusiya әrazisindә Su

Elektrik Stansiyaların isidilmiş sularında yetişdirilir. Belә isti sudan istifadә

etmәklә, yetişdirilәn krevetkalar diri halda alıcıya çatdırılır.

Yaşlı krevetlәr üçün yem kimi dondurulmuş vә soyudulmuş balıq әti, kalmar,

müxtәlif molyusklar, toyuq әti istifadә olunur. Balıqlar vә quşlar üçün istifadә

olunan qarışıq yemlәr dә yararlıdır. Tәbii şәraitdә onlar çürüntü vә ölmüş heyvan

qalıqları ilә qidalanmağa üstünlük verirlәr. Ona görә dә akvakultura şәraitindә

krevetlәrin daha sürәtlә böyümәsini tәmin etmәk üçün qidaya çürüntü iyini verә

bilәcәk xüsusi kimyәvi maddәlәr әlavә edilir. Qida rasionunda bütün hallarda su

bitkilәri olmalıdır. Onların olmadığı şәraitdә adi göyәrtilәrdәn istifadә oluna bilәr.

Bitki qidasının çatmamazlığı bu krevetlәrin böyümәsinә birbaşa tәsir göstәrir.

Sutkalıq qıda rasionuna daxil olan artemilәr 300 l-lik hәcmli inkubatorda böyük

әhәmiyyәtә malikdir. Bu hәcmdә krevetlәrin 30000 sürfәsi olur vә onların artemi

sürfәlәrinә olan tәlabatı 30 q-dır. Hәm akvakultura, hәm dә akvarium şәraitindә

krevetlәrin saxlanması zamanı çox mühüm mane olan faktordan biri

kannibalizmdir. Bu halın qarşısının almasının effektli yollarından biri ikinci cüt

әtraflardan qısqacların kәsilmәsidir.

Akvakulturada 6-7 sm-lik krevetlәr hәr m2 -ә 25 әdәd olmaqla yerlәşdirilә

bilәr. 60 gün әrzindә onların sağ qalması 92% tәşkil edir, 8%-i isә birbaşa

kannibalizmlә bağlı ölür. Krevetlәr ailә şәklindә yaşayırlar. Bura bir erkәk vә 5-ә

qәdәr dişi daxildir. Dişilәrin qabıq dәyişmәsi zamanı onların xitin örtüyü

bәrkiyәnә qәdәr erkәk özünün uzun qısqacları ilә dişilәrә hücum edәn başqa

krevetlәriı qovur vә bununla kannibalizmin qarşısı alınır. Bu dövrdә hәm dә

cütlәşmә baş verir. Bәzi hallarda erkәyin qabıq dәyişmәsi zamanı dişilәr onu yeyir.

Bu krevetlәrin maksimum ölçüyә çatması üçün onları 10 әdәd/m2 sıxlıqla

yerlәşdirirlәr, yüksәk sıxlıqda onların ölçülәri kiçik olur.

Hal-hazırda dünya akvakulturasının mәhsulları özünün hәcminә görә artıq

tәbii su hövzәlәrindәn tutulan hidrobiontların ümumi hәcminә yaxınlaşır. Son illәr

balıqların vә xәrçәnglәrin qapalı su tәchizatlı qurğularında intensiv yetişdirilmәsi

baş verir. Bu metodun digәrlәri ilә müqayisәdә üstünlüklәri aşağıdakılardır: 1.

texnoloji proseslәrә tam nәzarәt; 2. tәbii şәraitdәn asılı olmamaq; 3. suyun

minimum sәrfiyatı; 4. ekoloji tәmizlik; 5. xәstәliklәrә nәzarәt; 6. әmtәәlik

mәhsulun artımı; 7. mәhsulun yetişdirilmәsindә intensiv texnologiyaların tәtbiqi;

8. il boyu mәhsulun yetişdirilmәsi imkanı; 9. mәhsulun sabit şәkildә bazara

çıxarılması; 10. mәhsulun maya dәyәrinin mühitin temperaturundan vә havadan

asılı olmaması.

Mәlumdur ki, son illәr nәrәkimi balıqların Xәzәr dәnizindә sayı kritik hәddә

çatmışdır. Onların sayının çox sürәtlә azalması Xәzәr faunasında bu balıqların tam

itmәsinә gәtirib çıxara bilәr. Artıq mәlumdur ki, Rusiya, Azәrbaycan vә İranda

yerlәşәn balıqartırma zavodları tәrәfindәn nәrәkimilәrin süni artırılması müasir

tәlәblәrә cavab vermir. Çox tәәssüf ki, digәr ölkәlәrlә müqayisәdә Azәrbaycanda

indiyә qәdәr nәrәkimilәrin artırılmasının vә yetişdirilmәsinin dәqiq mexanizmi

işlәnilmәyib. Çox böyük gәlir gәtirәn bu sahә yalnız Xәzәrә zavodlarda

yetişdirilәn nәrә körpәlәrinin buraxılması ilә mәhdudlaşır. Hal-hazırda çox

tәhlükәli bir vәziyyәt yaranmışdır. Bir tәrfdәn bir çox ölkәlәr zavod şәraitindә 10

Layihә üzrә

layihә rәhbәri

tәrәfindәn

13

tonlarla qara kürü vә 100 tonlvarla balıq yetişditrirlәr. Digәr tәrәfdәn isә biz bu işә

ciddi yanaşmasaq, Azәrbaycan ixtiofaunasının bu möcüzәli nümayәndәlәrini

birdәfәlik itirmiş oluruq. Vәziyyәtdәn çıxış yolu tәcili sürәtdә nәrәkimilәrin

intensiv süni yetişdirilmәsini tәmin etmәkdir. Paralel olaraq tәbii hövzәlәrdә bu

balıqların ovu qadağan olunmalıdır. Әmtәә nәrәçiliyinin hal-hazırda 3 әsas

istiqamәti müәyyәn edilmişdir. Bu birinci növbәdә sәnaye әsaslarında inkişaf edәn

nәrәçilikdir, burada әsas istiqamәt yetişdirilmәnin intensiv metodlarına әsaslanır.

İkincisi nәrәkimilәrin adi balıqyetişdirmә göllәrindә monokultura vә

polikulturada yetişdirilmәsidir. 3-cü göllәrә, axmazlara vә su hövzәlәrinә

polukultura şәraitindә nәrә balıqlarının buraxılmasıdır. Lakin hovuzlarda, tor

qәfәslәrdә, kiçik sahәli göllәrdә bu balıqların yetişdirilmәsi son vaxtlar sürәtlә

inkişaf edir. Belә ki, bu şәraitdә su mühitinin limitlәndirici göstәricilәrinә nәzarәt

vә onu idarәetmә çox asandır. Qapalı su tәchizatlı qurğularında nәrәkimilәrin

yetişdirilmәsi balanslaşdırılmış yüksәk keyfiyyәtli qarışıq yemlәrdәn istifadә

etmәklә Almaniya, İtraliya, Fransa, Danimarka, ABŞ, Yaponiya, Çindә geniş

hәcmdә hәyata keçirilir. Mәsәlәn, Almaniyadan doktor Şteper göstәrir ki, bu

qurğularda o, bölgәni 4 yaşında cinsi yetkin vәziyyәtә çatdıra bilmişdir,

baxmayaraq ki, onlar cinsi yetkinliyә 16-17 yaşında çatırlar.

Әmtәәlik nәrәçiliyin prespektivliyi vә müasirliyi birbaşa qapalı su tәchizatlı

qurğulardan istifadә ilә bağlıdır. Әhәmiyyәtinә görә heç dә ondan geri qalmayan

vә yetişdirilmәsi planlaşdırılan digәr akvakultura obyekti makrobraxium

krevetidir. Son 50 ildә krevetlәrә olan tәlәbat әvvәlcә Şimali Amerika, sonra

Yaponiya vә Avropa, daha sonralar isә Cәnub-Şәrqi Asiya vә Cәnubi Amerika

ölkәlәrindә kәskin artmaqdadır. Tәbii şәraitdәn tutulan vә әnәnәvi fermer

tәsәrrüfatları hesabına istehsal olunan krevet bazarın tәlәbatını ödәmir. Ona görә

dә krevetlәrin intensiv yetişdirilmәsi sürәtlә inkişaf etmәkdәdәir. Bu sahәdә

birincilәr sırasında Yaponiya durur. 1950-ci ildәn 70-ci illәrә qәdәr Cәnub-Şәrqi

Asiya vә Cәnubi Amerika da bu işә qoşulmuşdur. Süni şәkildә yetişdirilmiş

krevetlәr hal-hazırda bütün dünya üzrә krevet satışının 25%-i tәşkil edir.

Krevetlәrin yetişdirilmәsi Azәrbaycanla qonşu ölkәlәrdә çox geniş hәyata keçirilir.

Belә ki, krevetlәrin yetişdirilmәsinini biotexnologiyasının hazırlanması ilә

Hәştәrxan Texniki Universitetinin akvakultura vә su bioloji resursları kafedrası

uzun illәrdir mәşğul olur. Elmi-Tәdqiqat Balıqçılıq Tәsәrrüfat İnstitutu da

Hәştәrxan vilayәtindә akvakultura tәsәrrüfatlarında sәnaye әsasları ilә krevetlәrin

yetişdirilmәsi ilә mәşğuldur. Rus alimlәrinin mәlumatlarına görә balıqlarla

polukultura şәraitindә Volqanın deltasındakı göllәrdә 50-100 kq/ha әmtәәlik

krevet, әlavә olaraq 200 kq balıq mәhsulu almaq mümkündür.

Hal-hazırda Azәrbaycanın inkişaf etmiş turizm ölkәsinә çevrildiyi bir vaxtda

makrobraxium krevetinin әmtәәlik intensiv istehsalı bizә görә birinci addım kimi

çox yerinә düşәrdi vә istehsalçılara yaxşı gәlir gәtirә bilәn sahәdir. Mәlumdur ki,

krevetin әti fosfor vә digәr mikroelementlәrlә zәngindir. Bütün bunları

ümumilәşdirәrәk tәdqim olunan layihә çәrçivәsindә nәrә balıqlarının vә

krevetlәrin QSQ-da intensiv әmtәәlik yetişdirilmәsi tәklif olunur. Bu qurğularda

nәzәrdә tutulan texnoloji proseslәr Mingәçevir su anbarı şәraitindә vә İnstitut

Mingәçevir laboratoriyasının resursları cәlb edilmәklә hәyata keçirilәcәkdir.

Materiallar, alınan nümunәlәr vә komplektlәşdirmә mәmulatlarına (əlavə dəyər

vergisi (ƏDV), gömrük rüsumu və gömrük rəsmiləşdirmə xərcləri daxil olmaqla) sәrf olunan

xәrclәrin hesablanması

hesablanmış

smeta

xәrclәrinin

açıqlaması

N

1

2

3

14

Material, alınan nümunәlәr vә komplektlәşdirmә

mәmulatlarının adları

Vahidinin

qiymәti

(man)

Miqdarı

Cәmi

mәblәğ

(man)

ABXMicro60OT18 Nәrә balıqlarınınәtinin keifiyyәtini

müәyyәnlәşdirmәkmәqsәdilә qanının morfoloji vә

biokimyәvi göstәricilәrinin müәyyәnlәşdirilmәsi üçün

Automatic Amino Acid Analyzer System S 433-D for protein

5 10 000 50 000

hydrolysate or physiologicalfluids-Krevetkavә nәrә

balıqlarının әti vә

kürülәrininqiadlılıqkeyfiyyәtinimüәyyәnlәşdirmәkmәqsәdilә

zülların aminturşu tәrkibininmüәyyәnlәşdirilmәsi üçün

3 100 000 30 000

Water quality Horiba U52G - Nәrә balıqları vә krevetkalar

yetişdirilәn su mühitinin parametrlәrini müәyyәnlәşdirmәk

üçün

6000 5 30 000

CӘMİ 110000

Elmi işlәr vә eksperimentlәr üçün xüsusi avadanlıq, cihaz vә qurğulara (əlavə

dəyər vergisi (ƏDV) daxil olmaqla) sәrf olunan xәrclәrin hesablanması

Vahidini

Cәmi

N Avadanlıq, cihaz vә qurğuların adları

n

qiymәti

Miqdar

ı

mәblәğ

(manat

ABXMicro60OT18 Nәrә balıqlarınınәtinin keifiyyәtini

(manat)

1 müәyyәnlәşdirmәkmәqsәdilә qanının morfoloji vә

biokimyәvi göstәricilәrinin müәyyәnlәşdirilmәsi üçün

Automatic Amino Acid Analyzer System S 433-D for

protein hydrolysate or physiologicalfluids-Krevetkavә

18425 1 18425

2

nәrә balıqlarının әti vә

kürülәrininqiadlılıqkeyfiyyәtinimüәyyәnlәşdirmәkmәqsә

dilә zülların aminturşu tәrkibininmüәyyәnlәşdirilmәsi

üçün

Water quality Horiba U52G - Nәrә balıqları vә

104 280 1 104 280

3 krevetkalar yetişdirilәn su mühitinin parametrlәrini

müәyyәnlәşdirmәk üçün

Atomic Absorbtion Spectrometer contr AA700 - Nәrә

7 128.00 5 35 640

4 balıqları vә krevetkaların әtindә radioaktiv vә ağır

metalların miqdarının müәyyәn edilmәsi üçün

112 200 1 112 200

5

Direct Solid AAS - Nәrә balıqları vә krevetkaların әtindә

radionuklidlәrin miqdarının müәyyәn edilmәsi üçün

47 520 1 47 520

6

QSQ - şәraitindә nәrә balıq vә nәhәng krevetka

yetişdirәn qurğu

270 000 1 270 000

7

QSQ - şәraitindә 34 ton/il mәhsuldarlıqlı nәrә balıq

yetişdirәn qurğunun texnoloji proyekti

20 000 1 20 000

8

Yamacha Ikimotorlu, 6 nәfәrlik qayıq – texniki mәqsәdlәr

üçün

16 000 2 32 000

9

Mikroskop Carln Zeiss Axio Lab. A1 endoparazitlәrin

növ tәrkibini tәyini üçün

35 000 3 105 000

10 Generator, 30 kVt AD-30-T400 dizel 10 000 1 10 000

11

AxioCam MR endoparazitlәrin fotoşәkillәrinin çәkilmәsi

üçün

15 000 3 45 000

CӘMİ 800065

Ezamiyyә xәrclәri

Ezamiyyәtin

mәqsәdi

Ezam olunan

yer

15

Ezam

olunan

şәxslәrin

sayı

Müddәt

(gün)

Yol

xәrci

(manat)

Gündәlik

xәrc

norması

(manat)

Viza

xәrci vә

sәfәr

sığortası

Cәmi

mәblәğ

(manat)

Texnoloji

proseslәrin

idarә

olunması

Mingәçevir 8 980 45.00 44100

CӘMİ 44100

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!