22.08.2016 Views

Avqust 2016 N156

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Xəbər

İtaliyanın “Uniqra” şirkətinə məxsus

xammalların təqdimat mərasimi keçirildi

2007-ci lldən qənnadı sektorunu

lazımi sənaye məhsulları ilə

təmin edən “Sun Food Service”

hazırda məhsul çeşidini daha da

artırıb. Həmçinin iaşə sahəsinə də

geniş xidmət göstərməkdədir.

Qeyd edək ki, o dövrdə ölkənin

bütün istehsal sahələri kimi, şirniyyat

sektoru da dinamik şəkildə

inkişaf edirdi. Bu səbəbdən də şirniyyat

istehsalçılarının istəklərinə

cavab verəcək sənaye yağlarının

təkmilləşdirilməsi zərurəti yarandı.

Çünki on il əvvəl şirniyyatçılar

sadəcə “Paşa”, “Sana” və “Final” marqarin yağlarından

istifadə edirdilər və bu yağlar şirniyyatçıları

tam təmin etmirdi. Və 2008-ci ildən etibarən

şirniyyatçılar üçün “Sultan” və “Sun” markası ilə

istehsalçıların istəklərinə tam cavab verən müxtəlif

yağların istehsalına başlandı.

Şirniyyat məhsullarının əsas xammalı yağ və

şəkər tozu olsa da, məhsulların hazırlanması üçün

digər tələb edilən əlavə xammalları müştərilər əsasən

xarici ölkələrdən əldə edirdi.

Lakin şirkət bu problemin həllini də öz üzərinə

götürdü və şirniyyat sektorunda istifadə olunan

xammallar, bu gün 560 çeşiddə (krem şanti, qabartma

tozları, jelelər, blok şokoladları və s.) xarici

ölkələrdən tədarük edilir. Məqsəd bu sektorda

istifadə olunan yağ və şəkər tozu ilə birgə bütün

xammalların şirkətimizdən əldə edilməsidir.

Onu da qeyd edək ki, şirkətimizdə qənnadı

məh sulları üzrə ixtisaslaşmış təlimçi Emma Abdullayeva

şirniyyat istehsalçılarının şirniyyatçıları və

texnoloqları ilə bərabər çalışaraq onların qarşılaşdıqları

problemlərə yaxından dəstək olur. Həmçinin

xammalların təkmilləşdirilməsi istiqamətində sıx

əməkdaşlıq edərək günü-gündən artan rəqabət

şəraitində sektor üçün yeni xammallar tövsiyə edir.

Həmçinin şirkət bu ilin əvvəllərində VİP şirniyyat

müştərilərinin istəklərini nəzərə alaraq İtaliyanın

“Uniqra” şirkətinin “Master Martini” məhsullarını

tədarük etməyə başlayıb. Bu məhsullar çox çeşidli

olmaqla bərabər yüksək keyfiyyətli məhsulların istehsalında

böyük rol oynayır.

Bu səbəbdən də İtaliyanın “Uniqra” şirkətinin

texnoloqu Françesko Drudi şirkətimizə dəvət edildi

və 20 iyul tarixində “Xəyal adası”nda 200 VİP

şirniyyat istehsalçılarının ustalarının iştirakı ilə

“Master Martini” məhsullarının təqdimat mərasimi

keçirildi.

Tədbirdə müəssisənin direktoru Bahadur Əliyev

çıxış edərək tədbir haqqında iştirakçılara ətraflı

məlumat verib.

Mərasimdə həmçinin Françeski Drudi şirkətimizin

istehsalı olan “Sultan” və “Sun” yağlarından öz

xammalları ilə birgə çox gözəl şirniyyat məhsulları

hazırlayaraq müştərilərimizə bu xammalların

istifadə qaydalarını nümayiş etdirib.

Müştərilərimiz yüksək səviyyədə təşkil olunmuş

tədbirdən öz məmnunluqlarını ifadə edərək

şirkətimizə dərin minnətdarlıqlarını bildiriblər.

8

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!