22.08.2016 Views

Avqust 2016 N156

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Qapaq / Xəbər

“Aqrar İnkişaf və ailə kəndli təsərrüfatları ilə

daimi iş” komissiyasının üzvləri işgüzar naharda

“Azərsun Holdinq”ə məxsus

“Xəyal adası” yaşayış kompleksində

Azərbaycan Respublikası

Sahibkarlar Təşkilatları

Milli Konfederasiyasının tərkibində

fəaliyyət göstərən “Aqrar

İnkişaf və ailə kəndli təsərrüfatları

ilə daimi iş” komissiyasının iclası

keçirilib.

Toplantıda son illərdə respublikamızda

qeyri-neft sektorunun,

xüsusilə də regionlarda

kiçik və orta sahibkarlığın inkişafı

istiqamətində dövlət proqramları,

iri infrastruktur layihələrinin

həyata keçirilməsi, əhalinin yoxsulluq

səviyyəsinin minimuma

endirilməsi, kiçik və orta

sahibkarlığın, xüsusən fermer

təsərrüfatlarının inkişafı üçün

zəruri tədbirlərin görüldüyü qeyd

olunub və bunun aqrar sahənin

inkişafı üçün xüsusi əhəmiyyət

kəsb etdiyi vurğulanıb.

Komissiyanın işinin daha da

fəallaşdırılması üçün quruma

“Azərsun Holdinq”in Müşahidə

Şurasının sədri Abdolbari Goozalın

sədrlik etməsi barədə qərar

qəbul olunub. Konfederasiya ilə

əməkdaşlıqdan məmnunluğunu

ifadə edən Abdolbari Goozal

indiyədək Azərbaycan Sahibkarlar Konfederasiyasının

həyata keçirdiyi tədbirlərdə “Azərsun

Holdinq”in əməkdaşlarının həvəs və maraqla iştirak

etdiyini bildirib. Şirkətlər qrupunun rəhbəri

“Aqrar İnkişaf və ailə kəndli təsərrüfatları ilə daimi

iş” komissiyasının ölkə iqtisadiyyatı, xüsusilə

də kənd təsərrüfatı sahəsində xüsusi xidmətlər

göstərəcəyinə inandığını vurğulayıb.

Tədbirdə iştirak edən sahibkarlar qısa müddətdə

komissiyanın bütün sənədlərini birgə müzakirə

edərək, vahid proqramın hazırlanması barədə razılığa

gəliblər.

6

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!