22.08.2016 Views

Avqust 2016 N156

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Baş redaktordan...

Yeni iqtisadi proseslər və yeniliklər davamlı islahatlar

tələb edir. Bu məqsədlə müxtəlif formatlarda müzakirə və

təhlillər aparılır, problem və çətinliklər müəyyən olunaraq

prioritetləşdirilir. Ölkənin ərzaq təhlükəsizliyinin təminatı

istiqamətində təxirəsalınmaz addımlar atılmasına xidmət edən

müxtəlif fərman və sərəncamlar verilir və bütün istehsalçılar

ictimai müzakirələrə cəlb olunur. Hökumətin müvafiq

qurumları, müxtəlif təbəqələrdə fəaliyyət göstərən iş adamları,

sahibkarlar müzakirələrə cəlb olunur, yol xəritəsi yenilənir. Bu

tədbirlərin bütün mərhələlərinin effektiv təmin edilməsi üçün

peşəkarların təklif və tövsiyələri əvəzsizdir. Bu məqsədlə də

Azərbaycan Sahibkarlar Konfederasiyasının təklifi ilə Sahibkarlar

Konfederasiyası "Aqrar İnkişaf və ailə kəndli təsərrüfatları ilə

daimi iş" komissiyasının növbəti işgüzar toplantısına ev sahibliyi

etdik. Görüşə sədrlik edən komissiyanın rəhbəri hörmətli

Abdolbari Goozal bir çox sahələri əhatə edən səmərələşdirici

təkliflərin hazırlanmasında bilavasitə iştirak edərək fəal

müzakirələrə şərait yaratdı. Müzakirələr zamanı əhalinin ərzaq

məhsullarına olan tələbatının ödənilməsi, taxılçılıq, quşçuluq,

heyvandarlıq, idxal-ixrac istiqamətində təşviqedici addımlarla

bağlı müxtəlif təkliflər irəli sürüldü. İştirakçıların hər biri tədbirin

dövlət və özəl sektor arasında yaranmış sağlam dialoq mühitinin,

meydana çıxan çətinliklərin aradan qaldırılmasına mühüm töhfə

olacağına ümidvar olduğunu bildirdi.

Ötən ay hər il olduğu kimi, yenə də pomidor mövsümü ilə

müşayiət olundu. Artıq hər bir azərbaycanlı ailəsinin süfrəsinin

ayrılmaz nemətinə çevrilmiş “Bizim Tarla” markasının istehsal

olunduğu yüksək keyfiyyətli Azərbaycan pomidorunun qəbulu ilə

bağlı bu il də kəndliyə dəstək olmağa çalışdıq. Min bir əziyyətlə

yetişdirdikləri məhsulu zavodlarımıza təqdim edən bölgə insanı,

hər gün güclənən və “made in Azerbaijan” adını şərəflə təmsil

edən “Bizim Tarla” markasını bərəkətləndirir, gücləndirir.

Ölkənin ərzaq təminatının güclənməsi üçün hər gün

yeniliklərə imza atan "Azərsun" ailəsi daha bir yeniliyi ilə

fərqləndi. Kənd təsərrüfatı mütəxəssislərimiz yüksək keyfiyyətli

kartof toxumu yetişdirməklə, kartofçuluqda yeni mərhələnin

başlanmasına nail oldu.

Daim yeniliklər axtarışında olan qrupumuzun budəfəki

qonağı, şirniyyat sənayesində öz sözünü demiş, İtaliyanın

məşhur “Uniqra” şirkəti oldu. Şirniyyat sektorunda çalışan yerli

mütəxəssislər tərəfindən maraqla qarşılanan tədbir barədə bu

sayımızda ətraflı məlumat verilib.

Dəyərli həmkarlarım,

Qeyd etdiyim bu və digər xəbərləri maraqla oxumanız

ümidilə diqqətinizə təqdim edirik.

Afiq Səfərov

İctimaiyyətlə Əlaqələr və

Biznesin İnkişafına Dəstək

Departamentinin müdiri

5

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!