22.08.2016 Views

Avqust 2016 N156

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

İdman

Vüqar Nadirov “Qarabağ”da

“Qarabağ”ımız sabiq futbolçusu Vüqar Nadirovu

heyətinə qatıb. Hücumçu ilə bir illik müqavilə

imzalanıb. Vüqar Nadirov peşəkar karyerasına

“Qarabağ”ımızda başlayıb və 2004-cü ilə qədər

komandamızda forma geyinib, 2009-cu ildə

yenidən komandaya qayıdan Nadirov 6 il yenidən

“Qarabağ” forması geyinib. Nadirov komandamıza

dönüşü haqda öz fikirlərini bildirib:

“Olduqca sevincliyəm, bir ağdamlı, şəhid balası

kimi yenidən “Qarabağ”a qayıtdım. Çalışacağam

ki, baş məşqçimiz Qurban Qurbanovun mənə

göstərdiyi etimadı doğruldum. Hər bir komandada

rəqabət var. “Qarabağ”da da məşqlərdə əlimdən

gələni edəcəyəm ki, baş məşqçinin verdiyi tapşırıqları

layiqli şəkildə yerinə yetirim. Klub rəhbərliyinə

təşəkkür edirəm ki, yenidən komandaya qayıtmağımda

mənə dəstək oldu. Həm avrokuboklarda,

həm də çempionatda komandaya xeyir verməyə,

“Qarabağ” azarkeşlərini sevindirməyə çalışacağam.”

“Qarabağ”ımızdan daha bir ilk

“Qarabağ” Çempionlar Liqasının

III təsnifat mərhələsinin

səfər oyununda uduzmayan ilk

Azərbaycan klubu olub. Çexiyada

yerli “Viktoriya” ilə qolsuz

heç-heçə edən ağdamlılar özünün

3-cü cəhdində bunu reallaşdırıb.

2014-cü ildə Avstriyada

“Zalsburq”dan 2, 2015-ci

ildə Şot landiyada “Seltik”dən

1 cavabsız qol buraxan “Qarabağ”ımız

mərhələni keçə bilməməyə

görə səfər yenilgisinə təəssüflənmişdi.

Baş məşqçimiz Qurban Qurbanov üçün

xüsusi oyun

Çempionlar Liqasının III təsnifat mərhələsində

“Viktoriya Plzen”lə ilk oyun “Qarabağ”ımızın baş

məşqçisi Qurban Qurbanov üçün xüsusi olub. Qurban

Qurbanov “Qarabağ”ımızı baş məşqçi postunda

350-ci matçına çıxarıb. Komandamız Qurbanovun

rəhbərliyi altında 189 qələbə qazanıb, 96

heç-heçə edib və 65 dəfə uduzub.

“Qarabağ”ımız Qurban Qurbanovun rəhbərliyi

altında keçirdiyi 350 matçdan 258-i çempionat,

55-i avrokubok (11-i Çempionlar Liqası, 44-ü Avropa

Liqası), 37-si Azərbaycan kubokuna təsadüf

edib.

Xatırladaq ki, Qurbanovun “Qarabağ”da rəsmi

debütü 2008-ci il avqustun 9-na təsadüf edib.

Qurban Qurbanovlu “Qarabağ”

Turnir O Q H M T/F

Avrokubok 54 24 16 14 60-46

Kubok 37 22 11 4 58-19

Çempionat 258 143 68 47 370-191

Cəmi 349 189 95 65 488-256

“Qarabağ”ımızdan yeni rekord

“Qarabağ”ımız Çempionlar Liqasındakı məğlubiyyətsiz

oyunlar seriyasını 5-ə çatdırıb. Ötən

möv sümün III təsnifat mərhələsinin “Seltik”lə cavab

oyununda qolsuz heç-heçə edən ağdamlılar

cari mövsüm daha 4 qarşılaşmada uduzmayıb.

Qurban Qurbanovun yetirmələri II təsnifat

mər hələsində “F91 Düdelanj” (2:0, 1:1), növbəti

raundda isə “Viktoriya Plzen” ilə qarşılaşmalarda

(0:0, 1:1) seriyanı davam etdirib. Çempionumuz

sonuncu dəfə Şotlandiyada “Seltik”ə uduzmuşdu

– 0:1. Komandamız bu turnirdə ardıcıl 5 oyunda

məğlub olmayan ilk Azərbaycan təmsilçisi olub.

İndiyə qədər bu turnirdə təmsilçilərimizdən

yal nız “Bakı” ardıcıl 4 oyunda məğlub olmamışdı.

38

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!