22.08.2016 Views

Avqust 2016 N156

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Yaşayış yeri və həyat tərzi: 1700-2000 metr hündürlükdə yerləşən tozağacı və ardıc meşələrində, 2100-

2600 metr hündürlükdə subalp və alp çəmənliklərində yaşayır. Böyük Qafqazda taxıllar və paxlalı

otlar, ardıc və qaragilə bitkiləri bitən ərazilərdə, Kiçik Qafqazda itburnu və qaragilənin əmələ

gətirdiyi kolluqları əsas yaşayış yeri kimi seçir. Poliqamdır, 6-12 yumurta verir. Sürü halında yaşayır,

erkək fərd ikinci ildə, dişi fərd isə birinci ildə cinsi yetişkənliyə çatır.

Sayı: Azərbaycan ərazisində 1961-1963-cü illərdə 100 hektar ərazidə orta hesabla 24,4 fərd, 1991-ci ilin

yanvarında isə 0,9 fərd qeydə alınmışdır. İlisu Qoruğunda 3,4 fərd, qoruqdan kənar ərazidə 0,2

fərd qeyd olunmuşdur. Azərbaycan ərazisində ümumi sayı 800-1000 fərd təşkil edir.

Məhdudlaşdırıcı amillər: Yuvalarını tülkülər dağıdır. Eyni vaxtda iribuynuzlu mal-qara sürüləri yuvaların

bir qismini tələf edir. Çoban itləri bu quşları narahat edir. Cücələrin yumurtadan çıxdığı vaxtda pis

hava şəraiti onlara neqativ təsir edir. Vaşaq, gəlincik və tetraçalan fürsət tapıb yeyirlər. Güclü sel

və yağıntılar da bəzən yuvasını dağıdır, körpə balasını tələf edir.

Qorunması üçün qəbul edilmiş tədbirlər: Qlobal və Avropa mühafizə statusuna malik növ kimi qorunur.

CİTES, Bern Konvensiyalarına, TBMİ Qırmızı Siyahısına, Azərbaycanın Qırmızı Kitabına

daxil edilib.

Səhifəni hazırladı: Elman Yusifov

35

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!