22.08.2016 Views

Avqust 2016 N156

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Şəhid Fərman Əsədlinin əziz xatirəsinə...

Bir neçə cümlə ilə insanlığına, mərdliyinə şahid

olduğum məğrur şəxs, Fərman Əsədlinin ölümü

məni çox üzdü. Onun ölümünə ithaf etdiyim şeiri

hiss etdiklərimin və ürək yanğımın tam təzahürü

olmasa da içimdəkiləri yazmamağım mümkün

olmadı. Çünki o, öz mərdliyinə bürünüb şəhidlik

zirvəsinə ucalmış, qələbə qazanmışdı. Belə insanların

və onları dünyaya gətirən anaların qarşısında

baş əymək şəxsən mənim üçün şərəf olar. Qanının

hər damlasında vətəninə, insanlara olan sevgisinin

aşıb-daşması onun bu həyatdan nakam getməsinə

səbəb oldu. Kiçik, fəqət dağlar qədər sevgi sığdırdığı

yumruq boyda ürəyinin köləsi olub yaşamağa

uduzdu...

Yox! O, məğlub

deyil! Şərəfli və qürurlu

şəkildə ölmək

məğlubiyyət yox,

qələbədir! Fədakarlıq,

qorxmazlıq doğulandan

ilan kimi sarıldı

ona və sırf bu insanı

keyfiyyətlərinə görə

bu dünyadan şərəflə

köçdü Fərman...

Qayğıkeş, səmimi,

özünü heç zaman

başqasından üstün

tutmağı bacarmayan

təvazökar bir

insan... Bəli Fərman

özü yazdı öz taleyini.

Hələ bu həyatı anlamayan, nələr olubbitdiyini

görməyən xatirəsinin ürəyinə ata

həsrəti yazdı. Ona bu dünyanı bəxş edən

Xatirə ananın, sevdiyi Validənin gözlərinə

əbədiyyən yaş yazdı, özünə isə cənnət

yolu...

Əfsus ki, onun kimi bir insanın varlığında

yox, yoxluğunda belə ağır və

məsuliyyətli cümlələr yazmağa məcbur oldum.

Rəngarəng həyatını öz əlləri ilə qara

rəngə boyasa da milyonların gözündə ən

uca zirvəyə nail oldu Fərman. Allah ona

rəhmət eləsin, məkanı cənnət olsun!

Ömrünün fəxarətli günündə,

Gözlərdən axıtdı yaş qəfil ölümü ilə.

Dünya boyda dərd qoyub çiyinlərdə,

Əydi qamətini amansız gedişi ilə.

Bu ayrılıq vücudları dondurdu,

Şaxta da bu qədər qana işləməz.

Yandırdı ürəkləri, od-alovlu kül oldu,

Közünü sovurmağa külək də yetməz.

Əlində silah etdi daim mərdliyini,

Ölümünün fərmanını əli ilə yazdı.

Əbədi yaşlı qoydu ana gözlərini,

Başı dimdik, qartal kimi qanadlandı!

Qanadında bir cəngavər, igid apardı,

Yarı yolda qalan arzu-dilək apardı.

Bu uğursuz taleyinə məğlub olsa da,

Gəncliyində şərəfli ad-san apardı!

Günay Ümid,

“Xəzər” mühafizənin müşaviri

Faiq Ələkbərovun

həyat yoldaşı

33

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!