22.08.2016 Views

Avqust 2016 N156

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Sizdən gələnlər

Əməkdaşımızın övladı ali məktəbə qəbul

imtahanlarında 695 bal topladı

Şirkətlər qrupunda baş mühasib vəzifəsində çalışan əməkdaşımız

Rafiq Hacıyevin övladı Aytən Hacıyeva qəbul imtahanlarında yüksək

nəticə göstərərək ali məktəbə qəbul olub. “Azərsun” ailəsinin

üzvlərindən biri olan Aytən Hacıyeva Sumqayıt şəhər 1 saylı orta

məktəbin məzunu olaraq 695 balla şəhər üzrə 2-ci nəticə göstərib.

Qeyd edək ki, Aytən xanım orta məktəbi qızıl medalla bitirib.

A.Hacıyeva dəfələrlə ölkə miqyasında keçirilən bilik yarışlarının

qalibi olub, ölkədən kənarda Azərbaycanımızın bayrağını dalğalandırıb.

Uşaqlıqdan musiqiyə də böyük həvəsi olan Aytən balamız Binə

İstirahət Kompleksinin açılışında iştirak etmiş, repertuarından gözəl

mahnılar səsləndirərək tədbirə xoş əhval-ruhiyyə qatmışdı.

Qeyd edək ki, Aytən Rafiq qızı Hacıyeva 1998-ci il avqustun

5-də Sumqayıt şəhərində ziyalı ailəsində anadan olub. Atası

“Azərsun Holdinq”də baş mühasib vəzifəsində, anası Sədaqət Hacıyeva

isə Sumqayıt şəhər 5 saylı orta məktəbdə müəllimə işləyir.

2005-ci ildən Sumqayıt şəhər 1 saylı orta məktəbinin 1-ci sinfinə

daxil olan Aytən, bu il həmin məktəbi müvəffəqiyyətlə bitirib və ali

məktəbə imtahan verərək yüksək balla tələbə adını qazanıb.

Şirkətlər qrupu adından biz də Aytəni təbrik edir, uğurlarının

davamlı olmasını arzulayırıq.

32

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!