22.08.2016 Views

Avqust 2016 N156

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Nifrət cinayətlərinin qurbanlarına

dəstək kampaniyası

22 iyul tarixi Avropada nifrət cinayətlərinin

qurbanlarına həsr olunub və bununla bağlı

dünya ölkələrində bir sıra təbliğat kampaniyaları

təşkil olunur. Park Bulvar alış-veriş mərkəzi

də öz ənənəsinə sadiq qalaraq müştərilərinin

maariflənməsi məqsədilə tədbir keçirib. Belə ki,

Azərbaycan Respublikası Gənclər Təşkilatları

Milli Şurası Avropa Şurasının “Nifrət nitqinə yox

hərəkatı” kampaniyasının milli koordinatoru olaraq

həmin təbliğat işlərinə qoşulub və Park Bulvarda

“Nifrət nitqinə yox hərəkatı” çərçivəsində

kampaniya həyata keçirib. Tədbir çərçivəsində iki

karikaturaçı tərəfindən aksiyaya maraq göstərən

gənclərin karikaturaları çəkilib. Karikaturaçılardan

biri gəncləri pozitiv halda çəkərkən, digəri neqativ

və qəzəbli halda təsvir edib. Sonra isə hər 2 nəticə

gənclərə göstərilib və bu zaman həmin gənclərin

reaksiyası böyük marağa səbəb olub. Həmçinin

gənclərə “Nifrət nitqinə yox hərəkatı” haqqında

məlumat verilib. Aksiya video-çarx şəklində sosial

şəbəkələrdə də yayımlanıb.

Xalq şairləri Rəsul Rza və Nigar Rəfibəylinin

uşaqlar üçün kitablarının təqdimatı

Park Bulvarda xalq şairləri Rəsul Rza və Nigar

Rəfibəylinin uşaqlar üçün müxtəlif illərdə qələmə

aldıqları təbiət mövzulu şeir kitablarının yeni

nəşrinin təqdimatı olub. Tədbirdə Abdulla Şaiq adına

Azərbaycan Dövlət Kukla Teatrının nəzdində fəaliyyət

göstərən “Oyuq” uşaq teatrının balaca aktyorları

R.Rza və N.Rəfibəylinin şeirlərini oxuyub, səhnəciklər

göstəriblər. N.Rəfibəylinin “Laylay” və “Güllər”

şeirlərinə bəstələnən mahnılar səsləndirilib, müxtəlif

nağıl qəhrəmanlarının obrazları canlandırılıb. Feysart

ustaları uşaqları maraqlı rəsmlərlə sevindiriblər.

R.Rza və N.Rəfibəylinin nəvəsi Günel Anarqızı

tədbirin təşkilatçıları və iştirakçılarına təşəkkür edərək

bildirib ki, təqdimatı keçirilən nəşrlərə daxil edilmiş

şeirlər keçən əsrin 60-70-ci illərində yazılıb və onların

bu gün yenidən nəşr olunması Azərbaycan uşaq

ədəbiyyatının təbliğinə mühüm töhfədir.

Qeyd edək ki, yenidən nəşr olunan doqquz kitaba

R.Rzanın və N. Rəfibəylinin “Ağaclar”, “Güllərçiçəklər”,

“Ev heyvanları”, “Vəhşi heyvanlar”, “Çöl

quşları”, “Bostan və tərəvəz bitkiləri” və s. digər

şeirləri daxil edilib.

23

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!