22.08.2016 Views

Avqust 2016 N156

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərsun Akademiyası

“Elm həm bildiklərinizi, həm də bilmədiklərinizi bildirmək üçündür.”

(Çin atalar sözü)

"Stressin idarə edilməsi" tədrisi

"Şirkətimizi tanıyaq və korporativ mədəniyyət" tədrisi

“Fərdi inkişaf” tədrisləri

Hər ay təşkil edilən tədrislərimiz iyul ayında da

uğurla yekunlaşıb.

Belə ki, “Azərsun Akademiyası”nda təşkil olunan

“Stressin idarə edilməsi” tədrisi “Alpha Coaching

& Consulting” şirkətinin direktoru Fidan

Əzimli tərəfindən verilib. Tədrisdə şəxsi və iş həyatında

qarşılaşdığımız hadisələr və onların yaratdığı

fiziki və psixoloji təsirlərə verdiyimiz reaksiyalar,

həmçinin stressi uğura çevirə biləcək amillər

barədə ətraflı məlumat verilib. Tədris iştirakçılar

tərəfindən böyük maraqla qarşılanıb.

Şirkət işçiləri arasında iş münasibətlərinin doğ ru

təşkili istiqamətində biliklərin aşılanması məqsədilə

Sanar Məmmədov tərəfindən “Ünsiyyət və iş həyatında

professional davranışlar”, Günay Nəzə rova

tərəfindən isə “Natiqlik” tədrisi təşkil olu nub.

“Bazarstore” - ümumi mağazaçılıq”

tədrisləri

Mağaza əməkdaşlarının inkişafı üçün hər ay

təşkil edilən ”Bazarstore” tədris layihəsi ötən ay da

uğurla həyata keçirilib. “Azərsun Akademiyası”nda

təşkil olunan “Şirkətimizi tanıyaq və korporativ

mədəniyyət”, “Ümumi SƏTƏM”, “İR sahəsində

"Natiqlik" tədrisi

tətbiq olunan şirkətdaxili prosedur və qaydalar”,

“Ümumi mağazaçılıq və merchandising”, “Çətin

müştəri ilə başa çıxma üsulları”, “Mağazadaxili

oğurluq”, “PEST Kontrol” və “Qida təhlükəsizliyi

və gigiyena” tədrisləri Sahib Zayidov, Qalib

Rəşidov, Ramazan Tahir, Nicat Ömürmalıyev, Senem

Bal, Tuncay Gülal, Qorxmaz Abdullayev və

Aidə Bayrambəyova tərəfindən verilib.

“Satış” tədrisləri

Mağaza ziyarətləri zamanı yaşana biləcək xətalar

və bu xətaların qarşısının alınması üçün

satış təmsilçilərinə satış vərdişlərinin aşılanması

məqsədilə “Azərsun Akademiyası”nda Mahir

Mədətov tərəfindən “Satışda tez-tez edilən xətalar“

adlı tədrislər həyata keçirilib.

“Kompüter və elektron proqram

təminatları” tədrisləri

“Azərsun Akademiyası”nda “Bazarstore” mağaza

əməkdaşları üçün təşkil edilən “SAP biznes

idarəetmə proqramı (Material management)”

tədrisi Elçin Əhmədov tərəfindən, “Excel” və

“Power Point” tədrisləri isə Teymur Sarmuradi və

Murad Kərimov tərəfindən verilib. Həmçinin İR

təmsilçiləri üçün nəzərdə tutulan “1C proqramı”

adlı tədris “Azəraudit Konsaltinq”in nümayəndələri

tərəfindən gerçəkləşdirilib.

EBA proqramı istifadəçiləri üçün AŞİB MMCdə

təşkil olunan “EBA” (elektron məlumatların

nəqli) adlı tədris Fidan Vəliyeva, Ləman Xəlilova

və Kamil Vəliyev tərəfindən həyata keçirilib. İR

təmsilçiləri üçün “Turniket sistemləri” tədrisi Orxan

Dəmirbəyli tərəfindən, “Green Tech” istixana

kompleksinin əməkdaşları üçün “BOYS” tədrisi isə

Cavanşir Ağarzayev tərəfindən təşkil edilib.

"Mağazadaxili oğurluq" tədrisi

"Satışda tez-tez edilən xətalar" tədrisi

20

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!