22.08.2016 Views

Avqust 2016 N156

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Xəbər

Qazax Konserv Zavodu toxumçuluq

sertifikatına layiq görüldü

Azərbaycan Respublikası Prezidentinin 2008-

ci il 25 avqust tarixli 3004 saylı Sərəncamı ilə

təsdiq edilmiş “Əhalinin ərzaq məhsulları ilə etibarlı

təminatına dair Dövlət Proqramı”na uyğun

olaraq fəaliyyət göstərən “Azərsun Holdinq”in

müəssisələrindən biri, Qazax Konserv Zavodu toxumçuluq

sertifikatına layiq görülüb.

Belə ki, Azərbaycan Respublikası

Kənd Təsərrüfatı Nazirliyi yanında Seleksiya

Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət

Komissiyasına göndərilmiş “Challenger”, “Orcestr”

və “Melody” kartof çeşidlərinin sortları Seleksiya

və Mühafizə Mərkəzi tərəfindən yerli sortlarla

müqayisəli şəkildə becərilərək Dövlət Sort Sınağına

daxil edilib.

Bu il həmçinin bir çeşidimiz,

Almaniyadan idxal etdiyimiz “Agria”

sortu da Dövlət Sort Sınağına

daxil edilib.

Qeyd edək ki, kartof bitkisində

məhsuldarlığın 50%-i toxumun

keyfiyyətindən asılı olduğundan

bu sahədə Azərbaycan üzrə orta

məhsuldarlıq göstəricisi Avropa

ölkələrindən bir neçə dəfə aşağıdır.

Bu faktı nəzərə alan şirkətlər

qrupu Azərbaycanda kartof toxumçuluğunun

inkişafını vacib

məsələlərdən biri kimi qarşısına

qoyub.

Toxumçuluq sertifikatına layiq

görülən Qazax Konserv Zavodu

artıq fermer və kəndlilərə sertifikatlı

toxum sata biləcəkdir ki,

bu da onların yüksək məhsul almaqla

daha çox gəlir əldə etməsi

və bu sahəyə marağın daha da artması deməkdir.

Bu sahənin inkişafı həmçinin əkin sahələrinin

genişlənməsinə və Azərbaycana kartof idxalının

qismən azalmasına şərait yaradacaqdır.

“Azərsun Holdinq”in nəzdində fəaliyyət

göstərən Qazax Konserv Zavodu toxumçuluq sertifikatına

və imkanlarına sahib olan ilk özəl şirkətdir.

18

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!