22.08.2016 Views

Avqust 2016 N156

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

əndələnmiş pomidor və assorti çeşidləri “Bizim

Tarla”, “Bostan”, “Blendo”, “Final” və “Super Sun”

markaları adı altında qablaşdırılır.

Həmçinin Xaçmazda fəaliyyət göstərən və

müş təri tələbatlarını hər zaman yüksək səviyyədə

qar şılayan Qafqaz Konserv Zavodu pomidor

məhsulunun qəbuluna start verib.

Qeyd edək ki, pomidor xammalının qəbulu

Keyfiyyətə Nəzarət şöbəsinin inspektorlarının

nəzarəti altında həyata keçirilir. Xəttə qəbul edilən

xammal ən son texnologiyalarla təchiz edilmiş

avadanlıqlar vasitəsilə təmizlənib seçilir, yararsız

məhsul ayrılır və istehsala yararlı olan ən keyfiyyətli

xammal istehsal xətlərinə ötürülür.

Qafqaz Konserv Zavodu bölgədə pomidor

xammalının məhsuldarlığını nəzərə alaraq

fermerlərdən toplanan məhsulların birbaşa istehsalata

göndərilməsi üçün iş həcmini və iş növbəsini

artırıb. Məhsulun zay olmaması məqsədilə təşkil

edilən 24 saatlıq iş rejimi, sutka ərzində alınan

xammalın dəyərinin yubadılmadan ödənilməsi

zəhmətə, əməyə verilən dəyərin bariz nümunəsidir.

Onlara göstərilən diqqət və qayğını

minnətdarlıqla qeyd edən tədarükçülər Qafqaz

Konserv Zavodunun fəaliyyətini yüksək

dəyərləndirib, müəssisə ilə əməkdaşlıq etməkdən

məmnunluq duyduqlarını ifadə ediblər.

Qeyd edək ki, “Eşq almazı” olaraq tanınan

pomidor likopenlə zəngin, orqanizm üçün xüsusi

faydaları olan bir tərəvəzdir. Pomidoru zeytun yağı

ilə birlikdə istehlak etdikdə likopen və karotenoid

orqanizm tərəfindən daha çox həzm olunur. Antioksidanla

zəngindir. İnfeksion xəstəliklərin qarşısını

alır. Ürək böyüməsinə qarşı önləyici təsirə malikdir.

Pomidor göz üçün də çox faydalıdır. Yüksək

göz təzyiqinin düşməsinə kömək edir. Pomidorun

qabığı və tumu həzmi asanlaşdırır, qəbizliyi aradan

qaldırır. Öd və böyrək daşlarının meydana

gəlməsinə mane olur.

Bu möcüzəvi tərəvəz döş və prostat xərçənginə

qarşı çox faydalıdır. Mədəsində xora olanlara pomidoru

zeytun yağı ilə qarışdırıb yemək məsləhət görülür.

Tərkibində limon və alma turşusu maddələr

mübadiləsi və iştahanın artırılması üçün faydalıdır.

Pomidor orqanizmi günəş şüalarının mənfi

təsirindən qoruyur. 1 stəkan pomidor şirəsi içməklə

orqanizmi sutkalıq tələb olunan A və C vitaminləri

ilə təmin etmək olar. Pomidor kosmetik vasitə kimi

də əvəzsiz bir məhsuldur. Belə ki, bu tərəvəz dərini

cavanlaşdırır, üz dərisinə təravətlilik verir, sızanaqların

və çibanların meydana gəlməsinin qarşısını

alır. Ürəyin xaricdən piylənməsinə qarşı qoruyur.

Xolesterolun düşməsinə və tənzimlənməsinə

kömək edir.

17

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!