22.08.2016 Views

Avqust 2016 N156

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

“Super Sun” beynəlxalq şirniyyat

festivalında

Mədəniyyət və Turizm Nazirliyinin,

Azərbaycan Milli Kulinariya Mərkəzinin,

Azərbaycan Milli Kulinariya Assosiasiyasının

və Şəki Şəhər İcra Hakimiyyətinin birgə

təşkilatçılığı ilə ənənəvi beynəlxalq şirniyyat

festivalı təşkil edilib. Festivalda 24 şəhər və

rayondan şirniyyatçılar, həmçinin 15 xarici

ölkədən 37 nəfər qonaq iştirak edib.

Ölkəmizin mədəniyyətinin təbliği

məqsədi ilə keçirilən tədbirlərdə yaxından

iştirak edən “Azərsun Holdinq” bu dəfə də

ənənəsinə sadiq qalıb. Festivalda şirkətlər

qrupu tərəfindən istehsal olunan “Super

Sun” və “Möcüzə” yağları ilə hazırlanmış

şirniyyatlar sərgilənib və onlar ziyarətçilər

tərəfindən çox yüksək qiymətləndirilib.

Beləliklə, adıçəkilən markaların milli yeməklərlə

bərabər müxtəlif şirniyyatların hazırlanmasında ən

uğurlu seçim olduğu nümayiş etdirilib.

Milli Kulinariya Komandamızın beynəlxalq

festivallarda və yarışlarda əldə etdiyi uğurlu

nəticələrdə çox böyük rol oynayan “Super Sun”

yağı ilə hazırlanmış plov isə gözəl və ləziz

dadı ilə hər kəsi valeh etməyi bacarıb.

Qeyd edək ki, “Azərsun Holdinq”ə məxsus

müəssisələrdə istehsal olunan bu məhsullar

yağa olan daxili tələbatı ödəməklə yanaşı,

həm də Azərbaycanın ixrac potensialının

yüksəlməsinə böyük töhfə verir.

Festivalda qalib gələrək mükafatlandırılan

iştirakçılara “Azərsun Holdinq” tərəfindən

xüsusi hədiyyələr təqdim edilib. Münsiflər

heyətinin qərarına əsasən Özbəkistan şirniyyatçıları

festivalın qalibi adını qazanıb. İkinci

yerə İndoneziya və Hindistan, üçüncü yerə

isə İran şirniyyatçıları layiq görülüblər.

15

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!