22.08.2016 Views

Avqust 2016 N156

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Şuşa Dövlət Musiqili Dram Teatrı

mövsümü “Solğun çiçəklər”lə bağladı

Şuşa Dövlət Musiqili Dram Teatrı

142-ci teatr mövsümünə yekun

vurub. “Azərsun Holdinq”in

mədəniyyət mərkəzində keçirilən

mövsüm bağlanışına Şuşa Rayon

İcra Hakimiyyətinin rəsmiləri və

teatrsevərlər dəvət olunub.

Tədbirdə Şuşa Rayon İcra

Hakimiyyətinin başçısının müavini

Vüsalə Fətəliyeva çıxış

edərək Şuşanın Ermənistan

tərəfindən işğalından sonra Bakıda

məskunlaşmağa məcbur olan

teatr kollektivinin hazırladığı yeni tamaşalarla torpağa,

yurda, Vətənə bağlılıqlarını nümayiş etdirdiyini

qeyd edib.

“Azərsun Holdinq”in İctimaiyyətlə Əlaqələr

və Biznesin İnkişafına Dəstək Departamentinin

müdiri Afiq Səfərov çıxışında məcburi köçkünlük

həyatı yaşayan teatrın səy və əzmkarlığından,

mübarizliyindən bəhs edib, şirkətlər qrupunun teatrın

fəaliyyətinə göstərdiyi mütəmadi dəstəyindən

danışıb.

Sonra teatrın direktoru Yadigar Məmmədov

çıxış edib. Şuşa Dövlət Musiqili Dram Teatrının

fəaliyyətindən bəhs edən Y.Məmmədov çıxışının

sonunda, illərdir teatra dəstək verən “Azərsun

Holdinq”ə təşəkkürlərini ifadə edib.

Daha sonra görkəmli Azərbaycan dramaturqu

Cəfər Cabbarlının “Solğun çiçəklər” tamaşası

nümayiş etdirilib. Tamaşanın quruluşçu

rejissoru Lalə Şirinova, quruluşçu rəssamı

Valeh Məmmədov, musiqi tərtibatçısı əməkdar

artist Azad Məmmədovdur. Rolları Rasəf Mehdiyev

(Bəhram), Dürdanə Dünyamalıyeva (Sara), Xanirə

İsgəndərova (Gülnisə), Vüsalə Məmmədzadə (Pəri)

və Zahid Mehdiyev (Əbdül) ifa edib.

11

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!