13.07.2015 Views

Qaçaq Mahmud dastanı - DSpace at Khazar University

Qaçaq Mahmud dastanı - DSpace at Khazar University

Qaçaq Mahmud dastanı - DSpace at Khazar University

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Zahid ƏləmpaşalıQaçaq MahmuddastanıBakı-2009

© XƏZƏR UNİVERSİTƏSİ NƏŞRİYYATI, 2009Bütün hüquqlar qorunur.Redaktor və ön sözün müəllifi:Kompyuter işi:Vahid ÖmərliZakir N. YusifoğluƏləmpaşalı, Z.Qaçaq Mahmud dastanı / Zahid ƏləmpaşalıİSBN 978-9952-20-057-71. Qəhrəmanlıq dastanı 2. Qaçaq.3. Dastan.894. 3611- dc 22Bakı. AZ 1096. Məhsəti küçəsi 11.Azərbaycan2

Qəhrəmanlıq dastanıTarixdə qaçaq hərəkatı azadlıq uğrundamübarizənin tərkib hissəsini təşkil edib. Xalqınqəhrəman oğulları xarici və daxili düşmənlərəqarşı vətənpərvər igid, qorxmaz, mərd insanlarıbaşına toplayaraq silahlı mübarizə aparmış –qaçaqlıq etmişlər. Qaçaqlıq – çevik, düşmənəqəfil zərbə vuran silahlı mübarizə formasıdır.Azərbaycan xalqı öz qaçaq, qoçaq oğulları iləfəxr etmiş, onların qəhrəmanlığını vəsf edənbayatılar, dastanlar yaratmışdır. Bu mənada elşairi Zahid Ələmpaşalının qaçaq hərəkatına həsretdiyi dastan yaradıcılığı diqqəti cəlb edir.3

Zahid Ələmpaşalı çar rejiminə qarşı çıxanQaçaq Nəbiyə, Zaqafqaziya Sovet rejiminə qarşısilahlı üsyana başçılıq etmiş Qaçaq İsaxana vəonun davamçılarına, o cümlədən Qaçaq İsaxanhərəkatını yaşatmağa çalışan, düşmənlərin“İkinci İsaxan” adlandırdığı Qaraçöplü QaçaqMahmuda dastan həsr etmişdir.Müəllif tarixi Qarayazı meşəsi – Aşağı vəYuxarı Qarayazıda cərəyan edən hadisələri özşair təxəyyülü ilə sənətkarlıqla qələmə almışQaçaq Yunus, Qaçaq Mahmud obrazları iləəsərin əsas qayəsini – İsaxan hərəkatının xalqınqəlbində möhkəm həkk edildiyini, əbədiyaşarlığını,xalqı öz milli kökündən, türk-islam mədəniyyətindənayırmağa çalışan, onu kosmopolityad mədəniyyətə qovuşdurmağa cəhd edənsovet rus-erməni rejiminə qarşı xalqın silahlımübarizəsinin məqsədini açmışdır. Bu mübarizəninəsas devizi Qaçaq Mahmudun dililə səslənir:4

Bəd zamana baş əyməyin,Qeyrətinizi dəyişməyin!Dastanda ayrı-ayrı hadisələr Təmənuşağı,Hacı Ələmpaşalı ilə, Yesir Məhəmmədlə bağlıtarixi həqiqətlər bədii təxəyyülün vasitəsilə oxucularasadə dillə çatdırılmışdır. Dastandakı bütünayrı-ayrı hadisələri vətənə bağlılığı, vətənhəsrəti ideyası birləşdirir. Dastan vətənə məhəbbət,vətənpərvərlik, ana məhəbbəti kimi müqəddəsduyğular aşılamaq baxımından ciddimaraq doğurur.Dastanda milis idarəsində işləyən (AşotManukyan) bəzi vətənpərvərlərin (Şəmistan Cəfərli)qaçaq hərəkatı ilə əlaqəli, sovet erməni cəsuslarınınqeyrətli azərbaycanlıları məhv etməküçün dəridən-qabıqdan çıxması realist cizgilərlətəqdim edilmişdir.“Qaçaq Mahmud” dastanı türkdilli mononimləri,hidronimləri – Qarayazı meşəsi Ceyran-5

çöl, Teymur dağı, Kür və s. yaşatmaq baxımındanda diqqəti cəlb edir. Dastanda Qarayazınıntəbiətinin – meşəsinin, dağlarının təbii təsviri özəksini tapmışdır.Ötür quşlar, ağarır dan,Gözəlliyə oldum heyran.Suya gəlib cüyür, ceyran,Kür çayından içib gedir.Burada dağlar sadəcə təbiətin bir guşəsikimi deyil, qaçaqların pənah yeri, əzəmətli müdafiəçisi– təbii səngəridir.Qürurlu baxışın bizə arxadı,Pənah gətirmilik sənə, a dağlar.Daşlı səngərlərin bizi üşütsə,Bürünnük çisginə, çənə, a dağlar.6Dastanda adları çəkilən Qaçaq Mahmud,Yunus və Şəmistan Cəfərlilər, Təmənuşağı, Ye-

sir Mahmud, Hacı Ələmpaşalı real tarixi şəxslərolub öz xalqını qəlbən sevən vətənpərvərlərkimi sovet rejiminə qarşı açıq və gizli mübarizəaparmışlar.İstedadlı şair Zahid Ələmpaşalının dastanyaradıcılığında özünəməxsus yer tutan “QaçaqMahmud” dastanı da xalqımızın qəhrəmanlıq tarixinınqaçaq hərəkatına həsr olunmuş dastanlarsilsiləsində oxucuların marağına səbəb olan birdastan kimi yaddaşlarda yaşayacaqdır.Vahid Ömərli.7

Qaçaq Mahmuddastanı9

Qaçaq İsaxandan sonra başsız qalan qaçaqlardanTürkiyəyə keçən keçdi, ölən öldü,tutulan tutuldu. Qalanları – Türkiyədən geriqayıdan Cəfərri Qaçaq Yunus, Qaçaq Əli, QaraçöplüUmud, Qaxetli Lado, Təhlədən «Qannı»Həsrətqulu, Qazaxdan İmran, Lətif, SamuxluEldar, Həsən, Borçalıdan Çopur Musa,Balakəndən Qaraçı Şirin, Tovuzlu Ləzim vəbaşqaları. Ceyrançöldə, Qurd dərəsində QaraçöplüQaçaq Mahmudun başına toplaşdılar.Mahmud üzünü qaçaqlara tutub öz məramınıaçıqladı: «A dostlar, İsaxan kimi oğullarıtorpaq yüz ildə bir yetirir. Onu yəqin bilinki, o ölməyib, sağdı. Dəstəmiz həmin dəstədir,11

Mahmudu da İsaxan bilin».Qaçaq Mahmud öz dəstəsi ilə uzun müddətCeyrançöldə qaldı. Sonra belə qərara gəldilərki, Qarayazı meşəsinə getsinlər. Belə dəetdilər. Teymur dağının başında atların yüyəniniçəkdilər. Mahmud Qaraçöpə, Yunus isəQarayazıya tərəf baxdı. Uca dağ başında, atınbelində, sinə coşmazmı?!Qaçaq Mahmud:Üstümüzdən yaman əsirQara yellər, qara yellər.Bu zamandan qan qoxuyur,Haray ellər, haray ellər.Qaçaq Yunus:Zamanımız çox zarıyırÇara ellər, çara ellər.Yaşıl dağlar libas geyibQara ellər, qara ellər.12

Qaçaq Mahmud:Bu dərd məni yaman didir,Qəm ləşkərı təslim edir,Üz döndərib bəxtim gedirHara, ellər, hara, ellər?Qaçaq Yunus:Çoxdur tapan öz qibləsin,Geyinmişəm qəm libasın,Məni də özünüz asınDara, ellər, dara, ellər.Qaçaq Mahmud:Dost bağıma iblis dolur,Gülşənimi tamam yolur,Tərlan quşlar təslim olurSara, ellər, sara, ellər.13

Qaçaq Yunus:Hiylələri biz qanırıq,Öz-özümüzə odlanırıq,Alışmışıq, hey yanırıqNərə, ellər, nərə, ellər.Qaçaq Mahmud:Mahmud, od aldı köynəyin,Bəd zamana baş əyməyin,Qeyrətinizi dəyişməyinVara, ellər, vara, ellər.Qaçaq Yunus:Yunus, ünlə fələyimi,Eşitməyir diləyimi,Cərrah ala ürəyimi,Yara, ellər, yara, ellər.Sözlərini tamam edib, atlarını sürüb gəldilərQarayazı meşəsinə. Mahmud: «Ayə, ay14

Yunus, mənim bu meşədən başım çıxmır».Yunus: «Sizi bu meşə ilə tanış etmək mənimboynuma». Adətən, qaçaqlar gecə gec yatırlar,səhər isə tez dururlar. Bir səhər Mahmud bumeşədə nələr gördü!..Aldı Mahmud:Kolxoruzu qaqqıldaşıb,Yuvasından uçub gedir.Marallar da bizi görüb,Baş götürüb, qaçıb gedir.Dəymə çobanın şəstinə,Duraq turacın dəstinə.Biz çıxanda qurd üstünə,Heç pəsinmir, keçib gedir.Ayıların çoxdur kini,Armuddur imanı , dini.15

Kəkliyə bax, cücəsiniArxasınca seçib gedir.Ötür quşlar, ağarır dan,Gözəlliyə oldum heyran.Suya gəlib cüyür, ceyran,Kür çayından içib gedir.Doymaq olmur nəşəsindən,Gözəlliyin guşəsindən,Qarayazı meşəsindənQaçaq Mahmud köçüb gedir.Qaçaq Mahmud gördü ki, yeməli quşlar,heyvanlar, meyvələr bu meşədədəir. Bir qoca,qarnıyarıq palıdın dibindən Kür çayına qədəryerin altından lağım, yəni kankan atdılar. Buda qaçaqların yataqxanası oldu. Maralı, qoyunu,malı yedikcə dərilərini yerə döşəyib üs-16

tündə yatırdılar. Qaçaqlarla görüşən qasidlərdə az deyildi. Bir gün xəbər gəldi ki, milisinzirzəmiləri dustaqla doludur. Mahmud dəstəsiilə qapıları qırdı, dustaqları buraxdı. Milisin attalvarına, otuna od qoyub yandırdılar. Milisrəisi qorxusundan Tiflisə köçdü. Bir neçə dəfəmilisin silah anbarını dağıtdılar, atlarını apardılar,rəisin otağına od vurdular. QPU-dan,mərkəzdən adamlar gəldi, gizlincə söhbətapardılar ki, bu böyük dəhşətdən qurtarmaqlazımdır. «İkinci İsaxan» bizim başımıza bəlalargətirir. Axırıncı siyasətləri belə oldu:Azərbaycan dilini yaxşı bilən Aşot Manukyanadlı bir erməni çekisti qaçaqların dəstəsinəgöndərirlər. O, deyir: «Mən Qaçaq Mahmudunyerini-yurdunu öyrənəcəm. Ondan sonraəhatəyə alaq, hamısını güllələyək». Erməniözünə Ərşad Məmmədov adını götürür.17

Bir beşaçılan, cırıq-cındır paltar geyib,bir torbada quru yemək götürür, Qarayazı meşəsinəgirir. Həmin günü onu Yunusla Umudtutub Mahmudun yanına gətirirlər. Deyir:“Adım Ərşaddır, familiyam Məmmədov.Tiflisdə beş nəfər milis işçisini öldürmüşəm.Kür çayı aşağı gəlib bura çıxmışam. Bilmirəm,bura haradı”. Mahmud göstəriş verirki, silahını özünə qaytarın, Yunusa tapşırır ki,gizlincə onu sən izləyərsən. Üzünü Ərşadatutub: «Daha sən bizim dəstənin üzvü oldun.Qorxma, səni biz dolandırarıq». Ərşad çoxsevindi. Gecə tunelə düşdü. Qovurmadanyaxşıca yedi, dərilərin üstündə yatdı. Mahmudqaçaqlara dedi: «Kür tərəfə çıxacağımızı hələbuna bildirməyin».Bu minvalla Ərşad bir neçə gün qaldı.Mahmud Yunusa Ərşadı sınaqdan keçirməyitapşırdı və üzünü ona tutub: «Yunus, bizə18

duz, un, tənbəki lazımdır, get tap». O saat Ərşadda dilləndi: «Mən də gedim. Özümün pulumvar almağa». Mahmud Yunusa Ərşadı daözü ilə aparmağı tapşırdı: «Tək getmə, bunuda apar».Ərşad Yunusun yanına düşdü. Onlar Qaratəpəyəçatdılar. Yunus dedi: «Burada tatlarməni tanıyır, sən get, al, gətir. Mən səni buradagözləyim». O razı oldu. Yunus gördü ki, o,heç yana dönmədi, birbaşa milis idarəsinəgirdi, on-on beş dəqiqə çıxmağı çəkdi. Oradantələsik çörək, un, duz alıb gətirdi. Bir az gəlmişdilər,Yunus ondan soruşdu: «Bəs tənbəkialmadın?» «Ərşad»: «Yadıma düşmədi», -deyə cavab verdi. Yunus ona dedi: «Yaxınlıqdakıkənddə dostum var, gedək, alım». GəldilərCəfərriyə. «Ərşad» arxın altında durdu.Yunus özünü Şəmistangilə saldı. Gördü ki,Anaxanım evdədir. Yunusu görən kimi bir19

torba ərzaq şeyləri, bir torba da tütün yarpağıverdi. Anaxanım Yunusa təlaşla xəbər verdi:«Şəmistan dedi ki, Yunus gələndə de ki, AşotManukyan adlı erməni onların yerini öyrənməyəgedib qaçaq adı ilə. O, onların yeriniöyrənib qırdıracaq. Yunusa da elə bu lazımidi. Tez gəldi, gördü ki, «Ərşad» onu gözləyir.Gəldilər öz yuvalarına. Bərxanaları tökdülər.Mahmudun yerini meşədə bilirdilər, yanınagetdilər, əli dolu gəldiklərini bildirdilər. Mahmudonlardan razılıq etdi. Sonra da Yunusxəlvəti Mahmuda danışdı ki, Şəmistan dəstərəisi işləyir. Orada qaçaqlara qarşı nə olsa,bunlara bildirirdi. Yunus Mahmuda dedi: «BizQaratəpəyə gedəndə «Ərşad» (Aşot) məndən9-cu, 8-ci qolu (yəni kanalı) soruşurdu. Yəqin,ora da məlumat verdi. İyirmi dəqiqədən dəçox milis idarəsində qaldı. Mahmud təsdiqlədi:«Yunus, özüdür ki, var. Gecə bunun20

«işinə baxarıq». Gecə vaxtı köçməliyik, yoxsabizi qırarlar». Mahmud Yunusu tələsdirdi:«Di durma, tez onu tap, izlə». Yunus qaranlıqqarışan vaxtı gördü ki, Aşot ağaclara ağ əsgini(parça) cırıb yatdıqları yerə tərəf bağlaya-bağlayagəlir. Axırıncı əsgini bağlayıb endi alaçığa.Onun arxasınca Yunus da düşdü. Yunusonun hərəkətini Mahmuda danışdı. Çörəkləriniyeyəndən sonra Mahmud qaçaqları yığıbonları məlumatlandırdı: «Dostlar, içimizdə birnəfər milis tərəfdən hazırlanıb göndərilmişadam var. Boynuna alsa, öldürməyəcəyik».Bütün qaçaqlar bir-birinin üzünə baxdılar. Hamısoruşdu: «O, kim olar?» Heç kəsdən səsçıxmadı. Mahmud sualını bir də təkrar etdi.Yenə dillənən olmadı. Mahmud soruşdu:«Aşot Manukyan kimdir?». Heç kim dillənmədi.Mahmud yenidən sual verdi: «ƏrşadMəmmədov kimdir?». Ərşad-Aşot qorxmuş21

halda ayağa qalxdı. Mahmud “Ərşad”a üztutub ondan soruşdu: «Bizim olduğumuz yerinə vaxt mühasirəyə alacaqlar?». Aşot dinmədi.Mahmud: «Əkin sahəsindən qarnıyarıqpalıda kimi kim budaqların görünən yerlərinəağ əsgi bağlaya-bağlaya gəlib?». Aşot yenədinmədi. Yunus hirslə: «Bu erməni bağlayabağlayagəldikcə mən də onun arxasınca gəlirdim».Aşot yalvardı: «Allaha and için ki, məniöldürməyəcəksiniz, düzünü deyəcəm».Mahmud: «And içirəm»,- dedi. Aşot danışdı:«Səhər saat 6-7-i arası, yəni işıqlaşanda həminağ əsgilərin iziylə gələcəklər. Mən mərkəzdəbirinci dərəcəli çekist idim, ancaq QaçaqMahmud məndən çox bilən adam imiş. Məniöldürməyin, dörd uşağım var. Onları yetimqoymayın». Mahmud dedi: «And içmişəm, öldürməyəcəyik».Oradaca Aşotu öz beşaçılanınınağzı sinəsinə tuşlanmış şəkildə palıdın22

gövdəsinə bağladılar. Beşaçılanın tetəsini(tətiyini) də iplə eşikdəki şaxa sarıdılar. Şaxatoxunulsa, atəş açılacaq və onu öldürəcəkdi.Qaçaqlar bütün bərxanalarını atlara yükləyib,keçdilər Kürün o tayına.Bunlar burada qalsın, indi də danışım erməniningətirtdiyi qoşundan. Həmin vaxt QırmızıOrdu ilə xüsusi şöbədən adamlar da gəldilər,qarnıyarıq, qocaman palıdı tapıb həndəvərinimühasirəyə aldılar. Palıdın şaxına toxunankimi içəridən atəş səsi eşidildi. Kankana(lağıma) enəcəyi gülləbaran etdilər. Gördülərki, elə bircə dəfə atəşdən sonra atəş səsi gəlmədi.Bir nəfər qışqırdı: «Təslim olun, sizibağışlayacağıq» və aşağı endi. Gördü, heç kəsyoxdu. Aşotun yuxarıdan aşağıya tərəf damcıdamcıqanı tökülürdü. Silahı da yanında idi.Xüsusi şöbənin işçiləri həmin lağımla, yənikankanla Kür çayına qədər getdilər. Sonra23

qayıdıb Aşotun sarğısını açıb, bir atın qucağındasilahı ilə bərabər rayona gətirdilər.Bütün Qarayazı tamaşaya durdu ki, qaçaqlarçekist öldürüb. Tiflisdən vəzifəli hökumətişçiləri tökülüb gəldilər. Çox təəccüb etdilərki, Gürcüstanın ən sınanmış çekisti Aşot Manukyankimi adamı Qaçaq Mahmudun dəstəsiöldürüb. Qaçaqların yerini xəbər verənlərəböyük mükafat verəcəklərini vəd etdilər.Qaçaq Mahmudun dəstəsi Əysipara, Ayrımmeşələrini özlərinə məskən etdi. «Göylərəbaş çəkən» (ifadə Səməd Vurğunundur) Göyəzəndağını gördülər. Bəzən buludlar üzünəpərdəsini çəkirdi. Qartallar qayalardan qaçaqlaraçox diqqətlə baxırdı. Mahmudun bu meşələrxoşuna gəlsə də, amma Qarayazı meşəsindəkikolxoruzunun səsi, maralların hayqırtısı,oradakı meyvələr burada yox idi. QaçaqMahmud gördü ki, bu dağlarla Ceyrançöl24

dağları arasında çox böyük fərq var. Götürdü,görək Mahmud nə dedi:Qürurlu baxışın bizə arxadı,Pənah gətirmişik sənə, a dağlar!Daşlı səngərlərin bizi üşütsə,Bürünnük çiskinə, çənə, a dağlar!Arxalandıq əvvəl Ceyrançölünə,Sonra gəldik Qarayazı elinə.Tarixçisən, al qələmi əlinə,Yaz sinədəftərə yenə, a dağlar!Mən Mahmudam, ürəklərin həkimi,Teymur dağı bu dağların hakimi.Durubsan qarşımda günahkar kimi,Dinib, cavab versən mənə, a dağlar!Qaçaqlar kəndlərlə əlaqə saxlayırdı. Xəbərlərgəlirdi ki, Bakıdan vəzifəli adamlar25

gəliblər. Kəndlərdə kolxoz qururlar. Bir xəbərdə gəldi ki, bu gecə iclas edirlər. Mahmud dedi:«On iki nəfər atlanın, iki nəfər atları gözləyər,on nəfərimiz iclasa gedərik». Elə də etdilər.Mahmud, Umud, Yunus ön cərkədəoturdular. İclas çox qızğın gedirdi. Amma çoxusuyalandan danışırdı. Axırda dedilər: «YaşasınLenin, uraaa! Yaşasın Stalin, uraaa!Torpaq sizindir, uraaa! Su sizindir, uraaa!Kolxoz sizindir, uraa!» Sonra dedilər, kəndlilərdənkim danışmaq istəyirsə, səhnəyəçıxsın. Qaçaq Mahmud cəld səhnəyə çıxdı:«Ay camaat, ruzunuzu Allahdan istəyin, Allahverəndə məhsul daşın üstündə də bitir. Sonrada deyir, yaşasın fəhlə, kəndli sinfi. Onlardanmüftə ruzqu gözləyirlər, uraaa, hamı deyir,uraa, torpaq sizindir, uraaa, inanmayın, eşidin,inanmayın, heyvansınız, uraaa». Bakıdan gələnbir nəfər Mahmudun paltarından geriyə26

doğru çəkirdisə də, Mahmud dediyini deyirdi.Sonra Mahmud mauzerini çıxarıb bunları birküncə qısdadı: «Əclaflar, bu xalqı niyə aldadırsınız?»Onlardan bir nəfər yaşlı kişi dedi:«Biz də belə yalançı təbliğatla maaş alıbuşaqlarımızı dolandırırıq». Qaçaqların hamısıçıxır Mahmudun yanına. Başlayırlar ona yalvarmağa,deyirlər: «Bizi o bir olan Allaha bağışlayın,balalarınıza bağışlayın. Körpə uşaqlarımızayazığınız gəlsin». Mahmud deyir:«Bu xalqı düzgün başa salın, buraxım». İçlərindənqoca bir kişi dedi: «Ay camaat, bizə dəsizə yalan danışmağımıza, yalan təbliğimizəgörə maaş verirlər, irəli çəkirlər. Bizi bağışlayın».Camaat Mahmuda yalvardı ki, onlarıöldürməyin, buraxın. Mahmud fırıldaqçı kommunistləriburaxır. Sonra Mahmud camaatıdanladı: «Ay camaat, biz belə fırıldaqçı kommunistlərinucbatından qaçaqlıq edirik. Sizə27

nə deyirlər, yalanlara əl çalıb, uraaa deyirsiniz.Ona görə də mən də hövsələdən çıxdım,dedim, heyvansınız, uraaa. Məni bağışlayın,sizi təhqir etdiyimə görə», - deyib səhnədəndüşdü. Qaçaqlar atlarına minib getdilər.İndi də, əziz oxucular, bir misal qalıb ellərdə,obalarda. Deyirlər, Qaçaq Mahmuddeyən kimi hər şeyə əl çalıb, ura deyirsən.Qaçaq Mahmud Tovuz tərəfdən Qızılulğundansonra Çobandağı aşıb getdi. O, Zaqatala,Balakən, Tianet dağlarında da az olmayıb.İkinci dünya müharibəsinə kimi qaçaqlıqedib. Onun silahdaşı Qaçaq Yunus çox mahiratıcı olub. Türkiyəni gedib-gəlməkdən su yolunadöndərmişdi. Dəfələrlə həbsdən qaçmışdı.Yeddinci qaçışı zamanı, hasardan atılan vaxtüçüncü mərtəbədən bir çekist qadın onu gülləilə vurdu.28

Haqq yolunda vuruşan ata, babalaraAllah rəhmət eləsin!İndi də sizə Təmən uşağından deyim.Təmənuşağı Nazarlı kəndində yaşayırdılar.Sonradan analarını da götürüb Türkiyəyəqaçdılar. Nazarlı kəndinə Şüşəligöz Söyünükolxoz sədri seçdilər. O, Nazarlıya gəlməidi. Şüşəligöz Söyün deyirdi ki, Təmənuşağınınyurdunda turp əkdirəcəm. Qasid busözü Türkiyəyə sahibinə çatdırır. Anaları deyir:«O sözü ona yedirtməsəniz, südüm sizəharam olsun». Təmənuşağı analarının sözündənçıxmazdılar. Atlanıb gəlirlər. Görürlər ki,16-cı qolda iki nəfər yer sulayır. Yaxınlaşandagörürlər ki, biri Şüşəligöz Söyünün qayınıBilaldı, o biri də öz elliləri Hacıkişidir. Bunlarısilahın qabağına qatıb Şüşəligözün evinigöstərtdilər. Şüşəligözü qabaqlayırlar, onlarıburaxırlar. O gediş Şüşəligöz yox olur. Kimi29

deyir, əl-qolunu bağlayıb Kürə atıblar, kimideyir, yerə basdırıblar, kimi deyir, Türkiyəyəaparıb analarının yanında öldürüblər.İndi isə sizə xəbər verim ƏləmpaşaoğluHacıdan.Ələmpaşaoğlu Hacı çox savadlı imiş.Ərəb dili, latın əlifbasında dərs deyən müəllimimiş. O, savadlı olduğundan Qarayazı Rayonİcraiyyə Komitəsində çalışırdı.Hacını qəflətən QPU-ya çağırırlar: «Sizərəb dili müəllimi olubsunuz. Sizi sürmürük,Türkiyəyə kəşfiyyata gedəcəksiniz». ƏləmpaşaoğluHacı razılaşmağa məcbur olur: «Partiyahara göndərsə, mən hazıram». Nə edə bilərdi,hökumətin güllələdikləri, sürgün etdiklərigözünün qabağına gəldi. Onlar Hacıyaciddi tapşırdılar: «Get, çağıranda gələrsən.Amma heç kəsə sirr vermə. Ailənə de ki, mənMoskvaya oxumağa gedirəm, hökumət gön-30

dərir». Sonra Yesir Məhəmmədi QPU-ya çağırırlar.Bu həmən Yesir Məhəmməddir ki, 1918-ci ildəki erməni-müsəlman davasında türkqoşunu azərbaycanlılara köməyə gələndə Məhəmmədtürk əsgəri olub. Birdən Türk paşasıəmr verir ki, qoşun təcili geri gəlsin, ingilislərgəmilərlə gəlib bizimlə müharibə etmək istəyirlər.Yesir Məhəmməd də aşpaz imiş. Odunqırmağa gedibmiş. Türk qoşunu atlanır, gerigedir. Məhəmməd gəlir, görür ki, heç kəsyoxdu. Necə deyərlər, lələ köçüb, yurd ağlayır.O tərəfə, bu tərəfə qaçır. Heç kəsi görmür.Qəflətən bir neçə erməni bunu tutur, birsahibsiz evə salır, özləri də gözləyirlər ki, komandirlərigəlsin, cəzasını versin.Axşamüstü o deyir: «Ay kirvə, məni suüstə burax». Erməni qışqırır: «Kəs səsini,kopak oqlu». Məhəmməd yalvara-yalvara:31

«Ay kirvə, bizdə nə günah var, günah bizi birbirimizəvuruşdurandadı». Erməni Məhəmmədisüzür, görür ki, ayağında isti çəkmə var.Qapını açır, çəkməni soyundurur. Sonra daonu buraxır və deyir: «Get, tez gəl, kopakoqlu». Erməni çəkməni öz ayağına geyinənəkimi Məhəmməd özünü verir kalafa yerindəbitən qalın otluğun altına. Erməni başını qaldırandagörür ki, türk yoxdu. Yoldaşlarını daçağırıb gecəyarı olana kimi gəzdilər, tapabilməyib getdilər. Ancaq Məhəmməd ayağıyalınenişə tərəf işıqlaşana qədər qaçır. Birkişinin heyvan otardığını görür. Kişi ondansoruşur: «Müsəlmansanmı?» Məhəmməd cavabverir ki, bəli, müsəlmanam. Kişi görür ki,Məhəmmədin barmağından qan tökülür, ayaqlarıcırıq-cırıq olub. Həmin adam tez özçarığını çıxarıb Məhəmmədə verir. Məhəmmədondan soruşur ki, Bakı hansı tərəfdədir?32

Kişi ona başa salır ki, qabaqda bir dayanacaqvar. Üzüaşağı olan hər nə var, min, səni Bakıyaaparacaq. Elə də edir. Sonra da Bakı-Tiflis qatarı ilə Tiflisə gəlir. Şeytanbazardraxdınında odun yaran, su gətirən olur.Bir gün Nazarlıdan Nəğmət kişi draxdınçıyatərəvəz gətirib deyir: «Mənə ot daşımağabir nəfər adam lazımdır». Draxdınçı YesirMəhəmmədi göstərir: «Odurana onu apar,türk əsgəridir, ermənilərə əsir düşübmüş, qaçıbbura gəlib». Nəğmət kişi Məhəmmədi arabasınamindirib gətirir. Nəğmət kişi birermənini tək işlədirmiş. Həmin ermənini göstərir:«Bu erməni yerini bilir, 14-cü qoldamənim otum var, daşıyın». Məhəmməd: «Başüstə»,- deyib erməni ilə işləməyə gedir. Birgün yaxşı daşıyırlar. İkinci gün yel qalxır.Erməni yükləyən, Məhəmməd yerdən ot verənimiş. Otu verdikcə arabadan onu yel atır.33

Erməni “Allah” deyə aslanır. Yesir Məhəmmədyaba ilə vurub ermənini yerə yıxır, başınıəzir, öldürür. Sonra da qıçından tutub sürüyəsürüyəqamışlığa atır. Gəlir, ot arabasınıyarımçıq qapıya aparır. Nəğmət kişi Məhəmməddənsoruşur ki, bəs erməni hanı? Məhəmmədsakit-sakit dillənir: «Öldürdüm». Nəğmətkişinin matı-qutu quruyur: «Ayə, onun yiyəsinəmən nə deyəcəm?» Məhəmməd deyir:«Özün bilərsən. Allahı söydü, mən də öldürdüm».Nəğmət kişini fikir apardı. Bu erməniTiflisdə «Hallavardan (Avlabar) olan dostununkiçik qardaşı imiş. Ona deyibmış ki,qardaşın on günlüyə mənə kömək etsin, hörmətedəcəm». Birdən qardaşı gəlir. «Nəğmət,mənim qardaşım hanı?»- deyir. Nəğmət yalandanışmağa məcbur olur: «Onu razı yola saldım,bəs evə getməyibmi?». Erməni, qardaşınınevə gəlmədiyini bildirib, Tiflisə qayıdır.34

Yesir Məhəmməd bir müddətdən sonra Kosalıyagəlir. Onu evləndirirlər, oğullu-uşaqlıolur. Amma ürəyi daim vətən həsrətiylə döyünür.Bir neçə dəfə QPU-ya (Dövlət Siyasi İdarəsinə)ərizə yazır ki, məni öz vətənimə buraxın,gedim.Bəli, Yesir Məhəmmədi QPU-ya çağırıbdeyirlər: «Sən oralı olubsan, səni ora agentgöndəririk. Tapşırığı bizə çatdırarsan. Səntürkdilli olduğun üçün bizə çox lazımsan». Buda: “Baş üstə” deyib, geri- evinə qayıdır. Hərikisini də bir gecədə, yəni 1938-ci il sentyabrın11-də aparırlar. O vaxtdan Türkiyədə olurlar.Hacı öz el oğlusu Yolçuyev Nadirə, XiyalovŞəmdinə, Qarayazıda Daşdəmirov Hacıyabu sirri açmışdı, uşaqlarını onlara tapşırmışdı.Bütün Kosalı, Nazarlı elə bilirdi ki, onlarMoskvada oxuyurlar. Bir də xəbər çıxdı ki,Ələmpaşallın Hacını, Yesir Məhəmmədi Tür-35

kiyədə agent kimi həbs ediblər. Dedilər, yalansöz çıxmaz. Sən demə, bu, doğru imiş.Türkiyə məhkəməsi onları dəfələrlə dindirir.Atalar demişkən, bir düz xətt əyriləri kəsir.Onlar bütün günahları boyunlarına alırlar:«Sovet kəşfiyyat orqanları bizi Türkiyəyəgəlməyə zorla məcbur etdilər, yoxsa bizisürgünlə qorxudurdular. Biz də gəldik, dahageri getmədik». Hacı məhkəməyə cavab verdi:«Mən ərəb dili müəllimi olmuşam. Oradaolan türk balalarına ərəb dilində dərs demişəm».Yesir Məhəmməd də türk əsgəri kimiQafqazda vuruşduğunu və 1918-ci ildə ermənilərəəsir düşdüyünü bildirdi. Yesir Məhəmmədindediklərini və Ələmpaşaoğlu HacınınQarayazı Rayon Icraiyyə Komitəsində işləyibişləmədiyinida yoxlayıb təsdiqlədilər. AncaqTürkiyə cəza qanunlarına görə bu hərəkətlərimüqabilində onlar yalnız xalq qarşısında asıl-36

malı idilər. Asılmaq vaxtı gəldi çatdı. Ən çoxmeydana yığışanlar Sovet ölkəsindəki təqiblərdənyaxa qurtarıb Türkiyəyə qaçanlar idi.Xozeyinlə Nağı ön cərgədə oturmuşdular.Hamı məhbusları gözləyirdi. Düşünürdülər ki,görəsən, onlar kimdir? Bir də gördülər, polisişçiləri iki nəfər məhbus gətirdilər. Biri çoxgöyçək, ağsaçlı, o birisi qarabəniz, dolu adamidı. Əvvəlcə ağbənizli, nazik görünüşlü, ağsaçlıməhkumu dindirdilər. Ondan soruşdular:«Vəkil tutmaq fikriniz varmı?» O cavab verdi:«Vəkil tutmaq üçün bizim pulumuz yoxdu.Biz kimsəsizik». Məhkəmə başlandı. Hacı busözləri dedi:Bilin, müsəlmanam, islam əhliyəm,Gəlin tövbə deyim, günahım yoxdu.Ana olan bala dağı görməsin,Qəribəm, kəfənim alanım yoxdu.37

Ələmpaşaoğlu Hacını məhbusluq çox dəyişmişdi.Onu tanımaq qeyri-mümkün idi. Başınıqaldırıb yığılan camaata baxanda özözünədedi: «Bütün İstanbul əhli bura gəlibki». Ön cərgədə olan iki nəfərin ağlamasınıgörən Hacı bu bayatını dedi:Əzizim, oda dağlar,Yanmadın oda, dağlar.Mən sinə dağı gördüm,Sinəsi oda dağlar.Bu bayatını eşidən didərginlər elə ağlaşdılarki, sanki yas yerində idilər. Hacının gözünəməhkəmənin qarşısındakı “Quran” kitabısataşdı. Dedi: “Qoyalar, bu kitaba and içəm.Assalar da sonra assınlar”. Hacı “Quran” kitabınaişarə etdi və dedi: «Mən qarşınızdakı“Qurani – Kərim”in yolu ilə gedirəm. O yol38

ilə gedən haqlıdı». İkinci bənddə görək Hacınə dedi:Zülmət zirzəmidə çox axdı yaşlar,Hicran ağrısından ağardı başlar.Adı gözəl Məhəmmədə bağışlar,Quranı yadına salanım yoxdu.Hakim ayağa qalxıb dedi, bilirəm, bu kitabdanhalısan, üç dəfə öpüb gözünün üstünəqoyub dedi: «Bu kitabdan nə tələb edirsən?»Ələmpaşa oğlu dedi: «Mənə bir gecə möhlətver, o kitabı oxuyum, özümə xətm edim. Assanız,sonra asın».Kitab hakimin əlində yaşla islandı. Eləonu dedi ki, neçə yaşın var?Hacı cavabını bayatı ilə dedi:Əzizinəm, yaşı çoxdu,39

Mən qocanın yaşı çoxdu,Gözlərimə baxıb ağla,Gör bir kimin yaşı çoxdu?Qazı ayağa qalxıb dedi: «Məhkum, sizəqarşı bizdə inam yarandı. Biz Allaha, onunpeyğəmbəri Məhəmmədə və kitabı «Qurana»inanırıq. “Qurani-Kərim”in qarşısında diz çöküb,baş əyirik». Hacı dedi: «Günahsız müsəlmanaləminin arasında asılmağıma razıyam.Çünki məni öz adətimizlə dəfn edəcəklər».Hacının bu zaman cüt bacıları və ən çox istədiyianası yadına düşdü. Bir bayatı da çəkdi:Əzizinəm, ay ana,Pərvanələr, ay ana.Oğlun dara çəkilir,Nə durursan, ay ana?40

Məhkəməyə yığılanların hamısı ağlaşırdı.Hacı dedi: «Ey dərdməndlər, az ağlaşın, haqqayaq üstədi». Aldı, görək Hacı nə dedi:İztirablı, həyəcanlı anımdaZaman namərd, bir dəlil yox yanımda,Ana dərdi qövr eləyir canımda,Fikir- xəyalıma dalanım yoxdu.Xozeyin general rütbəsində idi. Nağı xaricəgedən nümayəndə idi. Hər iki qardaşı qəriblikkövrəltmişdi. Özlərindən xəbərsiz damcı-damcıgözlərindən yaş tökülürdü. Bir nəfərirəli çıxıb bildirdi ki, bu zalım oğlu bizi odsuz,ocaqsız yandırdı. Bu zaman hər iki qardaşbir-birinə baxdı. Nağı dedi: «Ayə, a qardaş,danışanın səsi mənə tanış gəlir. Ammaözünü tanıya bilmirəm».41

Hacı bir bayatı da çəkdi.Əzizim, qara baxtım,Dağlarda qara baxdım,Baş götürüb səndən qaçdım,Yenə baxdım, qara baxtım.Bir nəfər irəli çıxıb bildirdi ki, bu müqəssirlərinparası lazım deyil. Mən bunlara vəkillikedərəm. Gəlib hər iki məhkumdan soruşdu:«Siz hansı ölkədən gəlibsiniz?» Hacı dedi:«Sovet ölkəsi bizi Türkiyəyə kəşfiyyata göndərdi.Ancaq biz geri qayıtmaq istəmirik, buradaölmək istəyirik».Hacı:Şura ki var, məzlumların qurdudu,Əsas ordu bizi tutan ordudu.Ulu babam Osmanlının yurdudu,Eşidib ərzimi, bilənim yoxdu.42

Öz xahişi ilə onlara vəkillik edən adamməhkəmə sədrinə üz tutub dedi: «Hakim, oadam Allahını sevən adamdı. Özü də deyir ki,mən “Qurani- Kərim”in yolu ilə gedirəm. Sizbu işə düz baxmasanız, haqq yolunda günahkarolarsınız».Hacı dedi:Sirr açmaram, Hacını güllələrlər,Tilsimdəyəm, zülmətdəyəm, bilərlər,Bacılarıma ünüm çatsa, gələrlər,Yaş töküb, saçını yolanım yoxdu.Birdən Nağı qışqırıb yerindən atıldı:«Ayə, Xozeyin, bu ki Ələmpaşaoğlu Hacıdır».Özlərini Hacının üstünə atdılar. Öpüşub-ağlaşıbgörüşəndən sonra Xozeyin yeridi məhkəməninüstünə, məhkəməni dayandırdı. On-43

lara bildirdi ki: «Mən paşanın yanından gələnəqədər məhkəməni dayandırın».Məhkəmənin sədri Xozeyinə dedi: «Mənimtərəfimdən də paşaya de ki, hər ikisi günahsızdır».Xozeyin səhər getdi, hər ikisini də zaminəaldı və Hacını da, Məhəmmədi də azad etdirdi.Özlərinə də ev verdi. Əllərinə para verdi.Az müddətdə Hacı varlandı. Özünə dəyaxşı vəzifə verdilər. Türkiyədə evləndi, birqızı da oldu. Özü də orada rəhmətə getdi.Vətəndən uzaqlarda ölənlərin hamısınaAllah rəhmət eləsin!Vətən torpağını qəbirlərin üstünə tökürlər.Yerləri nurlu, məkanları cənnət olsun!44

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!