Azərbaycan romanı: Siyasət və milli düşüncə - Azərbaycan Milli ...

Azərbaycan romanı: Siyasət və milli düşüncə - Azərbaycan Milli ... Azərbaycan romanı: Siyasət və milli düşüncə - Azərbaycan Milli ...

13.07.2015 Views

____________Milli Kitabxana____________Yaşar RZAYEVAZƏRBAYCAN ROMANI :SİYASƏT VƏ MİLLİ DÜŞÜNCƏ( 1930-1955-ci illər)Bakı – “Elm” – 20101

____________Milli Kitabxana____________Yaşar RZAYEVAZƏRBAYCAN ROMANI :SİYASƏT VƏ MİLLİ DÜŞÜNCƏ( 1930-1955-ci illər)Bakı – “Elm” – 20101

Elmi redaktoru və“Ön söz”ün müəllifi :ƏNVƏROĞLUprofessorRəyçilər :professor____________Milli Kitabxana____________SALAMOĞLUfilologiya elmləri doktoru,HİMALAYfilologiya elmləri doktoru,ELMAN QULİYEVfilologiya elmləri doktoru,TƏYYARprofessorVAQİF YUSİFLİfilologiya elmləri doktoruYaşar Rzayev. “Azərbaycan romanı: Siyasət və milli düşüncə”.“Elm” nəşriyyatı, Bakı, 2010. 296 səh.İSBN 978-9952-453-15-7Bu kitabda 1930-1955-ci illər yeni Azərbaycan romanının təşəkkülü vəinkişafı haqda elmi-nəzəri mövqe ortaya qoyulur. Siyasi-ideoloji proseslər vəmilli-mənəvi ideallar kontekstində dövrün romanının bədii-estetik xüsusiyyətləriaraşdırma predmetinə çevrilir. Mülahizələrin incələndiyi bu araşdırmadatədqiqat materialları çağdaş ədəbi fikir müstəvisinə çıxarılmış, bir sıra mühümelmi-nəzəri nəticələr əldə edilmişdir.Monoqrafiyanın elmi qənaətlərinin filologiya fakültəsi tələbələri, magistrlər,həmçinin doktorantlar, gənc ədəbiyyatşünaslar və bədii-estetik fikir tariximizinsözü gedən dönəminin bədii özəllikləri ilə maraqlananlar üçün faydalı olacağıgümanındayıq.4603000000_______________655(07) - 20102

____________Milli Kitabxana____________ÖN SÖZSovet dövrü (1920-1990) Azərbaycan ədəbiyyatının çağdaşədəbi düşüncə müstəvisində yenidən araşdırılması bu günədəbiyyatşünaslığın qarşısında duran başlıca vəzifələrdən hesabolunur. Belə ki, sözü gedən çağın bütün mürəkkəbliyinə, siyasiideolojibasqılarına, sosialist realizmi metodunun doğurduğu gerçəksıxıntılara baxmayaraq, Azərbaycan ədəbiyyatı inkişaf etmiş,özündən əvvəlki ədəbi təcrübəni davam etdirmiş və daxilimündəricəsi ilə doxsanıncı illər müstəqillik dövrünə qovuşmuşdur.Daha doğrusu, əlbəttə, həmin dövrün siyasi-ideoloji“prinsipləri”ədəbiyyata öz mənfi təsirini göstərsə də, bununla belə,poeziyanın, nəsrin, dramaturgiyanın bir çox qiymətli nümunələrininyaranmasını əngəlləməsi mümkün olmamışdır. Məsələnin bu cəhətiAzərbaycan romanının inkişaf problemlərinin tədqiqatçılarındanM.Hüseynin, M.Arifin, B.Nəbiyevin, Q.Xəlilovun, S.Əsədullayevin,Y.Seyidovun, X.Əliyevin, H.Quliyevin, Y.İsmayılovun, Elçinin,A.Hüseynovun, N.Paşayevanın, T.Əlişanöğlunun, V.Yusiflinin,T.Salamoğlunun və “Ön söz” müəllifinin kitablarında, ədəbi-tənqidiməqalələrində araşdırma predmetinə çevrilmişdir. Yaşar Rzayev isə“Azərbaycan romanı: siyasət və milli düşüncə” monoqrafiyasındasovet dövrü Azərbaycan romanının (1930-1955-ci illər) yaranmasıvə inkişaf prosesini izləmiş, həmin dönəmdə yaranan örnəkləri yenielmi ədəbiyyatşünaslıq düşüncəsi müstəvisində tədqiq etmişdir.Y.Rzayev Azərbaycan romanının 25 illik bir möhtəşəm inkişaf3

____________Milli Kitabxana____________yoluna konseptual mövqedən yanaşmış, dəyərləndirmələrində yeniədəbi-estetik baxış sərgiləmiş, otuza yaxın romanı yarandığı dövrünsiyasi-ideoloji prosesləri və milli-mənəvi idealları kontekstindəincələmişdir.Monoqrafiyanın “Siyasi-ideoloji proseslər və roman” adlıbirinci fəslində dövrün siyasi-sosial mənzərəsi kontekstində yeni tipliromanın yaranması və inkişafını ehtiva edən amillər – ədəbimərhələ xüsusiyyətləri, ideya-estetik prinsiplər, iyirminci ildənbaşlayaraq gündəmə gətirilən metodoloji yönəltmələr, sosialistrealizminin ləngitmə “konsepsiyası” və s. məsələlər elmi-nəzəriizahını tapmışdır. Bu sırada romanı milli bədii təfəkkürün böyüknailiyyəti kimi dəyərləndirən müəllif, onu həm də mühüm ictimaitarixihadisə baxımından şərh edir.Məlum olduğu kimi, 1930-1955-ci illərin Azərbaycan romanıbədii düşüncə örnəyi olaraq ümumsovet məkanında və konkretsiyasi-ideoloji prinsiplərin sərt tələbləri şəraitində meydanagəlmişdir. Buna görə də müəllifin araşdırdığı romanlarınmövzularının və qəhrəmanlarının həmin prinsiplər əsasındayaradılmasınin çeşidli səbəblərini müstəviyə çıxarması başadüşüləndir. Məhz bu kontekstdə müəllif təsdiq edir ki, həmin dövrününlü yazıçılarının romanlarının daxili süjetində canlı həyatın nəfəsi,gərgin, sıxıntılı qəlbin döyüntüləri mövcud olmuş, gerçək problemlərvə konfliktlər, canlı insan xarakterləri bədii tədqiq obyektinəçevrilmişdir. Y.Rzayev yeni Azərbaycan romanının yaranması və4

____________Milli Kitabxana____________inkişafı məsələlərini araşdırarkən özəlliklə müasir ədəbi fikirdə yeralan belə bir elmi-nəzəri qənaətə əsaslanır ki, otuzuncu illərdətəşəkkül tapan yeni Azərbaycan romanı özündə təkcə tarixi zamananlayışını deyil, həm də bütöv bir mərhələninin sferasını ehtivaetmişdir.Kitabda sosialist realizmi sıxıntıları çevrəsində yaradılanAzərbaycan romanının nümunələrinə və müəlliflərinə tarixi-ədəbiprosesin ümumi inkişaf kontekstində, sənətkarın yaşadığı dövrünictimai-siyasi mənzərəsi, sosial mühitin təsirləri nəzərə alınmaqladəyər verilir ki, bu yanaşma özündə yeni baxış bucağını ehtiva edir.“Azərbaycan romanı və milli düşüncə” adlı ikinci fəsildə müəllifelmi-nəzəri qənaətlərini məxsusi rakurslarda əsaslandırmaqla təsdiqedir ki, 1930-1955-ci illər Azərbaycan romanı rəsmi ideologiyanın,sosialist realizminin istəyincə boy atsa da, əslində onların daxilifakturasında milli-mənəvi ideallar önəm kəsb etmiş, mühüm dəyərləryazıçıların yüksək sənətkarlığı sayəsində mahiyyət müstəvisində özifadəsini tapmış, milli xarakter və milli psixologiya bu örnəklərdəkifayət qədər qorunub saxlanmışdır. Tədqiqat əsərində milli-mənəviidealların Azərbaycan romanında bədii təzahür istiqamətlərimüəyyənləşdirilmiş və ümumiləşdirilmişdir. Roman təsərrüfatındaAzərbaycan dilinin, Azərbaycan tarixinin məqamı kontekstindəmilli kolorit, milli mənlik şüuru, yazıçının milli iftixar diyğusu və s.məsələlər barədə konsepsiya formalaşdırılmışdır. Ədəbiyyatda“sinfilik” və “millilik” anlayışları müqayisəli təhlil predmetinə5

____________Milli Kitabxana____________çevrilmiş, sosialist realizminin mütləqləşdirdiyi “sinfilik” prinsipinərəğmən, romanlarda milliliyin ifadəsinin önəmi xüsusivurğulanmışdır. Müəllif bu kimi dəyərləri “alt qat”lara enməkləüzə çıxarmaq yolunu tutmuş və könülaçan budur ki, o, qarşısınaqoyduğu məqsədinə kifayət qədər nail ola bilmişdir.Mahiyyətinə yönəlik açıqlamalar bizdə belə bir qənaət doğurduki, araşdırmada söhbət gedən dövrün Azərbaycan romanının özəlbədii-estetik xüsusiyyətləri monoqrafiyada özünün elmi-nəzəriqiymətini qədərincə ala bilmişdir. Başqa sözlə, tədqiqat müəllifinmövzuya müasir ədəbi təfəkkür səviyyəsindən, özünəməxsus erudikimkanları kontekstində yanaşdığı çox mətləblərdən soraq verir.Müəllifin mühakimə tərzini, özəl təhlil manerasını da nəzərə alsaqbelə qənaətə gəlmək olar ki, konseptuallığı ilə fərqlənən bumonoqrafiya Azərbaycan romanının inkişaf problemlərinin tədqiqiistiqamətində yeni, uğurlu araşdırmadır.6

____________Milli Kitabxana____________G İ R İ ŞBu gün biz ötən XX əsrin Azərbaycan ədəbiyyatıhaqqında nə düşünürük və necə düşünürük?Bu sualın cavabları, təbii ki, birmənalı olmayacaqdır.Yəni burada müxtəlif nəsillərin (yaşlı, orta, gənc)yanaşmalarında fərqlər də, XXI əsrin özünəməxsus ahəngi vəcizgiləri də, müstəqilliyə qədərki və müstəqillik dövrününsiyasi, elmi, bədii-estetik təfəkkürü də, iqtisadi inkişafınsıçrayışları və ziddiyyətləri də, ictimai-sosial həyatın, bədiisənətə baxışların, zövqlərin yeni təzahürləri də, elmi-texnikitərəqqinin sürətli inkişafı da mühüm amillər kimi özünügöstərir. Həmçinin ötən əsrin, xüsusən sovet dövrünün ictimaisiyasimahiyyətinin qiymətləndirilməsində də hələ sonakkordların vurulmadığı, bu yanaşmalarda birtərəfliliyin, bəzəntələskənliyin və müəyyən ideoloji maraqlardan irəli gələnmotivlərin özünü göstərdiyi, tarixi-elmi və nəzəri-fəlsəfidəyərləndirmədə mütəhəkkirliyin olması da nəzərə alınmalıdır.Bir-birini inkar edən baxışların, nəzəriyyələrin, müddəalarınhansı birininsə mütləq həqiqət olduğu da israr oluna bilməz.Həqiqəti bəlkə də bütün əks baxışların ümumi yekunundaaxtarmaq lazım gəlir.7

____________Milli Kitabxana____________Ümumiyyətlə isə XX əsr ədəbiyyatına vahid bir dövrədəbiyyatı, bir tam kimi baxmaq meyli üstünlük təşkiletməkdədir. Yəni XX əsr Azərbaycan ədəbiyyatı dedikdə tamhalında M.Ə.Sabirin, C.Məmmədquluzadənin, M.Hadinin,Ə.Hüseynzadənin, N.Nərimanovun, M.Rəsulzadənin,H.Cavidin, C.Cabbarlının, M.S.Ordubadinin,Y.V.Çəmənzəminlinin, Ə.Cavadın, S.Vurğunun, S.Rəhimovun,M.Hüseynin, M.Cəlalın, R.Rzanın, M.İbrahimovun, İ.Şıxlının,İ.Hüseynovun (Muğanna), B.Vahabzadənin, İ.Əfəndiyevin,Anarın, M.Arazın, Elçinin, Ə.Əylislinin, Y.Səmədoğlunun vəonlarla digər sənətkarımızın təmsilçisi olduqları ədəbiyyatdüşünülür. Və ilk növbədə onların yaratdıqları bədiinümunələrin sənətkarlıq xüsusiyyətləri, poetikası, bədiitəcrübənin davamı və inkişafı, milli gerçəkliyimizin real inikası,milli-mənəvi dəyərlərin ifadəsi, ən başlıcası isə oxucuya təsiri,cəlbetmə və estetik zövq səviyyəsi diqqət mərkəzinə keçir.Dövrün siyasi-ideoloji meyarlarının, ədəbi mərhələxüsusiyyətlərinin, ədəbi cərəyanlar və digər məsələlərin isəikinci plana keçdiyinin fərqindəyik.Bu gün yeni nəsillər tarixin ötən əsrlərini varaqlayandaRoma imperiyası və ərəb xilafəti də, Azərbaycan Atabəyləri vəmonqol hücumları, Çingiz xanın və Əmir Teymurun fatehliyi,8

____________Milli Kitabxana____________Şah İsmayıl Xətainin yaratdığı Səfəvilər dövləti vəAğaməhəmməd şah Qacarın hakimiyyəti, Janna-d-Arkınmübarizəsi və fransız burjua inqilabı, Amerikanın kəşfi vəorada yeni dövlətin yaranması, Napoleonun parlaq qələbələri vəfaciəsi, Şimali Azərbaycanın Rusiya imperiyasının tərkibinəqatılması və Avropada kapitalizmin bərqərar olması kimihadisələrlə zəngin olan əsrlər onlar üçün necə maraqlıdırsa, XXəsr də iki dünya müharibəsi, bolşevizmin və faşizmin təşəkkülü,Oktyabr (1917-ci il) inqilabı, müstəmləkə sisteminin dağılması,vətəndaş müharibələri və kollektivləşmə, atomun və kosmosunkəşfi kimi hadisələri ilə yaddaşda yer tutur və beləliklə, XX əsrdə özündən əvvəlki əsrlərin, minilliklərin cərgəsinə qatılır.Yeni nəsillər siyasi və ideoloji çevrədən xilas olmaqla,ötən əsrin bədii məhsullarına sırf oxucu marağı dairəsindəyanaşmaq, o dövr sənətkarlarının necə yazdıqları vədüşündükləri, əsərlərin cazibədarlığı, dövrün mənzərəsini vəgerçəkliyinin bədii əksini, insan obrazlarını görməkistəyindədirlər. Yeni nəsillər üçün, tutalım ki, XVIII əsrdə başverən fransız burjua inqilabı kimi XX əsrin əvvəllərindəkiOktyabr “inqilabı” da eyni dərəcədə maraqlıdır və onlar hər ikihadisəyə tarixin olmuş və bir çox dəyişikliklər yaratmış,dünyanın nizamını silkələmiş bir hadisəsi kimi baxırlar. Onlar9

____________Milli Kitabxana____________müraciət etdikləri bədii nümunənin hansı ədəbi metoda –tənqidi realizmə, romantizmə, sosialist realizminə, yaxudmodernizmə, postmodernizmə söykəndiyinin də fərqindədeyillər. Yeni nəsillər üçün “inqilabçılar” da, sahibkarkapitalistlər də, yaxud kəndlilər də, bəylər də, burjua sinfininnümayəndəsi kimi qələmə verilənlər də eyni dərəcədəmaraqlıdırlar. Artıq bu nəsil və yəqin ki, sonrakı nəsillər dətutalım ki, müəllifinin kimliyi hələ mübahisəli olaraq qalan “Əlivə Nino” romanına “Komsomol poeması”, “Dumanlı Təbriz”,“Bir gəncin manifesti”, “Gələcək gün” əsərləri ilə bir baxışbucağından yanaşacaq, bədii nümunənin estetikası, gerçəkliyininikası, süjetin cazibəliliyi, müxtəlif obrazların dünyası,inandırıcılıq əsas meyar olacaqdır. Şekspirin, yaxud Balzakın,Hüqonun, M.F.Axundovun, L.Tolstoyun,C.Məmmədquluzadənin, M.Şoloxovun əsərlərinə olanmünasibət kimi.Düzdür, bəzən 1930-1950-ci illər sovet dövrüyazıçılarının əsərlərini inkar edib, “Əli və Nino”nu onlara qarşıqoymaq cəhdləri də özünü göstərir. Fikrimizcə, bu, bir ideolojimövqeni rədd edib, digər ideoloji mövqeyə tapınmaq kimi başadüşülə bilər. “Əli və Nino” oxucuya almancadan tərcümədətəqdim olunur. Romanda ekzotikaya meyl güclü olsa da, bir çox10

____________Milli Kitabxana____________bədii məziyyətləri, maraqlı bədii obrazları ilə, poetikasınınözəllikləri ilə seçilir. Lakin “Şamo” da, yaxud “Bir gəncinmanifesti” də ana dilimizin zənginliyi və gözəlliyi, milli kaloritiilə, Azərbaycan təbiətinin ekzotikadan uzaq təsviri və s.məziyyətləri ilə oxucu üçün cəlbedicidir. “Əli və Nino”xüsusilə milli idealların yüksək ifadəsinə görə dəyərlidirsə,adlarını çəkdiyimiz və çəkmədiyimiz digər romanlarda dazamanın mənzərəsinin, ab-havasının real və canlı bədii əksininverildiyi inkar oluna bilməz.Tədqiqat XX əsr Azərbaycan ədəbiyyatının 1930-1950-ciillər (1955-ci ilədək) dövründə yeni Azərbaycan romanınıntəşəkkülü və inkişafı ilə bağlı məsələləri özündə ehtiva edir.Yeni Azərbaycan romanının yaranması, şübhəsiz, təkcəədəbiyyatımızda deyil, bütövlükdə Azərbaycanmədəniyyətində, Azərbaycan xalqının həyatında mühümictimai-bədii hadisə hesab oluna bilər. Tədqiqatın əhatə etdiyidövr özünün ziddiyyətləri və çətinliyi ilə seçilir. Siyasi-ideolojitəzyiqin bədii sənətə güclü təsir göstərdiyi belə bir dövrünədəbiyyatı üzərindən bəzən xətt çəkmək meylləri olsa da, yenidüşüncəyə dayaqlanan araşdırmamızda bunları əsassız vəyolverilməz hesab edir və həmin dövr ədəbiyyatının, o11

____________Milli Kitabxana____________cümlədən romanlarının iç məziyyətlərini çağdaş ədəbi məfkurəkontekstində tədqiq obyektinə çeviririk.Müstəqilliyə qovuşandan sonra Azərbaycanədəbiyyatının sovet dövrü mərhələsinin yenidənqiymətləndirilməsi zərurəti yaranmışdır. İctimai-siyasi düşüncətərzində, estetik prinsiplərin dəyərləndirilməsində stereotiplərdağılmışdır. Keçilən yolun səhvləri, naqislikləri götür-qoyedilir, ədəbi-bədii irsə, mənəvi sərvətlərə - mənəviyyat və əxlaqməsələlərinə milli müstəqillik təfəkkürü səviyyəsində yenibaxış formalaşır. Odur ki, ədəbiyyatşünaslıq yeni elmimetodolojiprinsiplər, təhlil üsulları, qiymətləndirmə meyarlarıaxtarışlarını öz tarixi təcrübəsinin nəticələrindən bəhrələnərəkdavam etdirir.Sovet dövrü ədəbiyyatının tarixində mürəkkəb,ziddiyyətli məqamlar çoxdur, siyasi-ideoloji təfəkkürün aparıcıprinsiplərinin bədii yaradıcılığa, ədəbiyyata mənfi təsiri özünügöstərmişdir. Bununla belə ədəbi fikirdə belə bir fikirformalaşmaqdadır ki, sovet dövrü Azərbaycan ədəbiyyatı“bəzən postmodernistcəsinə düşünüldüyü kimi, milli ədəbiyyatolaraq öz simasını itirməmiş, bəlkə daha da qüvvətləndirmişdir.Ədəbiyyatda müasir ədəbiyyatlara məxsus bütün janrlar, ənyeni üslub və formalar yaranmış, özünü təsdiq edə bilmişdir”12

____________Milli Kitabxana____________(77, 7). Mövzunun aktuallığı həmin problematikanın yeni elminəzərivə bədii-estetik meyarlar əsasında təhlili ilə bağlıdır.XX əsr Azərbaycan sovet dövrü romanının inkişaftarixinə, poetikasına və ayrı-ayrı nümayəndələrinə dair bir çoxtədqiqatlar mövcuddur. Lakin üzərində işlədiyimiz tədqiqatişində 1930-1950-ci illərin siyasi-ideoloji proseslərikontekstində, sosialist realizminin tələbləri çərçivəsindəAzərbaycan romanının təhlili ilə yanaşı, ayrı-ayrı bədiinümunələrdə milli-mənəvi idealların ifadəsi, milli-xəlqi ruhunəqli dərkdə ehtivasına təsiri məsələləri də geniş araşdırılır.Xalqın mənəvi yetkinləşməsində həmişə müstəsna roluolan ədəbiyyat tarixən milli şüurun təşəkkülündə, müstəqillik,azadlıq təfəkkürünün formalaşmasında əvəzsiz rol oynamışdır.Tədqiqatın əsas məqsədi həmçinin 1930-1950-ci illərdəAzərbaycan ədəbiyyatı kontekstində Azərbaycan romanınınmilli şüurun təşəkkülü prosesinə təsirini, bu prosesdə onunrolunu araşdirmaq, elmi-nəzəri qənaətləri əsaslandırmaqdır.1930-1950-ci illərin Azərbaycan romanı həmin dövrdərejimin sərtliyi, sosialist realizmi konsepsiyası tələblərininmütləqliyi çərçivəsində yaransa da və sinfilik, partiyalılıq,sosialist realizmi anlayışında xəlqilik milliliyi üstələsə də, millimənəviideallardan uzaq olmamışdır. Hakim ideologiyanın,13

____________Milli Kitabxana____________sosialist realizminin tələbləri səviyyəsində yazılan bədii əsərlər,o cümlədən romanlar hər bir müəllifin yaradıcılıq imkanları,sənətkarlıq keyfiyyətləri səviyyəsində milli idealın, millixarakterin, milli düşüncə tərzinin, milli psixologiyanınqarşısındakı sədlərə tədricən də olsa çat salırdı. Tədqiqatınvəzifəsi bu keyfiyyətləri elmi araşdırmalarla aşkara çıxarmaq,elmi-nəzəri müddəalarla təsdiq və təsbit etməkdir.Mövzu XX əsrin 1920-1950-ci illərində Azərbaycanda vəümumilikdə postsovet məkanında gedən ictimai-siyasiproseslərin kontekstində araşdırılır. Tədqiqatın əsas istiqamətitarixi-tipoloji ümumiləşmə ilə müəyyənləşir. Nəzərə alınmışdırki, XX əsrin sonlarından dünyanın ictimai-siyasi mənzərəsindəolduğu kimi, humanitar təfəkkürdə də qlobal dəyişikliklər başvermiş, milli ədəbi dəyərləri bəşəri mənəvi sərvətlərkontekstində araşdırmağın və qiymətləndirməyin yeni elmi,ictimai-siyasi və ədəbi-mədəni reallıqları yaranmışdır. XX əsrədəbiyyatını dəyərləndirmədə hələ də özünü göstərən yanlışədəbi-estetik təsəvvürlərin inersiyası tədqiqatın metodolojiprinsiplərindən uzaqdır. Tədqiqatın elmi-metodolojikonsepsiyası mövzunu əhatə etməyə, qarşıya qoyulan məqsədənail olmağa imkan verir.14

____________Milli Kitabxana____________Monoqrafiyada bilavasitə 1930-1950-ci illər (1955-ciilədək) Azərbaycan romanı incələnir. XüsusiləM.S.Ordubadinin “Dumanlı Təbriz”, “Qılinc və qələm”,Y.V.Çəmənzəminlinin ”Studentlər”, “İki od arasında”, “Qızlarbulağı”, S.Rəhimovun “Şamo”, “Saçlı”, M.Hüseynin “Daşqın”,“Tərlan”, “Səhər”, “Abşeron”, A.Şaiqin “Araz”, M.Cəlalın“Dirilən adam”, “Bir gəncin manifesti”, “Açıq kitab”,M.İbrahimovun “Gələcək gün”, Əbülhəsənin “Yoxuşlar”,“Dünya qopur”, “Dostluq qalası” romanları tədqiqat obyektinəçevrilmişdir. Həmin bədii nümunələr araşdırılarkən bir çoxədəbiyyatşünaslıq əsərləri, ədəbi tənqid materialları, ocümlədən 1967-ci və 1988-ci illərdə nəşr edilmiş “Azərbaycansovet ədəbiyyatı tarixi” kitabları, “Azərbaycan ədəbiyyatıtarixi” (III c. 1957) kitabı, 20-30-cu illərdə ədəbi tənqidsahəsində fəaliyyət göstərən B.Çobanzadənin, M.Quliyevin,Ə.Nazimin, M.K.Ələkbərlinin, H.Zeynallının, 30-60-cı illərədəbi tənqidinin nümayəndələri M.A.Dadaşzadənin,M.Hüseynin, M.İbrahimovun, M.C.Cəfərovun, C.Cəfərovun,60-70-ci illərdən başlayan yeni ədəbiyyatşünaslığın təmsilçiləriB.Nəbiyevin, Q.Qasımzadənin, Q.Xəlilovun, Y.Qarayevin,Ş.Salmanovun, S.Əsədullayevin, A.Hüseynovun, Elçinin,Y.Axundlunun, H.Ənvəroğlunun, N.Cəfərovun, N.Paşayevanın,15

____________Milli Kitabxana____________V.Yusiflinin, T.Əlişanoğlunun, T.Salamoğlunun və digərlərininelmi-tədqiqat əsərləri və ədəbi tənqid materialları da tədqiqatacəlb edilmişdir.Tədqiqatın əsaslandığı mənbələr siyahısında rus dilindəçap olunan bir çox ədəbiyyatşünaslıq materialları, fəlsəfi əsərlərdə vardır. V.Kojinovun, M.Qorkinin, A.Veselovskinin,R.Foksun, İ.Varfolomeyevin, M.Baxtinin, N.Berdyayevin,E.Dobrenkonun, L.Qumilyovun, V.Timofeyevin,L.Maksimenkovun, N.Pankovun, İ.Kondakovun və b.məqalələri və kitablarından səciyyəvi fikir və mülahizələrə,“Voprosı literaturı”, “İnostrannyaya literatura”, ”Literaturnayaqazeta” və s. jurnal və qəzetlərdə, elmi almanaxlarda verilmiş,internetdə yerləşdirilmiş uyğun tipoloji materiallara da istinadolunur.Tədqiqat bir daha təsbit edir ki, çağdaş milliədəbiyyatşünaslığımız sovet dövrü Azərbaycan ədəbiyyatına, ocümlədən 1930-1950-ci illərin roman təsərrüfatına yeni ideyametodolojikonsepsiya zəminində yanaşmanın zərurətindəndoğan meyarların və prinsiplərin formalaşdırılmasına üstünlükverir. Həmin dövr yazıçılarını və onların əsərlərini tarixi-ədəbiprosesin ümumi inkişaf kontekstindən, real tarixi gerçəklikdənayırıb, zamanın tələblərıni, sənətkarın yaşadığı dövrün ictimai-16

____________Milli Kitabxana____________siyasi mənzərəsini, onun boya-başa çatdığı sosial mühitintəsirlərini nəzərə almadan təftiş etmək üsulu ilə obyektivdəyərləndirmə mümkün deyildir. Tədqiqat işi siyasi-ideolojiproseslər kontekstində, sosialist realizmi konsepsiyasınıntələbləri çərçivəsində yaranan 1930-1950-ci illər Azərbaycanromanının ədəbiyyat tariximizdə yaşamaq hüququnu təsdiqedən keyfiyyətləri üzə çıxarmağa, milli şüurunformalaşmasında həmin bədii nümunələrin rolunuəsaslandırmağa, o illərin romanlarında milli-mənəvi ideallarınhansı ədəbi-estetik çalarlarla ifadə olunduğunu elmi-nəzərimüddəalarla təsbit etməyə, mövzunun əhatə etdiyi problemənəzəri aydınlıq gətirməyə çalışır. Bu baxımdan sovet dövrüAzərbaycan ədəbiyyatının qiymətləndirilməsində tədqiqatınelmi nəticələrindən bəhrələnmək olar.Tədqiqinə böyük ehtiyac duyulan 1930-1950-ci illər(1955-ci ilə qədər) Azərbaycan romanının yaradıcılıqproblemlərini yeni ədəbi-nəzəri düşüncə əsasında sistemliaraşdırma obyektinə çevirən bu monoqrafiyadanuniversitetlərin filologiya fakültələrində ədəbiyyat tarixi vəədəbiyyat nəzəriyyəsi fənlərinin tədrisində dərs vəsaiti kimiistifadə oluna bilər.17

____________Milli Kitabxana____________Araşdırma müəllifinin “Ömürdən səslər” (Bakı, 2003),“Bədii söz və milli azadlıq şüuru” (Bakı, 2007) kitabları, “Millimənliyə sədaqət” (“Dil və ədəbiyyat”. Elmi-nəzəri məcmuə),“İnamın faciəsi” (“Azərbaycan”. Ədəbi-bədii jurnal),“Ziddiyyətlər və həqiqətlər” (“Elmi axtarışlar”), “Bir daha XXəsr Azərbaycan ədəbiyyatının mərhələləri haqqında” (“Elmiaxtarışlar”), “Mehdi Hüseyn Azərbaycan romanı haqqında”(“Filologiya məsələləri”.Elmi məcmuə), “Tariximiz bədiitəxəyyüldə” (“Dil və ədəbiyyat”), “Azərbaycan romanınıninkişaf problemlərinin tədqiqi haqqında” (“Dil və ədəbiyyat”),“Metodun zühuru və süqutu” (“Azərbaycan”), “1920-1950’liyıllar Azerbaycan edebiyatında milli manevi ideallar hakimideolojinin girdabında” (“Turan”.Dərgi, Türkiyə), “Пятьисторических романов в Азербайджанской литературе1930-1940 гг.» («Современные гуманитарныеисследования». Журнал, Москва) və s. məqalələri tədqiqatobyektinin geniş kontekstdə çözülməsinə zəmin yaratmışdır.18

____________Milli Kitabxana____________I F Ə S İ LSİYASİ - İDEOLOJİ PROSESLƏR VƏ ROMAN1.1. İctimai-siyasi kontekstdən xatırlamalarTəbii ki, 1930-1950-ci illər Azərbaycan romanınıntəşəkkülü və inkişafı mərhələləri həmin illərin siyasi-ideolojiproseslər kontekstindən kənarda araşdırıla bilməz. Əlbəttə, buaraşdırmalarda dövrün ictimai-siyasi mənzərəsinə mərhələlərüzrə yanaşılması, hər bir mərhələnin xüsusiyyətlərinin, ədəbiprosesə təsir imkanlarının fərqləndirilməsi, eyni zamanda onlarıbirləşdirən prinsiplərin, ideoloji və ədəbi-estetikkonsepsiyaların şərtləndirilməsi və sosialist realizmininsöykəndiyi və təbliğ etdiyi dəyərlərin müasir təfəkkürsəviyyəsində şərh olunması vacibdir.Bəşər tarixinin çox ziddiyyətli və sürətli dəyişikliklərmərhələsi olan XX əsrdə SSRİ kimi nəhəng bir dövlət yarandıvə dağıldı. SSRİ-nin yaranması “sovet cəmiyyəti” deyilən birfenomeni araya gətirdi və onun da ömrü əsrin axırıncıdekadasının əvvəllərində bitdi. Bəs biz “sovet cəmiyyəti”haqqında bütün həqiqətləri bilirikmi? Bu suala dərhal “hə”19

____________Milli Kitabxana____________cavabı versək də, yəqin ki, bilmədiklərimiz hələ çoxdur. Etirafedək ki, biz həmin cəmiyyəti anlamaq üçün hələ çox az şey,yalnız real informasiyanın bir hissəsini bilirik. Amma sovet“həqiqətlərini” dərindən bilmədən sovet tarixini, o cümlədənAzərbaycan tarixini və XX əsrin 70 ilini əhatə edən Azərbaycanədəbiyyatı tarixini lazımınca dərk və izah edə bilmərik.Bir daha xatırlayaq ki, 1917-ci ildə Rusiyada baş verənOktyabr inqilabından az sonra imperiyanın tərkibində olanAzərbaycanda müstəqil demokratik respublika yaradıldı. Lakin1920-ci ilin Aprel çevrilişi Azərbaycanın dövlət müstəqilliyininitirilməsi ilə nəticələndi. Halbuki, Azərbaycan DemokratikCümhuriyyətinin rəhbərləri rus ordusuna müqavimətgöstərməyərək hakimiyyəti N.Nərimanova və tərəfdarlarına –azərbaycanlı kommunistlərə verəndə güman etmişdilər ki,müstəqillik qorunub saxlanacaqdır. Və bolşeviklərin milliproqramına, Leninin “Müstəqil Azərbaycan” ideyasına inananN.Nərimanov da bu ümidlə Bakıya qayıtmış, rəhbər vəzifətutmağa razı olmuşdu. 1922-ci ildə Türkiyədə mühacirətdə olanƏhməd Ağaoğlu yazırdı: “Sizin kimi doğru və səmimi birşəxsin bütün türk aləminin keçirməkdə olduğu fəci böhranzamanı Azərbaycanın başında olması bütün türk aləmi üçünfaydalı bir əlamətdir. Siz orada qüvvətli bir məqam sahibi kimi20

____________Milli Kitabxana____________iş başındasınız... və ikimiz də daşıdığımız fikir və qənaətləriçərisində hər şeydən üstün olan türklüyə xidmətdəyik” (Bax:106, 69).Həmin dövrün siyasi rəhbərliyində N.Nərimanov başdaolmaqla sağ cinahda duranlarla sol cərəyan – Sarkis (A.Ter-Danilyan), A.Mikoyan, V.Lominadze, K.Yeqorov və b. qarşıqarşıyadayanmışdılar. Ədəbiyyatşünas-alim Yaşar Qarayevinyazdığı kimi, “N.Nərimanovun şəxsində milli şüurun KP iləqarşıdurması da iyirminci ilin mayından başlayır. Sonralar daonun bütün dörd illik fəaliyyəti Stalin, Kaminski, Kirov,Orconikidze, Mikoyan, Sarkis və Mirzoyanın timsalında hakimKP xətti ilə mübarizədə keçir” (59, 654-655). Sağlar(nərimanovçular) milli amilin, Azərbaycan mənafeyiningözlənilməsi mövqeyində dayanmışdılar. Sollar isə sürətləbolşevikləşdirmənin tərəfdarı idilər. Mərkəzin (Moskvanın)nümayəndələri – S.Orconikidze, S.M.Kirov, İ.Stalin, V.Stasova“sollar”a arxa durur və kömək edirdilər. 1920-ci ilinoktyabrında Q.Polonski Azərbaycan K (b) P MK-nın birincikatibi təyin edildi. Bu təyinatla Azərbaycanın bilavasitə Rusiyacanişinləri tərəfindən idarə edilməsi dövrü başlandı. Noyabrdamərkəzin mövqeyini möhkəmləndirmək üçün S.Orconikidze“ümumi siyasi rəhbərliyi öhdəsinə götürmək şərtilə” Bakıya21

____________Milli Kitabxana____________göndərildi. Bu, N.Nərimanovun mövqeyinə, onun siyasinüfuzuna vurulan zərbə idi.Azərbaycanda bolşeviklərə qarşı baş verən üsyanlarkütləvi repressiyalar üçün “sollar”a bəhanə verdi. Genişmiqyasda həbslər aparıldı, minlərlə insan güllələndi, bir çoxdövlət xadimləri, hərbçilər, ziyalılar ağır təzyiqlərə məruzqaldılar. Bu məsələlərə N.Nərimanovun müdaxiləsi ciddimaneələrlə üzləşdi (hər halda azərbaycanlı generallarS.Mehmandarov və Ə.Şıxlinskini xilas edə bildi).N.Nərimanovun etirazlarına baxmayaraq, ticarətin vəsənayenin milliləşdirilməsi sürətlə aparıldı və 1920-ci ilinpayızında başa çatdı. Nəticədə qıtlıq və bahalıq yarandı. Neftsənayesi Azərbaycanın idarəçilik sistemindən təcrid olunaraq,Rusiyanın müvafiq orqanlarına tabe edildi. Moskva, “Azneft”ərəhbərlik üçün A.Serebrovskini göndərdi. Demək olar ki, bütünAzərbaycan nefti Rusiyaya daşınırdı.Ərzaq sapalağının tətbiqi kəndlilərin vəziyyətini xeyliağırlaşdırdı. Əhalinin əmlakının müsadirəsi siyasəti həyatakeçirildi. 1921-ci ilin mayından Azərbaycanda da yeni iqtisadisiyasət (NEP) tətbiq olundu.1921-ci il mayın 6-da Azərbaycanda I Sovetlər qurultayıaçıldı. Mayın 16-da Azərbaycan SSR-in birinci Konstitusiyası22

____________Milli Kitabxana____________qəbul edildi. Azərbaycan MİK yaradıldı və o, XKS ilə birlikdəAli icraedici orqan kimi fəaliyyət göstərməyə başladı. Lakinhəmin il S.M.Kirov Moskva tərəfindən Azərbaycan K (b) PMK-ya birinci katib göndərildi və faktiki olaraq bütünhakimiyyət Azərbaycan K (b) P-nin əlində cəmləşdi.Azərbaycanın Zaqafqaziya Federasiyasına (1922, mart),Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasına –ZSFSR-ə (1922, dekabr) və SSRİ-nin tərkibinə qatılması (1922,30 dekabr) onu formal müstəqillikdən də məhrum etdi.N.Nərimanov SSRİ MİK-in dörd sədrindən biri verildi vəMoskvaya aparıldı. Beləliklə də Mərkəz N.NərimanovuAzərbaycandan uzaqlaşdırmağa və nəhayət müəmmalı şəkildəhəyatına son qoymağa nail oldu. Bu da Azərbaycanınmüstəqilliyinin itirilməsini daha da dərinləşdirdi.XX əsrdə Azərbaycanın qüdrətli simalarından biri olanN.Nərimanov, şübhəsiz, Azərbaycan tarixində, xalqımızıntaleyində, milli intibahımızda güclü bir şəxsiyyət, istedadlıqələm sahibi və siyasi xadim, millətinə bağlı, onu azad vəmüstəqil görmək istəyən bir azərbaycanlı olaraq qalır vəqalacaqdır. N.Nərimanovu bir ideoloq və dövlət xadimi kimimüasirlərinin bir çoxundan fərqli olaraq səciyyələndirən bu idiki, çox çətin bir zamanda o öz şəxsiyyətində və əməlində23

____________Milli Kitabxana____________türkçülük və azərbaycançılığı üzvi şəkildə birləşdirir, uğrundamübarizə apardığı “Müstəqil Azərbaycan”ın mümkünlüyünü buiki ali fikrin vəhdətində görürdü. Hələ bədii və publisistikyaradıcılığında (o cümlədən 1906-cı ildə “Həyat” qəzetinin 15avqust sayında “Nər” imzası ilə ana dili haqqında çap etdirdiyi“Bu gün” məqaləsində) milli siması qabarıq görünənN.Nərimanov siyasi fəaliyyətində bolşeviklərə inanmaqlaaldadıldığını başa düşür və bunu böyük bir faciə kimi yaşayır.Lakin o, susmur və öz etirazını xüsusilə üç mühüm sənəddəifadə edir – “V.İ.Leninə məktub”, “Ucqarlarda inqilabımızıntarixinə dair” İ.V.Stalinə məktub” və 1925-ci ilin yanvarındayazdığı “Oğlum Nəcəfə məktub” (bax: 80, 413-470).Qoşulduğu mübarizənin mənasının təhrif olunduğunu,böyük ideyalarının, inamının puç olduğunu başa düşənN.Nərimanov o vaxt hələ 6 yaşı olan oğlu Nəcəfə ünvanladığıməktubda yazırdı: “... Mən insanın insan tərəfindən istismarınınəleyhinəyəm. Harada olursa-olsun, bütün varlığımla köləliyəqarşıyam. Bəşəriyyətin tezliklə nadanlıqdan və eləcə dəköləlikdən azad olması yollarını axtarmışam. Sosial-demokratda olmuşam. Lakin bu təşkilat getdikcə idealdan daha çoxuzaqlaşır. Bolşeviklərin proqramını xüsusi məmnunluqla qəbuletmişəm. Çünki həmin sənəddə tezliklə məhz öz proqramımın24

____________Milli Kitabxana____________həyata keçiriləcəyini – Yer üzündə köləliyin məhv ediləcəyinigörmüşəm...... Hakimiyyət çoxlarını korlayır. Belə də oldu: hakimiyyətyetərincə yaxşı, görkəmli işçilərin çoxunu korladı. Onlarnəhəng dövlətin taleyini əllərinə alaraq və hesabat vermədəndiktatorluq etmək qərarına gəldilər” ( 80, 469).Belə bir həqiqət aşkar görünür ki, bolşeviklərə inanaraqhakimiyyətə gələn N.Nərimanov praqmatik siyasətçi olaraqmövcud ictimai-siyasi durumu düzgün qiymətləndirmiş, həmindövrdə qarşısıalınmaz şəkildə yaranmaqda olan sosialistsistemindən öz xalqının mənafeyi naminə maksimum istifadəetməyə çalışmış, bolşevizmin əsil simasını görərkən xalqınıonun daha ağır faciələrindən qurtarmağa səy göstərmişdir.1934-cü ilə qədər Azərbaycanda siyasi hakimiyyət əsasənqeyri-azərbaycanlıların əlində olmuşdur – S.M.Kirov, N.Kikalo(1930-31), V.Polonski (1932-1933), Rüben (1933). Respublikarəhbərliyində yaranmış siyasi çəkişmələr, intriqalar ciddi kadrdəyişikliyi tələb edirdi. Belə bir vaxtda M.C.Bağırov AK (b) PMK-nın birinci katibi vəzifəsinə irəli çəkildi (1934, yanvar).1928-1933-cü illərdə birinci, 1933-1937-ci illərdə həyatakeçirilən ikinci beşillik planlar bütün ölkə ərazisində olduğukimi, Azərbaycanın da xalq təsərrüfatında sosialist sistemin25

____________Milli Kitabxana____________möhkəmlənməsi ilə nəticələndi. Sənaye və nəqliyyat sahələrixeyli inkişaf etdi. Kənddə isə 1929-cu ildən (yaydan) etibarənStalinin elliklə kollektivləşmə xətti əsasən zorakı üsullarlahəyata keçirildi və 1934-cü ildə başa çatdı.1936-cı ilin noyabrında Zaqfederasiya ləğv edildi vərespublikalar müstəqil dövlət kimi SSRİ tərkibinə daxil oldu.1937-ci ilin martında Azərbaycan SSR-in yeni Konstitusiyasıqəbul edildi.Və 1937-ci il. Repressiyalar... Bir neçə “ziyankarinqilabçı”təşkilat “aşkar” edilib “ifşa edildi”. Otuzuncu illərinsonlarına doğru ölkə və respublika miqyasında həyata keçirilənağır cəza tədbirləri, kütləvi repressiyalar və ideoloji təsirnəticəsində minlərlə ailələr, siyasi xadimlər, ədəbiyyat,incəsənət və elm adamları sürgün edildilər, güllələndilər ( busırada Azərbaycan ədəbiyyatının nümayəndələrindənB.Çobanzadə, H.Cavid, M.Müşfiq, Ə.Cavad,Y.V.Çəmənzəminli, S.Hüseyn, Ə.Nazim, S.Mümtaz,M.Quliyev, V.Xuluflu, Ə.Abid, M.Ələkbərli, A.Musaxanlı vəb. da var idi )… Totalitar rejimin formalaşması, partiyadiktaturası, şəxsiyyətə pərəstişin bərqərar olması prosesi başaçatdı. Azərbaycanda da Stalin sosialist modeli formalaşırdı.Bütün sovet xalqı kimi, Azərbaycan xalqı da partiya və dövlətin26

____________Milli Kitabxana____________istək və tələblərini yerinə yetirmək üçün işləyən kütləyəçevrildi.Ikinci dünya müharibəsində SSRİ-nin qələbəsindən sonra(1941-1945) totialitar rejimin daha da möhkəmləndirilməsiüçün müxtəlif inzibati-amirlik tədbirləri həyata keçirildi. Əllinciillərdə Stalinin ölümü (1953) yeni siyasi-ideoloji ab-havanınyaranmasına təkan verdi. “Şəxsiyyətə pərəstiş və onunnəticələrini aradan qaldırmaq haqqında” Sov.İKP XXqurultayının qərarı ölkədə siyasi iqlimin yumşalmasınaəhəmiyyətli təsir göstərdi. Repressiyalar dövründə “xalqdüşməni” adı ilə damğalananlara bəraət verildi.Iyirminci ildən başlayaraq sosializm diktaturası öz“mədəni inqilab” proqramını irəli sürərək həyata keçirməyəbaşladı. Bu proqrama görə sinfi-siyasi münasibətlər ön planaçəkilirdi. 30-cu illərin sonlarında Stalinin göstərişi ilə yerliəhalimiz azərbaycanlı, dilimiz isə Azərbaycan dili adlandırıldı.Hələ 1922-ci ildə ərəb qrafikası latınla əvəz edilmişdi. 1939-cuildə isə latın qrafikası da ləğv edildi və Azərbaycan əlifbasıkirilə keçirildi. Bu illərdə partiyanın qərarlarına müvafiq olaraq“Ədəbiyyat cəmiyyəti” (1925), “Qızıl gənc qələmlər ittifaqı”(1925), “Azərbaycan proletar yazıçılar cəmiyyəti” (1928)yaradıldı, 1932-ci ildə Azərbaycan Yazıçılar İttifaqı təsis edildi.27

____________Milli Kitabxana____________1.2. Ədəbi mərhələlər və ideya-estetik prinsiplərÇox keçmədən SSRİ-nin digər respublikaları kimiAzərbaycan mədəniyyəti də sosialist mədəniyyətinin tərkibhissəsinə çevrildi. Siyasi-sinfi münasibətlərin həyatda,gerçəklikdə özünü göstərən pafosu bədii ədəbiyyatda da təzahüretdi. Bu dövr ədəbiyyatının tarixində mürəkkəb, ziddiyyətliməqamlar çoxdur. Aparıcı siyasi-ideoloji təfəkkürdə elə meyllərvə prinsiplər olmuşdur ki, bunlar yaradıcılıq prosesinə,ədəbiyyata münasibətə çox mənfi təsir göstərmişdir. Sosialistmədəniyyəti nəzəriyyəsinin, bunun əsas metodoloji təlimi olansosialist realizmi konsepsiyasının bir çox elə prinsipləri var idiki, bunlar çox vaxt bədii yaradıcılığı dar, məhdud çərçivəyəsalırdı. Bu işdə xüsusilə Sov.İKP MK-nın ədəbiyyat vəincəsənətə aid qərarlarının, bu qərarlarda işlənib hazırlanmışsiyasi-ideoloji təlimlərin rolu daha böyük idi. Həmin qərarlar vəonların yaratdığı ədəbi-ideoloji təlimlər nəticəsində sərt vəamiranə bir yaradıcılıq mühiti hökm sürürdü.Tədqiqatda 1920-1950-ci illərin ictimai-siyasi prosesləri,dövrün bədii-estetik meyarları, ədəbiyyat haqqında partiyaqərarları, sosialist realizmi konsepsiyasının tələbləri nəzərdən28

____________Milli Kitabxana____________keçirilməklə, yeni Azərbaycan romanının ayrı-ayrınümunələrinə və müəlliflərinə differensial qaydada yanaşılır vəhər birinin həm ümumi kontekstdə, həm də fərdixüsusiyyətlərinin elmi-nəzəri qənaətlər əsasında araşdırılmasınadiqqət yetirilir.Həm bütövlükdə XX əsr ədəbiyyatının, həm də ocümlədən tədqiqatın əhatə etdiyi dövrün ədəbiyyatınınmövzumuz əsasında düzgün dəyərləndirilməsi ilk növbədəədəbiyyat tarixi mərhələlərinin düzgün, elmi əsaslarlamüəyyənləşdirilməsi ilə bağlıdır.Azərbaycan sovet dövrü ədəbiyyatı tarixi, onun mərhələ,tarixi xüsusiyyət və meyllərinin yeni, müasir təfəkkürlətəsnifatını vermək bu gün milli ədəbiyyatşünaslığın ən zərurivəzifə və problemlərindən biridir. Bu, ilk öncə bütövlükdə XXəsrin mərhələlərinə yeni elmi, nəzəri-metodoloji meyarlarlayanaşmağı tələb edir.Ədəbi əsrin tarixi dövrləşdirilməsinin nəzəri-metodolojiproblemləri ilə bağlı ədəbiyyatşünas alimlərimiz –B.Nəbiyevin, Y.Qarayevin, Ş.Salmanovun, N.Cəfərovun,Z.Əskərlinin, Ş.Alişanlının, T.Əlişanoğlunun və başqalarınınirəli sürdükləri müddəalar elmi-ədəbi fikirdə yer almışdır. Bumüddəalar isə müxtəlifdir, bir çox məqamlarda bir-birləri ilə29

____________Milli Kitabxana____________səsləşir də, toqquşur da, mübahisələr, polemika üçün zəmin dəyaradır. Məsələn, XX əsr ədəbiyyatının dövrləşdirilməsininindi ictimai-ədəbi fikirdə əsasən qüvvədə olan təsnifatını –əsrin əvvəlləri, sovet dövrü və müstəqillik dövrü mərhələlərinəayrılmasını Ş.Alışanlı ictimai təfəkkürün mexaniki olaraq bədiifikrə tətbiqi hesab edərək, bu prinsipin ciddi elmi meyarlardanməhrum olduğunu göstərir.Akademik Bəkir Nəbiyev yazır: “Ədəbiyyat tarixi, hərşeydən əvvəl, ədəbiyyatı hərəkətdə, zənğinləşmə prosesində,üslub və cərəyanların qarşılıqlı münasibətində tədqiq etmək,onun qanunauyğunluqlarını aşkara çıxarmaq deməkdir. Bucəhət ədəbiyyatın inkişafını dövrləşdirmək problemini əlahiddəbir vəzifə kimi elmimizin qarşısına qoyur. Əvvəlki ədəbiyyattarixlərində ədəbiyyatın dövrləşdirilməsində elmi prinsiplərə biro qədər də ardıcıl əməl edilməmişdir. Sovet cəmiyyətinintarixinin, yaxud Kommunist partiyasının tarixinindövrləşdirilməsi sxemləri çox vaxt mexaniki olaraq ədəbiyyattarixinə də tətbiq edilmişdir. Belə qeyri-elmiliyə məruzqalmamaq üçün alimlərimiz ədəbiyyatın öz inkişafından, onuncəmiyyət həyatı ilə əlaqəsinin xüsusiyyətlərindən, bədii sənətinöz qanunauyğunluqlarından çıxış etməlidirlər”(76, 178-179).30

____________Milli Kitabxana____________XX əsr ədəbiyyat tariximizin mərhələləri haqqında məsələartıq doxsanınci illərin əvvəllərindən ədəbi-elmi araşdırmalarıngündəminə daxıl olmuşdu. Görkəmli ədəbiyyatşünas alim YaşarQarayev öz mülahizələrini 1992-ci ildə yazdığı “Ədəbiyyattarixi konsepsiyası (dövrləşdirmənin meyarı və prinsipləri)”adlı məqaləsində irəli sürmüşdü. Y.Qarayev yazırdı ki,ədəbiyyat tarixlərində ədəbi xammalı yerləşdirməyin, onu təsnifetməyin üsulu kimi tarixi formasiya prinsipini əsas götürənlərolub. Yalnız tarixi-xronoloji meyarlara əsaslananlar da az deyil.Hətta xarici ədəbiyyatşünaslıqda ədəbi dövr, mərhələ vahidikimi ayrıca, müstəqil şəkildə bədii mətni əsas götürən və ədəbiprosesin təhlilini həmin mətnlərin təhlili yolu ilə həyata keçirənnümunələrlə də rastlaşırıq. Ayrı-ayrı fəlsəfi və bədii-estetikhərəkatları əsas götürüb ədəbiyyat tarixini qurmaq üsulu sondövrlərdə daha çox yayılıb. Məsələn, Avropa ədəbiyyatıtarixləri, adətən, aşağıdakı sxemlə başlayır: antik dövr, ortaəsrlər, renessans, maarifçilik, romantizm, realizm, modernizmvə s. (59. 21). Müəllif daha sonra qeyd edir ki, qədimdə milliədəbiyyatlardan birinə, tutaq ki, “Roma ədəbiyyatı”, digərinə“Osmanlı ədəbiyyatı”, üçüncüsünə “Xilafət ədəbiyyatı”dediyimiz ədəbi dövrlər olub. İmperiyaların adlarınıədəbiyyatların özünə və tarixinə veriblər. Qəribə bir fenomen31

____________Milli Kitabxana____________bizim dövrümüzdə baş verib: imperiyanın adı yox, onun sosialstrukturşəbəkələrinin birinin (ən əsasının) adı ədəbiyyata vəonun tarixinə verilib: bütün keçmiş Sovetlər birliyininədəbiyyatı “Sovet ədəbiyyatı” adlanıb.“Dövrləşdirmədə tarixi müddət vahidi məhz daxiliqanunauyğunluğa, ədəbi prosesin bədii mahiyyəti və obyektivtərəqqinin məntiqi ilə şərtlənən estetik meyara əsaslanmalıdır.Özü də bu zaman milli bədii tərəqqinin mərhələləri obyektivtarixivə sosial-iqtisadi inkişafın təsnif sxemi ilə üst-üstədüşməyə də bilər”(59. 41) – mülahizəsi üzərində dayananY.Qarayev sovet dövrünün yetmiş ilini partiya tarixlərindəkiməlum cədvəllər üzrə “ədəbi onillər”ə bölərək öyrənməküsulunun özünü doğrulda bilməyəcəyini vurğulayırdı. “Buyeddi on ildə, əslində, cəmi iki bitkin, qərarlaşmış ədəbimərhələ vardır: 1920-1950-ci illər – repressiya, ehkam, kult vəqrafomanlıq ideologiyasının tam hakim olduğu klassik dövrünbədii ədəbiyyatı və 1960-1990-cı illər – yeni ictimai əxlaqındüşüncə tərzinin təşəkkül tapmağa başladığı və yetişib bərqərarolduğu müasir epoxanın bədii ədəbiyyatı ki, onun tarixi sonu,finalı “yenidənqurma” deyilən mərhələ oldu. Bu mərhələlərdənbirini, yaxud, digərlərini tarixin arxivinə vermək yolu doğrudeyil, hər ikisini olmuş, baş vermiş real keçmişimizin öz tarixi32

____________Milli Kitabxana____________təzadları, faciəsi, səhvləri və uğurları ilə birlikdə, bədiiidrakımızın və sosial əxlaqımızın dərsləri kimi öyrənmək yoluyeganə doğru yoldur” (59. 46-47).“Ən yeni dövrün Azərbaycan ədəbiyyatı” məqaləsindəY.Qarayev “ən yeni dövr” deyilən ədəbi-tarixi mərhələniAzərbaycan türklərinin iyirminci illərdən başlayaraq doxsanıncıillərə qədər gələn dövrü əhatə etdiyi qənaətində dayanır və bumərhələni XX əsrin əvvəlindən və ilk AzərbaycanCümhuriyyətinin yaranmasına gətirib çıxaran milli intibahdansonrakı dövr hesab edir. “1920-ci ilin bolşevik çevrilişi, onunelmi-ədəbi düşüncədə, ideologiyada ifadəsi olan vulqarsosiologizm milli intibahın bu son iki ilinin nəinki irsinin, həttaözünün bir tarix kimi üstündən bir qara xətt çəkmişdi. Belə ki,bizim bu vaxta qədərki elm və tədris təcrübəmizdə bir ədəbimərhələ kimi onuncu illər 1918-ci ilin mayında tamamlanmış,iyirminci illər isə 1920-ci ilin aprelində başlamışdır. Ortadakıiyirmi üç ay iki tarixi dövrü birləşdirən yox, ayıran çərək kimi,az qala boşluq kimi bir kənara atılmışdır. Azərbaycanda ənyeni, son, müasir ədəbi intibahın tarixini çar rejiminin,monarxiyanın və imperiyanın deyil,...ilk müstəqil, suveren,milli Respublikanın süqut etdiyi (!) vaxtdan hesablamağabaşlamışlar. Bu artıq vulqar-siyasi sosiologiyanın, ritorika-33

____________Milli Kitabxana____________ehkam, qrafoman-robot fanatizminin, “predmet-kütlə-sinif”mövhumatının yalnız ideyada, yalnız təlimdə yox, həm dəxronologiyada, təsnifdə, rəqəmdə ifadəsi və əlaməti idi” (59.479).Müstəqillik dövrünün ədəbi-elmi düşüncəsindəədəbiyyatımızın bütün dövrlərinə milli dəyərlər işiğındayanaşılması zərurətinin araya gəlməsi təbiidir. Bununla beləsovet dövrü ədəbi nümunələrinin və istedadlı qələm sahiblərininqorunması, onların ədəbiyyat tariximizdə dayanıqlı yertutmasının obyektiv, elmi-analitik əsaslandırılması meylləri dəgüclüdür. Ötən əsrdə yaşayıb-yaradan yazıçılarımızı tarixiədəbi prosesin ümumi inkişaf kontekstindən ayirib təftiş etməküsulu doğru hesab edilmir. Hər bir ədəbi mərhələyə xas olancizgiləri, xüsusiyyətləri aşkarlamaq, layiqli qiymətini verməküçün dövrün ədəbi-bədii nümunələrinə birmənalı deyil,differansial və konkret şəkildə yanaşılması vacibdir. Heç birəsəri, ədəbi şəxsiyyəti, həmçinin ədəbiyyat tarixini real tarixigerçəklikdən ayırmaq olmaz. Ədəbiyyat tarixinin mərhələləri dəhəmin dövrün real tarixi gerçəkliklərindən təcrid oluna bilməz.Ədəbiyyatşünas alimlərimizin məsələyə əsasən bu prizmadanyanaşmaları diqqəti cəlb edir.34

____________Milli Kitabxana____________Şamil Salmanov sovet dövrü Azərbaycan ədəbiyyatını üçmərhələdə təsnif etməyi düzgün sayır: 1920-1934-cü illər,1934-1956-cı illər və 1956-1991-ci illər. Müəllif birincimərhələnin sırf proletar ədəbiyyatı kimi təsnif edilməsinidüzgün saymır. Ona görə ki, həmin dövrdə müxalif ruhluədəbiyyatın (“burjua ədəbiyyatı”, “Cavid-Cavad ədəbiyyatı” vəs. istilahlar da işlənirdi) yaranması da bir faktdır. İkincimərhələdə (1934-1956) – sosialist realizminin “qəti normativlərdövrü”ndə də özünəməxsus yaradıcılıq metodları mövcudolmuşdur. Üçüncü mərhələnin (1956-1991) ısə əsas göstəricisisosialist realizminin ideya-estetik prinsiplərinə qarşı müxalifmövqenin yaranmasıdır.Mərhələ təsnifatına Nizami Cəfərovun yanaşmasındafərqli mülahizələr də vardır. O, XX əsr Azərbaycan ədəbiyyatıtarixini dörd mərhələyə bölür: 1. XIX əsrin sonu XX əsrinəvvəllərindən XX əsrin 30-cu illərinın ortalarına qədər; 2. 30-cuillərin ortalarından 50-ci illərin sonu 60-ci illərin əvvəllərinəqədər; 3. 50-ci illərin sonu 60-cı illərin əvvəllərindən 80-ciillərin sonu 90-cı illərin əvvəllərinə qədər; 4. 80-ci illərin sonu90-cı illərin əvvəllərindən sonra. Bu bölgüdə sonrakı üçmərhələ təsnifatı kifayət qədər əsaslıdır və həmin dövrlərinsiyasi-ideoloji və ədəbi-estetik kontekstində mövcud ədəbi35

____________Milli Kitabxana____________prosesin mövqeyini, həmçinin dövrün qüsur və səhvlərini,ədəbiyyata neqativ təsirini də ehtiva edir. N.Cəfərovuntəqdimatında təsnifatın birinci mərhələsi isə yəqin ki, polemikamövzusu ola bilər.“XX əsr ədəbiyyatını mərhələlərə ayırmaq istərkən,əvvəlcə onu bütöv bir tam kimi götürmək, sonra daxilivahidlərini müəyyənləşdirmək doğru olar” – deyən ZamanƏskərli (37. 249) hesab edir ki, yanaşmanın belə üsulu millitəfəkkürün inkişafında varislik əlaqələrini, XX əsrədəbiyyatınıın ayrı-ayrı mərhələlərini bir-biri ilə əlaqələndirən,onu bütövləşdirən bağları da görüb-götürməyə imkan yaradır.Z.Əskərlinin təklif etdiyi bölgü belədir: birinci mərhələ - 1905-ci ildən 1930-cu ilədək. Bu mərhələ XX əsr ədəbiyyatınıncoşqun çağlayış illəridir. Yaşlı, orta və gənc nəslin, realist vəromantik yazıçıların eyni bir zamanda fəaliyyət göstərdiyidövrdür. İkinci mərhələ - 1930-cu illərin ortalarından başlanırvə 50-ci illərin sonlarına qədər davam edir. Bu, cəmiyyətinsiyasi və ictimai-mədəniyyət qatında şəxsiyyətə pərəstişinformalaşdığı mərhələdir. Üçüncü mərhələ 50-ci illərin sonları60-cı illərin əvvəllərində ədəbiyyata gələn gənc nəslin fəaliyyətiilə bağlanır.36

____________Milli Kitabxana____________Z.Əskərli bu qənaətdədir ki, bir əsrlik ədəbiyyatın ayrı-ayrımərhələləri və yaradıcıları arasında varislik əlaqələri kəsilmir;həmin mərhələləri və yaradıcıları br-birinə bağlayan tellərinsəciyyəsi, münasibətlərin məzmunu dəyişir.Tehran Əlişanoğlu da XX əsr ədəbi prosesini vahid bir tamhesab edir və onu bir tam kimi öyrənməyi lazım bilir. T.Əlişanoğlu sovet dövrü ədəbiyyatının söykəndiyi sosialistrealizmi metodunun və cərəyanının dörd mərhələdə ehtivaolunduğu qənaətindədir: ilkin mərhələ, qəti normativlər dövrü,“potensial imkanlar” mərhələsi, apologiya. Müəllifin fikrincə,bu bölgü “sosializm realizminin ümumən təşəkkülü, işləməsi vəbir dəyər kimi sona varması tarixinə tam müvafiqdir” (32. 160).İlkin mərhələ emprik təcrübələr dövrü hesab edilir və Oktyabrinqilabının dalğalarında gələn bu mərhələnin 30-cu illərinortalarına qədər davam tapdığı göstərilir. Qəti normativlərdövründə sosializm realizmi bədii cərəyan kimi nəinki qətiolaraq formalaşmış, nəzəri-estetik dərkə nail olmuş, habelə artıqmüəyyən qədər sxemləşmişdir. Estetik hərəkət normalara doğrudeyil, normalardan istiqamətlənir. 1950-ci illərdən başlanan“potensial imkanlar dövrü”ndə ədəbiyyat stixiyasına – xalqhəyatına, varlığa, insanın gün-güzəranına qayıdır, estetikhərəkat artıq sosializm cərəyanının hüdudlarını döyəcləməyə,37

____________Milli Kitabxana____________onu tükətməyə doğrulur. Sosializm realizmi tədricən ədəbiyyatıtəmin etməməyə başlamışdır. Sosializm realizminin apologiyasımərhələsi isə 1960-1980-ci illəri əhatə edir. Sosializmrealizminin nümunələri bu dövrdə də yaranır, ideolojiyəgüvənərək hətta eninə doğru irəliləyir də. ”Lakin sosializmrealizminin burada payı cüzidir, olsa-olsa, “anti” məqamında,əks-təsir oyatmasındadır” (32. 163).Sovet dövrü Azərbaycan ədəbiyyatının dövrləşdirilməsi iləbağlı ayrı-ayrı ədəbiyyatşünaslarımızın mülahizələrini sərfnəzəredərkən, görürük ki. 1930-cu ildən sonrakı mərhələlərbarədə fikirlər əsasən bir-biri ilə səsləşir, 30-cu ilə qədərkidövrün müəyyənləşdirilməsində isə fərqli baxış bucaqları özünügöstərir.Ədəbi prosesin formalaşması və inkişaf mərhələlərinəsosial amilin təsiri inkar oluna bilməz. Lakin ədəbiyyatın tariximərhələlərini qiymətləndirərkən ədəbi prosesin özünəməxsusxüsusiyyətləri, daxili qanunauyğunluqları da nəzərə alınır.Çağdaş ədəbiyyatşünaslığımız öz nəzəri-metodolojimeyarlarını, dəyərlərini və prinsiplərini müəyyən edərkənsubyektiv və obyektiv amillər ortaya qoyulmuşdur. XX əsrədəbiyyatını obyektiv dəyərləndirməkdə əsas maneələrtəfəkkürdə formalaşmış yanlış təsəvvürlərdir. Bu təsəvvürlər38

____________Milli Kitabxana____________isə, yuxarıda qeyd etdiyimiz kimi, bir çox hallarda XX əsrədiblərini sosial-siyasi və ədəbi prosesin kontekstindən ayırıbtəftiş etmək üsulu ilə bağlıdır.XX əsr ədəbiyyatının dövrləşdirilməsi haqqında istərfərqli, istərsə də üst-üstə düşən mülahizələrin hər birinin elminəzərimüddəalara söykəndiyini dəyərləndirməklə yanaşı,fikrimizcə, akademik B.Nəbiyev və Ş.Salmanovun “Əsrinədəbiyyatı” məqaləsində təsbit edilən müddəalar məsələyənəzəri-metodoloji aspektdən yanaşma üçün əhəmiyyətlidir.Onlar XX əsr ədəbiyyat tarixini üç əsas mərhələdə təsnifedirlər. “Əsrin əvvəli, 20-ci illərdən sonrakı sovet dövrü, 90-cıillər – milli müstəqillik mərhələləri. Ədəbi əsrin belə mərhələtipologoyası onun bütün tarixinə əsaslanır; bu təsnifat ədəbiəsrin tarixinin ideya-nəzəri və metodoloji prinsipi hesab ediləbilər”. Müəlliflər XX əsrin ədəbi mərhələləri öyrənilərkən ikimərhələnin müasirlik nöqteyi-nəzərindən xüsusilə ciddiəhəmiyyət kəsb etdiyini vurğulayırlar. “Bunlardan biri əsrinbaşlanğıc mərhələsidir, ikincisi 20-ci illərdən sonra təşəkkül vəinkişaf edən sovet ədəbiyyatı mərhələsidir; bu ikinci mərhələtarixi zaman etibarilə böyük və mürəkkəb bir ədəbi-tariximərhələdir. Ədəbi əsrin bu iki mərhələsi bütün gedişi boyuədəbi-nəzəri fikrin, tənqidin aktual problemi və predmeti39

____________Milli Kitabxana____________olmuşdur; ədəbiyyatşünaslığın, ədəbiyyat tariximizin bumərhələlərin tarixini yaratmaq istiqamətində müəyyəntəcrübəsi, tədqiqat nəticələri vardır” (77, 11). Məqaləmüəllifləri diqqəti “Sovet ədəbiyyatı” anlayışının indi yenielmi-nəzəri baxış tələb etdiyinə yönəldirlər.Şübhəsiz, çağdaş ədəbi-tarixi prosesdə bu məsələnindiqqətdə saxlanılması, ötən ədəbi əsrin mərhələləri, həminmərhələlərin ictimai-sosial və bədii-estetik səciyyəsininmüəyyənləşdirilməsi ıstiqamətində aparılan araşdırmalar, ırəlisürülən elmi-nəzəri mülahizələr XX əsr, xüsusilə sovet dövrüAzərbaycan ədəbiyyatının konseptual baximdan yenidənqiymətləndirilməsində böyük əhəmiyyət kəsb edir.Beləliklə, XX əsr Azərbaycan ədəbiyyatı tarixinindövrləşdirilməsində üç mərhələni (1900-1920, 1920-1980 və90-cı illər) elmi-sosioloji baxımdan daha əsaslı hesab edərək vəsovet dövrünü əhatə edən yetmiş illik dövrün də iki “bitkin,qərarlaşmış mərhələ”dən ibarət olduğu (Y.Qarayev) fikrinitəsdiq edərək, 30-cu illərdən başlayan yeni roman fakturasıəsasında tədqiqatımızın araşdırmalarında həmin təsnifat (sovetdövrünün 20-50-ci illəri) prinsipinə söykənirik. Bununla belə,20-50-ci illər mərhələsini ümumi tarixi-sosioloji və bədiiestetikmotivlər şərtləndirsə də, onun daxilində də ayrı-ayrı40

____________Milli Kitabxana____________zaman kəsiklərinin istər siyasi-tarixi çalarlarında, istərsəideoloji təsir istiqamətlərində, istərsə də ədəbi-bədiimeyarlarında müəyyən fərqlərin olduğu görünür. Bu fərqlərixüsusilə 20-ci illər və 30-cu illər dövrünün, yaxud 30-cu illərlə45-55-ci illərin müqayisəsində görmək çətin deyil.Əlbəttə, ədəbi prosesin formalaşması və inkişaf mərhələlərisosial amildən kənar ola bilməz. Tarixi dövrləşdirmənin siyasitəsisatlarla bağlılığı, siyasi təsisatların və ideoloji amillərinbədii ədəbiyyatda müəyyən izlər qoyduğunu da inkar edəbilmərik. Lakin ədəbi prosesin immanent qanunauyğunluqlarınınəzərə almadan onun tarixi mərhələlərini də dəqiqqiymətləndirmək mümkün deyil.Ədəbiyyat tarixinin, ədəbi-bədii fikrin inkişaf tarixininmüxtəlif mərhələ və dövrləri təkcə tarixin ictimai-siyasiformasiyası, iqtisadi inkişaf istiqamətləri ilə şərtlənmir, eynizamanda yeni ədəbi məfkurələr, cərəyanlar, axınlarla bu və yadigər şəkildə əlaqəli olur.41

____________Milli Kitabxana____________1.3. Marksist metodologiya axtarışları1920-1930-cu illərdə materialist, marksist dialektikanınədəbiyyata mexaniki tətbiqi yolunda konkret addımlar atılır,ədəbiyyatın, ədəbi prosesin inkişafını tənzimləmək məqsədiləmüxtəlif qərar və qətnamələr verilirdi. Xüsusilə “Ədəbiyyat işiümumproletar işinin şüurlu avanqardı tərəfindən hərəkətəgətirilən vahid, böyük sosial-demokrat mexanizminin “təkərciyivə vintciyi” olmalıdır, ədəbiyyat işi mütəşəkkil, müntəzəm,birləşmiş sosial-demokrat partiya işinin tərkib hissəsi olmalıdır”tezisinin proletar ədəbiyyatının əsas prinsiplərindən biri hesabedilməsindən sonra bu sahədə nəzəri, praktiki addımlar atılır.Leninin bu fikirləri vaxtilə bədii ədəbiyyatın ideyalılığını,məfkurəvi istiqamətlərini təyin edən ölçüyə, meyaraçevrilmişdi. Sonralar partiyanın digər rəhbərləri də həmintezislərə istinad edərək ədəbiyyata, sənətə bu amirlikmövqeyindən yanaşdılar.Ədəbiyyatı, sənəti burjua ideoloqlarına qarşı təbliğatvasitəsi kimi istifadə etmək məqsədilə qəbul edilən partiyaqərarları (1925, 1932, 1946-1948) bu amirlik mövqeyinin,ədəbiyyatı öz təbii inkişafından ayırıb partiyalı istiqamətə çəkibaparmağın ifadəsi idi. “Partiyanın bədii ədəbiyyat siyasəti42

____________Milli Kitabxana____________haqqında” RK (b)P MK-nın 18 iyun 1925-ci il tarixli qərarı buistiqamətdə atılan ilk addımlardan idi. Bu qərar ədəbiyyatdaparçalanma apardı. Fəaliyyətdə olan yazıçılar üç qrupabölündü: proletar yazıçılar, burjua-qolçomaq yazıçıları vəcığırdaşlar. Beləliklə, ədəbiyyatda və ədəbi tənqiddə növbətirepressiyaların zəmini qoyuldu. Eyni millətin övladları –ziyalılar, fikir adamları, yazıçılar bir-birinin simasında düşmənaxtarmağa cəlb olundu.Moskvadan partiya MK-nın hazırladığı, ədəbi prosesətəsir edən dəyərləndirmə metodları rus ədəbi mühitindəyoxlamadan çıxarılandan sonra yerlərə göndərilirdi. Əli Nazimyazırdı ki, “ədəbi tənqid bilxassə 1926-cı ildən sonra rus vəbaşlıca olaraq marksist tənqidin vasitəsiz təsiri altında inkişafedir” (bax: 36, 224). 1930-cu ildə Rusiyada “Противмеханического литературоведения» kitabından sonraAzərbaycanda 1931-ci ildə “Ədəbiyyatşünaslıqda burjuatəmayülləri əleyhinə” məcmuəsi çap olundu.1920-ci ildən başlayaraq ədəbi prosesdə futurizm,mexanizm, pereverzevçilik, voronskiçilik, pilnyakçılıq və s.cərəyanları və axınları özünü göstərirdi ki, bunlar öz təzahürünüAzərbaycan ədəbiyyatında da tapmışdı. K.V.Plexanovun vəA.V.Lunaçarskinin fikirləri həmin cərəyan və axınların43

____________Milli Kitabxana____________yaranmasına güclü təsir göstərmişdi. A.V.Lunaçarski dəK.V.Plexanovun nəzəri fikirlərinə əsaslanırdı və yazırdı ki,“marksist sənət nəzəriyyəsinin əsaslarını Plexanov yaratmışdır”(36, 224).Ədəbiyyatşünas A.F.Kireyeva proletar mədəniyyətininnəzəri məsələlərindən bəhs edərkən yazır: “Bəşəriyyətinmənəvi inkişafının ali forması olan proletar mədəniyyətihaqqında ideya məntiqi olaraq Rusiyada ilk təbliğatçısıK.V.Plexanov olan marksist - sosializm nəzəriyyəsindənortaya çıxmışdı” ( 142, 49 ) . K.V.Plexanovun marksist–sosialist ideyaları 20-30-cu illər ədəbiyyatında qruplaşmalarınvə onların ədəbi ziddiyyət törədən mübahisələrinin səbəbi,nəzəri mənbəyi olur. Proletkultun lideri, öz siyasi-ideolojigörüşlərində Max və Avenariusun pozitivist fəlsəfəsinə istinadedən A.Boqdanov, K.V.Plexanovun proletar mədəniyyətihaqqındakı ideyalarını proletkultun nəzəri əsası kimi işləyərkən,onun fəlsəfəsində özünün görüşlərinin daha uyğun-menşeviktərəflərindən, dəqiq desək, K.V.Plexanovun “Saxta ideyalar”nəzəriyyəsindən istifadə etmişdi. Deməli, milli respublikaların,o cümlədən Azərbaycanın gənc marksist ədəbiyyatşünasları daK.V.Plexanov estetikasının A.Boqdanov zövqü ilə seçilmişmüddəalarından da istifadə etmiş və bir müddət onu yeni44

____________Milli Kitabxana____________ədəbiyyatşünaslığın marksist metodoloji əsası kimi qəbuletmişlər.K.V.Plexanov estetikasının həlledici mövqeyəkeçməsinin əsas səbəbi, əlbəttə, V.İ.Leninin ona ilk marksistkimi yüksək qiymət verməsi və kommunist dünyagörüşününformalaşmasındakı böyük rolunu göstərməsi idi. V.İ.Leninyazırdı: “Fəlsəfəyə dair Plexanovun yazdıqlarının hamısınıöyrənmədən – məhz öyrənmədən – şüurlu, əsil kommunistolmaq olmaz, çünki onun yazıları marksizmə dair bütünbeynəlxalq ədəbiyyatın ən yaxşı əsərləridir” (65, 323).K.V.Plexanovun 20-30-cu illərin ədəbi həyatında,xüsusən də ədəbi mübahisələrdə, marksizmin ədəbi işətətbiqində əhəmiyyətli rol oynamış V.M.Friçe, V.F.Pereverzevvə s. kimi marksist professor şagirdləri fəaliyyət göstərmişlər.20-30-cu illərdə Azərbaycan ədəbi mühitində Plexanovamünasibətin xarakteri müxtəlif idi; onun rolunu marksist-estetikkimi mütləqləşdirir, onunla mübahisə edir, onun irsini, xüsusilətarix və estetikaya dair təlimini təkcə məktəb yox, həm dəmənbə kimi qəbul edirdilər. Bütövlükdə həmin dövrədəbiyyatçılarının (Ə.Nazim, H.Zeynallı, M.Hüseyn,M.Quliyev və b.) sənətin ictimai mənşəyi və estetik təkamülüilə bağlı fikirləri ya birbaşa, ya da vulqar sosiologizm, sonralar45

____________Milli Kitabxana____________RAAP-çılar vasitəsilə K.V.Plexanov estetikasından gəlirdi.Onlar Plexanov estetikasını birtipli aspektdə oxumur, zənginəlaqələr zəminində dayanan çoxcəhətli sistem kimi qəbuledirdilər.1928-ci ildə çap olunan “Ədəbiyyatdan iş kitabı”nınbirinci hissəsi Azərbaycan milli ədəbiyyatının inkişafındaəhəmiyyətli rol oynamışdır. Kitab H.Zeynallı, A.Şaiq,A.Musaxanlı və C.Əfəndizadə tərəfindən yazılmışdı. Buradaistər Azərbaycan, istərsə də Avropa və rus ədəbiyyatlarının hərbir mərhələsi onu yetirən ictimai-tarixi şəraitlə vəhdətdəaraşdırılır, bu zaman müəlliflər marksist metodologiyasınınprinsiplərinə, xüsusilə görkəmli marksist K.V.Plexanovun“Tarixə monistik baxış” konsepsiyasına istinad edirdilər.Bununla belə, 20-ci illərin sonuna doğru K.V.Plexanovnəzəriyyəsinin səhv cəhətləri də marksist ədəbiyyatşünaslarıngözündən yayınmır. Rusiyada Plexanov estetikasının tənqidiniilk dəfə 1928-ci ildə L.V.Lunaçarski vermişdi. O, KommunistAkademiyasındakı məruzəsində K.V.Plexanovun “menşeviktotalizmi”ni kəskin tənqid edir.Plexanova münasibətin 30-cu illər formulası təxminən beləidi: “bütün Plexanov – çıxılsın onun menşevizmi”.46

____________Milli Kitabxana____________Hadisələr inkişaf etdikcə proletar ədəbiyyatınamünasibətdə mövqelər dəyişir. Plexanovun nəzəri fikirləriproletar ədəbiyyatına qarşı durur. Onun estetikasının təftişiAzərbaycanda da əks-sədasını tapır. 1932-ci ildə M.Quliyevyazırdı ki, Plexanovun yanlış fikirləri qəti tənqid atəşinətutulmalı, idealist kantçı, mexanist səhvləri açılıbgöstərilməlidir (Bax: 36, 225).Ictimai-siyasi, iqtisadi, mədəni və digər sahələrdə gedənmahiyyətcə sinfi xarakterli mübarizə ədəbiyyat cəbhəsində dəözünü göstərirdi. Kommunist olmayan bir çox yazıçılar proletarədəbiyyatı yaradıcıları cərgəsinə qoşulmaq istəsələr belə, onlar“burjua-qolçomaq ünsürləri”, “sağ ziyalılar” və s. adlarladamğalanırdılar. Iyirminci illərin sonu, otuzuncu illərinəvvəllərində yazıçıların bir qismi Azərbaycanda xüsusiləvoronskiçilik, pereverzevçilik, pilnyakçılıqda ittiham edilirdi.“Krasnaya nov” jurnalının baş redaktoru A.K.Voronskirus ədəbiyyatının görkəmli nümayəndələrindən, ədəbi siyasətimüəyyənləşdirən şəxsiyyətlərdən biri kimi tanınırdı. ƏvvəllərAzərbaycanda onun fikirləri təbliğ olunurdu. Sonravoronskiçilik sağ opportunizmin başqa şəkli hesab olundu.M.Quliyev 1931-ci ildə Voronskinin “idealist və qolçomaq”konsepsiyasına qarşı çıxaraq yazdı ki, “biz voronskiçiliyi ifşa47

____________Milli Kitabxana____________edərək onu türk ədəbiyyatından qovmalı və idealizmə qətielani–hərb etməliyik” (21, 8). Voronskinin türk (Azərbaycan)ədəbiyyatına təsirinin qarşısının alınması ilə bağlı tədbirlərgörülməyə başladı.A.K.Voronskinin ədəbi-estetik baxışlarının mahiyyətinədən ibarət idi? O, ədəbi prosesdə ədəbi qanunlarla işləməyiüstün tutur, ədəbiyyatın idarə edilməsi, ədəbiyyat üzərindərəhbərlik və ədəbiyyata təsirin qəti olaraq əleyhinə çıxırdı.Voronski burjua mədəniyyətini və burjua sənətini proletarmədəniyyətinə və proletar sənətinə qarşı qoymağın kökündəndoğru olmadığını deyirdi. Bolşeviklərin iddia etdikləri kimi,ədəbiyyatda xırda burjua təmayüllərinin mövcudluğunu dainkar edirdi.Iyirminci illərin mövcud rejimində nə qədər ki, müxtəlifcərəyanlar, metod və metodologiyalar, siyasi fikir müxtəlifliyihələ var idi, A.K.Voronski bütün gücü ilə ədəbi qanunlara,ədəbiyyatın öz təbii axarı ilə inkişaf meylinə müdaxilə edəbilirdi. Ölkədə hələ siyasi müxalifətin mövcudluğu da buna əsasverirdi. A.K.Voronski də Trotskinin mövqeyini müdafiə edərəkkommunistlərin ədəbiyyatla məşğul olmasının əleyhinə çıxırdı.Qeyd edək ki, Trotski yeni dövrdə ədəbiyyatın öz gücü-təbiiliyiilə inkişaf etməsi siyasətini yürüdürdü. “Kommunistlər tənqid48

____________Milli Kitabxana____________cəbhəsində” formulunun müəllifi kimi A.K.Voronskininfikrincə kommunistlərin işi ancaq tənqid etməkdir. O, yenisənət yaratmaq zərurətini inkar edir, klassikləri tənqidsizöyrənməyin tərəfdarı kimi çıxış edirdi. Dövrünün cığırdaşlarınıklassiklərlə proletar ədəbiyyatını əlaqələndirən bir halqa kimiqəbul edirdi.A.K.Voronskinin ən nəhayət proletar mədəniyyəti vəproletar ədəbiyyatını tamamilə inkar etməsi proletarnəzəriyyəçilərini qıcıqlandırdı. Lakin Azərbaycandavoronskiçilik axtarmaq cəhdləri lazımi nəticə vermədi.M.Quliyev yuxarıda qeyd etdiyimiz məqaləsində voronskiçi birədəbiyyatçının adını belə çəkə bilmir.Iyirminci illərdə görkəmli marksist ədəbiyyatşünas hesabedilən professor V.F.Pereverzevin konsepsiyası da sonralarproletar tənqidçiləri tərəfindən ciddi hücumlara məruz qalır.Onun konsepsiyasının getdikcə marksist ədəbi tənqidinininqilabi və sinfi məzmununu təhrif edəcəyindən qorxan proletartənqidçıləri buna “mürtəce” cərəyan damğası vuraraq,marksizmdən ayırdılar. V.F.Pereverzev deyirdi ki, hər birtənqidçi və ədəbiyyatşünasın vəzifəsi bədii əsəri araşdıraraq, oəsərin konstrasiyasını müəyyən edən obyektiv mövcudiyyətimüəyyən etmək və onu açmaqdır. O, açıq şəkildə bəyan edirdi49

____________Milli Kitabxana____________ki, siyasi həyat ədəbiyyatın obrazlılığında heç bir iz buraxabilməz. Bu formul menşevizmin “pərdələnmiş” təzahürü kimiqiymətləndirilirdi.Həmin dövrdə Azərbaycan ədəbiyyatşünası H.ƏfəndiyevV.F.Pereverzevin nəzəri görüşlərini tənqid edir, M.Hüseyn vəA.Musaxanlının timsalında Azərbaycanda pereverzevçilikləparalellər axtarırdı. Onun mövqeyi 1932-ci ildə çap olunmuş“Pereverzev və onun ədəbiyyat sistemi haqqında” məqaləsindəifadə olunmuşdur (Bax: 36, 230).Beləliklə də, sırf elmi, nəzəri mübahisə metodoloji yön,istiqamət alır və ədəbiyyat cəbhəsinin bir çox nümayəndələrisiyasi sahədə “vurulan”, “tənqid edilən” və ölkədən çıxarılanTrotskinin tərəfdarları kimi qələmə verilirdi.Belə metodoloji istiqamət ayrı-ayrı Azərbaycanyazıçılarının əsərlərində həmin cərəyanlarla bağlılıq axtarılmasımeyllərində də özünü göstərirdi. Məsələn, Əhməd Cavadınyaradıcılığı pilnyakçılığa ən gözəl nümunə kimi hədəfəgötürülmüşdü.B.Pilnyak kommunistlərlə Rusiyanın taleyinieyniləşdirməyin əleyhinə çıxırdı. O yazırdı: “Mən kommunistdeyiləm və buna görə də kommunistcəsinə yaşamaq daistəmirəm... Kommunistlər nə qədər Rusiyalı olsalar, mən də o50

____________Milli Kitabxana____________qədər onlarla varam... Etiraf edirəm ki, Rusiya KommunistPartiyasının taleyi Rusiyanın taleyindən çox az əhəmiyyətlidir.Mənim üçün Rusiya Kommunist Partiyası Rusiya tarixindəyalnız bir halqadır” ( Bax: 36, 231 ). B.Pinyak “ədəbiqabiliyyəti zorlamağa imkan verməyən ədəbi qanun vardır” –deyirdi. Onun “Qızıl ağac” əsəri xaricdə dərc olunur və bunagörə də siyasi ittihamlarla üzləşmişdir. Mərkəzdə B.Pilnyakınəleyhinə başlanan siyasi kampaniya yerlərdə davam etdirilir.1928-ci ildə Ə.Cavadın Türkiyədə müsavatçı “İstiqlaluğrunda” məcmuəsində şeirləri dərc olunur. M.Quliyev dərhalƏ.Cavadı kəskin tənqid edir. M.Quliyev Ə.Cavadın timsalındapilnyakçılığı mexaniki olaraq Azərbaycana şamil edir. Beləliklə,ədəbi tənqidin daxili mühacirliyə qarşı mübarizəsi, əsasən,Ə.Cavadın üzərində cəmləşir.Otuzuncu illərin əvvəllərində Ə.Abid, A.Musaxanlı,C.Əfəndizadə, M.F.Körpülüzadə, İ.Hikmət, prof. B.Çobanzadəvə digərləri metodoloji baxımdan düzgün mövqedəolmadıqlarına görə hücumlara məruz qalırdılar. Onlar isəmetodoloji cəhətdən özlərini haqlı hesab edirdilər. XüsusiləB.Çobanzadəyə qarşı böyük bir kampaniya aparılır. AzərbaycanProletar Yazıçıları cəmiyyəti B.Çobanzadə metodologiyasıhaqqında 7 bəndlik qərar qəbul edir. Onun konsepsiyasının51

____________Milli Kitabxana____________antimarksist xüsusiyyəti kimi bəşəriyyət tarixinin siniflicəmiyyətdə mübarizəsi tarixi olduğuna dair marksist görüşünüqətiyyən anlamaması göstərilir və metodologiyasındapantürkizm tənqid edilir. A.Musaxanlı ədəbiyyatşünaslıqdapantürkizm metodologiyasının, H.K.Sanılı qolçomaq şeirinin, C.Əfəndizadə isə antimarksist tənqidin ideoloqları kimi qələməverilir.Azərbaycan ədəbiyyatşünaslığında marksizm dünyagörüşüqabarıq şəkildə öz əksini tapa bilmədiyi üçün Ə.Nazim kimilərmetodoloji əyintiləri Türkiyəyə meyllikdə, “pantürkizm vəkamalizmdə” axtarırdılar. Halbuki bunların ədəbi zəmini yoxidi.Professor Bəkir Çobanzadə sənətin həyata estetikmünasibəti probleminə özünəməxsus nöqteyi-nəzərlə yanaşırdı.Ona görə, hər hansı bir əsər müəllifi mövzunu həyatdan aldığıüçün onun yaradıcılığının həm ideya, həm də bədiimeyarlarından birincisi həyatilik olmalıdır.O dövrdə Azərbaycan ali məktəblərində dərs demək üçündəvət olunmuş ədəbiyyatşünaslar İ.Hikmət və M.F.Körpülüzadəöz əsərləri və dərslikləri ilə ədəbi mühitdə böyük nüfuzqazanmışdılar. Əlbəttə, onlardan ədəbi baxışlarında marksistolmağı tələb etmək də düzgün deyildi. Iyirmi-otuzuncu illərdə52

____________Milli Kitabxana____________Ə.Nazim, Ə.Abid, H.Zeynallı və digər ədəbiyyatşünaslarM.F.Körpüzadə və İ.Hikmətin əsərlərində cidd-cəhdlə olmayanşeyi axtarır, onlardan marksist estetikası normalarını tələbedirdilər. “Bu isə ona gətirib çıxarırdı ki, həmin kitabların əsasməziyyət və qüsurları aşkar edilmir, marksist metodologiyanıntələbləri ilə yazılan ədəbiyyat tarixi üçün mövcud əsərlərdənhansı cəhətlərin əxz olunması problemi aydınlaşmır, ədəbiyyattarixi yaradılması baxımından həmin əsərlərin elmi-nəzərifaydası obyektiv olaraq üzə çıxarılmırdı. əksinə, bu tipliəsərlərə mexaniki münasibət yeni vulqar-sosioloji əyintilərəsəbəb olur, ədəbiyyatşünaslıqda sol meyllər qüvvətlənir, yenisapıntılar və onlarla əlaqədar predmetsiz mübahisələr intişartapırdı. Beləliklə, ədəbi həqiqətlərə gedən yollar “nəzəri”iddialarla daha da dolaşdırılır, ədəbi mühitdə mürəkkəblikartırdı...” (106, 321). Hər halda bu gün onların Azərbaycanədəbiyyatı qarşısında həm nəzəri, həm də təcrübi baxımdanxidmətləri layiqincə görünür və qiymətləndirilir.Ümumiyyətlə otuzuncu illərin əvvəllərinədək AzərbaycanSovet ədəbiyyatının təşəkkülündə RAPP-çıların görüşlərimühüm rol oynadı. Onların əsas diqqəti ədəbiyyatın bədiispesifikasına deyil, ictimai roluna, xüsusilə bədii yaradıcılıqmetodu və onunla əlaqədar estetik problemlərə yönəlmişdi.53

____________Milli Kitabxana____________1930-cu ildə kəndli ədəbiyyatı məsələsi də metodla bağlımübahisələrin diqqət mərkəzinə keçir. Kəndli ədəbiyyatınınməqsəd və vəzifələri, yaradıcılıq axtarışları, poetikası, ümumənproletar ədəbi hərəkatından, mədəni inqilabdakı mövqeyiətrafında mübahisələrdə dövrün fəal tənqidçiləri vəədəbiyyatşünasları iştirak edirdi. Onlar kəndli ədəbiyyatınaproletariata nisbətən ikinci dərəcəli sinfin ədəbiyyatı kimi baxır,onu proletariatın sinfi iddiaları nöqteyi-nəzərindən təftiş edir vəən nəhayət, proletar ədəbiyyatının bir qolu olduğunutəsdiqləyirdilər.Göründüyü kimi, 20-30-cu illərin nəzəri araşdırmalarıAzərbaycan ədəbiyyatında marksist və kommunist üslubununaxtarılmasına yönəlmişdi. Ədəbiyyatşünaslar yeni ədəbiyyatınmövqeyini mədəni inqilab, siyasi-ideoloji prinsiplərkontekstində təyin etmək üçün tarıxılıklə müasirliyin marksistdialektiksintezinə nail olmaq uğrunda mübarizə aparırdılar. Buprosesdə ədəbiyyatın milli spesifikası nəzərə alınmadığından,onlar mexaniki və vulqar-sosioloji ifratdan xilas ola bilmirdilər.Otuzuncu illərdə sənətkarlar dövrün ədəbi proses və bədiiyaradıcılıq qarşısında qoyduğu vəzifələr baxımından xalqhəyatına yaxınlaşır, yeni dünya quruculuğunun milli-ictimaizəminini inqilabi mövqedən əks etdirən bədii əsərlərini, ilk54

____________Milli Kitabxana____________sovet romanlarını yazırlar. Onların yaradıcılığında xəlqilik vəpartiyalılıq keyfiyyətcə yeni ideya-estetik məsələlərin bədiihəllində aparıcı rola malikdir və sosializm quran xalqın tarixitaleyinə münasibətdə yaradıcılıq prinsipinin, metodunun nəzəriəsasına çevrilir. 1920-1930-cu illər ədəbiyyatını istər həmindövrün ədəbiyyatşünaslığı, istərsə də sonrakı ədəbi fikir “keçiddövrü ədəbiyyatı” adlandırır. Lakin, əlbəttə, “keçid”, “dəyişmə”,“yeni dövrlə əski dövrün arası”, “yeniləşmə” və s. kimi sosialtarixiəlamətlər bu ədəbiyyatın yaranma zəminini, şərtini,şəraitini göstərsə də, səciyyəsini ifadə edə bilməz. Həminillərdə yeni ədəbiyyatın bədii metodunu təyin etmək uğrundamübahisələr, metod nəzəriyyəsinin işlənməsi marksistədəbiyyatşünaslığın metodoloji meyarlarını formalaşdırmış,yeni nəzəri-tarixi mərhələyə keçid üçün nəzəri zəminhazırlamışdır.Nəhayət, sosialist realizmi formalaşır və Azərbaycan sovetədəbiyyatını da əsas yaradıcılıq metodu kimi əhatə edir.1.4. Sosialist realizmi – ədəbiyyatda siyasətBu gün bir ədəbi metod kimi sosialist realizmi öz rolunuvə əhəmiyyətini itirsə də və hər cür tənqidə məruz qalsa da,55

____________Milli Kitabxana____________ədəbi fikir onu XX əsr hadisəsi hesab edir. Qeyd olunur ki,1920-1930-cu illərin inqilabi sənəti kimi formalaşan bukonsepsiya ilkin mərhələdə bir sıra diqqətçəkən sənətnümunələri də vermişdir. Lakin sosialist realizmi yaranandansonrakı illərin ədəbi təcrübəsində özünü göstərən məzmunmonotonluğu, üslub yeknəsəkliyi, obraz sxematikliyi və s.nəzərə alınmamışdı. Bunlar isə metodun doqmatikliyinin,ideoloji ölçülər çərçivəsində hərəkətinin real nəticələri idi.Otuzuncu illərdə dünya kapitalizm aləmi dərin ictimai-iqtisadivə mənəvi böhran keçirirdi. Bir tərəfdən də qorxunc bir hadisəolan faşizmin bütün Avropaya yayılmaq təhlükəsi vardı. Beləbir şəraitdə SSRİ-nin təbliğat maşını protetariat başda olmaqladünya inqilabının artıq gerçəkləşməkdə olduğu haqda car çəkir,proletar ədəbiyyatını ümumdünya səviyyəsinə qalxmaqda olanədəbi-mədəni hadisə kimi təqdim edir, sosialist realizmini isəyeni dünya ədəbiyyatının metodu, real perspektivi kimigörürdü. Dünyanın bir çox ölkələrindən olan ədiblər bu metodadiqqətlə və rəğbətlə yanaşmağa başlayırdılar.1917-ci ilin oktyabr inqilabından sonra partiya həmişəədəbi prosesi nəzarətdə saxlamağın mexanizmini axtarmışdır.Kreml rəhbərləri artıq 20-ci illərdə kütləvi informasiyavasitələri və ədəbiyyat üzərində total diktatura yaratmağa56

____________Milli Kitabxana____________çalışırdılar. Partiya üçün ədəbiyyat məsələsi siyasi məsələ idi.“Partiyanın bədii ədəbiyyat sahəsində siyasəti haqqında” 18iyun 1925-ci il tarixli qərar bu istiqamətdə həyata keçirilən çoxmühüm addım oldu. RAPP-ın və Azərbaycanda da müvafiqyazıçı təşkilatlarının yaradılması nəzarət mexanizminin güclühalqası idi. Ədəbiyyatı öz təbii inkişafından ayrılıb partiyalıistiqamətə çəkən bu qərarla yazıçılar da proletar və qeyriproletar(burjua-qolçomaq, cığırdaş) yazıçılara bölünmüşdü.1925-1932-ci illərdə fəaliyyət göstərən Rusiya ProletarYazıçılar Assosiasiyası, milli respublikalarda (o cümlədənAzərbaycanda) müvafiq təşkilatlar partiyanın ədəbiyyat üzrəorqanı və Stalinin effektiv ruporu idi.İyirminci illərdə kommunist partiyası və sovethakimiyyətinin siyasi diktaturası şəraitində mədəni (o cümlədənestetik, bədii, üslubi) plüralizmə yol verilirdi. Bu dövrdə bədiiistiqamətləri və ideya ayrılıqları ilə fərqlənən müxtəlif ədəbiqruplar yaranmışdı: incəsənətin sol cəbhəsi (LEF),konstruktivistlər, “Kuznitsa” qrupu, Rusiya proletar yazıçılarıassosiasiyası və s. Proletkult yazıçılar üçün kollektivizm,faydalılıq prinsipi, maşın estetikası xarakterik idi: “insanlar –mıx, insanlar – bıçaq”. Onlar zavodu, inqilabı və hətta inqilabnaminə amansızlığı belə tərənnüm edirdilər. Futurist57

____________Milli Kitabxana____________S.Tretyakov “incəsənət işçisi”ni (elm adamı ilə birlikdə)“psixo-mühəndis”ə, “psixo-konstruktora” çevirməyi təklifedirdi. Sonralar Stalin bu fikri təkrar etmiş, sosialist realizmiyazıçısının mahiyyətini belə müəyyənləşdirmişdi: “Yazıçı –insan qəlbinin mühəndisidir” ( bax: 156 ).Həmin illərdə avanqardçılar sənətdə, bolşeviklər isəsiyasətdə müvəqqəti müttəfiqlər idilər. Lakin “avanqard” sənətihəyatda mədəniyyətin üstünlüyü uğrunda mübarizə aparırdısa,bolşeviklər siyasəti prioritet hesab edirdilər. Bolşeviklərkütlələrə dayaqlanmağa çalışırdılar, “avanqard”çılar isə siyasimənada deyil, fəlsəfi mənada “inqilabi” idilər, ona görə dəzəhmətkeşlər tərəfindən anlaşılmırdılar.Rappçılar ədəbiyyatda partiya rəhbərliyinə tərəfdarçıxırdılar. Lakin ölkədə RAPP-dan kənarda qalan yüzlərlə,minlərlə yazıçılar ordusu yaranırdı və bu, partiyanın siyasiideolojixəttinin həyata keçirilməsində ciddi problemləryaradırdı. 1932-ci ilin 23 aprelində partiya MK-sı “Ədəbi-bədiitəşkilatların yenidən qurulması haqqında” qərar qəbul etdi. Buqərar partiyanın proletar yazıçılarına və proletar ədəbiyyatınagözlənilməz “hədiyyəsi”, əsl ədəbi çevriliş oldu. RAPP-ınfəaliyyəti sovet ədəbiyyatının inkişafına məneə, “bədiiyaradıcılığın ciddi vüsətini ləngidən” amil hesab edildi və bu58

____________Milli Kitabxana____________təşkilat buraxılmış elan olundu. Qərarın ideoloqu İ.V.Stalin idi.O, növbəti “rokirovka”sını düşünmüşdü: RAPP-çıların əli iləonların öz təşkilatlarını ləğv etmək.Lazar Kaqanoviç tərəfindən hazırlanan qərarın arayaçıxmasında, marksist fəlsəfəsi baxımından əsaslandırılmasında“mədəni bolşevizm”in görkəmli ideoloqu, nəzəriyyəçisi vəpraktiki Nikolay Buxarinin də rolu az olmamışdır. Hələ 1925-ciildə qəbul edilən MK-nın “Partiyanın bədii ədəbiyyatsahəsində siyasəti haqqında” qərarı da N.Buxarinin əli iləyazılmışdı.1932-ci il rejimin mədəni siyasətində dönüş ili oldu. Aprelqərarı ziyalılara münasibətdə məhdud, dar sinfi, proletarprinsipdən ümumsovet platformasında əməkdaşlığın genişcəbhəsinə keçidə kurs elan etdi. Stalinin bu strateji kursuintellektual cəmiyyətin sağlam qüvvələrinin birləşdirilməsiməqsədini daşıyırdı.23 aprel qərarında deyilirdi: “Sovet hakimiyyətininsiyasətini qəbul edən və sosializm quruculuğunda iştirak etməkistəyən bütün yazıçılar kommunist fraksiyalı vahid sovetyazıçıları ittifaqında birləşdirilsin”. Həmin qərarla proletarədəbi və musiqi xadimlərinin assosiasiyası ləğv edilir. Sovet59

____________Milli Kitabxana____________Yazıçıları İttifaqının və incəsənətin digər növləri üzrəittifaqların yaradılması təklif olunur.Belə bir şəraitdə partiya sovet ədəbiyyatının başmetodunun necə adlandırılması məsələsini də xüsusilə vacibhesab edirdi. Bu məsələ Kremldə uzun müddət götür-qoyedilmişdir. Lazar Kaqanoviç tərəfindən təqdim olunan MK-nınbədii ədəbiyyat haqqında qərarının ilkin layihəsində (mart1930) bu metod “dialektik-materialist” adlandırılmışdır. 1931-ci ildə bu metodla əlaqədar tələblər daha da konkretləşmişdir:“Materialist dialektika metodu varlığa passiv-seyrçimünasibətlə barışmır, o, sənətkardan inkişafın əsastendensiyalarını axtarmağı, bu günümüzün gerçəkliyində onunsabahını görməyi tələb edir”.Partiya MK-nın 1932-ci il aprel qərarına əsasən SSRİYazıçılar İttifaqı yaradılmasına hazırlıq görülür, bu məqsədləMaksim Qorkinin rəhbərliyi ilə təşkilat komitəsi yaradılır.Düzdür, M.Qorki ölkə rəhbərliyinin nəzərində çox çətin vəşıltaq bir fiqur idi. Lakin onun adı, dünya şöhrəti və ölkəninyaradıcılıq mühitində böyük nüfuzu partiyanın öz məqsədlərinihəyata keçirməsində, şəksiz, əvəzedilməz rol oynayacaqdı.Sovet Yazıçıları İttifaqının təşkilində N.Buxarininprinsiplərinin tətbiqi geniş yer alırdı. Təşkilat Komitəsinin60

____________Milli Kitabxana____________partiya qrupu aparıcı qüvvə kimi yaradılmışdı. Bu zərbəçidəstənin üzərinə ədəbi quruculuqda partiya xəttini hərbiqaydalarla, qəti həyata keçirmək vəzifəsi qoyulmuşdu.L.Maksimenkovun “Очерки номенклатурной историисоветской литературы (1932-1946)” adlı tədqiqatında (149)İ.V.Stalinin şəxsi arxivindən götürülən iki sənəd verilmişdir:1. Kommunist yazıçıların Siyasi Büro üzvləri ilə birlikdə1932-ci ilin 20 oktyabrlarında keçirilən yığıncağında nitq;2. MK Təşkilat Bürosunun “Zvezda” və “Leninqrad”jurnalları haqqında keçirdiyi 9 avqust 1946-cı il tarixli iclasındaçıxış. ( Bax: “Вопросы литературы” jurnalı, 2003-cü il, № 4 ).İ.V.Stalinin 20 oktyabr 1932-ci il tarixli nitqi SSRİYazıçıları İttifaqı qurultayını hazırlayan Təşkilat Komitəsipartiya qrupu ilə görüşdə – Maksim Qorkinin evindəsəslənmişdir. Bu nitq çap olunmamış, İ.V.Stalinin “Əsərlərkülliyatına daxil edilməyən sənədlər və materiallar”adlandırılan arxiv cildində saxlanılmışdır. Bu nitqində Stalininmüzakirə təriqi ilə və bəzən ziddiyyətli və ardıcıl olmayaraq,düşüncə axını üslubunda sonralar uzun onilliklər boyu ortaməktəblərin, institutların, universitetlərin ədəbiyyatdərsliklərində qanunlaşdırılmış mövzuya çevrilən, sovetkamilliyinin attestatı üçün imtahan biletlərinin dəyişilməz sualı61

____________Milli Kitabxana____________olan bir anlayış haqqında danışdı: “sosialist realizmi”. Bunitqin xüsusiyyəti də ondadır ki, burada terminin yaranma anıqeyd olunur və həmfikirlər dairəsində müzakirəsi daha optimalifadə edilir.İ.V.Stalinin nitqi:“Ədəbiyyat təşkilatlarının yenidən qurulması haqqındaMK-nın Aprel qərarının mənasını və əhəmiyyətini dərindənbaşa düşmək üçün bu qərara qədər mövcud olan ədəbiyyatcəbhəsinin vəziyyəti üzərində dayanmaq lazımdır. O vaxt necəidi? O vaxt çoxlu ədəbi qruplar vardı. Aşağılardan gənc vəistedadlı yazıçıların yeni dəstəsi yetişirdi və böyüyürdü. Bütünbu geniş yazıçı dəstələrinə rəhbərlik lazımdı. Onlarınyaradıcılığı partiyanın qarşıya qoyduğu məqsədlər istiqamətinəyönəldilməliydi. Amma biz nə edirdik? Bir tərəfdən ədəbiqruplara, digər tərəfdən bu ədəbi qruplarda işləyənkommunistlərin öz aralarında didişmələrinə qarşı mübarizəaparırdıq.Bu didişmələrdə rappçıların rolu az deyildi. Rappçılar budidişmələrin ön sıralarında idilər. Axı siz nə edirdiniz? Sizözünüzünküləri irəli çəkir və tərifləyirdiniz, həm də beləirəlisürmə çox vaxt işinə görə və ölçü daxilində olmurdu, sizinqrupa mənsub olmayan yazıçıların üstündən keçirdiniz və62

____________Milli Kitabxana____________incidirdiniz, onları öz təşkilatınıza cəlb etmək və inkişaflarınakömək göstərmək əvəzinə özünüzdən uzaqlaşdırırdınız.Bu, kimə lazım idi? Bu, partiyaya lazım deyildi. Deməli,bir tərəfdən sizdə didişmə və arzuedilməz hesab etdiyinizyazıçıları incitmə özünü göstərirdi. Digər tərəfdən, sizinlə birsırada heç kimin rəhbərlik etmədiyi, heç kimin köməkgöstərmədiyi, sahibsiz qalan partiyasız yazıçılar dəniziböyüyürdü və çoxalırdı. Halbuki, partiya sizin qarşınızda yalnızədəbi qüvvələri toplamaq yox, həm də bütün yazıçı kütlələrinərəhbərlik etmək vəzifəsini qoymuşdu.Axı mahiyyətcə siz mərkəzi, rəhbər qrup idiniz. Lakin bumərkəzi qrupda rəhbərlik əvəzinə dekretçilik, inzibatçılıq vəlovğalıq halları vardı. Indi mən görürəm ki, MK RAPP-ı ləğvetmək və bütün ədəbiyyat təşkilatlarını yenidən qurmaqhaqqında qərarında ən azı bir il gecikmişdir. Hələ bir il əvvəlaydın idi ki, ədəbiyyatda bir qrupun inhisarı yaxşı heç bir şeyvermir. İnhisarçı qrupu çoxdan ləğv etmək lazım idi.Bununla belə, məlum tarixi mərhələdə RAPP ədəbiqüvvələri cəlb edən və toplayan bir təşkilat kimi lazım idi.Lakin bu qrup zəruri tarixi işini görəndən sonra, inhisarçımövqe tutan qrupa çevrildi və beləcə donmuş vəziyyətə düşdü.Rapçılar növbəti tarixi mərhələni anlamadılar, ziyalıların bizə63

____________Milli Kitabxana____________tərəf məlum dönüşünü və ədəbi-yaradıcı qüvvələrin nəhəngartımını görmədilər.Ədəbiyyat cəbhəsində bizim vəzifələrimiz hansılardır? Sizvahid birləşmiş kommunist fraksiyası yaratmalısınız, bitərəfyazıçıların bu okeanının qarşısında fraksiya vahid mütəşəkkilcəbhədə, vahid möhkəm kollektiv kimi çıxış etməlidir vəonlarla birlikdə ədəbiyyatı partiyanın qarşıya qoyduğuməqsədlərə doğru yönəltməlidir.Bizim hamımızın məqsədi isə birdir: sosializm quruculuğu.Əlbəttə, bununla ədəbi yaradıcılığın forma və çalarlarınınmüxtəlifliyi aradan qaldırılmır və məhv edilmir. Əksinə. Yalnızsosializmdə, yalnız bizdə incəsənətin ən müxtəlif formaları,formaların bütün dolğunluğu və çoxcəhətliyi, yaradıcılığın hərcür rəngarəng çalarları, o cümlədən, əlbəttə, ədəbi yaradıcılığınforma və çalarlarının çoxcəhətliyi yaranmalı və genişlənməlidir.RAPP rəhbərliyi bütün bu proseslərə vaxtında diqqətyetirməmişdir. RAPP-da yeni şəraiti görə və anlaya bilən,təşkilatı yeni istiqamətə yönəldə bilən insanlar tapılmamışdır.Siz faydalı tarixi işlər görsəniz də, irəli gedə bilməmisiniz. Sizdonub qalmısınız. Partiya qruppabazlığa dözə bilməz.Qruppabazlıq ədəbi inkişafın yeni mərhələsində əngələçevrilmişdir. Əgər ədəbi hərəkatda yeni cərəyan göz64

____________Milli Kitabxana____________qabağındadırsa, bu cərəyana qoşulmaq lazımdır. Siz ədəbiyyatıinhisara alaraq, bitərəf yazıçılar okeanına demək olar, bütünvasitələrlə təsir imkanlarına malik olduğunuz halda, onları özarxanızca apara bilməmisiniz, öz ətrafınızda birləşdirəbilməmisiniz.Siz hətta kommunist yazıçıları da birləşdirə bilməmisinizSiz ədəbiyyatda yeni cərəyana yiyələnə bilməmisiniz və ədəbihərəkatı lazımi məcraya yönətməyi bacarmamısınız. Sözünaçığı, RAPP-ın ləğv edilməsi və ədəbi təşkilatların yenidənqurulması haqqında MK qərarından sonra da sizdəyenidənqurma olduqca ləngiyir....RAPP-ı ləğv edib yeni ədəbi təşkilat yaratmaqla bizçalışmışıq ki, bu təşkilata bütün ədəbi qruplaşmalardannümayəndələr cəlb edək. Həm də bu ümidlə ki, bunümayəndələr ilk dövrlərdə bir qədər dalaşsalar da, ən nəhayəthər şey düzələcək və hamını birləşdirən və kommunistfraksiyasının rəhbərliyi altında vahid ittifaq yaranacaqdır.Amma indi görürük ki, ehtiraslar sakitləşmir, yenidən alovlanır.Biz görürük ki, yazıçıları birləşdirmək sahəsindənailiyyətlərimiz çox deyil. Amma axı bizim digər çıxış yolumuzyox idi.65

____________Milli Kitabxana____________Mən Təşkilat Komitəsinə Ümumittifaq qurultayınıhazırlayan müvəqqəti orqan kimi baxıram. Vəssalam...Lakinetiraf etməliyik ki, qurultaya hazırlıq işlərində də lazıminəticələr azdır. Deməli Təşkilat Komitəsi qruppabazlığı ləğvedə bilməmişdir, yazıçıları lazımınca birləşdirə bilməmişdir vəqurultayın yaxın zamanda keçirilməsini hazırlamağa nailolmamışdır.Qarşılıqlı ittihamlar da qalmaqdadır. Yeri gəlmişkən, sizrapçılar sizin qrupda məlum tərəddüdlərin olmasını və hələ dəqalmasını inkar edə bilməzsiniz. Bunlar siyasi tərəddüdlərdeyil, ədəbi-nəzəri istiqamətli, məsələn, mədəniyyət məsələlərivə digər məsələlər üzrə tərəddüdlərdir. Siz bunları aradanqaldırmalısınız. Siz qruppabazlıqdan qətiyyətlə imtinaetməlisiniz....Bir neçə kəlmə də indi nə yazmaq haqqında. Hesabedirəm ki, indi bizə əsasən pyeslər lazımdır. Bununla heç dəonu demək istəmirəm ki, bizə romanlar, povestlər, hekayələr vəoçerklər lazım deyil: bütün bu ədəbi növlərin, pyeslər kimi,böyük əhəmiyyəti vardır və həmçinin bizə lazımdır. Lakin bizbaşa düşməliyik ki, pyes, teatr – insana bədii təsirin tamamiləxüsusi növüdür. İstər romanın, istər povestin, istər hekayənin,oçerkin oxucu hisslərinə təsiri teatrda tamaşaya qoyulan pyesin66

____________Milli Kitabxana____________tamaşaçıya təsiri qədər ola bilməz. Bundan başqa, kağızresurslarının məhdudluğu üzündən kitab, onu oxumaqistəyənlərin hamısını əhatə edə bilmir və nəhayət, səkkiz saatlıqiş günündən sonra heç də hər bir zəhmətkeş yaxşı, lakin böyükkitabı oxumağı çatdırmır. Biz isə onda maraqlıyıq ki, sosializmquruculuğuna kömək edən, insan psixikasını sosializmə doğrudəyişən yaxşı bədii əsərlər milyonlarla zəhmətkeşlər üçünəlçatan olsun.Kitab hələ milyonlara xidmət edə bilmir. Pyes, teatr isəbunu bacarır. Teatrın imkanları genişdir....“Bruski” (“Tirlər”), “Oyanmış torpaq” kimi əsərlər çoxlusayda insanlara ideya-bədii təsir vasitəsi kimi böyük əhəmiyyətdaşıyırlar. Lakin bu əsərlər bizim kağız resursları müqabilindəməhdud saylı insanlar tərəfindən oxunacaq. Hansı ki, pyesqeyri-məhdud tamaşaçı kontingentinə malik ola bilər; pyesişəhərdə və kənddə istənilən sayda tamaşaya qoyub təkrar -təkrar göstərmək mümkündür....Mən romantizm və dialektik metod haqqında da bir neçəsöz demək istərdim. Bu mövzu ətrafında mənim Averbaxlasöhbətim olmuşdur və məndə belə bir təəssürat yaranmışdır ki,bu problemləri siz düzgün qoymursunuz.67

____________Milli Kitabxana____________Siz niyə bitərəf yazıçılardan hökmən dialektika qanunlarınıbilməyi tələb edirsiniz? Niyə bu yazıçı dialektik metodlayazmalıdır? Bir də ki, dialektik metodla yazmaq nə deməkdir?Tolstoy, Servantes, Şekspir dialektik deyildilər, lakin bu,onların böyük sənətkar olmalarına mane olmadı. Onlar böyüksənətkarlar idilər və öz əsərlərində hər biri özünəməxsusluqlaöz epoxasını heç də pis əks etdirməmişdir. Amma sizinnöqteyi-nəzərdən yanaşsaq, gərək etiraf edək ki, onlar böyük vəyaxşı söz sənətkarları ola bilməzdilər, ona görə ki, dialektikdeyildilər, yəni dialektika qanunlarını bilmirdilər....Bununla onu demək istəmirəm ki, dialektika qanunlarınıbilmək yazıçıya ümumiyyətlə lazım deyil. Əksinə, yalnızdialektik düşüncə metoduna yiyələnən yazıçı ətrafında başverən hadisələri lazımınca dərk edə bilər; yalnız bundan sonra oöz yaradıcılığında inqilabi-sosialist ideya məzmunlu yüksəkbədiiliyə nail olar. Lakin belə biliklər dərhal verilmir....İliç bizi öyrədirdi ki, bəşəriyyətin bütün keçmiş mədənitəcrübəsini öyrənmədən və hifz etmədən biz öz yeni sosialistmədəniyyətimizi qura bilmərik. Əgər siz yazıçılara belə birelementar düşüncəni izah və təlqin edə bilsəydiniz ki, dialektikayalnız köhnənin inkarı deyil, həm də onu mühafizə edir - bu,heç də pis olmazdı. Yazıçıya demək lazımdır ki, ədəbi ustalığı68

____________Milli Kitabxana____________əksinqilabçı yazıçılardan - bədii söz ustalarından da öyrənməkolar....Qorki yaradıcılığının ilk mərhələsində onun əsərlərindədə romantizm çox idi. Lakin Qorki romantizmi - hakimiyyətuğrunda mübarizəyə qalxan yeni sinfin romantizmi idi. Qorkitərəfindən insanın ideallaşdırılması yeni gələcək insanınideallaşdırılması idi, yeni gələcək ictimai quruluşunideallaşdırılması idi. Belə romantizm yazıçıya lazımdı. Bizi irəliaparan belə romantizm bizə lazımdır. Bununla mən romantizmiinqilabi realizmə qarşı qoymaq istəmirəm.İnqilabi sosialist realizmi bizim epoxamız üçünədəbiyyatda əsas baş cərəyan olmalıdır. Lakin bununlayazıçının romantik məktəb metodundan istifadəsi də istisnaolunmur. Yalnız bilmək lazımdır ki, bu və ya digər metoddannə vaxt, niyə və necə istifadə olunmalıdır.Marks yalnız Şekspiri deyil, Dümanı da oxuyurdu vəöyrənirdi. Bilmək lazımdır – Marks bu yazıçıları nə vaxt, hansışəraitdə, niyə və nə üçün oxuyurdu? Anlamaq lazımdır: ona buyazıçıların yaradıcılığını bilmək niyə lazım idi. Markslaqorxutmaq lazım deyil. Onun həyatını, işini, metodunu başadüşmək lazımdır. Belə olduqda, dialektikanın qanunları da,onların tətbiqi də aydın olacaqdır. Onda romantizm də, inqilabi69

____________Milli Kitabxana____________sosialist realizmi də aydın olacaqdır; onların tətbiqi də aydınolacaqdır”.Rəhbərin yazıçılarla görüşü müvəffəqiyyətlə keçdi. Azsonra oktyabrın 26-da yenə də M.Qorkinin evində Stalinyazıçılarla görüşdü, kommunist yazıçılara ayrıca təlimatlarınıverdi və inqilabi sosialist realizmi anlayışını daha ətraflı şərhetdi.Sovet yazıçılarının birinci qurultayında sosializm realizmimetodunun sovet ədəbiyyatının aparıcı metodu kimi elanedilməsi nəzərdə tutulurdu. Lakin hələ ki, daxili konfliktlər,idarə ixtilafları, kadr çəkişmələri və təşkilati hərc-mərclikqurultayın çağrılmasını yubadırdı. Nəzərdə tutulan müddətlərdə– 1933-cü ilin mayında da, iyununda da, 1934-cü ilin yazındada qurultayı keçirmək mümkün olmadı. Nəhayət, 1934-cü iliniyununda qurultayın təşkilini partiya A.Jdanova tapşırır.İ.Stalinin xəttini cild-cəhdlə qoruyan A.Jdanovun rəhbərliyi iləqurultayın çağırılma vaxtı, gündəliyi və s. təşkilati tədbirlərhazırlanlır. Gündəlik Siyasi Büronun sənədlərində dərc edildi.Qurultay kimi tədbirlərin keçirilməsi bolşeviklərinidarəetmə siyasətində əhəmiyyətli rol oynayırdı. 1917-ci ilinoktyabrından sonrakı ilk günlərdən etibarən hər cür qurultaylar,plenumlar, konfranslar, toplanışlar bolşevik hakimiyyətinin70

____________Milli Kitabxana____________mərasimlər sistemində mühüm elementlərə çevrilmişdi. Belətədbirlər rejimin fəaliyyətinə müəyyən legitimlik gətirir,ziddiyyətlərlə parçalanan partiyaçıların və bitərəflərin ərazi,milli, peşəkar, siyasi, sinfi qruplarının arasında konsensus əldəetməyin mexanizmini yaradırdı.Otuzuncu illərin əvvəllərində “böyük dönüş”, yaxudqolçomaqlığın bir sinif kimi ləğvi qurultayların, müşavirələrin,partiya və hökümət rəhbərlərinin qabaqcıllarla görüşlərinin,təmtəraqlı təltifetmələrin və s. belə mərasimlərin keçirilməsinəyeni təkan verdi. Yazıçılar da istisna deyildi. MK-nın yaradıcıtəşkilatların yenidən qurulması haqqında aprel (1932-ci il)qərarına əsas Yazıçılar qurultayının çağrılması 1934-cü ilinavqustunda baş tutdu.Qurultay başlanmamışdan əvvəl A.Jdanovun iştirakı iləkeçirilən Təşkilat Komitəsi partiya qrupunun iclasındakommunistlərin əsas vəzifəsi göstəriş qaydasında irəli sürüldü:“təşkilati xarakterli, şəxsi xarakterli məsələləri, kimi dəyişmək,kimi seçmək kimi məsələləri rədd etmək”. “Hər bir yazıçıkommunistəməlumdur ki, ittifaqa rəhbərliklə əlaqədarməsələlər partiyanın Mərkəzi Komitəsi tərəfindən həll ediləcək(səslər: Düzdür!) və heç bir koridor hoqqalarına, koridor hayküyünəyol verilməməlidir”. Vəzifə belə qoyulurdu: yaradıcılıq71

____________Milli Kitabxana____________məsələləri “ehtirasla və qızğınlıqla” müzakirə olunsun, təşkilati,araqarışdıran məsələlərə, rəhbərliklə bağlı təşkilatikombinasiyaçılıq məsələlərinə isə yer yoxdur! Jdanov deyirdi:“Partiya qurultaylarından nümunə götürün!”Yazıçı-kommunistlərlə bu dildə heç vaxt heç kimdanışmamışdı. Jdanov konkret olaraq sübut etdi ki, Stalinintəlimatlarını ünvanına çatdırmaq üçün Sovetlər ölkəsindəauditoriyalar arasında daha heç bir üslub fərqi yoxdur.15 avqust 1934-cü ildə başlayan Yazıçılar qurultayınınişinə A.Jdanov rəhbərlik etsə də, İttifaqlar Evindəki bu 10günlük tamaşanın əsl rejissoru Stalin idi. Əslində A.Jdanovunsimasında sovet primitivizmi öz parlaq simasını tapdı.Hər halda qurultayla bağlı belə bir faktı da xatırlamağadəyər ki, burada keçmiş SSRİ-nin hər yerindən 52 millətinnümayəndəsi – 597 nəfər iştirak edirdi, çıxışlarda vəməruzələrdə milli ədəbiyyatlar haqqında da söhbət aparılırdı.Azərbaycandan C.Cabbarlı, Ə.Nazim, M.Rəfili də çıxış etmiş,M.Ələkbərli isə Azərbaycan ədəbiyyatı haqqında məruzəetmişdi. Həmin qurultaydan bir ay əvvəl Bakıda keçirilənAzərbaycan yazıçılarının birinci qurultayı bədii yaradıcılıqlaəlaqədar partiya xəttini ciddi müdafiə etmiş, həmçinin bir daha72

____________Milli Kitabxana____________ədəbiyyat cəbhəsində “zərərli məfkurələr yayan” adamlarınolduğunu üzə çıxarmışdı.Beləliklə, 1934-cü ilin avqustunda keçirilən sovetyazıçılarının birinci qurultayında sovet ədəbiyyatının vəincəsənətinin yaradıcılıq metodu olaraq “sosialist realizmi” elanolundu. Qurultay mədəniyyət sahəsində gələcək totalitarizminəsasını qoyan iki prinsipi nümayiş etdirdi: rəhbərə pərəstiş vəbütün qərarların yekdil bəyənilməsi. Heç kim heç bir qərarınəleyhinə səs vermədi... Sosialist realizminin prinsiplərimüzakirədən kənarda qaldı. Nəticədə qurultay əslində bədiimetodu yox, bədii ideologiyanı formalaşdırdı. Bədii fəaliyyətinmühüm ölçüsü olan humanizm prinsipinin əsasına “məhəbbətnifrət”anlamı daxil edildi: xalqa, partiyaya, Stalinə məhəbbətvə vətən düşmənlərinə nifrət. Bu humanizm “sosialisthumanizmi” adlandı. Humanizmin belə anlayışı məntiqi olaraqincəsənətdə partiyalılıq prinsipini yaratdı ki, bundan da ictimaihəyatda bütün hadisələrə sinfilik baxımından yanaşma prinsipiyer aldı.Sovet yazıçılarının birinci qurultayı Stalin dövründəkeçirilən ilk və son qurultay kimi tarixə düşdü. Qurultaykeçirilən dövrdə Stalin Yaltada dincəlirdi. Stalinə 1934-cü il 3sentyabr tarixli məktubunda A.Jdanov qurultay haqqında73

____________Milli Kitabxana____________məlumat verdi və qeyd etdi ki, kommunistlər qurultaydanəvvəl verilən tapşırıqlara layiqincə əməl etdilər. StalinJdanova göndərdiyi cavab məktubunda (6.IX.34) yazırdı:“Qurultay ümumiyyətlə yaxşı keçdi: Düzdür: 1) Qorkininməruzəsi sovet ədəbiyyatı baxımından bir qədər solğun alındı;2) Buxarın diskussiyaya isterika elementləri gətirməkləxarabladı (D.Bednı onu acıladı və ağzından vurdu); natiqlər isəaxırıncının səhvlərini açmaq üçün nədənsə RAPP - ın ləğvihaqqında MK - nın məlum qərarından istifadə etmədilər – lakinbu üç arzuolunmaz hallara baxmayaraq qurultay hər halda yaxşıalındı”.Nəhayət ki, partiya bədii ədəbiyyatı siyasi-ideoloji işinintərkib hissəsinə (“təkərciyinə və vintciyinə”), mübarizəcəbhəsinə (“ədəbi cəbhə”), yazıçıları sosializm quruculuğununöndə gedən iştirakçılarına (“insan qəlbinin mühəndisləri”)çevirmək arzusuna konkret təşkilati formada nail oldu. SovetYazıçıları İttifaqı uzun illər ərzində rəsmi, senzuralı incəsənətsahəsinə əməli rəhbərliyin yeganə və əvəzolunmaz, etalonforması olaraq qaldı. Sonralar - 1937-ci ildə Arxitektorlarİttifaqının, 1948-ci ildə Bəstəkarlar İttifaqının, 1957-ci ildəRəssamlar İttifaqının, 1965-ci ildə Kinematoqrafçılar74

____________Milli Kitabxana____________İttifaqının, M.Qorbaçovun hakimiyyəti dövründə isə TeatrXadimləri İttifaqının təsis qurultayları çağrıldı.İlk dəfə 1923-cü ildə meydana çıxan “Sovet ədəbiyyatı”anlayışı (“Правда” qəzeti, 29 iyun 1923-cü il) sosialist realizmikonsepsiyası ilə yeni inkişaf istiqaməti götürdü. Düzdür, “Sovetədəbiyyatı” və “sosialist realizmi ədəbiyyatı” anlayışlarıarasında fərqlərin olması barədə çağdaş ədədbiyyatşünaslıqdafikirlər səslənir və bu fikirlər tamamilə əsaslıdır. “Sovetədəbiyyatı” və “sosialist realizmi ədəbiyyatı” anlayışlarının həryerdə üst-üstə düşməməsi barədə fikirlər bu ədəbiyyatın tarixiboyu daim mövcud olmuş, obyektiv səbəblərdən: ideoloji rejimvə totalitar təfəkkür şəraitində müsbət həllini tapmamışdır.Fikrimizcə, Azərbaycan ədəbiyyatı tarixinin sovet dövrünüsərf-nəzər edəndə, xüsusilə 60-cı illərdən başlayaraq arayagələn bir çox sənət əsərlərinin sosialist realizminə dəxliolmadığı aydın görünür....1934-cü ildə sovet Yazıçıların birinci qurultayının qəbuletdiyi Nizamnamədə deyilir: “Sosialist realizmi sovet bədiiədəbiyyatı və ədəbi tənqidinin əsas metodu olub, sənətkarlardangerçəkləri doğru-düzğün, tarixən konkret, inqilabi inkişafdatəsvir etməyi tələb edir”. Əlbətlə, gerçəkliyin “doğru-düzgün”inikası metodundan asılı olmayaraq digər ədəbi istiqamətlərdə75

____________Milli Kitabxana____________də başa düşülən anlayışdır. Lakin söhbət hansı gerçəklikdəngedir? Əlbəttə, ümumən gerçəklikdən deyil, sovetgerçəkliyindən, inqilabi gerçəklikdən!Sosializm realizmi ədəbiyyatı bilavasitə inqilabigerçəklərdən doğulsa da, sosializm realizminin bir sənətcərəyanı kimi qərarlaşmasında estetik faktorun əsas məqamolduğu da inkar edilmir. Bu ədəbi yaradıcılıq metodununyaranmasında və təşəkkülündə bir sıra mədəni-sosioloji, estetik,ictimai-siyasi, fəlsəfi-etik və əlbətdə, ideoloji amillərin mühümrol oynadığı nəzərə alınmalıdır.Otuzuncu illərin ortalarında ölkədə mədəniyyət və ictimaişüur səhələrinə siyasi nəzarət sisteminin yaradılması vəmöhkəmləndirilməsi ücün tədbirlərin görülməsinə xüsusidiqqət yetirilirdi. 1936-cı ildə SSRİ XKS (Xalq KommisarlarıSoveti) yanında təşkil edilən incəsənət işləri üzrə Komitə sırfinzibati-təsərrüfat fəaliyyəti ilə yanaşı, senzura - nəzarətfunksiyalarını da yerinə yetirirdi. “Qlavlit” adlanan təsisatsenzura kimi rejimin sistemi ilə birlikdə meyarların“təmizliyi”ni qorumaq və antisovetçiliyin diqqətlə axtarışısəylərini həyata keçirməklə fəaliyyət göstərirdi.İ.Stalin təkhakimiyyətli rejimini möhkəmlətmək vəzifəsiilə əlaqədar hər şeylə maraqlanırdı. Ədəbiyyat da istisna76

____________Milli Kitabxana____________deyildi. Ədəbiyyat məsələsində estetika və ədəbiyyatşünaslıqproblemləri ikinci dərəcəli rol oynayırdı. Ədəbiyyat“cəbhəsi”nin idarə edilməsi birbaşa rəhbərliyin, hakimiyyətin –“yarımhərbi cəbhə”nin məsələsi idi. Yazıçıların təşkilatiməsələləri, kadrlar, strukturlar, idarə heyətləri, katibliklərin,rəyasət heyətlərinin piramidaları, təşkilat katiblərinin seçilməsi,ittifaqın baş katibinin xüsusi seçilməsi, plenumların,qurultayların gündəlikləri, jurnalların redaksiya heyətləri,ordenlər, medallar, fəxri fərmanlar, xatirə hədiyyələri ilətəltiflər, mənzil, maşın bölgüsü, xarici səfərlərə ezamiyyətlərintəsdiqi (qurultaylara, plenumlara, konfranslara və s.), Stalinmükafatlarının üç dərəcəsinin verilməsi – bütün bunlar və birçox digər məsələlər rəhbərliyin nəzarəti və iştirakı ilə həyatakeçirilirdi.Mühacir ədəbiyyatşünas Mark Slonim 1930-cu ildə“Ədəbiyatda stalinçilik” adlı məqaləsində yazırdı ki, SSRİ-də“Ədəbiyyatda küt və qabiliyyətsiz stalinçilik hökm sürür və birqrup ədəbiyyat aparatçıları məcburi qərarlar əsasında incəsənətiidarə edirlər” (“Воля России” jurnalı, Praqa, 1930, №10).77

____________Milli Kitabxana____________Otuzuncu illərdə Azərbaycan ədibləri də milli sosialistrealizmi sənətinin Ümumittifaq kontekstində yerini təsbit etməkücün geniş polemikalar aparmışlar.Azərbaycan ədəbiyyatında sosialist xəlqiliyi və partiyalılıqməslələri aktual şəkil almışdı. 1920-1930-cu illərin nəzəriaraşdırmaları Azərbaycan ədəbiyyatında marksist vəkommunist üslubunun axtarılmasına yönəlmişdi. Bu prosesdəədəbiyyatşunaslar mexaniki və vulqar - sosioloji ifratdan xilasola bilmirdilər. Həmin illərdə yeni ədəbiyyatın bədii metodunutəyin etmək uğrunda mübahisələr, metod nəzəriyyəsininişlənməsi marksist ədəbiyyatşunaslığın metodoloji meyarlarınıformalaşdırmış, yeni nəzəri-tarixi mərhələyə keçid üçün nəzərizəmin hazırlamışdır. Azərbaycan sovet yazıçıları ittifaqınınkeçirdiyi yaradıcılıq konfranslarında sosialist xəlqiliyi problemiciddi müzakirə edilirdi. Sovet yazıçılarının I qurultayıərəfəsində o vaxtadək özünü göstərən ədəbi-nəzəri cərəyanlarvə axınlar həm təşkilati, həm ideya-nəzəri platformabaxımından ləğv olunsa da, belə nəzəriyyələrlə bağlı müəyyəncəhdlər hələ qalırdı və özünü bir qədər “elmi” formadagöstərirdi. “Sosializmin bütün cəbhə boyu hücumu”nu geniştəbliğ edən partiya yazıçıları da bu cərgədə fəal görməkistəyirdi. 1936-cı ildə “formalizm haqqında diskussiyalar”78

____________Milli Kitabxana____________genişləndi. Bu ad altında simvolistlər, futuristlər,impressionistlər, imajinistlər və b. ilə yanaşı, estetik prinsipləri“sosialist realizmi”ndən fərqlənən bütün digər yaradıcı ziyalılarkobud tənqid hədəfinə alındılar, təqiblərə məruz qaldılar.Əslində “formalizmlə mübarizə”də məqsəd istedadıhakimiyyətin xidmətinə həsr olunmayan hər kəsi məhv etməyəyönəlmişdi. 1936-cı ildə ədəbiyyatda formalizm və naturalizməleyhinə keçirilən bir həftəlik müşavirədə Azərbaycanədəbiyyatşunasları bu problem ətrafında geniş müzakirələraparmış, M.Ələkbərli “Son söz”ündə yeni metodun tarixixarakterini, onun estetik mövqeyinin marksizm-leninizmləbağlı perspektivlərini izah etmişdir.Otuzuncu illərin ictimai-siyasi mühitinin ziddiyyətləri,hətta repressiyalar belə sosialist realizmi konsepsiyasınıntəşəkkülünü və tətbiqini sarsıda bilmədi. Sanki SSRİKonstitusiyasının (1936) və Azərbaycan SSRİ-nin yeniKonstitusiyasının (1937) qəbulu, Moskvada 1938-ci ildəAzərbaycan incəsənəti, 1940-cı ildə Azərbaycan ədəbiyyatıdekadalarının keçirilməsi, mədəniyyətin digər sahələrindəgörülən tədbirlərlə partiya və hökümət bir daha bizə, habeləbütün sovet adamlarına sübut etmək istəyirdi ki, hər sahədə, ocümlədən mədəniyyət və ədəbiyyat sahəsində də əsas götürülən79

____________Milli Kitabxana____________siyasi - ideoloji xətt tamamilə düzgündür və özünü lazımıncadoğruldur.Ölkənin siyasi ab-havası II Dünya müharibəsininbaşlanması və Hitler Almaniyasının SSRİ-yə hucumundansonra yeni, bir çox fərqli motivlərlə kökləndi. Partiya bumüharibəni “Böyük Vətən müharibəsi” adlandırdı və SSRİ-ninbütün millətləri “vahid vətən” uğrunda ölüm - dirimmübarizəsinə səfərbər olundu. Partiya sovet ədəbiyyatını da bumüharibədə özünün təbliğat işinin kəsərli silahına çevirirdi.Yeni şəraitdə ədəbiyyat öz ideya-mövzu motivlərini seçərkən,əlbəttə baş metoda – sosialist realizminə sədaqətli qaldı. Bunlarhansılardır? – Yüksək sovet vətənpərvərliyi, xalqlar dostluğu vəproletar internasionalizmi, partiyanının qüdrətinə, marksizmleninizmideyalarının həyati gücünə, sovet ictimai quruluşununüstünlüyünə, Sovet ordusunun yenilməzliyinə inam.Bununla belə, müharibə dövrünün sovet bədii məhsuluplakat, çağırış, təbliğat ruhundan uzağa gedə bilmədi, deməkolar ki, sanballı bir nümunə verə bilmədi. Sonrakı on ildə dəbelə oldu. Yalnız 50-ci illərin sonlarından müharibəmövzusunda diqqətəlayiq bədii əsərlər, bədii kino-filmlər arayaçıxmağa başladı. Lakin bunlar artıq sosialist realizmindən80

____________Milli Kitabxana____________demək olar ki, “yan keçən” nümunələrdir və əlbəttə, digərmövzunun predmetidir.Rejim, müharibədəki “böyük qələbənin” eyforiyasınıyaşamaqda ikən, müharibədən az sonra ölkənin siyasi vəideoloji mühitinə mənfi təsir göstərən ağır hadisə baş verdi:quraqlıq və acılıq. Yazıçıların birinci qurultayından 12 il sonraSSRİ-nin Avropa hissəsini əhatə edən quraqlıq və aclıqüzündən ərzaq məhsulları ücün kartoçka sisteminin ləğvi bir ilsonraya – 1947-ci ilə keçirildi. Təbii ki, bu fəlakət ədəbiyyat vəincəsənətdə də ağrılı əks-sədasını tapdı. Vəziyyətinmürəkkəbliyinin görən partiya rəhbərliyi ideoloji sahəyə,ədəbiyyata və incəsənətə tələbləri sərtləşdirdi. Senzuranıngücləndirilməsi, xarici ədəbiyyat gətirilməsininməhdudlaşdırılması, Qərbə meyilliyin qarşısının alınması və s.tədbirlər də həmin tələblərlə səsləşirdi.1946-1948-ci illərdə MK-nın Leninqrad ədəbi-bədiijurnalları, dram teatrlarının repertuarları, sovet kinosu haqqındaqərarları ədəbiyyat və incəsənət səhasində partiya siyasətinindaha da möhkəmləndirilməsi vəzifəsini qoyurdu. Lakin 1930-1950-ci illər mərhələsinin necə adlanmasından asılı olmayaraq,həmin dövrü sosializm realizminin bir mərhələsi kimi ehtivaetmək, elə bilirik ki, çox da əsaslı olmazdı. Yəni 1946-1953-cü81

____________Milli Kitabxana____________illər ədəbiyyatı ilə 1934-1940-cı illər və spesifik xüsusiyyətlərəmalik 1941-1945-ci illər ədəbiyyatının eyniyyət təşkil etməsiinandırıcı deyildir. Sosialist realizmi 1946-1953-cü illərdə daha“sərt” üzünü göstərirdi, ədəbi mühitdə siyasi ideoloji amirliksisteminin təmsilçisi rolunda çıxış edirdi. Yəgin ki, bu dövrədəbiyyatının 30-40-cı illər mərhələsindən fərqini görmək çətinolmaz. Hələ 1920-ci illər ədəbiyyatını demirik (1932-1933-cüillərədək). Həmin dövrün ədəbi mühitinin daha demokratik,daha plüralist olmasını görmək mümkündür.…1946-cı il 9 avqustda ÜİK (b) MK- nın TəşkilatKomitəsi “Zvezda” və “Leninqrad” jurnalları haqqında məsələmüzakirə etdi. Həmin müşavirədə İ.Stalin yekun sözü ilə çıxışetmişdir.Bu çıxış stenoqrama salınmamış, dərc edilməmiş vəStalinin şəxsi arxivində saxlanılmışdır. Həmin çıxış, yuxarıdagöstərdiyimiz kimi, üzə cıxarılaraq “Вопросы литературы”jurnalının 2003-cü il 5-ci sayında verilmişdir.Partiya Yazıçıların I qurultayı kimi, 1946-1948-ci illərdəədəbiyyat, incəsənət və mətbuat haqqında qərarlarınhazırlanmasına rəhbərliyi və qəbul olunun qərarların şəhriniA.Jdanova həvalə etmişdi. Lakin o, ancaq və ancaq Stalininhəmin məsələlərə baxışlarına əsaslanaraq hərəkət etmişdir.Əminliklə demək olar ki, “Zvezda” və “Leninqrad” jurnalları82

____________Milli Kitabxana____________haqqında A.Jdanovun məlum məruzələri də Stalinin çıxışınınkonspektidir. Jdanov yalnız tezistlərini səsləndirmiş və yaradıcıinkişaf etdirmişdir.Stalin həmin müşavirədə çıxış edərək yaxşı icra olunan“diskussiya”ya yekun vurmuş, xüsusilə Zoşşenko vəAxmatovanın yaradıcılıqlarına, həmçinin jurnal-nəşriyyatsiyasətinə ümumi və xüsusi qiymətini vermişdir. Müharibəqurtarandan sonra partiya görürdü ki, Mixail Zoşşenko və AnnaAxmatova bir yaradıcı sənətkar kimi sosialist realizmiçərçivəsinə “sığışmırlar” və onların nümunəsi tezliklə ciddiproblemlər yarada bilər. Stalin onların “dərsini verməyi” vacibhesab edərək, ikisini də sərt tənqidə məruz qoydu. Rəhbəri ənçox narahat edən bu idi ki, cəbhədən tərxis olunanlar bu əslmədəniyyət ustalarının təsirinə düşə bilərlər. Stalin deyirdi ki,“məgər Anna Axmatova, yaxud bu balaqan hekayəçisiZoşşenko bizim insanları tərbiyə edə bilərlərmi?... A.Axmatovabəlkə də öz dövründə,1917-ci ildə yaxşı yazırdı. Indi , 30 ilsonra , 1947-ci il ərəfəsində bizi nə məcbur edir ki, və hansıəsasla jurnalımızı şairənin köhnə zövqlərinə uyğunlaşdıraq?”Çıxışın ayrı-ayrı məqamlarına diqqət yetirək...“Zvezda” və “Leninqrad” jurnalları haqqında məsələyədair ÜİK (b)P MK83

____________Milli Kitabxana____________Təşkilat Bürosunun iclasında yoldaş Stalininçıxışından“Biz, leninçilər, hesab edirik ki, elmi, yaxud bədiiomasının fərqinə varmayaraq, jurnallar siyasi laqeydlikmövqeyində qala bilməzlər. Bunu ona görə deyirəm ki, məsulredaktor və digər vəzifələr daşıyan bir çox yazıçılar düşünürlərki, siyasət – hökümətin işidir, guya bizim işimiz deyil.Düşünürlər ki, əgər kimsə yaxşı, bədii, gözəl yazıbsa, ondabizim gənclərimizi çaşdıran, zəhərləyən çürük yerlər olsa da,işə vermək olar. Bu məsələdə bizim bir çox ədəbiyyatçılar vəredaksiyalarda rəhbər vəzifələri tutanlarla yollarımız ayrılır.Biz, sadəcə desək, tələb edirik ki, bizim yoldaş ədəbiyyatrəhbərləri və yazanlarımız onu rəhbər tutsunlar ki, onsuz sovetquruluşu mümkün deyil: yəni siyasəti. Ona görə ki, biz gənclərihər şeyə etinasızlıq, ideyasızlıq ruhunda və Zoşşenko kimitərbiyə edə bilmərik. Ona görə ki, belələri ideyasızlığı təbliğedirlər və deyirlər: “Sizin tənqidlə allah bilər. Biz istirahətetmək, yaşamaq, gülmək istəyirik”. Odur ki, onlar məzmunsuz,mənasız şeylər, hətta heç oçerklər və hekayələr də yox, nə isəqusdurma tozuna bənzər bir şey yazırlar. Ədəbiyyatda beləadamlara dözmək olarmı? Yox, biz gənclərimizi tərbiyə etməliolan belə adamları saxlaya bilmərik. Siz də, yoldaş redaktorlar,84

____________Milli Kitabxana____________redaksiya kollegiyalarının üzvləri, yazıçılar, bununlahesablaşın... Zoşşenko yazır. Digər adamlarımıza həmişə yervermirlər, Zoşşenko üçün isə yer ayırırlar. Bax, bu daümumxalq işinə münasibətdə siyasi laqeyidlik adlanır.İkincisi. Dostluq münasibətləri, yazıçıya siyasi yanaşmadeyil, dostluq münasibətləri. Bu, ədəbiyyatçılarınapolitikliyindən yaranır, insanlarda dostluq münasibətləriucbatından onlar sadəcə olaraq tənqid etmirlər. Bu da yaramaz.Burada liberalizm dövlət hesabından və gənclərimizin düzgüntərbiyəsində maraqlar hesabından gedir. Hansı yüksəkdir:dostluq münasibətləri, yaxud dövlət maraqları? Hesab edirəmki, axırıncısı yüksəkdir.... Tənqid edəndən qorxmaq lazım deyil.Tənqidsiz heç nə alınmaz.....Bu ümumi şərtlərdir. Əməli olaraq bundan nə doğur?Biz istəyirik ki, redaktorlarımız jurnalda fərqlənsinlər.Məsuliyyət daşıyan redaktorlarla yanaşı, başa düşdüyümüzkimi, məsuliyyətsizləri də var. Bu, hələ hər şey deyil. Bir nəfərbaş redaktor olmalıdır və o, jurnalın istiqaməti üçün partiyaqarşısında, dövlət qarşısında, xalq qarşısında cavab verməlidir.Redaksiyada tənqid etməyi bacaran, düzgün yolda olan gəncyazıçıya kömək göstərən şəxs olmalıdır... Redaktorlar heçkimin xətrinə dəymək istəməyəndə, Axmatovanın keçmiş85

____________Milli Kitabxana____________müfuzundan çəkinib indi onun boş şeylər yazmasını qəbuledənlər, onun üzünə: “qulaq asın, indi 1946-cı ildir, 30 il əvvəlbəlkə də siz keçmiş üçün yaxşı yazırdınız , amma biz – hazırkidövrün jurnalıyıq” deyə bilməyəndə, bu sözləri deməyə cəsarəttapmaq lazımdır.....Bizim maraqlarımız birdir – gəncləri tərbiyə etmək,onların bütün tələbatına cavab vermək, yeni nəsli gümrah, özişinə sədaqətli, çətinliklərdən qorxmayan, hər cür maneələri dəfetməyə hazır olan bir nəsil kimi tərbiyə etmək. Məgər AnnaAxmatova, yaxud o oyunbaz (balaqan – Y.R.) hekayəçisiZoşşenko belə insanlar tərbiyə edə biləmi? Onların nazı ilə niyəoynamalıyıq!... “Zvezda” jurnalı yazıçılara rəhbərlik etməli, istiqamətinaparıcı xəttini göstərməlidir. Zoşşenkonu isə buraxmaq lazımdeyil, yoxsa biz öz zövqlərimizi dəyişə bilmərik. Qoy o,yeniləşsin. Yeniləşmək istəmirsə, hara istəyir rədd olub getsin.Digər bir jurnal – “Leninqrad”. Görürəm ki, bu iki jurnalaümumiyyətlə material çatışmır, ona görə də jurnalları buraxmaqüçün hər cür zir – zibillə doldururlar... Düşünürəm ki, ikioxşayan jurnaldansa, bir, lakin yaxşı jurnal olmalıdır”.86

____________Milli Kitabxana____________Partiya 1946-1948-ci illərdə ədəbiyyat, incəsənət vəmətbuatla bağlı verdiyi qərarlarla hesab edir ki, bu səhələriartıq tamamilə öz siyasətinin bir hissəsinə çevirə bilmişdir.Ölkədə ədəbi mühitin görüntüləri, əlbəttə, belə bir nikbinqənaətin yaranmasına zəmin verirdi. Azərbaycan K(b)P MKnın“Azərbaycan sovet ədəbiyyatının vəziyyəti və onuyaxşılaşdırmaq tədbirləri haqqında” qərarı da (1948) Moskvadaqəbul edilən həmin qərarın icrasını təmin etməyə yönəlmişdi.Sovetlər birliyinin hər yerində, o cümlədən Azərbaycanda dayazıçılar totalitar quruluşun təşəkkülünün, inkişafının vəçəkişmələrinin əvvəlki mərhələsində olduğu kimi, Kommunistpartiyası və sovet dövlətinin bütün qərarlarına, təşəbbüslərinəvə planlarına coşğunluqla tərəfdar çıxır, kommunistideoloqlarının bütün yad düşüncəlilərə, sovet hakimiyyətinin,kommunist quruluşunun, proletar ideologiyasının aşkar və gizlidüşmənlərinə qarşı barışmaz mübarizəsini bəyənir vəalqışlayır, sözləri və işləri, publisistika və bədii yaradıcılıqları,qurultay və plenumlarda nitqləri, qəzetlərdə məqalə vəməktubları, radio və televiziyada çıxışları ilə rejiminmüdafiəsinə və möhkəmləndirilməsinə xidmət göstərirdilər.Özlərini doğma partiyanın və ölkənin “əskərləri”, “ən qabaqçıl”sovet düşüncəsinin, ədəbiyyat və incəsənətinin, jurnalistikasının87

____________Milli Kitabxana____________nümayəndələri hesab edən bir çox yazıçılar partiyanınideoloqları kimi qiymətləndirilmələrindən razı qalırdılar...Mənəvi müxalifət, yad düşüncəlilik kimi arzuolunmaz hallarözünü göstərən kimi dərhal lazımi tədbirlər görülür, repressiyacəzalandırmasistemi öz işini görür, belələri azadlıqdan daməhrum edilirdi, yaşamaq imkanlarından da, mənəvirahatlıqdan da.... “Sözəbaxan” Yazıçılar İttifaqı, partiyalıyaradıcılıq metodunun (sosialist realizminin) hazır ölçüləri,“sosial sifariş” sistemi, aforizm səviyyəli dəqiq şuarlar və s.belə amillər rejimin ədəbiyyat və yaradıcı ziyalılar üzərində tamqələbəsini şərtləndirirdi.Bununla belə, mənəvi azadlıq və söz qarşısında məsuliyyəthissinin yaşadığını da inkar etmək olmaz. Partiyanın rəsmitəbliğatınin, Stalin ideologiyasının tam hakim olduğumərhələnin digər qütbündə, elə həmin dünyada canlı, düşünən,hər şeyi anlayan insanlar da vardı. Cəmiyyətdə, ədəbiyyatdamənəvi həyat susmamışdı, itməmişdi.Stalinin vəfatından sonra (1953, mart) hakimiyyətə gələn“kollektiv” rəhbərlik mədəniyyət xadimlərinə münasibətdə yeniqarşılıqlı əlaqələr forması axtarmağa başladı, əvvəlki illərdəmümkün olmayan bəzi güzəştlərə getməyi və ab-havanınisbətən mülayimləşdirməyi qərara aldı. M.C.Bağırovun88

____________Milli Kitabxana____________həbsindən sonra Azərbaycanda rəhbərliyə gələn qüvvələr elminvə mədəniyyətin nümayəndələri idilər və onlar milli düşüncənininkişafını, milli mənəvi dəyərləri də diqqətdə saxlayırdılar(İmam Mustafayev Azərbaycan KP MK-nın birinci katibi,Mirzə İbrahimov Ali Sovetin Rəyasət Heyətinin sədriseçilmişdilər). Lakin hakimiyyət güzəştlərə və mülayimləşməyəgetsə də, partiya ideolojisində “prinsiplərdən geri çəkilməyi”bacarmırdı və istəmirdi. ÜİK(b) MK-nınPartiyanın 1954-1955-ci il sənədlərində “bədii ziyalılar arasında qeyri-sağlam əhvalruhiyyədən”,“ədəbi dairələrdə zərərli ideoloji ovqatdan” və s.danışılır, belələri haqqında partiya və inzibati cəzalandırmatədbirləri görülürdü ( bax: 144 ). 1956-cı ildən isə“mülayimləşmə” “soyuqlaşma” ilə əvəzlənirdi.Beləliklə, 1953-1957-ci illər özünəməxsus keçid dövrüoldu. Bu dövrdə keçmiş stalinizmin mədəni siyasətinindağılması və partiyanın yeni mədəni siyasətinin əsası olanprinsiplərin axtarılması ilə yanaşı, İttifaq miqyasında Stalinmədəni modelinin eroziyasını dayandırmaq səyləri də özünügöstərirdi.89

____________Milli Kitabxana____________1.5. Roman – bədii təfəkkürün böyük nailiyyəti1930-1950-ci illər Azərbaycan romanı haqqındatədqiqatımızın predmeti diqqəti ilk növbədə roman janrınınbədii təfəkkürdə və ədəbiyyatda yeri, rolu, təşəkkül və inkişaftarixi, poetik özəllikləri, tipoloji prinsipləri, taleyi ilə əlaqədarməsələlərin bir daha çözülməsinə yönəldir. Mövzumuz buxüsusiyyətlərin geniş araşdırılmasını tələb etməsə də, bəziməqamlara diqqət yetirilməsinə zərurət vardır.Dünya ədəbiyyatşünaslığında roman janrı haqqında çoxluelmi ədəbiyyat vardır. Azərbaycan ədəbiyyatşünasları romanjanrı ilə bağlı tədqiqatlarında, monaqrafiyalarında dünya ədəbifikrinin mülahizələrinə söykənmiş, xüsusilə romanın janrestetikasına dair həm tarixi, həm də çağdaş ədəbiyyatşünaslıqdaözünə yer alan müxtəlif elmi mövqelərə aydınlıq gətirməyəçalışmışlar. Araşdırmalar əsasən Hegelin, V.Belinskinin,U.Folknerin, D.Lixaçovun, R.Foksun, M. Baxtinin,V.Kojinovun, A.Veselovskinin, L.Timofeyevin və b.mülahizələri ətrafında aparılmışdır. Əlbəttə, romanı müxtəlifsəviyyədə və istiqamətdə tədqiq edən əsərlərin dolayı yolla olsada, tipoloji tədqiqat konsepsiyasının yaradılmasında oynadıqlarıtarixi rolu nəzərdən qaçırmaq olmaz. Lakin romanın inkişaf90

____________Milli Kitabxana____________tarixini struktur əsasda deyil, xronoloji baxımdan öyrənməkmeyli hələ də özünü göstərir.Janrın tarixi, poetikası, estetikası araşdırılarkən əvvəlcəbelə suala cavab axtarılmışdır: roman nədir? Əsasən XIXəsrdən etibarən bu suala cavab vermək üçün məşhurədəbiyyatşünaslar, filosoflar, yazıçı və psixoloqlar onlarcaformullar işləmişlər və bu gün də dəqiqləşdirmələr aparılır.Bəşəriyyətin bədii təfəkkürünün böyük nailiyyəti kimidəyərləndirilən roman haqqında tarixən aparılanümumiləşdirmələr və bu gün də davam edən elmi-nəzəri vəbədii-estetik araşdırmalar belə bir qənaətimizi möhkəmləndirir:roman bəşəriyyətin həyatında yalnız möhtəşəm bədii hadisədeyil, həm də mühüm ictimai-tarixi hadisədir. Digər ədəbijanrlardan fərqli olaraq, bəşəriyyət romanda özünü, özdünyasını və ötən zamanlarını daha ətraflı və canlı görür. Həmdə yalnız olmuşları və olanları deyil, onların mahiyyətini,məntiqini və mənasını görür, özünün düşüncələr aləmini vəpsixologiyasını görür. Görür və düşünür.Gəlin razılaşaq: tarixin ictimai-siyasi mərhələlərindəXVIII-XIX əsrlər Fransası Balzaksız, A.Dümasız, Hüqosuz,XVII, XIX əsr və XX əsr inqilab dövrü Rusiyası L.Tolstoysuz,M.Şoloxovsuz, A. Tolstoysuz, (“Hərb və sülh”, “Sakit Don”, “I91

____________Milli Kitabxana____________Pyotr”, “Əzablı yollarla”), XII əsr, XVIII əsr, XIX əsrin sonlarıvə XX əsrin əvvəlləri, XX əsrin 20-ci illəri AzərbaycanıM.S.Ordubadisiz, Y.V.Çəmənzəminlisiz, İ.Şıxlısız,F.Kərimzadəsiz (“Qılınc və qələm”, “Dumanlı Təbriz”, “İki odarasında”, “Dəli Kür”, “Qarlı aşırım”) yalnız tarixi faktlarla vəsənədlərlə necə mükəmməl və canlı görünə bilərdi?Diqqəti bir daha tarixən roman haqqında deyilən elmiədəbimülahizələrdən bəzi məqamlara yönəltmək istəyirik.Hesab edirik ki, bu, tədqiqatın məqsəd və vəzifələrinin elminəzərihəllində müəyyən rol oynaya bilər. Yeri gəlmişkən,Azərbaycan ədəbiyyatşünaslarının roman problemlərinintədqiqi sahəsində araşdırmalarında bu məsələ üzərindədayanmaları, əlbəttə, qiymətləndirilməlidir.Roman məfhumuna geniş mənada yanaşanədəbiyyatşünaslar onun köklərini qədim eposlarda, yunan vəRoma ədəbiyyatında, qədim Çin ədəbiyyatında, Firdovsinin“Şahnamə”sində, Nizaminin “Xəmsə”sindəki poemalarda və s.axtarırlar. Sonralar roman nəsr yaradıcılığının müstəqil janrıkimi F.Rablenin (“Qarqantua və Pantaqruel”), M.Servantesin(“Don Kixot”), XVIII əsrdə D.Defonun (“Robinzon Kruzo”),C.Sviftin (“Qulliverin səyahəti”) əsərləri ilə ortaya çıxır. XIXəsr isə artıq mükəmməl romançılıq əsri kimi tanınır. Bu92

____________Milli Kitabxana____________romanlarda həyat həqiqətləri, realizm güclü idi. Ədəbi fikirromanın inkişafını hər şeydən əvvəl, realizmin inkişafı iləəlaqələndirir və eyni zamanda romanın çiçəklənməsinin dərealizmin çiçəklənməsinə səbəb olduğunu təsdiq edir.Romanın üslub baxımından araşdırılması XIX əsrdənbaşlanılmışdır. XVII-XVIII əsrlərdə romana ayrıca, müstəqilpoetik janr kimi münasibət bəslənilməmiş və o, qarışıq ritorikjanr hesab edilmişdir. Yalnız XIX əsrin ortalarından başlayaraqromanın janr mənasında spesifik predmetimüəyyənləşdirilmişdir. XVIII əsrin sonlarından romandapsixologizm qüvvətlənmiş, epik, lirik və dramatik meyllərinqovuşması əlaməti – sintetiklik təmayülü özünü göstərmişdir vəbununla roman heç də özünün epik əsasından uzaqlaşmamışdır.XIX əsrdə xüsusilə V.Belinskinin və Hegelin roman janrıhaqqında mülahizələri romanın predmetinin estetika vəədəbiyyat nəzəriyyəsi tərəfindən dərkini sürətləndirmişdir.V.Q.Belinski göstərirdi ki, romanın meydana gəlməsinə,müvəffəqiyyət qazanmasına səbəb, zəmanənin ruhu və deməkolar ki, ümumdünya hadisələrinin cərəyanıdır, “ümumi tələbinnəticəsidir”. “Roman...insanlığın elə bir dövründə əmələgəlmişdir ki, bütün vətəndaşlıq, ictimai, ailə və ümumiyyətlə,insani münasibətlər son dərəcə mürəkkəb və dramatik bir hal93

____________Milli Kitabxana____________almış və həyat dərinlik və genişlik etibarilə son dərəcə çoxünsürlər halında yayılmışdır” (11, 52.). Böyük tənqidçi qeydedirdi ki, müasir roman qədim eposun təkrarı deyildir və buromanı heç də həmin epos doğurmamışdır, həyatın öz zəruritələbləri nəticəsində meydana gəlmişdir. Xalqın tarixindəpoeziyanın böyük rolunu qiymətləndirməklə yanaşı,V.Q.Belinski hesab edir ki, poeziya həyat həqiqətlərini bütündərinliyi və rəngarəngliyi ilə verə bilmir, “həyatın dibinə” qədərenmir, həyat bədii yolla tədqiq edilmir, xalq isə “özünü və özhəyatını görmək istəyir”. Həmin tələblərə roman layiqincəcavab verir. “İctimai həyatla əlaqədar alınan insanın poetikformasını vermək üçün romanın forması və şərtləri daha çoxəlverişlidir”, “romanın bu qədər böyük müvəffəqiyyətqazanmasının və hakim ədəbi formaya çevrilməsinin sirri dəbundan ibarətdir” (11, 46).Hegel romanı “burjua dövrünün eposu” adlandırmış, ortaəsrlər formasını şərti mənada roman hesab etmişdir. Hegel vəonun ardıcılları burjua cəmiyyəti şəraitində qəhrəmanlıqepopeyası yaratmağın mümkün olmadığını, ictimai məqsədlərihəll etməkdə yalnız romanın aparıcı janr olduğu fikrini irəlisürürdülər. İnkişafın tarixi mərhələsini janrların tipologiyasıbaxımından qiymətləndirən Hegel qeyd edirdi ki, janr94

____________Milli Kitabxana____________kateqoriyasında əsas məna epoxanın özünü ədəbi dərkmənasıdır. Hegel epopeya, satira və romanı “dünyanın müəyyəntarixi dövrünə uyğun gələn janrlar” kimi qiymətləndirir, janrı“dünyanın ümumi vəziyyətinin ona münasib təzahürü hesabedirdi” (Bax: 33, 18). Hegelin fikrincə, roman “prozaik nizamasalınmış gerçəklik” kimi poeziyanın itirilmiş hüququnu bərpaedən janrdır.Ədəbiyyatşünas R.Foks “Roman və xalq” əsərindəromanı yeni dövrün epik sənəti adlandırmışdır (163, 20).Romanda əsas problem insanla cəmiyyətin bir-birinəmünasibətidir, yəni cəmiyyət insan vasitəsilə, insan isəcəmiyyət vasitəsilə dərk olunur. Roman böyük xalq sənətidir vəbəşəriyyətin yeni ictimai təcrübəsinin nəticəsidir. Ona görə dəromandan söhbət gedəndə “burjua sənəti” istilahını “burjuadövrünün sənəti” kimi başa düşmək lazımdır. R.Foksa görə,yazıçı roman janrı vasitəsilə nəinki sadəcə həyatı əks etdirir,yeniliyi orijinal imkanlar və vasitələr daxilində göstərir, həm dəjanrın qanun və vəzifələrinə uyğun özü də dəyişir. Romanhadisələri özünün qeyri-məhdud həcmi ilə müxtəlif nöqteyinəzərdən,ayrı-ayrı tərəflərdən toplu şəkildə, incəliklərinə qədərgöstərmək imkanına malikdir və bu cəhət onun başqa incəsənətnövlərindən üstünlüyünü göstərir. Roman qəlbin, həyatın ən95

____________Milli Kitabxana____________gizli nöqtələrini aşkara çıxarır. Obyektiv varlıq və insanın daxilialəmi romanda üzvi surətdə birləşən əsas keyfiyyətlərdir.Roman yaradıcılığını fəlsəfi iş hesab edən R.Foks (163, 35)romanı bəşəriyyətin bədii təcrübəsində dünyanı dərk etməyinmükəmməl aləti kimi qiymətləndirirdi.Sənət növü kimi, məsələn, intibah dövrünün aparıcı, əsasjanrlarından prinsipial surətdə fərqlənən romanın estetikası XIXəsrdə püxtələşir və onun elmi şəkil alması üçün şərait yetişir.Rus ədəbiyyatşünası V.Kojinov “Romanın mənşəyi” əsərindəyazırdı ki, roman – əvvəla təhkiyədir, sonra – epopeyalıtəhkiyədir, nəhayət – nəsrlə təhkiyədir (140, 3). Romanözünəməxsus ədəbi janrdır – bu, bir çox bədii xüsusiyyətlərinkonkret birliyidir. Biz deyəndə ki, roman geniş epik əsərdir,nəsr üslubunda, adi danışıq dilində və nəsrin sərbəst ritmindəyazılan geniş süjetli təhkiyədir – biz məzmunu hətta birepoxanın çərçivəsində tükənməz rəngarəng ola bilən xüsusiformanı nəzərdə tuturuq (140, 5). V.Kojinov romanınözünəməxsus estetikasının kökündə ülvilik və zəruriliyin,gözəllik və eybəcərliyin, poeziya və nəsrin və sairintəhkiyəsinin hər bir ünsürü gizləndiyini qeyd edir. Bu ünsürləro qədər sıx calaşıb hörülmüşdür ki, onların hər hansı birini özcəhətinə ayırmaq, təcrid etmək və ya barmaqla göstərmək96

____________Milli Kitabxana____________mümkün deyildir. Onların hamısı vahid tam təşkil edir,müxtəlif keyfiyyətlərin təkraredilməz birliyinə çevrilir. Romanfaciə və satiranı ikinci plana sıxışdırır, lakin onu rədd etmir,ortadan çıxarmır (sənətin bu xəttləri də bir-birini rədd etmir,yanaşı inkişaf edir). – (140, 21). V.Kojinov yeni romanı ortaəsrlər romanından fərqlənirir. Orta əsrlərdə “roman” adlananəsərlərin yeni romandan ciddi fərqləri mübahisə doğura bilməz:həmin “romanlar” əfsanəvi və tarixi təhkiyələrin ifadəsidir.Rus ədəbiyyatşünası A.N.Veselovski növlərin nəzəriyyəsihaqqında mülahizələrində həmişə epos, lirika, dram, romanardıcıllığını gözləmiş və eposla romanın yaxınlığı ideyasındanimtina etmişdir. Onun fikrincə, sinkretizmdən ilk ayrılma lirikepikayrılma olub. Yəni forma ayrılması olub. Epik hissəhərəkətin əsası, lirik hissə isə gah yavaşıtma, gah sürətləndirməforması kimi ayrılıb. Veselovski öz konsepsiyasını sinkretizmvə epik, lirik, dramatik formaların ondan qopması üzərindəqurur.Sovet dövrünün rus ədəbiyyatşünasları vəşərqşünaslarından K.V.Vinoqradovun, V.A.Qordlevskinin,L.İ.Timofeyevin, D.S.Lixaçovun, M.M.Baxtinin,İ.Kraçkovskinin və başqalarının da roman nəzəriyyəsi ilə bağlı97

____________Milli Kitabxana____________mülahizələri tədqiqatçıların diqqətini cəlb etmiş, onlar bir çoxelmi qənaətlərində bu mülahizələrə söykənmişlər.L.İ.Timofeyev epos əhatəsində dörd növ (janr forması)görür:1) ilkin forma (təmsildə, nağılda); 2) kiçik epik forma(hekayə, novella, bəzən oçerk, nağıl); 3) orta epik forma(povest) və nəhayət, 4) böyük epik forma (roman, epopeya).Lakin hər bir janr forması Timofeyev tərəfindən ədəbiyyattarixində konkretləşən nəzəri abstraksiya kimi izah edilir: janrformaları “hər bir tarixi mərhələdə yaranır, lakin onların hərbirində struktur xüsusiyyətlərindən doğan öz konkretməzmununu alır”. Bundan sonra isə Timofeyev aşkar sosiolojitəzyiqlə davam edir: “Böyük epik forma antik epopeyada da,burjuaziya romanında da, sosialist romanında da vardır.Funksional əhəmiyyətləri və struktur xüsusiyyətləri iləözünəməxsus şəkildə əlaqələnərək, onlar hər vaxt və bütünlüklətarixidir, xüsusi və özünəməxsus tarixi şəraitdə yaranır, yalnızöz dövrünün məhsuludur”. (162, 165-167). Timofeyev“abstraksiyanın janr forması” və “konkret-tarixi janr forması”üçün ayrıca təyinat düşünmür və irəli sürmür.XX əsr Rusiya ədəbiyyatşünaslığında, deyərdik ki, dünyaədəbi fikrində M.M.Baxtinin roman nəzəriyyəsi ilə bağlı98

____________Milli Kitabxana____________mülahizələri də özünə geniş yer almışdır. Bir müddət Kustanayvilayətinə sürgün olunan M.M.Baxtin 1937-ci ilin payızındasürgündən qayıdır. Lakin ona paytaxtda yaşamağa icazəverilmir. M.Baxtin Tver vilayətində yaşamalı olur, bir çoxçətinliklərə baxmayaraq, yorulmadan elmi-tədqiqat işlərinidavam etdirir. Nəhayət, 1940-1941-ci illərdə onaL.İ.Timofeyevin işlədiyi Ümumdünya Ədəbiyyat İnstitutundaiki məruzə ilə çıxış etməyə icazə verilir.Məruzələrin ikisi də roman haqqında idi. “Вопросылитературы” jurnalı 2007-ci il 3-cü sayında həmin məruzələrləəlaqədar arxiv materiallarını ilk dəfə çap etmişdir (154).M.M.Baxtinin 1940-ci ilin 14 oktyabrında ÜmumdünyaƏdəbiyyat İnstitutunda oxuduğu məruzə belə adlanır:“Romanda söz (romanda üslubiyyət məsələlərinə dair)”.Müəllif belə bir müddəasını təsbit edir ki, janrların nəzəriyyəsivə tarixi (xüsusilə onların yarandığı və formalaşdığı dövrlərdə)dillərin və dil dünyagörüşlərinin taleləri ilə qırılmaz əlaqədə,onların mübarizəsi, qarşılıqlı əlaqəsi, çarpazlaşması ilə əlaqədə,ədəbi dillərin əvəzlənməsi, dillərin daxili parçalanması vəbirləşməsi (mərkəzdənqaçma və mərkəzləşmə) proseslərindəöyrənilməlidir. Roman çoxdilli düşüncə məhsuludur. Romandillərin, dialektlərin, ədəbi və qeyri-ədəbi dillərin dairəsində99

____________Milli Kitabxana____________yaranır. Roman dili – dillər və üslublar sistemidir, bədiicəhətdən təşkil olunmuş “dillər-dünyagörüşlər dialoqudur”. Dil(dialekt, janr, dünyagörüşü dili, nəsillərin dili və s.) romanqəhrəmanının obrazı ilə qırılmaz bağlı olan bədii obrazaçevrilir. Romanda dillərin dialoqu ritorik diskussiya deyildir,dillərin bədii obrazlar sistemidir və s.Qeyd edək ki, “Вопросы литературы и эстетики”toplusunda M.Baxtinin “Romanda söz” adlı tədqiqatının mətniverilsə də, son arxiv materialları ilə həmin mətn arasında ciddifərqlər vardır. M.Baxtinin “Romanda söz” adlı iki tədqiqat işiolmuşdur. Birincisi sürgündə olarkən – 1934-1936-cı illərdəyazdığı kitabdır. Ikincisi isə 1940-ci ildə etdiyi məruzədir.Kitab 70-ci illərdə qeyd etdiyimiz “Вопросы литературы иэстетики” toplusunda verilmişdir. Məruzə isə çapolunmamışdı.1941-ci il martın 24-də M.M.Baxtinin ÜmumdünyaƏdəbiyyat İnstitutunda oxunan “Roman ədəbi janr kimi”məruzəsi də çap olunmamışdı. Sonralar onun tezisləri əsasında“Epos və roman” adlı məqaləsi çapdan çıxmışdır. Həminməqalədə romanı yeganə inkişafda olan və hələ tam qəlibədüşməmiş janr hesab edən M.Baxtin yazırdı: “Bütün janrlarıniçərisində təkcə roman yazıdan və kitabdan cavandır və təkcə o,100

____________Milli Kitabxana____________qavrayış obyekti olmağa, yəni oxumağa meyllidir”. (125, 393).L.İ.Timofeyevin iştirakı ilə keçirilən diskussiyada roman janrıilə bağlı maraqlı çıxışlar olmuşdur və M.Baxtinin həminçıxışlara münasibəti də diqqətçəkəndir.M.M.Baxtinin “Roman ədəbi janr kimi” məruzəsinintezislərindən (154) :1. Romanın janr kimi nəzəriyyəsinin çətinliyi, onunişlənməsinin qeyri-kafi vəziyyəti onunla izah edilir ki, romanAvropa ədəbiyyatında yeganə hələ hazır olmayan, təşəkkültapmayan janrdır. Romanın janr şablonu hələ təşəkkületməmişdir, onun janr sümüyü hələ bərkiməyib və digərjanrlarla nisbətdə fərqli, müqayisəolunmaz plastikliyinisaxlayır. Odur ki, təşəkkül tapan janr kimi roman nəzəriyyəsidigər, hazır janrların nəzəriyyəsindən fərqli olaraq, xüsusi təhlilmetodları tələb edir.2. Roman təşəkküldə olan bir janr kimi, yeni dövrün ədəbiinkişafının önündə gedir və digər bütün janrlarla müqayisədətənqidi janrdır. O, digər janrların genişlənməsinə (xüsusiləXVIII əsrin ikinci yarısından) güclü təsir göstərir, onlarıngerçəkliyə münasibətinin dəyişməsinə və özlərinə, hazırjanrlara xas olan şərtiliyi, süniliyi, dil durğunluğunu və s.aradan qaldırmağa kömək edir. XIX əsr üçün ədəbiyyatın,101

____________Milli Kitabxana____________demək olar, bütün janrlarında (yalnız poema və dramlar yox,lirikada da) “romanlaşma” prosesi xarakterik olmuşdur.Yarandığı vaxtdan romanın digər janrlarla qarşılıqlı münasibəti,yanaşı mövcudluğu sakit və qapalı olmamışdır. Bu digərjanrlarda da özünü göstərmişdir.3. Roman, təşəkkül tapan və maksimal səviyyədə plastikjanr kimi, ədəbiyyatda realist tendensiyaların daha ardıcıl vəqəti ifadəçisi olmuşdur. Böyük janrlar arasında roman ilk dəfəolaraq, müasir gerçəkliyi ciddi təsvir predmetinə çevirmişdir.4. Roman, təşəkkül edən janr kimi, ədəbiyyatda insanobrazının əsaslı yeniləşməsini də müəyyən etmişdir. Romanşəraitində digər janrlar (xüsusilə epos və faciələr) üçünxarakterik olan insanın taledən və vəziyyətdən asılılığı aradanqaldırılır. Bu da insanın bütün obrazının yeniləşməsinə, buobrazın sərhədlərinə qədər dəyişməsinə və onun gerçəklikləqarşılıqlı əlaqəsinə gətirib çıxarır...İnsanın subyektivliyiobyektiv təsvirin predmetinə çevrilir. Roman, nəhayət ki,inkişaf edən insan obrazına (təşəkkül edən fəaliyyətinmürəkkəb və ziddiyyətli şəraitində) yüksəlir.Təşəkkül edən janr kimi romanın bütün – kompozisiya,sujet, üslubi xüsusiyyətləri tam plastikliyi ilə xarakterizə edilirvə buna möhkəm janr əlamətləri kimi deyil, bütün ədəbiyyatın102

____________Milli Kitabxana____________daha ümumi və dərin inkişaf tendensiyasını anlamağa yönələnjanr təşəkkülünün tendensiyası kimi baxılmalıdır. Romannəzəriyyəsinin işlənməsinin müstəsna əhəmiyyəti bununlamüəyyən edilir.Diskussiya zamanı M.Baxtinin söylədiyi digər fikirlər dəmaraq doğurur. Məsələn: “Mən hesab edirəm ki, roman onunlada maraqlıdır ki, bu janrla ədəbiyyatın taleyini təxmin etməkolar”; “Roman nəql edilən dramdır” və s.M.M.Baxtin F.Dostoyevskinin yaradıcılığı əsasında dialojiroman nəzəriyyəsini də irəli sürmüş, dialoji romandan “yenibədii təfəkkür növü” kimi danışmış, bunu polifonik romanınelmi şəkildə izahını vermişdir.M.M.Baxtin F.Dostoyevskinin yaradıcılığı əsasında dialojiroman nəzəriyyəsini də irəli sürmüş, dialoji romandan “yenibədii təfəkkür növü” kimi danışmış, bunu polifonik təfəkküradlandırmışdır. Baxtin polifonik romanın elmi izahınıvermişdir.LENİNQRAD MÜŞAVİRƏSİ. Romanın taleyi vəperspektivləri, janrın həm tipoloji və poetik özəllikləri, həm dədünya ədəbiyyatında yeri və müasir ədəbi zövqlərə davamlılığıməsələləri ədəbi fikir prosesinin həmişə mövzu dairəsindəolmuşdur və olaraq qalır. Bu baxımdan ötən əsrin ikinci103

____________Milli Kitabxana____________yarısında – 1963-cü ilin avqustunda Leninqradda keçirilənAvropa yazıçılarının görüşünü də xatırlamaq olar (Bax: 158).Romanın problemlərinə həsr olunmuş Leninqradmüşavirəsində 83 ölkənin yazıçısı iştirak etmişdir. 50-dən çoxçıxış dinlənilmişdir. Çıxışlarda əsasən müasir romanınestetikası, bir ədəbi janr kimi taleyi, forma və məzmun,yazıçının vətəndaşlıq vəzifəsi və cəmiyyət qarşısındakıməsuliyyəti və s. məsələlərə toxunulmuşdur.Müşavirədə təbii ki, iki estetik konsepsiya – həmin dövrünsosializm realizmi ilə modernizmin estetik konsepsiyaları birdaha toqquşmuşdur. Sosrealistlər heç cür razılaşmaqistəmirdilər ki, Qərb estetikləri və tənqidçiləri modernizmimüasir dünya ədəbiyyatının “zirvəsi” adlandırırlar. Hesabedirdilər ki, modernizmin, o cümlədən modernist romanın(neoromanın) fəlsəfi əsası ekzistensializmdir və ekzistensializmdə əslində subyektiv idealizmin bir qoludur.Modernistlər Prustu, Coysu və Kafkanı özlərinin mənəviataları hesab edirlər. Bu gün artıq keçmiş sosialist realizmiməkanında da onların böyük sənətkar olduğu təsdiq edilmişdir.Milliyyətcə yəhudi olan Kafka bir yazıçı kimi həqiqətaxtarmışdır, həm də namusla axtarmışdır. Düzdür, Kafkadaümidsizlik də var, bədbinlik də, lakin bu heç də həyat eşqinin,104

____________Milli Kitabxana____________sevincin ona yad olması haqqında sovet ədəbiyyatşünaslığındavaxtilə özünə yer alan iddialara əsas vermir.Modernistlər deyirdilər ki, realist roman (o cümlədənsosrealizm metodu əsasında yazılan roman) burjuaziyanıntələbi nəticəsində meydana çıxdığı üçün, həmin romanı müdafiəetmək elə burjua mövqeyində durmaq deməkdir. Sosialistrealizmi təmsilçiləri isə M.Qorkiyə istinad edirdilər: M.Qorkitənqidi realizmi zənginləşdirmişdir, ona yeni istiqamətvermişdir. Sosializm realizmi tənqidi realizmin ən qabaqcılənənələri əsasında yaranıb və realizmin yeni, yüksək mərhələsihesab edilir.Leninqrad müşavirəsində “yeni roman”ın nümayəndələrivə tərəfdarları Jan-Pol Sartr, Alen Rob-Qriye, Natali Sarrot,Bernar Penqo (Fransa), Hans Verner Rixter (AFR), QvidoPovene (İtaliya) və başqaları deyirdilər ki, əgər XIX əsrdəromanın əsasən bir növü – realist roman hakim mövqetuturdusa, gələcəkdə yalnız bir növü - “Yeni roman” hakimolacaqdır. Q.Povene: “Ənənəvi romanları (realist romanları)yazmaq daha çətin, oxumaq daha lazımsız olmuşdur”.Natali Sarrotun fikrincə, yazıçı üçün iki cür varlıqmövcuddur: 1.Görünən varlıq. Ətrafındakı insanları, onlarınnecə yaşamalarını, necə hərəkət etmələrini görürsən. Bunları105

____________Milli Kitabxana____________hamı görür. Buna görə də həmin varlıq romanın substansiyasıola bilməz; 2.Görünməyən varlıq. Bu varlıq görünən reallıqdantamamilə fərqlənir. Yazıçı da məhz həmin varlığa müraciətetməlidir. N.Sarrot: İctimai konfliktlərdən, ictimaimübarizədən, cəmiyyət qanunlarından azad olan yazıçının tənha“mən”i romanda istədiyi çalarları yarada bilər və öz-özünə sualverər: “haqlıyammı?”Bernar Penqonun çıxışından: “Yazıçı yaratmalıdır, lakingöstəriş verməməlidir, izah etməməlidir, təsəlli verməməlidir.Əksinə, onun rolu fikirləri ayıltmaqdan, təəccüb doğurmaqdan,gözlənilməz ideyaları açmaqdan... ibarət olmalıdır”.Natali Sarrot romanda hər şeyi atmağı və yalnızpsixologiyanı, psixoloji vəziyyətləri saxlamağı təklif edirdi.Sosrealistlər isə deyirdilər ki, beləliklə xarakter tamamiləmücərrədləşmiş olar.Rob-Qriye isə psixologiyanı da atmağı, yalnız əşyanı əsasgötürməyi lazım bilirdi.“Yeni romançı”lar tələb edirdilər ki, roman siyasətdənuzaq olmalıdır... Yaradıcılıqda siyasətçi kimi çıxış etməkdüzgün deyildir. Ədəbiyyat siyasi məqsədə xidmətetməməlidir...106

____________Milli Kitabxana____________Həmin dövrdə – 1963-cü ilin avqust-dekabr aylarında“Ədəbiyyat və incəsənət” qəzetinin “Azərbaycan romanınınyaradıcılıq problemləri” mövzusunda keçirdiyi müzakirədəAzərbaycan ədəbiyyatşünasları və yazıçıları fəal iştirak etdilərvə bu məsələ haqqında öz fikirlərini bildirdilər. Həminmüzakirələrdə Azərbaycan romanının tarixinə dair ikimünasibət özünü göstərirdi: 1. Azərbaycan romanı “Aldanmışkəvakib”dən başlanır; 2. Azərbaycan romanı sovet dövründəyaranmışdır. Məmməd Arif bir daha yazırdı ki, “Azərbaycandainqilabdan əvvəl sözün əsl mənasında həqiqi roman olmayıb” (25).Həmin müzakirələrdə gənc tənqidçi Yaşar Qarayevinmülahizələri də diqqəti cəlb edirdi: Y. Qarayev yazırdı:“Roman heç vaxt kiçik həyat lövhəsi ilə kifayətlənmir, ayrılıqdaildırımı, göy gurultusunu təsvir etmir, romanın məqsədi –fırtınanın özünü təsvir etməkdir... Müasir roman ya epik, ya dalirik ünsürlərin üstünlük təşkil etdiyi roman ola bilər, lakin həriki halda o, həm də fikir romanı olmalıdır” (25).MODERNİZM VƏ POSTMODERNİZM. Sosialistrealizmi ilə modernizmin qarşıdurması daha yoxdur. Ona görəki, sosialist realizmi metodu artıq yoxdur. M.Qorkinin “Ana”107

____________Milli Kitabxana____________romanında təzahür edən, otuzuncu illərin əvvəllərində İ.Staliningöstərişi ilə sovet ədəbiyyatının marksist nəzəri konsepsiyasıkimi qəbul edilən sosialist realizmi demək olar ki, elə Stalininölümü ilə də öldü. Yəni əllinci illərin axırlarından ta ki sovetquruluşu çökənə qədər – səksəninci illərin sonuna qədər olanmüddətdə sosialist realizminin yalnız adı qalmışdı vəədəbiyyatşünaslıqda sanki bir inersiya ilə yaşayırdı, tələblərindəvə ölçülərində qeyri-müəyyənlik özünü göstərirdi və bədiiyaradıcılıqda modernizmlə, hətta bəlkə postmodernizmlə olansərhədlərin dağılması fərqində belə deyildi. Açıq-aşkaryazılmasa da, ədəbi düşüncədə belə fikirlər formalaşırdı ki,R.Rzanın 60-cı illərdən başlanan yaradıcılığı, “Dəli Kür”(İ.Şıxlı), “Qarlı aşırım” (F.Kərimzadə) “Beşmərtəbəli evinaltıncı mərtəbəsi” (Anar) romanları, B.Vahabzadə, M.Araz,X.Rza poeziyası, S.Əhmədov, Ə.Əylisli, Y.Səmədoğlu, Elçin,İ.Məlikzadə nəsri, altmış-yetmişinci illərdə ədəbiyyata gələngənc nəslin digər nümayəndələrinin yaradıcılığı sosialistrealizminin fövqündədir. Həmin ədəbi nümunələrdə təkcəekzistensializm və psixologizmi deyil, modernizmin digərelementlərini də axtarıb göstərmək olar. Xatırladaq ki, özünüümumən hər hansı bir insan kimi bütöv şəxsiyyət sayanmodernist sənətkar, yaradıcı olaraq elə şeylərə cəhd edir ki,108

____________Milli Kitabxana____________seçdiyi üslubun təkrarsızlıq və yeganəliyini göstərə bilsin.Modernist roman bəzən tarixi və psixoloji realizm səviyyəsinədə qalxa bilər. Modernist sənətkar hər yerdə vəhdət axtarır.Modernist sənətkar dərinlik axtarışlarına cəlb olunur.Modernizm böyük bir məqsədə – sənətkar və əsərin vəhdətinəcan atır, həqiqət axtarır, sənətkarın missiyasını çox ciddi qəbuledir, buna görə sənətin avtonomiyasına israr edir. Modernizmbədii əsərin daxili vəhdəti və bütövlüyünün mövcudluğunutələb edir, onun hissələrinin bir-biri ilə birləşərək vahid bir tamıyaratmasına böyük diqqət verirdi. Onlar sənətə zamanınfövqündə duran bir şey kimi baxır və sənət əsərinin daimidəyərlərini yüksək qiymətləndirirdilər. Müvafiq olaraq,modernist tənqid sənət əsərini istisnasız olaraq daxili strukturmövqeyindən çözürdü.Sənətin vahid bir orqanizm olması fikri təkcə ənənəviestetikada yox, modernizmdə də hökm sürürdü. Belə hesabolunurdu ki, yeni sənət uzun inkişaf tarixi boyu əldə olunanlarınbirbaşa varisi, inkişafı və davamıdır. Hər konkret janrın inkişafıöz başlanğıcını tarix boyu mövcud olan ənənələrdən götürür vəəvvəlki nailiyyətlərlə qırılmaz surətdə bağlı olur...Tədqiqatımızın predmeti olmadığı üçün altmışıncı illərdənbaşlayan Azərbaycan ədəbiyyatında modernizmi axtarmaq və109

____________Milli Kitabxana____________təhlil etmək fikrində deyilik. Lakin 1930-1950-ci illərədəbiyyatında da sosialist realizmi ilə səsləşməyən məqamlarınolduğunun fərqində varıq. Metodun təşəkkülə başladığı dövrünbir sıra bədii nümunələrinin və yazıçılarının bu çevrəyəsalınması cəhdləri isə tamamilə anlaşılmazdır. M.Qorkinin“Ana” romanından sonra yazdığı “Foma Qordeyev”,“Artomonovların işi”, “Klim Samginin həyatı”, M.Şoloxovun“Sakit Don”, A.Tolstoyun “Əzablı yollarla” romanlarının,Azərbaycan ədəbiyyatında 20-30-cu illərC.Məmmədquluzadəsinin, H.Cavidin, Y.V.Çəmənzəminlisininsosializm reazlizminə nə aidiyyatı var?Sosialist realizmi XX əsrdə qapalı, totalitar cəmiyyətsənətinin yaradıcılıq metodu olaraq ortaya çıxmışdı.Modernizm və postmodernizm isə açıq cəmiyyət sənətininüslublarıdır.Ötən əsrin ortalarından etibarən meydana çıxanpostmodernizm modernizmin həm davamı, həm də inkarınıgöstərən bədii cərəyan hesab olunur. Açıq cəmiyyət ədəbiyyatıkimi, postmodernizmin çoxlu fərqli xüsusiyyətləri içərisindəplüralizm diqqəti cəlb edir. Yalnız postmodernizm ən yüksəksəviyyəli və öz-özlüyündə az qala məqsədə çevrilmiş birplüralizm nümunəsi göstərir. Plüralizm fərqli bədii metodların110

____________Milli Kitabxana____________birgə mövcudluğunu tələb edir. O, realizmi də istisna etmir,amma realizm deyərkən XIX əsrin tənqidi realzimindən dahaçox, bədii yaradıcılığın xalis zahiri realist manerasını nəzərdətutur. Postmodernist sənət vahid üslub yox, müxtəlif üslublarınqarışığı kimi meydana çıxır. Plüralist cəmiyyətdə (çağdaşcəmiyyət məhz belədir) üslubi çoxluqlar yanaşı mövcudolmalıdır. Onlar bərabərdir, biri digərindən üstün deyil. Üslubirəngarənglik həm də tarixin dərkinə öz möhürünü vurur.Postmodernist sənət əsərinin uğuru çox vaxt sənətkarın cəsarəti,daha dəqiq desək, qabalığı ilə, onun publikanı sadəcətəəccübləndirmək yox, həm də şoka salması ilə müəyyənləşir.Performans sənətinin inkişafı postmodernizmin ən parlaqxüsusiyyətlərindəndir.Postmodernizm bir çox məsələlərdə modernizmdən fərqli,ona zidd olan yeni üslubun meydana çıxmasının göstəricisidir.Amma postmodernizmin sənətdəki tarixi qısa olduğu üçün onunperspektivləri haqqında müəyyən bir qənaəti irəli sürməkolmaz.Bu cərəyanların özəlliklərinə müraciət etməklə, belə birfikri təsbit edirik ki, paralel, amma prinsipcə fərqlisivilizasiyalarda sənət tamamilə müxtəlif üslublarda inkişaf edəbilər. Belə ki, XX əsrdə sosializm realizmi ilə yanaşı mövcud111

____________Milli Kitabxana____________olan, amma ona qətiyyən bənzəməyən bədii üslublar –modernizm və postmodernizm də mövcud idi. Sosialistrealizminin mahiyyətini şərtləndirən ideya haqqındadanışmışıq: sənət sosialist dövlətinin xidmətçisi, hakimiyyətuğrunda mübarizədə yeganə hakim partiyanın və onun başçılıqetdiyi dövlətin güclü təbliğat alətidir.Sosialist realizmi, onunla demək olar, eyni vaxtdameydana çıxan digər bir üslub – alman milli - sosialistcəmiyyəti üçün səciyyəvi olan üslubla da müqayisə olunur. Buda qapalı cəmiyyətə xas olan bir üslub idi və ömrü on ilə qədərsürmüşdü. “Rus kommunizmi və alman milli-sosializmininəsasında duran ideoloji konsepsiyalar müxtəlif, bəzən həttatamam zidd görünürdü. Bu, özünü istər avanqard sənətə (vəbütünlükdə modernizmə) qarşı çıxmaq, istərsə də yeni cəmiyyətvə onun məqsədlərinə uyğun yeni sənətin dəstəklənməsindəbüruzə verirdi. Amma bununla yanaşı istər kommunist, istərsədə milli-sosialistlər üçün avanqard qəbul olunmaz idi”. (81,187).1.6. Vahid ümumsovet məkanında və vahid siyasi-ideolojiprinsiplər daxilində Azərbaycan romanı112

____________Milli Kitabxana____________Əlbəttə, belə bir reallığı inkar edə bilmərik ki, XX əsrinyetmiş ili ərzində Azərbaycan ədəbiyyatı ümumsovetədəbiyyatının bir qolu hesab edilmiş, vahid ümumsovetməkanının və vahid siyasi-ideoloji prinsiplərin mövcudluğudaxilində yaşamışdır.Ümumsovet ədəbiyyatını birləşdirən bir çox ümumicəhətlər Azərbaycan ədəbiyyatında da öz əksini tapmışdı.Bununla belə, həmin dövrdə SSRİ-nin digər milli ədəbiyyatlarıkimi, Azərbaycan ədəbiyyatı da özünəməxsus yol keçmişdir.Ən ziddiyyətli mərhələdə – 1920-1950-ci illərdə ədəbiyyatımız,o cümlədən Azərbaycan romanı sovet ideologiyasına, sosializmrealizminə “sədaqəti”ni göstərsə də, milli bədii ənənələrin, milliözünəməxsusluğun qorunub saxlanması və davam etdirilməsimissiyasını da yaşatmışdır.Sovet 70 ilində Azərbaycan ədəbiyyatının ən mühümhadisəsi, şübhəsiz otuzuncu illərdə müasir romanınyaranmasıdır. Yeni Azərbaycan romanının yaranması təcrübəliyazıçılar M.S.Ordubadi, Y.V.Çəmənzəminli, Abdulla Şaiq iləyanaşı gənc romançılar Mehdi Hüseynin, SüleymanRəhimovun, Əbülhəsənin, Mir Cəlalın, Əli Vəliyevin, həmçinin40-cı illərdən Mirzə İbrahimovun, Sabit Rəhmanın vədigərlərinin adları ilə bağlıdır. Onlar ölkədə, ictimai-siyasi113

____________Milli Kitabxana____________gerçəklikdə baş verən hadisələri təbii qəbul edirdilər vəkommunist ideallarına inanırdılar. Həmin yazıçılar Azərbaycanədəbiyyatında yeni epik romanın əsasını qoydular. Bir çoxromanları geniş epik lövhələr, şaxəli təsvirlər səciyyələndirir.Düzdür, onlar dövrün ictimai-siyasi təsirlərinin, ədəbisxemlərinin dairəsində yazıb-yaratmışlar. Sovet hakimiyyətiuğrunda mübarizə, vətəndaş müharibəsi, gənc sovethakimiyyətinin iyirmi-otuzuncu illərdəki fəaliyyəti,kollektivləşmə, daha sonra ikinci dünya müharibəsi, xalqtəsərrüfatının bərpası, dinc quruculuq işləri və s. mövzularAzərbaycan nasirlərinin əsərlərində milli gerçəkliyin və tarixinhadisələri, faktları ilə müşayiət olunmuşdur. Qeyd etdiyimizkimi, həmin dövrdə bütün ümumsovet ədəbiyyatı kimiAzərbaycan nəsri də vahid ölçü – normativ sosialist realizmiölçüləri ətrafında birləşirdi. Bu əsərlərdə psixoloji təhlillazımınca olmamış, obrazların daxili aləmi zəifişıqlandırılmışdır. Əsas diqqət obrazların hərəkət vəfəaliyyətinə, xüsusilə inqilab işinə yönəlmişdir.Bununla belə, təkrar edirik, həmin romanların yaranmasıAzərbaycan ədəbiyyatının mühüm hadisəsi idi. Ədəbiyyatşünasalim Yaşar Qarayevin yazdığı kimi, otuzuncu illərinəvvəllərində ön ədəbi xəttə daha çox nəsrin iri janrları çıxdı.114

____________Milli Kitabxana____________Bilavasitə müasirliyin, dağılıb yenidən doğulan sosialgerçəkliyin ən geniş, epik vüsətli təsvirinə və təhlilinəsəmtlənən iri nəsr formaları şeirin də, dramaturgiyanın dauğurlarını üstələyir. Novella da, povest də yaranır, ammasilkələnən, hərəkətə gələn nəsrin əsas ağırlığını öz çiynindəroman daşıyır. Əlbəttə, hakim ideoloji tendensiyadan burada dadanışmaq olar. Amma bu da bir fakt və həqiqətdir ki, məhz buzaman Azərbaycanda o vaxtkı Şərq və dünya romanmədəniyyətinin ənənəsi formalaşır. Otuzuncu illərin böyüknəsrini və romanını yaradanlar, sosialist realizmi kodeksidairəsində fəaliyyət göstərsələr də, “bu sinfi”, “ideyalı”,“tendensiyalı” bədii əxlaqı və fəlsəfəni, “sosialist realizmi”kodeksini indi artıq yenidən əhya və bərpa olunan əzəli - əbədi,ümumibəşəri dəyər və meyar mövqeyindən təftiş, inkar və rəddetmək, əlbəttə doğru olmazdı. “Onlar heç də, “yuxarıdan” gələnrəsmi diktənin, “ictimai sifariş”in kor və lal icraçıları vəifaçıları deyildilər. Bəlkə, əksinə, epoxa barədə həqiqəti,təfsilatı, hesabatı olduğu kimi, özlərinin duya və dərk edəbildikləri kimi görməyə, göstərməyə və bizə çatdırmağa cəhdedən istedadlar və ideoloqlar idilər. Hər halda onların birlikdəqoyub - getdiyi bədi irs “o dövrün nəsri o dövrü necə təsəvvür115

____________Milli Kitabxana____________və təsvir edir?” – sualına tam, aydın və dəqiq cavab verir” (59,492).Bu yazıçılar yaşadıqları cəmiyyətdən, siyasi quruluşundanazad deyildilər. Özlərini həmin cəmiyyətin, həmin quruluşunyetirmələri hesab edirdilər (təbii ki, söhbət sovet dövründəyetişən və formalaşan yazıçılardan gedir). “İnsan qəlbininmühəndisləri”, yeni dünyanın “ədəbi qurucuları” adlanmalarıilə fəxr edirdilər, öz yaradıcılıqları və fəaliyyətləri ilə butəyinatları doğrultmağa çalışırdılar. Sevimli janrlarından vəüslublarından, estetik və sosial dəyərlərindən, şəxsi və ictimaisimpatiyalarından asılı olmayaraq, onları yetirən və yeyəntotalitar sistemin könüllü, yaxud məcburi “təkərcikləri” və“vintcikləri”inə çevrilmişdilər və “icazəli” sovet ədəbiyyatınıtəmsil edirdilər. Lakin demək olmaz ki, bu “yeganə icazəli”,rəsmi ədəbiyyat həqiqətlərdən uzaq olmuşdur və yalnızpartiyanın, rejimin digər qurumlarının məxfi dəftərxanalarında,kabinetlərində məmurlar tərəfindən işlənib hazırlanantəlimatları əks etdirmişdir. Yox. Ən qatı (ideologiyabaxımından) sovet, o cümlədən Azərbaycan ədəbiyyatınümunələrində də biz canlı həyatın nəfəsini, gərgin, sıxıntılıdüşüncənin döyüntülərini hiss edə bilərik, real həyatınproblemləri və konfliktləri, insan xarakterlərini görərik (əlbəttə,116

____________Milli Kitabxana____________əgər onu sənətçi yox sənətkar, məmur təbiətli yazıçı yox,mütəfəkkür səviyyəli yazıçı yaradıbsa).Tanınan və qəbul edilən yazıçılar arasında qaydaları“pozanlar”, bəzən hakimiyyətlə razılaşmayanlar, “cızıqdançıxanlar” da olurdu, anlaşılmazlıqlar da, bir-birləri iləmünasibətlərdə kəskinliklər və dramatiklik də, ayrı - ayrıyazıçıların yüksəlişləri və enişləri də, uğurları və yaradıcılıqməğlubiyyətləri də özünü göstərirdi. Xaltura da, yaltaqcasınayarınmaq da, ucuz konyunktura da vardı. Lakin, “sosialsifariş”lə yazılsa belə, bədii cəhətdən səviyyəli əsərlər də vardı.İndi belə bir fikir etiraz doğurmur ki, “icazəli” sovetədəbiyyatı, xüsusilə onun 1920 - 1950-ci illər dövrü nə qədəryekrəng, ideoloji cəhətdən hamarlaşmış görünsə də, onsuz bugün sovet epoxasını, həmin dövr insanlarının düşüncə tərzini,kommunist ideallarına inanan və onları həyata keçirməyə canatan sənətkarların ədəbiyyatda və sovet epoxasında yerini vərolunu başa düşə bilmərik. Ədəbiyyatda və incəsənətdə qadağanolunmuş, yaxud qeyri - bədii mövzular yoxdur (əgər bu işə əslsənətkarlar girişirsə). Məsələ başqa şeydədir: müəllif nəyinnaminə bu mövzuya müraciət edib – nə isə özünü narahat edənməsələni, yaxud qeyri-adini ifadə etmək, onu fərdi yaradıcılığın117

____________Milli Kitabxana____________başlanğıc materialına çevirmək üçünmü? Yaxud hakimiyyətəxidmət göstərmək, “saray aşığı”, mədhiyyətçi olmaq üçünmü?Axı rejim, onun mənafeyini qoruyan sənət adamlarındantəşkilati və maddi “qayğısını” əsirgəmirdi: yazıçıtəşkilatlarında, nəşriyyatlarda, ədəbi jurnal və qəzetlərdəvəzifələr, mənzil və bağ evi təminatı, xidməti və şəxsiavtomaşınlar, yüksək qonorarlar, dövlət mükafatları, yaradıcılıqevləri və sanatoriyalara putyovkalar, müxtəlif yardımlar,“dünyanın ən öncül ədəbiyyatı”nın nümayəndəsi kimi xariciölkələrə ezamiyyətlər, fəxri adlar və s. və i.a.Bunlar öz yerində. Lakin həmin dövr sənətkarlarını yalnızbu amillər dairəsində görə və qiymətləndirə bilmərik. Bütünbunların fövqündə dayanan bir amil də vardı: istedad.Məhz istedadlar – gənc olmalarına baxmayaraq (25-35yaşlarında) Mehdi Hüseyn, Süleyman Rəhimov, Mir Cəlal,Əbülhəsən, Əli Vəliyev, M.İbrahimov M.S.Ordubadi vəY.V.Çəmənzəminli ilə birlikdə yeni Azərbaycan romanınıyaratmaq kimi tarixi vəzifəni üzərlərinə götürdülər və sovetdövrü Azərbaycan ədəbiyyatını C.Cabbarlı, S.Vurğun, R.Rza,M.Müşfiq, S.Rüstəm ilə birlikdə zamanın ziddiyyətləri vəburulğanları içindən keçirib yeni nəslə yetirdilər.118

____________Milli Kitabxana____________1.6.1. İNAM FAKTORU. Bəs bu istedadlar niyə hakimideolologiyaya, sosialist realizmi konsepsiyasına xidmətedirlər? Əlbəttə, burada inam faktorunu heç cür istisna etməkolmaz.Müstəqilliyi əldə edəndən sonra əvvəlki yetmiş ilin bədiiirsinə, ədəbi - bədii fikrinə, estetik dəyərlərinə münasibətbirmənalı olmamışdır. Onların bir qismi qəbul edilsə də, böyükbir qismi inkar olunur, halbuki bu təstiqin də, inkarın da özümübahisəli olaraq qalır. Həmin münasibət də bir neçəistiqamətdə özünü göstərir: ədəbi - bədii məhsulun bədii -estetik dəyərləri, onun söykəndiyi ədəbi cərəyanlar və prinsiplərvə onların məqsədəmüvafiqliyi, bədii əsəri şərtləndirən və ondatəlqin olunan ictimai - siyasi motivlər...Əvvəlki yetmiş ilin istər inkar, istərsə də təsdiq olunanbədii sənət nümunələrinə münasibət son iyirmi ildə oturaqlıolmamışdır. Yəni ictimai - siyasi proseslərin inkişafı, bir siyasiformasiyadan digərinə keçid dövrünün hələ başa çatmaması vəyeni siyasi şəraitin hələ konkret isitqamətlərinin və ideya -mənəvi məzmunun olmaması özünü həmin dövrün (əvvəlkiyetmiş ilin) bədii irsinə münasibətdə də göstərir. Bunu xüsusilə1920-1980-ci illər bədii irsinin nümunələrinin ictimai - siyasimotivlərinə münasibətdə görürük.119

____________Milli Kitabxana____________Məsələn, Səməd Vurğunun “Komsomol poeması”haqqında danışanda yəqin vurğulanır ki, əsər Sovethakimyyətinin möhkəmləndirilməsi uğrunda mübarizədən, buişdə komsomolçu gənclərin fədakarlığından bəhs edir. Əlbəttə,dövlət müstəqilliyini əldə edəndən sonra məsələyə ideolojibaxımdan yanaşsaq, dərhal poemanı inkar etməli, onun ideya -siyasi mündəricəsinin milli müstəqillik uğrunda xalqımızınmücadiləsinin mənası və məqsədi ilə səsləşmədiyini, millimüstəqilliyimizi məhz həmin Sovet hökümətindən, həminpartiyadan və komsomoldan vuruşub aldığımızı düşünməliyik.Lakin deyərdik ki, poema bu gün də qəbul olunur, onun bədii -estetik keyfiyyətləri qiymətləndirilir, həmin poemanın motivləriəsasında istedadlı yazıçı Yusif Səmədoğlunun ssenarisi iləçəkilən “Yeddi oğul istərəm” bədii filminə geniş tamaşaçıkütləsi tərəfindən dönə -dönə, maraqla baxılır, müsbət və mənfihesab edilən obrazlara rəğbət və nifrət hissləri yaranır.Nədir bu paradoksun səbəbi?Öncədən deyək ki, sonradan haqqında danışacağımız digəryazıçıların ayrı-ayrı əsərləri də bu və ya digər dərəcədə bənzərtaleyi yaşayır. Bu cərgəyə Mir Cəlalın “Bir gəncin manifesti”;“Dirilən adam”, Süleyman Rəhimovun “Şamo”, Əbülhəsənin“Yoxuşlar”, “Dünya qapur”, Mehdi Hüseynin “Səhər”,120

____________Milli Kitabxana____________“Tərlan”, “Daşqın” romanları daxildir. Cəfər Cabbarlının“Almas”, “Yaşar”, S.S.Axundovun “Laçın yuvası”, Mirzəİbrahimovun “Həyat”, Ənvər Məmmədxanlının “Şərqin şəhəri”pyesləri və digər bədii əsərlər də az və ya çox dərəcədə həmincərgəyə aid edilə bilər. Adlarını çəkdiyim əsərlər 1920 - 1950-ci illər (1955-ci ilədək) Azərbaycan ədəbiyyatının ən çox təbliğolunan, oxunan, baxılan nümunələri olmuşdur və hər birimüəllifin özünəməxsus dəst - xətti, üslubu, digər bədiikeyfiyyətləri ilə seçilsə də, sosialist realizminin vulqartələblərinə cavab vermək məcburiyyəti özünü göstərmiş, Sovethakimiyyətinin qurulması və möhkəmləndirilməsi uğrundamübarizələrdən birtərəfli bəhs etmişdir. Yeri gəlmişkən qeydetməliyəm ki, bu unisondan az - çox yayınan digər dəyərli bədiinümunələr də olmuşdur. M.S.Ordubadinin “Dumanlı Təbriz”,“Qılınc və qələm” romanları, otuzuncu illərdə yazılsa da həmindövrdə çap olunmayan Y.V.Çəmənzəminlinin “İki od arasında”(“Qan içində”) romanı, S.Vurğunun “Vaqif”, “Fərhad və Şirin”,“İnsan” pyesləri, C.Cabbarlının “Od gəlini” pyesi, M.Hüseynin“Şamil”, “Nizami”, “Cavanşir” pyesləri və s.Ötən əsrin əllinci illərinin sonu, altmışıncı illərininəvvəllərindən başlayaraq yaranan bədii ədəbiyyat nümunələriisə artıq realizminin vulqar tələbləri çərçivəsindən azad121

____________Milli Kitabxana____________olurdular və yeni motivləri, yeni ədəbi - estetik keyfiyyətləri iləseçilirdilər. Ənənəvi mövzuları – inqilabi hərəkat, Sovethakimiyyətinin qurulması, möhkəmləndirilməsi, “sinfidüşmənlərə”, əksinqilabçılara qarşı, kollektivləşmə uğrundamübarizə mövzularını yeniləşən ab - havadan yaranan, milli vəbəşəri dəyərlərə söykənən, həyatı, reallıqları təhrif etmədən,ideoloji tələblərə qurban vermədən əks etdirən ədəbi - bədiinümunələr əvəz etməyə başladı. Bununla belə, təbii ki,iyirminci əsr tarixmizin yuxarıda qeyd etdiyimiz mərhələlərinəyenə də müraciət edilirdi. Hələ Sovet rejiminin diqtəsi, ideolojiçərçivələr qaldığı üçün bir çox həqiqətlərin bədii təsdiqi çətinolsa da, müəlliflərin həmin mövzulara yeni baxışı, yəni ədəbi -estetik və ictimai - siyasi meyarlar özünü göstərirdi.Qayıdaq 1920 - 1950-ci illərin yuxarıda adlarını qeydetdiyimiz bədii ədəbiyyat nümunələrinə. “Komsomolpoeması”nı, C.Cabbarlının pyeslərini və bir neçə digər əsəriçıxmaq şərtilə bu siyahıya daxil etdiyimiz bədii əsərlərəmüraciət edəndə, ilk təəssürat belə olur ki, inqilabi hərəkathaqqında, yaxud “əksinqilabçılara”, “sinfi düşmənlərə” qarşımübarizə barəsində yazan müəlliflərə eyni mövzulu sərbəstinşa işi verilib və onların da hər biri öz yaradıcılıq imkanları,ədəbi istedadları, estetik baxışları səviyyəsində həmin122

____________Milli Kitabxana____________tapşırıqları yerinə yetirməyə çalışıblar. Həmin mövzununistiqamətləri isə demək olar ki, eynidir: ölkədə inqilabi mühityetişməkdədir, bolşeviklərin proqramı kifayət qədər əsaslı vəcazibədardır (yəni ağır həyata, istismara, çarizmə, bəy - xanözbaşınlağına, ədalətsizliyə, haqsızlığa son qoymaq, azadlığıəldə etmək, bütün insanların və millətlərin bərabərliyinibərqərar etmək, insanları firavan və xöşbəxt günlərəqovuşdurmaq və i.a), bu deyilənləri əldə etmək üçün hamıbolşeviklərin ətrafında birləşməli, ideyaca dönməz və mətinolmalıdır. Fəhlə sinfi ilə yanaşı kəndlilər də ayağa qalxmalıdır.Belə əsərlərin qəhrəmanları – istər fəhlə olsun, istərsə də sadəkəndli balası – partiyanın proqramı ilə tanış olmalı, beynəlmiləldəstədə inqilabi ruhda yetişməli, əgər kənddən gəlibsə, qayıdıbkəndi də ayağa qaldırmalıdır. Istər “Şamo”, istərsə də “Araz”,“Bir gəncin manifesti”, “Səhər” və s. romanların süjet xətti buoxşar motivlər üzərində qurulmuşdur. Bu əsərlərin bədiistruktur keyfiyyətləri, qəhrəman tipajları, bədii nitq formalarıarasında bənzərlik çoxdur. Şamo da, Araz da, Mərdan da,Bayram da eyni yolun yolçuları, eyni ideyanın fomalaşdırdığıinsanlardır. Bununla belə, həmin əsərlərin bədii-estetikkeyfiyyətləri, ifadə və təsvir sistemləri, dil xüsusiyyətləri,oxucunu cəlb etmə imkanları arasında fərqlər çoxdur.123

____________Milli Kitabxana____________Tədqiqatda xüsusilə “Bir gəncin manifesti” romanıfərqləndirilir. Vaxtilə oxucuların böyük marağına səbəb olan,gənclərin sevə - sevə oxuduqları bu əsər hər şeydən əvvəl bədiikeyfiyyətləri ilə - ifadə və təsvir sistemi, maraqlı sujet xətti,müəllifin özünəməxsus şirin, cazibədar təhkiyə üsulu, müsbətvə mənfi deyilərək qruplaşdırılan obrazların canlılığı, koloriti,inandırıcılığı ilə seçilirdi. Xüsusilə Sona arvad və onunövladları – Mərdan və Bahar obrazları diqqəti cəlb edirdi.Proloqu Hötenin “Həyat və azadlıq ancaq onlar üçün hər gündöyüşə gedən adamlara layiqdir!” sözləri ilə başlayan romanbir-birindən təsirli, canlı, ibratəmiz epizodlarla zəngindir.Mri Cəlalın “Bir gəncin manifesti” romanı onun bədiiyaradıcılığının dəyərli nümunələrindədir. Əlbəttə, təbii ki, bugün bu təsdiqin inkarı da var: bəs axı bu romanda bolşevikideyalarına qoşulmaqdan, Sovet hakimiyyəti uğrundamübarizədən söhbət gedir! Elədir, haqlı etirazdır. Amma gəlinbir anlığa bədii əsərə rejimin diqtəsi ilə geydirilən bu siyasiideolojipaltarı çıxarıb tullayaq və hesab edək ki, Xeyirlə Şərqarşı-qarşıya durub, Mərdan kimilər də haqsızlığa, dərəbəyliyəqarşı, kasıbların, imkansızların, zülmə, istismara, təhqirə məruzqalanların müdafiəsi naminə mübarizə yollarını axtarırlar.Məgər bu gün sosialist inqilabını, kommunist ideologiyasını,124

____________Milli Kitabxana____________Sovetlər quruluşunu və onların təmsilçilərini inkar edərkənpristav Ağabəyə, Hacı İbrahim Xəlilə, Ağa Məcidə, YassarLətifə (“Bir gəncin manifesti”), Hətəmxan Ağaya, HacıSəfiquluya, Yasavul Kalbalıya, Sərkar Həmidə (“Şamo”), Aslanbəyə (“Araz”), Rəhim bəyə, Koxaya, Şirin bəyə (“Səhər”)bəraətimi qazandırırıq? Yox, əsla, yox!İstər folklor nümunələri olsun, istərsə də yazılı ədəbiyyat –yaranışından mövzular əsasən Xeyirlə Şərin mübarizəsiüzərində qurulub. Mərdanı da, Şamonu da, Bayramı da,“Komsomol poeması”ndakı yeddi gənci də oxucu fərqinəvarmadan Xeyirin daşıyıcıları, kasıbların, əzilənlərin, haqsızlığavə ədalətsizliyə məruz qalanların pənahı, xilaskarı kimi qəbuledir və bu zaman siyasi motivlər arxa planda qalır, demək olar,heç bir əhəmiyyət kəsb etmir. Hesab edirik ki, “Bir gəncinmanifesti” romanının motivləri əsasında maraqlı bir kinossenariyazılsa çəkilən bədii filmin taleyi uğurlu ola bilər.Necə ki, istedadlı yazıçı Yusif Səmədoğlu “Komsomolpoeması”nın motivləri əsasında uğurlu bir ssenari yazdı (hələSovet dövründə) və çəkilən “Yeddi oğul istərəm” filminə dönədönəbaxılır. Hər bir oxucu və tamaşaçı Bəxtiyarın və onunsilahdaşlarının taleyi üçün narahat olanda, onların hünərinidəyərləndirəndə, Humayın və Cəlalın faciəsində, sərt və125

____________Milli Kitabxana____________dönməz xarakterli Gəray bəyin hərəkətlərindən həmhiddətlənəndə, həm də onu başa düşəndə Sovet hakimiyyətininmöhkəmləndirilməsi və əksininqilabçılara qarşı mübarizəməsələləri dekorasiya təsiri bağışlayır. Heç kim də fərqinəvarmır ki, Bəxtiyar və onun dəstəsinin üzvlərikomsomolçudurlar, qarşı tərəf isə hansısa siyasi zümrəninnümayəndələridir. Ilk və son təəssürat belədir: əzilən, incidiləninsanları müdafiə etmək üçün əzənlərə, incidənlərə qarşımübarizə gedir, Xeyirlə Şər döyüşür.Lap elə məsələyə radikal yanaşanların mövqeyindənqiymət verək: Mərdan da, Şamo da, Araz da, Bayram da, Aslanda, Bəxtiyar da bolşeviklərin proqramına sidq-ürəkdəninanmışdılar, hesab edirdilər ki, millətlərin azadlığı,müstəqilliyi və bərabərliyi, zülmə və əsarətə son qoyulması,acların və qulların, istismar olunanların və əzilənlərin xilasıuğrunda mübarizəyə qoşulurlar. Necə ki, bu hərəkatınazərbaycanlı liderləri – Məşədi Əzizbəyov və NərimanNarimanov, “Hümmət” təşkilatının digər rəhbərləri də həminproqrama inanmışdılar, qəbul etmişdilər və onun həyatakeçirilməsinə çalışırdılar.Bəs onların sonrakı taleyi necə olacaqdı?126

____________Milli Kitabxana____________Qoşulduqları ideyalar, xidmət etdikləri məslək özünüdoğruldacaqdımı?Inanırdılar ki, doğruldacaq. Amma həyat göstərəcək ki,belə mənəviyyatlı, saf niyyətli, əqidəni saflığına inanıb qəbuledənlər inandıqları proqramın getdikcə iflasa uğradığını, onlarınapardıqları mübarizənin nəticələrindən bolşevizm, leninizm,kommunizm bayrağı altında siyasət dəllallarının, hakimiyyəthərisli fırıldaqçıların, mənəviyyatsız, maskalı, çoxüzlü, həmhiyləğər, həm də nadan şəxslərin yararlandıqlarını görüb dərinpeşimançılıq hissi keçirəcəklər, bir çoxları müxtəlif təzyiqlərəvə təqiblərə, hətta repressiyalara məruz qalacaq, bir çoxlarıunudulacaq, yaxud “xalq düşməni” çıxarılacaq, bir çoxları dasəssiz-səmirsiz kənara çəkilib dünyanın gərdişini seyredəcəklər.Məşhur bir aforizmdə deyildiyi kimi, inqilabı siyasiliderlər, müdrik insanlar hazırlayır, cəsurlar, fanatlar həyatakeçirir, onun nəticəsindən isə fırıldaqçılar bəhrələnirlər.Azərbaycanda inqilabi hərəkatın təşkilatçıları sırasındaN.Nərimanov, M.Əzizbəyov kimi siyasi liderlərin adları varsa,onun həyata keçirilməsi üçün mübarizə aparanların sırasındada mərdanlar, şamolar, arazlar, bəxtiyarlar vardır. Sonradanhakimiyyətə kimlərin sahib çıxdıqları isə hamıya məlumdur.127

____________Milli Kitabxana____________Partiyanın “ideal” proqramına inam iyirminci illərinəvvəllərindən müəyyən çatlar verməyə başladı. Otuzuncuillərdə - repressiyalar dövründə bu inam ciddi sarsıntılarlaüzləşsə də, hələ ölmədi, ziddiyyətləri ilə yaşadı. Qırxıncı illərdə- faşist Almaniyası üzərində qələbədən sonra həmin inam birqədər dirçəldi, lakin əllinci illərin əvvəllərindən – şəxsiyyətəpərəstiş məsələləri açılıb-ağardılandan sonra bir ilğım kimiəriyib yox olmağa başladı. Azərbaycan yazıçılarının 20-50-ciillər nəslinin nümayəndələrinin bir çoxu da həmin inamlamərhələ-mərhələ yaşadılar. Yuxarıda adlarını qeyd etdiyimizbədii əsərlər də məhz belə inamın məhsulu omuşdur.Lakin etiraf edək ki, 20-30-cu illərdə rus sovetədəbiyyatında M.Şoloxovun “Sakit Don” kimi möhtəşəm birromanı, A.Tolstoyun “Əzablı yolları”ı vardı və təəssüf ki,sosialist realizminin qəbul etdiyi bu nümunələrdən analojimövzuda yazan ədiblərimiz lazımınca yararlana bilməmişdilər.Bu gün bəzən inersiya ilə təzahür edən hər cür ideolojimaraqları kənara tullamaqla, iyirmi-əllinci illərdə yazılanəsərlərin müəllifləri də, N.Nərimanov və M.Əzizbəyov kimişəxsiyyətlər də, mərdanlar da, bayramlar da, şamolar da,bəxtiyarlar da, Abbasqulu bəylər də başa düşülür. Başa düşülürki, onlar da öz xalqının azadlığı, xoşbəxtliyi, haqqın və ədalətin128

____________Milli Kitabxana____________bərpa olunması uğrunda mübarizə apardıqlarına inanmışdılar.Yeri gəlmişkən, xatırlamaq olar ki, bütün ziddiyyətlərinəbaxmayaraq, İ.Stalinin və M.C.Bağırovun şəxsi həyatları iləbağlı məqamlar bu inamın dövriyyədə qalmasına təsirgöstərirdi. Stalin müharibədə əsir düşən oğlunu almangeneralına dəyişmədi, M.C.Bağırov 1943-cü ilin iyunundacəbhədə həlak olan oğlunun cənazəsinin Bakıya gətirilməsinətəkid etmədi, “mənim balam heç kimin balasından, əzizindən,doğmasından artıq deyil. Harada canını tapşırıb, orada datorpağa tapşırılsın” – dedi ( 23). Və həmin M.C.Bağırovmüharibə cəbhələrində azərbaycanlı döyüşçülərin mənafeyiniqorumaq üçün qətiyyətli mövqe nümayiş etdirmişdi...Əllinci illərin ortalarında, Stalin şəxsiyyətinə pərəstişinciddi tənqidindən sonra əvvəlki inam bir ilğım kimi çəkildi.Çəkildi, lakin tamam yox olmadı, səksəninci illərin sonunadəkmüxtəlif yozumlarda, axtarışlarda, motivlərdə yaşamağa çalışdı.1.6.2. “AZƏRBAYCAN ROMANI” HADİSƏSİ. XXəsrdə Azərbaycan ədəbiyyatının təsbit etdiyimiz mərhələlərinin70 illik dövrünü (1920-1990) necə adlandırmaq məsələsiətrafında ədəbi fikrin mülahizələri anlaşılandır. Dövrünədəbiyyatını necə adlandırmalı: “Azərbaycan sovet129

____________Milli Kitabxana____________ədəbiyyatı”, yaxud “Sovet dövrü Azərbaycan ədəbiyyatı”?Tədqiqatda ikinci təyinatın üzərində dayanmağa məqsədəuyğunbilir və hesab edirik ki, “sovet ədəbiyyatı” deyimi həmin dövrübütövlükdə qədimlərdən gələn Azərbaycan ədəbiyyatındanfərqləndirmək və ayırmaq meylinin ifadəsi olmuşdur (bu sözlərSSRİ tərkibindəki digər xalqların ədəbiyyatına da aiddir).Beləliklə, sovet dövrü Azərbaycan ədəbiyyatı vəAzərbaycan romanı. Otuzuncu illərin əvvəllərində ilkaddımlarını atan romanlarımızın estetikası heç də birdən-birədeyil, tədricən, zəngin bir yol keçəndən sonra yaranmışdır.Roman tədqiqatçılarının təsdiq etdiyi kimi, klassikdastanlarımız, Nizami və Füzuli əsərləri, klassik şairlərimizinlirikasındakı zərif hisslər, qəlbin psixoloji incəliklərinətoxunmaq kimi xüsusiyyətlər, şifahi xalq yaradıcılığı – nağıl,lətifə, rəvayətlər və s. kimi mənbələr, M.F.Axundovun,C.Məmmədquluzadənin, M.Ə.Sabirin, N.Nərimanovun bədiiirsi Azərbaycan romanının yaranmasını təmin edən amillərdir.Məlumdur ki, Sovet hakimiyyətinin ilk on ilində –iyirminci illərdə Azərbaycanda roman janrı təşəkkül tapmadı.Ədəbi fikirdə bu məsələnin sosial-nəzəri şərhi kifayət qədərəsaslıdır. Bədii nəsrimiz hələlik öz imkanlarını hekayə janrındasınamışdır. Düzdür, “yeni nəsl”in nümayəndələri hələ lazımınca130

____________Milli Kitabxana____________ortaya çıxa bilməmişdilər və sənətin siyasi-ideoloji meyarlarlaqiymətləndirildiyi bir dövrdə yaradıcılıq imkanları da məhdudçərçivədəyidi. Lakin, “təkcə təsvir etdiyi tarixi-sosialproblemlərə görə yox, həm də bədii təfəkkürdə müəyyəninkişaf stimulu əmələ gətirdiyinə və nəsrin daha iri formalarınakeçmək üçün poetik zəmin yaratdığına görə hekayə həmin dövrüçün böyük əhəmiyyət kəsb etmişdir. Əlbəttə, hekayə və romanbaşqa-başqa janrlardır, təsvir və təfəkkür imkanları müxtəlifdir.Lakin eyni zamanda təkcə növ əlamətinə və nəsr formasınagörə deyil, məhz bir sıra daxili struktur komponentlərinə görəbu janrlar arasında tipoloji qohumluq əlaqələri vardır. Ona görə20-ci illərin hekayə janrında tutumlanan Azərbaycan nəsri 30-cu illərin lap əvvəllərində “birdən-birə” roman janrına keçəbildi. Bununla belə, Azərbaycan romanı klassik yaşarlıənənəsinin, o cümlədən XIX əsrin ikinci yarısı və çevrilişərəfəsi yaradıcılıq imkanının 30-cu illər romanına daxili təkanıaz olmamışdır. Başqa sözlə, müasir Azərbaycan romanı (30-cuillər) yenidən özünə qayıtdı, keçmişinə boylandı və imkanınainandı. Lakin indi artıq zaman və şərait başqa idi, mövzu,ideologiya və qəhraman tipi dəyişmişdi, yazıçı istər-istəməzdövrün nəbzini tutmağa məcbur idi. Onun vətəndaşlığı,131

____________Milli Kitabxana____________vətənpərvərliyi və nəhayət sənətinin xəlqiliyi bu “zəmanəruhu”na bağlı idi” (33, 127).Əlbəttə, dövrün dramaturgiyasının və poeziyasının da yeniroman janrının yaranmasında rolu istisna olunmur.Ümumiyyətlə, 1920-1930-cu illərin Azərbaycan nəsri, ocümlədən romanı bir sıra özünəməxsus tipoloji əlamətlərəmalikdir və ona vahid bir ədəbi-bədii proses daxilindəyanaşmaq lazımdır.Yeni Azərbaycan romanının yaranması, şəksiz,ədəbiyyatın, mədəniyyətin və ictimai həyatın böyük hadisəsikimi qiymətləndirilməlidir. Yeni roman janrının yaranmasıAzərbaycan ədəbiyyatında hansı özəllikləri ilə əlamətdardır?Aşağıdakı qaydada ümumiləşmələr aparmaq olar:– Otuzuncu illərdə təşəkkül tapan yeni Azərbaycan romanıözündə təkcə tarixi zaman anlayışını deyil, həm də bütöv birbədii-estetik mərhələni ifadə edir;– Janrın spesifikası və vəzifələri müəyyənləşir, romantəfəkkürü, epik roman ənənəsi yaranır;– Gənc romançılarda mövzü birliyi özünü göstərsə də,onlar üslub müxtəlifliyi ilə seçilirlər;– Yeni dövrün gercəklikləri və insan xarakterləri romandageniş bədii lövhələr və məqamlarla öz inikasını tapır;132

____________Milli Kitabxana____________– Tarixi romanların araya gəlməsi hər bir Azərbaycanoxucusunun şüurunda, düşüncəsində tarixi keçmişimizinibrətamiz hadisələri haqqında təsirli, real təsəvvürlər yaradır;– Poeziyada, hekayələrdə, dram əsərlərində özünün bədiikeyfiyyətlərini təsdiq edən Azərbaycan dili romanda yeniözəllikləri ilə üzə çıxır;– Azərbaycan romanı sərhədləri aşmağa, diğər dillərətərcümə olunmağa başlayır və Azərbaycan ədəbiyyatını ölkədənxaricdə təmsil edir;– Azərbaycan romanı digər janrlarla müqayisədə, özünəgeniş oxucu kütləsi qazandırır, bu da ümumiyyətlə ədəbiyyatamarağın artmasına, kitabla ünsiyyətin möhkəmlənməsinəgətirib çıxarır.Təbii ki, ilk Azərbaycan romanları dövrün siyasi-ideolojiab-havası ilə səsləşməliyidi və ədəbi sxemlər daxilindəyaranırdı. M.S.Ordubadidən və Y.V.Çəmənzəminlidən fərqliolaraq, mövcud siyasi sistemin içində yetkinləşib formalaşangənc ədiblər bu amillərə ciddi əməl edirdilər. Onlar rus sovetromanının təsir dairəsindən xilas ola bilmirdilər.Otuz-əllinci illərin romanı epik vusəti ilə səciyyələnsə də,bu əsərlərdə, qeyd etdiyimiz kimi, psixologizmin zəifliyi özünügöstərirdi. Əsas diqqət obrazların hərəkət və fəaliyyətinə133

____________Milli Kitabxana____________yönəlirdi. Ilk romanlar yazılanda sosialist realizminin hələ birnəzəri metod, konsepsiya kimi strategiyası hazırlanırdı. Lakin20-ci illərdə olduğu kimi, otuzuncu illərin əvvəllərində də bədiiəsərlər bir “sövq-təbii”ilə bu metodun yazılmamış “qanunları”çərçivəsində ortaya çıxırdı. Həmin əsərlər yalnız mövzusuna,tematikasına görə deyil, problematika, konflikt, poetika vəestetika zəminində də vahid göstəricilərə malikdir.Ədəbiyyatşunas alim M.C.Cəfərov yazırdı ki, 1920-1930-cuillərdə Azərbaycanda nəzəriyyə sahəsində hələ sosialistrealizmi haqqında söhbət getmirdi. Lakin ədəbi təcrübə,bilavasitə sovet varlığını əks etdirən, təsdiq edən yazıçılarınyaradıçılığında bu metodun formalaşması göz qarşısında idi.Qabaqcıl yazıçılar heç bir xüsusi göstəriş almadan, yenihəyatın təsiri ilə və təbii bir yol ilə sosialist realizminə gəlirdi(15, 69).Bu dövrdə vulqar sosiologiya mədəni-mənəvi həyatınbütün sahələrini, hətta ədəbiyyat nəzəriyyəsini və poetikasını daöz təsir dairəsinə salmışdı.Azərbaycanın sovet dövrü ədəbiyyatşunaslığı hesab edirdiki, ən inqilabçı və mübariz sinif olan proletariatın keçdiyi“şərəfli və çətin yol” otuzuncu illərə qədər hələ epik plandaistənilən səviyyədə təsvir edilməmişdi. Onun neçə təşəkkül134

____________Milli Kitabxana____________tapması, 1905-1907-ci illər inqilabının Şərq xalqlarının azadlıqhərəkatına təsiri, proletariatının tədricən yetkinləşib qüvvəyəçevrilməsi, Oktyabr inqilabı və Aprel (1920) “inqilabı”,vətəndaş müharibəsi, xarici işğalçılara, burjua-mülkədarhakimliyinə qarşı xalq hərəkatı ədəbiyyatda realist bədii həllinigözləyirdi. Bu mövzular 30-cu illərdən, xüsusilə romanlardaişlənməyə başladı.Belə mövzular dövrün siyasi-ideoloji tələbləri ilə səsləşirdivə həmin romanların ideya-məzmun məziyyətlərinin görünəntərəflərinin sərhədlərindən kənara çıxmırdı. Məsələn, tənqidçiQ.Xəlilov 1940-cı ilə qədər, eləcə də ondan sonra Azərbaycanromanının əsasən iki istiqamətdə inkişaf etdiyini göstərir: 1)fəhlə sinfinin inkişaf tarixinin müxtəlif mərhələlərini əksetdirən əsərlər (“Şamo”, “Dünya qopur”, “Döyüşən şəhər”,“Gizli Bakı”, “Bir gəncin manifesti”, “Araz”, “Nina”, “Səhər”və s. Qeyd: Y.V.Çəmənzəmənlinin “Studentlər” və “1917-ciildə” romanlarının da bu siyahıya salınması anlaşılmazdır); 2)Xalqın yeni həyat, sosializm qurmaq yolunda qarşıya çıxançətinliklərin, kollektivləşmənin real mənzərəsini verən əsərlər(“Yoxuşlar”, “Qəhrəman”, “Tərlan”, “Açıq kitab”, “Saçlı”). Busıraya müharibədən sonra kolxozdan, neftçilərin həyatından və135

____________Milli Kitabxana____________digər istehsalat sahələrindən bəhs edən əsərlər də daxil edilir.(50, 104-105)Bu bölgü, hesab edirik ki, mexaniki xarakter daşıyır vəötən əsrin 30-50-ci illərində yazılan romanları belə bir qəlibəsalmaq geniş bədii yaradıcılıq və ədəbi axtarışlar prosesiniəhatə edən mərhələnin bədii-estetik və elmi-nəzərimündəricəsinin araşdırılmasında məhdudiyyət yaradır.Ümumiyyətlə, “Şamo”nu, “Dünya qopur”u, yaxud “Bir gəncinmanifesti”ni, “Səhər”i yalnız fəhlə sinfinin inkişaf tarixininmüxtəlif mərhələlərini, inqilabi hərəkatı əks etdirən romanlarkimi təqdim etmək bu romanları dar mənada qiymətləndirməkdeyilmi? Düzdür, bu və digər əsərləri rejimin sifarişi də hesabetmək olar, onlar dövrün siyasəti və ideologiyası iləsəsləşirdilər, sosialist realizminin çərçivəsində özlərini, necədeyərlər, “rahat” hiss edirdilər. Bu əsərlərin müəllifləri marksistmövqedə dayanaraq, inqilabın geniş təbəqələrə təsirini “düzgünmüəyyənləşdirməyə” səy göstərirdilər. Müəlliflər hesabedirdilər ki, inqilabın mahiyyətini, “cahansümül” əhəmiyyətinitəhlil edə bilirlər və bununla da xalqın bədii tarixinin, arzu vəistəklərinin inikasını verirlər.İdeologiyanın müəyyən etdiyi mövzulara müraciət edənAzərbaycan romançıları üçün, o çümlədən ümumsovet136

____________Milli Kitabxana____________ədəbiyyatının tərkib hissəsi olan digər milli respublikalarınədəbiyyatının nümayəndələri üçün həmin dövr rus sovetromançılarının əsərləri nümunə hesab olunurdu. Lakin onun dafərqində olmalıyıq ki, romanlarımız həm də milli qaynaqlardanvə ənənələrdən istifadə etmələri, poetik məziyyətləri,Azərbaycan oxucusunun duyğu və hisslərinin, psixologiyasınınözəlliklərini nəzərə almaları ilə də seçilirdi.1.6.3. MÖVZU VƏ QƏHRƏMAN. INQİLAB VƏİNQİLABÇILIQ.1930 - 1950-ci illərdə – sosialist realizmi ədəbimetodunun müəyyən sxem üzrə formalaşdığı dövrdə rusədəbiyyatında olduğu kimi, Azərbaycan ədəbiyyatında dayaranan əsərlərin mövzusu, əsasən, inqilabi hadisələrlə vəistehsalatla bağlı idi. Xüsusilə romanlarda inqilabın qüdrətini,pafosunu, vətəndaş müharibəsinin gedişini, kollektivləşməninçətinliklərini və qələbəsini, fəhlə sinfi nümayəndələrinin“dönməz” surətlərini yaratmağa meyl güclü idi. Hələ 20-ciillərdə bu istiqamətdə ciddi axtarışlar gedirdi, faktlar saf-çürükolunurdu, lakin hadisələrin əsl mahiyyəti lazımınca öz bədiiifadəsini tapmırdı. Otuzuncu illərdə isə realizmdə artıqmonumentallığa meydan verilməsi lazım gəldi. Bu səyləri elə137

____________Milli Kitabxana____________ilk romanlarımızda – M.S.Ordubadinin “Gizli Bakı”sında və“Döyüşən şəhər”ində, M.Hüseynin “Daşqın”ında, Əbülhəsənin“Yoxuşlar”ında görə bilərik. Lakin bu əsərlərdə ayrı-ayrı həyatlövhələri bədii əksini tapsa da, obrazlar, xüsusilə əsasqəhrəmanların obrazları natamam idi.Inqilabi mövzularda yazılan əsərlərin qəhrəmanlarıkommunistlər, komsomolçular olmuşlar və təbii ki, bu obrazlarkommunist ideologiyasını təcəssüm etmişlər. Ideoloji doktrinabelə idi: “qəhrəman mütləq daxili, insani ziddiyyətlərdən azad“müsbət” insan tipi olmalı idi. Mənfilər mütləq rəzil, antipod,cəmiyyətdə yad və yabançı ünsür kimi təsvir edilməli idi.Konflikt öz gərginliyi ilə seçilməli idi. Sovet cəmiyyəti,mövcud varlıq tənqid atəşinə tutulmamalı idi, sovet həyat tərziişıqlı, nikbin və gələcək nəsillərə örnək olsun deyə, parlaqtəsvir olunmalı idi” (117, 28-29).Bədii əsərlərdə müsbət qəhrəmanlardan tələblər sosialistrealizmi konsepsiyası əsasında müəyyənləşmişdi: sovetadamının ictimai fəallığı, mübariz keyfiyyətləri, yüksəkbeynəlmiləlçiliyi, kommunizm ideallarına sədaqəti, kollektivədərin məhəbbəti....Sovet dövrü tənqidçiləri bədii əsərlərdə inqilabın əslmahiyyətinin realist planda, inandırıcılıqla necə açılıb təhlil138

____________Milli Kitabxana____________edilməsinə, qəhrəman obrazlarının yuxarıda göstərdiyimizvəziyyətlər daxilində necə yaradılmasına üstün diqqətyetirirdilər. Ədəbi tənqid romanlarda monumental insansurətləri yaradılmasını tələb edirdi. Obrazların mükəmməlliyinimonumentallıqda görürdülər. Düzdür, roman janrınıninkişafında psixologizm və sentimentalizmin də mühüm roloynadığı qeyd edilirdi. Bununla belə, yeni romanlarınəksəriyyətində hadisə, bəzən də hadisəçilik üstün yer tuturdu.S.Rəhimov, Əbülhəsən, M.Cəlal romanlarında hadisə iləbərabər psixoloji təhlilə də yer verirdilər və bu, ədəbi tənqidtərəfindən əsasən təqdir olunurdu. Hadisə və əhvalatlar güclüolan romanlarımızda isə psixoloji hisslərin, intim duyğularınsıxışdırılması nöqsan hesab edilsə də, bu, həmin dövr bədiiyaradıcılığına ideoloji yanaşma daxilində tənqid edilirdi.Məsələn: “Bu nöqsan bir tərəfdən istedadın zəifliyi əlamətiidisə, digər tərəfdən inqilabın qüdrətini əks etdirmək üçün ədəbitəcrübənin nisbətən azlığından irəli gəlirdi”. (50, 145).Təbii ki, ədəbiyyatdan, o cümlədən romanlardan mövzüvə ideya baxımından nə tələb olunurdusa, onun qəhrəmanı daməhz bu meyara uyğun gəlməliydi. Həm də nəzərə alınmalıdırki, yuxarıda qeyd etdiyimiz kimi, yeni ədəbi nəsil də yenisiyasi-ideoloji ab-havada formalaşmışdı və onların əhval-139

____________Milli Kitabxana____________ruhiyyəsi bu ab-havaya uyğun idi: bütün yeni gələn nəsillərkimi onlar da köhnəni dağıtmaq, yenini yaratmaq həvəsindəidilər və bu, bədii yaradıcılığın ideya-məzmun və bədii-estetikistiqamətlərində təzahir edirdi.Bütün səylərə baxmayaraq, otuzuncu illərin romanlarındainqilabçıların, sovet hakimiyyətinin möhkəmləndirilməsiuğrunda mübarizə aparanların obrazları mükəmməl və bitkinolmadı, bədii nümunə səviyyəsinə yüksəlmədi, oxucu şüurundalazımi iz buraxmadı, düşüncələrdə sevimli və ideal qəhrəmankimi yaşamadı (məsələn, Voyniçin Ovodu, lap eləN.Ostrovskinin Pavel Korçagini kimi). Hər şeydən əvvəl isə, bu“inqilabçı” obrazlar “milli tip kimi dərk oluna”(32, 133)bilmədilər. Buradan bir çox suallar ortaya çıxır: ümumiyyətləazərbaycanlıların bolşevik inqilabi hərəkatında rolu və yeri necəgörünür? 1920-ci ilin aprelində Azərbaycanda hakimiyyətibolşeviklər inqilab yolu iləmi əldə etmişdilər? Azərbaycandavətəndaş müharibəsi olmuşdumu, yaxud, baş verənlər “vətəndaşmüharibəsi” idimi?Çağdaş tarixi-sosioloji araşdırmalar bu suallarla bağlı birçox məqamlara aydınlıq gətirmişdir. Düşünürük ki, ötən əsrinəvvəllərində azərbaycanlı mentaliteti ilə “bolşevikinqilabçılığı”, “marksist dünyagörüşü” anlayışları nə dərəcədə140

____________Milli Kitabxana____________bir-biri ilə səsləşə bilərdi? Burada hələ dini, sosioloji, tarixi,əsrlər boyu müəyyən prinsiplər əsasında qərarlaşan həyat tərzivə digər amillər də vardır. Indi inkar olunmur ki, marksistideologiya Azərbaycana kənardan – Rusiyadan idxalolunmuşdı və inqilabi ruh bütün Azərbaycanda deyil, əsasənBakıda hiss olunmuşdur. Bu inqilabı gətirənlər və bu ruhuyaşatmaq istəyənlər isə Rusiyadan gələn bolşeviklər, Bakınınfabrik və zavodlarında aparıcı qüvvə olan rus fəhlələri, habeləazərbaycanlının milli təəssübkeşliyinə yad olan digər millətlərinnümayəndələri, xüsusilə daşnak proqramının həyata keçirilməsiməqsədi ilə bolşevik pərdəsinə bürünən ermənilər idi. Yəgin ki,ruslar Bakıya heç Azərbaycanın bir hissəsi kimi deyil,Rusiyanın bir parçası, ermənilər isə gələcək BöyükErmənistanın məkanı kimi baxırdılar. Bolşevik inqilabihərəkatında Azərbaycanın milli maraqları qətiyyəndüşünülmürdü.N.Nərimanov, M.Əzizbəyov kimilər isə inqilabi hərəkatdabolşeviklərin milli proqramının vədləri daxilində iştirakedirdilər. Oktyabr inqilabından sonra 1918-ci ilin sentyabrına– milli hökumət paytaxtı Gəncədən Bakıya köçürməyə nailolana qədərki dövrdə təşkil edilən Bakı Kommunası,Sentrokaspi kimi qurumların Azərbaycana heç bir aidiyyəti yox141

____________Milli Kitabxana____________idi. 1918-ci ilin mayından 1920-ci ilin aprelinədək fəaliyyətdəolan Azərbaycan Xalq Cümhuriyyəti isə inqilab yolu ilə deyil,çevriliş yolu ilə yıxıldı. Məlumdur ki, XI Qızıl orduAzərbaycana hücum etdi və Bakı işğal olundu. Beləliklə, hansıinqilabdan söhbət etmək olar?Yaxud, “vətəndaş müharibəsi” deyilən məsələ.Azərbaycanda vətəndaş müharibəsi olmamışdır. Yerlərdə millihökümətin yıxılmasına, Azərbaycanın bolşevik qoşunlarıtərəfindən işğalına qarşı etiraz hərəkatları, üsyanlar,toqquşmalar baş vermişdir. Gəncə üsyanı, Qarabağda,Zaqatalada, Şəkidə, Şəmkirdə, Naxçıvanda və s. bölğələrdəciddi müqavimət hadisələri bu qəbildəndir. Lakin bu, vətəndaşmüharibəsi deyildi, əhalinin, azərbaycanlıların işğalçı qırmızıorduya, bolşevizmə qarşı mübarizəsi idi.Elə inqilab mövzusunda yazılan romanlarımızda da,müəlliflərin bütün ciddi-cəhdlərinə baxmayaraq, inqilabın“Azərbaycan hadisəsi” olmadığını görmək mümkündür. Yəni,nə qədər ki, söhbət həyatın müxtəlif hadisələrinin, müxtəlifinsan münasibətlərinin bədii ifadəsi ətrafındadır – oxucu üçünmaraqlıdır və inandırıcıdır. Inqilab məsələləri, inqilabçılarınhərəkətləri, fəaliyyəti ilə bağlı məqamlarda isə bədii-estetiktəsir sanki öz qüvvəsini itirir, oxucunu bunların nə qədər142

____________Milli Kitabxana____________inandırıcı olub-olmaması da heç maraqlandırmır və süjetxəttində izlədiyi digər məqamlara tezliklə keçidi gözləyir. Buməsələnin müasir ədəbiyyatşunaslıqda şərhi ilə bağlı bir misal:“Şamo”, “Dirilən adam”, “Dünya qopur”, “Tərlan”,“Qəhrəman” kimi romanlarda Azərbaycan kəndinin varlığı, realmənzərələri, həyat və məişəti konkret bədii ifadəsini tapdığıhalda, burada gedən inqilabi iş, inqilabi fəaliyyət, “sosialistinqilabçılığı” son dərəcə mucərrəd, yayğın səviyyədə - məhz“iş” kimi, tədbir kimi təsvir edilir (32, 133).Inqilabçı obrazlar isə bu əsərlərin bədii siqlətini artırmır,poetikasını zənginləşdirmir. Şamonun (“Şamo”), Mərdanın(“Bir gəncin manifesti”), Qədirin (“Dirilən adam”), Veysin(“Dünya qopur”), Arazın (“Araz”), Bayramın (“Səhər”)inqilabçılığı heç də inqilabı bir sosial-nəzəri kateqoriya kimianlayıb daxilən məslək mübarizəsi kimi qəbul etmələri ilə deyil,kortəbiiliklə, yaxud kasıbçılıqdan xilas olmaq səyləri ilə, yaxudda şəxsi motivlərlə, kimlərlərsə haqq-hesabı çürütmək “istəyi”ilə şərtlənir. Və suallar yaranır: özlərindən başqa kimə və nəyəlazımdı bu “inqilabçılıq”? Onlar niyə min illərlə insanınmənəviyyatında formalaşan instiktlərlə yaşamırlar? Niyə Qədirbir fərd kimi öz halal arvadını, həyatı bahasına olsa da, xilasetmək qüdrətində deyil? Niyə Şamo uzaq Şehli kəndində qoyub143

____________Milli Kitabxana____________getdiyi kasıb atasının, bacısı Gülsənəmin başına gələnmüsibətləri, nişanlısı Qəmərin onun “daş qoyduğu yerə başqoymağa” çoxdan hazır olduğunu bildiyi halda neçə illər biroğul və qardaş kimi onların dadına yetmir, yalnız inqilabihərəkata qoşulmaq yolarını axtarmaq və həmin hərəkatlakəndinə qayıdıb məsələni həll etmək istəyi ilə yaşayır? HəttaŞamonun dostu, çılğın təbiətli Fərzalı da dözməyib deyir:“Qurd qiyamətdə ulayana kimi, ğözlə ki, nə var, mən hələŞehlidə başıaşağı xəcalət gəzim ki, haçan divan dəftərxanasıyolunda qan tökəcəyəm?” (88, 608)“Şamo” romanı sovet dövrü Azərbaycan ədəbiyyatınındiqqətçəkən nümunələrindən hesab olunur. Roman-epopeyahesab olunan bu irihəcmli əsərdə xalqın, müxtəlif qruplarınhəyatı epik genişliklə və realist qələmlə təsvir olunmuşdur.Romanda Azərbaycan kəndinin oyanması, təşəkkülü, yeni həyatuğrunda mübarizə, xalq güzaranının rəngarəng sahələri, məişəti,adət-ənənəsi, etnoqrafik xüsusiyyətləri, müxtəlif təbəqələrinpsixologiyası geniş, canlı və koloritli bədii ifadəsini tapmışdır.Romanın bütün ruhu xalq həyatı, xalq psixologiyası üzərindəköklənmişdir.144

____________Milli Kitabxana____________Bununla belə, “Şamo” romanında sinfiliyin milliliyiüstələdiyini, dövrün ideoloji təsirinin aşkar göründüyünü inkaredə bilmərik. Əsərin 1930-cu illərdə yazılan və sonralarmüəllifin üzərində işləyib təkmilləşdirdiyi birinci cildi dahatəbii və canlı, daha millidir. Sovet dövrü ədəbiyyatşunaslığı“Şamo” romanda sovet ədəbiyyatının ümumi estetikprinsiplərinin – inqilabın və xalqın qüdrətininin genişliyi ilətəsvir olunmasını razılıqla qeyd edirdi. Yazırdılar ki, beləəsərlərin müsbət qəhrəmanlarını əsas bir ideya düşündürür:inqilab! Bunların hamısı çalışır ki, Leninin ideyalarınıləyaqətlə həyata keçirsinlər... Müxtəlif ideyaların,dünyagörüşlərin, baxışların çarpışdığı şəraitdə surətin inqilabiəqidəyə yiyələnməsi ciddi məsələ hesab edilirdi. Vurğulanırdıki, belələri ən yüksək estetik zövqü də inqilabdan alırdılar vəbu, tamamilə yeni keyfiyyətdir.“Şamo”nun roman-epopeya səviyyəsinə qalxması onunensiklopedik xarakter daşımasına gətirib çıxarır. Realizminyetkinliyi, insan və cəmiyyət haqqında dolğun təsəvvüryaratması ilə roman ictimai-siyasi, əxlaqi görüşləri, baxışları,psixologiya və əqidələri, manafeləri rəngarəng insanxarakterlərinin simasında əks etdirir və bütün bunlarınnəticəsində əsər dövrün ensiklopediyası səviyyəsinə qalxır.145

____________Milli Kitabxana____________Siyasi-ideoloji baxımdan romanda qüsür görməyən ədəbitənqid əsərin sənətkarlıq məsələlərində nöqsanlarını dönə-dönəqeyd etmişdir. Bunlar hər şeydən əvvəl lüzumsuz uzunçuluq,bir sıra surətlərin natamamlığı, bəzi mənfi obrazların birtərəflivə zəif verilməsi və sairlərdir. Romanın rus dilinə tərcüməçisivə tədqiqatçısı Z.Kedrina yazırdı: “Həlledici inqilabi mübarizəepizodlarında xalq qəhrəmanlarına qarşı istismarçı sinifləriniçindən çıxmış qüvvətli düşməni göstərmək yolu iləgetmədiyindən və bunu heç arzu etmədiyindən müəllif həminbu düşmən obrazlarının özünü süni surətdə aşağı salır, kiçildir,onları həqiqi həyatdakından fərqli olaraq, axmaq, birtərəfli,zəif göstərir. Burada yalnız həmin düşmən surətlərinin törətdiyirəzalət və onların gördüyü işin ədalətsizliyi deyil, xalqa ziddideyaları təbliq edən bu adamların rəzilliyi və gücsüzlüyü,başlıca olaraq, müəllifin əlində olanları ifşa etmək üçün əsasvasitə olmuşdur.Mənim fikrimcə bu, nəzərdə tutulmuş məqsədə çatmaqüçün çətin ki, ən yaxşı vasitə olsun...”(146, 91).Əbülhəsənin 1933-cü ildə qələmə aldığı “Dünya qopur”romanında da Veysin “inqilabçılığı” inqilabın qələbəsi deyil,bəlkə də faciəsidir. Veysin başçılığı ilə yoxsul şarbaflar inqilabsorağını eşidən kimi hər şeyi söküb-dağıdırlar, bütün dükanlara,146

____________Milli Kitabxana____________anbarlara hücüm edib mal-mülkü ələ keçirirlər, özləri kimiyoxsullara paylayırlar, varlıların, bəy və ağaların imarətlərini,var-dövlətini ələ keçirməyə çalışırlar. Onlar dünənə qədərqulluq etdikləri sahibkarları, tacirləri, bəyləri dərhal özlərininqatı, barışmaz düşməni elan edirlər. Lakin onlardan çoxzülümlər görsələr də, anlaya bilmirdilər ki, bu sahibkar vəbəylər də tarixən formalaşan bir zümrə idilər və eyni millətinmüəyyən qədər seçilən nümayəndələridirlər.Sovet dövrünün ədəbi tənqidi roman haqqında həmişəböyük razılıqla yazırdı ki, əsərdə bədii konfliktin əsasındauçulan, məhv edilən köhnə dünya ilə yeni, sosialist cəmiyyətiqurucuları arasındakı siyasi toqquşmalar, sinfi vuruşlardayanır. Rus sovet ədəbiyyatşünası V.D.Osotski isə “Müasirsovet romanının qəhrəmanları və milli xarakter problemləri”adlı məqaləsində daha uzağa gedərək “Dünya qopur” romanınıəsasən burada beynəlmiləlçiliyin güclü olmasına görəqiymətləndirir. Halbuki beynəlmiləlçilik məsələsi heç dəromanın ön xəttində durmur. V.D.Osotski yazır ki, Əbülhəsən“öz qəhrəmanlarının xarakterini onların milli müstəsnalığındadeyil, beynəlmiləl ümumiliyində açır. Lakin bu, heç də həminBülənd və Veys obrazlarının öz milli xüsusiyyətlərini itirməsikimi başa düşülməməlidir” (150, 44). Göründüyü kimi müəllif147

____________Milli Kitabxana____________əsərə dövrün konyunkturası baxımından yanaşmış, romandakıəsas mətləblərə toxunmamışdır.Romanın yaratdığı ilk təəssürat belədir: Azərbaycanın ənucqar və sakit güşələrindən olan Çayqıraqlı qəsəbəsində də ilkdəfə olaraq, “inqilab” nidaları hamını, hər şeyi möhkəmcəsilkələmişdir. Indiyədək hamı üçün bəlkə də təbii və adigörünən hadisə və münasibətlər aydınlaşmağa başlamış,cəmiyyətin bütün təbəqələri mövcud vəziyyətdə mövqeyinimüəyyənləşdirməli olmuş, gələcək taleyini yenidən götür-qoyetmişdir.“Dünya qopur”u otuzuncu illər bədii nəsrinin ən yaxşınümunələrindən biri, realizminin gücü və psixoloji təhlilləri iləseçilən bir roman kimi qiymətləndirmək olar. Hiss olunur ki,müəllif əsəri zəngin sənətkar müşahidələri, həyati faktlarəsasında yazmış, mövzunun həyatiliyi və reallığı canlı vəinandırıcı obrazların yaranması ilə nəticələnmişdir. Veys də,Əziz də, Zeynal da, Ciniş Əhməd də, Nəcmi müəllim də,Bülənd də, Minayə də, Sona da, Şahbəy də, Allahqulu da,Qadir də, Əminə də, Çimnaz da... belələrindəndir. Veysin vədəstəsinin “partizanlığı”, zorakılığı, anarxizmi oxucuda nəqədər narazılıq doğurursa, inqilabın rəhbər nümayəndəsi,nahiyə revkomunun sədri, təhsilli və savadlı Sirat Müstəqimov148

____________Milli Kitabxana____________da rəğbət yaratmır, müsbət obraz kimi təqdim edilən Bülənd isəhadisələrə çox vaxt radikal münasibəti ilə əhalinin inqilabdaaxtardığı nümunəvi təmsilçi səviyyəsinə qalxa bilmir. QadirBüləndə deyir:“ - Mən elə bilrdim ki, sən bizim hökümətimizinnöqsanlarını düzəltmək üçün hökümət qulluqçularınınarasında olan alçaqlarla , rüşvətxorlarla mübarizə edirsən.Çalışırsan ki, belə pisliklər aradan qalxsın. Demə sən dəbaltanı bu ağacın lap kökündən vuranlardansanmış” (26,143).Yaxud, xalq arasında inqilabın mahiyyəti haqqında fikirləraşağıdaki dialoqda belə ifadə olunur:Sona: “ – Mal-dövlət davası deyil, bəs axı onda bu nədavasıdır?.. Bəlkə taxt-tac davasıdır? Hə?”Səttar: “ – Bala, taxt-tac davası da elə əslinə baxsan, maldövlətdavasıdır da!” (26, 63).Hətta inqilabçıların (Veysin və Büləndin) anası Çimnaz dainqilabın mahiyyətini başa düşə bilmir:“Hərki-hərkilikdi?! Hə! Deməli inqilab – hərki-hərkilikimiş! Nə böyük olacaq, nə kiçik! Nə qanun, nə qayda! Kimyerindən tez durdu, o böyük olacaq, hə?” (26, 75).149

____________Milli Kitabxana____________Həmzə bəyin arvadi Əminə inqilabçiların lap “kökündən”danışır:“ – Ermənilərdir də, ermənilər! Daşnak adı xoşlarınagəlmədi, mauzerist olmadı, indi də adlarını bolşevik qoyubaləmi çaxnaşdırırlar” (26, 28).Əminənin və bir çoxlarının belə qənaəti də, əlbəttə, əsassızdeyildi. Həmin dövrdə – 1918-ci ildə Azərbaycanın bir çoxyerlərində olduğu kimi, romanda hadisələrin baş verdiyiŞamaxı qəzasında da daşnaklar məhz bolşevik adı altındaazərbaycanlıların qırğınını törətmişdilər.Romandan alınan təəssüratın bir məqamını da qeyd etməyilazım bilirik. İdeoloji konsepsiyanın prinsipləri əsasında buromanda da, “müsbət” insan tipləri ilə yanaşı “mənfilər”dəvardır. Bunlar yeni quruluşa, inqilaba qarşı duranlardır – bəylər,tacirlər, onların ailə üzvləri, habelə vəziyyətdən istifadə edibbaşlarını girələyənlərdir. Əlbəttə, müəllifin vəzifəsi onları“ifşa” etmək, onlara qarşı nifrət yaratmaqdır. Amma əsərioxuyanda bu “nifrəti” sanki yaşamırsan. Xüsusilə çağdaşgünlərimizin prizmasında bu “mənfi” tiplərin, onların ailəüzvlərinin hərəkətlərini başa düşürsən, müqavimətin instiktinidə, reallaşmasını da təbii hesab edirsən.150

____________Milli Kitabxana____________Mehdi Hüseyn “Daşqın” romanında (1933-1934) bir çox“mənfi” obrazlara da bu gün mənfi kimi baxmamaq olar.Romanın “vətəndaş müharibəsi”mövzusunda yazıldığı deyilir.Lakin bu, nə “vətəndaş müharibəsi”dir? H.Ənvəroğlununyazdığı kimi, “vətəndaş müharibəsi” mövzusunu yalnız biristiqamətdə, açıq tendensiya və siyasi tərəfkirliklə işləməktələbi artıq ənənə şəklini alaraq müəlliflərin sərbəst yaradıcılıqaxtarışları aparmalarına imkan vermirdi. Bir roman kimi“Daşqın” da “vətəndaş müharibəsi” mövzusuna birmənalımünasibətin qurbanı olub. Ona görə də romanda müəllifinboyaları yalnız qırmızı və qaradan ibarət olmuşdur. Millətinövladlarını düşmən cəbhəyə bölüb, qardaşı-qardaşa qarşı qoyansiyasi şəraitin dərindən yaşanmadan, tələm-tələsikromanlaşdırılması hadisələrin birtərəfli və üzdən təhliledilməsinə, başqa sözlə, qırmızıların həmişə haqlı və qalibqüvvə kimi verilməsinə səbəb olmuşdur. Romançı mükəmməlbədii xarakterin deyil, daha çox inqilabın qələbəsini təminetmək qayğısına qalmışdır”(33, 150). Romandakı “qırmızılar”Azərbaycana sovet hakimiyyətini gətirənlərin təmsilçiləridir vəişğalçılarla əks tərəfin mübarizəsini “vətəndaş müharibəsi”hesab etmək, əlbəttə, mübahisəli məsələdir. Sarxanın, Şirəlinin,Əmrahın partizan dəstələri hey atışırlar, vuruşurlar, daim151

____________Milli Kitabxana____________hərəkətdə, daim döyüş axtarışlarındadırlar. Lakin bu hərəkətdinamikasının müqabilində bədii dinamika, bədii cazibəlilik,xarakterlərin psixoloji aləmi, bədii məntiq yoxdur. Bir də ki,partizanların döyüşdükləri tərəf kimi əsasən “vətəndaşmüharibəsi” cızığından kənardakı qüvvələri – həmin dövrdəhələ müstəqilliyini saxlamaq uğrunda mübarizə aparan gürcümenşeviklərinin hərbi hissələrini görürük.Romanda M.Hüseyn bəzən siyasi-sinfi “vəzifələrdən”kənara çıxıb, bədii məqamlara diqqət yetirəndə, bir sənətkar,qələm sahibi kimi yaradıcılıq imkanlarının potensialınıgöstərir. Budur, Sarxanla Mahirənin görüşündən bir epizod:“Yaxında toplar gurlayır, pulemyotlar havaya odsovururdu. Burada süküt, dərin bir sükut içində iki ürəkdöyünürdü. Qarşıdan qan qoxusu gəlir, ölüm havası çalınırdı.Burada insanlar sevişir, insanlar yaşamaq istəyirdilər” (44,23).Yeri gəlmişkən müəllif digər epizodlarda da “çərçivədən”çıxa bilir: məsələn, partizanların söhbətləri, narazılığları iləəlaqədar məqamları xatırlamaq olar. Xalqın anlaşılmazdurumda olmasını, çaşqınlığını partizanların söhbətlərini,narazılıqlarını ifadə edən epizodlarda görmək mümkündür.152

____________Milli Kitabxana____________Əmrahın oğlu İsfəndiyarın öldürülməsi, arvadının dəli olubözünü çaya atması epizodları isə bədii təsiri ilə yadda qalır.Qayıdaq “mənfi” obrazlara. Yolçu, onun oğlanları –müsavat zabiti Şəmsi, Həmzə və başqaları. Bu obrazların “tündboyalarda, yalnız millətin düşməni kimi verilməsi romanınkonfliktinin təbii inkişafından doğmadığı üçün sənətə partiyalı,sinfi yanaşmanın qurbanına çevrilmişdir. Onlar icitimai həyatınözünün qurbanı olduğu kimi sənətdə də həm “istismarçı” sinfinnümayəndəsi kimi, həm də bir xarakter kimi qurbanaçevrilirdilər. Çünki ideoloji təzyiq bu şəxslərin heç birini canlıbədii xarakter kimi yaratmağa imkan verməmişdir”. (33, 151).Bəs onlar niyə “mənfi”olmalıdırlar? Niyə müqavimətgöstərməməlidirlər? Müəllif bu adamları “ifşa” etməkistəyirdisə, niyə bəs aşağıdakı sözlərlə xarakterizə edirdi?Şəmsi:“Ölkəni düşmənlərə verib mən hara gedirəm? Buda bir növ namussuzluq deyilmi?” (44, 54).Şəmsi: “Nə çoxdur Şura hökümətinin əlindən qanağlayan...” (44, 57).Şəmsi: “Mən ki, indi öz umuzumda vətəni yüksəltməküçün ölümə gedirəm” (44, 59).Həmzə: “Birdəfəlik igid kimi güllə qabağında ölmək bucür it günündə dolanmaqdan min pay yaxşıdır... Qoy bütün153

____________Milli Kitabxana____________kəndin, bütün uyezdin camaatı görsün ki, hələ onların tərəfinigözləyən igidlər də vardır...” (44, 243).Şəhriyar bəy: “Bir adam ki, ac urusun, lüt soldatıntərəfini gözləsin, mən ona nə deyə bilərəm?”(44, 92).Romanda bolşevikləri təbliğ etmək, onların xalq işiuğrunda mübarizə aparanlar kimi tərənnümünü vermək təbii ki,müəllifin əsas vəzifəsidir. Lakin istər “mənfi”lər, istərsədədigərləri tərəfindən bolşeviklər haqqında deyilən fikirlərnəticədə müəllifin sözü kimi yadda qalmırmı? Ayrı-ayrıparçalara diqqət yetirək:Bəyin evindəki qızların söhbətindən: “Allah vurmuşdu,deyirsən bolşeviklər yaxşı adamdır, allah vurmuşdu, harasıyaxşıdır? Nə qaldı başımıza gətirməsinlər. Topdağıtmazevimizdə bir xalçamız qalmadı, qoyun sürümüzü dağıtdılar...naxırımız əldən getdi” (44, 49). (İyirminci illərin bəylərininnümayəndəsi Kərbalayı İsmayıl qırx il sonra F.Kərimzadəninyazdığı “Qarlı aşırım” romanında həmin sözləri belə ifadəedəcək: “bəy, o kəsdiyimiz duz-çörək haqqı, - ondan əziz şeybilmirəm, - mənə dəyən kimə dəysəydi, indiyə qədər on dəfəsilah götürərdi. Adamın varına da dəyərlər, torpağını dagötürərlər, nə olar, elə bilirəm əl çirkdi. Bəs hörmətə sözün154

____________Milli Kitabxana____________nədir? Kişiliyə sözün nədir? Axı birdən-birə hər şeyi adamınəlindən almazlar!”)Kəndlinin dedikləri: “Biz bolşeviklərdən qorxmuruq. Nəöləsi qoyunumuz var ki, saldatlar əlimizdən alsın, nə dətaxılımız var ki, atları ayaqlasın”. (44, 90.).Əmrah Tiflisdə hərbi hospitalda müalicə olunarkən beləsöhbətin şahidi olur:Gürcü Şəfqət bacısı: “Mənim əmim oğlu bolşeviklərigörmüşdür. O deyir ki, bolşeviklər təpədən-dırnağa qədərqanlı xəncər-bıçaqla yaraqlanmışlar, onların hər biri yırtıcıheyvana bənzəyir” (44, 195).Mir Cəlanın ilk romanları – “Dirilən adam” (1934-35) və“Bir gəncin manifesti” (1939) bədii-estetik özəllikləri, üslubzənginliyi, dilinin sadəliyi və şirinliyi ilə seçildilər və oxucu ilədərhal ünsiyyətə girə bildilər. Hər iki əsərin qəhrəmanları –Qədir də, Mərdan da kənddən şəhərə gələndən sonra inqilabaqoşulurlar və yenidən kəndə “inqilabçı” kimi qayıdırlar. Onlarışəhərə şəxsi problemləri gətirmişdi. Yəni Qədiri kənddə “ölü”elan eləmişdilər, Bəbir bəy onun gözəl-göyçək arvadıQumrunu ələ keçirmək istəyirdi, özünü də zəlil vəziyyətəsalmışdılar. Mərdan isə Hacı İbrahim Xəlili möhkəmcəəzişdirdiyi üçün qisas və həbs olunmaq qorxusundan qaçmışdı.155

____________Milli Kitabxana____________Yəni onlar öz şəxsi intiqamlarını almaq üçün hər hansı digərqisasçı dəstəsinə, qeyri-bolşevik qruplarına, lap elə qaçaqlara darast gəlsəydilər qoşula bilərdilər. Sovet dövrü ədəbi fikrindəbelə inqilabçılar haqqında yazılan “aylarla, illərlə ailələrinin,ata-analarının, sevgililərinin üzünə həsrət qalır, canlı insankimi, əsil həyat adamı kimi bir çox nəşə və zövqlərdən məhrumolurdular. Onlar ən böyük nəşəni inqilabdan, xalq uğrundaapardıqları mübarizədən alırlar” (50, 140) sözlərini oxuyandaisə roman müəlliflərinin belə “nəşəni” və “zövqü” hansıbədiilik meyarları ilə, təbiiliklə və inandırıcılıqla, ürəkdən vəməhəbbətlə yaratdıqlarını görə bilmirik. Qədirin “inqilabçı”olmağı ilə bağlı epizodu xatırlayaq:Qara kişi (firqə sədri) Qədirə deyir: “ - Hə, bilirsən nə var,qardaş oğlu! Burada heç zad yoxdur. Burada bircə şey var –məslək!- Necə yəni məslək? Məslək nə olsun?- Bir döz! - Qara kişi aramla danışdı. – Bir döz, gecə dəkeçir. Məslək odur ki, burada sən canını, malını, başınıqoyursan! Kimin yolunda – fəhlə - kəndlinin azadlığıyolunda... Sabah firqə deyəcək: tüfəngi götür səngərə get. Başüstə, getməlisən! Partiya sənə deyəcək: soyuqda köynəkcək156

____________Milli Kitabxana____________burdan Şəmkirəcən qaç! Gərək qaçasan. Qoy ev-eşiyini, getFitilbörkə. O saat. Ayrı söz yoxdur. Gərək gedəsən...Qədir duruxdu:- Yəni firqə qoymaz mən arvad –uşağım ilə görüşəm?- Yox...Elə demədim, dediyim odur ki, firqəmizin işi sənəcandan da, başdan da, arvad-uşaqdan da qabaqdır” (68, 123).“Dirilən adam” romanı inqilab mövzusunda əsər hesabolunsa da, Mir Cəlal özünəməxsus sənətkarlıqla, realizmin gücüilə Azərbaycan kəndinin əhatəli mənzərəsini verə bilmişdir,həyat həqiqətlərini, acı reallığı açıb göstərmişdir. Burada sosialədalətsizliyə, insana antiinsani münasibətə etiraz güclüdür.Ədəbiyyatşünas T.Salamoğlunun yazdığı kimi, “Qədirintalesizliyi və bu talesizlikdən doğan həyat “romanı” ideolojitəfsirin geyindirdiyi “sinfi don”a heç cür sığışmır, milligerçəkliyin sosial bəlası kimi dərin bəşəri məzmun, mənadaşıyır” (100, 17).Digər obrazlarla müqayisədə Qədir bir elə canlı vəinandırıcı deyildir. Qədirin inqilabi gerçəklik əsasında mənəvi“dirilməsi”nin də bədii-estetik və sosioloji-fəlsəfi tərəfləriəsaslandırılmamışdır. Sanki müəllif Qədiri inqilaba gətirməklə“sosial sifariş”i yerinə yetirdiyinə arxayınlaşmış, sonra isə özbədii aləminə baş vurmuşdur, canlı və maraqlı obrazlarını157

____________Milli Kitabxana____________(Qumru, Məşədi İslam, Qıssa xanım, Bəbir bəy, Sarıqlı Molla,Bekar və b.) və bədii lövhələrini, epizodlarını (təbiətmənzərələri, şəhərin quduz mənzərəsi, Bəbir bəyin“adaxlıbazlığı”, Qumru-Sarıqlı Molla əhvalatları, Bəbir bəyinməclisi və s.) tapmışdır.“Bir gəncin manifesti”ndə də belədir. Sanki M.CəlalMərdan obrazını inqilaba gətirməklə ideoloji nəzarətçilərə dediki, “buyurun, bu da sizin inqilabçı obrazı”. Yaxud, “buyurun,bu da sizin Lenin!”, “Qalanları isə mənimdir!” Qalanları:“Təhqir”, “Təcili tədbir”, “Nökərçilik”, “Yeni yolda”, “Sonanıncavabı”, “Göz yaşı romanı”, “Məktub”, “Manifest” fəsilləridir.Bu fəsillərin hər birini isə ayrılıqda Azərbaycan ədəbiyyatınınbədii cəhətdən mükəmməl və unudulmaz nümunələri hesabetmək olar.Çağdaş ədəbiyyatşünaslıqda romanın uğurunu sosializmrealizmi üstünlüklərindən çox, yazıçının fərdi romantik üslubuilə bağlayırlar. M.Cəlal romanlarında, xüsusilə “Bir gəncinmanifesti”ndə müasir bədii təfəkkürü cəlb edən məziyyətlərinçox olduğu razılıqla göstərilir. Ədəbi fikir istər Baharıntaleyinin, istərsə də onun anası Sonanın xarakterinin bədiidüşüncə predmeti olaraq qalacağı qənaətindədir. Onların ikisidə müstəqil bədii süjetin baş qəhrəmanı səviyyəsində dayanırlar158

____________Milli Kitabxana____________və ümumilikdə romanın baş qəhrəmanı hesab edilən inqilabçıMərdandan xeyli yüksəyə qalxırlar. Həm də bu personajlarlabağlı fəsillər o qədər güclüdür ki, hətta hadisələrə sinfi -ideoloji mövqedən verilən şərhlərin və siyasi- publisist deyimtərzinin üstünlük təşkil etdiyi proloqu, epiloqu və bir neçə fəsliçıxsaq belə, roman öz bütövlüyünü, bədii-estetik təsirinisaxlayacaqdır.Inqilab mövzusu və inqilabçılar görkəmli yazıçıM.S.Ordubadinin bədii yaradıcılığında da kifayət qədərdir.Onun “Dumanlı Təbriz” romanı və “Döyüşən şəhər”, “GizliBakı” və “Dünya dəyişir” əsərlərindən ibarət trilogiyası busıraya qatılır. Bəri başdan deyək ki, “Dumanlı Təbriz” bucərgədə dura bilməz. Uzun müddət “Dumanlı Təbriz”dəinqilabi mövzuda yazılmış romanların xüsusiyyətləriaxtarılmışdır. Ideya aydınlığını bir çox əsərlərimizdə olduğukimi, M.S.Ordubadinin də romanlarının mühüm məziyyətihesab edənlər, nədənsə “alt qatda”kı ideyaları görməkistəməmişlər.“Dumanlı Təbriz” romanı 1907-1917 ci illərdə CənubiAzərbaycanda baş verən mürəkkəb tarixi hadisələrdən bəhsedir. Burada hansı inqilabdan söhbət gedir? Həmin dövrdə İranı159

____________Milli Kitabxana____________əhatə edən məşrutə hərəkatından. Bu hərəkat isə CənubiAzərbaycanda milli-azadlıq çalarları ilə görünürdü və onunSəttar xan və Bağır xan kimi liderləri vardı. Deməli, “inqilab”və “inqilabçılar” milli-azadlıq hərəkatı ilə bağlıymış. Bakıdangöndərilən və Əbülhəsən bəy adı ilə fəaliyyət göstərən inqilabçıisə sinfi mübarizə aparmaq səylərində olsa da, daha çox milliazadlıq hərəkatının təmsilçisi kimi görünür.“Dumanlı Təbriz” romanı tədqiqatımızın digər fəslindəgeniş təhlilə cəlb olunduğu üçün üzərində dayanmırıq.1918-ci ildə Azərbaycanda gedən mürəkkəb ictimai-siyasiprosesləri əks etdirən “Döyüşən şəhər” romanında “inqilabi,yaxud “vətəndaş müharibəsi” mövzusunda yazılan romantəsnifatının zahiri örtüyü altında öz fərdi-şəxsi həyatları olaninsanların canlı bədii obrazları vardır” (33, 155). Lakin,“Dumanlı Təbriz”dən fərqli olaraq, trilogiyaya daxil olanromanlarda sırf ideoloji məqsəd üstünlük təşkil edir vəmüəllifin bolşevizmə, sovet hakimiyyətinə rəğbəti açıq ifadəolunur. M.S.Ordubadi qeydlərində deyirdi ki, trilogiyanıyazmaqda məqsədi Bakı partiya təşkilatının gizli hərəkattarixini iyirminci illərə qədər bədii şəkildə verməkdir. Müəllif1894-cü ildən 1918-ci ilə qədərki hadisələri “Gizli Bakı”da,160

____________Milli Kitabxana____________1918-1920-ci illəri “Döyüşən şəhər”də, 20-ci illəri isə “Dünyadəyişir”də əks etdirmişdir.Sovet ədəbiyyatşünaslığı bu romanları qiymətli bədiinümunələr hesab etməklə, M.S.Ordubadini “inqilabsalnaməçisi” adlandırmışdır. Bolşevizmin Bakıda fəaliyyətgöstərən nümayəndələrinin – Xanlar Səfərəliyevin, Kobanın,Pyotr Montinin, Lado Ketsxovelinin, Bakı kommunasırəhbərlərinin, S.M.Kirovun və digər inqilabçı obrazlarınınyaradılması, Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev,Ağamusa Nağıyev kimi “burjuy”ların ifşası müəllifin böyükyaradıcılıq nailiyyəti kimi qiymətləndirilmişdir.Trilogiya oxucunu inandırmağa çalışır ki, guya uzun illərboyu Bakıda güclü inqilabi hərəkat formalaşmış, onun Bakıkommunası kimi “parlaq” səhifəsi də olmuş, Oktyabrideyalarından “güc alan” Bakı inqilabçıları Azərbaycanda Sovethakimiyyətini qurmuşlar. Əlbəttə, tarix artıq hər şeyə aydınlıqgətirmiş, hər şeyi yerinə qoymuşdur. İndi Bakı bolşevizminində, Bakı Kommunasının da siması və məqsədi məlumdur,Azərbaycana sovet hakimiyyətinin inqilabi çevrilişlə deyil, XIQızıl Ordunun işğalı ilə gətirildiyi də aydındır. Odur ki, tarixifaktların yenidən araşdırılması ilə hər üç romanın uydurmaüzərində qurulduğu təkzib olunmur. Xüsuslilə trilogiyanın161

____________Milli Kitabxana____________üçüncü romanında – “Dünya dəyişir”də “alovlu bolşevik”S.M.Kirovun müsbət obrazı bədii yaradıcılığa siyasi-ideolojitəsirin güclü təzahürü kimi başa düşülə bilər.Bununla belə, həmin romanlarda həm tipoloji mənada,həm də janr strukturu baxımından diqqəti cəlb edən məqamlaraz deyil. Oxucunu da cəlb edən bu əsərlərdəki inqilabçlılarınfəaliyyəti, “inqilab işi” deyil, ayrı-ayrı şəxslərin fərdi-şəxsihəyatları, ailə-məhəbbət macəraları, bədii xarakterlərindəkihəzin lirizm və psixologizm, lap elə ayrı-ayrı süjetlərdənağılvarilik və macəraçılıqdır. Bu və digər özəlliklər bu günM.S.Ordubadinin həmin trilogiyasından “imtina etmək”haqqında səslənən fikirlərə, əlbəttə, haqq qazandıra bilməz.Belə fikirlər bir ideoloji xətti inkar edib, digər ideoloji mövqedədurmaq kimi də başa düşülə bilər. Hər bir bədii əsərə isə, ideyaməzmunvə poetik-estetik keyfiyyətlərindən asılı olmayaraq,bədii fakt kimi yanaşılması vacibdir.“Səhər” (M.Hüseyn), “Araz” (A.Şaiq), “Nina” (S.Rəhman)romanlarında da müəlliflərin məqsədi aydındır: XX əsrinəvvəllərində Azərbaycanda inqilabi-tarixi şəraitin yaranması,xalqın inqilabi şüurunun oyanması və onu inqilaba aparanprosesləri göstərmək. Sözün qısası, inqilabı və bolşevikinqilabçılığını Azərbaycan hadisəsi kimi təqdim etmək. Əlbəttə,162

____________Milli Kitabxana____________əsasən Bakıda özünü göstərən, rusların və digər millətlərinaparıcı olduğu fəhlə hərəkatlarına yalnız kommunist donugeyindirmək, onları Azərbaycanın taleyi ilə bağlamaq və millimaraqlar, milli şüurun oyadılması istiqamətli kütləvihərəkatların üstündən vaz keçmək məsələyə məqsədli-ideolojiyanaşmanın, tarixi hadisələrdəki həqiqətləri və fəlsəfəni görəbilməməyin (yaxud bilməyi məqsədli hesab etməməyin), onlaradigər bucaqlar altında baxılmamasının nəticəsidir.“Səhər” romanını M.Hüseynin yaradıcılığında irəliyədoğru bir addım kimi dəyərləndirən ədəbi tənqid qeyd edirdi ki,“inqilabi nəzəriyyənin, partiya rəhbərlərinin kütlələrə təsiri,xalq hərəkatının şüurlu və mütəşəkkil bir şəkil alması, Bakıfəhlə hərəkatında rus inqilabçı fəhlələrinin fəal iştirakı romandacanlı və doğru verilmişdir” (1, 308). Amma belə bir suala cavabaxtarılmasının deyəsən hələ zamanı gəlməmişdi: rusun Bakıdainqilab etməsində məqsədi nə olmuşdur?Hər halda, “Səhər” romanı bədii məziyyətləri iləyuxarıdakı sırada iki əsərdən fərqlidir. Struktur quruluşunda,süjet, konflikt və xarakterlərin yaradılmasında, mükalimələrdəbir çox özəllikləri romanın Mehdi Hüseyn yaradıcılığındamühüm yer tutmasını şərtləndirir.163

____________Milli Kitabxana____________Romanın aparıcı obrazları Məşədi Əzizbəyov vəBayramdır. Sovet dövrünün ədəbi tənqidi yazırdı ki, M.Hüseynazərbaycanlı fəhlələrdə inqilabi şüurun oyanmasını, xalqlararasındakı dostluğu realist bədii səhnələrdə vermiş, bunlarıəsasən Bayram surətinin bədii tərcümey-halında, onunmübarizə tarixi ilə əlaqədar bədii tablolarda cəmləşdirmişdir.M.Əzizbəyov kimi inqilab rəhbərlərinin fəaliyyəti sayəsində oda inqilab ordusunun sədaqətli bir əskəri olur (1, 494-495).Həmçinin yazıçının M.Əzizbəyov surətinə çox əhəmiyyətverdiyi, onu siyasi mübarizə planında geniş və hərtərəfli təsvitetməyə çalışdığı qeyd olunurdu (1, 307). Xatırlayaq ki,M.Əzizbəyov obrazı üzərində yazıçı əvvəllər “Komissar”povestində də işləmiş, onun inqilabi fəaliyyətini təsvir etmişdi.Bu gün isə ədəbi fikrin hər iki obraza münasibətibirmənalıdır: bu obrazlar, xüsusilə M.Əzizbəyov sxematikdir,birtərəflidir. Onlar yalnız hərəkətdə olan, müəyyən tapşırığı,proqramı icra edən personajlardır. Romanda M.Əzizbəyovideoloji rupora çevrilmiş, daxili aləmi, insani kompleksləri,azərbaycanlı kimi milli-mənəvi tərəfləri görünməyən bir obrazkimi verilmişdir. Yeri gəlmişkən, əsər araya gələndən sonraonun haqqında söz deyən M.Arif də (1957-ci ildə)164

____________Milli Kitabxana____________M.Əzizbəyov obrazının zəif verildiyini, “lazımınca dolğun, ətliqanlı”çıxmadığını qeyd etmişdi (1, 307).M.Əzizbəyovun, demək olar, bütün danışıqları, həttaevdəki söhbətləri də bir bolşevik təbliğatçısının sözləridir, sankipartiya proqramlarından, inqilabi vərəqələrdən gətirilənsitatlardır. O, hətta M.Ə.Sabirdən, “Molla Nəsrəddin”dəndanışanda da oxucunu çaşqın vəziyyətə salır:“ – Sabiri oxuyursunuzmu? “Molla Nəsrəddin”jurnalına fikir verirsinizmi? Onlar həyatdan yazırlar. Şəxsənmən onları inqilabın köməkçiləri hesab edirəm” (48, 279).Romanda bir insan və azərbaycanlı kimi M.Əzizbəyovundaxili aləmi lazımınca açılmamış, “alt qat”dakı düşüncə tərzi,milli təfəkkürü göstərilməmişdir. Halbuki, bu bir həqiqətdir ki,tarixi şəxsiyyətlərin dəyərləndirilməsində onların bədiiobrazının təqdimatı mühüm rol oynayır. Hesab edirik ki, sovetdönəmində təkcə bədii ədəbiyyatda deyil, tarixi-siyasikontekstdə də M.Əzizbəyovun təqdimatı birtərəfli olmuş, o,yalnız siyasi fiqur, alovlu leninçi, mətin inqilabçı və publisistkimi təbliğ olunmuşdur. Bəy nəslindən olan, XX əsrinəvvəllərində Peterburqda ali təhsil alaraq vətənə qayıdan, həyattərzi milli zəminə söykənən bu insanın inqilabi hərəkataqoşulması, Bakı Komunasında təmsil olunması da yəqin ki,165

____________Milli Kitabxana____________müəyyən motivlərə əsaslanırdı. Hər halda, M.Əzizbəyovfenomeni istər tarix səhifələrində, istərsə də bədii ədəbiyyatdalazımınca ifadəsini tapmamışdır. Bəlkə də, 26-ların cərgəsindəqətlə yetirilməsəydi, sovet hakimiyyəti qurulandan sonraM.Əzizbəyov da N.Nərimanov kimi eyni aqibəti yaşayacaqdı.Deyə bilərlər: axı M.Əzizbəyov Azərbaycan xalqına yadolan Bakı Kommunasının rəhbərlərindən biri olub,S.Şaumyanla bir komandanın üzvü kimi fəaliyyət göstərib...Elədir, lakin milli mənafeyimizə yad olan qısa ömürlü BakıKommunası dövründə M.Əzizbəyov olmasaydı nəqazanacaqdıq? Hər halda, nüfuzlu, şəxsiyyətli bir insan kimiM.Əzizbəyovla hesablaşırdılar, yəqin ki, o da olmasaydı həmindövrdə azərbaycanlıların əleyhinə fəsadlar daha çox olardı. O,xalq tərəfindən qəbul edilirdi. Onu eşidirdilər. Təmsil olunduğubolşevik dəstəsində onun nüfuzundan və şəxsiyyətindənmüəyyən qədər çəkinirdilər.Elə götürək 1918-ci ilin mart qırğınlarını. Həmin günlərdəazərbaycanlıların daha geniş miqyasda qırğınlarının qarşısınınalınması üçün M.Əzizbəyovun gücü və səlahiyyətləri daxilindəfədakarlıq göstərdiyini danmaq olmaz. N.Nərimanov yazırdı ki,“Şamaxıdan qayıdan Əzizbəyov faciəni mənə danışanda göz166

____________Milli Kitabxana____________yaşlarını saxlaya bilmirdi. Onda mənə aydın oldu ki, Bakıdasovet hakimiyyəti daşnakların əlindədir” (152, 189).S.M.Əfəndiyevin qeydləri də diqqətçəkəndir. O, yazırdi:Məşədi son dərəcə həssas qəlbə malik insan idi. O, Şamaxıqəzasında olarkən dağıdılmış və qana boyadılmış Şamaxışəhərinin mənzərəsinə baxıb qəlbində dəhşətli bir ağrı hissetmişdi... Məşədi hər yerdə və hər vasitə ilə izah edirdi ki,Şamaxıdakı qırğın və yanğın bolşeviklər partiyasının və Sovethökümətinin qatı düşməni olan daşnaklar tərəfindəntörədilmişdir. Bu hələ bir yana qalsın, hətta mart günlərində“şəhərdə özbaşınalıq edən daşnak hissləri onu tutduğuvəzifələrə baxmadan həbsə almış, evini isə atəşə tutmuşdular”(63, 91).Əlbəttə, oxucuya məhz belə keyfiyyətləri özündə daşıyanM.Əzizbəyovun bədii obrazını göstərmək lazım idi, o cümlədən“Səhər” romanında da.Romanda digər obrazlar – İskəndər kişi, Pəri nənə,Səlminaz ana, Alı, Rəşid, Rəhimbəy, Şirin bəy, Vasili Orlov,Gözəl, Teybə, Osman, Mahmud və Minarə aparıcı obrazlarla(M.Əzizbəyov və Bayram) müqayisədə daha dolğun vəinandırıcı çıxmışlar. Əsrin əvvəllərinin Bakısı və Azərbaycankəndi (Ayıbasar) realist və zəngin boyalarla verilmiş, şəhərdə167

____________Milli Kitabxana____________və kənddə gedən proseslər geniş lövhələrlə və epizodlarla təsvirolunmuşdur.Qeyd edək ki, “Araz” və “Nina” romanlarında Arazıninqilabçılığı və Əjdərin inqilab işinə xidməti də oxucu şüurundaheç bir bədii təsir yaratmamış, iz qoymamışdır. Bu əsərlərinmüəllifləri A.Şaiqin və S.Rəhmanın yaradıcılıq simaları,Azərbaycan ədəbiyyatında yeri və rolu müəyyənləşərkən həminromanların arxa planda qalması təbiidir və başa düşüləndir.1930-1950-ci illər romanlarının tədqiqində bir məsələ dədiqqəti çəkir. İnqilab mövzulu romanların demək olar ki,hamısında erməni obrazları vardır: “Dumanlı Təbriz”də ArşaqSurenyans, “Gizli Bakı”da Ayrapet, “Döyüşən şəhər”dəS.Şaumyan, “Şamo”da Arşak, Suren, “Bir gəncin manifesti”ndəSuren, “Dünya qopur”da Karapet, “Araz”da Qriqor,“Qəhrəman”da Qrikor, “Səhər”də Tiqran və s. Bu obrazlarınhamısı müsbət planda verilmişdir və müəlliflər rejiminbeyinlərə yeritdiyi ideoloji əsasında onlara rəğbətlərini də ifadəetmişlər.“Dünya qopur”da hətta azərbaycanlılar guya musavatçılartərəfindən dağıdılmış erməni kəndini yenidən tikirlər (görəsənermənilər də dağıtdıqları yüzlərlə Azərbaycan kəndlərində bircəev tikiblərmi?). Romandan bir parça:168

____________Milli Kitabxana____________Ermənilər üçün tikilən yeni kəndin açılışında. “Gurultu iləCinişin sağlığına içildikdə o birdən yanında oturmuş sarıbığermənidən soruşdu:- Ə, Karapet, de görüm inandın ki, sənə ev tikdik, yoxsayox?- İnandım, inandıx axber! Biz əvvəldən qardaşıx! Partiyabizim qardaşlığımızı yaman bərkitdi” (26, 397).Həmin dövr Azərbaycan ədəbiyyatında ermənilərin müsbətobrazlar kimi ortaya çıxmasına ürəyigenişliyin, dinc yanaşıyaşamaq istəyinin, tolerantlığın, xalqımızın tarixən hər cürdüşmənçilik hissindən, kin-küdurətdən uzaq olmasının, bütünmillətlərə dostcasına yanaşmasının təzahürü kimi də baxmaqolar. Belə bədii obrazları Azərbaycan xalqının ermənilərəuzatdığı dost əli kimi də başa düşmək olar. Lakin tariximizinson iyirmi beş ilinin hadisələri, həmişə dost əlini uzatdığımıztərəfin əsrin əvvəllərində, 1918-ci ildə olduğu kimi, əsilsiqlətini, Azərbaycan torpaqlarına iddialarını, azərbaycanlılaraqarşı kin-küdurətlərini açıb göstərmirmi?Onu da vurğulayaq ki, həmin erməni obrazlarınıncanlılığından, bədii təsir gücündən danışmağın yeri yoxdur.Ideoloji fiqur kimi əsərlərə yerləşdirilən bu obrazların süjetin169

____________Milli Kitabxana____________inkişafında, konfliktin gedişində və həllində, romanın bədiitəsirinin səviyyəsində heç bir rolu və əhəmiyyəti görünmür.“Erməni məsələsi”nə yalnız Y.V.Çəmənzəminlininəsərlərində - “1917-ci ildə” və “İki od arasında” romanlarındafərqli yanaşılmışdır. Qeyd edək ki, Y.V.Çəmənzəminlinin“Studentlər” və onun ikinci hissəsi olan “1917-ci ildə”romanlarının inqilab mövzusunda əsərlər cərgəsinə qatılmasıtamamilə əsassızdır. Hətta Rüstəmbəy kimilərin bəzən inqilabaürəkdən qoşulmağa tərəddüdlə yanaşmaları, bolşeviklərinyürütdükləri siyasətin beynəlmiləl mahiyyətini dərindən dərkedə bilməmələri, onlarda inqilabçılara məxsus inqilaba ürəkdənvurğunluğun olmamasını müəllifin nöqsanı da hesab etmişlərki, bu da absurddur! Həmin romanı da tədqiqatımızın digərfəslində təhlilə cəlb edəcəyimiz üçün bu məsələlərin üzərindəgeniş dayanmırıq. Bununla belə, romanda müəllifin “erməniməsələsi” ilə əlaqədar toxunduğu bir məqama diqqəti cəlbetmək istəyirik. Burada Kasparyan adlı bir erməni obrazı vardır.O, Rüstəmbəyə qarşı nə qədər səmimi və sədaqətli görünsə dəözündə “daşnaq zehniyyəti”ni yaşadır. Rüstəmbəy deyir:“- Bilirsiniz, erməni məsələsini bizimlə əlaqədar birməsələ olaraq... ətraflı tədqiq etmişəm... Müharibə əsnasındaMoskvada rusca nəşr etdirdiyiniz məcmuə və kitabları gözdən170

____________Milli Kitabxana____________keçirdim. Erməni hərəkatının tarixi ilə də az-çox tanışam...Erməni millətinə xeyirxah bir türk sifətilə bunu deməliyəm ki,erməni milli hərəkat rəhbərləri bir çox səhv yapmış vəyapırlar. Çar idarəsinə muxtariyyət ümidi bəsləmək boş birxəyaldan başqa bir şey deyildir. Böyük Pyotrdan bəri bütünçarların sizə verdiyi vədlər yoxa çıxmış. İştə, xristian Avropavə Rusiyanın sizə verdiyi “faydalar!” Millətinizin faciəsiyaxını qoyub uzaqda dost aramaqdan irəli gəlmiş. Zənnedirəm millətin müqəddəratını keşişlərin və korgözlüdaşnaqların cəngindən qurtarmağın zamanı çoxdangəlmişdir” (16, 271-272).Rüstəmbəyin sözlərini Kasparyan bir neçə gün düşünür,götür-qoy edir və nəhayət müəyyən tərəddüdlərdən sonraonunla razılaşır:“ - O gündən sənin dediklərini fikirləşdim...Məssəbhaqqı, doğru deyirsən. Düzdür, o gün sənə cavab vermədim,çünki, doğrusunu deyim, inanmadım. Axı, canım, bu dasəbəbsiz deyil. Müsəlmanlar bizi çox qırmışlar, biz dəmüsəlmanları az öldürməmişik, düşmən olmuşuq. Budüşmənçiliyimizi tərbiyə və təhsilimiz bir qat daha artırmışdır.Erməniyə qarşı olan zülümləri evdə atamız-anamız, kilsədəkeşiş, məktəbdə müəllim, müəlliflər, jurnalistlər o qədər171

____________Milli Kitabxana____________söyləmişlər ki, varlığımız kinlə yoğrulmuşdur...Sənədoğrusunu deyim, bizi qırdıran, məhv edən bu kin olmuşdur.Müsəlmanın bir məsəli var: “Qanı qanla yumazlar, su iləyuyarlar”. Daşnaqlar həmişə qanı qanla yumaq istəmişlər...”(16, 274-275).1.6.4. “SOSİAL SİFARİŞ” DAİRƏSİNDƏ. Tarixiromanlarımızı müəyyən mənada istisna etsək, 1930-1950-ciillərin roman yaradıcılığında müəlliflər partiyanın siyasixəttindən, ədəbiyyata verilən “sosial sifariş”dən kənara çıxabilməmişlər. Xüsusilə Böyük Vətən müharibəsindən sonrakı onil ərzində partiya ədəbiyyat və incəsənət qarşısında ideolojitələblərini daha da gücləndirmişdi. Fikrimizcə, sosialistrealizmi bədii metodunun qəti normativlər dövrünün 1930-1950-ci illəri əhatə etməsi barədə qənaətlər (T.Əlişanoğlu) bumənada mübahisəli görünür. Yəni həmin “qəti”lik, sərtlik 1945-1955-ci illər ədəbiyyatı üçün daha xarakterikdir.“Sosial sifariş” dairəsində fəaliyyət göstərən yazıçılar özistedadlarını da, bədii axtarışlarını da bu əhatədə arayaçıxarmışlar və bunu da danmaq olmaz ki, hər bir sənətkarınəsəri qiymətləndiriləndə siyasi-ideoloji amillərlə yanaşı, istedadda əsas meyar olmuşdur. “Sosial sifariş”in mövzularınıaşağıdakı qaydada qruplaşdırmaq olar:172

____________Milli Kitabxana____________– İnqilabi hərəkat, “vətəndaş müharibəsi”, Sovethakimiyyətini möhkəmləndirmək uğrunda mübarizə;– Kollektivləşmə hərəkatı, sosializm quruculuğu və yenihəyat uğrunda mübarizə;– Sovet cəmiyyətinin, rəhbərin, sovetlər hakimiyyətinintərənnümü, “sinfidüşmən”in ifşası;– Böyük Vətən müharibəsində partiyanın rəhbərliyi iləxalqın hünər və qələbəsi;– Müharibədən sonra bərpa və quruculuq hərəkatı;– Əmək qəhrəmanlarının tərənnümü, sosializm yarışı;– Sosialist sisteminin kapitalizmdən üstünlüyü,kapitalizmin ifşası və s.Mövzular müxtəlif olsa da, onları eyni motivlər, eyniinkişaf xətti, qəhrəman obrazlarını eyni məqsəd, eyni anlambirləşdirir. Fərqlər isə müəlliflərin istedad səviyyəsindən asılıolaraq, əsərin poetik, dil və üslub, bədii-estetik özəlliklərindəgörünür. Yeni həyat uğrunda mübarizə, kollektivləşmə hərəkatıotuzuncu illərdə Ə.Əbülhəsənin “Yoxuşlar”, M.Hüseynin“Tərlan”, Ə.Vəliyevin “Qəhrəman” romanlarında aparıcıistiqamətlərdir (inqilabi hərəkat, vətəndaş müharibəsi mövzularıilə bağlı əsərlərin tədqiqinin qənaətləri barədə yuxarıda173

____________Milli Kitabxana____________danışmışıq). Yeni Azərbaycan romanı 1930-cu ildəƏbülhəsənin yazdığı “Yoxuşlar” romanı ilə başlanır. Onu dadeyək ki, “Yoxuşlar”ı və “Dünya qour”u yazan Əbülhəsən“Dostluq qalası”, “Tamaşa qarının nəvələri”, “Sədaqət”əsərlərinin müəllifi Əbülhəsəndən irəlidədir. Xüsusilə ona görəki, ilk iki əsərlə müəllif yeni Azərbaycan romanının yaradıcılarısırasındadır. Sonrakılar isə Azərbaycan nəsrinin sıradanəsərləridir.Sovet dövrü ədəbi fikri “Yoxuşlar” romanını həmAzərbaycan sovet romanının ilk nümunəsi olaraq, həm dəzamanında mövzu aktuallığına görə qiymətləndirmişdir:“Yoxuşlar” romanının ideyası Azərbaycan kəndində kollektivtəsərrüfat uğrunda gedən mübarizələrin inkişaf yolunu bütünmürəkkəbliyi və ziddiyyətləri ilə göstərmək və bu tarixiprosesin əhəmiyyətini izah etməkdən ibarətdir. Müəllif buideyanın konkret mövzu dairəsində bədii həllini vermək üçünən geridə qalmış ucqar bir kənddə qolçomaqların bir sinif kimiləğv edilməsi və bütün fərdi təsərrüfatların ellikləkollektivləşmə işinə cəlb olunması uğrunda mübarizələriqələmə almışdır” (26, 7). Bu gün isə roman mövzusuna,mövzunun aktuallığına, ideyasına görə deyil, obrazlarına,174

____________Milli Kitabxana____________həmin dövr gerçəkliyinin ayrı-ayrı epik lövhələrinə görəmaraqlı ola bilər.Əbülhəsən əsərinə ilk roman obrazlarını gətirmişdir.Bunlar Bakı fəhləsi, yeni kolxoza rəhbərlik etmək üçüngöndərilən Bünyad, yeni kənd uğrunda yorulmadan çalışanQumru, kənd fəalı Muzdur, milis rəisi, pozucu qüvvələrəməharətlə rəhbərlik edən Kamal, qolçomaq Əhməd, kəndortababı Babacan, Cani kişi və başqalarıdır. Bunların hər birinimüəllif canlı xarakter səviyyəsinə qaldırmağa çalışmış, fərdiözəlliklərini, psixoloji aləmlərini açmağa səy göstərmişdir.Mehdi Hüseyn “Tərlan” romanına (1937-1938) əvvəlki“Daşqın” əsərinə nisbətən bir neçə canlı obraz gətirmişdir. Vəbu roman da partiya təbliğatçısı və şüarçısı səviyyəsindəgörünən baş qəhrəmanı Tərlanın sxematik, cansız obrazı ilədeyil, Mürsəl kişi, Güləli oğlu, Həmid, Ədhəm kimi canlıinsanları ilə diqqəti çəkir. Romandan bir parça:“Şəhribanı onun sözünü kəsdi:– Əlbəttə, indi vaxtın olmaz. Kolxoza yazılıbsan, böyükadam olubsan. Bizdə nə var? Yoluq-yoxsul adamıq. – Bəy qızıistehzanın yersiz olduğunu duyub səsinin ahəngini dəyişdi: –175

____________Milli Kitabxana____________Kolxoz deyəndə ağzınıza çullu dovşan sığmır, de görümmənim qapımda yaxşı dolanırdın, yoxsa indi?Güləli oğlu adəti üzrə əlindəki çubuqla yeri qurdalayırdı.O, Şəhribanının sualını eşitməməzliyə vurdu.– Vallah, – dedi, – nə bilim, ay xanım, görək axırı nətəhər olur da”. (44, 498).“Görək axırı nə təhər olur” – bu, təkcə Güləli oğlunundeyil, kənddə kolxoz quruculuğuna, sovet hakimiyyətinimöhkəmləndirmək tədbirlərinə heç də könüllü qoşulmayan,hətta zorakı yollarla cəlb edilən minləri, yüz minləridüşündürən bir sual idi. Gənc Mehdi Hüseynin siyasi-ideolojiinamı və həyat həqiqətlərinə sədaqətli qalmaq instinktiarasındakı ziddiyyətlər də məhz belə epizodlarda görünürdü vəonun bir istedadlı yazıçı kimi imkanlarını təsdiq edirdi.Əli Vəliyev də həmin illərdə yazdığı “Qəhrəman” romanıilə kolxoz quruluşu uğrunda sinfi mübarizəni tərənnümetmişdir. Lakin bu roman cərgədə olan eyni istiqamətliromanlardan heç bir üstünlüyü ilə fərqlənmir, bəzii təbiiməqamlarına baxmayaraq, bədiilik baxımından, kompozisiyaquruluşu və bəsit təsvirləri ilə zəif təsir bağışlayır. İdeolojitələblərə “xüsusilə” cavab vermək səyləri romanda nəzərəçarpır.176

____________Milli Kitabxana____________Ümumiyyətlə inkar etmək olmaz ki, otuzuncu illərdəmüəlliflər fərdlərin yox, təbəqələrin, siniflərin psixologiyasınıaçmağa çalışsalar da, ədəbiyyatımıza bəzi yaddaqalan obrazlargətirə bilmişlər. Ədəbi təcrübənin azlığı, janrın yeniliyi, dövrünkəskin ziddiyyətləri, ideoloji təzyiqin artması və s. çətinliklərəbaxmayaraq, gənc müəlliflərin roman yazmaq səyləri, əlbəttə,qiymətləndirilməlidir. Təsadüfi deyildir ki, həmin dövrünromanları sonralar yenidən işlənmiş və nisbətəntəkmilləşdirilmişdir.“Saçlı” romanında hadisələr otuzuncu illərin əvvəllərindəcərəyan edir və müharibə illəri də daxil olmaqla böyük bir dövrəhatə olunur. S.Rəhimov 1940-cı ildə yazmağa başladığı,üzərində 10 ilə qədər işlədiyi üç cildli “Saçlı” romanının arayagəlməsi haqqında yazırdı ki, “Saçlı”nı yazarkən sanki daş-qayaüstündə buruq qoyub yerin qatlarını qazmışam. Əsər arayagələndən sonra buradakı mənfi hadisələrin sovet həyatı üçünsəciyyəvi xarakter daşımaması, sovet cəmiyyətindəSübhanverdizadə, Meşinov, Balacayev və b. kimi mənfiünsürlərin olmaması barədə fikirlər səslənmişdir. Dövrünnüfuzlu tənqidçiləri yazırdılar ki, romanda müəllif “hadisələrivə insanları birtərəfli, özü də dövrümüz üçün heç də səciyyəvi177

____________Milli Kitabxana____________olmayan bir şəkildə əks” etdirmişdir (46, 43), “sovet varlığıhaqqında birtərəfli, natamam və bəzən də yanlış təsəvvür”yaratmışdır (46, 44), “qara qüvvələrin təsirinə olduqca böyükyer vermiş, onların qarşısında duran sovet adamlarını isə çoxağır hərəkət edən, düşmənə fürsət verən, döyüşkənlik ruhundanməhrum olan adamlar kimi meydana çıxarmışdır” (66, 227) vəs. Bunlar da ilk növbədə sovet cəmiyyətinin artıq konfliktlərdənuzaq olması barədə şüurlara yeridilən ideoloji diqtənin əkssədasıidi. “Konfliktsizlik” dövründə tənqidi realizmə üztutması S.Rəhimovun ciddi nöqsanı hesab edilsə də, “Saçlı”romanı xüsusilə ikinci və üçüncü cıldləri ilə sosialistrealizminin, sinfilik mövqeyinin bir nümunəsi olaraq görünür.Amma belə bir qənaəti də təsdiq etməliyik ki, romanda həmindövr hadisələrinin real mənzərəsi, canlı və yaddaqalan obrazlarvardır.“Saçlı” birinci cildi ilə güclüdür, cəlbedicidir, təsirlidir,bədii nümunə kimi yaddaqalandır. Düzdür, burada dauzunçuluq, yoruculuq çoxdur. Sonradan yazılan iki cild isə(yalnız üçüncü cildin əvvəllərində Zülmətin dəstəsinindarmadağın edilməsi, Sübhanverdizadənin ifşası ılə bağlıepizodlar istisna olmaqla) artıq görünür. İkinci və üçüncücildlər sanki raykom katibi Tahir Dəmirov obrazını “ətə-qana178

____________Milli Kitabxana____________gətirmək” və Şaçlı – Rüxsarə obrazını ön plana çıxarmaq,inkişafda göstərmək məqsədini güdür. Müəllif Tahir Dəmirovuat belində kəndləri gəzdirir, onun qorxmaz və dönməz olduğunusübut etməyə çalışır, novatorluğunu, işgüzarlığını,təşkilatçılığını qabartmaq istəyir. Bütün bu səylərinəbaxmayaraq, Dəmirov bədii obraz kimi Sübhanverdizadəsəviyyəsinə qalxa bilmir. Bu obraz, müəllifin bütün səylərinəbaxmayaraq, sxematik və birtərəflidir. Onunla bağlı epizodlardauzun-uzadı “hərəkət” varsa da, bədiilik yoxdur. Elə birincicildin axırlarında Dəmirovun Baş Yollar idarəsində “fəallığı”da oxucunu yorur, belə epizodlarda estetik həzz məqamlarıyoxdur , bu və digər belə parçalarda oçerkvari təfsilatlarromanın daxili poetikasını bəsitləşdirir.Saçlı – Rüxsarə obrazını da bitkin hesab etmək olmaz.Zülmətin dəstəsi ilə döyüşdən sonra müəllifin uzun-uzadıəhvalatlarla Rüxsarəni inkişafda göstərmək istəməsi səyləri heçdə obrazı zənginləşdirmir, tamamlamır. Biz Rüxsarəni yalnızmüəllifin cızdığı xətt üzrə, tərcümeyi-hal, “hərəkət” xronikasıilə “inkişafda” görürük. Və burada da bədiilik əvəzinəoçerkçilik üstünlük təşkil edir.Romanın kompozisiyası bədii tutumundan xeyli genişdir.Birinci cilddə start götürən və nisbətən genişlənən romanın179

____________Milli Kitabxana____________daxili siqləti ikinci və üçüncü cildlərdə itir, Zülmətin dəstəsininləğvindən və Sübhanverdizadənin ifşasından sonra isə əsərbədii-estetik keyfiyyətlərini itirdiyi kimi, oxucu marağını daitirir. Məmməd Cəfər 1949-cu ildə “Saçlı və həyatımız”məqaləsində yazırdı ki, “Saçlı”da darıxdırıcı səhnələr, əsərəmaterialdan gəlir, həm də elə material ki, həyat üçün səciyyəvideyildir”(54, 162).“Saçlı” – Sübhanverdizadənin romanı kimi yadda qalır.Qeyd etdiyimiz kimi, bu obraz sovet ədəbi tənqidindənarahatçılıq doğurmuşdu. Guya belə obrazlarla sovet varlığıtəhrif olunur, guya belələri sovet həyat meydanında ola bilməz.Sübhanverdizadənin mübarizəsi heç də sinfi mahiyyət daşımır.Yəni o, hansısa bir sinfin nümayəndəsi deyildir, hərçənd ki,özünü fəhlə-kəndli sinfinin nümayəndəsi sayır. O, tutduğuvəzifədə özünü bu rayonun ağası sayır və bu ağalığı, bu hökmüqoruyub saxlamaq, hər şeyi öz əlində cəmləşdirmək, necədeyərlər, “hakim-mütləq” olmaq əzmindədir. O, dağlara çəkilibbanditliklə məşğul olan Zülmətdən də öz məqsədləri üçünistifadə edir, yolunda maneə olan adamları onun əli ilə aradangötürmək istəyir. Sübhanverdizadənin öz məqsədinə çatmaq,mövqeyini möhkəmləndirmək yolları bütün vəziyyətlərdəmaskalanmaqdan, dərhal şər atmaqdan, hər cür yalanlar180

____________Milli Kitabxana____________uydurmaqdan, şaiyələr yaratmaqdan, adamları bir-birinə qarşıqoymaqdan keçir.Sübhanverdizadə bir kadr kimi hakimiyyət strukturundaaraya çıxmışdır (Nemətullayev, Meşinov, Balacayev, Dağbaşovkimi). Belə adamlar hər vaxt olmuşdur və bu gün də vardır.M.Hüseynin yazdığı kimi, Sübhanverdizadə elə bir qorxulu tipidi ki, onun səpdiyi toxumlar sonradan cücərirdi.Sübhanverdizadə kimilər sovet quruluşunun, bolşevizminyaratdığı ımkanlardan ustalıqla istifadə edirlər.Sübhanverdizadə bolşevizmin, sosializmin prinsiplərini öz başadüşdüyü, özünə sərf edən tərzdə hər kəsə “izah edir” və buzaman onun dilindən səslənən sözlər əslində həmin prinsiplərəparodiya kimi səslənir. Məsələn:“ – Bizdə “temp” sözü var, “tədricən” sözü yoxdur,Qocaoğlu! Sağlar bizə nə deyir? Onlar deyirlər ki,“tələsməyin, qolçomaq tədricən, barışıq yolu ilə sosializməqovuşacaqdır”. Onlar deyirlər ki, “ellik, kollektivləşməəsasında qolçomağı birdən-birə bir sinif kimi ləğv etmək lazımdeyildir. Onlar tədricən özü-özlüyündə ləğv olacaqlar!” Onlardeyirlər: “Tədricən sənayeləşmə olacaqdır”. Onlar hər bir işi“sürətlə” yox, “tədriclə” bağlayırlar. Bax, burada da vururxiyar əyri bitir” (90, 447).181

____________Milli Kitabxana____________Qeyd edək ki, Sübhanverdizadə kimi vəzifə sahibləri sovetquruluşunun varlığının sonrakı mərhələlərində də çoxolmuşdur. Biz belə tiplərlə sovet dövrü ədəbiyyatının sonrakımərhələlərində araya çıxan bədii əsərlərdə də rastlaşırıq. Elə bugün də cəmiyyətimiz, hakimiyyət strukturları belə adamlardanxali deyildir. Ədəbi nümunələrdə onlar müxtəlif bədiiamplualarda, müxtəlif biçimdə, müxtəlif məqamlarda bədiiifadəsini tapır. Məzmun isə eynidir.Sübhanverdizadə, Dağbaşov, Meşinov, Nemətullayev,Balacayev kimi rəhbər işçilərin simasını açmağı sovetdövrünün 30-40-cı illərində yazıçı cəsarəti hesab etmək olar vəbelə cəsarəti “müsbət” obrazların iştirak etdiyi ayrı-ayrıepizodlarda da görə bilərik. Məsələn raykom katibi Dəmirovuninşaat mühəndisi ilə söhbətindən:“ – Mənimki siyasətdən artıq inşaatdır! – deyəmühəndis başını tərpətdi və gülə-gülə əlavə etdi. – Çünki mənLev Nikolayeviçin oxucusuyam!– Bu halda siz Lenini də oxuyun!– Mən Lenini də oxumağa başlamışam!– Lenin Tolstoya düzgün qiymət veribdir!– Lenin Tolstoy fəlsəfəsinə zidd gedibdir!182

____________Milli Kitabxana____________– Çünki Tolstoy fəlsəfəsi köhnə həyatı devirməkdə,dəyişdirməkdə bizəkömək edə bilməz! – deyə Dəmirov gülümsəyə-gülümsəyəmühəndisə cavab verdi” (90, 62).Yeni sosialist həyatı uğrunda mübarizə zamanınınhadisələri bir qədər fərqli planda “Açıq kitab” romanında da özbədii əksini tapmışdır. Mir Cəlalın 1941-ci ildə araya gətirdiyibu romanında hadisələrin inkişafı 1934-1937-ci illəri əhatə edir.Sovet ədəbi tənqidi romanı belə təqdim edirdi: “Açıq kitab”Sovet Azərbaycanının çiçəkləndiyi bir dövrdə, yeni xoşbəxthəyatı öz dar şəxsi mənfəətləri xatirinə içəridən zəhərləməyəçalışan adamların iç üzünü açıb meydana qoyur” (1, 511).Lakin analoji mövzulu digər əsərlərdən fərqli olaraq buromanda “sosial həyat və insan konteksti” (100, 19) ictimaisiyasiproblemlər kontekstini üstələyir.Həmin dövr üçün ənənəvi siyasi-ideoloji mövzulardairəsindən çıxan müəllif sovet hakimiyyətinin otuzuncu illərmərhələsindəki hadisələrə özünəməxsus yaradıcılıq üslubu iləyanaşmış, sosialist realizmi ölçülərindən daha çox tənqidirealizm ölçülərinə üstünlük vermişdir. Bəlkə də bu amillərin ört- basdır edilməsi meyllərinin nəticəsidir ki, romanı çox vaxt183

____________Milli Kitabxana____________satirik əsər adlandırmışlar. Lakin romana bir daha qayıdışınnəticəsində tədqiqatımız bu qənaətə əsas verir ki, “Açıq kitab”aheç də satirik əsər kimi deyil, tam ciddi, orijinal bir bədiinümunə kimi yanaşılmalıdır. Kərim Gəldiyev, İslam Verdiyevkimi surətlərin satirik cizgiləri isə bütövlükdə romanın satiriküslubda olması demək deyildir, bunlar ümumiyyətlə Mir Cəlalyaradıcılığında yer alan satirik-yumoristik çalarların buromanda nisbətən geniş ifadəsidir.Görünür romanda dövrə, partiya və hökuməti təmsil edənayrı-ayrı obrazlara sərt tənqidi münasibət uzun illər əsərintəhlilində əsil həqiqətlərin üzə çıxarılmasına mane olmuş vəonu olduğu kimi göstərməmişdir. Əsər haqqında az yazılmış,yazılanlar da səthi və ötəri olmuş, yaxud mənası və məqsədiört-basdır edilmişdir. Ədəbiyyatşünas alim Y.İsmayılov qeydedir ki, bəziləri “Açıq kitab”a başqa cür yanaşmış, müəllifihəyat həqiqətini təhrif etməkdə, varlığı birtərəfli qələməalmaqda, mütərəqqi real ənənələrdən uzaqlaşmaqdagünahlandırmışdı (56, 9). Əlbəttə, M.C.Cəfərovun 1945-ci ildəyazdığı məqalə istisna oluna bilər. Romanı “həqiqətin üzünə dikbaxan” əsər kimi qiymətləndirən M.Cəfərov yazırdı: “Nəsrimizhəqiqətin üzünə dik baxan bir neçə qiymətli roman, povest və184

____________Milli Kitabxana____________hekayələrə malikdir. Onlardan biri Mir Cəlalın “Açıq kitab”romanıdır” (15, 269).Zamanın ideologiyası ilə səsləşməyən, “həqiqətin üzünədik baxan” bu romanda yəqin ki, sovet ədəbi tənqidinidiksindirən əsas məsələ tənqid hədəfinə çevrilən obrazın –Kərim Gəldiyevin partiya təşkilat katibi kimi verilməsi, yənionun partiya təmsilçisi olmasıdır.Romanda hadisələrin cərəyan etdiyi dövr otuz yeddinci ilinrepressiya ab-havası ilə nəfəs alırdı: hər yerdə xalq düşmənləri,sosializmə yad olan ünsürlərin axtarışları və “ifşası” ... KərimGəldiyev də romanda belə axtarışları aparan bir tip kimigörünür. O deyir:“Biz indi hər addımda düşmən axtarmalıyıq. Lapevimizdəki o ata-anamıza, arvadlarımıza da inanmamalıyıq!Çünki bəlkə düşmən agentidir” (70, 27).Kərim Gəldiyev komsomol yığıncağında Vahidi müdafiəedən Muxtara deyir:“Gənc olmağı yox ey, ünsür olmağı barədə danış. Məsələünsür məsələsidir, ondan danış, yoldaş komsomol!” (70, 19)Zamanın “nəbzi”ni tutmağı bacaran Gəldiyevideologiyanın tələbləri səviyyəsində danışmaqla, öz murdar185

____________Milli Kitabxana____________əməllərini pərdələməyi bacarır. Aşağıdakı parçaya diqqətyetirək:“Gəldiyev kabinetinə girib oturdu:– Rübabə, səninlə bir söhbət kimim var. Mən hələliksəninlə kak komsomolyox, kak yoldaş danışmaq istəyirəm. Sən razı olma ki, birmüzür elementin üstündə təmiz adına ləkə gəlsin, Vahidideyirəm! Bilirsən?Rübabə başını tovladı:– Təvəqqe eləyirəm özünüzün yanlış yolunuzu mənə dəöyrətməyəsiniz.Gəldiyev dikəldi:– Bizim hansı yolumuz yanlışdır?Rübabə cavab verməmiş Gəldiyev səsini ucaltdı:– Bizim bircə yolumuz var ki, o da sosializmaya doğrugedir. Sən bu yolun yanlış... Bilirsən nə çıxır” (70, 77).Kərim Gəldiyev kimi tiplərin mənfiliklərində təkcə insanxarakterindəki naqisliklərin deyil, siyasi-ideoloji motivlərin dədə əsas götürülməsi romanın diqqətçəkən xüsusiyyətidir və buözəlliyi də yeni Azərbaycan romanının inkişafında yeni addımhesab etmək olar. Tənqidçi T.Salamoğlunun yazdığı kimi “Açıqkitab”da həyat hadisələrinə münasibət və yazıçı idealı siyasi186

____________Milli Kitabxana____________rejimin, ideologiyanın diktələrindən güc almayıb” (100, 19).İdeologiyaya tabe tutulmuş münasibətlərin demək olar, yoxdərəcəsində olduğu romanda həyat həqiqətləri gen-boldur.Müəllifin satiradan istifadəsi də yəqin ki, həmin dövrdə həyathəqiqətlərini daha cəsarətlə demək istəyindən irəli gəlmişdir.Bu baxımdan bəlkə müsbət obrazların zəif çıxması daanlaşılandır. Vahid və Rübabənin sönük və zəif verilməsi iləbağlı ədəbi fikrin mülahizələri ilə şərik olduğumuzu bildirməkləyanaşı, Kərim Gəldiyev obrazı kimi Ağca xanım obrazının dacanlı və inandırıcı olması qənaətindəyik. Müəllif Ağca xanımıciddi ifşa hədəfinə çevirsə də, onun taleyinin faciəsini təbii vətəsirli vermişdir.“Açıq kitab” romanının oxucu şüuruna ciddi bir əsər kimiciddi təsir göstərdiyi şəksizdir. Çünki Gəldiyev və“gəldiyevçilik” hər şeydən əvvəl bu amilləri yaradan mühit vərejim haqqında düşündürür.Sovet dövrü Azərbaycan ədəbiyyatının birinci mərhələsimüharibə illərini (1941-1945) və müharibədən sonrakı on ili də(1945-1955) əhatə edir. “Məfkurə-metodologiya və poetikasənətkarlıqsahəsində hər cür fərdi özəlliklərə və istisnalarabaxmayaraq, bu dövrün ədəbi hadisələri və qanunauyğunluqları187

____________Milli Kitabxana____________bütünlükdə “sosialist realizmi metodu və estetikası” adı altındabaş verir və təsir göstərir. Lakin müharibə dövrünün fəlsəfitragizmi və sərf realizmi ona səbəb olur ki, bədii proses təbii,hətta kütləvi şəkildə əvvəlki süni-saxta pafosdan, eyforiyadan,vulqar ritorikadan əsaslı şəkildə təmizlənir – yüz minlərləadam necə yaşayır və nə uğrunda ölür? – şeir də, nəsr də buhəqiqəti necə var elə, bəzəksiz yalansız təsvir edir” (59, 496).Müharibə illərində müharibə mövzulu Azərbaycan romanıyaranmadı. Buna hələ ehtiyac və vaxt da yox idi. Ədəbi mühitdə “hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarı iləfəaliyyətdə idi. Müharibə ədəbiyyatı müharibənin tələblərinəuyğun olmalıydı. Yaradıcı sənətkarların əsərlərində sovetvətənpərvərliyi hərəkətverici mənəvi qüvvə kimi ifadəolunmalıydı. Sovet xalqının apardığı Böyük Vətənmüharibəsinin – ədalətli müharibə, sovet döyüşçülərinin işinin– haqq işi olduğu, proletar beynəlmiləlçiliyi, sovet xalqlarınındostluğunun sarsılmazlığı və s. məsələlər əsas diqqətmərkəzində saxlanılmalıydı. Əlbəttə, dahi rəhbər vəKommunist partiyası bütün qələbələrin təşkilatçısı olaraq təsdiqedilməliydi. Beləliklə, ədəbiyyat müharibə dövrü ideolojitəbliğatının çox güclü və təsirli qoluna çevrilmişdi. Yazıçıların188

____________Milli Kitabxana____________təbliğat briqadaları döyüş cəbhəsinə də gedir, arxa cəbhədə dəiş aparırdı.Müharibə illərində, təbii ki, bədii yaradıcılığın dahaoperativ və çevik janrlarına müraciət etmək lazım gəlirdi. Bədiipublisistikadan geniş istifadə olundu, şeirlər, hekayələr,oçerklər yazıldı. Sonralar povestlər də ortaya çıxdı (S.Rəhimov-“Medalyon”, “Qardaş qəbri”, Ə.Əbülhəsən -“Oğullar vəatalar”). Roman isə yazılmadı (həmin illərdə araya çıxan “Açıqkitab”, “Saçlı”, “Odlu diyar” romanları isə, qeyd etdiyimiz kimidigər mövzulara həsr olunub).Müharibə mövzusunu Azərbaycan romanına 1946-1955-ciillərdə Ə.Əbülhəsən yazdığı dörd cildlik “Dostluq qalası”(“Müharibə”) əsəri ilə gətirdi. Bu geniş həcmli romandabilavasitə müharibə iştirakçısı olmuş müəllifin müşahidələri də,real faktlar və sənədlər də, xronika da, cəbhə həyatı da, əskər vəsəngər həqiqətləri də, qanlı döyüşlər də, əsas obrazlarınbioqrafiyası da yer almışdır. Lakin bütün bunlarla roman yalnızədəbi fakt kimi yaşaya bilmişdir, ədəbi hadisə səviyyəsinəqalxmamışdır. Ona görə ki, əsərdə müharibənin ümumbəşərianlamda fəlsəfəsi və müharibə mövzusunun yüksək bədiiestetikifadəsi yoxdur. Bu mənada sonralar yazılmış “Saz”,“Tütək səsi” (İ.Hüseynov), “Mən ki gözəl deyildim”189

____________Milli Kitabxana____________(B.Bayramov) povestlərinin, Ə.Əylislinin əsərlərinin müharibəhaqqında oxucu şüuruna və hisslərinə bədii təsirinin daha güclüolduğu şəksizdir. İ.Qasımov və H.Seyidbəylinin müştərəkyazdıqları “Uzaq sahillərdə” əsəri isə hadisələrin dinamikası,bədii-üslub özəllikləri, baş obrazın bədii vüsəti ilə yaddaşlardaqalmışdır.Müharibədən sonrakı on ildə ortaya çıxan Azərbaycanromanı həmin illərdə partiyanın Mərkəzi Komitəsinin bədiiyaradıcılıq məsələləri haqqında qəbul etdiyi qərarların qətitələbləri səviyyəsində qaldı. Bu illərdə “Abşeron” (MehdiHüseyn), “Gələcək gün” (Mirzə İbrahimov), “Yaşıdlarım”,“Təzə şəhər” (Mir Cəlal), “Mingəçevir” (Ə.Sadıq), “Yerin sirri”(M.Süleymanov), “Çiçəkli” (Ə.Vəliyev), “Bizim qızlar”(İ.Hüseynov), “Böyük günlər”, “Nina” (S.Rəhman), “Ağbulaqdağlarında” (S.Rəhimov), “Mənim ailəm” (Ə.Rəhimov) və s.romanlar yazıldı. “Gələcək gün” və “Nina” istisna olunmaqla,adlarını çəkdiyimiz digər romanlar əsasən “istehsalat”mövzusundadır. Burada hər şey partiyanın qarşıya qoyduğuvəzifələrlə səsləşməliydi: müharibədən qələbə ilə çıxmış ölkədəəmin-amanlıq dövrü, dinc quruculuq işləri, yeni şəhərlərsalınması, zavod və fabriklərin tikilməsi, yeni neft yataqlarınınkəşfi, kənd təsərrüfatında pambıqçılığın, heyvandarlığın190

____________Milli Kitabxana____________inkişafı, sosializm yarışı... “Lakin başlıca məsələ unuduldu:insanın mənəvi aləmi, həyat mövqeyi, daxili dünyası,xarakteri... Unuduldu ki, istehsalatda böyük əmək sərf edən,hansı bir yeni kəşfisə həyata keçirən insan hər halda texnikiavadanlıq deyil, robot deyil, düşünən, sevən, iztirab çəkən birvarlıqdır. Oçerkçiliyə, publisistik şərhə uyduğundan bəziyazıçılar problemin daxili mənasını da aça bilmirdilər. Elə bunagörə də konflikt üzdən işlənilirdi, adətən yenilik tərəfdarı olan“müsbət qəhrəmanla” bu yeniliyin həyata keçirilməsinə maneolan mühafizəkar ruhlu rəis arasında “mübarizə” səthi xarakterdaşıyırdı. Istər şəhər həyatından, istərsə də kənd həyatındanbəhs edən bir sıra əsərlərdə ciddi, ictimai məzmunlu konfliktinolmaması getdikcə adi hala çevrilirdi” (114, 172).Otuzuncu illər romanlarının baş qəhrəmanlarını–“inqilabçıları”, kollektivləşmə hərəkatının öncüllərini indi“əmək qabaqcılları”, istehsalat təşkilatçıları, sosializm yarışının“bayraqdarları”, xülasə “qalib sovet adamı” əvəz edirdi. Beləromanlarda “konfliktsizlik”tendensiyasının yaranmasınınəsasında isə partiya rəhbərliyi altında sovet xalqının sosializmquruculuğu yolunda inamla irəli getməsi ideyası dururdu. Beləhesab olunurdu ki, həyat həqiqətlərini dərindən əks etdirməkdə,hadisələrin gedişini başa düşməkdə, əsərin ideya və fəlsəfi191

____________Milli Kitabxana____________məzmununu müəyyənləşdirməkdə geniş konfliktlərinverilməsinə ehtiyac yoxdur. Xülasə, sosializm quruculuğuyollarında böyük qələbələr qazanaraq daha yüksək amallara“doğru irəliləyən sovet cəmiyyətində ziddiyyətlər və konflikt”yoxdursa, bədii əsərdə niyə olmalıdır?Əlbəttə, “konfliktsizlik nəzəriyyəsi”nin ömrü uzunolmadı (1952-1953-cü illərə qədər). Bu nəzəriyyənin tələblərisəviyyəsində yazılan əsərlər təbii ki, heç bir uğur qazanabilmədi. Belə əsərlərdə (əsasən romanlar və dramaturgiyanümunələri) sxematiklik və təkrarçılıq özünü göstərirdi. Mirzəİbrahimovun yazdığı kimi, “belə əsərlərin müəllifləri,şəxsiyyətləri siyasi cəhətdən şübhə altına alınmadığı üçün şüküredərək narazılıqlarını ürəkdə gizlədib susurdular. Başqaları isəmöhkəm ictimai konflikt əsasında düşündükləri və yazmaqdaolduqları əsərləri yarımçıq qoydular, ya da düşünüb axıra qədəraparmadılar. Yaradıcı üçün son dərəcə əzablı bir dövr başlandı”(51, 95).“Təzə şəhər” və “Yerin sirri” romanları müəyyən bədiiməziyyətlərinə baxmayaraq, təsvirlərin verilməsində, süjetininkişafında, obrazların təqdimatında oçerkvarilikdən,sxematiklikdən, texnisizmdən uzaq deyildir. Bu xüsiyyətlərƏvəz Sadığın “Mingəçevir” romanında, gənc yazıçı Əhməd192

____________Milli Kitabxana____________Rəhimovun “Mənim ailəm” adlı ilk romanında özünü dahaqabarıq göstərir. Sosializm yarışını, kəndin “firavan həyatını”tərənnüm edən Ə.Vəliyevin “Çiçəkli” romanı və digər əsərlərdə lazımi bədii səviyyəyə qalxa bilmədikləri üçün uğurqazanmadılar.“İstehsalat” romanları cərgəsində M.Hüseynin “Abşeron”romanı nisbətən fərqli bir əsər kimi diqqəti cəlb edir. Sovetədəbiyyatşünaslığı bu romanı mövzunun yeniliyi və aktuallığı,bədii dəyəri etibarilə müharibədən sonrakı nəsrdə çoxəhəmiyyətli bir hadisə, sadəcə istehsalat romanı deyil, yeniictimai münasibətlər, yeni əxlaq, yeni məişət haqqında əsərhesab etmişdir. Aydındırdır ki, bu roman M.Hüseynin açıqpartiyalı mövqeyinin, zamanın siyasi-ideoloji tapşırığına cavabvermək səyinin ifadəsidir. Ideoloji tapşırıqlar daxilində buradahər şey var: əməyin “romantikası” da, insanın əmək prosesindəformalaşması da, müharibədən sonrakı quruculuq pafosu da,yeni yetişən sovet texniki ziyalıları da, partiyanın rəhbər roluda, neft sənayesinin inkişafı məsələləri də, beynəlmiləlçilik də,sosializm yarışı da, gənclərə qayğı da, kollektivçilik də, sovetruhunda ailə-məişət münasibətləri də... Hadisələrin inkişafı vəobrazların hərəkəti də dinc quruculuq şəraitinin atributları193

____________Milli Kitabxana____________daxilindədir: neft mədənində, istehsalat müşavirəsində, teatrda,kinoda, bədii özfəaliyyət konsertində, yeni ixtisas kurslarında,texniki minimum dərslərində, fəhlə yataqxanasında, parkda,trestdə, partiya komitəsində... Müəllif təhkiyəsində də,dialoqlarda da, hətta ailədaxili söhbətlərdə də “plan”,“öhdəçilik”, “sosializm yarışı”, “keçici bayraq”, “iş üsulları”...Məsələn:“Səməndərlə Mişa arasında tamam ayrı bir söhbətbaşlandı:– Ey, Mişa, demə ki bilmirəm, hələ çox özünəqürrələnmə, mən iki yüzəm, sən yüz əlli.– Bu nə sözdür? – deyə Tahir Cəmildən soruşdu.– Planlarını deyir. Briqadalar yarışır.Tahirin baxışları ciddi ifadə aldı.Səməndərlə Mişanın söhbəti birdən qızışdı:– Mən özümə arxayın olmasaydım, qarmoşkanı yenə dətoz basardı. Oncagündən sonra köhnə quyulardan ikisi remontdan çıxır. Ondabaxarıq.– Baxarıq, baxarıq! – deyə Səməndər istehza iləgülümsədi. – Buna bax a,194

____________Milli Kitabxana____________elə bil işləyir, biz başımızın altına yastıq qoyuruq. Arxayın ol,sən iki yüzə çatanda mən üç yüzə çatmasam, adımı dəyişərəm.Sən nə bilmisən, bayrağı əldən vermək zarafatdır?Tahir yenə maraqlandı.– Nə bayraqdır?– İki ildir müdafiə komitəsinin keçici bayrağı onlarıntrestindədir.Səməndərlə qarmonçalanın söhbətini o biri cavanlarınqalmaqalı kəsdi. Kim isə yan tərəfdən deyirdi:– Onların evini özfəaliyyət dərnəyi yıxıb. Çalıb oxumaqlaplan dolmaz axı.– Dolar, dolar. Elə biz oxuya-oxuya gəlib dayanacağıqLalə İsmayılzadənin qabağında, deyəcəyik ki, yoldaş trestmüdiri, buyurun o divarlardakı bayrağı öz əlinizlə götürün,verin bizə. Bir yerdə çox qalanda ürəyi darıxır.– Onu görməyəcəksən!– Görərik, görərik!..Tramvay vaqonundan qalxan səs-küy artıq onlarınsöhbətini aydın eşitməyə qoymurdu. Səməndər özündənarxayın halda Tahirə deyirdi:195

____________Milli Kitabxana____________– Nə qədər hıqqanırlarsa, bir şey çıxmır. Uşaqsan?Bayraq əldən getdi, gərək onda kürt düşmüş toyuq kimievdən bayıra çıxmayaq” (43, 50).Romanda hər hansı dərin, aparıcı konfliktdən söhbət gedəbilməz. Yalnız ayrı-ayrı münasibətlərdə xırda konfliktlər (birçox hallarda inciklik əsasında) özünü göstərir. Diqqəti çəkənkonflikt isə mühəndis Minayevin ixtirasının müdafiəsi ilə bağlıtrest rəisi Qüdrət İsmayılzadə və Azərneftin rəis müaviniMirzəyev arasında yaranır ki, o da şəhər partiya komitəsininkatibi Aslanovun bircə sözü ilə həll olunur.Bununla belə, unutmayaq ki, Mehdi Hüseyn sıradan biryazıçı deyildi, yüksək zövqünə və estetik baxışlarına, bədiiyaradıcılıq imkanlarına, intellektinə və savadına görə seçilənsənətkardı. O, “Abşeron” romanında da usta Ramazan kimiAzərbaycan ədəbiyyatının maraqlı və canlı obrazlarının biriniyaratdı, bədii-publisistik səviyyədə Azərbaycan nefti və onungələcəyi haqqında söz deyə bildi (xatırlayaq ki, roman vaxtiləSSRİ-nin və dünyanın bir çox xalqlarının dillərinə tərcüməedilərək çap olunmuşdu). Romanda bədiilik, oxucununhisslərinə təsir göstərmək baxımından epizodlar, lövhələr azdeyildir: neft mədənində avariya zamanı gənc fəhlə Mehmanınölümü; tufanlı günlərdə sahillə əlaqələri kəsilmiş briqadanın196

____________Milli Kitabxana____________dözümü və aclığı, onlara çətin şəraitdə çörək gətirilməsi; Laləİsmayılzadənin atasının ölümü; musiqi müəllimi Sədəfin taleyivə s. Budur, belə mənalı və təsirli epizodlardan biri:Usta Ramazanın hər iki oğlu müharibədən qayıtmamışdır.Onlardan heç bir soraq yoxdur. Günlərin bir günü oğlanlarındanbiri, dörd il sorağı gəlməyən, Ukraynada partizan hərəkatınıniştirakçısı olan Paşa qayıdır. Lakin o, şikəstdir, bir qolunuitirmişdir. Odur ki, birbaşa öz evinə, onun yolunu illərləgözləyən arvadının yanına deyil, atası evinə gəlir.“Bu anda qapı ağzında bir qadın göründü. O, tünd rəngliparçadan don geyinmiş, başına kələğayı örtmüş, qarasaçlarını ortadan ayırmışdı. Ayaqlarında gödək dabanlı,sadəcə qara tufli vardı.Paşa dalı qapıya sarı oturduğu üçün onu görmürdü.Ayaq səslərini eşidəndə dönüb geriyə baxdı. Ixtiyarsız olaraqyerindən qalxdı və qadına tərəf getmək istədi, amma kəsikqolu yadına düşəndə ayaq saxladı.– Sabahınız xeyir, – deyə qadın Ramazandanyaşınaraq gözlərini yerədikdi.– Yaxın gəl, qızım Nailə, utanma! – deyə qoca ayağaqalxıb gəlininə yanaşdı, onun boynunu qucaqladı, bu dəfə197

____________Milli Kitabxana____________özünü saxlaya bilmədi, uşaq kimi hönkürdü. Lakin özözündənutanıb ağlamağına tezcə də ara verdi. – Ananın südüsənə halal olsun, bala! – dedi.Paşanın səbri tükənirdi. O, arvadının hər şeydən tezxəbər tutmasını, tez də ürəyini açıb söyləməsini arzu eləyirdi.Əgər Nailənin üzündən narazı göründüyünü azacıq olsa dahiss etsəydi, bu qədər yolunu gözlədiyi üçün ona təşəkkürünübildirər: – “sən məni şikəst ikən sevməmişdin, indi ixtiyarsənindir” deyərdi.Ramazan ürəyində qövr edən dərdi elə bil göz yaşınınköməyilə azaldıb bir qədər yüngülləşdi, yavaş və ağıraddımlarla eşiyə çıxdı.Nailə ərinin üzünə baxdı. Onların gözü bir-birinəsataşdı. Sanki heç birinin tərpənməyə taqəti yox idi. Yenə dəhəmişəki kimi məsum bir qız utancaqlığı ilə durmuş Nailə, ilkhərəkəti ərindən gözləyirdi. Paşanın dərdi isə get-gedə dağkimi ağırlaşırdı. Elə bil ayaqları yerə mıxlanmışdı. O da ilksözü Nailədən gözləyirdi.Içəridəki sükut elə gərgin, elə həyəcanlı idi ki, onlarınhər biri ayrı-ayrılıqda öz ürəyinin döyüntüsünü belə eşidirdi.Insan nə qədər səbr edə bilərdi? Cəbhədə hər şeydən çoxtəmkinli və səbirli olmağa öyrənmiş Paşa üçün bu o qədər də198

____________Milli Kitabxana____________çətin deyildi. Ancaq Nailə? Yox, o, dörd illik intizardan sonradaha dözə bilməzdi.– Paşa, – dedi, – mən səni öz evimizdə gözləyirdim.– Mən buna həmişə arxayın idim.– Görünür, arxayın deyilsənmiş...– Yox, yanılırsan... – Paşanın kiprikləri titrədi. O,gözlərini yerə dikdi.- Arxayın olmasaydım, sən məni bir dəgörə bilməzdin, ancaq mən...Nailənin qolları onun boynuna dolandı. Heç birindən səsçıxmadı” (43, 230).Əllinci illərin ortalarından “istehsalat” mövzusu bədiiyaradıcılıqda yeni məzmun və bədii-estetik istiqamət almağabaşladı. Insanın, bir obraz kimi, neft buruğunun, dəzgahın,qaldırıcı kranın, pambıq tarlasının, heyvandarlıq fermasınınfonunda yox, ön planda göstərilməsinə üstünlük verildi. Bubaxımdan “Qara daşlar”, xüsusilə “Böyük dayaq” romanlarıyeni istiqamətdə mühüm addımlar idi. Belə romanlarda həyatınmüxtəlif sahələrinin konfliktləri, bir çox ziddiyyətlər vəproblemlər görünməyə başladı, insanın daxili aləminə daha çoxdiqqət yetirildi. Əmək qabaqcıllarının təsvirindəki sxematizminaradan qaldırılmasına, insanın bədii-estetik təcəssümündəkibirtərəfliliyin aradan qaldırılmasına səylər göstərirdi.199

____________Milli Kitabxana____________1948-ci ildə yazılan “Gələcək gün” romanı Mirzəİbrahimovun yaradıcılığında və bütünlükdə Azərbaycanədəbiyyatında diqqəti cəlb edən bir hadisəyə çevrildi. “DumanlıTəbriz”dən sonra Cənub mövzusunda yazılan bu maraqlıromanda, bir çox təqdir olunası məzyyətlərinə baxmayaraq(bunların haqqında ikinci fəsildə danışacağıq), siyasi pafosqədərindən artıqdır və bu da yazıçıdan əvvəl dövlət adamının,iictimai-siyasi xadimin sırf ideoloji mövqedən siyasipublisistikası səviyyəsində görünür. Lakin əsərdə təbii və real,həyati xətlərin bədii-estetik təsiri daha güclü olduğu üçünromanın ədəbiyyatımızda və oxucu dairəsində yaşarılığızəmanətli olmuşdur.Otuzuncu illərdən senzuranın qadağan etdiyi bəzihəqiqətlərin “mənfi” obrazların dilindən səsləndirilməsini bədiivasitə hesab etmək olar və bir çox roman müəllifləri bu üsuldanistifadə etmişlər. Belə sözlər “mənfi” obrazın xarakteriniaçmaqla yanaşı, “nəyə isə” işarə vurmuşdur, xatırlatmışdır,yaddaşa qaytarmışdır və beləliklə də oxucu şüuründa müəyyənizlər qoymuşdür. Müəllif isə bu “məsuliyyəti” “mənfi” obrazınüzərində qoymaqla həm özünü sığortalamış, həm də, necədeyərlər, “ürəyinin başında düyün salan” sözləri ifadə etmişdir.200

____________Milli Kitabxana____________Mir Cəlalın, Əbülhəsənin, Mehdi Hüseynin otuzuncu illərdəyazdığı romanlarda bu xüsusiyyətləri görmək olar.“Gələcək gün”də kommunist siyasətinin təbliğatçısı kimigörünən M.İbrahimov da bu vasitədən istifadə etmişdir. Budur,İngiltərə səfirliyinin təmsilçisi mister Tomas Rza şaha deyir:“ – Köhnə rus dövləti ilə danışmaq mümkün idi. o,qoşun saxlamağa yer istəyirdi. Mal satmağa bazar. Dahadövlət dəyişmirdi, qarışıqlıq salmırdı. Bunlar isə ayaqlarıdəyən yerdə torpağı eşməyə başlayırlar” ( 52, 160).Yaxud, yenə mister Tomas:“... Rusiya İran üçün əbədi bir təhlükə mənbəyi olaraqqalır. Çarizm dağıldı, yerinə bolşevizm gəldi. Bu təhlükəazaldımı? Xeyr, daha da artdı. Əksinə, bolşeviklər bir də İranıöz dəhşətli ideyaları ilə, kommunizm ilə təhdid etməyəbaşladılar” ( 52, 207).201

____________Milli Kitabxana____________II F Ə S İ LAZƏRBAYCAN ROMANI VƏ MİLLİ DÜŞÜNCƏAydındır ki, 1930-1955-ci illərin siyasi prinsipləri vəideologiyası bədii əsərlərdə milli düşüncə tərzinin ifadəolunmasına imkan vermirdi. Sosialist realizmi konsepsiyasımillilik anlayışından yan keçirdi. Bu inzibati-nəzərikonsepsiyaya görə sosializm realizmi milli-bədii ənənələrarasında fərqlərə baxmayaraq, bütün çoxmillətli sovet ədəbiyyatvə incəsənətinin vahid yaradıcılıq metodu idi. Düzdür, xəlqilikprinsipi sosializm realizminin mühüm istiqamətlərindən biriolmuşdur. Lakin burada “xəlqilik” anlayışı sosialist məzmunudaşıyır və partiyalılıq prinsipi ilə bağlıdır. Xəlqilik vəpartiyalılıq prinsipləri bir-birini tamamlamalı idi. Xəlqilikprinsipi ədəbiyyat və incəsənətin geniş xalq kütlələrinə xidmətetməsinə, xalqın siyasi-mənəvi birliyinin möhkəmlənməsinə,kommunizm ideyaları ruhunda tərbiyələnməsinə hesablanmışdı.Y.Qarayevin yazdığı kimi, “...dünya təcrübəsinə hər hansıbir meyl kosmopolitizm, milli ənənələrə güvənmək isəmillətçilik kimi damğalandı. Milli dillər, milli əlifbalar, milliyaddaş sürəkli və zorakı repressiyaya məruz qaldı...Poeziyada,nəsrdə, estetik fikirdə sözün geniş mənasında həyatın yox,202

____________Milli Kitabxana____________rejimin, zamanın yox, “sistem”in qayğıları və problemləriqaldırılmağa başlandı” (59, 482). Bununla belə, 1930-1955-ciillər ədəbiyyatını, həmin dövrdə rejimin bütün sərtliyinə,sosialist realizmi və inqilabi romantika ehkamlarınınmütləqliyinə baxmayaraq, milli düşüncənin və milli şüuruninkişaf mərhələsində heç də boşluq kimi qiymətləndirməkolmaz. Hər şeydən əvvəl, həmin illərin gerçəkliyinin bir sırahəqiqətlərini xatırlayaq: SSRİ-nin tərkibində Azərbaycanınrespublika dövlət quruluşu var idi, iki illik XalqCumhuriyyətindən sonra bu respublika 70 il mövcud oldu (özdili, bayrağı, himni, iqtisadiyyatı, mədəniyyəti, dövlət təsisatlarıilə); Azərbaycan dili xeyli inkişaf elədi, bu dildə ümumtəhsilməktəbləri və ali təhsil müəssisələri, elmi müəssisələr, radio,teatrlar, kitabxanalar fəaliyyət göstərirdi, kitablar çap olunur,qəzetlər çıxırdı, kinofilmlər çəkilirdi. Və bu günki müstəqildövlətimizin zəminində Azərbaycan Xalq Cumhuriyyətihakimiyyəti ilə yanaşı, sovet dövrü AzərbaycanRespublikasının da durğunu inkar etmək ən azı insafsızlıqolardı.Şübhəsiz həmin yetmiş ildə milli düşüncəninyaşanmasında ədəbiyyatımızın əvəzsiz rolu da inkar olunabilməz. Son 30 illik (1960-1980-ci illər) bu mənada birmənalı203

____________Milli Kitabxana____________təsdiq olunsa da, əvvəlki 40 ilin də üstündən keçmək olmaz.Həmin 40 ilin romanlarının tədqiqi (1930-50-ci illər), “alt”qatların araşdırılması bu qənaətimizi elmi-nəzəri əsasda birdaha möhkəmləndirir.Heydər Əliyev Azərbaycan yazıçılarının X qurultayındakınitqində bu məsələyə toxunaraq demişdir: “Bizimədəbiyyatımızın xalqımıza etdiyi ən böyük xidmət ondanibarətdir ki, şairlərimiz, yazıçılarımız öz əsərləri iləAzərbaycanda xalqımızda, millətimizdə daim milli hissiyyatlarıoyatmağa çalışmışlar. Milli özünüdərk, milli oyanış, dirçəlişprosesi xalqımıza birinci növbədə ədəbiyyatdan keçir. Bəziəsərlər var ki, onlar açıq-açığına xalqımıza milli dirçəliş, oyanışhissiyatlarını çatdırıbdır... Amma digər əsərlər isə dolayısı ilə,ayrı-ayrı fikirlərlə millətimizdə Vətəni sevmək, Vətənə sadiqolmaq, Azərbaycanı sevmək, azərbaycanlı olmaq hissiyyatlarınıyaradıbdır” (28).1930-1950-ci illərin (1955- ci ilədək) çox təzadlı vəmürəkkəb bir mərhələ olduğunu unutmayaq. Qeyd etdiyimizkimi, sənətkarları, xüsusilə yazıçıları mümkün qədərneytrallaşdırmaq və özünə bağlamaq, onlara güclü nəzarətmexanizmini gerçəkləşdirmək məqsədilə Stalin rejimi onları“vahid ideologiya”, “vahid ədəbi meyar”, “vahid metod”204

____________Milli Kitabxana____________çərçivəsinə salmışdı. Qazax şairi O.Süleymenovun yazdığıkimi, “30-cu illərin partiya sənədlərinə diqqət yetirin – hamısıucdantutma millətçilərin aşkar edilməsi prosesləridir. Təcilisurətdə sovet Şərqinin əvvəlki əlifbası dəyişdirilir, çox vaxthəmin xalqların arzusunu, dilini və elmi əsasları nəzərəalmadan kiril əlifbası ilə əvəz edilirdi. Beləliklə qazax, özbək,azərbaycanlı, tacik, türkmən, tatar, kumık, balkar vəqaraçaylıların sonrakı nəsilləri güclə öz keçmişindən, özmədəniyyət tarixindən qoparılıb...Krım tatarları ilə türklərə“düşmən millətlər” yarlığı yapışdırılırdı. Yəqin ki, bütün buişlər Orta Asiya və Qafqazın yerli əhalidən “təmizlənməsi”proqramının bir hissəsi olmuşdur. Azərbaycanlıların – bir neçəmilyon əhalinin sürgün edilməsindən ibarət ən böyük tədbirəhazırlıq görülürdü...” (107, 150).Ədəbiyyatı əslində canlı insan obrazı yaratmaqdanməhrum etməyə yönələn həmin illərin ideologiyası vəprinsipləri həm də bu insanı milli düşüncə tərzindən uzaq,mürəkkəb və ziddiyyətli cəmiyyətin milli siması olmayanmücərrəd bir varlığına çevirirdi. “Tarixdə misli görünməmişmiqyasda və kütləvilikdə tfrat totalitar hadisə – sənətin vəədəbiyyatın büsbütün siyasi-ideoloji stereotipə, mütləq dəmirnormativə, bürokrata, dəftərxanaya tabe tutulması kimi205

____________Milli Kitabxana____________paradoks baş verdi. Milli-mənəvi özgələşmə bədii düşüncəninözündə, strukturunda və tərzində, onun təşkilinin sxemində vəmodelində başladı. İnzibati - amiranə sistem, aşkar volyuntarsiyasi rejim, müxtəlif şüarlar – “radikal dönüş”, “mədəniinqilab” kimi pərdələr altında öz populist kültür və carikonyuktur ədəbiyyat siyasətini bədii-estetik tərəqqinin bu vaxtaqədərki qanunauyğunluqları əleyhinə çevirdi” (59, 482).Sosialist realizmi metodunda milli tipin formalaşmasına,milli xarakterin və milli müəyyənliyin vüsətinə yer yox idi.Lakin bu həqiqət də çağdaş ədəbi fikirdə özünə yer alan bəzimülahizələrdə kəskinliyə haqq qazandırmır. Məsələn:“Beləliklə, milli nəsr əvvəlki səciyyəsini büsbütün itirir. O,artıq yeni məzmun, problematika, konflikt ehtiva edir, yeniideologiya havasında yaşayır, başqa bir tipologiya göstərir. Bu– sosializm realizmi ədəbiyyatıdır” (32, 150). Milli nəsr əvvəlkisəciyyəsindən uzaqlaşsa da onu “büsbütün” itirməmişdi.Y.V.Çəmənzəminlinin, M.S.Ordubadinin romanlarında, yeninasirlər nəslinin əsərlərində də “əvvəlki səciyyə” ilə bağlıməqamlar az deyil və onları görməmək olmaz. Digər birmülahizə isə daha əsaslıdır: Sovet hakimiyyəti uğrundamübarizə, vətəndaş müharibəsi, gənc sovet hökümətinin 20-30-cu illərdəki fəaliyyəti Azərbaycan nasirlərinin əsərlərində milli206

____________Milli Kitabxana____________gerşəkliyin və tarixin hadisələri, faktları ilə müşayiətolunmuşdur. Və bu zaman yazıçılar sosialist realizminormalarına yiyələnməyə çalışmaqla yanaşı, metodun daxilindəmilli ölçüləri də axtarmışlar.Rus tədqiqatçısı D.S.Lixaçov özünün “Ədəbiyyatınstrukturu” əsərində yazırdı ki, ədəbiyyat gerçəklikdən nə qədərçox enerji alsa, o, gerçəkliyə daha çox enerji verə bilər (145,27). Sosialist realizmi “gerçəklik” deyəndə milli həyatın, millivarlığın adekvat bədii ifadəsini deyil, sovet gerçəkliyini –sosialist gerçəkliyini nəzərdə tuturdu. Bu metod bədiidüşüncədə, bədii yaradıcılıqda sənətkarı da, onun oxucusunu,tamaşaçısını, dinləyicisini də milli-mənəvi özgələşməyəaparırdı. Bu özgələşmədə sinfilik əsas yer tuturdu. Millilik vəsinfilik anlayışlarına kifayət qədər əsaslı qiymət verən şairədəbiyyatşünasQ.Qasımzadə yazırdı: “Sinfi əqidə ayrı, millipsixologiyaya, milli düşüncə tərzi, əxlaq normaları, minillikadət-ənənə ayrı məfhumlardır. Millilik sinfilikdən genişanlayışdır. Milli məişət, adət və ənənələrdə sinfilik axtarmaqçox vaxt səmərəsiz olur” (60, 133-134). Q.Qasımzadədən əvvəldə Azərbaycan siyasi-ədəbi fikrinin bir çox nümayəndələri“sinfilik” və “millilik” məsələlərinə toxunmuşdular.207

____________Milli Kitabxana____________Hələ ötən əsrin onuncu illərində M.Ə.Rəsulzadəbolşevizmin sinif təliminə ciddi təkzib və təshihlər verir,“məhkum siniflər” yox, “məhkum millətlər” şüarını milliAzərbaycan gerçəkliyi üçün daha doğma və təbii hesab edirdi.Həmçinin “siniflərə hürriyyət” şüarına “millətlərə muxtariyyət”şüarını qarşı qoyur. “Ümumiyyətlə, o zaman Rusiyada ictimai,sinfi inqilab məfkurəsi doğuran gerçəklik bizdə milli məfkurə –“hərəkati-milliyə” doğurdu. İttihad, bolşevizm, sosialdemokratiyakimi bir-birinə doğma, yaxud ögey olanqardaşların arasında məhz o (azərbaycançılıq!), milli mühitin əndoğma balası, onun bağrından qopan yavru oldu. “Sinifmücadiləsi” isə o dövrdə Azərbaycanda sosial stixiyaya vəmilli-əxlaqi təlimlərə yad ünsür idi və bir ideya kimi bizimmühitə zorla kənardan gətirilmişdi” (59, 653-654).Y.Qarayev “sinif amili” deyəndə təbii-elmi anlayış kimi,ümumiyyətlə, “tendensiyalılığı” yox, onun vulqarlaşmışleninçi-bolşevik modelini – “sosialist realizmi” təcrübəsindəgerçəkləşmiş “sinfiliyi” nəzərdə tuturdu.“Sinfiliyə” riayət edən ədiblərimiz və ədəbi tənqid“milliliyin”də üstündən keçməmişlər. Ədəbi tənqidin tanınmışnümayəndəsi C.Cəfərov 1965-ci ildə Azərbaycan yazıçılarınınIV qurultayındakı məruzəsində deyirdi: “Biz ədəbiyyatımızın208

____________Milli Kitabxana____________milli keyfiyyətlərini son dərəcə əziz tuturuq. Məhz buna görədə novatorluq və ənənə məsələsində çox həssas olmaq lazımdır.Ədəbiyyatın milli xüsusiyyəti onun qanunudur, lakin buxüsusiyyət heç bir zaman milli ənənələrlə çərçivələnmir, başqaədəbiyyatların təsirini də zəruri hesab edir; hər bir milli ədəbihərəkat heç bir zaman dünya bədii inkişafından təcrid ediləbilməz...Öz xalqının həyatına, taleyinə, gələcəyinə sadiq olanyazıçı bütün bəşəriyyətin həyat təcrübəsinə əsaslanmalıdır.Sovet ədəbiyyatının gücü məgər onda deyilmidir ki, o, millidir,ümumidir, bəşəridir?!” (13, 394). (Bu məruzədə ədəbiyyatınmilliliyi haqqında müddəaların sovet ədəbiyyatşünaslığındaənənəvi ifadə kimi işlənən “beynəlmiləllik”lə yox, bəşərilikləbağlılığından söhbət açılması həmin dövr üçün diqqəti cəlbedən məqamdır).Onu da qeyd edək ki, C.Cəfərov 1950-ci ildə yazdığıməqaləsində sosialist realizmi çərçivəsindən kənara çıxabilməmişdi: “Milli xarakter sovet adamının sosializmfəaliyyətindən ayrı düşünülə bilməz. Milli forma həyatıbolşevik partiyalılığı mövqeyindən realistcəsinə təsvirlə üzvüsurətdə bağlıdır” (14, 281).Ədəbiyyatda millilik məsələlərinə görkəmli alim MəmmədArif öz münasibətini bir qədər ehtiyatla da olsa, belə şəkildə209

____________Milli Kitabxana____________bildirmişdir: “Azərbaycan xalqının necə bir xalq olduğunuöyrənmək üçün oxucu eyni zamanda onun bədii ədəbiyyatına,romanlarına da müraciət edir və gələcəkdə də edəcəkdir.Romanlarımızda xalqın həyatı hərtərəfli və düzgün əksinitapmalıdır. Bu, romanın vəzifəsidir” (66, 455).Mehdi Hüseyn isə hələ 1945-ci ildə “Yaradıcılıqvəzifələrimiz” adlı məqaləsində yazmışdı: “Vay o sənətkarınhalına ki, o, milli formanı milli məhdudluq mənasında anlasın.Vay o sənətkarın halına ki, o, sosialist məzmunu xalqımızınmilli həyatından ayrılmaq və uzaqlaşmaq mənasında anlasın”(45, 514).Bədii yaradıcılıqda milli xüsusiyyətlərin öyrənilməsisahəsində fəallıq əllinci illərin ortalarından etibarən özünügöstərir. Milliliklə ümumbəşəriliyin dialektik vəhdəti, sosialistməzmunla milli forma arasındakı əlaqə, milli xarakter, millidillərin inkişaf meylləri, milli üslubu şərtləndirən amillər, millibədii ənənələrin təkamül yolları və s. məsələlər elmi-nəzərifikirdə yer almağa başlamış, sistemli tədqiqata cəlb edilmişdir.2.1. Millilik məsələsinə baxışlar(N.Berdyayev və başqaları)210

____________Milli Kitabxana____________XX əsrin görkəmli rus filosofu Nikolay Berdyayevinmillilik haqqında fikirləri marksizmdən fərqli olmuşdur. Onunanaloji baxışları 1917-ci ildə “Русская мысль” jurnalındaverilən “Xalqçılıq şüuru və milli şüur” məqaləsində, 1918-ciildə çapdan çıxan “Rusiyanın taleyi” kitabında və digərəsərlərində öz əksini tapmışdır. (Bax: 127 və 128 ) . Millilik vəbəşərilik anlayışlarına N.Berdyayev dərin və orijinal təhlil yoluilə münasibətini bildirərkən yazırdı ki, insan bəşər aləminəmücərrəd bir varlıq kimi deyil, milli fərdiyyətçilikdən, milliinsan – rus, fransız, alman, yaxud ingilis kimi daxil olur. Milliinsanda ümumiyyətlə insanlığın qohumluq cizgiləri ilə yanaşıfərdi-milli cizgilər də vardır. Rusun, fransızın, ingilisin,almanın və dünyanın bütün xalqlarının qardaşlığını və birliyiniarzulamaq olar, lakin yer üzündən milli simaların, milli mənəvitiplərin və mədəniyyətlərin itməsini arzulamaq olmaz. Insan vəbəşəriyyət haqqında hər cür millilikdən uzaq olan belə arzubütün dünyanı dəyərlərdən və zənginliklərdən məhrum etməkistəyi olardı. Mədəniyyət heç vaxt mücərrəd - insani olmamışdırvə ola da bilməz. O həmişə konkret-insanidir, yəni millidir,fərdi-xəlqidir və məhz özünün bu keyfiyyəti ilə dəümumbəşəriliyə yüksəlmişdir... Mədəniyyətdə bütünyaradıcılığın üzərində milli dühanın möhürü vardır. Hətta211

____________Milli Kitabxana____________təşəbbüskar, metod yaradan elm dahisi də millidir...Mədəniyyətdə millilik və ümumbəşərilik qarşı-qarşıya qoyulabilməz. Yalnız milli yaradıcılığın zirvələri ümumbəşəriəhəmiyyət daşıyır.N.Berdyayev milləti keçici tarixi funksiya deyil, öz kökləriilə həyatın sirli dərinliklərinə girən dinamik substansiya hesabedirdi. Millilik varlığın müsbət zənginləşməsidir və onunuğrunda qiymətli bir dəyər kimi mübarizə aparılmalıdır. Millibirlik xalqların həyatında siniflərin, partiyaların və bütün digərkeçici tarixi törəmələrin birliyindən dərindir. Hər bir xalq özmədəniyyəti və milli dairə zəminində yüksək həyat uğrundamübarizə aparır. Və millilikdən kənarda yaratmaq istəyi çoxböyük özünüaldatma olardı...Hətta milliliyin formal inkarı damilli ola bilər. Milli yaradıcılıq düşünülmüş milliçilik deyil,azad və təbii millidir.Milliliyin əqli yolla təyinatlarını göstərmək üçün bütünsəylər uğursuzluğa gətirir. Milliliyin təbiəti heç bir rasional –dərketmə əlamətləri ilə müəyyən edilmir. İrq, ərazi, dil, dinamilləri milliliyin müəyyənləşməsində bu və ya digər roloynasa da, onun əlamətləri deyildir. Millilik – mürəkkəb tarixitörəmədir. O, irqlərin və qəbilələrin qan qarışığı, çoxlu torpaqyenidənbölüşdürülmələri nəticəsində formalaşmışdır və212

____________Milli Kitabxana____________bununla da onun taleyi, mənəvi-mədəni prosesləri bağlıolmuşdur, təkrarolunmaz mənəvi siması yaranmışdır. Millilikhər hansı fərdi varlıq kimi sirlidir, mistikdir, irrasionaldır.N.Berdyayev milli şüurun xalqçılıq şüurundan fərqliolması barədə fəlsəfi qənaətlərini də əsaslandırmışdır. Oyazırdı: “Xalqçılıq şüuruna görə xalq bütün siniflərin, bütünqrupların, bütün bəşəri şəxsiyyətlərin daxil olduğu böyük birtam deyil, min illər boyu özünəməxsus həyatı yaşayan, keçmişivə gələcəyi üzvi olaraq bağlanan və heç bir sosioloji təyinatlaraməxsus olmayan varlıq, ümumi şəxsiyyətlər deyil; bu şüuragörə xalq fiziki zəhmətkeşlərin, kəndlilərin və fəhlələrin, dahaçox və daha əvvəl kəndlilərin hissəsi, sosial sinfidir, bütünqalanlar isə xalqdan tökülənlərdir, xalq həyatındanayrılanlardır” (128).Xəlqilik isə sinfə mənsubiyyətdən, həyatın maddişəraitindən asılı deyildir, xəlqilik təmiz mənəvi kateqoriyadır.Xəlqilik insanın zahirində deyil, batinində qərar tutur. Xalqçılıqşüuru “xalq” və “ziyalı”, “xalq” və “mədəniyyət” arasındauçurumu dərinləşdirir, sosial örtüklərlə bağlı olan bütünfərqlərin itdiyi xalq həyatının mənəvi dərinliyi onun qarşısındaaçılmır.213

____________Milli Kitabxana____________“Xalq” anlayışı materialist baxımından qəbul edilə bilməz.Xalq əslində yalnız sözün metafizik mənasında mövcuddur vəyalnız bu xalq bütün sosial örtüklərdən dərindir. Xalq min iləvvəl mövcud olmuş və əbədi mövcud olacaq mistikorqanizmdir.N.Berdyayev milli şüurun hər cür şovinizmdən,özünütərifdən və özündənrazılıqdan azad olmasını da vacibhesab edirdi.N.Berdyayevin millilik anlayışı ilə bağlı bəzimüddəalarının üzərində dayanmaqda qənaətimiz budur ki,ədəbi-bədii təcrübədə millilik məsələsini araşdırarkən bu fəlsəfikateqoriyanın istər ənənəvi, istərsə də çağdaş fəsəfi izahınamüraciət edəndə həmin müddəalar bir çox məqamlara aydınlıqgətirə bilər. Ədəbi tənqid fərdin milli konsepsiyasını, ədəbiqəhrəmanların milli psixologiyasını təhlil edərkən bəzən elmimeyarları unutmuş, milliliyin fəlsəfi yozumuna, həmçininmillinin və ümumbəşəriliyin çox mürəkkəb, eyni zamandadialektik vəhdətinə bir o qədər diqqət yetirməmişdir.Bədii yaradıcılıqda milli xüsusiyyətlər mühüm bədiiestetikəhəmiyyətə, elmi-nəzəri mənaya malikdir. XIX əsrdəV.Q.Belinski deyirdi ki, millilikdən kənarda insan real varlıqolmayıb, mücərrəd anlayışdır. O yazırdı: “Yalnız o ədəbiyyat214

____________Milli Kitabxana____________əsl mənada xəlqidir (millidir – Y.R.) ki, eyni zamandaümumbəşəridir: və yalnız o ədəbiyyat əsl mənada bəşəridir ki,o, eyni zamanda xəlqidir” ( 126, 305-306). Həmin dövrün digərgörkəmli rus ədəbiyyatşünası N.Q.Çernışevski də bildirirdi ki,“yerli boyalar və milli adətlər, düşüncələr, iştirakçılarınxarakterində millilik olmadan nə hərəkətlərdə reallıq –həqiqətəuyğunluq var, nə də iştirakçılar nəzəri cəlb edə bilər”(165, 129)Azərbaycan ədəbi fikrində M.Quliyevin, Ə.Nazimin,C.Cabbarlının, Ü.Hacıbəylinin, S.Vurğunun və digərlərininsənətdə milli spesifika barədə mülahizələri də diqqəti cəlb edir.Ə.Nazim sovet yazıçılarının birinci qurultayındakı çıxışında(1934) ədəbiyyatda milli xüsusiyyətləri qorumaq vəzənginləşdirmək məsələlərinə toxunmuş, demişdir ki, sənətkarreal həyata, milli gerçıkliyə istinad etməyəndə zahiri təsirəqapılır, təqlidçiliyə uyur, başqa ədəbiyyatlardakı nailiyyətlərinsadəcə sönük surətini çıxardır (74, 303).C.Cabbarlı milli keyfiyyətləri ilk növbədə xalq həyatınındaxili məzmununda, xalqın psixologiyasında görür və milliliyintarixi kateqoriya kimi təkamülə uğraması qənaətinə gələrəkdeyir: “Milli forma papaq, don, çərkəzi paltar, xəncər və yaxudilməli köynəklərdən ibarət olaraq qala bilməz” (12, 397)215

____________Milli Kitabxana____________Burada S.Vurğunun bir mülahizəsini də xatırlamaq lazımgəlir: “Yazıçı dünya meydanına, hər şeydən əvvəl, öz xalqınınmilli aləmini, səciyyəsini, məişətini, məfkurəsini vəmənəviyyatını təbii surətdə tərənnüm etmək yolu ilə çıxa bilər”(110, 160).Ədəbiyyatda millilik məsələləri ilə bağlı çağdaşAzərbaycan ədəbi fikrinin nümayəndəsi Elçinin mülahizələri dədiqqəti cəlb edir. Elçinin yazdığı kimi, “ədəbi tənqid bir cəhətəfikir vermirdi ki, millilik, necə deyərlər, “əyalət koloriti”,“ekzotika” demək deyil, məhz ciddi sosioloji problemləryükünün daşıyıcısıdır”. Milliliyi, “məhəlləçilik”dən,“əyalətçilik”dən fərqləndirən cəhət onun ümumbəşəriliyidir.Ümumbəşəriliyi kosmopolitizmə yuvarlanmağa qoymayan amil– millilikdir. “Aydındır ki, çılpaq şəkildə ayrıca və müstəqil birümumbəşərilik mövcud deyil; milli-estetik qadirlik özünün ənyüksək nöqtəsində ümumibəşərilik mərhələsinə keçir və buayrı-ayrı özünüifadə komponentlərinə çevrilir” (35, 77).Sovet dövrü ədəbiyyatşunaslığının tanınmış nümayəndəsi,milli məsələlər üzrə bir çox kitabların və məqalələrin müəllifiG.Lomidzenin 1960-cı ildə millilik və ümumibəşərilik iləəlaqədar yazdığı məqalədə bu məsələ belə şərh olunur: “əksərümumi insani əlamətlər dünya xalqlarının çoxu üçün216

____________Milli Kitabxana____________müştərəkdir… Fərq bu ümumiliyin konkret təzahürformalarında, onun təkrarolunmaz milli halındadır” (148, 290).Əlbəttə, G.Lomidze öz mülahizələrini dövrünün ideolojikonsepsiyası çərçivəsində əsaslandırırdı. Məsələn, o, hətta eynimilli mədəniyyətlərin nümayəndələrinin də bir-birindənfərqlənməsindən danışarkən Azərbaycan ədəbiyyatındanS.Rəhimov və Mir Cəlalı müqayisə etməklə nümunə göstərir vəbunu sosialist realizminin yaradıcı insanlara geniş imkanlaraçmasının nəticəsi kimi görür (148, 86).Azərbaycan ədəbiyyatşünaslığında millilik məsələləri 70-ci illərdə A.Hüseynovun “Sovet ədəbiyyatında millimüəyyənlik” və Q.Qasımzadənin yuxarıda qeyd etdiyimiz“Ədəbiyyatda millilik və beynəlmiləllik” əsərlərində geniştədqiqat mövzusu olmuşdur.Akif Hüseynovun 1983-cü ildə çap edilən “Müxtəlifliyinbirliyi” kitabında milli müəyyənliyi şərtləndirən amillər, millixüsusiyyətlərin təzahür sahələri kimi mühüm məsələlərdənsöhbət açılmış, milli xarakter probleminə ayrıca nəzərsalınmışdır. Həmçinin dövrünün sovet alimlərindənA.Boçarovun, G.Lomidzenin, N.Cusoytunun, A.Vlasenkonun,Y.Surovtsevin, A.Maslinin və başqalarının məqalə vəmonoqrafiyalarına müraciət edən A.Hüseynov bədii217

____________Milli Kitabxana____________yaradıcılıqda millilik probleminin nəzəri-metodolojiistiqamətdə şərhinə cəhd göstərmişdir. Müəllif yazırdı ki, bədiiyaradıclığının milli mənsubluq kəsb etməsi üçün milli bədiiənənələr nə qədər əhəmiyyətli olsa da, yeganə şərt deyildir.Sənət gerçəkliyi əks etdirirsə, o, gerçəkliyin özündəki millispesifikliyə etinasız qala bilməz. Odur ki, bədii əsərinməzmunu da milli səciyyəyə malik olur” (42, 16). A.Hüseynovəsərlərdə xalq xarakterini, milli məişət tərzini, ümumiyyətləmaddi və mənəvi aləmin milli konkretliyinin canlı və geniştəcəssümünü məzmunun milli əlamətləri kimi görür.“Ədəbiyyatda millilik və beynəlmiləllik” kitabındaQ.Qasımzadə yazırdı ki, həqiqətən də hər hansı əsərin təhlilizamanı ən yaxşı halda əksər ideya-bədii komponentlərdiqqətdən yayınmır, konflikt və xarakterdən, kompozisiyadan,təbiət təsvirindən, dil və üslubdan, məqsəd və məzmundanlazımi qədər söhbət gedir, lakin çox vaxt bütün bunlar sənətinrealizmini şərtləndirən millilik prinsipi nəzərə alınmadan,millilikdən təcrid şəklində təhlilə cəlb olunur. “Belə bir məhdudtəhlil və tədqiq yolu yaranmış əsərin milli ədəbiyyatızənginləşdirən cəhətlərini, ümumsovet və dünya miqyasındakımövqeyini müəyyənləşdirməyə imkan vermir. Tənqid vəədəbiyyatşünaslıq ədəbi prosesi qiymətləndirəndə milli və218

____________Milli Kitabxana____________bəşəri problemlərin istiqamətini, ictimai-tarixi mərhələlərdəkitəmayülünü aydınlaşdırmadan onun axarını böyük ideallarməcrasına yönəldə bilməz” (60, 11).Q.Qasımzadə əsərdə millət məfhumunu və estetik idealınmilliliyi, bədii forma və məzmun, bədii ədəbiyyat və dil, yazıçışəxsiyyəti və millilik, adət və vərdişlərin inikası, milli xarakterkimi məsələləri milli bədii təcrübənin və Azərbaycanədəbiyyatının verdiyi imkanlara istinadən şərh etmişdir. Lakinnəzərə alaq ki, müəllif tədqiqatını marksizm-leninizm fəlsəfifikrinə, sosialist realizmi ədəbi konsepsiyasına söykənərəkaparmışdır və odur ki, elmi qənaətlərində çağdaş fəlsəfi və bədiiestetik baxışlar səviyyəsində mübahisəli görünən, dayanıqlı vədavamlı olmayan məqamlar vardır. Bu, xüsusilə özünü “millət”anlayışı, “beynəlmiləl ənənə və müasirlik” və bəzi digərproblemlərin təhlilində göstərir. Tədqiqatda “millət” məfhumumarksist ədəbiyyatşünaslığının qəbul etdiyi formula əsasındaaraşdırılır: millət – dil, ərazi, iqtisadi həyat və millimədəniyyətin spesifik xüsusiyyətləri ümumiliyində təzahüredən, mənəviyyat birliyi əsasında yaranan, insanların tarixənmeydana gələn davamlı toplusudur. Əlbəttə, bu gün “millət”anlayışı bu formulanın müddəaları ilə məhdudlaşmır, bir çoxdigər məqamlara – milli düşüncə tərzinə, milli psixologiyaya,219

____________Milli Kitabxana____________milli emosiyalara, milli instinktə, folklora və milli ədəbiyyata,milli adət-ənənələrə, din amilinə və s. diqqət yetirmək lazımgəlir. Zamanın böyük sürəti, ABŞ kimi super dövlətdə “millət”anlamının ənənəvi fəlsəfi təyinatlarından kənar keyfiyyətləri,xalqlar və dövlətlər arasında genişlənən əlaqələr, inteqrasiyalarvə s., hətta bu gün, məsələn, dünya futbol çempionatında Fransa“milli komandası”nın əsasən zənci kökənli və ərəb mənşəlioyunçularla təmsil olunması nəzərə alınarsa, “millilik”anlayışının çağdaş izahı ətrafında düşünməli olursan.Hər halda Səməd Vurğunun 1953-cü ildə Moskvada çapolunan “Böyük sənət məsələləri” adlı məqaləsində dediyimülahizələri konkret və sərrast hesab etmək olar: “Hər birxalqın özünəməxsus əhəmiyyətli xüsusiyyətləri vardır: özməişəti, öz ənənə və zövqü, vərdişləri, adətləri, həmçinin xüsusitəfəkkür və dünyanı dərketmə tərzi vardır ki, bunlar əsrlərcədavam edib gəlmişdir” (153). Bu məqalə, xüsusilə “xüsusitəfəkkür” və “dünyanı dərketmə tərzi” ifadələri həmin dövrdəittifaq miqyasında mübahisələrə və polemikaya səbəb olsa da,məsələnin çağdaş izahında diqqəti çəkən məqamlar kimi qalır.Bədii əsərdə millilik həm də milli xarakterlərlə, millipsixologiya ilə şərtlənir. Milli xarakter isə, əlbəttə, milligerçəkliyin təzahürüdür. Tənqidçi A.Hüseynovun yazdığı kimi,220

____________Milli Kitabxana____________milli xarakter xalqın özünəməxsus mənəvi-psixoloji, idrakiəxlaqikeyfiyyətlərini, həyati qənaətlərini, vərdişlərini, estetikhisslərini, eləcə temperamentinin əlamətlərini ehtiva edir.“Bədii əsərlər həmişə konkret insanlar barədə, onların millişəraitlə şərtlənmiş psixologiyaları, həyatları barədə bizə söhbətaçır… Milli psixologiya konkret surətlərin, xarakterlərin millihəyat tərzindən doğan müəyyənliyi kimi meydana çıxır”(42,149).Bununla belə, milli xarakter anlayışının mütləq təyinatınınolmaması barəsində səslənən fikirlərlə də haqq qazandırmaqolar. Məsələn, 1968-ci ildə İ.Kon yazırdı: “Müasir elm millixarakterin hamı tərəfindən qəbul edilmiş, elmi surətdəəsaslandırılmış nəzəriyyəsinə malik deyildir” (143).Milliliyin tarixi kateqoriya kimi təyinatına da bubaxımdan yanaşmaq olar. Millilik kateqoriyası həmişə belətəsbit olunmuşdur ki, o, tarixi inkişaf prosesində ciddidəyişikliklərə uğrayır, onda müəyyən keyfiyyətlər aradan qalxırvə eyni zamanda yeni keyfiyyətlər yaranır. Bu, ümumi, fasiləsizvə labüd proses hesab edilir, lakin hər dövr üçün bu prosesinspesifik cəhətləri olduğu göstərilir.Kateqoriyanın belə şərhi ilk baxışda məqbul hesab edilsədə, çağdaş elmi-fəlsəfi düşüncə baxımından burada221

____________Milli Kitabxana____________yarımçıqlıqlar da görünür. Yəni milliliyin mürəkkəb tarixitörəmə olması, onun təbiətinin rasional-dərketmə əlamətləri iləmüəyyən edilməməsi, millətin keçici tarixi funksiya deyil, özkökləri ilə həyatın sirli dərinliklərinə girən dinamik substansiyaolması və s. belə fəlsəfi fikirdə özünə yer alan amillər də,əlbəttə, nəzərə alınmalıdır.Bu məqamda macar ədibi Düla Çakın bir mükaliməəsanasında dediklərini xatırlamaq olar: “O fikirlə tam razıyamki, ümumibəşəriliyin zəminini millilik təşkil edir. Millilikdənkənar ümumibəşərilik yoxdur və ola da bilməz. Hər halda, özgəcür olsaydı, ədəbiyyat belə uzun, surətli tarixi ərzində heçolmasa bircə böyük yazıçının adını çəkməliydi ki, bəs milliolmayıb, ümumibəşəridir. Və nə yaxşı olardı ki, belə birnümunə yoxdur” (Bax: 35, 77).2.2. Azərbaycan romanında milli düşüncə istiqamətləriSosialist realizmi çərçivəsində araya çıxan 1930-1950-ciillər Azərbaycan romanında milli düşüncə əhatəsini, millimənəviidealların ifadəsini həm “üst qatda”, həm də “alt qatda”axtarmaq olar. “Sovetləşmə”, “sosialistləşmə”, “proletarinqilabı”, “sosializm quruculuğu” və s. sosioloji atributlar bu222

____________Milli Kitabxana____________əsərlərin zahiri ifadəsində görünsə də, “alt qatda” digərmətləblərin olduğu araşdırmalarda üzə çıxır. Və belə birhəqiqəti görməmək mümkün deyildir ki, hər bir sənətkar sosial- ideoloji sifarişlər ölçüsündə yazsa da, mövzuya öz millətininmənafeyi, bədii təfəkkürü baxımından yanaşmışdır. Beləliklə,vahid sovet ədəbiyyatı və “beynəlmiləlçilik” əhatəsindəədəbiyyatın öz təbii stixiyasından uzaqlaşması prosesi getsə də,millilik və özünəməxsusluq kimi amillərin tamam itirilməsinidemək olmaz. Odur ki, tədqiqat sənət marağının heç də həmişəideoloji tapşırığa qurban verilməməsi, ona görə də bir qismyazıçıların ustalıqla bədii ideyanı daxili struktura keçirmələrihaqqında qənaətləri bir daha təsdiq edir. Həmin dövrdə “Ezopdili” metaforasınin, “siyasi folklor” və s. belə çalarların arayaçıxması bir çox mətləbləri senzuranın diqqətindənyayındırmağa yönəlmişdi.Heç kim inkar etməz ki, yeni Azərbaycan romanı anadilimizin varlığını hifz etdi, onu xeyli zənginləşdirdi, sürətləinkişaf etdirdi. Dilin sadəliyi və saflığı qorunurdu. Onuntəmizliyi və xəlqiliyi yeni keyfiyyətləri ilə üzə çıxdı.Yazıçılarımız istər canlı xalq dilindən, istərsə dəklassiklərimizin bədii dilindən ustalıqla istifadə etdilər, anadilini hər cür təcavüzdən qoruya bildilər. N.Nərimanov 1906-cı223

____________Milli Kitabxana____________ildə “Həyat” qəzetində (15 avqust) “Nər” imzası ilə “Bu gün”məqaləsində yazırdı: “Ana dili! Nə qədər rəfiq, nə qədər alihissiyati-qəlbiyyə oyandıran bir kəlmə! Nə qədər möhtəşəm,müqəddəs, nə qədər əzəmətli bir qüvvə!” (80, 312). F.Köçərliisə doğma dili haqqında düşüncələrini belə ifadə edirdi: “Hərmillətin özünəməxsus ana dili var ki, onun məxsusi malıdır.Ana dili millətin mənəvi diriliyidir, həyatının mayəsimənziləsindəndir. Ananın südü bədənin mayəsi olduğu kimi,ananın dili də ruhun qidasıdır, hər kəs anasını və vətəninisevdiyi kimi, ana dilini də sevir” (57, 292).Hər bir xalqın dili özünəməxsus olduğu kimi, onunmənəviyyatının, folklorunun, adət-ənənələrinin, tarixinin,psixologiyasının özünəməxsus xüsusiyətlərini də ehtiva edir.Sənətkarlarımız, o cümlədən roman yaradıcıları dilmaterialından istifadə edərkən, bir-birlərindən fərqlənirlər vədemək olar ki, tədqiqatın əhatə etdiyi bütün bədii əsərlərdə bufərqlər aydın nəzərə çarpır. Hər bir yazıçı öz dünyasını ifadəetmək üçün ana dilindən öz istedadı dairəsində istifadə etmişdir.“Bədii dil hər iki mənbədən (klassik mədəniyyətin dili və etnikxalqdili) bəhrələnərək obraz strukturunu” zənginləşdirmişdir”(32, 142).224

____________Milli Kitabxana____________Dil hər bir bədii əsərdə milli düşüncənin, milli-mənəviidealın “üst qat”ı olsa da, özündə həmin amillərin “gizlinlərini”də, “alt qat”ı da qoruyur. Odur ki, hətta “alt qatlar”a varmasaqbelə, sovet dövrü (xüsusilə 30-50-ci illər) yazıçılarınınAzərbaycan dilini hifz edərək onu yeni yüksəlişə aparmaları,ona məhəbbətlə, qayğı ilə (hətta nəvazişlə), dərin məsuliyyətləyanaşmaları təqdirə və ehtirama layiqdir. Dildən istifadədə bəzinöqsanlar da olsa, o hər bir yazıçının milli simasını göstərənmühüm şərt olaraq qalır. Bu sözlər tədqiqatımızın əhatə etdiyidövrdə bədii yaradıçılığa gələn sənətkarlara – S.Vurguna da,R.Rzaya da, M.Hüseynə də, S.Rəhimova da, M.Cəlala da,Ə.Əbülhəsənə də, M.İbrahimova da və başqalarına da aiddir.Siyasi-ideoloji konsepsiyanın mədəniyyət üçün“məzmunca sosialist, formaca milli” formuluna əsasən dil amiliformanın komponenti kimi görünsə də “sosialist” məzmunaçoxlu milli dəyərlər də qata bilir. Tərcümədə “Şamo”nun rusoxucusu onun “sosialist” məzmunu ilə tanış olursa,azərbaycanlı oxucu bu “sosialist” məzmununda bir çox milliməziyyətləri də qavrayır.Ümumiyyətlə qənaətimiz budur ki, milli-mənəvi ideallarınzahiri təzahürü əsasən dil faktoru üzərində görünsə də, hər biryazıçının daxilindəki milli mənlik hissi istər-istəməz, hətta225

____________Milli Kitabxana____________məqsəd kimi qoyulmasa da, həmin idealların dərinlərdə, daxilistrukturda yaşamasını təmin etmişdir. Milli mənlik hissi isə“milli vügar”, “milli iftixar”, “milli özünədərk”, “milli şüur”,hətta həmin dövr üçün Azərbaycanın müasir düşüncəsindənkənarlaşdırılaraq,onun sərhədlərindən kənara (məs.CənubiAzərbaycana) çıxarılan, yaxud tariximizin qədim çağlarınayönəldilən “milli azadlıq şüuru” kimi anlayışlar ilə sıx bağlıdır.Qeyd edək ki, artıq əllinci illərin ortalarından başlayaraq,“məzmunca sosialist, formaca milli” formulu ətrafında genişmüzakirələr getmişdir. Sual belə qoyulmuşdu: bu formul nədir?Siyasi şüarmı, yaxud bədii kateqoriyamı? Bir çoxədəbiyyatşunaslar – A.Boçarov, M.Parxomenko, N.Cusoytı vəb. bu formulu estetik kateqoriya kimi qəbul etmədiklərinibildirmişlər. Məsələn, tənqidçi N.Cusoytı “Milli dil və milliüslublar haqqında” adlı məqaləsində yazırdı ki, “formaça millivə məzmunca sosialist” müddəası estetik kateqoriya yox, siyasişüardır, konsepsiyadır, prinsipdir; siyasi şüar (konsepsiya,prinsip) kimi müddəa nə qədər doğrudursa, onun estetik şərhibir o qədər yanlışdır” (134, 178).Milli vüqar hissi barədə Səməd Vurğun həmin dövrdə(1944-cü ildə) belə yazmışdı: “Vətənpərvərlik dediyimiz226

____________Milli Kitabxana____________zaman, onun əsas ruhunu təşkil edən mühüm hisslərdən biri,bəlkə də ən çox ömür sürəni milli vügar hissidir”. (111, 320).Rəsul Rza isə 1945-ci ildə məsul redaktoru olduğu“Azərbaycan” yurnalının (Cənubi Azərbaycanda milli azadlıqhərəkatı ilə bağlı buraxılırdı, ərəb əlifbası ilə nəşr olunurdu) 3-4-cü sayında dərc etdirdiyi “Milli şüur və milli iftixar” adlıməqaləsində bütövlükdə xalqımız üçün həmişə aktualməqamlara toxunmuşdu: “Şübhəsizdir ki, milli intibah, millişüurun oyanması bir günün, bir ilin işi olmayıb, əsrlərin kəskinvə amansız fırtınaları içərisində doğulur.... Azadlıq dərkedilmiş zərurətdirsə, bu azadlığı duymaq, onun zəruri olduğunuhiss etmək üçün xalqın bütün nemətlərini yaradan genişkütlələrin milli şüurunun artması, xalqın özünəməxsus ənənə,sənət və məişət gözəlliklərinin həqiqətən sevilib intişar etməsişərtdir. Lakin millət içərisində ayrı-ayrı adamların: ictimaixadimlər, inqilabçılar, yazıçılar, rəssamlar, alim vəmaarifpərvərlərin o xalqın milli şüurunu yüksəltmək, o xalqınazadlıq və istiqlalıyyət yolundakı səylərini daha müntəzəm vəmütəşəkkil bir hala salmaq, o xalqın yolunu işıqlandırmaqdaböyük xidmətləri vardır...Milli iftixar hissi, milli şüurundoğrudan-doğruya bir nəticəsidir. Milli şüuru oyanmamış, öz227

____________Milli Kitabxana____________yaradıcılıq qüvvəsinin qüdrətinə iman bağlamamış bir xalqdamilli iftixar hissi çox zəif və məzmunsuz olur”(Bax: 96, 64).Əlbəttə, otuz-əllinci illər ədəbi prosesində milli-mənəviidealları özündə ehtiva edən milli düşüncənin sabitliyi, yaxudyüksəlişi haqqında iddiaya da yer yoxdur. Milli düşüncənin azçoxözünü göstərən yaşantılarına otuz yeddinci ilin müdhişrepressiyaları ciddi zərbə vurdu. Bir çox görkəmlisənətkarlarımız antisovetçilik motivləri ilə yanaşı, “millətçilik”damğası ilə də repressiyaya düçar oldular.Qırxıncı illərin ortalarında Cənubi Azərbaycandakı millihərəkat milli düşüncəyə təkan verdi. Lakin beynəlxalqqüvvələrin siyasi oyunları nəticəsində bu hərəkatın da “qanınaqəltan” olması, həmçinin 1946-48-ci illərin partiya qərarlarınınyaratdığı kəskin qadağalar “milli oyanış”ın qarşısında keçilməzsipər yaratdı (Arazın o tayında qaldı, bu taya buraxılmadı).Sonralar – əllinci illərin ortalarından Şəhriyarın“Heydərbabaya salam” kimi əsərlərinin araya gəlməsi vəAzərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi millidüşüncəni yenidən, bu dəfə dönməz şəkildə silkələdi.Tədqiqat nəticəsində milli-mənəvi idealların Azərbaycanromanında təzahürü aşağıdakı istiqamətlərdə görünür:228

____________Milli Kitabxana____________– Azərbaycan dilinin cilalanması, inkişaf etdirilməsi.Doğma dilimizin zənginlikləri yeni vüsətlə üzə çıxarılmış,özündə milli-mənəvi idealların digər çalarlarını da ehtiva etməkqüdrətini göstərmişdir. Bu barədə qənaətlərimizi yuxarıdavermişik;– Tariximizin bədii təxəyyüldə inikası. Belə əsərlərdəmilli düşüncə özünə daha geniş vüsətlə meydan tapmış, millimənəviidealları bir çox məqamlarda “üst qat”da ifadə etməkimkanı yaranmışdır;– Doğma Vətən kimi Azərbaycan torpağının, Azərbaycantəbiətinin özünəməxsus gözəlliklərinin tərənnümü;– Azərbaycan məişətini canlı, koloritli lövhələrlə bədiiinikası;– Bir çox bədii obrazlar vasitəsilə milli xarakterin,mentalitetin müsbət çalarlarının vəsfi;– Milli mən, milli özünütəsdiq, milli iftixar, milli vügarhisslərinin yaşantıları. Bunlar əsasən dərinlərdə, “alt qat”da yeralır;– Daha dərinlərdə, “milli azadlıq” hissi;– Geniş mənada: ümumbəşəri olduğu qədər də, millikeyfiyyətlər üzərində qərar tutan xeyirlə şərin mübarizəsi vəözünəməxsus milli-mənəvi anlamda xeyirin qələbəsi. Bu229

____________Milli Kitabxana____________qələbə insanları sevindirmiş, ruhlandırmış, oxucu kütləsini(xalqı) işığa səsləmişdir.Bu istiqamətlərin sözügedən dövrdə Azərbaycanromanında təzahürü bir daha bədii yaradıcılıqda “millilikdənkənar sənət yoxdur” tezisininin təsdiqi kimi qəbul edilə bilər.Əlbəttə, əsərin milliliyinin səviyyəsi yazıçının milli həyatlayaxınlıq, bağlılıq dərəcəsindən asılıdır. Hər bir əsərdə yazıçınınmilli varlığı hiss etdirmək, milli həqiqəti qorumaq instinktivardır.Tədqiqata cəlb etdiyimiz romanları yuxarıdakı istiqamətlərəsasında qruplaşdırmağı doğru hesab edə bilmərik. Ona görə ki,demək olar, bütün romanlarda həmin istiqamətlərin bir çoxu,bəlkə də hamısı bu və ya digər dərəcədə görünür. Odur ki,konkret hər bir əsərin mövzu əsasında təhlilini apararkən həministiqamətlərin araşdırılması daha məqsədəuyğun olardı.2.3. Tarix və milli düşüncəKimliyimizi, milli mahiyyətimizi bilmək, milliyaddaşımızı qorumaq və zənginləşdirmək istəyiriksə, tariximizhaqqında məlumatlı olmalıyıq. Bu mənada sənətkarın bədiitəxəyyülündən süzülərək gələn tarixi əsərlərin xüsusilə böyük230

____________Milli Kitabxana____________əhəmiyyət daşıdığı etiraf olunur. Rus yazıçısı A.Tolstoyyazmışdı: “Rus xalqının sirrini, böyüklüyünü başa düşmək üçüngərək onun keçmişini yaxşı və dərindən biləsən: rusxarakterinin bağlı olduğu bizim tariximizi, onun köklübağlarını, faciəvi dövrlərini biləsən” (161, 88).Ötən əsrin 30-40-cı illərində tarixi romanların yaranmasıAzərbaycan nəsrinin, bütövlükdə ədəbiyyatımızın əlamətdarhadisəsidir. Tarixi keçmişimizin bədii idrakla dərkinə yönələnbelə romanlar xalqın tarixi keçmişi haqqında real və əsaslı fikirdemək, ona kimliyini, hansı dönəmlərdən keçib gəldiyinixatırlatmaq zərurətindən yaranırdı. Bu sahədə əvvəllər ədəbitəcrübə olmasa da, otuz-qırxıncı illərin tarixi romanlarıyaradıcılıq təcrübəsi kimi təşəkkül tapmışdır. Əlbəttə,nasirlərimizin dünya və rus ədəbiyyatı tarixi roman yaradıcılığıtəcrübəsindən və ənənəsindən yararlandıqları da inkar olunabilməz.Rus və Azərbaycan ədəbiyyatşünaslığında A.Kaşintsevin,M.S.Leytesin, İ.P.Varfolomeyevin, İ.L.Aleksandrovanın,M.Sirotyukun, M.Hüseynin, V.Quliyevin, Y.Axundlunun,T.Hüseynoğlunun və b. tarixi roman haqqında mülahizələridiqqəti cəlb edir. Məsələn, İ.P.Varfolomeyev tarixi romanabədii bir sənət sistemi, sənət növü kimi baxır və onun üç tipini231

____________Milli Kitabxana____________müəyyənləşdirir: 1) tarixi-realist; 2) tarixi-romantik; 3) tarixioçerkvari(135, 112). O, tarixi-romantik romanları da iki qisməayırır: tarixi-bioqrafik və tarixi-macəra (135, 161). Tarixiromanlarda sənədlilik, tarixi fakt və məlumatla yanaşı tarixidövrün ruhunun düzgün əks olunması da vacib şərt hesab edilir.Elə ilk romanlarda “tarixilik və bədiilik” prinsipinəmühüm diqqət yetirilmiş, tarixi həqiqətlərin düzgünlüyü, hadisəvə sənədlərin saxtalaşdırılmadan obyektiv həqiqətə əsasəngöstərilməsi, realizm, müasirlik ruhunda yanaşma amilləri,tarixi dövrün ruhu da özünü göstərmişdir.İlk tarixi romanı 1933-cü ildə M.S.Ordubadi yazdı. Bu,“Dumanlı Təbriz” romanı idi. Dörd kitabdan ibarət olan əsər1948-ci ildə tamamlandı. M.S.Ordubadinin ikinci tarixi romanı– “Qılınc və qələm” (iki hissəli) 1940-1948-ci illərdə arayagəldi.Otuzuncu illərdə Y.V.Çəmənzəminli də iki tarixi romanyazdı: “Qızlar bulağı” və “İki od arasında”(“Qan içində”).Həmin dövrün beşinci tarixi romanı isə A.Zöhrabbəyovun“Odlu diyar” əsəri idi (1945).Düzdür, o illərdə yaxın tarixi keçmişdən bəhs edən inqilabmövzulu romanlar da yazılmışdı (o cümlədən eləM.S.Ordubadinin “Gizli Bakı”, “Döyüşən şəhər”, “Dünya232

____________Milli Kitabxana____________dəyişir” romanları). Lakin həmin dövr üçün heç də tarixiolmayan (15-20 il əvvəlin hadisələri) və hakim ideologiyanıngündəlik tələbləri ilə səsləşən bu əsərlər tarixi romanlarcərgəsinə qatılmır.Beləliklə, beş tarixi roman. Proletar ədəbiyyatının, sonra daonun davamı olaraq təşəkkül tapan sosialist realizmikonsepsiyasının çərçivəsində qələm tutan yazıçıların bəlkə dənisbətən rahat nəfəs aldıqları, sərbəst hərəkət etdikləri mövzularaləmi.Bu romanların hər şeydən əvvəl, xalqın milli iftixar hissininoyanmasında və güclənməsində, milli şüurun təşəkkülündəəhəmiyyətli rol oynadığını inkar etmək olmaz. Həmin dövrdətəkcə “İki od arasında” (“Qan içində”) romanı çap olunabilmədi. Əsər yazılandan sonra müəllifi – Y.V.Çəmənzəminlirepressiyaya uğradı və yalnız ötən əsrin 60-cı ilindən “Qaniçində” adı ilə çap olunmağa başladı. Digər dörd roman isə eləyazıldığı dövrdə oxuculara öz sözünü deyə bildi.Dövrün tanınmış ədəbiyyatşünasları, yazıçıları, sənətadamları bu əsərlər haqqında öz fikirlərini bildirdilər.Romanlara oxuculardan geniş əks-sədalar gəldi, başqa dillərətərcümə olunmağa başladı.233

____________Milli Kitabxana____________M.S.Ordubadi və Y.V.Çəmənzəminli kimi böyüksənətkarların həmin dövrdə tarixi mövzulara müraciət etməsi bugün yəqin ki, kifayət qədər başadüşüləndir. Onlar yeni ədəbimühitə (proletar ədəbiyyatı, sosialist realizmi mühitinə) özyaradıcılıq prinsipləri, üslubları, dəst-xətləri ilə gəlmişdilər.Bununla belə, yeni ab-havaya, yeni tələblərə uyğunlaşmaqlazım gəldiyini də başa düşürdülər. O illərdə böyük şövqlə yenisovet ədəbiyyatını yaradanlar belələrini (o cümlədən CəlilMəmmədquluzadəni, Əbdürrəhim bəy Haqverdiyevi, ƏliNəzmini, Abdulla Şaiqi, Süleyman Sani Axundovu və b.) “əskiyazıçılar” hesab etsələr də, onları “yeni həyat”a qovuşmağa,“öz keçmişindən ayrılmağa”, “yenidən qurulmağa” çağırırdılar.“Bunlar müəyyən dövrdə müsbət ədəbi bir hadisə olaraqyaşamış və bundan sonra ciddi təşəbbüs göstərərəkinqilabımızın mahiyyətini lazımınca anlamaq üçün özdünyagörüşlərini sağlamlaşdırmaq yolunda çalışsalar və bu işdəirəlidə gedən şura yazıçıları onlara lazımınca məfkurəvi yardımgöstərərsə, özlərini yenidən quraraq, ciddi bədii əsərlərverərlər” (45, 59). Qeyd edək ki, bu sözlər 1932-ci ildəsəslənmişdir.Əlbəttə, M.S.Ordubadi və Y.V.Çəmənzəminli kimisənətkarlar dövrana, hakim ideoloji tələblərə qarşı durmasalar234

____________Milli Kitabxana____________da, milli mənliklərini ifadə etməliydilər, mənsub olduqlarıxalqın arzu və istəklərini göstərməliydilər, tarixi yaddaşlarıoyatmalıydılar. Onlar tarixə müraciət etməyi lazım bildilər və“Dumanlı Təbriz”, “Qılınc və qələm”, “Qızlar bulağı”, “İki odarasında” kimi romanlar yarandı.Ədəbiyyatşünas alim Y.Qarayev yazır ki, “xalqın millimənəviyyatının müasir mərhələdəki təkamülünü onun tarixikeçmişinin realist bədii tədqiqi zəminində izləmək və mənəvitəcrübəsinin dərslərində cavab tapmaq bu əsərlərin ən yaxşılarıüçün ümumi olan başlıca ideya-bədii və vətəndaşlıq məqsədinitəşkil edir” (Bax: 4, 5).Haqqında söhbət açdığımız əsərlərdə müəlliflər tarixihəqiqətləri gözləmişlər, lakin bədii təxəyyülün gücü ilə maraqlıvə inandırıcı süjetlər də yaratmış, milli-mənəvi ideallarını daifadə edə bilmişlər. Xalqın tarixi və taleyi ilə, onun keçdiyimübarizə yolu ilə bağlı motivlər belə romanlarda qabarıqgörünür. Görkəmli yazıçı və ədəbi tənqidçi Mehdi Hüseynqırxıncı illərin əvvəllərində yazırdı: “Yazıçının tarixəmünasibətində başlıca prinsip tarixi həqiqətin mahiyyətini tammənası ilə mühafizə edib göstərməkdən ibarətdir” (45, 417).Əlbəttə, yazıçı tarix yazmır. M.Hüseynin dediyi kimi, “tarixçi“nələr olmuşdur?” sualına cavab verirsə, sənətkar “nələr ola235

____________Milli Kitabxana____________bilərdi?” suallarına da cavab verir” ( 45, 417). “Tarixçi dövrünümumi-ictimai münasibətlərini əks etdirirsə, yazıçı ən çoxdövrün psixologiyasını təşrih edir. Tarixçi psixoloq deyildir.Lakin sənətkar psixoloq olmalıdır. Bunsuz tarix elmi yaransada, tarixi-bədii əsər yarana bilməz!” (45, 417). Həmin fikirlərindavamı: yazıçının tarixçidən üstünlüyü onun həyata fəlsəfiemosional yanaşmasındadır, gerçəkliyə mütəfəkkir baxışındadır(34, 60).“DUMANLI TƏBRİZ”. DUMAN ÇƏKİLƏNDƏOtuzuncu illərin əvvəllərində (1933-cü ildə)M.S.Ordubadinin “Dumanlı Təbriz” romanı çap olunmağabaşladı və dörd hissədən ibarət olan bu əsərin çapı 1948-ci ildəbaşa çatdı. Bu əsər (onu roman-epopeya, yaxud milli-tarixiepopeya da adlandırırlar) Azərbaycan ədəbiyyatında ilk tarixiroman hesab edilir və müəllifinə böyük şöhrət qazandırmış,oxucularını ısə öz cazibə dairəsinə salaraq sevindirmiş vəzənginləşdirmişdir.Ədəbiyyatşünaslarımız “Dumanlı Təbriz” romanınıAzərbaycan nəsrinin ən yaxşı nümunələrindən hesab etmişlər.M.Hüseyn, H.Araslı, M.C.Cəfərov, A.Zamanov, F.Vəzirova,Q.Xəlilov, F.Hüseynov, M.Hacıyev və başqaları romanıntəhlilini aparmış, onun Azərbaycan ədəbiyyatında yerini, rolunu236

____________Milli Kitabxana____________qiymətləndirmiş, bədii-üslubi və ideya-estetik məziyyətləriniaçıb-göstərmişlər. Roman haqqında ayrı-ayrı tənqidi qeydlər dəsöylənilmiş, xüsusilə diqqət dövrün siyasi-ideoloji durumubaxımından müəyyən nöqsanlara cəlb edilmişdir. Bununla belə,ümumi ədəbi qiymətdə rəy yekdildir: roman, şəksiz, təkcəM.S.Ordubadi yaradıcılığının deyil, bütövlükdə Azərbaycanədəbiyyatının böyük nailiyyətidir. Yazıçı və tənqidçi MehdiHüseyn isə hələ 1933-cü ildə öz fikrini konkret olaraq beləifadə etmişdir: “Dumanlı Təbriz” əsəri olduqca qiymətlidir”(45, 124).İndi XXI əsrdə yaşayırıq. Xalqımız müstəqilliyəqovuşmuşdur. Təfəkkür tərzi yeniləşmişdir. Həyata, siyasətə,keçmişə, milli-mənəvi və bədii-estetik dəyərlərə baxışlarmüstəqil dövlətin vətəndaşının baxışlarıdır. Sovet dövrüAzərbaycan ədəbiyyatının nümayəndələrinə və nümunələrinəmünasibət də birmənalı deyildir. “Proletar ədəbiyyatı”na,sosialist realizmi konsepsiyası çərçivəsindəki ədəbiyyataradikal baxışlar mövcuddur, hərçənd ki, ötən əsrin 60-cıillərindən etibarən yaranan ədəbiyyata münasibət nisbətənloyaldır. Yeni ictimai münasibətlər və bədii-estetik ölçülərzəminində belə bir fikir formalaşmışdır ki, (və əlbəttə, bunuinkar etmək olmaz), Sovet dövründə, xüsusilə 1920-1950-ci237

____________Milli Kitabxana____________illərdə yaranan bədii ədəbiyyat hakimiyyətin sosial sifarişininməhsulu olmuşdur. Əlbəttə, həmin dövrün yazıçıları ideolojidiqtədən qurtula bilməsələr də, istedadlı qələm sahiblərininbədii əsərlərində həyatın nəfəsini hiss etmək, real həyatiproblemləri və konfliktləri, canlı insan xarakterlərini vətalelərını görmək mümkün idi. İttifaqın tərkibindəkirespublikalarda isə ayrı-ayrı sənətkarlar milli mənlik hissini dəyaşatmış, “alt qat”da da olsa, milli-mənəvi idealları bu və yadigər səviyyədə ifadə edə bilmişlər.Belə sənətkarlardan biri də M.S.Ordubadi olmuşdur.Zamanın və siyasi mühitin dəyişikliklərinə, ədəbi zövqlərintəzələnməsinə baxmayaraq, M.S.Ordubadi “Dumanlı Təbriz”və “Qılınc və qələm” romanları ilə həmişə yaşarı olacaqdır, bugünki və sonrakı nəsillər də bu əsərlərə biganə qalmayacaqlar.Hər halda belə bir fikir inkar olunmur ki, M.S.OrdubadiAzərbaycan ədəbiyyatının inkişafına böyük töhfələr vermiş,xüsusilə tarixi roman janrının banisi və ustadı kimi misilsiz roloynamışdır. Xalqın tarixi və taleyi ilə bağlı məsələlər , onunkeçdiyi şərəfli mübarizə yolu sənətkarın yaradıcılığında həmişəbaşlıca mövzu olmuşdur. “Dumanlı Təbriz” də beləromanlardandır.238

____________Milli Kitabxana____________“Dumanlı Təbriz” romanında hadısələr Arazın o tayında –Cənubi Azərbaycanda baş verir. 1906-1911-ci illərdə CənubiAzərbaycanda məşrutə uğrunda inqilabi mübarizələr, xüsusiləSəttar xan hərəkatı əsərin baş mövzusudur. Roman tarixilikbaxımından doğru, real, bədiilik cəhətdən güclü vəcazibədardır. M.S.Ordubadi yalnız tarixi hadisələri, dövrünictimai münasibətlərini əks etdirməmiş, həmin dövrünpsixologiyasını, insan xarakterlərinin daxili aləmini dəaçmışdır. Bu əsər zəngin biliyi ilə seçilən, geniş arxivaraşdırmaları aparan, tarixi sənədləri və elmi-siyasi ədəbiyyatıdərindən öyrənən, hakimiyyət, siyasət, din məsələlərininincəliklərinə bələd olan, xalqın adət-ənənələrini, məişətini,folklorunu yaxşı bilən, habelə, bilavasitə iştirakçısı olduğuhadisələri, apardığı müşahidələri, eşitdiklərini doğruqiymətləndirməyi bacaran əsil yazıçı təxəyyülünün bədiiifadəsidir.Azərbaycanın qədim şəhəri, bütün azərbaycanlılar üçündoğma olan Təbriz bu romanda bütün çalarları – mənzərəsi,təbiəti, hətta məhəllələri və binaları, meydanları və xiyabanları,səngərləri, sakinlərinin fərdi xüsusiyyətləri, onlarındünyagörüşü, mentaliteti, deyim və məişət tərzi, şəhərətrafıyerləri ilə, həmçinin İran dövlətində və beynəlxalq aləmdə239

____________Milli Kitabxana____________mövqeyi, azərbaycanlıların tarixində və taleyində yerigöstərilməklə olduqca inandırıcı, real və koloritli verilmişdir.“Zahirən dumanlar altında uyumuş kimi görünən bu üsyançışəhər əslində, yazıçının təsvirlərindən göründüyü kimi, qaynarbir qazanı xatırladır. Müxtəlif əqidəli, müxtəlif siniflərə məxsusinqilabçılardan, üsyançılardan başqa əsərdə xarici dövlətlərinnümayəndələri, cürbəcür adlar altında Təbrizə gəlmiş siyasixadimlər, casuslar və sairin fəaliyyəti, xətt-hərəkəti daxildəvəziyyəti xeyli mürəkkəbləşdirmişdir” (73, 160-161).Təbrizli Səid Monirinin Azərbaycan dilindən fars dilinətərcüməsində 1984-cü ildə İranın “Dünya” nəşriyyatı tərəfindənçap edilən “Dumanlı Təbriz”(“Təbriz-e mehalud”) romanınınmüqəddiməsində tərcüməçi yazır ki, Azərbaycanda məşrutəinqilabı haqqında həmin günlərin şahidi və iştirakçısı olanMəhəmməd Bağır Vicuyə, Seyid Əhməd Kəsrəvi, İsmayılƏmirxizi, Seyid Həsən Tağızadə və başqa yazıçı və tarixçilərinəsərləri məşhurdur. ”Lakin tamamilə aydın məsələdir ki, onlarınheç biri toplu halında, Ordubadiyə məxsus dünyagörüşünə,təşkilati mövqe, siyasi vəziyyət və təsviretmə incəliyinə malikolmamış, gündəlik məsələləri və inqilabi hərəkatı Ordubadigördüyü kimi görə bilməmişdir”-deyən mütərcim sözünədavam edərək göstərir ki, bundan əlavə onların inqilabdan bəhs240

____________Milli Kitabxana____________etməsi ancaq təsviri xarakter daşımışdır. Halbuki Ordubadi özəsərində cəlbedici və oxucunu tutan bir kitab çərçivəsindəinqilab hadisələrini, müxtəlif siniflərin nümayəndələrininyaşayış tərzini, həmin günlərin müxtəlif ictimai təbəqələrininəqidə və dünyagörüşünü ürəyəyatımlı və cəlbedici bir şəkildəöz oxucuları üçün açır, təhlil edir. Xüsusilə zülm və istibdadəlındən cana gəlmiş, hər şeydən məhrum, lüt və aclıqdanboğaza qədər doymuş xalq kütlələrinin rəşadət vəqəhrəmanlığını roman müəllifi böyük ustalıqla təsvir etmişdir(23).Geniş və əhatəli süjeti olan “Dumanlı Təbriz” romanımaraqlı təhkiyə üsuli ilə oxucunu daim öz cazibə dairəsindəsaxlayır. Vaxtilə tənqid edilən hadisəçilik və macəraçılıq daromanın qüsuru kimi göstərilə bilməz, çünki bu macəralar vəəhvalatlar da , necə deyərlər, romanın ümumi süjet axarınaqovuşan qollardır və onlarsız roman heç bir şey qazanmazdı,bəlkə də itirərdi. “M.S.Ordubadinin romanlarına yalnız mövzuvə ideya baxımından deyil, struktur qiymət verəndə aydın olurki, tarixi-inqilabi romana xas olan və M.S.Ordubadininüslubunda bir qədər də meydan verilən macəra ünsürləri yalnızköməkçi vasitə rolunu oynayır və zəruri hallarda, şəraitin tələbetdiyi məqamda süjetə daxil edilir” ( 33, 155).241

____________Milli Kitabxana____________Digər bir məsələ: romanın təhlilində və oxucuyatəqdimində əsasən diqqət İranda və Cənubi Azərbaycanda başverən inqilabi məşrutə hərəkatının, üsyan əhval-ruhiyyəsininbirinci rus inqilabının təsiri nəticəsində yaranmasına, İrandakıkəskin sinfi ziddiyyətlərə, inqilabi hərəkatın arzu edilənnəticələr verə bilməməsinin səbəblərinin müəllif tərəfindənnecə əsaslandırılmasına, nəhayət Oktyabr sosialist inqilabınınCənubi Azərbaycan və İran zəhmətkeşləri tərəfindən böyükşadlıqla qarşılanmasına, bu inqilabın qüvvətli təsiri nəticəsindəölkədə azadlıq hərəkatının yenidən və qüvvətlə canlanmasınavə s. yönəldilmişdir (1, 123-126 və 393-399). Bunlar özyerində. Lakin romanı oxuyarkən müəllifin əsil qayəsi aşkargörünür: bu, məşrutə inqilabı hərəkatının Cənubi Azərbaycandamilli-azadlıq hərəkatına çevrilməsidir. Həmin hərəkatınmərkəzində isə Səttar xan, onun yaxın silahdaşı Bağır xan,habelə Əli Davafüruş, Əmir Həşmət, mücahidlər ƏsədTütünçüoğlu, Həsənağa, Cavadağa və digərləri durur. Əsərinbaş obrazı Əbülhəsən nə qədər bir inqilabçı kimi tapşırıqlarıyerinə yetirirsə, inqilab uğrunda sinfi mövqedən mübarizəaparırsa (“sosial sifariş”-Y.R.), bütün bunların fonunda müəllifəsil həqiqəti – azərbaycanlıların milli azadlıq uğrunda242

____________Milli Kitabxana____________mübarizəsini göstərir. Və “Dumanlı Təbriz” romanı da hərşeydən əvvəl bu məziyyətləri ilə qiymətlidir.Bir daha qeyd edirik ki, bu romanın yarandığı və çapolunduğu illərdə ədəbiyyat siyasiləşdirilmişdi, estetik həzzmənbəyindən çox, siyasi-ideoloji funksiya daşıyırdı, vulqarsosiolojifikir, vulqar-sosioloji təmayül və tendensiyalar hökmsürürdü və sərt ideoloji tələblər çərçivəsində yazsalar da,yuxarıda qeyd etdiyimiz məziyyətləri göstərməyi yalnızıstedadlı, milli mənliyə sədaqətli olan sənətkarlar bacarabilərdilər.Yaşar Qarayev 1992-ci ildə yazırdı ki, “Dumanlı Təbriz”inəsas qəhrəmanı – Təbriz özüdür, xalqın içindən çıxan vəhərəkatın başında duran Səttar xandır. Cəmiyyətin bütüntəbəqələri – kübarlar, tacirlər, ruhanilər, kənd əsnafı sosialinqilabıhadisələrin cərəyan etdiyi geniş fonu, ictimai mühititəşkil edir” (59, 492). Azərbaycanlıların qədim şəhəri olanTəbriz M.S.Ordubadinin romanında Azərbaycanın müstəqilliyi,xalqın milli azadlığı, Azərbaycan dilinin yaşarılığı, Azərbaycanmədəniyyətinin və ədəbiyyatının bərqərar olması, azərbaycanlımənəviyyatının qorunması uğrunda mübarizə aparan birşəhərdir. Dumanlar içində uyuyan, siyasi çəkişmələr, intriqalar,satqınlıqlar, xəyanətlər, dini və mövhumi oyunbazlıqlar, küçə243

____________Milli Kitabxana____________və səngər döyüşləri, qovğalar, ümidlər və ümidsizlikləriçərisində çabalayan, həm yoxsulluqla, həm də dəbdəbəli həyattərzi ilə yaşayan bu şəhərin üzərindən duman çəkiləndə,aydınlıq içərisində biz digər həqiqətləri də görürük. Müəllif buhəqiqətləri çox hallarda ayrı-ayrı obrazların dilindən ifadə edir:Camaat arasındakı söhbətdən: - Canım, inqilab haradaidi? Hamısı dinsizdir...Bunlar mədəniyyəti pozacaqlar. Nəruhani tanıyırlar, nə halal, nə haram qanırlar (82, 6-7).Əbülhəsən: - İran sosial-demokrat firqəsinin müəssisi Bakıişçiləri rəhbərlərindən olan Nəriman Nərimanovdur (82, 144).Əbülhəsən: - Yaxın Şərqdə iki dövlət vardır: Türkiyə vəİran. Bu hökumətlərin başında duran türklərdir, lakin hər ikisimilli tərəqqinin və mədəniyyətin düşmənidir... İran şahıtürkdür, lakin o öz dili, öz qövmü, öz mədəniyyəti əleyhinəolmalıdır. Bunu da onun siyasi düşüncəsi tələb edir (82, 176).Əbülhəsən: - Fars dili şeir və ədəbiyyat dili olsa da, yenədə farslar üçündür, çünki türklərin geniş kütləsi bu ədəbiyyatıöz ədəbiyyatı kimi mənimsəyə bilməyir. Bir tərəfdən türkməktəbi olmayan və farslaşma siyasəti aparılan bir ölkədə türkədəbiyyatına qiymət verilməməsi, digər tərəfdən türk ədib vəşairlərinin saray içərisinə buraxılmaması, hətta türkcə yazılanəsərlərin təb edilməməsi İrandakı türklərin farsca yazmasına244

____________Milli Kitabxana____________səbəb olmuşdur. Buna görə də İranda daim farslaşdırma, həttafars-türk mübarizəsi yaratmaq siyasəti aparılırdı (82, 177).Nina: - Səttar xan Azərbaycanı mərkəzdən ayırıb müstəqilyaşatmaq istəsə belə, ruslar ona imkan verməzlər (82, 240).Teleqramdan (Tehrandan Təbriz Osmanlıkonsulxanasına): “Azərbaycan istiqlalı məsələsi tədriciməsələdir, onu Səttar xana anladınız. Hələlik o,Müxbirüssəltənəyə və Tehran hökumətinə tabe olmalıdır” ( 82,260).Əbülhəsən: - Bəs ruslar Təbrizə nə bəhanə və nə haqq iləgirmişlər? Onlar öz inqilabı uğrunda ölməyə hazır olanlarınvətənini nə üçün işğal etmişlər?..İngilislər və ruslar “Təbrizdəkixaricilərin malı, canı təhlükə altındadır”-deyə “canavarlarvətəni” olan Təbrizi “xilas etmək üçün gəlmiş” və bütünAzərbaycanı çar xəfiyyələri ilə doldurmuşlar...Təbriz xalqınınəxlaqı ilə hüdud xaricində gördüyün çar zabitlərinin əxlaqınımüqayisə edib, Şərq xalqını vəhşi və mədəniyyətsiz hesabedənləri tənqid etməyə haqqımız vardırmı? ( 82, 292).Nina: - Şərq xalqlarına mərhəmət göstərmək çarsiyasətinə daxil deyildir (82, 345).Vorontsov-Daşkovun teleqramından: “Üsyançıtəbrizlilərə rəhm olunmasın!” ( 83, 36).245

____________Milli Kitabxana____________Əbülhəsən: - Azərbaycan Demokratik Firqəsi Azərbaycanxalqının malik olduğu inqilabi ruhun sarsılmamasına çalışır vəSəttar xanın vəsiyyətlərinə əməl edərək, Azərbaycan xalqınınöz azadlığını öz qüvvəti ilə ala biləcəyi həqiqətini təbliğ edirdi(83, 306).– Çar hökuməti və yerli feodallar inqilabi fikirləri vəgüclənməkdə olan siyasi şüuru Azərbaycan xalqının zehnindənsilahla çıxarmağı bacarmadı. Buna görə də onlar təbrizlilərin buhisslərini söndürmək üçün təzə bir silah işlətmək istəyirlər. Osilah dinçilikdən, bidət və mövhumatdan ibarətdir (83, 344).Bu sözləri Azərbaycan valisi Hacı Səməd xanhakimiyyətinin əldən gedəcəyi təhlükəsini hiss edərkəndeyir: - Biz azərbaycanlılar nə vaxta qədər Azərbaycankəndlisinin dərisini soyub Tehranda oturan beş-on nəfər farstiryək çəkənlərinə yedirəcəyik!..Mənə desinlər, mən sabahınözündə Azərbaycanı İrandan ayırım (83, 147).Belə misallar romanda kifayət qədərdir. Fikrimizcəbunların əlavə izaha və təhlilə ehtiyac yoxdur. Bir daha təkraredirik: bu sözlər ötən əsrin 30-40-cı illərində deyilmişdir.Təbrizin fəsilləri, Təbriz gecələrinin sehri, Təbrizin təbiəti,Təbriz qadınlarının gözəlliyi Ordubadi qələmində yaddaqalan,246

____________Milli Kitabxana____________təsirli, mənalı lövhələrlə verilir, Azərbaycanın bu özünəməxsusçalarları olan guşəsi haqqında canlı təsəvvür yaradılır. Budur:Təbrizdə payız. “Mən içəri girərkən miss Hanna qapalıpəncərənin qarşısında durub eyvanın sütunlarına bağlanmışmeyvə ağaclarının hərəkətinə baxırdı. Külək əsdikcə ağaclarhərəkət edir, budaqlarından asılan payız hulusu və sarı heyvalarsanki qıza salam verirdi. Yanaqları qızarmış və bir qız kimioynaq hərəkətdə bulunan “səlami”lər(şaftalı növü-Y.R.) mələçiarmudun pənbə və nimrəng yanaqlarından öpdükdə, o, utanaraqyarpağı üzünə pərdə çəkirdi. Uzun bir eşqin və əzici birsevdanın əsiri olan heyva da onlara qısqanaraq özünü eyvanınsütunlarına vurub məhv edirdi” ( 82, 339).Təbriz gecələri. “Gecə olduqca ayaz və şaxtalı idi. AyUcan dağları ilə Savalan və Səhənd dağları ətrafında dolaşıbsirlərlə dolu olan Təbriz gecəsinin qara qəlbinə işıq salmaq vəondan bir şey öyrənməyə çalışırdı. Artıq Aydan və ulduzlardanşəfəq alan bu gecədə mən hər tərəfə baxırdımsa, brilyantlarabürünmüş bir kainat görürdüm. Ulduzların şəffaf çöhrəsini buztutmuş suların güzgüsündə gördükcə qış gecəsinin butamaşasına cəzb olub baxırdım” (83, 603).Təbriz qadınları. “Hər bir gözəl Təbriz qadını güldüyüzaman, onun hər iki yanağında bir çuxurluq vücuda gəlir.247

____________Milli Kitabxana____________Təbriz qadınlarının gözləri uzunsov deyil, onların gözlərinin ağhissəsi tamamilə ağ, qara hissəsi isə şəvə kimi qaradır. Təbrizqadınının gözlərindəki ağ hissəsinin içərisində qırmızı qandamarlarına da təsadüf edilməz. Təbriz qadınının dodaqları ikiox kamanının bir-birinin üstünə qoyulduğunu təsvir edir. Təbrizqadınının üzü olduqca ağ və pənbədir. Onların əndamına şuxluqverən xüsusiyyətlərdən birisi də boyunlarının ağlığı vəuzunluğudur. Təbriz qadınında qadına məxsus bir yeriş vardır.Onlar yalnız quruluşca deyil, bütün varlığı ilə də bir qadındır” (83, 126).M.S.Ordubadi romanın yazıldığı və oxucuya təqdimedildiyi illərdə öz həmmillətinə daha nələri demək istəyirdi? –“Qəhrəmanlar yalnız haqqını böyük qüvvədən tələb edənləriniçərisindən çıxar” (82,27). “Hər məmləkətin inqilab rəhbəri oməmləkətin özündən doğmalıdır. Öz rəhbərlərini yetirməmişbir ölkədə inqilab hərəkatını irəli aparmaq mümkün deyildir”(82,41). “Vicdansızlar içərisində olaraq vicdanla çalışmaqdançətin iş yoxdur” (82, 345). “İngilislər Səttar xan hərəkatındanaldıqları bir çox təcrübələr nəticəsində Azərbaycan xalqınındərin bir inqilabi duyğuya malik olduğunu bilirdilər” (83,377).248

____________Milli Kitabxana____________Romanda müəllif Azərbaycan xalqının millimənafeyinə zidd olan bir çox məsələləri açıqlayır və yerigəldikcə bəzi incə mətləblərə də toxunur. Azərbaycanlılarınmillı ruhunu öldürmək üçün Tehranın məkrli siyasəti və buhissiyyatdan Rusiyanın və ingilislərin öz məqsədləri üçün necəistifadə etməyə çalışmaları, daşnak dəstələri yaratmaq cəhdləri,həmin dövrdə “Novoye vremya” qəzetində ermənilərin “Tebriz– Erivanskaya quberniya” arzusunun ifadə olunması və s.məsələləri açıqlayarkən müəllifin milli siması və vətəndaşlıqmövqeyi layiqincə görünür.Əlbəttə, müasir ədəbi düşüncənin ölçüləri bucağından“Dumanlı Təbriz” romanı haqqında müəyyən tənqid dəsöyləmək olar. Lakin bu tədqiqatda məqsədimiz böyükyazıçımızın sovet ideologiyası çərçivəsində milli simasını,milli-mənəvi ideallara sədaqətini göstərmək bacarığınıqabartmaq idi. Toxunduğumuz və misal çəkdiyimiz bəziməqamlarla (bunlar romandakı saysız-hesabsız beləməqamların cüzi hissəsidir) elə bilirəm bu qənaətimizi az-çoxəsaslandıra bilərik.TARİXİ”QILINC VƏ QƏLƏM”. BƏDİİ TƏXƏYYÜL VƏ249

____________Milli Kitabxana____________HƏQİQƏTM.S.Ordubadi özünün milli-mənəvi ideallarının ifadəsiüçün “Qılınc və qələm” romanında sanki daha geniş imkanlartapmış, yaradıcılıq manevrləri ilə daha sərbəst hərəkət etmişdir.Azərbaycanın XII əsrdəki tarixi dövrünü əhatə edən bu əsrdəmüəllifin bədii təxəyyülü kifayət qədər güclü və zəngindir.Azərbaycan dövlətinin təşəkkülü, bərqərar olması,azərbaycanlıların öz milli varlıqlarını təsdiq etmələri kimimotivlər üzərində köklənən roman həm əhatəliliyi,çoxplanlılığı, hadisələrin genişliyi, obrazlarının əlvanlığı vədərinliyi, həm də cazibədarlığı ilə seçilir. Əlbəttə, Azərbaycantarixi romanlarının tədqiqatçısı Y.Axundlunun təsdiq etdiyikimi, “Ordubadi... heç vaxt tarixi xronika yaratmamışdır”.Lakin müəllif hər şeydən əvvəl, tarixi həqiqətlərə də sadiqqalmış, bədii təxəyyülündə yaratdığı hadisələrlə, obrazlarla,lövhələrlə, söykəndiyi məqsəd və ideyalarla konkret tarixitəsdiq etmiş, oxucuda həmin tarix haqqında inandırıcı və realtəsəvvür yaratmışdır. Külli miqdarda tarixi, elmi, ədəbiməxəzlərə istinadən yazılan bu romanda bədii təxəyyüllə tarixihəqiqət ustalıqla əlaqələndirilmişdir.Obrazlar cərgəsində həm tarixi şəxsiyyətlər, həm də müəlliftəxəyyülünün yaratdığı insanlar vardır. Oxucu bu obrazları –250

____________Milli Kitabxana____________dahi Azərbaycan şairi Nizamini, Fəxrəddini, Atabəyləri –Məhəmməd Cahan Pəhləvanı, Qızıl Arslanı, Azərbaycan şairəsiMəshəti xanımı, Qətibəni, Əmir İnancı, Əbubəkiri,Hüsaməddini, Səbanı, Gözəli, Təliəni, Dilşadı və digərlərinimaraqla və diqqətlə izləyir. Romanda müəllifin çatdırmaqistədiyi mənanı isə hər kəs dərhal anlayırdı: bir xalq kimiözümüzü təsdiq etmək, mılli istiqlaliyyətimizə yiyələnməkistəyiriksə həm ağlımızla, sözümüzlə, müdrikliyimizlə, həm dəgücümüzlə, cəsarətimizlə seçilməliyik. Romanın adını ehtivaedən bu məna Nizami və Fəxrəddin obrazlarında konkretgörünür: Nizami – xalqın mənəvi qüvvəsi, istedadı, qələmi;Fəxrəddin – mərdlik, hünər, qəhrəmanlıq, azərbaycanlı qılıncı.M.S.Ordubadi qədim tariximizdə Azərbaycan xalqınınazadlıq, istiqlaliyyət istəyini, xalqın milli birliyi, milli siması,milli qürur və s. məsələləri axtarır və bu dəyərləri hadisələrin,xarakterlərin mahiyyətinə hopdurur. Belə bir qənaəti də istisnaetmirik ki, müəllifin bu məqamlara yanaşmasında tarixilikdənçox, müasir düşüncə, müasir baxım və istək vardır.Romanda müəllifin əsasən rəğbət bəslədiyi obraz – QızılArslan qardaşı Atabəy Məhəmmədə yazır:“ Buna görə də mən müstəqil Azərbaycan hökumətitəşkil etmək təklifini meydana sürməkdə özümü haqlı hesab251

____________Milli Kitabxana____________edirəm. Məmləkəti öz xalqının əlinə vermək lazımdır. Buradahökuməti idarə edə biləcək kişilər az deyildir” (84, 195).Nizaminin Fəxrəddinə tövsiyyələrindən:“ – Bu gündən etibarən bütün xalqın birliyiniyaratmağa çalış... Səadət və azadlıq ancaq bununla qazanılır”(84, 203).Azərbaycan qızı Gözəli dinləyəndən sonra AtabəyMəhəmmədin etirafı:“Qızın sözləri Atabəyi düşündürdü, özünün nə kimi birxalq içində olduğunu və nə kimi bir mühitin insanları iləqarşı-qarşıya durduğunu təyin etdi” (84, 328).Sevdiyi Dilşadı xəlifə sarayından xilas edən Fəxrəddininonun dodaqlarından eşitdiyi sözlər:“ – Dünyada azadlıqdan da böyük bir nemət vardırmı” (84,76).Bağdad səfərindən qələbə ilə qayıdan Fəxrəddinin Gəncədəqarşılanma mərasimində Nizami deyir:“ – Azərbaycanlılar hələ islamiyyətdən daha əvvəl azadlıqsevən bir xalq olmuş, öz azadlıq yollarında bitən maneələriməhv etməkdə məşhur olmuşdur... Azərbaycan xalqı özmədəni və milli tarixini heç bir kəsə və heç bir qüvvəyə təslimetməmiş, yenə də etməyəcəkdir” (85, 70).252

____________Milli Kitabxana____________Qızıl Arslanın Toğrula məktubundan:“Xalqın milli simasını dəyişdirə biləcək hər bir təşəbbüsəqarşı amansız mübarizə açmalısan. Buna görə də Azərbaycanxalqını vahid bir xalq şəklindən çıxarmaq üçün onlarıqəbilələr və irqlərə ayıran tarixçilərlə bir düşmən kimi rəftaretmək lazımdır” (85, 196).Vəliəhd Əbubəkrin yazdığı xatiratdan:“İnsan, ancaq burada, öz doğma vətənində yaşadığını hissedir. Xalq bir dil, bir arzu daşıyan xalqdır. Kəndlilərindənbaşlayaraq ziyalılarına qədər bir söz deyir: “Azərbaycanınistiqlaliyyəti məsələsi həyat məsələmizdir”. Xalq düşüncəli vəşüurludur. Düşməninə qarşı kinli, inadlı, dostlarına qarşıolduqca mehriban və səmimidirlər” (85, 214).Vəliəhd Əbubəkir əmisi Qızıl Arslana deyir:“ – onlar (azərbaycanlılar- Y.R.) bizim simamızdaAzərbaycan türklüyünü görməlidir. Lakin Səlcuqhökmdarları, hətta Səncərin özü də Azərbaycan xalqınaAzərbaycan türklüyünün doğma simasını göstərəbilməmişdir” (85, 272).Nizami Fəxrəddinin başçılıq etdiyi orduya müraciətindədeyir:253

____________Milli Kitabxana____________“ – Vaxtilə ərəblər və farslar bizdən hər bir şeyi aldılar.Lakin tarixi irsdən ibarət olan milli qüruru və tarixiqəhrəmanlığı bizim əlimizdən ala bilmədilər” (85, 336)Roman çap olunandan sonra (I hissə-1946-cı ildə, II hissə-1948-ci ildə) ədəbi fikirdə ona münasibət birmənalı olmamışdır.1947-ci ildə Mehdi Hüseyn “Qılınc və qələm” haqqındaqeydlər”ində M.S.Ordubadinin ədəbiyyat tariximizin son dərəcəgörkəmli simalarından biri olduğunu göstərməklə bərabər,romana ciddi iradlarını bildirir. Dövrün ideoloji prinsiplərinə,sosialist realizminin bədii-ictimai tələblərinə söykənənM.Hüseyn yazırdı ki, müəllif romanda xalqı və onun qəhrəmanoğullarını əsərin mərkəzi surətlərinə çevirməmiş, xalqaromanda , demək olar ki, heç yer verməmişdir (45, 574). LakinM.Hüseyn “Nizamini bu günün tələbinə görə modernizə etmək,onu müasirləşdirmək olmaz” (45, 569) deyəndə tamamiləhaqlıdır. Bu fikrin davamı olaraq M.Hüseyn yazır ki, tarixiqəhrəmanı müasirləşdirmək yolu tarixi roman prinsiplərinətamamilə zidd bir yoldur (45, 570).Ədəbi tənqidin sonrakı illərdə də, çağdaş dövrümüzdə dəNizami obrazına münasibəti birmənalıdır. Tehran Əlişanoğlu“XX əsr Azərbaycan nəsrinin poetikası” adlı monoqrafiyasında(2006) bir daha yazır ki, “M.S.Ordubadinin “Qılınc və qələm”254

____________Milli Kitabxana____________romanında obrazını yaratdığı Nizami Gəncəvi-İlyas surətibütövdür, əhatəlidir, zəngindir, hər şeydən öncə şairin yüksəkhumanist ideyalarının pafosu, özünəxas təfsirindəndoğulmuşdur, yazıçı Nizami mövqeyindən öz dövrünün bir sırahəqiqətlərinə münasibətini görk edə bilir. Amma bu,heykəlləşmiş obrazdır, dəyişməz, müsbət – örnəkxüsusiyyətlərin mücəssəməsidir, hisslər, fikirlər, mənalar zahirimöhtəşəmliyə tabedir, hətta bəzən onun kölgəsində qalır... Şairçox yerdə XII əsrin deyil, XX əsrin ictimai-siyasi xadimi kimidavranır, fikir yürüdür” (32, 189).Bununla belə, hesab edirik ki, “Qılınc və qələm” romanıNizami Gəncəvi haqqında bioqrafik əsər deyildir. ƏsərinNizamiyə həsr olunmasını da hətta iddia edə bilmərik.M.S.Ordubadi tərcümeyi-halı ilə bağlı yazılarından birindəqeyd edir ki, romanda “XII əsrin əvvəllərində Şərqdə böyük birdövlət təşkil etmiş Səlcuq xanədanının süqut etməsi ilə, yerindəEldəniz oğullarının Azərbaycan atabəyləri adında bir dövləttəşkil etməsi, Yaxın Şərq xəritəsinin tamamilə dəyişməsi,nüfuzdan düşmüş Bağdad xəlifəsinin mövqeyini mənimsəməküzərində gedən mübarizələr, bu mübarizələr zamanındaAzərbaycanın siyasi və iqtisadi vəziyyəti tarixi vəsiqələrlətəsvir edilir” (84, 10).255

____________Milli Kitabxana____________Romanda oxucunu cəlb edən, alıb-aparan xətlər hər şeydənəvvəl Nizami dövrünün Azərbaycanıdır, dövrün koloritidir,Azərbaycan dövlətinin təşəkkülü və möhkəmləndirilməsiuğrunda mübarizələrdir, rəngarəng və dolğun insan xarakterlərivə onların taleləridir, hadisələrin cəlbediciliyi və məntiqidir,tarixi keçmişimizin təqdimatının zənginliyi və səviyyəsidir.Həmin tarixin Nizami Gəncəvi kimi böyük şəxsiyyəti var, lakinbu tarix yalnız Nizami Gəncəvi deyildir. Əsərdə hadisələrin başverdiyi məkan da əhatəlidir: Gəncə və Təbriz, Həmədan vəBağdad, Qarabağ və Şirvan, Naxçıvan və Muğan...M.S.Ordubadinin digər əsərlərində olduğu kimi, xüsusilə“Qılınc və qələm”də də təbiət təsvirləri ustad sənətkarqələminin məhsulidur. Yüksək bədiiliyi, poetikliyi ilə seçilənbelə təsvirlər həm hadisələrin, bədii məqamların məzmununutamamlayır, həm də milli ruhun, milli düşüncənin çalarları kimigörünür.Təbiət ilin ayrı-ayrı fəsillərində özünəməxsusluğu iləcanlandırılır.Bahar fəsli:“Gəncə çayının coşqun ləpələri bahar günəşinin qızılsaçlarını böyük bir həyəcanla çimdirməyə başlamışdı. Baharfəzasına məxsus pənbə buludlar mayıs gülünün qırmızı256

____________Milli Kitabxana____________yanaqlarını kirşanlamağa hazırlanırdı... Kəpəz dağından əsənkülək fəzada nazlanan buludları Xanəgah kəndininmeşələrinə doğru sürüdüyü zaman, şam ağacları ağır-ağırbaşlarını əyirdi:Yağış bir saat əvvəl dayanmışdı, buludların suvardığıçöllər, meşələr, bağ-bağçalar gülürdü.Yasəmənlər dağınıq saçlarını yaşıl budaqların üstünəsərib qurudur, xanəndə bülbüllər qızılgülün yanağındakıtərləri silmək üçün gül budaqlarını tərpədir, lalələr isəpiyaləsini qaldırıb bahar cəmiyyətinin şərəfinə içmək istəyirdi.Nərgiz gülü şadlığından yaşarmış gözlərini silərək, baharsəhnəsinə tamaşa edir, bənövşələr başını çiyinlərinə qoyubdüşünür, bəstəkar kəkliklər isə meşə səyahətinə çıxan gənc birşairi qarşılamaq üçün salam musiqisi çalırdı” (84, 31).Bahar və novruz bayramı:“Günəş həməl bürcünə yaxınlaşdığı dəqiqədə SultanToğrulun qapısında vurulan kərənayxana novruz bayramımərasiminin başlandığını xəbər verdi. Səhərin ruzigarıGülüstana əsdiyi zaman, çəmənlər donunu dəyişir və həməlbürcündə isə günəşin qırmızı ələmini qaldırırdılar.... Bahar yeli bağa girən kimi, şaxələrin ağ ipəyəbürünmüş gəlinləri ilə öpüşür və onları təbrik edirdi.257

____________Milli Kitabxana____________... Baharın ilk sultanı qızıl taxtının üzərinə cülus etdiyizaman, bənövşələr təzim rəsmini yerinə yetirmək üçünboyunlarını çiyinlərinə qoyub durmuşdu.Süsən gülü ağzını açaraq bahar sultanına yazdığışeirlərini oxumağa başladı. Sünbüllər isə səhər ruzigarınıntərənnümləri altında saçlarını dalına töküb rəqs etməyəhəvəslənirdi.... Novruz bayramı mərasiminin başlanması üçün aralıqdasu ilə dolu olan qızıl teştə salınan balıq hələ arxası üstəçönməmişdi. Zəfəran üzərinə oxunacaq və sonra qızıl teştinsuyuna qarışdırılacaq qırx yasin oxunub qurtarmamışdı.Baş ruhani zəfəran suyu ilə yazdığı bərəkət duasını yazıbbitirməmişdi.Nəhayət, “balıq arxası üstə çöndü”, qırx yasin oxunubqurtardı, bərəkət duası zəfəran suyu ilə yazılıb bitdi, təcilisurətdə kərənəyxanaya xəbər verildi. Təbil və şeypur səsləriilin təhvil olduğunu Təbriz xalqına bildirdi” (85, 362).Bir yay mənzərəsi:“Axşam idi. Sərin və lətif ruzigar yay fəzasının çöhrəsinədüşən ləkələri silib təmizləyirdi. Ucan və Savalan dağlarındanqopub gələn küləklər Qızıl Arslanın sarayının bağçasına258

____________Milli Kitabxana____________yayıldıqca yasəmənləri təzə yuxudan qalxmış gəlinin saçlarıkimi dağıdırdı.Qoca bağban yayın istisindən qorunmaq üçünyarpaqların çətiri altına girib yatan güllərin çöhrəsinə suçiləyirdi.Ruzigardan və sudan təzə həyat alan qönçələr pərdəsiniataraq yeni bir həyata atılmağa hazırlanırdı.Küsmüş qızlar kimi kipriklərini bir-biri üzərinə tökənnərgiz gülü şəhla gözlərini açıb qızıl gülün çöhrəsindəkiqırmızılığa baxırdı.Yetim qızlar kimi bir guşədə unudulub qalan bənövşəboynunu çiyninə qoyub yarpağın yaşıl xalçası üzərindəoturmuşdu.Hovuzun kənarında ağ qətifələrə bürünüb duran ördəklərgünəşin Sərdrud təpələrinin dalında gizləndiyini görərəkaxşam nəğməsinə başlamışdı” (84, 316-317).Bir payız mənzərəsi:“Payız idi, yaşıl yarpaqların rəngi ölümə gülən və sondəqiqələrini keçirən bir xəstənin yanaqları kımı saralırdı.Qızıl güllərin tac qoyub bahar taxtına əyləşdiyi yaşılbudaqlarda acı tikanlardan başqa bir şey görünmürdü.259

____________Milli Kitabxana____________Daima gül budaqlarının kölgəsində nazlanan yuvasızbülbüllər xəzan yağışlarının acısını hiss edir və laqeydanəhəyatın zəhərlərini içməyə və tənhalıqdan inləməyəbaşlamışdı. Şaxəsindən qopan yarpaqlar öz müqəddəratınıxəzan küləklərinə tapşırıb heçliyə doğru uçub gedirdi.Çiçəklərin zərif yarpaqları, heyvanların dırnaqları altındaçeynənirdi. Çinardan fırlanıb ayaq altına düşən yarpaqlar birdilənçinin əli kimi beş barmağını açıb yalvarırdı” (84, 31).Hiylə, xəyanət, yalanla dolu epizodlarda isə təbiət təsviribelə məqamların üvertürası kimi səslənir:“On dörd gecəlik ay, bu qara xəyanəti görməmək üçünbaşını qara buludların yorğanına çəkib gizlənmək istəyirdi.Mavi fəzanın hovuzunda çimən ulduzlar da qaraqətifələrə bürünərək öz yatağına çəkilirdi. Daima pəncərələridöyməyə adət edən Gəncə küləkləri şəhər xalqını bu qarahadisədən xəbərdar etməmək üçün öz şiddətinidayandırmışdı” (84, 174).Qızıl Arslan yaxınlaşan ölümün sövq-təbiisini yaşayır və buyaşantı təbiət təsvirində də görünür:“Qızıl gülün çöhrəsi də bir atəş olub mənim varlığımıyandırmaq istəyir, bənövşələr sanki böyük bir matəmin qarapərdəsinə bürünmüşdür. Yasəmənlər tabutun üzərinə260

____________Milli Kitabxana____________döşənmiş bir ananın saçlarını təmsil edir. Bülbülün səsi dəanasını körpəlikdə itirmiş bir uşağın iniltisi qədər qəmgin vəkədərlidir.Söyüdlərin bir-birinə qarışmış və başını aşağı dikmişşaxələri də Leylisindən ayrılmış Məcnunun saçlarını təqlidedir.Nərgizin göz bəbəyində də ölüm ayağında duran birxəstənin həsrətli baxışları duyulur.Zanbaq gülünün ağzı da həyatı udmaq üçün ağzını açanbir əjdaha qədər dəhşətli və qorxuludur.Üfüqlərdə görünən qürub şəfəqləri bir günəşinsöndüyünü xəbər verir.Axşam küləkləri qarşısında uçub gedən yarpaqlarhəyatla vidalaşaraq yoxluğa gedən bir bəxtin vəziyyətini təsdiqedir.Havaya yüksələn fəvvarə bir məqtulun köksündənfışqıran qanlar qədər heyrətvericidir.Hovuzlarda üzən ördəklər də “ölüm-ölüm” deyəqışqırmaqdadırlar.Torpaqların üzərinə sərilmiş əlvan güllərin görünüşüqanlı bir yatağın görünüşü qədər kədərəngizdir” (85, 301).261

____________Milli Kitabxana____________Beləliklə, M.S.Ordubadi Azərbaycan nəsrinə tarixi romanjanrını gətirdi və məhz haqqında danışdığımız iki əsəri iləədəbiyyatımızın tarixində həmişəyaşarlığını təmin etdi. Ədəbitənqidin tanınmış nümayəndəsi Vaqif Yusifli “XX əsrAzərbaycan romanı” məqaləsində yazır ki, “onun romansənətinə gətirdiyi yeniliklər şübhəsiz, o dövr üçün maraqlı idi.Süjetdə çoxşaxəliliyi, hər bir obrazın (hətta epizodik olsa da)taleyinin sona qədər izlənməsi, sevgi, ailə-məişət səhnələri iləictimai mahiyyət daşıyan səhnələrin bir-birini tamamlaması,təsvirdə əhatəlilik, zaman və məkan genişliyi... bütün bunlarOrdubadinin romanlarında nəzərə çarpan xüsusiyyətlər idi vəşübhəsiz, gənc romançılar bunlara biganə qala bilməzdilər”(115, 177). Bu deyilənləri təsdiq etməklə yanaşı,M.S.Ordubadinin tarixi romanlarının bu günümüz üçün dəmaraqlı ədəbi hadisə olduğunun fərqindəyik. Qeyd edək ki,roman 1965-ci ildə İ.Peçenevin tərcüməsində rus dilindəçapdan çıxmışdır.Görkəmli Azərbaycan yazıçısı Yusif VəzirÇəmənzəminlinin də ədəbi taleyinin əsasən iki tarixi romanı iləbağlı olduğunu desək, yanılmarıq. Düzdür, Y.V.Çəmənzəminlihekayə ustasıdır, “Studentlər” kimi romanı, digər bədii və elmi-262

____________Milli Kitabxana____________nəzəri əsərləri də vardır. Lakin onun yaradıcı sənətkar obrazıməhz bu iki əsəri ilə – “Qızlar bulağı” və xüsusilə “İki odarasında”(“Qan içində”) romanları ilə bitkindir.“QIZLAR BULAĞI”. TARİX VƏ FƏLSƏFƏ“Qızlar bulağı” romanı 1934-cü ildə yazılmışdır. Ədəbifikirdə əsəri tarixi roman, yaxud tarixi-fəlsəfi roman hesabetsələr də, bəzi tənqidçilər şərti mənada tarixi romanadlandırmışlar (Ə.Hüseynzadə, H. Əfəndiyev, M.Əlioğlu).Fikrimizcə əsərin tarixi-fəsəfi roman adlandırılması dahadüzgün olardı. Burada müəllifin zəngin bədii təxəyyülü bəşərtarixinin ən qədim çağlarına qovuşmuş, bu gün bizi düşündürənbir çox məsələlərin, dünyagörüşlərdə, cəmiyyətin nizamında,insan münasibətlərində, dünya, kainat, əbədiyyət haqqındadüşüncələrdə yer alan problemlərin və sualların ilkinliyiaxtarılmışdır. Roman istər mövzusu, istər süjeti və üslubixüsusiyyətləri, istər bədii obrazları, istərsə də elmi-fəlsəfimotivləri ilə Azərbaycan ədəbiyyatında qeyri-ənənəvi bir ədəbiestetikhadisə idi.Öz dövründə maraqlı yazı manerası, elmi-nəzəri hazırlığı,müasir üslubu, dərın realizmi ilə seçilən Y.V.Çəmənzəminli buromanı yazarkən çoxlu elmi mənbələrdən istifadə etmiş, ayrı-263

____________Milli Kitabxana____________ayrı fakt və hadisələrin bədii məzmununu vermişdir.Cəmiyyətin yetkinləşmə yolunun ilkin mərhələləri, ailəninyaranması, doğulan və ölən qüvvələrin mübarizəsi vədialektikası romanda tarixi-əfsanəvi materiallar əsasında yüksəkbədiiliklə, obrazlı şəkildə ifadə edilmişdir. Müəllif, insanıictimai həyata qovuşduran yolun mürəkkəbliyini vəqanunauyğunluqlarını, tarixi köklərini göstərə bilmişdir.Bu, bizim əcdadlarımızın tarixidir, əcdadlarımızındüşüncələrinin, mübarizəsinin, dünyanı dərk etmələrinintarixidir. Müəllif “əbədiyyət nədir”, “dünya nədir”, “kainatnədir”, “cismani aləm nədir”, “ruhi aləm nədir”, “maddə nəhəyatnədir”, “zahiri və daxili gözəllik nədir”, “mübarizənədir”, “həqiqət nədir”, “şübhə nədir”,“eşq nədir”, “arzu nədir”,“yaşamaq nədir”, “səadət nədir”, “ailə nədir”, “müharibə nədir”və s. onlarla belə suallara bəşər tarixinin ilkinlik mərhələlərininkontekstində bədii-fəlsəfi cavablar axtarır. Romandan birparçaya – yetkinlik yaşına çatan gənclər adətə görə məbədiziyarət edərkən Qoca ərənin söhbətinə diqqət yetirək:“Bir gün Dara ova gedir, bir ceyranı qovarkən gəlib birsovməəyə çixir. Keçi dərisi ilə örtünmüş, uzunsaqqal birqocanın arxası üstə uzanaraq göyə tamaşa etdiyini görür...Qoca bunları görmür kimi kirpiyini belə qırpmır. Bu əsnada264

____________Milli Kitabxana____________sövməədə gizlənmiş ceyran Daranı görərək sıçrayıb qocayasığınır.Dara qocanın etinasızlığına və heyvanın ona sığınmasınaheyrət edərək hiddətlə:– Qoca, – deyir, – sən kimsən?Qoca gözünün bir tərəfi ilə Daranı süzərək: -Mən?.. Dünyanın ənəzəmətli adamı!Dünyada özündən başqa əzəmətli bir şəxs görməyən Darabu yıxıq sövməədə keçi dərisinə bürünmüş qocaya baxaraq:– Sənin əzəmətin nədədir? – deyə heyrət və istehza iləsoruşur.– Ondadır ki, səndən qaçan mənə sığınır....Dara qocanın Keynəssar olduğunu duyaraq atdan düşür( bu məşhur memarı çoxdan axtarırdı – Y.R. ). Vəzirləri vəsərkərdələri də onu təqib edərək Keynəssarı əhatə edirlər.Qocaya əlvan xörəklər və ənamlar təqdim olunur. LakinKeynəssar yerindən belə qımıldanmayaraq göyə tamaşaetməkdə davam edir, Dara saray yapdırmaq meylindəolduğunu söyləyib, Keynəssarın İstəxrə gəlməsini təklif edir:– Sənə özün ağırı qızıl verərəm, bütün arzularını yerinəyetirərəm, -265

____________Milli Kitabxana____________deyir.Qoca başını tərpədir.– Qızıl nədir – tanımıram; tanımaq belə istəmərəm. Arzuisə əzab qapısıdır, - deyir” (16, 370-371).“Qızlar bulağı” romanının forması mövzununxarakterinə tamamilə uyğundur. “Bu da nəticədə janrda yenipoetik naxışların əmələ gəlməsinə səbəb olur və əsərin idrakiimkanlarını artırır. Azərbaycan tarixinin, onu yaradan,irəlilədən və yaşadan insanların bədi obrazını yaratmaqsahəsində axtarışları Çəmənzəminlini dərin qatlara aparır vəburada milli kökü axtarır. Ona görə də xüsusi kompozisiyaforması tətbiq etmədən “Qızlar bulağı” romanında tarixinqədim fəlsəfəsini yaratmaq olmazdı. Roman tarixin dərin mifikqatlarına daxil olaraq orada ümuminsani başlanğıclarınmənbəyini meydana çıxarır. Çünki tarixin qan yaddaşındainsanların faciəsi, kədərli müsibəti ilə yanaşı, sevincinin,yaşamaq uğrunda apardığı mübarizələrin dərin izləriyazılmışdır”(33, 140). Bu sözlərin müəllifi, ədəbiyyatşünasalim Himalay Ənvəroğlu fikrini davam etdirərək yazır: “Ənqədim tarixi ayrı-ayrı qəbilələrin insanlarının canlımünasibətlərinin romanına çevirmək təbii olaraq müəllifin“Qızlar bulağı” janr tipini “seçməsinə” səbəb olmuşdur. Başqa266

____________Milli Kitabxana____________sözlə, tarixin belə bir mifoloji-fantastik əlaqədə göstərilməsiözünün müvafiq formasını yaratmışdır. Əks halda, müəllifkifayət qədər sərbəst hərəkət edib tarixi-fəlsəfi fon yaradıbobrazların canlı bədii xarakterini verə bilməzdi” (33, 141).“İKİ OD ARASINDA”. TARİXİMİZ VƏ TALEYİMİZTariximizin mürəkkəb və taleyüklü mərhələsi – XVIII əsrAzərbaycanı Y.V.Çəmənzəminlinin “İki od arasında”romanının mövzusudur. Əsərdə həmin dövrün ictimai-siyasi vəsosial-məişət mənzərəsi, Azərbaycan həyatının çalarları konkretvə koloritli canlandırılmışdır. Roman inandırıcılıq gücü,sənətkarlıq məziyyətləri ilə seçilir. 1937-ci ildə yazılan bu əsərhəmin dövrdə çap olunmadı. Müəllif repressiyaya düçar oldu.Odur ki, roman alttmışıncı illərin əvvəlində ortaya çıxarıldı və“Qan içində” adı ilə çap olunmağa başladı. Roman indi ilkinadı ilə çap olunur.Ədəbiyyatşünas alim Akif Hüseynov 1982-ci ildə romanınmilli-mənəvi dəyərlərimizlə bağlılığını yüksəkqiymətləndirərək yazırdı: “Əsərin milli müəyyənliyi həm dəıdeya mündəricəsi ilə, müsbət qəhrəmanlardakı milli şüurunaydın ifadəsi ilə, Vətən qayğısı, xalqa məhəbbət kimikeyfiyyətlərlə şərtlənir” ( 42, 97 ).267

____________Milli Kitabxana____________Əlbəttə, otuzuncu illərdə belə bir romanın yazılması faktıAzərbaycan ədəbiyyatının uğuru hesab edilməlidir. Əsərdəsöhbət Qarabağ xanlığından getsə də, oxucunu bütünAzərbaycan haqqında düşündürür. Və müəllifin çatdırmaqistədiyi mətləbin ictimai-siyasi mahiyyəti aydın görünür:Azərbaycan kiçik xanlıqlara bölündüyünə, birləşmək səyləriboşa çıxdığına görə bu torpaqlara marağı və iddiası olan Rusiyavə İran kimi böyük dövlətlərin təzyiqləri qarşısında davamgətirə bilmir və həmin xanlıqların timsalında müstəqilliyiniitirir. Romanda hadisələrin mərkəzində dayanan böyük şair vəQarabağ xanlığının baş vəziri Vaqif ürək yanğısı ilə MirzəƏliməmmədə deyir:“Azərbaycan xanları bir-biri ilə vuruşur, rəyasət üçün ataoğlunu, qardaş qardaşı öldürür, bir-birinin gözlərini çıxarır,elimiz, ulusumuz xanların kefi üçün qırılıb gedir: xanimanlaryanıb kül olur... Bu fəlakətə qarşı ürəyimiz çatlasa da,qabağını almaqdan acizik!” (16, 570).Müəllif, romanın əhatə etdiyi ziddiyyətli və gərgin tarixinfəlsəfəsini də açmış, mənsub olduğu xalqın milli-mənəvidəyərlərini konkret bədii vasitələrlə, canlı obrazlarla,mükalimələrlə ifadə etmişdir. Xalq məişətinin koloritini, zənginetnoqrafiyanı göstərən təfərrüatlar, lövhələr (novruz bayramı,268

____________Milli Kitabxana____________toy, yas mərasimləri, Azərbaycan süfrəsi, zorxana və s.)Azərbaycan xalqının mənəvi-mədəni zənginliyindən,qədimliyindən xəbər verir.Əsərdə bir çox tarixi simaların bədii obrazları vardır: MollaPənah Vaqif, Vidadi, Qarabağ, Quba, Şirvan, Bakı xanlıqlarınınhakimləri – İbrahim xan, Fətəli xan, Mustafa xan, HacıMəlikməmməd xan, Gürcüstan hakimi İrakli, İran hökmdarıAğa Məhəmməd şah Qacar, Məmməd bəy Cavanşir vəbaşqaları. Müəllif tarixi obrazları yaradarkən tarixi mənbələrəəsaslanaraq heç birini şişirtməyə, yaxud kiçiltməyə meyletməmiş, real cizgilərini, daxili ziddiyyətlərini göstərməkləonları dəyərləndirməyi oxucunun öhdəsinə buraxmışdır. Oxucubelə bir qənaətə gəlir ki, “böyük şəxsiyyətlərin böyük faciələritarixin sinəsinə qanla yazıan səhifələr kimi fərdi taleləri deyil,eyni zamanda bütöv bir xalqın tarixi taleyini öz içərisinə alır” (33, 141 ). Romanda Kiçikbəyim xanım, Ağabəyim Ağa, Kazım,Səfər, Telli, Gülnaz, Şahməmməd, Xanməmməd, Qızxanım,Mədinə kimi digər obrazlar da canlı və inandırıcıdır.Romanda toxunulan, tarxi həqiqəti təsdiq edən birməsələnin də üstündən keçmək olmaz. Y.V.Çəmənzəminlidövrünün siyasi-ideoloji yasaqlarının fövqündə duraraq,ermənilərin hələ həmin tarixi mərhələdə Qarabağa əsassız269

____________Milli Kitabxana____________iddialarını cəsarətlə açıb göstərmişdir. İbrahim xan və Qarabağəhli ürək genişliyi ilə ermənilərin burada rahat yaşayışını təminetsələr də, onlar öz xislətini göstərirlər. Bu məsələyə romanboyu toxunulur. Bəzi məqamlara diqqət yetirək:“İbrahim xan tamamilə sakit olub, maraqla soruşdu:– Bəs bu ermənilər harada imiş?– Ermənilər buralara çox sonralar gəlmişlər; bunlarÇingiz və Teymurləngin zülmündən qaçıb, bu dağlarasığınmışlar. Görmürsənmi, erməni yaşayan yerlərə “Sığınaq”deyirlər...” (16, 535).Ibrahim xan erməni Cümşüdə deyir:“Bu məliklər məndən nə istəyir? Deyirlər ki, Dızaq məliyiİsa ruslara bel bağlayıb, alt-üst danışır. Bilmir ki, bir İsanı,on İsanı, yüz İsanı, - burada xanın səsi yüksəldi, - yox eləməkmənim əlimdə bir qurtum su içmək kimi bir şeydir!.. Bizdedik, müdarə ilə dolanaq, sənin bacını aldım ki, aralıqdaqohumluq da olsun. Daha üzdə bir, dalda ayrı cür olmaqdemədik. Adam yorğanına görə ayaq uzadar ...Bir dəfə gözeləsəm, sizin toxumunuzu yer üzündən kəsərlər. Amma mənpislik eləmək istəmirəm... Adam gərək gerisini düşünsün.Petro padşah sizə nələr vəd eləmişdi, nə oldu? Köməyəgələrəm deyə, “dəliyə yel, əlinə bel” verdi, sizi müsəlmanların270

____________Milli Kitabxana____________canına salmaq istədi... Ortalıqda qırılan siz oldunuz. Bu,yaddan çıxdı?” (16, 537).“Xan Dızaq sığnağına atlı göndərdiyini söylədi. Vaqifheyfslənən kimi oldu və dedi:- Nə etməli – ayrı əlac qalmayır. Bunlar dinc otursaydılar,elə vətənləri Loristanda qalardılar, daha qaçıb Qarabağagəlməzdilər” (16, 538).“Daxildə də işlər yolunda deyildi: erməni məlikləri vəkeşişləri rus sarayı ilə olan əlaqələrində davam edirdi vəQarabağın hərbi əhəmiyyəti olan bütün əhvallarını ruslarabildirirdilər. Rusların nəzərini cəlb etmək üçün onlara imkandairəsinə sığmayan vədlər verirdilər: böyük ordu və sursattəklif edirdilər, ölkədə mövcud olmayan gümüşmədənlərindən bəhs edirdilər...” (16,536).“İrakli xanın Gəncədəki hədəsi İbrahim xanda birtərəddüd və şübhə oyandırmışdı. Rus komandanlığınınQarabağ xanlığını ləğv edib və orada Rusiyaya tabe birerməni əyaləti düzəltmək ehtimalı ona rahatlıq vermirdi”(16,644).“Yalnız saray deyil, əhali də qayğı içində çırpınırdı. Xanlıqməhv olarsa, iş başına erməni çıxarsa, müsəlmanların halınecə olar, deyə min bir fikir yürüdülürdü. Birinci Pyotrdan271

____________Milli Kitabxana____________bəri körüklənən erməni-türk ziddiyyəti heç bir zaman beləgərginləşməmişdi”(16, 646).“ODLU DİYAR”. MİLLİ VARLIĞIMIZ QƏDİMTARİXDƏ1930-1940-ci illər mərhələsinin haqqında danışdığımız dördtarixi romanı cərgəsinə bir əsəri də əlavə etmək olar: bu,A.Zöhrabbəyovun “Qdlu diyar” romanıdır. İxtisasca kimyaçıolan A.Zöhrabbəyovun 1945-ci ildə rus dilində yazdığı bu əsəriM.Rzaquluzadə müəllifin iştirakı ilə əlyazmasındanAzərbaycan dilinə tərcümə etmişdir. Y.Axundlu yazır ki,“Tərcüməçinin yaradıcı əməyi hər iki dili, eyni zamandahadisələrin cərəyan etdiyi tarixi dövrü, klassik şeiri yaxşıbilməsi sayəsində “Odlu diyar” orijinal əsər kimi oxunur” (4,112-113). Elə həmin il roman hissə-hissə “Vətən uğrunda”jurnalında çap olunmuşdur. 1946-cı ildə gənc yaşında dünyasınıtərk edən müəllif oxuculara dəyərli bir əsər bəxş etmişdi. Ortaəsrlər Azərbaycan tarixini dərindən öyrənən A.Zöhrabbəyovunromanında hadisələr XII əsrdə Şirvanşahlar ərazisində – əsasənBakıda cərəyan edir, təxminən iki illik bir dövr əhatə olunur,Azərbaycan xalqının həyatı və məişəti, onların yadellilərə qarşımübarizəsi göstərilir.272

____________Milli Kitabxana____________Ədəbi fikir romanda tarixi koloritin güclü olduğunu,hadisələrin cərəyan etdiyi mühitin real və inandırıcı təsvirlərləverildiyini qeyd etmişdir. Hadisələr azərbaycanlı gənc Səliminxarakterinin və dünyagörüşünün təşəkkülü fonunda izlənilir.Müəllif Səlimi milli varlığımızın təmsilçisi kimi görür, onunsimasında dönməz iradə, yaradıcı istedad, torpaq uğrundaqəhrəmanlıqla vuruşan döyüşçü, dərin və alovlu məhəbbətləsevən ürək sahibi kimi keyfiyyətləri birləşdirir. Qədim Bakınınmənzərəsi, Qız qalasının əzəməti, o dövrdə məişətimiz, saraymünasibətləri, yadellilərin hücumuna qarşı görülən tədbirlərmaraqlı və yaddaqalan təfərrüatlarla verilmişdir. Bu torpağınOdlu diyar adlandığını, burada insan ömrünün və mübarizəsininodda-alovda bərkidiyini müəllif süjet boyu vurğulayır. Anasınınnarahatlığına cavab olaraq Səlim deyir:“Bizim ölkəyə Odlu diyar deyirlər. Canı-başı sağ olanlaröz ölkələri uğrunda vuruşmalıdırlar... Yadından çıxıbmı ki,mənim canım-başım sağdır? Düşmənlərdən intiqam almağafürsət tapdım. Əlim daha qılınc oynatmağa öyrənib” (120,194).Bakını mühasirəyə alan yadellilər qala divarlarınayaxınlaşanda da bu torpağın odu-alovu ilə qarşılaşırlar:273

____________Milli Kitabxana____________“Sanki möhkəm qüllələr uçurmuş kimi, ətrafı gurultubürüdü. Nərələr, fəryadlar, polad cingiltiləri qopdu. Divarboyunca alov dilləri ucaldı. Bu alovlar mazğaldan aydıncagörünürdü. Bürcün üstündə yanan məşəllər ətrafa işıq vətüstü saçırdı... Üzü bu alovların qırmızı işığı ilə işıqlananDilbər gülümsünə-gülümsünə mazğala baxırdı.O, Odlar Qızını xatırladırdı...Ah, bir gör, Bakın odları nə tez alışdı!Odlu diyarın bu qədim Bak şəhəri dəhşətli alovlarpüskürür, ətrafa od və tüstü yayırdı. Yalnız Qız Qalası buodlar üzərində əzəmətlə ucalırdı...O da müdafiəyə hazır ıdi” (120, 163).Şirvanşah Axsitanın hökmranlığının son illərini əhatə edən“Odlu diyar” romanında tarixi həqiqətlər müəllif təxəyyülününhəqiqətləri ilə birləşmiş və tarixi keçmişimiz üçün iftixar hissidoğuran maraqlı bir bədii əsər yaranmışdır.Əlbəttə, A.Zöhrabbəyovun peşəkar və özünü təsdiq etmişyazıçı olmadığını nəzərə alsaq, bu romanı ilə hər şeydən əvvəlkeçmişimizə dərin məhəbbətini, xalqına böyük sevgisinibədiiliklə ifadə etdiyinə, belə bir xalqın varlığını və belə birzəngin tarixinin olduğunu başqa xalqlara göstərmək istəyinə274

____________Milli Kitabxana____________görə xatirəsi və faydalı zəhməti minnətdarlığa və ehtiramalayiqdir.İkinci dünya müharibəsindən sonra partiya ədəbiyyatınqarşısına yeni vəzifələr qoydu. Ədəbiyyat və incəsənətsahəsindəki “ciddi nöqsanlar” kəskin tənqid edildi, ideyacəbhəsində çalışanların qarşısında “məsul vəzifələr” irəlisürüldü. Ədəbiyyat və incəsənətdə partiyalılıq prinsipini yüksəktutmaq, onun siyasi-tərbiyəvi rolunu artırmaq, sovetideologiyasının “saflığı uğrunda” mübarizəni gücləndirməktələb olundu. Tarixə də “vahid axın”la yanaşmaq qadağanolundu. Beləliklə tarixi əsərlərdə də millilik deyil, sinfilik ,inqilabilik prinsipləri əsas götürüldü.Yaxşı ki, artıq, necə deyərlər, qatar getmişdi.Yaxşı ki, 1930-1940-ci illərdə, müəyyən bədii-estetikqüsurlarına baxmayaraq, milli-xəlqi ruhu özündə ehtiva edəntarixi romanlar və “Vaqif” (S.Vurğun), “Şamil”, “Nizami”,“Cavanşir” (M.Hüseyn) kimi tarixi dramlar araya gəlmişdi.2.4. Milli düşüncə işığında“STUDENTLƏR”. MİLLİ DİRÇƏLİŞİN BƏDİİİNİKASI. İstedadlı qələm ustası Y.V.Çəmənzəminlinin“Studentlər” romanı müasir Azərbaycan romanının ilknümunələrindən hesab olunur.275

____________Milli Kitabxana____________İki kitabdan ibarət olan “Studentlər” romanının birincikitabı 1914-1931-ci illərdə yazılmışdır və 1931-ci ildə də çapolunmuşdur. İkinci kitab isə “1917-ci ildə” adlanır və 1935-ciildə oxuculara təqdim olunmuşdur.Bu, elə bir dövr idi ki, müasir Azərbaycan romanının ilknümunələri – “Yoxuşlar”, “Dünya qopur” (Əbülhəsən), “Şamo”(S.Rəhimov), “Daşqın” (M.Hüseyn), “Dirilən adam” (MirCəlal), “Dumanlı Təbriz” (M.S.Ordubadi) ortaya çıxmışdı vəədəbi mühitdə də, oxucu dairəsində də canlanma yaratmışdı.Düzdür, sovet dövrünün ılk romanlarının müəllifləri olan yeninəslin nümayəndələri özlərini yeni mərhələdə Azərbaycanədəbiyyatının tam səlahiyyətli təmsilçiləri, yaradıcıları, necədeyərlər “yiyəsi” hesab edir, Yusif Vəzir kimi sənətkarlaratərəddüdlü münasibət bəsləyir, onları “cığırdaş” adlandırır vəbununla belə sidq-ürəkdən istəyirdilər ki, bu sənətkarlar daonların ideya-siyasi platformasına qoşulsunlar. Məsələn, həminillərdə gənc nasir və tənqidçi Mehdi Hüseyn yazırdı: “Şübhəsizki, biz bu yazıçıların heç birini arxivə ata bilmərik. Bunlarmüəyyən bir dövrdə müsbət ədəbi bir hadisə olaraq yaşamış vəbundan sonra ciddi təşəbbüs göstərərək inqilabımızınmahiyyətini lazımınca anlamaq üçün öz dünyagörüşlərini276

____________Milli Kitabxana____________sağlamlaşdırmaq yolunda çalışsalar... özlərini yenidən quraraq,ciddi bədii əsərlər verərlər” (45, 59).Əvvəllər – 1918-1920-ci illərdə Azərbaycan XalqCümhuriyyətində məsul vəzifə daşıyan, müsavatın fəalı kimitanınan Y.V.Çəmənzəminli mühacirətdən sonra 1926-cı ildəvətənə qayıdaraq ədəbi yaradıcılıqla daha fəal məşğul olmağabaşlamış və yaratdığı yeni əsərləri ilə belə bir həqiqətitəsdiqləmişdir ki, ədəbi düha, bədii qələm, həyata, hadisələrəyaradıcı baxış, bədii təfəkkür bütün ideya-siyasi, ideolojikonsepsiyalardan üstündür və həmişəyaşarıdır. Otuzuncu illərinaxırlarında repressiya olunan Y.V.Çəmənzəminlinin adı vəbədii irsi iyirmi ilədək bir müddətdə ədəbiyyat tarixindən“silindi”. “Azərbaycan sovet ədəbiyyatı uzun müddətCaviddən, Çəmənzəminlidən, Müşfiqdən “azad” edilmiş birədəbiyyat idi, Azərbaycan ədəbiyyatşünaslığı uzun müddətCavidi, Çəmənzəminlini, Müşfiqi ifşa edən birədəbiyyatşünaslıq idi, Azərbaycan sovet tənqidi uzun müddətədəbi prosesdə Cavid “pantürkizmi”, Müşfiq “xırdaburjuaçılığı”, Çəmənzəminli “müsavatçılığı” axtaran bir tənqididi” (20, 174). Tariximizin məlum dönəmlərində Yusif Vəzirkimi sənətkarlar repressiyaya düçar olsalar da, tarix öz səhvini277

____________Milli Kitabxana____________düzəltdi. Y.V.Çəmənzəminlii yenidən öz bədii dühasınınnümunələri ilə xalqına qovuşdu.“Studentlər” romanını əvvəllər sovet ideolojisiplatformasında yazılan bir əsər kimi qələmə verməyə səylərgöstərilmişdir. Məsələn, 1967-ci ildə çap olunmuş “Azərbaycansovet ədəbiyyatı tarixi” ikicildliyinin birinci cildində“Studentlər” və “1917-ci ildə” romanlarının müəllifi“yaradıcılığında inqilabi-tarixi mövzuları əhatəli şəkildə təsviretmək səyini gücləndirən” sənətkar kimi qiymətləndirilirdi (1,318). Tənqidçi Qulu Xəlilov 1973-cü ildə “Azərbaycanromanının inkişaf tarixindən” monoqrafiyasında yazırdı:“Y.V.Çəmənzəminli vaxtı ilə müəyyən tərəddüdlər keçirmiş,sonra Azərbaycanda inqilabın qalib gəlməsini səmimiyyətləalqışlamışdır” (50, 133-134). “Studentlər” və “1917-ci ildə”romanlarının bilavasitə fəhlə sinfinin həyatından, inqilabdanbəhs etmədiyini vurğulayan Q.Xəlilov Rüstəmbəy obrazınamünasibətini belə açıqlayır: “Rüstəm bəy kimiləri bəzəninqilaba ürəkdən qoşulmağa tərəddüdlə yanaşır, bolşeviklərinyürütdükləri siyasətin beynəlmiləl mahiyyətini dərindən dərkedə bilmir, özlərini “iki yol ayrıcında qalmış zavallı” sayırdilar.Bu gənclərin əksəriyyətində Bayrama (“Səhər”), Şamoya(“Şamo”) və bir çox başqa inqilabçılara məxsus inqilaba278

____________Milli Kitabxana____________ürəkdən vurğunluq zəif idi. Doğrudur, Rüstəm bəy də dövrünfəaliyyət göstərən müxtəlif əqidəli partiyalarından ən çoxbolşeviklər partiyasına, kommunistlərin siyasətinə inanırdı,lakin bu inam bir qədər passiv və fəaliyyətsiz idi” (50, 139-140).Bu gün artıq “Studentlər” romanının inqilab mövzusundayazıldığını heç kim təkid edə bilməz. Romanın birinci kitabındahadisələr 1910-1913-cü illər Rusiyasında inqilabi əhvalruhiyyəninyenidən canlandığı, ikinci kitabda isə (“1917-ciildə”) adından da göründüyü kimi, fevral və oktyabrinqilablarının baş verdiyi dövrdə cərəyan edir. Kiyevdə təhsilalan azərbaycanlı tələbələrin həyatı və düşüncələri romandageniş yer almışdır. Bu tələbələrin əksəriyyəti, o cümlədənRüstəmbəy də bəy və tacir övladlarıdır. Lakin onların arasındaSəlman kimi kasıb zümrədən olanlar da vardır. Digər xalqlarınnümayəndələri də romanda yaddaqalan cizgilərlə verilmişdir(Sofya Sergeyevna, Boris, Vanya, Musya, Tatyana və b.).“Studentlər” romanı haqqında uzun müddət ədəbi tənqiddəözünə yer almış və bəzən hələ də səslənməkdə olan “əsərinqilabi keçmişimizdən bəhs edir, burada inqilabın fütuhatındanda danışılır; lakin bu danışıq bir başa deyil, əsasən dolayısıilədir, inqilabi hərəkatdan uzaq düşənlərin faciəsini və279

____________Milli Kitabxana____________səhvlərini əks etdirmək yolu ilədir. Romandakı studentlərdənxalqına ürəkdən bağlanıb, ona xidmət üçün həyatını vəfəaliyyətini həsr etmək istəyənlər də vardır. Lakin bunlarözlərini “xalq dostları” adlandırdıqları, xalq üçün çalışdıqlarınıvə yaşadıqlarını iddia etdikləri halda, xalqa yaxınlaşmağı,xalqla birləşməyi, öz işlərini ümumxalq işinin bir hissəsinəçevirməyi bacarmırlar və bu bacarıqsızlıqdan da fəaliyyətsizlik,təklik, zəiflik, ümumiyyətlə, belələrinin faciəsi başlayır. Bufaciəni törədən mühitin özünü əks etdirməklə onu tənqidhədəfinə çevirmək, dolayısı ilə olsa da, məhz inqilabikeçmişimizdən inqilab işinin xeyrinə söhbət açmaq deməkdir”(73, 124) kimi fikirlər bu günün ədəbi düşüncə müstəvisindəqətiyyən yer ala bilməz.Romanı oxuyarkən açıq-aşkar görünür ki, müəllifinməqsədi heç də inqilaba qoşulmayanların, tərəddüd edənlərin“faciəsini və səhvlərini əks etdirmək” deyil, həmin illərdəRusiyada və Ukraynada təhsil alan azərbaycanlı tələbələrin özmilli kimliklərini, milli simalarını, milli mənliklərini təsdiqetmələri üçün fəallaşmalarını, öz xalqının taleyi üçünnarahatlıqlarını göstərmək olmuşdur. Əlbəttə, bu məsələlərəhamı eyni bucaqdan yanaşa bilməsə də, hər halda millitəəssübkeşlik, öz kimliyini başqa millətə göstərmək, yəni yalnız280

____________Milli Kitabxana____________müsəlman deyil, həm də türk (azərbaycanlı) olduğunugöstərmək hissi onları birləşdirirdi. Budur, tələbə Cəlal deyir:“Bəli, indi-indi özünə “türk” deməyə başlamısan.Camaatımız türk olduğunu bilirmi ? Biz özümüzü tanımayankimi, başqası bizi heç tanımır” (16, 66).Azərbaycanlı tələbələri “Zemlyaçestvo”da, sonralar isə MilliKomitədə birləşdirən məhz həmin hisslərdir. Onların sırasındaisə Rüstəmbəy daha fəaldır və liderlik keyfiyyətləri iləfərqlənir. O deyir ki, “şəxsiyyyətimiz islah olunmasa,doğruluğu dərk eləməyə müqtədir olmaz və millət qeydinə dəqala bilmərik” (16, 129).Əsərin ikinci kitabında – “1917-ci ildə” romanındaRüstəmbəy obrazı daha maraqlı və nisbətən bitkindir.Rüstəmbəyin dünyagörüşünün inkişafı qaynar hadisələrin – IDünya müharibəsində rus-alman cəbhəsinin, sonra fevralinqilabının, rus çarının yıxılmasının, Kerenski hökumətininyaranmasının, oktyabr inqilabının və bolşeviklərin hakimiyyətiələ almasının fonunda baş verir. Dövrün müxtəlif nəzəriyyələri,çoxlu partiyalar, şirin vədlərlə dolu ayrı-ayrı çağırışlarRüstəmbəyi bəzən çaşdırsa da, o, ciddi götür-qoy edir, genişdünyagörüşünə, yüksək savadına tapınaraq öz məsləkinə,məqsədinə doğru aparan əsil yolu axtarır. Bu yol isə bütün281

____________Milli Kitabxana____________qovğaların, mübarizələrin, çevirilişlərin, çağırışların içindən özmillətinin taleyini, onun dünya millətləri cərgəsində yerini vəmövqeyini həll etmək yoludur.Fevral inqilabından sonra cəbhədən Kiyevə qayıdanRüstəmbəy nikbin düşüncələrlə yaşayır:“Böyük dəyişiklikər olacaq: ruslaşdırma,provoslavlaşdırma əbədi olaraq tarix səhifələrinə keçir. Artıqhakim və məhkum millət yoxdur... Bərabərlik, tam birbərabərlik xalqlar arasında ziddiyyəti qaldıracaq; qardaşlıqgünəşi yeni aləmi parladacaq. Artıq hər bir xalqınmüqəddəratı öz əlinə keçəcək” (16, 178).Romanın hər iki kitabı belə ruhda köklənmişdir.Ədəbiyyatşünas-alim Himalay Ənvəroğlunun yazdığı kimi,“vaxtı ilə Y.V.Çəmənzəminlini Rüstəm bəyi bitkin inqilabçı tipikimi yaratmamaqda təqsirləndirənlər obrazı sənət baxımından,canlı və xarakter olması mənasında deyil, ideologiya əsasındaqiymətləndirdikləri üçün qəhrəmanın və yazıçının başlıcaideyasını bütün incəliklərinə qədər dərk edə bilməyiblər” (33,137).Həmin illərdə panislamizm və pantürkizm əhval-ruhiyyəsigeniş yayılmışdı və təbii ki, Kiyevdə Azərbaycan ziyalılığınıtəmsil edən tələbələr qeyd etdiyimiz gah bu, gah da digər282

____________Milli Kitabxana____________cərəyanın təsirindən ötüşə bilməzdilər. Rüstəmbəy əvvəllərxüsusilə turançılıq ideyası üzərində dayanırdı. O, Rusiyaimperiyasının əhatə etdiyi 40 milyonluq türk-tatar xalqlarınıntaleyi haqqında düşünür: bunlar üç yüz ildən bəri çarhökmranlığından olmazın zülümlər görmüşlər, rus mühacirləriçar hakimiyyəti sayəsində sel kimi axaraq, türk-tatar xalqlarınıəzib pərakəndə hala salmışlar. “Bir qismi hicrətiməhkumiyyətə tərcih etmiş, digəri assimilə olmağa müncərqalmışdı” (16, 179).Rüstəmbəyin qənaəti belədir ki, 1905-ci il rus inqilabıxalqa milli mətbuat, ana dili, qismən milli məktəb bəxş edibsə,inqilab sədası əsrlərdən bəri cəhldə boğulan xalqları maarif vəmədəniyyət yoluna sövq edibsə, bu inqilab isə millimüqəddərat şüarı daşımalıdır (16, 179).Turançılıq ideyasını daşıyan Rüstəmbəy “millimüqəddərat” düşündükdə Azərbaycanla bərabər Türküstan,Edil Boyu və Krımı da nəzərdə tutur. O, inqilaba sinfi deyil,milli maraqlar mövqeyindən yanaşır və türk-tatar aləminin biryerə toplanıb bir dövlət təşkil etməsində heç bir maneə görmür.Dünyada hər bir şeyə milli nöqteyi-nəzərdən baxan RüstəmbəyLeninin milli nəzəriyyəsinə də öz zehniyyətinə uyğun yanaşır:283

____________Milli Kitabxana____________“Əzilən xalqlar hürriyyəti tam mənası ilə anlayaraqmilli müqəddəratın həllini gözləyirdilər.Lakin müvəqqətihökumətin xətti-hərəkəti və məmləkəti mərkəziyyət üsulu iləidarə etməsi məhkum xalqları ümidsizliyə sövq edirdi. Milliməsələdə hazırkı hökumətlə çar hökuməti arasında xəttihərəkətetibarilə heç bir fərq görünmürdü. Lenin bu sahədədə yeni vədlər verirdi. Rusiyaya zor ilə ittifaq olanlarınayrılmasını və başqalarının da geniş məhəlli muxtariyyətqazanacağını elan edirdi” (16, 194-195).Əlbəttə, belə şirin “vədlər” bir çoxları kimi Rüstəmbəyındə diqqətini cəlb etməyə bilməzdi.Hadisələrin inkişafı Rüstəmbəyin beynindəki turançılıqideyasına çat salır. Hər gün dəyişən siyasi vəziyyət, Krımtatarlarının panturanizmdən imtina etməsi və digər məqamlarRüstəmbəydə turançılıq ideyası ilə bağlı tərəddüdlər yaradır.Bir tərəfdən də Kiyev türk tələbələri tarixində ilk dəfə olaraqməslək ayrılığı duyulmağa başlayır. Əvvəllər “Zemlyaçestvo”ətrafına toplanıb yalnız mədəni-maarif məfkurəsi daşıyangənclər indi artıq köhnə çərçivəyə sığmamağa başlayırlar. Eser,menşevik, bolşevik və milli demokratik platformalar irəlisürülərək, hər kəs müəyyən proqram dairəsində hərəkət etməyəçalışırdı. “Məclisin əksəriyyəti isə milli məfkurə daşıyan284

____________Milli Kitabxana____________bitərəflər idi. Bunlar heç bir firqəyə mənsub deyildilər, mıllihərəkatda edəcəkləri iştirakın şəkli və üsulu da hələ təbəllüretməmişdi” (16, 213).Müəllif Rüstəmbəyin tərəddüdlərini onun əqidəsi və dövrünmürəkkəbliyi baxımından təbii sayır:“Rüstəmbəyin iki aylıq mütaliəsi, siyasi cərəyanları, firqəproqramlarını öyrənməsi ona qəti bir yol göstərmədi. Kimləgedəcəyini, hansı firqəyə qoşulacağını belə kəsdirə bilmədi.Siyasi üfüq onun gözlərində olduqca qaranlıqdı. Əvvəlcəxəyalını məşğul edən Turan məfkurəsi indi sarsılmış, onundüzgün və əməli olmasından şübhə etməyə başlamışdı” (16,230).Rüstəmbəy belə qərara gəlir ki, hər millət müqəddəratınıözü həll etməlidir. Əlbəttə, bunun üçün də millətin önündəgedən, onu öz arxasınca apara bilən liderlər, tarixi simalarlazımdir. Rüstəmbəy deyir:“ – Tarixi sima millətin ruhundan doğar, o, ruhuyüksəldər və aləm qarşısında nümayiş etdirər. Tarixi simamillətin təzahürüdür. Millətin qabında bir şey olmazsa,təzahürü də olmaz !” (16, 228).Turançılıq ideyasından uzaqlaşan Rüstəmbəyindüşüncələrində “indi Azərbaycan, onun xalqı, onun siyasi,285

____________Milli Kitabxana____________ictimai və iqtisadi ehtiyac və tələbləri birinci sıraya keçmədəidi” (16, 293).Ukraynada milli hökumətin qurulmasını digər millətlərinnümayəndələri yaxşı nümunə kimi görürdülər. UkraynaRadasının təşkil etdiyi Xalqlar qurultayında Rüstəmbəy genişçıxış edir, “milli hərəkatların böyük rəhbərləri olanukraynalılara” təşəkkürünü bildirir, “azərilərin bir çoxhüquqdan məhrum olmasını bəyan edir” (16, 295).Rüstəmbəy və onun kimilər milli müqəddərat məsələsininbelə həlledici məqamlarında vətəndən uzaqlarda qalmalarındannarahatlıq keçirirlər. Onlar başa düşürlər ki, “millət biziyetişdirdi, biz də bu zəruri vaxtda millətin köməyinəqoşmalıyıq” (16, 271). Onlar milli müqəddaratın həlli yolundaciddi çətinlikləri də görürlər. Vəlibəy deyir:“ – Gürcülər neçə illik menşevik təşkilatınamənsubdurlar; daşnaqsütyunun da iyirmi beş yaşı gərəkolsun. Bu təşkilatlar xalqın içində dərin köklər salıblar. Səninnəyin var? Heç nə! Ancaq bu gün siyasi təşkilat qurmaqlaməşğulsan... Erməniləri və gürcüləri əsgər aparırdılar, biziaparmırdılar. Bax, bu gün bundan nə qədər çətinliklər doğur:hər kəs öz əsgərini çağırıb ana torpağında ordu düzəldir, sənavara qalmısan... Dərd çoxdur !” (16, 296-297).286

____________Milli Kitabxana____________Milli məsələyə münasibətdə ətrafındakıların əhvalruhiyyəsininmüxtəlifliyi , vətəndən uzaqlarda da lazımi millibirliyin olmaması Rüstəmbəydə ağrılı hisslər yaşadır. YaratdığıMilli Komitənin də dağılması, onun da bir pərdə olduğunu, bupərdənin arxasında rəzalətlərin baş verdiyini anlayanRüstəmbəy, əlbəttə, öz inamından dönmür və oxucu inanır ki,məhz onun kimi milli qeyrət hissini yaşayan və tarixintəlatümlü məqamlarında yalnız millətini düşünən, bütün siyasicərəyanlara, millətlərə verilən hər cür vədlərə öz əqidəsi,məsləki baxımından yanaşan gənclər vətənə qayıdıbistiqlaliyyət hərəkatının ön sıralarında duracaqlar.Romanda Çəmənzəminlinin aparıcı qəhrəmanı dövrünobyektiv gedişində, onun şəxsi həyatının, mənəviyyatının vəpsixologiyasının daxili-milli tərəflərini struktur əsasda əksetdirdiyini göstərən H.Ənvəroğlu yazır ki, “ilk dəfəÇəmənzəminli baş qəhrəmanına milli məkandan (vətəndən)uzaqlarda geniş fəaliyyət meydanı verir. Onu dünyanın narahatvə böhranlı çağlarında öz millətinin gələcək taleyi üçünümumtarixi hərəkata qoşur. “Studentlər”in qəhrəmanınınümumən roman dairəsini genişləndirməsi, janrın tutumununestetik və idraki baxımdan dərinləşdirilməsi ÇəmənzəminlininAzərbaycan romanında böyük xidməti kimi287

____________Milli Kitabxana____________qiymətləndirilməlidir. Onun taleyüklü vəzifələrin altına girənqəhrəmanları, ictimai, siyasi və şəxsi həyatda böyük uğurlarqazanmasalar da, bədii həyatları ilə ümuminsani başlanğıcaqovuşur, estetik şüurda, o cümlədən milli roman təfəkküründəmühüm rol oynayırlar” (33, 139).Üzərində mövcud rejimin arzuolunmaz hesab etdiyimotivləri gəzdirən Y.V.Çəmənzəminli dövrün ideolojiməngənəsində olsa da, müxtəlif bədii vasitələrlə bir çoxcəsarətli məqamlara toxunurdu. Məsələn, aşağıdakı parçayadiqqət yetirək:“Rüstəmbəy... arxadan qoluna bir əl yapışdığını duyubçöndü.– O, Svyatoslav İvanoviç, – dedi, görüşdülər. Təqribənqırx yaşlarında olan qızartdaq saqqallı bu adam zabitpaltarında idi. Frençının sağ döşündə mavi xaçlı darülfünunnişanı vardı. Svyatoslav İvanoviç məruf bir senatorun oğluolaraq zadəgana mənsubdu. Atasının sayəsində ön cəbhədədeyil, arxa tərəfdə xidmətə cəlb olunmuşdu...– Necə varsınız? – deyə Rüstəmbəy onun halını soruşdu.– Fəna. Çox fəna ! – dedi. – Artıq izahata ehtiyacvarmı?Rüstəmbəy gülümsəyərək:288

____________Milli Kitabxana____________– İnqilab ! – dedi . – Yenilik ağrı ilə doğulur.– Hansı yenilik ? Bu uyğunsuzluqlar yenilikmi ?Qaragüruhun tüğyanetməsi, əsrlərdən bəri qurulan bir idarənin pozulmasımı ?Yox, buna yenilik adı verə bilmərəm; savadsız , sərxoş , tənbəlvə yıxıcı bir xalq yenilik qura bılməz ! Lvovlara təhəmmül edəbilmədiyimiz halda, ortalığa bir də bir Lenin çıxdı – bu,baltanı bir az da ağacın dibindən vurur... Vursun , baxalımsonu nə olacaq ?! Bunların hamısı alman oyunudur ; Lenindüz adam olsaydı, Vilhelm onu qapalı vaqonda bizəgöndərməzdi...” (16, 196-197).“Studentlər” romanının janr poetikası, süjet vəkompozisiya xüsusiyyətləri,struktur komponentləri və s. mövzumuzun predmeti olmadığıüçün həmin məsələlərə toxunmuruq. ƏsərinY.V.Çəmənzəminliyə məxsus aydın və səlis təhkiyə ilə, “yeniədəbi-bədii normalara yiyələnməklə” (32,150) yazıldığınıvurğulamaqla yanaşı, mükəmməl və cəlbedici roman nümunəsikimi təqdim etmək iddiasında da deyilik. Bununla belə,tədqiqatımızda toxunduğumuz məqamlar, elmi araşdirmalardandoğan qənaətlər əsasında qətiyyətlə deyə bilərik ki,“Studentlər” romanı tarixin olduqca narahat, gərgin, taleyüklü289

____________Milli Kitabxana____________mərhələsində milli dirçəlişin, milli azadlıq şüurununtəşəkkülünü inandırıcı və məntiqli göstərə bilmişdir vəY.V.Çəmənzəminli az sonra yazdığı “İki od arasında” əsərindədə olduğu kimi, öz yaradıcılıq prinsiplərinə və milli-mənəvisimasına sədaqətini göstərməklə otuzuncu illərin ideolojiməngənəsinin çərçivəsində qalmamışdır.“ŞAMO”. MİLLİ GERÇƏKLİYİN İFADƏSİ.Süleyman Rəhimovun “Şamo” romanının ictimai-siyasiməzmunu, ideoloji-estetik görüntüsü milli gerçəkliyin ifadəsiüzərində qərar tutmuşdur. Müəllif milli gerçəkliyin zənginçalarlarını məharətlə qələmə aldığı üçündür ki, millivarlığımızın təsdiqi romanın siyasi- ideoloji məzmunundan asılıolmayaraq, bədii-estetik təsirini göstərir. “Azərbaycan xalqınınyaxın keşməkeşli tarixi keçmişindən bəhs edən “Şamo”romanında gerçəkliyin inqilabi dəyişmədə təsviri, millikeçmişin ictimai-siyasi baxımdan tənqidi kimi ideoloji-estetikproyeksiyalar zahiri, keçici olduqları üçün əsərin daxiliməzmununda və kompozisiyasında yer ala bilmirlər. İnqilabiməzmun ekzotik səciyyə daşıdığına görə yaradıcı başlanğıcaçevrilə bilmir” (33, 180).290

____________Milli Kitabxana____________Milli gerçəkliyimiz “Şamo”da bir çox komponentləri ilə –həm ayrı-ayrı milli xarakterlərlə, həm olduqca zəngin dili ilə,həm xalq həyatının, məişətinin, adət-ənənələrinin rəngarənglövhələri ilə, həm Azərbaycan təbiətinin təsvirləri ilə görünür...İnkar oluna bilməz ki, insanın milli xüsusiyyətləri onu əhatəedən ətraf mühitlə, doğma təbiətlə, vətən torpağının gözəllikləriilə də bağlıdır. Xalqın milli simasının formalaşmasındahəlledici rol oynayan amillər içərisində A.S.Puşkin iqlimşəraitini də qeyd edərək yazırdı: “İqlim, idarəetmə tərzi, etiqadhər bir xalqa sima verir, bu isə az, ya çox dərəcədə onunpoeziyasında öz inikasını tapır” ( 157, 39).Əlbəttə, təbiət təsvirləri dünyanın bütün xalqlarınınədəbiyyatlarında vardır. Elə rus ədəbiyyatında poetik vətəkrarolunmaz ifadəsini tapan sərt rus qışını, “step”ləri, tayqanı,yaxud digər ədəbiyyatlarda ucsuz-bucaqsız çölləri, səhraları,dağları və s. xatırlayaq. Təsadüfi deyil ki, bir çox xalqların millixüsusiyyətləri “çöl adamları”, “səhra adamları”, “dağadamları”, “ tayqa adamları” və s. belə təbiətlə bağlı adlarla daşərtlənir.Dünya klassiklərinin əsərlərində təbiət təsvirlərinə,peyzajlara geniş yer verilmişdir. Klassik romanlarda təbiəttəsvirləri və peyzajlar estetik əhəmiyyət kəsb etmiş, obrazların291

____________Milli Kitabxana____________ruhi və mənəvi aləmi ilə səsləşmiş, lirizmi gücləndirmişdir.Azərbaycan klassik poeziyası nümunələrində, ilk povest vəromanlarımızda da bu xüsusiyyətlər vardır. “Elə lirik lövhələr,ricətlər vardır ki, öz ahəngi, təsiri etibarilə hər hansı gözəl şeirləmüqayisə oluna bilər. Bu lirik təsvir roman janrında epiktəsvirlə elə qaynayıb qarışmışdır ki, onların birinin haradanbaşlayıb o birinin harada qurtardığını qəti müəyyən etməkçətindir” (50, 98).“Şamo”dakı təbiət məhz sırf Azərbaycan təbiətidir, KiçikQafqaz dağlarının təbiətidir, Dəlidağın, Murovdağın,Qarabağın, Tərtərçayın, İstisuyun, Turşsuyun, Göyçəgölün,Qoç daşın təbiətidir və bu əhatədə olan insanların millisimasında bu təbiətin bir və ya bir neçə ünsürü, xüsusiyyətivardır. Dağlarda gənclərin “Yallı” oynamalarını əks etdirənlövhəyə nəzər yetirək:“Cərgələrdə hazırlanan nağaralar birdən gumbuldadı,ovurdlar yumurta boyu şişdi, zurnalar cingildədi, ağacdöyüşdürən çobanlar əllərindəki çomaqlarını kənara atıb,qan-tərin içində yallı tutdular. Onlar qızara-qızara hərlənir,bir də qızışır, “hov-hov” deyib göyə tullanır, gödək çuxalardairəsində oynayır, döşlərindəki xəncərlər, toqqalardan asılanbıçaq-satıllar atılıb-düşür, onlar daha bərkdən “hov-hov”292

____________Milli Kitabxana____________deyib elə tullanırdılar ki, sanki Dəli dağ da bu “hov-hov”ayerindən tərpənir, o da öz ağır gövdəsi ilə bu oyuna girirdi.Baş-başa çatmış ağ saçlı dağlar da indi elə bil yallıtutmuşdular...” ( 88, 193).Bu dağların, meşələrin ayrı-ayrı fəsilləri də, şiddətliyağışları və qızmar günləri də, qarı-çovğunu da, selləri-suları daromanda özünəməxsus təsvir predmetləridir.Bahar çağı:“Qalxan günəş dağların sinəsinə çökür, qarlar əriyir, biran içində sel burulğanları axar suya çevrilir, ilk əvvəl birşırım kimi üzü aşağı tərpənir, sonra bu şırımlar bir-biri iləbirləşərək ətrafa səs-küy salır, dağlardan tökülən şəlalələr iləbirləşir, yaşıl meşələrə güclü bir şırıltı düşür, yuyulubdaranmış meşə, sanki öz yam-yaşıl donunu bir də təzədəngeyinir, bunlar hamısı uca dağlara mahnı oxuyur, çalhaçallaaşağı çaylara doğru çağlayırdı” (88, 601).Payız:“Yolun kənarında yağışın təsirindən qırmızı zoğallarxamırlayır, sarı, yaş xəzəllərin üstünə tökülürdü. Şişkin bozəzgillər lütləşən budaqlarda görünürdü. Qara böyürtkənsalxımları çürüyür, turş bir kif qoxusu verirdi. Quşarmudlar,293

____________Milli Kitabxana____________qaragilələr isə öz qabıqlarını şirin, bal şəhdli şirə ilədoldururdu” (88, 27).“Şamo”da obrazların çoxunun xatirələri də, sevinc vəkədərləri də, düşüncə tərzləri də bu təbiətlə, dağlarla, dərələrlə,meşələrlə, yaylaqlarla, ildırımlarla, sellər-sularla... bağlıdır.Müəllif bu obrazları Dəli dağın ildırımlarından və sellərindən,Sarıbabanın yaz çovğunundan və şiddətlə yağan qarından...keçirib oxucularına təqdim edir. Romanda təkcə etnoqrafikbaxımdan deyil, bədii-estetik baxımdan da diqqəti çəkənlövhələr, epizodlar kifayət qədərdir. Dağlarda keçədüzəldilməsi lövhələri olduqca zəngindir, maraqlıdır,ədəbiyyatımızda bənzərsizdir və bu təkrarolunmaz lövhələrmüstəqil bədii nümunə kimi də həmişəyaşardır. Yaylağınalaçıqları, dəyələri, komaları, ağ çadırları, çoban neyinin sədası,aşıq havaları (“bizim bu dağlar olmasa, aşıqlarımız daolmazdı!” – 88, 219), çoban həyatının görüntüləri, tərəkəməköçü müəllif tərəfindən əsərə yalnız Azərbaycan dilinin genişimkanları səviyyəsində deyil, bəlkə də bir rəssamın əlvanboyaları ilə gətirilmişdir.Romanın birinci cildində nəzir yığanlar, dərvişlər,qaraçılar, tacirlər, yun atan hallaclar, habelə “o tay”dan Bakıyaaxın, kankanlar və s. haqqında epizodlar canlı və təbii olmaqla,294

____________Milli Kitabxana____________həmin dövr Azərbaycan mühitinin mənzərəsini tamamlayır vəorası da maraqlıdır ki, müəllif mənfi planda verdiyi MollaQafarın dilindən dərvişliyin tarixi, bu missiyasnın fəlsəfəsibarəsində təqdir olunası fikirlər də səsləndirir.Ədəbiyyatşünas alim H.Ənvəroğlunun əsər haqqındafikirlərini yuxarıda qeyd etdiyimiz məqamlarla bağlamaq olar:“Şamo”nun nəhəng tarixi tablosunda təfərrüatların vəayrıntıların, çoxsaylı insan kütlələrinin, çeşidli fərdidüşüncələrin qatlaşması təbiidir. Ona görə ki, roman-epopeyaolmaqla “Şamo”nun poetikası həyatın və düşüncənin nəhayətsizaxarına uyğundur. “Şamo”da varlıq intəhasızdır. S.Rəhimovondan istədiyi qədər istifadə etmişdir. Ilk baxışdan belətəsəvvür də yaranır ki, bütün söylənənlər də həyatın özü kimimövcud imiş və yazıçıya isə yalnız onu qələmə almaq qalırdı(33, 178).Romanda bəzi məqamlar da vardır ki, mənfi tiplərindilindən səslənsə də, müəlliifin daxilində yaşayan gizliovqatdan xəbər verir. Məsələn, birinci cilddə Sultan bəy deyir:“İndi daha o Nikolay yoxdur. Indi hər bir millət gərək özdərdini özü çəksin!” (88, 318).Belə məqamlar 60-70-ci illərdə yazılan digər cildlərdədaha çoxdur. Yenə mənfi tiplərin (məsələn, Gəray ağanın)295

____________Milli Kitabxana____________dilindən səslənsə də, müəllif həmin dövrdə senzura nəzarətindəolan müəyyən tarixi həqiqətlərə toxuna bilir.Romanın qəhrəmanlarını xalq azadlığı uğrundamübarizəyə qoşan S.Rəhimov, bu hərəkatı sinfilik baxımındantəqdim etsə də, onların konkret vətəni var, yaşadıqları, xoşgünləri uğrunda mübarizə apardıqları ölkə var – Azərbaycan.Bu ölkənin mövcudluğu, onun gələcəyi hamı üçün əzizdir.Təsadüfi deyil ki, inqilabi hərəkata qoşulanlarla söhbətindəMəşədi bəy bu sözləri deməyi də özünə borc bilir:“Azərbaycan bu boz Abşerondan, o bağlı-bağatlıQubadan, o uca dağlı Qarabağdan, yaşıl meşəli Lənkərandan,ipəkli Şəkidən, qədim şairli Şirvandan, Gəncədən, Dilicanətəyi Qazaxdan ibarət olan belə bir ölkədir” (88, 387).“DÜNYA QOPUR”DA HƏQİQƏTLƏR.Bu realist romanda istər hadisələr, istərsə də ayrı-ayrıobrazlar dövrün bir çox həqiqətlərini ifadə edə bilmişdir.Müəllif romanın yazılması ilə bağlı xatirələrində deyir: “Bizqəsəbə camaatı ilə birlikdə gözəl bir bahar axşamında seyrdənqayıdarkən Basqala çatar-çatmaz bolşeviklərin Azərbaycandahakimiyyəti ələ aldıqları xəbərini eşitdik. Doğrudan da, buxəbər qarışıqlığa səbəb oldu və yoxsul muzdurları, şarbafları nə296

____________Milli Kitabxana____________qədər sevindirdisə, qəsəbə varlılarını bir o qədər sarsıtdı” (26,6). Qeyd edək ki, bu “sevinc”lə yanaşı, onun mücərrədliyi də,peşmançılığı da, çaşqınlığı da, bu “sarsıntı” ilə yanaşı onunqəzəbi də, əyilməzliyi də, müqaviməti də romanda inandırıcıçalarlarla, obrazların psixoloji ovqatları ilə verilmişdir.Romanı bu gün də oxuyandan sonra belə bir qənaətinmöhkəmlənir ki, burada dövrün nəbzi döyünür, həyatın nəfəsihiss olunur.Əbülhəsən insan mənəviyyatını bütün zənginliyi vəmürəkkəbliyi ilə öyrənməyə çalışır, problemlərin bədii-estetikifadəsini psixoloji təhlilin köməyi ilə verməyə səy göstərir.Əbülhəsən irsinin tədqiqatçısı T.Mütəllimov yazır: “Əbülhəsənəsərlərindəki psixologizmdən bəhs edərkən heç də yalnız bədiiobrazların mənəviyyatını nəzərdə tutmaqla kifayətlənməkolmaz. Müəllif bədii surətlərin xarakterini açmaqla bərabər,hadisələrin cərəyan etdiyi ictimai mühitin psixologiyasını,əhvali-ruhiyyəsini də mümkün qədər izah etməyə çalışır. Məhzbu cəhətdən ədibin “Dünya qopur” romanı daha səciyyəvidir...Mövzu özü psixoloji təhlilə geniş meydan açır və müəllif buişin öhdəsindən məharətlə gəlir” (26, 9).Ədəbi tənqid Əbülhəsənə bəzən dilində və üslubundacazibədarlığın olmamasını irad etsə də, yazıçının dərin müşahidə297

____________Milli Kitabxana____________qabiliyyəti, həyatı sərtliyi və təzadları ilə, həqiqətləri ilə əksetdirməsi etiraf olunmuşdur. 1933-cü ildə yazılan bu roman,deyərdik ki, həm də dövrü üçün bir çox cəsarətli məqamları iləseçilir.Romanda dialoqlar, obrazların dili kifayət qədər təbiidir,onların xarakterini, dünyagörüşünü, psixologiyasını ifadə edir.Hər bir tipin obrazını görmək üçün elə bu dialoqlar da bəs edir,bəlkə heç müəllifin həmin obraz haqqında dialoqdankənartəqdimatına da ehtiyac qalmır. Dövrü üçün bir çox cəsarətliməqamları ilə seçilən “Dünya qopur” romanında belə məqamlarməhz dialoqlarda ortaya qoyulur. Budur, Veys qəzəbləAllahquluya deyir:“ – Yaltaq köpək oğlu. Sən Hacı Tağının qabını eləyalamamısan ki, səndən adam ola!Allahqulu qəzəblənmiş cavab verir:– Eləyin, balam da! O inqilab, bu da siz... Bizə nə var ki,kim eşşəkdi, biz də ona palan” (26, 15-16).Yaxud, millətpərəst Ağacəfər sakitcə Həmzəyə deyir:“ – Bunlardan da adam qorxarmı, yahu? Nə şüurları var,nə qafaları! İnqilab etmək üçün bunların hünəri nərədən”(26, 15-16).Sona ilə söhbətində Qadir deyir:298

____________Milli Kitabxana____________“ – Yazıq müəllim, dünən gəlib; iki-üç gündən sonradərsə başlamalı idi...Türkiyə şairi Tofiq Fikrətin “Millətşərqisi”ni oxudu. Sən də o şeiri bilirsən: “Çeynəndi, yetərvarlığımız cəhl ilə qəhrə”. Yazıq oxuyanda pərdəni çəkdilər,yarımçıq kəsdi, gərək orda olub görə idin, Sona!... Bəshürriyyəti-vicdan, hürriyyəti-mətbuat?! Axı onun oxuduğu nəidi ki? Soltan Əbdülhəmidə qarşı, istibdada qarşı yazılan,azadlıq tərənnüm edən şərqi! Millət şərqisi! Nə üçün axı buşərqi oxunmasın?!” (26, 190-191).Romanda yer alan digər bəy obrazlarından bəzi cizgiləri iləseçilən Şahbəy deyir:“ – On yeddinci ildən bu yana nitq eşidirik! Hansıməsləkdən danışırsınız? Acından öldürməkməsləkindən!...Bircə müsəlman dövlətlisi tanıyıram ki, o,Bakıda bir-iki məktəb tikdirib, teatr tikdirib! Qalanı nəqayırıb?” (26, 185).Bakıya qurultaya göndərilən Əziz, qayıdandan sonra deyir:“ – Heyif ki, rusca bilmədiyimdən danışıqlarını başadüşmədim” (26, 322).Ermənilərin Azərbaycanda törətdikləri qırğınlar xatırladılır:“Azərbaycanlılar yaşayan başqa kənddən gəlmiş birmötəbər adam isə deyirdi ki, on səkkizinci ildə etdikləri kimi,299

____________Milli Kitabxana____________daşnaklar yenə də bolşevik adı ilə gəlib kəndi topa tutacaqlar,xalqı qıracaqlar, camaat qorxub, qaçıbdır” (26, 47).Nəcmi müəllim də romanda diqqəti çəkən obrazlardanbiridir. O, bütün ətrafda nüfuz sahibidir. Onu eşitmək istəyirlər,sözü ilə hesablaşırlar. Nəcmi müəllim baş verən hadisələrdənbir Azərbaycan ziyalısı kimi narahatdır:“O proqramda elm və mədəniyyətin heç bir dövrdə qalxabilməyəcəyi yüksək bir dərəcəyə çatması göstərilirdi. Lakinelmi, mədəniyyəti nəzərdə tutulmuş o yüksəkliyə kimlərqaldıracaqdı? Əzizlər, Veyslər, Büləndlərmi? Bu adamlarparçalayıb məhv etdikləri köhnənin, keçmişin üstündə nəsayaq bir gələcək yaradıb quracaqlar? Bu gələcəyi necə, hansıyol ilə quracaqdılar?” (26, 171).Nəriman Nərimanov bir şəxsiyyət kimi Nəcmi müəlliminidealıdır və o, roman boyu bu böyük insanı, xüsusilə onun1906-cı ildə Zaqafqaziya müsəlman müəllimlərininqurultayında çıxışını xatırlayır:“Nərimanovun yalnız nitqi yox, şəxsən özü, dəyanəti,möhkəm qəlbə malik olmağın canlı bir timsalı kimi,qurultayda, xitabət kürsüsündə onun gözü qabağındadurmuşdu” (26, 338-339).300

____________Milli Kitabxana____________N. Nərimanovun: “Mən məsləki pula satacaq adamlardandeyiləm!” sözlərini unutmayan Nəcmi müəllim düşünür:“Hanı səndə Nərimanovdakı dəyanət, səbat? Məsləkliolmaq, məsləki sevmək azdır! Onun yolunda əzmlə çarpışmaq,mübarizə etmək, bax, kişidən bu tələb olunur!” (26, 339).Nəcmi müəllim üçün sinfi mübarizə düşüncəsindən əvvəl,insan münasibətlərində dostluğu qorumaq, duz-şörəyitapdalamamaq kimi hisslər daha əzizdir.Sahibkarlar-bəylər sinfi nümayəndələrinin inqilabamüqavimət hissinin bədii ifadəsi də romanda təbii görünür vəbu məsələyə dövrün bir çox digər romanlarında özünü göstərənkonyunktur yanaşmadan fərqlidir. Hətta romanda nisbətən“müsbət” planda verilən Sonanın da, nahiyə firqə komitəsininsədri Büləndə məhəbbət hisslərinə baxmayaraq, öz əslinənəslinə,zümrəsinə olan sədaqəti anlaşılandır və deyərdik ki,rəğbət doğurur. Bunu müəllif romanın bir cümləsində də sərrastifadə etmişdir:“Büləndə olan sevgisi ona, qohum-əqrəbanı, ata yerindəgördüyü əmini, cavan vaxtında bədbəxt olan Qadiriunutduracaq qüvvədə deyildi” (26, 328).Yeri gəlmişkən, xatırlayaq ki, “Dünya qopur”dan 12 iləvvəl araya gələn “Laçın yuvası” pyesində (S.S.Axundov) bəy301

____________Milli Kitabxana____________qızı Pəricahan xanım əmisi oğlu və nişanlısı Cahangir ağanınbolşevik olduğunu eşitdikdə məhəbbəti qəzəbə çevrilsə də, ənnəhayət inqilab bayrağı altına keçmişdi. Əbülhəsəninromanından 38 il sonra yazılan “Mahnı dağlarda qaldı”pyesində (İ.Əfəndiyev) isə Şahnaz xanım inqilab komitəsininsədri Nicatla ailə qurmasına baxmayaraq, onun tutdurduğuqardaşı Böyük bəyi həbsdən qaçırır və belə olmasaydı tamaşaçı(oxucu) bu obrazı təkcə sevgisi və zümrəsi arasındakı dərinziddiyyətlər içərisində çabalayan bir qadın kimi deyil,doğmalıq, bacılıq, övladlıq (Böyük bəy həm də ona ataolmuşdu) komplekslərini özündə yaşadan bir insan kimi dətəqdir edə bilməzdi.“Dünya qopur”dan misal gətirdiyimiz ayrı-ayrınümunələrə, bu gün həmin dövrün kontekstindən ayıraraqyanaşsaq, bəlkə də adi görünər. Lakin söhbət otuzuncu illərdəngedir. Rejimin sərt ab-havasında inqilab söhbətinə “kimeşşəkdi, biz də ona palan” ovqatını gətirmək, Türkiyədən,Tofiq Fikrətdən, “Millət şərqisi”ndən söhbət açmaq, ayrı-ayrıbədii əsərlərdə Hacı Zeynalabdin Tağıyevin mənfi obrazınınyaradılmasına rəğmən, onun xeyirxah əməllərini xatırlamaq, onsəkkizinci ildə daşnakların bolşevik adı ilə Azərbaycanda302

____________Milli Kitabxana____________qırğınlar törətməsini yaddaşa gətirmək və digər məqamları bumənada müəllifin cəsarətli mövqeyi kimi qiymətləndirmək olar.Xüsusilə N.Nərimanov haqqında fikirlərin romandasəslənməsini qeyd etmək istərdik. Bu fikirlərin səsləndiyidövrdə N.Nərimanova münasibət artıq bilmənalı deyildi vərejim tərəfindən onun millətçi obrazı yaradılır, arzuolunmaz vətəhlükəli hesab edilən “nərimanovçuluq” termini dövriyyəyəçıxırdı.Tədqiqatın müqayisəli elmi-nəzəri araşdırmaları belə birqənaətimizi möhkəmləndirir ki, Ə.Əbülhəsən “Yoxuşlar” və“Dünya qopur” romanları ilə otuzuncu illər Azərbaycanədəbiyyatında seçilən mövqedə olmuşdiur. Lakin sonrakionilliklərdə yazıçı həmin mövqeni saxlaya bilməmişdir.“DAŞQIN” və “TƏRLAN”: İDEOLOJİ BURULĞANDAİŞARTILAR.Gənc Mehdi Hüseynin bu ilk romanları 1920-1930-cıillərin Azərbaycanı haqqında müəyyən təsəvvürlər yarada bilənəsərlərdir. Sırf ideoloji tələblər çərçivəsində yazılsa da, hər ikiəsərdə həmin dövr Azərbaycan gerçəkliklərini, azərbaycanlıxarakterinin müəyyən cizgilərini, milli həyatın bəzixüsusiyyətlərini görmək olar. “Daşqın”da Sarxan, Şirəli,303

____________Milli Kitabxana____________Əmrah, Mahirə, Mirbabayev, Şəmsi bəy, Həmzə bəy,“Tərlan”da Mürsəl kişi, Salatın, Güləli oğlu, Ədhəm, Həmidkimi canlı və yaddaqalan obrazlar vardır.Kür çayı hər iki əsərdə sanki hadisələrə təkan verən,onların içindən qırmızı xətt kimi keçən, həm də insanxarakterlərində öz izini qoyan bir fenomendir. Kür çayı qarşıqarşıyaduran qüvvələrin vuruşunun şahididir (“Daşqın”),hərdən dəlisov xarakterini göstərib kəndləri basır (“Daşqın”),hərdən onu cilovlamaq istəyən insanların birliyinə dözməli olur(“Tərlan”), təbiətin gözəl çağlarında isə sadəcə “yarğanlarıyalaya-yalaya” şütüyüb axır (“Tərlan”)... ( İllər keçəcək,görkəmli nasirimiz İ.Şıxlı bir daha milli varlığımızın simvolukimi Kür çayının özəlliyini tərənnüm edən “Dəli Kür” romanınıyazacaq ).Təbiidir ki, hər iki romanda verilən təbiət təsvirlərində dəKür çayı əsas predmetdir:“Gündüz olsaydı, indi onların dayandığı yerdən sağdakıhündür təpənin başına qədər uzanıb sonra gözdən itən əyrüüyrüaraba yolunu, döşdəki qaratikən kollarını, aşağıdayarğanları yalaya-yalaya sütüyən Kür çayını, bir az bəridə isəgöz işlədikcə uzanan dalğalı yaşıl çəmənləri aydın görməkolardı.... Qızıl lalələr, günün şüalara altında parıldayan əlvan304

____________Milli Kitabxana____________çiçəklər, yamyaşıl otlar bir-birinə qarışıb ətrafa məstedici birətir yayır. Hər yanda insanın qəlbini fərəhləndirən təzə, lətifbir fəslin rayihəsi duyulur” (44, 343-344).“Daşqın” romanında hadisələr 1920-ci illərdə - “vətəndaşmüharibəsi” deyilən dövrdə baş verir. Bu dövrdə Azərbaycanmilləti müxtəlif cəbhələrə bölünmüş, mövcud siyasi durumdaqarşı-qarşıya qoyulmuşdu. Əlbəttə, xalq bu qarşıdurmanınmaliyyətini dərindən dərk edə bilmirdi, ona sirayət olunanstixiyanın icrasına çevrilirdi. Ədəbiyyatşunas alim H.Ənvəroğluyazır: “... romanda müəllifin boyaları yalnız qırmızı və qaradanibarət olmuşdur. Millətin övladlarını düşmən cəbhəyə bölüb,qardaşı-qardaşa qarşı qoyan siyasi şəraitin dərindənyanaşmadan, tələm-tələsik romanlaşdırılması hadisələrinbirtərəfli və üzdən təhlil edilməsinə, başqa sözlə, qırmızılarınhəmişə haqlı və qalib qüvvə kimi verilməsinə səbəb olmuşdur.Romançı mükəmməl bədii xarakterin deyil, daha çox inqilabınqələbəsini təmin etmək qayğısına qalmışdır” (33, 150).Bununla belə, xalqın anlaşılmaz durumda olmasını,çaşqınlığını “Daşqın” romanında – partizanların söhbətlərini,narazılıqlarnı ifadə edən epizodlarda da görmək mümkündür.305

____________Milli Kitabxana____________Bir çox digər epizodlarda da, əks tərəfin mövqeyi kimiverilsə də, yəqin ki, həmin dövr oxucusunun düşüncəsinisilkələyən və suallar doğuran məqamlar vardır.Əks cəbhənin təyyarədən buraxdığı vərəqədə:“Milli istiqlaliyyət uğrunda mübarizə edənlər,bolşeviklərlə heç bir zaman uzlaşa bilməzlər” (44, 85).Və təbii ki, belə vərəqəni oxuyandan sonra sual yaranabilərdi: əgər bolşeviklər milli azadlıq gətirdiklərini deyirlərsə,bəs bu “milli istiqlaliyyət” nədir?Özünəməxsus cizgiləri olan bəy obrazı – Şəhriyar bəyinsözləri:“ – Bəsdi bu urusların ayaqları altında tapdalandıq...Mən heç vaxt razı ola bilmərəm ki, fağır-füqara allahsızurusun əlində yesir olsun”. (44, 88). “Bir adam ki, ac urusun,lüt soldatın tərəfin gözləsin, mən ona nə deyə bilərəm?” (44,92).M.Hüseyn Borçalı mahalında bir bəyin dilindən səslənənsözləri də ( 1921-ci ilin əvvəlllərində) romana gətirməkdənçəkinməmişdir:“İnqilab fıs çıxdı! Azərbaycan istədi ki, qaz yerişiyerisin, amma öz yerişini də yanıldı. Onlar da bu-gün sabahsarı urusun dalından dəyəcək! Nərimanın uruslarla davası306

____________Milli Kitabxana____________düşüb. O deyib ki, neft gərək bizim olsun. Lenin deyib ki, yox,gərək Rusiyaya verəsiniz... Axırda aralarında dava düşüb.Nəriman deyib ki, elə olanda onda biz sovetski vlastistəmirik...” (44, 232).M.Hüseyn ilk iki romanında xalq həyatının, məişətininmahiyyətinə və məzmununa nüfuz etməyə səy göstərmiş, atalarsözləri və bayatılara da müraciət etmiş, yuxarıda qeyd etdiyimiztəbiət təsvirləri ilə yanaşı koloritli məişət lövhələri də verəbilmişdir.“Bir az bundan əvvəl kənd qadınlarının bəzisi təndirəçörək yapır, bəzisi qapının ağzında durub qeybət qırır, bəziləriəlvan yaz çiçəkləri ilə bəzənmiş xırman yerində göyərtitoplayır, bəziləri isə qaratikan çəpəri içərisində otlayan arıqinəyini sulayırdı” (44, 82).Aşıq yaradıcılığını M.Hüseyn olduqca yüksəkmənalandırır:“Xalq özünün həqiqi səsini dinlədikcə vəcdə gəlir,həyəcanlanırdı”. “Tərlan, bülbül kimi ötən aşıqların, onlarasənət eşqi verən telli sazların qəribə səsindəki qüdrətə heyranqaldı. Elin səsi nə qədər qüvvətli idi!” (44, 428-429).“Taxta uzanmış kəndlilər, yuxularına haram qatıb,dərin bir maraq içində, bu mahir aşığın dilindən Koroğlunun307

____________Milli Kitabxana____________sərgüzəştlərini öyrənirlər. Bu nağıl onlara yeməkdən,içməkdən və hətta yuxudan belə şirin görünür”. (44, 227).Beləliklə, aşıq havasını “xalqın həqiqi səsi” kimiqiymətləndirərkən M.Hüseyn “sosializm çərçivəsi”nə salınmışxalq haqqında dövrün ideoloji konsepsiyasından yüksəkdədurmurmu?“Tərlan” romanında aşağıda verilən parçada isə(Şəhribanı xanımla Güləli oğlunun söhbəti) yazıçının zamanaironiyası göz qabağındadır:“Bu dəfə o, nədənsə Füzulidən oxumaq istədi. Gözləriniyerə zilləyib dərindən köksünü ötürdü, sonra xanımınməhzun-məhzun gülümsəyən dodaqlarına baxdı, yavaşyavaşah-nalə çəkdi.Yoldaş, bəlayi-eşq ilə qıl mübtəla məni...Şəhribani xanım birdən qəhqəhə çəkib güldü.– Sərvər, bu sözlər hansı şairindir?– Necə? Füzulinin!...– Füzulinin? Onun belə qəzəli yoxdur. Mən onunkilliyyatını oxumuşam. O deyir ki, “Yarəb, bəlayi-eşq ilə qılaşina məni”....Onda yoldaş sözü nə gəzir?– Ay xanım, bu komsomolçular gözümü elə qorxudublarki, allaha and olsun, qorxuram. Bir də Füzuli o vaxt allah308

____________Milli Kitabxana____________tərəfdarı olub, bizim vaxtımızda yaşasaydı, əlbəttə ki, yoldaşdeyərdi” (44, 499).Otuzuncu illərdə qoyulan məhdudiyyətlərə baxmayaraq,M.Hüseyn də erməni daşnaklarının törətdikləri vəhşiliklərixatırlatmış, onların Azərbaycan kəndlərini dağıtmasında söhbətaçmışdır (44, 406).Ə.Əbülhəsənin “Yoxuşlar”ı kimi, “Tərlan” romanı dakollektivləşmə dövründən bəhs edir. Bu əsərlərdə tipolojiyaxınlıq özünü göstərsə də, M.Hüseyn öz romanı ilə 7-8 əvvəlyazılmış “Yoxuşlar”dan heç də irəli gedə bilməmişdir. Dövrüüçün müsbət qəhrəman hesab edilən Tərlan obrazı bu günyalnız “təbliğat ruporu” təsiri bağışlayır. Bununla belə, roman,yuxarıda göstərdiyimiz və qeyd edə bilmədiyimiz nümunələriilə də, Mürsəl kişi kimi həyati obrazları ilə də dəyərləndiriləbilər.“DİRİLƏN ADAM” VƏ “BİR GƏNCİN MANİFESTİ”.ƏDƏBİYYATIMIZDA ROMAN JANRININ TƏSDİQİAltı roman, 300-ə qədər hekayə, habelə qiymətli elmiəsərlər müəllifi Mir Cəlal Azərbaycan ədəbiyyatında öz yoluolan bir yazıçı kimi tanınır. Onun otuzuncu illərdə yazdığı ilkiki romanı – “Dirilən adam” və “Bir gəncin manifesti”309

____________Milli Kitabxana____________Azərbaycan ədəbiyyatının diqqətçəkən nümunələridir.Görkəmli yazıçı Anarın yazdığı kimi, “Bir gəncin manifesti”,“Dirilən adam” romanları yazıldığı dövrün özəlliklərini əksetdirməklə bərabər, roman janrını ədəbiyyatımızda təsdiq edənvə doğmalaşdıran əsərlər kimi orta və ali məktəbdərsliklərimizə daxil oldu” (7).2008-ci il noyabrın 10-da Parisdə, YUNESKO-nuniqamətgahında Mir Cəlalın 100 illiyinə həsr olunmuş yubileymərasimində Heydər Əliyev Fondunun prezidenti MehribanƏliyeva demişdir: “Mir Cəlal öz kitablarında həyatı təsdiq vətədqiq edərdi. O, hər zaman həyatın mənasını tədqiq etməyəçalışardı” (30).“Dirilən adam” və “Bir gəncin manifesti” romanları dövrünaktual mövzusuna – inqilabın qələbəsinə həsr olunsa da, buzahiri məzmunun arxasında gizlənən bir çox incə mətləbləri,milli məzmunu, dərin məna potensialını görmək mümkündür.“Dirilən adam” və “Bir gəncin manifesti” romanları eyni tarixidövrün hadisələrini əks etdirir. “Hər iki roman “inqilab”ideyasına köklənsə də, realizmin həyat həqiqətinə sədaqətprinsipi və yazıçının böyük istedadı, dərin müşahidə qabiliyyətireallığın acı mənzərələrini əks etdirməyə imkan vermişdir”(100, 16).310

____________Milli Kitabxana____________Professor Nərgiz Paşayeva yazır ki, “Dirilən adam”ınyarandığı dövr (otuzuncu illər) ədəbiyyat üçün tənqidolunmaz,toxunulmaz mövzular, obrazlar və bunun əksi olaraq, mütləqtəbliğ və təsdiq edilən mövzular, obrazlar sistemi mövcud idi.“O vaxt əsl ədəbiyyatı və sənəti yaratmaq və yaşatmaqistedadına malik olan yazıçılar, şairlər Azərbaycan ədəbiyyatıtarixini zənginləşdirən bədii əsərlər yaradırdılar. Mir Cəlalın daelə ilk romanında sevdiyi mövzu, toxunduğu problem, ifadəetdiyi bədii-estetik fikir və qənaətləri konyunkturaya yox, əslədəbiyyata köklənmişdi. İndiki zaman prizmasından adi və təbiigörünən bu mövqe o dövr ədəbiyyatı üçün heç də adi və ənbaşlıcası isə təqdir olunan hal deyildi. Mir Cəlal yazdığı bütünromanlarda bu prinsipə sadiq qalmışdır” (87).“Dirilən adam” romanında aparıcı qəhrəmanın yolu“inqilaba doğru” olsa da, romanın gücü, qüdrəti bu ideolojigörüntüdə deyil, ədəbiyyatşünas alim T.Salamoğlunun düzğünqeyd etdiyi kimi, sosial ədalətsizliyə, insana antihumanistmünasibətə etiraz ruhundadır, bu etiraz ruhunun güclü realistifadəsindədir. “Qədirin talesizliyi və bu talesizlikdən doğanhəyat “roman”ı ideoloji təfsirin geyindirdiyi “sinfi don”a heçcür sığışmır, milli gerçəkliyin sosial bəlası kimi dərin bəşəriməzmun, məna daşıyır” (100, 17).311

____________Milli Kitabxana____________Ədəbi tənqiddə “Bir gəncin manifesti” romanı “insanlığınmanifesti” kimi istilahlarla da qiymətləndirilir. Əsər məlumkonyunktur mövzuya həsr olunsa da, qənaətimizə görə, daxiliməzmununda sanki üç romanı yaşadır : Mərdanın romanı,Sonanın romanı və Baharın romanı. Və inkar olunmur ki, əsərməhz Sonanın və Baharın romanları ilə təsirlidir, təbii vəinandırıcıdır, illər boyu yaddaşlarda bu “romanlar”la yeralmışdır.Sona bir milli xarakter kimi də Azərbaycan ədəbiyyatındaseçilən obrazlardandır. Hər cür əzablara dözən, fədakarlığahazır olan bu qürurlu qadın bədii ədəbiyyatda yer alan dövrdənAzərbaycan anasının simvoluna çevrilmişdir. Sona obrazıolduqca təbii, canlı və inandıricıdır. Yalnız fədakar ana kimiyox, həm də özündə milli qürur hissini və vətəndaşlıq ləyaqətiniyaşadan Sonanın xarakterindəki özəlliklər ayrı-ayrı epizodlardamüəllif tərəfindən məharətlə verilmişdir. Romanda oxuyuruq :“Sanki Sona vətənini, xalqının başına gələn fəlakətləri özhəyatında aşkar hiss edirdi. Körpə bir uşağın sevincini dəqarət edən bu canavar iştahlıları kim, nə zaman bizimtorpaqlardan qovacaqdır ?..312

____________Milli Kitabxana____________Sonanın ən böyük arzusu bu günü görmək, bu qarətçiquldurların dalınca ağır bir daş atmaq idi... “Ax, balalarımolmayaydı, düşmənimi dişimlə didərdim!..”Sona camaat arasındakı danışıqlardan bilirdi ki, aylarlayollar basa-basa gəlib buralara çıxan o “boz şeytan” uzun vəmurdar fil xortumu ilə yalnız nefti sormur. Gecə-gündüzdağda-daşda sümsünür, ağlı kəsən yumşaq və “yağlı” yerlərdəmıx-tövləsini bərkitməyə, vətən torpağının şirəsini, fağırfüqəranınqanını sormağa çalışır. O burada özünə nökərlərtapır. Onun pristava verdiyi hər hədiyyə, yüzbaşıya doğruçevirdiyi hər xoş baxış rəiyyətə çox baha tamam olur, vətənəağir başa gəlir” (69, 223).Müəllif Azərbaycan xalqının, Azərbaycan qadınlarınınmüstəmləkiçi işğalçılara güclü müqavimət hissini, nifrətiniSonanın simasında iki uğurlu bədii epizodda xüsusilə təsirlivermişdir. Sona ağır maddi durumda olsa da, yadelli işğalçılarahər hansı qiymətə belə, oğlu Baharın sevimli ceyranını vəbazara çıxardığı “Yusif-Züleyxa” xalçasını satmaqdan qətiimtina edir. Birinci halda “Mən Sona deyiləm, əgər bu ceyranaingilis əli dəyə !”, ikinci halda isə “İtə ataram, yadasatmaram!” sözləri romanın leytmotivinə çevrilir. Bu fəsillərdə313

____________Milli Kitabxana____________ceyranı Azərbaycan torpağının, “Yusf-Züleyxa” xalçasını isəmilli varlığımızın simvolları hesab etmək olar.Son dərəcə realist yazıçı olan, ədəbi prinsipinə, həyatıtəsvir üsulu və metodlarına görə Cəlil Məmmədquluzadə,Əbdürrəhim bəy Haqverdiyev kimi XX əsr realistlərinindavamçısı sayılan Mir Cəlalın özünəməxsus, bənzərsiz fərdiüslubunun, yazı tərzinin olduğu ədəbi tənqid tərəfindən təsdiqedilmişdir. Satira və yumor Mir Cəlal nəsrini bir çoxlarındanfərqləndirən keyfiyyətdir və bu cəhət də yazıçını böyük gülüşustası kimi səciyyələndirir. “Təsadüfi deyildir ki, Mir Cəlalyaradıcılığında son dərəcədə səmimi, müdrik yumor aparıcıdır,əsasdır. Yumorlu kinayələrin isə misli yoxdur ! Əsərlərdəkiideyanın, əsas mətləbin məğzi, mahiyyəti çox vaxt elə bukinayələrdə açılır, aşkar olur” (87).Yumoru da milli xarakterin əlamətlərindən saymaq olar.Əlbəttə, yumor hissi, gülüş, istehza, ironiya və s. yəqin ki,dünyanın bütün xalqlarında və ədəbiyyatlarında vardır. Lakinbu xüsusiyyətlərin hər bir xalqa məxsus, onun mentaliteti,kaloriti ilə bağlı çalarlarının olması da istisna deyildir.Q.Qasımzadə “Ədəbiyyatda mıllilik və beynəlmiləllik”monoqrafiyasında Puşkinin, Belinskinin, İ.Frankonun müvafiqmülahizələrinə istinad etməklə yazırdı: “Yumordakı milli fərqin314

____________Milli Kitabxana____________əlamətini azərbaycanlıların xarakterində aydın çalarlarlagörmək olar. Klassiklərimizin və müasir komediyanəvislərinəsərlərinə diqqət versək, bu cəhətin səciyyəvi nişanələrinə dairmaraqlı vəziyyətlərlə qarşılaşarıq. Azərbaycanda gülüş, yumor,zarafat keçici deyil, dərin və davamlıdır. “Arşın mal alan”, “Oolmasın, bu olsun” komediyalarında müsbət obrazlarınmənfilərin başına açdığı oyundan, eləcə də köhnəliyin öz-özünüfaş etməsindən doğan gülüşün məzmunu lirikdir;“Kimyagər”də, “Ölülər”də müsbət qəhrəmanların (Hacı Nuruvə İskəndərin) avamlıq üzərinə gülüşü isə acıdır. Gülüşünməzmunundakı bu keyfiyyətlərin (liriklik, acılıq), əlbəttə, milliəlamətə, milli fərqə o qədər də dəxli yoxdur. Lakinazərbaycanlılarda bunun sirayətediciliyi, davamlılığı bəlkə dəmüəyyən dərəcədə digər xalqların yumorundan seçilir” (60,125). Burada müəllif Azərbaycan yumorunun fərqli cəhətlərinigöstərməyə səy etsə də, yalnız komediyalardan misalgətirməklə məhdudluq yaratmış, mülahizələrini daha genişməzmunda, fəlsəfi zəmində əsaslandıra bilməmiş, hətta fikirdolaşıqlığına da yol vermişdir.Mir Cəlal hər iki romanı ilə həm də güclü satira və yumorustası olmasının “manifesti”ni vermişdir. Bu yumor və gülüşazərbaycanlının milli xarakteri ilə bağlı əlamət olaraq, sadəcə315

____________Milli Kitabxana____________gülüş xətrinə səslənmir, həm də özündə dərin məna və məqsəddaşıyır. “Bir gəncin manifesti”ndən aşağıdakı parçaya diqqətyetirək :“Çərçi şeylərinin talanacağını görüb xəlvətcə eşşəyinibizlədi, aradan çıxmaq istədi. Yumru məmur səbətdən bərkbərkyapışıb buraxmırdı. Çərçi eşşəyin yerimədiyini görübmat-mat məmurun üzünə baxdı. Məmur acıqlandı :– Nə mırıtlayırsan oğru pişik kimi ?!– Xan, heç, sizə baxıram !– Mənim nəyimə baxırsan, əşi ?!Çərçi dedi :– Xan, mən baxıram, lap məəttəl qalıram ! Maşallah,eşşəkdən də güclü imişsən!Məmur öz gücünə, qıraqdan baxanların bunu hissetdiyinə fərəhlənib səbətdən daha bərk yapışdı. Qolunu salıbmeyvələri cibinə doldurmağa başladı. O biriləri də daraşdılar,çərçi dilləndi :– Xan, bəs bunun ölçü-biçisi yoxdur ?– Mənim ovcum tərəzidir, düz girvənkə tutur.– Bəs pulu kimdən çatacaq ?Məmurlar gülüşdülər :– Həzrət Abbasdan !” (69, 34).316

____________Milli Kitabxana____________Bu epizoddakı gülüşün arxasında dövrana, siyasi duruma,özbaşınalığa ironiyanın və kinayənin durduğu aydın görünür.Yaxud, ceyranı yolda qaçırandan sonra yadellininiqamətgahına Sona ilə gələn Fətişoğlu vəziyyəti necə izah edir?“Sona fikirdən ayılmamış Fətişoğlu arabanı saxladı.Qapıya çıxan bir ağpaltar ingiliscə nə dedisə arabaçı onarusca cavab verdi :– Ceyran paşol !– Kuda ?– Qulyay !” (69, 74).Bəli, ingiliscənin müqabilində arabaçı Fətişoğlu da ən azırus dilini “bildiyini” (göründüyü kimi, bir neçə sözü) “ingiliscədanışanın” gözünə soxmalı, heç də əskik kişi olmadığınıgöstərməliydi. Həm də bu “igiliscə danışanın” sualına konkretcavab verməliydi : “qulyay”. Burada ilk baxışda gülüş doğuran“qulyay” (gəzməyə getmək) sözünün nə qədər acı mənalarıehtiva etməsi görünür. “Qulyay” – ceyranın qaçirilmasından vəyadelliyə qismət olmamasından alınan ləzzət, razılıq və rahatlıqhissi, “ingiliscə danışanın” atasını yandırmaq və onu barmağadolamaq, yadelliyə istehza, ironiya, kin və nifrət !317

____________Milli Kitabxana____________Bu istehza və ironiya “Gecənin hökmü” fəslində Yadelliningecəykən itmiş ceyranı axtarması və qaranlıqda uzunqulağıceyran bilib “ələ keçirməsi” epizodlarında da güclüdür.Qeyd edək ki, kinayə və istehza realist ədəbiyyatdamüəlliflə obyekt arasındakı ziddiyyətləri açmaq üsullarındanbiri hesab edilir. Kiınayənin və istehzanın gücü ilə hadisənin,əhvalatın tragikliyi açılır. Bu xüsusiyyətlərC.Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları”əsərində xüsusilə nəzərə çarpır. Görkəmli roman ustası Balzakdeyirdi ki, kinayə yalnız müşahidədə yaşamır, həm də həyatifaktların özündə gizlənmişdir. Kinayə subyektiv xarakter daşısada, sənətdə obyektiv mahiyyəti ilə görünür.Dünya klassiklərinin bir çoxu əsərlərində kinayə vəistehzadan həqiqəti əksetmə vasitəsi kimi istifadə etmişlər. Butəcrübədən yararlanan, xüsusilə C.Məmmədquluzadə irsinədərindən bələd olan Mir Cəlalın bədii əsərlərindəki kinayə vəistehza həm də milli zəmində çalarları ilə seçilir.“Dirilən adam” romanının istər ümumi pafosunda, istərsədə ayrı-ayrı epizodlarında satirik-yumoristik ruhu görməkmümkündür. Bunun üçün romanın “Övdət” fəslini (Bəbir bəyinadaxlıbazlığı), Bəbir bəyin toyunu, Bekar obrazını, Axundun-Sarıqlı mollanın ona etibar edilən Qumru ilə arvadını öz evində318

____________Milli Kitabxana____________gecəykən səhv salmasını və s. xatırlamaq kifayətdir. Müəllifinacı gülüşünə “bələnmiş” belə epizodlar və obrazlar “Bir gəncinmanifesti”ndə olduğu kumu, əsərin “ciddi”, “faciəvi” ovqatınıtamamlayan amillərdir.Mir Cəlalın ilk romanlarının dilində də müəllifin millisiması aydın görünürdü. Əllinci illərdə görkəmliədəbiyyatşünas alim Məmməd Cəfər yazırdı: “Mir Cəlalın bədiinəsr dili öz əsasını canlı xalq dilindən alır. Bu dil səlis vəahəngdardır. Bu dildə yığcamlıq, az sözlə çox şeyi deyə bilmək,müəyyən xarakterləri və psixoloji halları balaca bir tabloyayerləşdirmək bacarığı, həqiqi sadəlik, qısalıq, ifadəlilik vardır.Burada rəsmi kitab dili adlanan sinfilik, özünü zorlama vəuydurma yoxdur. Bunun əvəzinə çox aydın hiss edilən birtəbiilik, axıcılıq, doğmalıq vardır. Mir Cəlalın dili, xüsusən “Birgəncin manifesti”ndəki “Göz yaşı” və “Manifest” sərlövhəlifəsillərdə olduğu kimi, hiss və həyəcanların təsviri zamanı lirik,təsirli və yenidir. Bu dildə peyzajlar da eyni dərəcədə təbiidir.Ümumiyyətlə, Mir Cəlalın bədii dili klassik nəsr dilinin yaxşıənənələrinə və canlı xalq dilinə əsaslanır” (1, 509).Mir Cəlal bədii dilinin özəllikləri onun canlı təbiəttəsvirlərində də öz təzahürünü tapır. “Dirilən adam”danaşağıdakı parçaları oxuyaq :319

____________Milli Kitabxana____________“Qayalar nağıllarda söylənən əfsanəvi yerlərə, tilsimlərəbənzəyirdi. Bəziləri min illər, yüz illər boyu dəhşətli günlərgördüyündənmi və ya qar-yağış təsirindənmi şiş duran birbıçaq kimi itilənmişdi. Yolun ətrafı daşlıq idi. Daşlarındibindən hərdən kəklik uçur, adamların başı üstündən keçənturac sürüləri fişəng kim səslənirdi. Dağların nisbətən alçaqolan ikisi gömgöy idi. Aralıqda, alçaq bir düzlükdə şirin suluməşhur bir bulaq qaynayırdı” (66, 27-28).“...bağın ağ, uzun divarlarına sığmayan meyvəsiləağırlaşan armud ağacları hasar qəbul etmək istəmir, dolubudaqlarını səxavətlə kənara sallayır, sanki yoldan ötənlərətəklif edirdi :– Buyurun, armud yeyin” (68, 71).Əlbəttə, otuzuncu illərin demək olar, bütün romanlarındatəbiət təsvirləri var və müəlliflər bunları həmin əsərlərinümumi ovqatı ilə səsləndirə bilmişlər. Bu haqda yuxarıdadanışmışıq. Təbiət təsvirləri bu əsərlərdə müəlliflərin bədiiüslub və bədii dil imkanları daxilində təzahür edir, süjetin vəxarakterlərin qavranılmasında öz izini qoyur. 27-30 yaşlı MirCəlalın təbiət təsvirlərində lirizm, şairanə baxiş xüsusilə nəzərəçarpır. “Bir gəncin manifesti”ndən bir parçanı oxuyaq:320

____________Milli Kitabxana____________“Havanı dolduran taxıl iyi lalə, gülxətmi, çobançiçəyi,nərgiz ətrinə qarışmışdı. Yaz yağışından sonra yumşalmış ,ayılmış qara torpaq , boy atıb qurşağa qalxan , başınıbərkidən sünbüllər , mülayim hava , arxlarda pıçıldaşankəhriz suları – hamısı bir söz deyirdi : bahar , bahar !..” (69,52-53).“AÇIQ KİTAB”. AÇIQ GÖRÜNƏN MƏTLƏBLƏR.Ilk romanlarında (“Dirilən adam”, “Bir gəncin manifesti”)həm də satira və yumor ustası kimi görünən Mir Cəlalın buromanında da parodiya və istehza kifayət qədərdir, bu amillərhəyat həqiqətlərinin ifadəsində güclü bir vasitədir. Gəldiyevindilində tez-tez səslənən “sinfi düşmən”, “ünsür” “sosializm”,“dünya revolyusiyası”, “proletariat”, “daklad”, “orqanizovat”,“ustanovka”, “kadro”, “sovet gənci”, “kapitalizm qalıqları” vəs. belə sözlər mahiyyətcə hansı mənanı daşımalarından asılıolmayaraq, özündə parodiya və istehza elementlərini ehtivaedir. Hətta Qurd Qədirin cızmaqara şeirini qəzetdə çap etdirməküçün müraciət edəndə də Gəldiyev öz fikrini “dünyarevolyusiyası” ideyası ilə əsaslandırmaq istəyir və qəzetin katibibu zəif şeiri çap etməmək üçün “hərifin öz dili ilə” danışmağaməcbur olur:321

____________Milli Kitabxana____________“ – Qədir yoldaş, sağlıq olsa, dünya revolyusiyasınaqədər bu şeiri yaxşı-yaxşı düzəldər, onda baxarıq.Qədir etiraz elədi:– Gec olar, canım.Katib onun üzünə mənalı baxdı:– Necə, dünyada revolyusiya gec olacaq?Gəldiyev özünü itirdi, Qədirə döndü:– Nə danışırsan, – dedi, – ədə! Siyasi səhvə yolverirsən! Şairlərin bir vintiboş olar deyərlər, sənin heç deyəsən vintin yoxdur. Gəl! Gəl!”(70, 80).Dinin və dindarlığın qətiyyətlə rədd edildiyi, “Allahsızlarcəmiyyəti”nin bərqərar olduğu bir dövrdə müəllifin buməsələyə parodik münasibətini Kərim Gəldiyevin anası təzəcəvəfat etmiş Rübabə ilə söhbətində belə görürük:“ – Siz qəbir üstə getmişsiniz! Bilirsiniz bu nə deməkdir?– Qəbir üstə getmək deməkdir.– Bu, həyatdan üz döndərmək, məzarlardan təsəlli almaqmeyli, burjua pessimizmi deməkdir. Proletariatayaraşmayan.. Bədbinlik, çürük psixologiya!– Proletariatın adamı ölməz? Proletariat qəbir üstəgetməz?322

____________Milli Kitabxana____________– Proletariatın adamı ölməz, qalib gələr! İkincisi dəproletariat qəbri geridə qoyar. Proletariat bu cür işlərə qarşımübarizə aparmışdır və aparacaqdır! Proletariat qəbristanlığayox, həyata doğru gedib, gedir, gedəcək və qalib gələcək!Bildinmi? Siyasi savad lazımdır, yoldaş!” (70, 93).Mir Cəlalın parodiyaları əsərin əksər epizodlarında, həttaepizodun məzmunundan asılı olmayaraq da, gözlənilmədəngörünür. Ağca xanım vaxtını keçirdiyi növbəti kişilərdən birinə– hərbçiyə evlənmək təklifini verəndə, hərbçi deyir:“ – Risk eləməyin, məsləhət görmürəm, səni sevdiyimüçün də almaq istəmirəm... Sağlıq olsun, kapitalizməhatəsinin öhdəsindən gələrik, düşməni qovub dənizlərətökərik, onda bu haqda danışmaq olar... (70, 44).Bir çox milli-mənəvi dəyərlərin, o cümlədən tarın,muğamatın siyasi rejim tərəfindən keçmişin qalığı kimi qələməverildiyi bir zaman kəsiyində Səttarzadə filarmoniyada millimusiqidən ibarət konsert verir və Mir Cəlal bunu romanda beləifadə edir:“Bəziləri də muğamat sözünü eşidib gəlmişdilər. Onlar oqədər mahnı eşitmişdilər ki, bezmişdilər. Musiqi aləmindənmuğamatın qovulduğunu düşünür, səbəbini bilmir,323

____________Milli Kitabxana____________soruşmağa da cürət etmirdilər. Elanda “muğamat” görüb,bilet dalınca yüyürmüşdülər” (70, 128).“Konsert” epizodunda da yazıçı öz parodik dəst-xəttindənkənarda qalmır. Həmin dövrdə siyasi rejimin alayarımçıqyetişdirdiyi, özlərini ziyalı, məlumatlı və savadlı kimigöstərməyə çalışsalar da, əslində milli simalarını itirən, əsilziyalılığı təhrif edən şəxslərə acı gülüşünü əsirgəmir. Budur,konsertə gələn bir neçə nəfərin söhbəti:“ – Sən öləsən, arvad həmişə konsertə gəlməyə can çəkir.Onun ucundan gecikirəm.– Sabir öz hekayələrində bu barədə göstərib.– Sən Sabiri deyirsən, Füzulinin padval məqaləsinioxumuşam.– Hansı məqalədir, adə, gözümə dəyməyib?– İki arvadlılar barəsində. Ruscasını oxumuşam bizimdildə yoxdur.– Həlbət ki, ruscası yaxşıdır. Bizdə şair yoxdur ki, okişilərin Plexanov kimi, İvan Qroznı kimi şairləri var.– İvan Qroznı? Deyəsən bu şair mənə tanış gəlir.– Gürcüdür də, Qruziyadandır. Hələ mən uşaq idim,bunların şeirlərini əzbər bilirdim. Nədir o, tülkü ilə qarğanınpoeması, lap qiyamətdir!324

____________Milli Kitabxana____________– Azərbaycancası yoxdur?– Var, Füzuli perevod eləyib, ancaq ruscasının ləzzətinivermir...” (70, 128).Lakin romanda ziyalılığın layiqli nümayəndəsi kimiSəttarzadə obrazı da vardır. Özündə bir çox milli-mənəvidəyərlərimizi yaşadan Səttarzadə qızı Rübabənin toyunda bəyləgəlinə Füzulinin kitabını hədiyyə edir. Səttarzadə deyir:“ – Balalarım, Füzuli kimi sevin! Onun kimi böyüyün!(70, 151).“Açıq kitab”ı otuzuncu illərin ortalarından başlayanrepressiyalar dövrünün cəsarətli bir romanı kimiqiymətləndirərək, belə bir qənaətimizi də bildirmək istəyirik ki,sonrakı onillikdə, əllinci illərin ortalarınadək yazılan bədiinümunələrdə (“Saçlı” az-çox istisna olunmaqla) həyathəqiqətlərinin bu səviyyədə açıq inikası görünmədi.“SAÇLI”. BƏZİ MƏQAMLAR“Saçli”da Nənəqiz, Qoca, Qulam müəllim, Əfruz bacı, Əlisakişi kimi milli xüsusiyyətləri özündə cəmləşdirən obrazlarvardır. Kosa və İbrahim Vəzirzadə obrazları orijinallığı ilədiqqəti çəkir. Sübhanverdizadə, Meşinov, Zülmət, Novruzquluistisna olmaqla, digər obrazlar isə axıradək işlənməmiş və325

____________Milli Kitabxana____________yarımçıq qalmışdır, yaxud onların taleyi barədə yalnızinformasiyalar verilmişdir.Qoca obrazı canlıdır. Müəllif bu obrazda milli kökümüzünqaynaqlarından süzülüb gələn bir çox keyfiyyətlərin təzahürünüverməyə çalışmışdır. M.Hüseyn 1948-ci ildə yazdığı“Azərbaycan sovet ədəbiyyatının yaradıcılıq problemləri” adlıməqaləsində Qoca obrazını yüksək qiymətləndirmişdir.M.Hüseyn bu obrazda əsl xalq ruhunun olduğunu qeyd etmişdir(46, 45).Romanda kollektivləşmə hərəkatı geniş verilmişdir vəmüəllif, bu prosesi partiya mövqeyindən göstərməyə çalışsa da,müəyyən həyat həqiqətlərinin üstündən keçməmişdir. Yənimüəllifin bütün səylərinə baxmayaraq, kolxoz quruculuğununkönüllülük əsasında deyil, İnzibati-amirlik, göstəriş yolu iləaparıldığı görünür. Və belə bir həqiqət də qabarıq nəzərə çarpırki, Azərbaycan kəndlisi kolxozlaşmanı heç də anlamla vərazılıqla qarşılamır, bu, onun milli düşüncəsinə də, həyat tərzinədə yaddır. Bakıdan fəhlə sinfinin nümayəndəsi kimi kolxoztəşkil etməyə göndərilən Qocaoğlu haqqında görün kəndlilərnecə düşünürlər:“ – Biz işləyək, Qocaoğlu ağa olsun?– Hə də! Bizim bəy itdi, o getdi, yerində Qocaoğlu bitdi.326

____________Milli Kitabxana____________– Biri olsa dərd yarıdır... De ki, birinin yerinə on biribitdi!– Onlar kimdir?– O qalife Mahmud, anbar Mehdi, hesabdar, təftişdar,dəftərdar, qarovulçu, keşikçi, qoruxçu, xırmançı, nə çox“dar”, nə çox “çı”, illah da ki, bu qalife Mahmud (partiyaözək katibi. Y.R.) (90, 310).Romandan bir epizodu da xatırlayaq. Raykom katibi TahirDəmirov Xalq Komissarları Soveti sədrinin qəbulunda olarkən,onların söhbəti zamanı müəllif gözlənilmədən bir məsələyə dətoxunur və bu məqamı yazıçının milli simasının ifadəsi kimi dədəyərləndirmək olar. XKS sədri deyir:“– Bizim öz xüsusi kökümüz vardır.– Bəs bizim Azərbaycanın o biri payı hanı?Sədrin nəzərləri xəritədə “axan” əyri-üyrü çayın o birisəmtinə çevrildi.– Bunlar bizim doğma, lap doğma qardaşlarımızdır.Hamımız bir ananın döşündən süd əmmişik, o da bizim buAzərbaycandır! Yoxsa deyirsən raykom katibinin rayondankənar nə borcuna? Belə baxmaq doğru olmazdı. Hamı, laphamı: ya katib, ya təşviqatçı, ya da lap kəndlisi, işçisi, arvad-327

____________Milli Kitabxana____________uşağı bilməlidir ki, biz bir xalqın övladlarıyıq. Camaat gərəközünü tanısın, bilsin, bu da balaca məsələ deyil!– Düzdür.– Orası da düzdür ki, bizim bu mədəniyyət tariximizi birqədər qat-qarış ediblər. Biz gərək bu məsələləri dəaydınlaşdıraq. Bax, bizim ədəbiyyatdır, şeirdir, haradanbaşlayır, kimdən başlayır? Gərək əlin içi kimi görünsün.Yoxsa su bulantısı yaxşı deyil!” (91, 179).GƏLƏCƏK GÜNÜN SORAĞINDAMirzə İbrahimovun Azərbaycan ədəbiyyatında yeri sovetdövrünün yeni ədəbiyyatını yaradan yeddi-səkkiz sənətkarla birsıradadır. Onun bədii yaradıcılığı özəllikləri ilə diqqəti cəlbetmiş, romanları və pyesləri oxucunu və tamaşaçını öz cazibədairəsinə sala bilmişdir. M.İbrahimov öz yaradıcı sənətkarsimasını ictimai-siyasi fəaliyyəti ilə də ( maarif naziri,Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, respublikaAli Soveti Rəyasət Heyətinin sədri, Azərbaycan Yazıçılarİttifaqının sədri, Asiya və Afrika Ölkələri ilə HəmrəylikKomitəsinin sədri) tamamlamışdır. Ali Sovetin RəyasətHeyətinin sədri kimi yüksək dövlət vəzifəsində olarkənAzərbaycan dilinin dövlət dili kimi qəbul edilməsinə nail328

____________Milli Kitabxana____________olmasını xalqımız M.İbrahimov şəxsiyyətində yazıçı-dövlətxadimi obrazının müsbət nümunəsi olaraq qiymətləndirmişdir.M.İbrahimov bir çox hekayələrin, povestlərin, draməsərlərinin, elmi əsərlərin müəllifi olsa da, fikrimizcə, onunbədii yaradıcılığı üç romanı – “Gələcək gün”, “Böyük dayaq”və “Pərvanə” ilə qüdrətlidir. 1948-ci ildə yazılan “Gələcək gün”romanı ədəbiyyatımıza bu janrı yeni mükəmməl mərhələyəqaldıran istedadlı romançının gəldiyini bəyan etdi. Dünyaromançılıq təcrübəsindən səmərəli istifadəsi, dil və üslubxüsusiyyətləri, struktur mükəmməlliyi, poetikasının digərözəllikləri ilə seçilən bu romanda tipik və canlı həyatmaterialları, zəngin surətlər qalereyası, kamil insan xarakterlərivardır.Qulu Xəlilov yetmişinci illərin əvvəllərində yazırdı ki,“Gələcək gün” romanında hadisələr “ehtiraslı-patetik üslubdatəhlil və təsvir” edilmişdir. “M.İbrahimov insan xarakteri, onuntəbiəti barədə güclü təsəvvirə malikdir. Buna baxmayaraq, o,qələmə aldığı surətləri, onların öz təbiətlərini, istək vəarzularını, xarakterini, həyat yolunu, məsələn, S.Rəhimov kimi,dərin və canlı müşahidə əsasında yaratmır. M.Hüseyn kimi,qüvvətli yaradıcı təsəvvürün köməyi ilə canlandırır, ətə, qanagətirir” (50, 152-153). Q.Xəlilov romanda həyat müşahidəsinin329

____________Milli Kitabxana____________zəifliyi, buna görə də obrazlarda sxematikliyin özünügöstərməsi qənaətində olmuşdur. “Bizə elə gəlir ki,M.İbrahimov romanlarında real həyat müşahidəsinin zəifliyicanlı-epik lövhələr və tam, mükəmməl bədii surətlər yaratmağamane olur. Elə bil yazıçının özü də bu səbəbdən geniş epiktəsvirlər verməyə cəsarətsiz girişir. M.İbrahimov romanlarınınroman-epopeya səviyyəsinə qalxmasına mane olan qüsurlardanbiri də məhz budur” (50, 153).Romana çağdaş ədəbiyyatşünaslıq müstəvisində yanaşsaqbelə, Q.Xəlilovun bu fikirləri ilə razılaşmaq olmaz. Əvvəla,“Gələcək gün” romanında həyat müşahidəsinin zəifliyindəndanışmağa əsas yoxdur və tənqidçi də belə əsasları göstərəbilmir. İkincisi, obrazların sxematikliyindən danışan müəllifmonoqrafiyanın digər səhifələrində həmin obrazların canlıolmasından, “realistcəsinə ümumıləşdirilərək” yaradılmasındanbəhs edir. Üçüncüsü, “Gələcək gün” (həmçinin M.İbrahimovundigər romanları) niyə də roman-epopeya səviyyəsinəqalxmalıdı? Buna nə ehtiyac var ki? Yəqin ki, nə M.İbrahimov,nə də onun oxucusu bu əsərlərin roman-epopeya kimi arayaçıxması istəyində olmamışlar.M.İbrahimov yaradıcılığının tanınmış tədqiqatçısıA.Hacıyev “Gələcək gün” romanının “xalq qəhrəmanlıq330

____________Milli Kitabxana____________epopeyası”, həmçinin “sırf siyasi roman” adlandırılmasına qarşıçıxaraq, bunu “ifrata varmaq” hesab etmişdir ( 40, 99).Əsərdə bədii publisistikanın güclü olduğunu qeyd edənA.Hacıyev yazır ki, “Gələcək gün” ehtirasla, zövq və həvəsləyazılan romandır” (40, 96).Romanda canlı-epik lövhələr də qədərincədir və əsərinölçüləri daxilindədir. Əlbəttə, “Gələcək gün”də ictimai-siyasipafosun, kommunist təbliğatının, siyasi motivlərin üstün olduğuinkar edilə bilməz. Lakin oxucu bu siyası xəttin fərqindədeyildir, romandakı siyasi istiqamət onu demək olar ki,maraqlandırmır və siyasi məsələlərin, siyasi söhbətlərinüstündən tələsik ötüşüb, aparıcı və cəlbedici hesab etdiyi əsascanlı hadisələri izləməyə can atır. Hərçənd ki, saraymünasibətləri, saray söhbətləri, səfirliklərin siyasi “oyunları” damüəyyən maraq doğurur. Ədəbiyyatşünas alim H.Ənvəroğluyazır ki, “ıctimai-siyasi roman” anlayışı romanın sadəcə olaraqictimai-siyasi mənaya meyl etməsidir. Məsələn, romanda Musakişinin ailəsinin, xüsusilə, böyük övladı Gülnazın taleyi iləbağlı hadisələr daha təbii, emosional və səmimi təsir bağışlayır,nəinki Firudinin, Rza Qəhrəmaninin, Kərimxan Azadinin, KürdƏhmədin və başqalarının siyasi-inqilabi fəaliyyəti” (33, 157).331

____________Milli Kitabxana____________Baş obraza gəldikdə: romanın qəhrəmanı Firudin obrazındaikiləşmə vardır – kənddə gördüyümüz, Tehrana gələrək özyolunu axtaran, mərd və qorxmaz təbiətli, nəhayətdə milliazadlıq düşüncəsi ilə yaşayan Firudin və sinfi mübarizədəndanışan, “Ana” romanının təsiri altına düşən, partiya təbliğatçısıkimi görünən Firudin. Hətta uzun müddət axtardığı, taleyi üçünnarahat olduğu dayısı Musa kişi ilə həbsxana kamerasındarastlaşan Firudinin ağlını itirmiş bu ağır xəstə insanla partiyatəbliğatçısı kimi danışması, patetik nitq söyləməsi, fikrimizcə,romanın məziyyətlərinə xələl gətirən epizodlardandır. Bütünbunlara baxmayaraq, Firudin oxucunun yaddaşında milliazadlıq yolunu özünə ideal seçən bir obraz kimi yaşayır.“İctimai mübarizənin, istibdad əleyhinə mübarizəninbaşqa bir səhifəsi də vardır. Milli istiqlal hərəkatı !..Azərbaycanın azadlığı !” (52, 374).– Bu,Firudinin həbsdə olarkən, bütün əzabların, fiziki və mənəvitəzyiqlərin, mərhumiyyətlərin müqabilində qəbul etdiyi qətiqərarın ifadəsidir.Müəllif istər “müsbət”, istərsə “mənfi” obrazları – Musakişini, Səriyyə xalanı, Gülnazı, Hikmət İsfəhanini, SərhəngSəfaini, Həkimülmülkü, Şəmsiyyəni, Qəmərbanunu, HüseynMəhbusini xarakter cizgiləri ilə, təbii verə bilmişdir. Hərçənd332

____________Milli Kitabxana____________ki, bu sözləri yuxarıda qeyd olunan Kərimxan Azadi, KürdƏhməd, Rza Qəhrəmani, habelə Sərxan, Fəridə kimi obrazlarhaqqında demək olmaz.Romanın məzmunu, ruhu, məqsədi, əlbəttə,azərbaycanlılarla, onların mənəvi həyatı, taleyi, düşüncə vəistəkləri, milli şüurun inkişafına təsir göstərən amillərləbağlıdır. Hadisələrin cərəyan etdiyi məkan İran olsa da,ümumiyyətlə azərbaycanlının milli azadlığa doğruistiqamətlənən mənəviyyatı heç bir sərhədə sığışdırıla bilməz –romandan bu qənaəti almaq çətin deyildir. Deyərdik ki, əsərinaparıcı obrazı da məhz azərbaycanlıların ümumiləşdirilmişobrazıdır və o hansı məkanda, hansı rejimdə yaşamasından asılıolmayaraq, özünü axtarır, özünü bir millət kimi təsdiq etməkistəyir, öz mənliyi, milli varlığı ilə layiqli yerini tutmaq istəyir.“Gələcək gün”dən bir parçaya – yolüstü çayxanada məclisquran yuxarı rütbəli şəxslərin söhbətinə diqqət yetirək:“Oturanlardan cavan zabit :– Elə deməyin, Azərbaycan gözəl yerdir, – dedi,– behişti - əladır.Azərbaycanlılar olmasa, İranın yarısı acından ölər.Taxılımız, ətimiz,yağımız onlardandır. Şirinmeyvələrimizi becərən onlardır…333

____________Milli Kitabxana____________İranpərəst gülüb cavab verdi :– Əlbəttə, söz yox ki, yemək üçün Azərbaycandan yaxşıyer yoxdur. Gəlib Azərbaycanda yeyəsən, kökələsən ,qarnını da, cibini də doldurasan, gedib Tehranda kefçəkəsən. Çox gözəl yerdir. Amma... – o, deyəcəyi sozüntəsirilə gözləri yaşarana qədər qəhqəhə çəkib güldü.Yaylıqla gözlərini silib davam etdi :– Amma əhalisi həmişə, bax, elə beləcə, quru yerdə ,cırıq həsir üstündə yaşasa yaxşıdır. Çünki , qanı isticamaatdır. Bir balaca ki, qızışdı, hər şeyi vurubdağıdacaq… Belə camaatın gərək gecə-gündüz boynundandüşməyəsən!..” (52, 45-65).Həmin çayxanada söhbətin davamında Sərtib Səlimi deyir:“Mən azərbaycanlı deyiləm. Mən də sizin kimifarsam. Lakin mən də yaxşı bilirəm ki, tiryək kimi bütünbeyinləri dumanlatmış zəhərli bir fikir, alçaq və qeyriəməlibir əqidə əvvəl-axır bizim bədbəxtliyimizə səbəbolacaqdır. Azərbaycan yağlı bir tikədir. Azərbaycan dadlıvə ağız şirinləndirən bir meyvədir. Onu udmaq bəlkə dəasandır. Lakin onu həzm etmək müşküldür. O bizimmədəmizi və bağırsaqlarımızı doğrayıb çölə tökə bilər ”(52, 47).334

____________Milli Kitabxana____________Rejim ( söhbət Şah rejimindən gedir ) azərbaycanlılaramünasibətdə dözümsüzdür. Bunu Musa kişinin Rza şahaşikayət etmək istədiyi epizodda da görürük :“Qoca cansız vücudu ilə amansız bir müqavımətgöstərərək , Rza xana doğru sürünməyə başladı. Şahamiranə bir tərzdə sağ əlini qaldırdıqda sərhəng və sərtibkənara çəkildi. Şah qəzəblə qocanın üzünə baxdı vəfarsca :– Nə var, kişi ? – deyə soruşdu.Qoca dizləri üstə durub, namaz qılır kimi, əllərini göyəqaldırdı və azərbaycanca :– Göydə allah, yerdə səni deyib gəlmişəm, əlahəzrət, –dedi, – aman günüdür, mənə bir əlac elə, məni çevirbalalarının başına, balalarıma yazığın gəlsin.Rza xan qapqara qaralmış üzünü Həkimülmülkəçevirdi :– Bu eşşəklərə hələ də adam dilində danışmağıöyrətməmisiniz ?.. Qulaq as , gör nə deyir.Həkimülmülk şahın Azərbaycan dilini hələ kazakalayında ikən gözəlcə öyrəndiyini, lakin qəsdən,Azərbaycan xalqına olan nifrəti ucundan heç bir zamanonun dilində danışmadığını bilirdi. Qocaya yaxınlaşıb,335

____________Milli Kitabxana____________Şahı daha da qəzəbləndirməmək üçün yarıfarsca ,yarıazərbaycanca :– Qoca , çe mixahi , ərzin nədir ? – dedi” (52, 196).İş o yerə çatır ki, hətta Qurban Mərəndi şair Saib Təbrizininazərbaycanca şeirini oxuduğuna görə Tehran darülfünundanqovulur. Çünki rejim yaxşı bilir ki, xalq XVII əsrdə ana dilindəyazan şairini tanıyarsa, deməli digər “ali” xalqlarla bir sıradadayanmaq iddiasında ola bilər. Ona görə ki, Sərhəng Səfaidemişkən,: “dildən danışan adam , sonra da xalqdan ,millətdən danışmalıdır” (52, 381). Dövlətin başçısı Rza şahın,ayaqlarına sarılaraq imdad diləyən Musa kişiyə azərbaycancadanışdığı üçün qəzəblənməsinin səbəbi də budur.Şübhəsiz ki, “Gələcək gün” romanı azərbaycanlıların(yalnız Cənubda yox) milli şüurunun formalaşmasındaəhəmiyyətli rol oynayan bədii nümunələrdəndir. Əsər arayagələndən sonra dünyanın bir çox xalqlarının dillərinə tərcüməolundu. Beləliklə də bu roman vasitəsilə M.İbrahimov dünyayabir daha bəyan etdi ki, azərbaycanlılar bir toplum olaraq təkcəAzərbaycan respublikasında deyil, həm də böyük çoxluqlaİranda – Cənubi Azərbaycanda yaşayırlar və milli istiqlaliyyət,milli azadlıq uğrunda mübarizə aparırlar.336

____________Milli Kitabxana____________Romanın son epizodlarında Firudinin Cənubi Azərbaycanmilli azadlıq hərəkatının rəhbərlərindən biri olan Seyid CəfərPişəvəri ilə görüşündən bəhs edilir. Firudinin CənubiAzərbaycana getmək, xalqın milli azadlığı uğrunda mübarizəaparmaq istəyini S.C.Pişəvəri yüksək qiymətləndirir. Firudinvaxtilə Gülnaza dediyi sözləri daha əzmlə həyata keçirməkqərarındadır : “İnsan öz arzusuna çatmaq üçünvuruşmalıdır , şir kimi vuruşmalıdır” (52, 352).“ABŞERON” . MİLLİ DÜŞÜNCƏ CİZGİLƏRİ.İstehsalat problemləri üzərində qurulan, sovet həyat tərzinitərənnüm edən bu romanda müəllif heç də milli zəmindən uzaqolmamışdır. “İstehsalat” mövzusunun axarında müəllifazərbaycanlı mənəviyyatının yüksəkliyi, Azərbaycanmədəniyyəti, Mirzə Cəlil və Mirzə Ələkbər Sabir kimi xalqınböyük sənətkarları ilə iftixar hissini roman boyu nəzərəçarpdırır. Əsərin baş qəhrəmanı neftçi Tahiri də M.Hüseynsazından ayırmır, onun aşıq mahnılarını səsləndirməsini müsbəthal kimi qabardır, yeri gəldikdə Azərbaycan folklorununşüurlarda iz buraxan məqamlarını da xatırladır.Tahir ilə Lətifənin söhbətindən:“Lətifə hamını siyahıya yazdı:337

____________Milli Kitabxana____________– Sizin adınız nədir? – Tahirdən soruşdu.– Tahir.– Tahir?Qızın sualındakı təəccüb nidası Tahirin də təəccübünə səbəboldu:– Pis addır?– Niyə pis olur? Birisi gün də “Tahir və Zöhrə” filmiolacaq.– Hə, bax, onu görməmişəm. Amma dastanı əzbərdənbilirəm.– Elə dastan var? – deyə Lətifə balaca bir uşaq marağıilə xəbər aldı.– Var. Özü də lap çoxdanın dastanıdır. Mənimrəhmətlik babam danışardı. Azərbaycanda hansı aşıqdansoruşsan əzbər deyər” (43, 30).Tahir ilə Lətifənin ilk görüş gəzintisinə də müəllifAzərbaycan xalqının fəxr etdiyi böyük sənətkarlarımızhaqqında söhbəti gətirir:“Lətifə gur işıqda aydın görünən Nizami muzeyinigöstərdi:– Heç buralara gəlmisənmi? – deyə soruşdu. – şairlərinheykəlinə bax!338

____________Milli Kitabxana____________Tahir muzeyin ikinci mərtəbəsində, Azərbaycanşairlərinin cərgə ilə qoyulmuş heykəllərini bircə dəfəgörmüşdü.– Hayıf ki, Sabirinkini qoymayıblar, – deyə Tahirdüşüncəli bir görkəm aldı.– Çünki onun xüsusi meydançası var, orada da, heykəliqoyulub .– Doğrudur, ancaq dostu dostdan ayırmaq yaxşı deyil.– Sən Sabiri çoxmu sevirsən, Tahir?– Onu sevməyən oxucu varmı? Mənim anam savadsızdır,amma Sabirin çox sözünü əzbər bilir” (43, 253).Müharibənin uzun döyüş yollarını keçib Avropa ölkələriniadlayan, partizan hərəkatının fəal iştirakçısı olan Paşa (ustaRamazanın oğlu) mühazirəsində deyir:“Mən gördüm ki, ən sadə bir azərbaycanlı da tərifliavropalıdan qat-qat üstündür. Yaxşı avropalının gözü isəbizdə, bizim mədəniyyətimizdədir. Mən qərb ölkələrindəyaşayan xalqlara baxanda bizim gənclərə məhəbbətim birəyüz artdı” (43, 233).Nəzərə alaq ki, dövlət mükafatına layiq görülən “Abşeron”romanı da zamanında müxtəlif xalqların dillərinə tərcümə339

____________Milli Kitabxana____________olunmuşdu və azərbaycanlı imicinin təqdimatında belə sözlərdə əhəmiyyət daşıyırdı.“SƏHƏR”. MİLLİLİK MÖVQEYİNDƏNSÖHBƏTLƏR.“Səhər” romanında sosial proseslərin, sinfi şüuruntəşəkkülünün ifadəsi ön plandadır. Müəllif qabarıq verdiyi buamilləri milli gerçəkliklə şərtləndirə bilmişdirmi? Təbii ki,mövzusundan və ideyasından asılı olmayaraq, hər bir bədii əsəraz, yaxud çox dərəcədə milli zəminə söykənir. Bunu “Səhər”romanı haqqında da demək olar. Romanda “milli gerçəklikləşərtlənən spesifik cəhətlərin” kölgədə qalmadığını vurğulayantənqidçi Akif Hüseynov 1983-cü ildə “Müxtəlifliyin birliyi”kitabında yazmışdır: “Milli konkretliyi obrazların xarakterində,ailə-məişət səhnələrində də qismən müşahidə edirik. Xüsusənkənd həyatının təsvirində belə cizgilərə nisbətən çox rastgəlirik. Ancaq o da diqqətdən yayınmır ki, romanda millikolorit güclü deyil, tam halda təhkiyə, obrazların psixologiyası,danışığı, hərəkətləri milli boyaların təravətliyi, millisəciyyəvilik baxımından o qədər də dolğun, zəngin deyil, bu dahəyata nüfuzu zəiflətmişdir” (42, 104).340

____________Milli Kitabxana____________Bü mülahizələrlə həmrəy olduğumuzu bildirərək, birincifəsildəki fikrimizi davam etdirməklə Bayram obrazına nisbətənmilli xarakterin İskəndər kişi, Mahmud, Alı kimi obrazlarda azçoxqabarıq göründüyü qənaətindəyik.Paradoksal bir vəziyyət: M.Hüseyn romanı sinfi-inqilabidüşüncə axarında apararaq, milli düşüncədən “yayınsa”da, əkstərəfin nümayəndələri kimi verdiyi Rəhimbəy, HacıZeynalabdin Tağıyev və Murtuza Muxtarov obrazları istəristəməzmilli düşüncənin təmsilçilərinə çevrilmişlər.Rəhimbəyin Bayrama dediyi sözlərə diqqət yetirək:“ – Al bu pulları. Mən deyənə qulaq as. Rusyətdən gəlibburada qardaşı-qardaşa düşmən edənlərə baxma, oğul,onların axırı yoxdur” (48, 110).Yaxud, Rəhimbəy oğlu Rəşidə deyir:“ – Deyirlər ki, bu yaxınlarda Bakıya bir aləm balşavoygəlib. Dünyanı bir-birinə vuran onlardır” (48, 123).Müəllif Rəhimbəy obrazını bir çox qatı boyalarla“mənfiləşdirə” bilsə də, H.Z.Tağıyev və M.Muxtarovobrazlarında, deyərdik ki, buna bir elə nail ola bilməmişdir(bəlkə də istəməmişdir?). H.Z.Tağıyevlə M.Əzizbəyovunmükalimələrində, deyərdik ki, Hacının sözləri oxucunu bəlkə dəyaxşı mənada düşündürür. Murtuza Muxtarovla görüşdə də341

____________Milli Kitabxana____________həmçinin. Belə görüşlərdə və söhbətlərdə M.Əzizbəyov onlarınmövqelərini və mühakimələrini marksist dünyagörüşü, bolşevikprinsipiallığı baxımında rədd etsə də, oxucunun şüurunda artıq“başqa cür düşünmək” istiqamətində cığırlar açılır.Budur, Muxtarovla Əzizbəyovun söhbətindən bir parça.Muxtarov deyir:“ – Bakının bu dəqiqə əsl sahibi kimdir? Mantaşev,Nobel!.. Bunu siz də bilirsiniz ki, dədə-baba torpağımızdançıxan qızıl onların xəzinəsinə axır. Amma müsəlman millətiboğulur. Axı biz də istəyirik ki, bu bədbəxt millət qəflətyuxusundan oyanıb, adam cərgəsinə qarışsın: oxusun,injener, doktor olsun, daha ömrünü dartayçılıqda çürütməsin.Ancaq sən başlamısan ki, gərək əmimin xirtdəyindən yapışıbcanını alam. Daha orasını fikirləşmirsən ki, aclığa, susuzluğabais o deyil. Niyə Hacı mədənləri buraxıb fabrik açdı? Çünkituzlar onu vurub cərgədən çıxartdılar. Qoymadılar kişiistədiyi qədər dövlətlənə, məktəb aça, teatr tikə, millətinə günağlaya...– Cənab Muxtarov, – Əzizbəyov nəzakətlə müsahibininsözünü kəsdi. – Hacı məktəb də açıb, oğlanları, qızlarıoxutmağa da az pul sərf eləmir.342

____________Milli Kitabxana____________– Atan oldu rəhmətlik. O məktəbdən birini yox, beşiniaçsaydı günah olardı?” (48, 260).Bu deyilənlər həqiqət deyildimi? Mantaşevlər, nobellərAzərbaycanın sərvətlərindən daha çox faydalanmırdılarmı?Muxtarov niyə də milli insan kimi qəbul edilməsin?M.Əzizbəyovun sinfilik anlayışında düşüncələri niyə də özzəhmətləri və bacarıqları sayəsində varidat sahibi olan HacıZeynalabdinin və Murtuza Muxtarovun millət haqqındadüşüncələrini üstələməlidir?M.Əzizbəyovla söhbətində Muxtarovun aşağıdakı sözləridə diqqəti çəkir:“ – ...Siz güclü olmağına güclüsünüz, amma heyf, sədheyf ki, bu gücdən sənin millətinə xeyir əvəzinə ziyan dəyir.Əzizbəyov elə bil tamam biganə və etinasız bir tərzdəsoruşdu:– Necə ziyan?– Bəli, bəli, ziyan dəyir. Siz lap nahaq yerə millətinarasına ikitirəlik salırsınız. Qaşınmayan yerdən qançıxardırsınız. Bəs bundan da böyük ziyan olar? Əgər millətdəbirlik olsaydı, əgər sən də, Nərimanov da rusdan, ermənidənümid gözləməsəydiniz, oturub-durub müsəlmanqardaşlarımızın kölgəsini qılınclamasaydınız, o vaxt bizim də343

____________Milli Kitabxana____________millətimiz ağ günə çıxardı. Neyləyəsən ki, qoşulmusunuzkafirlərə, bizə bir yumruq o vuranda, siz ikisini vurursunuz”(48, 261-262).Belə epizodları axıra qədər izləyirsən və Muxtarovunmillilik mövqeyinə qarşı Əzizbəyovun bolşevik yozumuqoyulsa da, bu, inandırıcı və əsaslı görünmür.1952-ci ildə çap olunan “Səhər” romanında belə məqamlarbir daha Mehdi Hüseyn yaradıcılığının 1930-1955-ci illərmərhələsinə birmənalı yanaşmamaq üçün əsas verir.Yuxarıda təhlilə cəlb etdiyimiz əsərlərlə yanaşı, haqqındabəhs etdiyimiz dövrün digər romanlarında da milli-mənəviideallarla bağlı müəyyən məqamları görmək mümkündür.Məsələn, inqilabi hərəkatın “təşəkkülü”nü tərənnüm edən“Araz” romanında (A.Şaiq) müəllif imperiyanın Azərbaycanxalqına münasibətini belə ifadə edir:“Çar hökumətinə yalnız Azərbaycan nefti lazım idi... Üzdəözünü dost kimi göstərən çar hökuməti gizlində xalqınkökünü qazıyırdı...Çar hökuməti bir zaman bütün Azərbaycanxalqını Sibirə köçürüb yerinə rus mühacirlərini gətirməkistəyirdi. Bu iş baş tutmadığı üçün o indi Azərbaycan xalqınıgöstərdiyimiz yollarla məhv etməyə çalışırdı” (109, 315).344

____________Milli Kitabxana____________Azərbaycan xalqını əzən rejimin nümayəndəsi – həbsxanarəisi Kok razılıqla deyir:“ – Biz ordumuzun qalib süngüləri ilə bu dikbaş xalqlarınməğrur başlarını əyib, torpağına sahib olduq. Onlar bizimpəncəmizdən xilas olmaq üçün min çarə düşünürlər” (109,345).Aşağıdakı parçada isə A.Şaiq Arazın və onun kimilərininqilabi hərəkata qoşulmalarının, bolşevik inqilabçılığının millitəbiətimizə zidd olduğu təsdiq etmirmi?“...təşkilata üzv yazıldığına görə müsəlman fəhlələri vəkənd əhli onu dinsiz, “millət xaini” adlandırıb hörmətdənsalırdılar” (109, 355).345

____________Milli Kitabxana____________N Ə T İ C Ə1930-1950-ci illər (1955-ci ilədək) Azərbaycan romanınınsiyasi-ideoloji proseslər və milli düşüncə kontekstində tədqiqiniaşağıdakı elmi-nəzəri nəticələrlə ümumiləşdirmək olar:1. İyirminci ildən başlayaraq sosializm diktaturası öz“mədəni inqilab” proqramını irəli sürərək həyata keçirməyəbaşladı. Bu proqrama görə sinfi-siyasi münasibətlər ön planaçəkilirdi. Təbii ki, çox keçmədən SSRİ-nin digər respublikalarıkimi Azərbaycan mədəniyyəti də sosialist mədəniyyətinintərkib hissəsinə çevrildi. Siyasi-sinfi münasibətlərin həyatda,gerçəklikdə özünü göstərən pafosu bədii ədəbiyyatda da təzahüretdi. Bu dövr ədəbiyyatının tarixində mürəkkəb, ziddiyyətliməqamlar çoxdur. Aparıcı siyasi-ideoloji təfəkkürdə elə meyllərvə prinsiplər olmuşdur ki, bunlar yaradıcılıq prosesinə,ədəbiyyata münasibətə çox mənfi təsir göstərmişdir. Sosialistmədəniyyəti nəzəriyyəsinin, bunun əsas metodoloji təlimi olansosialist realizmı konsepsiyasının bir çox elə prinsipləri, meyarvə tələbləri var idi ki, bunlar çox vaxt bədii yaradıcılığı dar,məhdud çərçivəyə salırdı. Bu işdə xüsusilə Sov.İKP-ninədəbiyyat və incəsənətə aid qərarlarının, bu qərarlarda işlənibhazırlanmış siyasi-ideoloji təlimlərin rolu daha böyük idi.346

____________Milli Kitabxana____________Həmin qərarlar və onların yaratdığı ədəbi-ideoloji təlimlərnəticəsində sərt və amiranə bir yaradıcılıq mühiti hökm sürürdü.“Sosialist realizmi” ədəbiyyatının təşviqatçılıq vəzifəsi tez-tezdəyişən partiya siyasəti şəraitində tənzimlənirdi, yalnız“marksizm-leninizm” təliminə deyil, həm də partiyarəhbərliyinin cari vəzifələrinə tabe edilirdi. Tədqiqatımız 1930-1950-ci illərin ictimai-siyasi proseslərini, dövrün bədii-estetikmeyarlarını, ədəbiyyat haqqında partiya qərarlarını, sosialistrealizmi konsepsiyasının tələblərini nəzərə almaqla, yeniAzərbaycan romanının ayrı-ayrı nümunələrinə və müəlliflərinədifferensial qaydada yanaşılmasını, hər birinin həm ümumikontekstdə, həm də fərdi xüsusiyyətlərinin elmi-nəzəriqənaətlər əsasında araşdırılmasını vacib hesab edir.2. Azərbaycan romanının 30-cu illər mərhələsi təcrübəliyazıçılar M.S.Ordubadi, Y.V.Çəmənzəminli ilə yanaşı gəncromançılar Mehdi Hüseynin, Süleyman Rəhimovun,Əbülhəsənin, Mir Cəlalın, Əli Vəliyevin, həmçinin 40-cı illərdəMirzə İbrahimovun, Sabit Rəhmanın və digərlərinin adları iləbağlıdır. Onlar ölkədə, ictimai-sosial gerçəklikdə baş verənhadisələri təbii qəbul edirdilər və kommunist ideallarınainanırdılar. Həmin yazıçılar Azərbaycan ədəbiyyatında epikromanın əsasını qoymuşlar. Bir çox romanları geniş epik347

____________Milli Kitabxana____________lövhələr, şaxəli təsvirlər səciyyələndirir. Düzdür, onlar dövrünictimai-siyasi təsirlərinin, ədəbi sxemlərinin dairəsində yazıbyaratmışlar.Sovet hakimiyyəti uğrunda mübarizə, “vətəndaş”müharibəsi, gənc sovet hökumətinin 20-30-cu illərdəkifəaliyyəti, kollektivləşmə, daha sonra ikinci dünya müharibəsi,dinc quruculuq işləri, xalq təsərrüfatının bərpası və s. mövzularAzərbaycan nasirlərinin əsərlərində milli gerçəkliyin və tarixinhadisələri, faktları ilə müşayiət olunmuşdur. Həmin dövrdəvahid SSRİ məkanının hər yerində olduğu kimi Azərbaycannəsri də vahid ölçü – normativ sosialist realizmi ölçüləriətrafında birləşirdi. Bu əsərlərdə psixoloji təhlil lazımıncaolmamış, obrazların daxili aləmi zəif işıqlandırılmışdır. Əsasdiqqət obrazların hərəkət və fəaliyyətinə, xüsusilə inqilab işinəyönəlmişdir. Romanlarda inqilabçıların, sovet hakimiyyətininmöhkəmləndirilməsi uğrunda mübarizə aparanların obrazlarımükəmməl və bitkin olmamış, bədii nümunə səviyyəsinəyüksəlməmişdir. Bununla belə, həmin romanların yaranmasıAzərbaycan ədəbiyyatının mühüm hadisəsi idi. Professor YaşarQarayevin yazdığı kimi, otuzuncu illərin böyük nəsrini vəböyük romanını yaradanlar, “sosialist realizmi” kodeksinəriayət etsələr də, heç də “yuxarıdan” gələn rəsmi diktənin,“ictimai sifariş”in kor və lal icraçıları və ifaçıları deyildilər.348

____________Milli Kitabxana____________Bəlkə, əksinə, epoxa barədə həqiqəti, təfsilatı, hesabatı olduğukimi, özlərinin duya və dərk edə bildikləri kimi görməyə,göstərməyə və bizə çatdırmağa cəhd edən istedadlar vəideoloqlar idilər. Hər halda onların birlikdə qoyub getdikləribədii irs “o dövrün nəsri o dövrü necə təsəvvür və təsviredirdi?” – sualına tam, aydın və dəqiq cavab verir.3. Konfliktlər, bədii üslublar, roman qəhrəmanları birbirindənaz fərqlənsələr də, bədii sənətkarlıq xüsusiyyətləri,yaradıcılıq imkanları ilə seçilən yazıçılar və bədii nümunələr dəvardır. Tədqiqatımızda həmin romanların bədii-estetikkeyfiyyətlərinin elmi-nəzəri təhlilinə yeni ədəbi təfəkkürsəviyyəsində yanaşılmış, siyasi-ideoloji proseslər kontekstində,sosialist realizmi tələbləri çərçivəsində yazsalar da, müəlliflərinfərdi dəst-xətləri, yaradıcılıq imkanları aşkara çıxarılmış vəfərqləndirilmişdir. Özündə bütöv bir tipoloji mərhələni ifadəedən 1930-50-ci illərin Azərbaycan romanından ictimai-siyasiməzmuna üstünlük vermək tələb edilsə də, qırxıncı-əllinciillərdə “konfiliktsizlik” tendensiyası qüvvədə olsa da, canlıbədii xarakterlər yaratmaq sahəsində axtarışlar davametdirilmişdir.Yeri gəlmişkən, tədqiqatda həmin dövrün, yazıçıların, bədiinümunələrin ayrı-ayrı ədəbiyyatşünaslar və tənqidçilər349

____________Milli Kitabxana____________tərəfindən qiymətləndirilməsinə, o dövrün ədəbiyyat tarixinidövrləşdirmənin nəzəri-metodoloji aspektləri ilə bağlımüddəalara münasibət bildiriilmiş, özəl mülahizələr irəlisürülmüş və elmi-nəzəri cəhətdən əsaslandırılmışdır.1930-1950-ci illər Azərbaycan romanının, onun ayrı-ayrınümünələrinin sonrakı mərhələlərdə Azərbaycan ədəbiyyatına,roman janrının inkişafına təsiri məsələləri də monoqrafiyadatəhlil olunur.4. Tədqiqatın elmi yeniliyini şərtləndirən bir çox əsas elminəzəriaraşdırmalar aparılmışdır. O illərin siyasi prinsipləri vəideologiyası ədəbiyyatın əslində canlı insan obrazlarıyaratmasına, bədii əsərlərdə milli düşüncə tərzinin ıfadəolunmasına imkan vermirdi. Bununla belə, 30-50-ci illərədəbiyyatını, həmin dövrdə rejimin bütün sərtliyinə, sosialistrealizmi və inqilabi romantika ehkamlarının mütləqliyinəbaxmayaraq, milli şüurun ınkişafı mərhələsində heç də boşluqkimi qiymətləndirmək düz olmazdı. Sovet yetmiş ilində bütünziddiyyətlərə, mürəkkəbliklərə baxmayaraq, milli düşüncənin,milli hissiyyatın yaşanmasında ədəbiyyatımizın rolu əvəzsizdir.5. Monoqrafiyada milli azadlıq şüurunun formalaşmasınaəhəmiyyətli təsir göstərən bədii nümunələr təhlil edilərkənY.V.Çəmənzəminlinin “İki od arasında” (1936-1937),350

____________Milli Kitabxana____________M.S.Ordubadinin “Dumanlı Təbriz” (1933-1948), “Qılınc vəqələm” (1941-1948), M.İbrahimovun “Gələcək gün” (1948)romanları üzərində xüsusilə dayanılmışdır. “İki od arasında”romanı yazılandan xeyli sonra – 1960-1961-ci illərdə çapolunmuşdur. Lakin otuzuncu illərdə belə bir romanın yazılmasıfaktının özü Azərbaycan ədəbiyyatının uğurudur. Romandamilli şüurun aydın ıfadəsi, Vətən məhəbbəti, xalqa qayğı kimiməziyyətləri görürük. Əsərdə söhbət Qarabağ xanlığından getsədə, oxucunu bütün Azərbaycan haqqinda düşündürür.M.S.Ordubadinin “Qılınc və qələm” romanındamacəraçılıq xətti güclü olsa da, qırxıncı illər dövrü Azərbaycanədəbiyyatında maraqlı və əhəmıyyətli bir hadisə olması, genişoxucu kütləsini öz cazibəsinə, təsir dairəsinə salması şəksizdir.Əsərdə zəngin macəra süjetinin, kəskin saray intriqalarınınfonunda konkret tarixi dövr, tarixi şəxsiyyətlər durur. Bu tarix –Azərbaycan tarixidir, Azərbaycan dövlətçiliyi tarixidir. Buşəxsiyyətlər – azərbaycanlı hökmdarlar, azərbaycanlı qələmsahibləri, azərbaycanlı sərkərdələrdir.M.İbrahimovun “Gələcək gün” romanında hadisələr İranda– Cənubi Azərbaycanda baş verir. Müəllif xalqın demokratıyavə azadlıq əzminin bədii əksini real və canlı həyat materiallarıəsasında, dövrün mürəkkəb və ziddiyyətli siyasi hadisələri351

____________Milli Kitabxana____________kontekstində verə bilmişdir. Romanın baş obrazı Firudinkonkret şəxsin, milli azadlıq uğrunda mübarizə aparanazərbaycanlının prototipidir və yazıçı milli idealların bir çoxçalarlarını onun obrazında ifadə etməyə çalışmışdir.“Studentlər”, “Şamo”, “Bir gəncin manifesti”, “Dirilənadam”, “Açıq kitab” “Dünya qopur”, “Səhər”, “Daşqın” və s.romanlarda da milli-mənəvi idealların ifadəsi məsələləri genişaraşdırılır, elmi-nəzəri mülahizələr əsaslandırılır. Həminromanlarda milli-mənəvi ideallara bu və ya digər dərəcədətoxunan ayrı-ayrı ədəbiyyatşünasların və ədəbi tənqidçilərinmülahizələrinə də münasibət bildirilir. “Studentlər” romanıhaqqında uzun müddət ədəbi tənqiddə özünə yer almış və bəzənhələ də səslənməkdə olan “əsər inqilabi keçmişimizdən bəhsedir, burada inqilabın fütuhatından da danışılır” kimimülahizələr qəbul olunmur və əsaslandırılır ki, müəllifinməqsədi heç də inqilaba qoşulmayanların, tərəddüd edənlərin“faciəsini və səhvlərini əks etdirmək” deyil, həmin illərdəRusiyada və Ukraynada təhsil alan azərbaycanlı tələbələrin özmilli kimliklərini, milli simalarıni, milli mənliklərini təsdiqetmələri üçün fəallaşmaları, öz xalqının taleyi üçünnarahatlıqlarını göstərmək olmuşdur.352

____________Milli Kitabxana____________Kitabda həmçinin təsdiq olunur ki, “Şamo” romanı birbədii əsər kimi milli gerçəkliyin ifadəsi faktıdır, romandasosial-sinfi ümumiləşdirmə milli ümumiləşdirmədən üstün olsada, inqilabdan əvvəlki Azərbaycan mühitinin geniş mənzərəsihəm də milli özünəməxsusluğun qabarıq inikası ilə verilmişdir.“Bir gəncin manifesti” romanında gənc müəllif (M.Cəlal)rejimin diqtə etdiyi mövzuya “sadiq” qalmaqla yanaşı, özünübir azərbaycanlı, milli təəssübkeş, vicdanlı və istedadlı qələmsahibi kimi sübut etmişdir.6. Tədqiqatda istər ayrı-ayrı bədii nümünələr əsasında,istərsə də ümumiləşmə aparılaraq 1930-1950-ci illərAzərbaycan romanında milliliklə sosialist realizmi anlayışındaxəlqiliyin fərqləndirilməsi, milli kolorit, milli özünütəsdiq, millimən, milli ideal və digər milli-mənəvi dəyərlərin həm birbaşa,həm də “alt qatda” ifadəsi məsələləri araşdırılır. Dövrün siyasiideolojitəzyiqi, sosialist realizmi konsepsiyası çərçivəsindəyaransa da, həmin romanlarda milli-mənəvi amillərinistiqamətləri öyrənilib elmi-nəzəri qənaətlər əsasında təsdiqedilir.Belə açıqlamalarda məqsəd həm də həmin dövrAzərbaycan romanında ifadə olunan milli xüsusiyyətlərinmühüm bədii-estetik əhəmiyyətini, elmi-nəzəri mənaya malik353

____________Milli Kitabxana____________olduğunu nəzərə çarpdırmaqdır. Bu romanların, mənsub olduğuxalqın mılli taleyındə fəal rol oynadığı, əlbəttə, danılmazdır.Azərbaycan dilinin inkişaf etdirilməsi və cilalanması,doğma Vətən kimi Azərbaycan torpağının, Azərbaycantəbiətinin özünəməxsus gözəlliklərinin tərənnümü, Azərbaycanməişətinin canlı, koloritli lövhələrinin bədii inikası, bir çoxbədii obrazlar vasitəsi ilə milli xarakterin, mentalitetin müsbətçalarlarının vəsfi, tarixi romanlarda milli düşüncənin genişvüsətlə ifadəsi və milli-mənəvi idealları bir çox məqamlarda“üst qat”da ifadə etmək imkanının yaranması və s. məsələlərayrı-ayrı bədii nümunələr əsasında təhlil olunmuşdur.7. Əlbəttə, sovet siyasi rejimi özünü doğrultmayıb süqutauğrasa da, inkar oluna bilməz ki, həmin yetmiş il tariximizin,taleyimizin, yaşantılarımızın bir parçasıdır və ondan heç cürimtina edə bilmərik. Bununla belə, təbii ki, mənəvi sərvətlərə,ədəbi-bədii irsə, mənəviyyat və əxlaq məsələlərinə millimüstəqillik təfəkkürü səviyyəsində yeni baxişlar yetmiş ilinədəbiyyatına münasibətdə də yeni meyarlar ortaya çıxarır.8. Ədəbiyyatşünaslıqda indi ötən yüzilliyi bütöv, vahidbir ədəbi əsr kimiöyrənmək, onun bədii-fikri təcrübəsini ümumiləşdirmək,tarixini yaratmaq problemi fundamental bir elmi vəzifə kimi354

____________Milli Kitabxana____________qoyulsa da, bu bir həqiqətdir ki, həmin əsrin müxtəlif ədəbitarixidövrləri ilə müqayisədə sovet dövrü ədəbiyyatı zamanetibarilə ən böyük mərhələdir və onun inkişafı bir çoxxüsusiyyətlərı, təşəkkül qanunauyğunluqları iləəlamətdardır.“Buna görə də hər cür əsas vardır ki, sovet dövrüədəbiyyatını, daha dəqiq deyilsə, Azərbaycan sovetədəbiyyatını XX əsr ədəbiyyatımızın yeni, bitkin bir mərhələsikimi səciyyələndirək”(77, 7).Doxsanıncı ıllərin əvvəllərində ayrı-ayrı müəlliflər sovetdövrü ədəbiyyatının qiymətləndirilməsində daha sərt, inkaredicimövqelərini sərgiləsələr, subyektiv mülahizələr irəli sürsələr də,ədəbiyyatşünaslıq elmımız təmkinli, məqsədəmüvafiq, obyektivmövqe tutmaqda yubanmadı.9. Bu gün də sovet dövrü Azərbaycan ədəbiyyatınınqiymətləndirilməsinə ədəbi tənqidin münasibəti birmənalıdeyildir. Yəni 1930-50-ci illərin ədəbi fakturası ilə 1960-80-ciillərin bədii nümunələrinə münasibətlərdə aşkar fərqlər dəözünü göstərir ki, bu da təbiidir. 30-50-ci illər ədəbiyyatınınsosialist realizmi çərçivəsində “çabaladığı” xüsusilə vurğulansada, 60-80-ci illərdə artıq bir çox hallarda bu çərçivədən çıxdığı,ekzistensial düşüncə tərzinin daha çox özünü göstərdiyı etirafolunur.355

____________Milli Kitabxana____________Tədqiqatda belə bir elmi-nəzəri qənaətin üzərindədayanırıq ki, 1930-1950-ci illərin ədəbi nümunələrini və həmindövr yazıçılarını tarixi-ədəbi prosesin ümumi inkişafkontekstindən, real tarixi gerçəklikdən ayırıb, zamanıntələblərini, sənətkarın yaşadığı dövrün ictimai-siyasimənzərəsini, onun boya-başa çatdığı sosial mühitin təsirlərininəzərə almadan təhlil etmək üsulu ilə dəyərləndirmə mümkündeyildir.x x xTədqiqatımız bir daha təsdiq edir ki, 1930-1950-ci illər(1955-ci iədək) romanının üstündən xətt çəkmək, yaxud onuağır ittihamlara məruz qoymaq, sərt ədəbi-siyasi ifadələrlə,müddəalarla damğalamaq mümkün olmayacaqdır. Unutmaqolmaz ki, həmin roman, poema, dram əsəri həmin dövrünməhsuludur, bir neçə nəslin maraqla oxuduğu stolüstükitablardır, dönə-dönə baxdığı tamaşalardır və onların hərbirinin XX əsr Azərbaycan ədəbiyyatında izi vardır, öz dəyərivardır, onların hər biri dövrün ruhunu, mənzərəsini kifayətqədər əks edə bilmişdir.356

____________Milli Kitabxana____________ƏDƏBİYYATAZƏRBAYCAN DİLİNDƏ1. Azərbaycan ədəbiyyatı tarixi. III c. Bakı, AEAnəşriyyatı, 1957, 562 s.2. Azərbaycan sovet ədəbiyyatı tarixi. I c. Bakı, AEAnəşriy., 1967,640 s.3. Azərbaycan sovet ədəbiyyatı. Bakı, “Maarif”nəşriyyatı, 1988, 542 s.4. Axundlu Y. Azərbaycan tarixi romanı: mərhələlər,problemlər. Bakı, “Adiloğlu” nəşriyyatı, 2005, 548 s.5. Anar. Dünya bir pəncərədir. Bakı, “Gənclik”nəşriyyatı, 1986, 536 s.6. Anar. Mehdi Hüseyni düşünərkən. “Ədəbiyyatqəzeti”, 20.03.2009.7. Anar. Böyük ömür yolu və kiçik bir hekayə haqqındaqeydlər. “Ədəbiyyat qəzeti”, 25.04.2008..8. Akimova E. Sovet dövrü Azərbaycan ədəbiyyatıməsələsi çağdaş ədəbi tənqiddə / XX əsr Azərbaycanədəbiyyatı məsələləri. I kitab. Bakı, “Elm” nəşriyyatı,2006, 428 s.357

____________Milli Kitabxana____________9. Alışanlı Şirindil. XX əsr Azərbaycan ədəbiyyatı:tarixi dövrləşdirmənin nəzəri-metodoloji aspektləri. /XX əsr Azərbaycan ədəbiyyatı məsələləri. I kitab,Bakı, “Elm” nəşr. 2006, 428 s.10. Ağayev Ə. Sənətkarlıq məsələləri. Bakı, Azərnəşr,1962, 168 s.11. Belinski V. Seçilmiş əsərləri. Bakı, AEA nəşr. 1948,270 s .12. Cabbarlı C. Əsərləri. III c. Bakı, “Yazıçı” nəşr., 1968,406 s.13. Cəfərov C. Əsərləri. I c. Bakı, Azərnəşr, 1968, 364 s.14. Cəfərov C. Əsərləri. II c. Bakı, Azərnəşr, 1968, 404 s.15. Cəfərov M.C. Sənət yollarında. Bakı, “Gənclik” nəşr.,1975, 367 s.16. Çəmənzəminli Y.V. Əsərləri. II c. Bakı, Avrasiya-Press nəşriyyatı, 2005, 664 s.17. Cəfərov N. Azərbaycanşünaslığa giriş. Bakı, AzAtaMnəşr, 2002.18. Elçin. Tənqid və nəsr. Bakı, “Günəş” nəşriyyatı,1999, 214 s.19. Elçin. Tənqid və ədəbiyyatımızın problemləri.Bakı,“Yazıçı” nəşr., 1987. 406 s.358

____________Milli Kitabxana____________20. Elçin. Ədəbiyyatımızın yaradıcılıq problemləri. Bakı,“Təhsil” nəşr., 1999, 562 s.21. Ədəbiyyatşünaslıqda burjua təmayülləri əleyhinə.Bakı, 1931.22. Ədəbiyyatşünaslığın əsasları. Bakı, Dövlət Tədris-Pedaqoji ədəbiyyat nəşriyyatı, 1963, 216 s.23. “Ədəbiyyat qəzeti”. 13 iyul 2007.24. “Ədəbiyyat qəzeti”. 13 aprel 2007.25. “Ədəbiyyat və incəsənət ” qəzeti., № 47, 1963.26. Əbülhəsən Ə. Seçilmiş əsərləri. I c. Bakı, Azərnəşr,1984, 399 s.27. Əbülhəsən Ə. Yoxuşlar. Bakı, Azərnəşr, 1962, 546 s.28. Əliyev H. Azərbaycan Yazıçılarının X quriltayındanitq. “Xalq qəzeti”, 5 noyabr, 1997.29. Əlioğlu M. Darıxan adamlar. Bakı. “Təhsil” nəşr.,2009, 784 s.30. Əliyeva M. Görkəmli alim və pedaqoq Mir CəlalPaşayevin 100 illiyinə YUNESKO-da həsr olunmuşmərasimdə çıxış. “Ədəbiyyat qəzeti”, 29.11.2008.31. Əlişanoğlu T. Azərbaycan nəsri sosializm realizmiçərçivəsində (kontekst poetikası). Bakı, “”Elm”nəşriyyatı, 1999, 98 s.359

____________Milli Kitabxana____________32. Əlişanoğlu T. XX əsr Azərbaycan nəsrinin poetikası.Bakı, “Elm” nəşr. 2006. 312 səh.33. Ənvəroğlu H. Azərbaycan romanının inkişafproblemləri. Bakı, “Nurlan” nəşr. 2008. 336 səh.34. Ənvəroğlu H. Azərbaycan dramaturgiyası: tarixilikvə müasirlik. . Bakı, “Nurlan” nəşr. 2008. 248 səh.35. Əfəndiyev E. Millilik və ümumbəşərilik. Bakı, BDUnun“Dil və ədəbiyyat” jurnalı, № 4 (22), 1999.36. Əhmədov B. 20-30-cu illər ədəbi tənqidindəmetodoloji dəyərləndirmənin bəzi aspektləri / XX əsrAzərbaycan ədəbiyyatı məsələləri. I k./ Bakı, “Elm”nəşriyyatı, 2006, 428 s.37. Əsgərli Zaman. XX əsr Azərbaycan ədəbiyyatı:qiymətləndirmə və perspektivlər. /XXəsr Azərbaycanədəbiyyatı məsələləri. I k. Bakı, “Elm” nəşr. 2006.s.428.38. Əsədullayev S. Tarix, sənətkar, müasirlik. Bakı,“Gənclik” nəşriyyatı, 1975, 176 s.39. Fikrin karvanı. Bakı, “Yazıçı” nəşriyyatı, 1984, 348 s.40. Hacıyev A. Mirzə İbrahimov. Bakı, “Yazıçı”nəşriyyatı, 1982. 208 s.360

____________Milli Kitabxana____________41. Hüseynov A. Nəsr və zaman. Bakı, “Yazıçı”nəşriyyatı, 1980, 185 s.42. Hüseynov A. Müxtəlifliyin birliyi. Bakı, “Yazıçı”nəşriyyatı, 1983, 214 s.43. Hüseyn M. Seçilmiş əsərləri, II c. Bakı, “Avrasiya-Press” nəşriyyatı, 2005, 312 s.44. Hüseyn M. Seçilmiş əsərləri, III c. Bakı, Azərnəşr,1968, 544 s.45. Hüseyn M. Əsərləri. IX c. Bakı, “Yazıçı” nəşriyyatı,1979, 634 s.46. Hüseyn M. Əsərləri. X c. Bakı, “Yazıçı” nəşriyyatı,1979, 268 s.47. Hüseyn M. Ədəbiyyat və sənət məsələləri. Bakı,Azərnəşr, 1958, 610 s.48. Hüseyn M. Səhər. Bakı, “Gənclik” nəşriyyatı, 1989,618 s.49. Hüseyn M. Ədəbiyyat və həyat. Bakı, “Yazıçı”nəşriyyatı, 1989, 598 s.50. Xəlilov Q. Azərbaycan romanının inkişaf tarixindən.Bakı, “Elm” nəşriyyatı, 1973, 350 s.51. İbrahimov M. Xəlqilik və realizm cəbhəsindən. Bakı,Azərnəşr, 1961,361

____________Milli Kitabxana____________524 s.52. İbrahimov M. “Gələcək gün”. Bakı, “Maarif”nəşriyyatı, 1983, 472 s.53. “İnqilab və mədəniyyət” jurnalı, № 6, 1930.54. ”İnqilab və mədəniyyət” jurnalı, №4, 1949.55. İsmayılov Y. Abdulla Şaiqin həyatı və yaradıcılığı.Bakı, AEA nəşriyyatı, 1962, 210 s.56. İsmayılov Y. Mir Cəlalın yaradıcılığı. Bakı, “Elm”nəşr. 1991, 236 s.57. Köçərli F. Seçilmiş əsərləri, Bakı, 1963.58. Qarayev Y. Realizm: sənət və həqiqiqət. Bakı, “Elm”nəşr. 1980. 256 s.59. Qarayev Y. Tarix: yaxından və uzaqdan. Bakı,“Sabah” nəşriy, 1996, 712 s.60. Qasımzadə Q. Ədəbiyyatda millilik vəbeynəlmiləllik. Bakı, “Elm” nəşriyyatı, 1982, 274 s.61. Qorki M. Ədəbiyyat haqqında. Bakı, Uşaqgəncnəşr,1950, 152 s.62. Qorki M. Məqalələr məcmuəsi. Bakı, Azərnəşr, 1968,332 s.63. Qazıyev M. Məşədi Əzizbəyov. Həyat və fəaliyyəti.Bakı, 1976, 128 s.362

____________Milli Kitabxana____________64. Lenin V. Ədəbiyyat haqqında. Bakı, Azərnəşr, 1970,368 s.65. Lenin V. Əsərləri. 42–ci cild. Bakı, Azərnəşr, 1983,658 s.66. Məmməd Arif. Seçilmiş əsərləri, I c. Bakı, AEAnəşriyyatı, 1967, 618 s.67. Məmmədov S. Azərbaycan tarixi. Bakı.“Çaşıoğlu”nəşriyyatı,2007, 392 s.68. Mir Cəlal. Dirilən adam (roman və hekayələr). Bakı,“Yazıçı” nəşriyyatı, 1978, 414 s.69. Mir Cəlal. Bir gəncin manifesti. Bakı, “Yazıçı”nəşriyyatı, 1984, 223 s.70. Mir Cəlal. Seçilmiş əsərləri, II c. Bakı, Azərnəşr,1987, 456 s.71. Mir Cəlal. Klassiklər və müasirlər. Bakı, Azərnəşr,1973. 296 s.72. Mir Cəlal. Seçilmiş əsərləri. Bakı, 2009.73. Müasir Azərbaycan ədəbiyyatı. I c. Bakı, BDUnəşriyyatı, 2007, 504 s.74. Nazim Əli. Seçilmiş əsərləri. Bakı, “Elm” nəşriyyatı,1979, 374 s363

____________Milli Kitabxana____________75. Nəbiyev B. Roman və müasir qəhrəman. Bakı,Azərnəşr, 1987, 296 s.76 Nəbiyev B. Ölümsüzlüyün sirri. Bakı, “Sabah”nəşriyyatı, 1994, 192 s.77. Nəbiyev B., Salmanov Şamil. Əsrin ədəbiyyatı. / XXəsr Azərbaycan ədəbiyyatı məsələləri. I k. Bakı, “Elm”nəşriyyatı. 2006. 428 səh.78. Nəbioğlu V. Yalanlar, həqiqətlər. “Azərbaycan”jurnalı, № 3, 1991.79.N.Nərimanov. Seçilmiş əsərləri. Bakı, Azərnəşr, 1985.80. Nərimanov N. Seçilmiş əsərləri. Bakı, 2004, 469 s.81. Nikitina İ. Postmodernist sənət. “ Azərbaycan”jurnalı, № 4, 2009.82. Ordubadi M. Dumanlı Təbriz. I k. Bakı, “Yazıçı”nəşriyyatı, 1985, 374 s.83. Ordubadi M. Dumanlı Təbriz. II k. Bakı, “Yazıçı”nəşr., 1985, 730 s.84. Ordubadi M. Qılınc və qələm. I h., Bakı, “Şərq-Qərb”nəşr., 2005, 344 s.85. Ordubadi M. Qılınc və qələm. II h., Bakı, “Şərq-Qərb” nəşr., 2005, 416 s.364

____________Milli Kitabxana____________86. Paşayeva N. İnsan bədii tədqiq obyekti kimi. Bakı,“XXI” – Yeni Nəşrlər Evi. 2003. 256 səh.87. Paşayeva N. Yazıçı və zaman. “Ədəbiyyat qəzeti”,13.02.2009.88. Rəhimov S. Şamo. Bakı, Azərnəşr, 1958, 648 s.89. Rəhimov S. Şamo. Bakı, Azərnəşr, 1931, 118 s.90. Rəhimov S. Seçilmiş əsərləri. I c. Bakı, Azərnəşr,1958, 586 s.91. Rəhimov S. Seçilmiş əsərləri. II c. Bakı, Azərnəşr,1958, 358 s.92. Rəhimov S. Seçilmiş əsərləri. III c. Bakı, 1958, 414 s.93. Rəhman. S. Nina. Bakı, Azərnəşr, 1967, 371 s.94. Rəsulzadə M.Ə. Əsrimizin Siyavuşu. Bakı,“Gənclik” nəşriyyatı, 1991, 110 s.95. Rəsul Rza. Milli şüur və milli iftixar. “Azərbaycan”jurnalı (ərəb əlifbası ilə), 1945, № 3-4 (Bax:“Ekspress” qəzeti, 30 iyul 1999. Bax: 96).96. Rzayev Y. Bədii söz və milli azadlıq şüuru. Bakı,“Nurlan” nəşriyyatı, 2007, 150 s.97. Rzayev Y. 1920-1950-Li yıllar Azerbaycanedebiyyatında milli-manevi idealler hakim ideolojinin365

____________Milli Kitabxana____________girdabında. “Turan” (Strateji Araşdırmalar Merkezi)jurnalı. Konya, Türkiyə 2009, № 2.98. Salamoğlu T. Müasir Azərbaycan romanı: janrtəkamülü (XX əsrin 80-ci illəri ). Bakı, Nafta-press,2007, 280 s.99. Salamoğlu T. Ən yeni Azərbaycan ədəbiyyatıməsələləri. Bakı, “Səda” nəşriyyatı. 2009, 480 s.100. Salamoğlu T. Tarixi və çağdaş ədəbi prosesə dairarağdırmalar. Bakı, “E.L.” Nəşriyyat-PoliqrafiyaŞirkəti MMC. 2009, 216 s.101. Sosialist realizmi müasir mərhələdə. Bakı, “Elm”nəşriyyatı, 1988, 386 s.102. Salmanov Ş. Tənqidi fikir yüksəkliyindən. / XX əsrAzərbaycanədəbiyyatı məsələləri. I k. Bakı, “Elm” nəşriyyatı,2006. 428 s.103. Seyidov Y. Mehdi Hüseyn. Bakı, “Yazıçı” nəşr.,1979, 292 s.104. Seyidov Y. Süleyman Rəhimov. Bakı,Azərnəşr,1971, 202 s..105. Seyidov Y. Süleyman Rəhimovun romanları. Bakı,“Elm”, 1975, 202 s.366

____________Milli Kitabxana____________106. Şəmsizadə N. Seçilmiş əsərləri. I cild, “Elm”nəşriyyatı. 2008, 560 s.107. Süleymenov O. Əlifbanın bütün hərfləri.“Azərbaycan” jurnalı. №8, 1989.108. Vəzirova F. Məmməd Səid Ordubadi. Bakı, “Elm”nəşriyyatı, 1972, 42 s.109. Şaiq A. Seçilmiş əsərləri. I c. Bakı, Avrasiya-Pressnəşriyyatı, 2005, 496 s.110. Vurğun S. Böyük sənət uğrunda. Bakı, “Gənclik”nəşr. 1970, 191 s.111. Vurğun S. Əsərləri. V c. Bakı, “Elm” nəşriyyatı,1972, 426 s.112. Vurğun S. Əsərləri. VI c. Bakı, “Elm” nəşriyyatı,1972, 461 s.113. Yaradıcılıq metodu məsələləri. Bakı, “Elm”nəşriyyatı, 1989, 152 s.114. Yusifli V. Azərbaycan romanı: dünən, bu gün.“Azərbaycan” jurnalı, № 12, 1987.115. Yusifli V. Azərbaycan romanı XX əsrdə. / XX əsrAzərbaycan ədəbiyyatı məsələləri. I k. Bakı, “Elm”nəşr. 2006, 428 s.367

____________Milli Kitabxana____________116. Yusifli V. Mir Cəlal həqiqətləri. http. / wwwmeqale. tit. az. / mircelal. php.117. Yusifli V., Yusifli C. Bu nə sehrdir belə. Bakı,“Elm” nəşr. 1999,258 s.118. Yusifli V. Mehdi Hüseyn – tənqidçi. “Azərbaycan”jurnalı, №3, 2009.119. Zeynallı H. Seçilmiş əsərləri. Bakı, “Yazıçı”nəşriyyatı, 1983, 319 s.120. Zöhrabbəyov A. Odlu diyar. Bakı, “Yazıçı”nəşriyyatı, 1978, 224 s.RUS DİLİNDƏ121. Алиев Х. Современный азербайджанскийроман. Баку, изд-во «Язычы», 1978, 150 с.122. Асадуллаев С. Заметки о романе. Баку, изд-во«Гянджлик», 1970, 156 c.123. Асадуллаев С. Эстетический идеал исоциальная активность писателя. Баку, изд-во«Язычы», 1982, 306 с.368

____________Milli Kitabxana____________124. Бахтин М.М. Вопросы литературы и эстетики.Москва, изд-во «Художественная литература»,1975, 504 с.125. Бахтин М.М. Литературно - критическиестатьи. Москва, изд-во «Художественнаялитература», 1986, 541 с.126. Белинский В.Г. Собрание сочинений. Т.5.Москва, 1954, 852 с.127. Бердяев Н. Судьба России. «Литературнаягазета», 29.08.1990.128. Бердяев Н. Народническое и национальноесознание. «Русская мысль», июль – август 1917 г.Hittp: //www.magister. msk.ru / zibrary / philos/berdyayev/ berdn 042. htm.129. Веселовский А.Н.Историческая поэтика.Москва. Высшая школа, 1989, 404 с.130. Виноградов В.В. Сюжет и стиль. Москва. 1963,191 c.131. «Вопросы литературы». Журнал. Апрель 1991,май 1991.132. Герой современной литературы. Москва –Ленинград, 1963, 400 с.369

____________Milli Kitabxana____________133. Горяева Т. Главлит и литература в период«литературно – политического брожения вСоветском Союзе». М. Журнал «Вопросылитературы». 1998, № 5.134. «Дружба народов». Журнал. М. 1957, № 12.135. Варфоломеев И.Т. Типологические основыжанров исторической романистики, Москва,1979, 168 с.136. Затонский Д. Искусство романа и ХХ век.Москва, 1973, 535 с.137. Кондаков И. Адова пасть. М. Журнал «Вопросылитературы», 2002, № 1.138. Кондаков И. Где ангелы реют (Русскаялитературы ХХ века как единый текст). М.Журнал «Вопросы литературы», 2000, № 5.139. Кожинов В.В. Роман – эпос нового времени(Bax: Теория литературы, Москва, 1964).140. Кожинов В.В. Происхождение романа. Москва,1963, 439 с.141. Кедрина З. На пути к эпопее.М. Журн. «Новыймир», 1951, № 3.370

____________Milli Kitabxana____________142. Киреева А.Ф. Литературные группировки 20-ых годов и пролеткульт / из истории советскойлитературы 20-ых годов. Иваново, 1963.143. Кон И. Национальный характер – МИФ, илиреалность? М. Журнал «Иностраннаялитература». 1968, № 9.144. Культура и власть. 1953-1957 гг./ Альманах«Россия. ХХ век». Вступительная статьяМ.Ю.Прозуменщикова.http//alexsanderyakovlev.org/almanah/inside/almanahintro/55380145. Лихачев Д.С. Строение литературы. «Русскаялитература», 1986, № 3.146. «Литературный Азербайджан», журнал, № 3,1960.147. Литературоведение как проблема. М. Изд.-во«Наследие», 2001.148. Ломидзе Г. Единство и многообразие. М. Изд.-во «Советскийписатель», 1957, 290 с.149. Максименков Л. Очерки номенклатурнойистории советской литературы (1932-1946). М.371

____________Milli Kitabxana____________Журнал «Вопросы литературы», № 4-5 (2003), №3 (2004).150. Многонациональный советский роман. М. Изд.-во «Мысль», 1966, 308 с.151. Мотылева Т. Роман – свободная форма.Москва, «Советский писатель», 1982, 398 с.152. Нариманов Н. Избранные произведения, II т.Баку, 1989, 768 с.153. «Октябрь». Журнал. М. 1953, № 2.154. Паньков Н. М.М.Бахтин и теория романа.Москва, журн. «Вопросы литературы», № 3,2007.155. Первый всесоюзный сьезд советских писателей.Стенографический отчет. Москва, «Советскийписатель», 1990,714 с.156. Политика Сталина в области литературы.http://tyrant.ru/referati_ stalin/politika_literatyra.php.157.Пушкин А.С. Полное собрание сочинений. VII т.Москва, 1958.372

____________Milli Kitabxana____________158.Роман, человек, общество (На встрече писателейЕвропы в Ленинграде ). М. Журнал «Иностраннаялитература», № 11, 1963, с.204-246.159. Рзаев Я. Пять исторических романов вАзербайджанской литературе 1930-1940 гг. Журнал«Современные гуманитарные исследования», М.изд-во «Компания Спутник+ », № 6 (31), 2009.160. Теоретико-литературные итоги ХХ века. 1 т.Москва, «Наука», 2003.161. Толстой А. Полное собрание сочинений. I т.Москва, 1951, 676 с.162. Тимофеев Л. Основы теории литературы,Москва,Учпедгиз, 1940.163. Фокс Р. Роман и народ. Ленинград. 1960, 247 с.164. Человек – искусство – общество. Москва, 2005.165. Чернышевский Н.Г. Полное собраниесочинений. 12-й т. Москва, 1949.373

____________Milli Kitabxana____________MündəricatÖn söz --------------------------------------------------------------- 3GİRİŞ --------------------------------------------------------------- 6I FƏSİL. SİYASİ-İDEOLOJİ PROSESLƏR VƏROMAN ---------------------------------------------------------- 13I I FƏSİL. AZƏRBAYCAN ROMANI VƏMİLLİDÜŞÜNCƏ ------------------------------------------------------ 202NƏTİCƏ -------------------------------------------------------- 346ƏDƏBİYYAT ------------------------------------------------- 357374

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!