13.07.2015 Views

EKOLOJİ LÜĞƏT

EKOLOJİ LÜĞƏT

EKOLOJİ LÜĞƏT

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────arasındakı qarşılıqlı təsir və əlaqənin xüsusiyyətləri və onun yaranmasəbəbləri, morfoloji vahidlərinin məkanca uyğunluğu, onlarındinamikliyi və zamanca inkişafı ilə müəyyən olunur. Süxur, su, buz, qar,torpaq, hava kütlələri, bitki və heyvanlar C.l.-ın komponentləridir.Komponentlərin landşaftdaxili əlaqəsi maddələr və enerji mübadiləsi iləhəyata keçirilir. Azərbaycan Respublikasında yarımsəhra, dağ-çöl, dağmeşə,dağ-çəmən landşaftları daha geniş yer tutur. C.l.-ların tədqiqi vəonların xəritələşdirilməsinin təbiəti mühafizə və ondan səmərəli istifadəməsələlərinin öyrənilməsi və həllində mühüm elmi və təcrübəviəhəmiyyəti var.COĞRAFİ MÜHİT – cəmiyyətin mövcudluğu üçün daimi və zərurişərait sayılan insanı əhatə edən yerin təbiəti. Cəmiyyətin inkişafında vəcəmiyyətlə təbiətin qarşılıqlı əlaqənin öyrənilməsində C.m.-in rolununmüəyyənləşdirilməsi nəzəri və praktiki əhəmiyyət kəsb edir. C.m.insanın əmək fəaliyyəti sahəsidir. Lakin insanın düşünülməmişfəaliyyəti təbii sərvətlərin tükənməsinə, ətraf mühitin çirklənməsinəsəbəb olur, bu isə təbiətdə özünü tənzimləmə mexanizminə böyük təsirgöstərir. Odur ki, bəşəriyyətin qarşısında təbii resurslardan səmərəliistifadə etmək və ətraf mühiti qoruyub saxlamaq problemi günü-gündənkəskin şəkildə durur.COĞRAFİ ÖRTÜK (TƏBƏQƏ), landşaft örtüyü, epigeosfer –litosfer, hidrosfer, atmosfer və biosferin bir-birilə qarşılıqlı təmasda olanYer təbəqəsi. Mürəkkəb tərkibi və quruluşu ilə xarakterizə olunur.Bütünlüklə biosfer və hidrosferi, litosferin hipergenez sahəsini,atmosferin isə stratopauza təbəqəsinə qədərki hissəsini əhatə edir. Maks.qalınlığı təqr. 40 km-dir. C.ö. fiziki coğrafiyanın tədqiqat obyektidir.“C.ö” terminini ilk dəfə 1932-ci ildə A.A.Qriqoryev işlətmişdir.COĞRAFİ POPULYASİYA – coğrafi cəhətdən eyni yaşamaşəraitində yayılaraq, digər coğrafi şəraitdə məskunlaşan C.p.-dan fərqlimorfoloji tip yaradan bir növün fərdlər qrupu.COĞRAFİ PROQNOZ – təbii coğrafi sistemin gələcəyi, onlarınilkin xassələri və müxtəlif dəyişilmə vəziyyətləri, o cümlədən insanınmüəyyən məqsədli və ya qərəzsiz fəaliyyətinin nəticələri haqqındaməlumatların elmi cəhətdən tədqiqi və təhlili.COĞRAFİ YARIMZONA – coğrafi zonanın tərkibinə daxil olanyer səthinin zonal fiziki-coğrafi bölgüsünün pillələrindən biri. Bu və yadigər landşaft tipinin üstünlük edən landşaftına görə ayrılır.COĞRAFİ ZONA, TƏBİİ ZONA – regional landşaft vahidi olubxüsusi iqlim tipinə, spesifik bitki örtüyü, heyvanat aləminə malik olangeniş ərazi. C.z. yer səthinin üfiqi-zonallıq üzrə fiziki-coğrafi79

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!