13.07.2015 Views

EKOLOJİ LÜĞƏT

EKOLOJİ LÜĞƏT

EKOLOJİ LÜĞƏT

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────zolaqlar arasındakı məsafə 20-100 m götürülür. Əkin istiqamətində hər10-15 m-dən bir daha sıx səpin aparmaqla da (3,5 m enində) B.z.yaratmaq olar.BUFER ZONASI (qoruyan zona) – qorunan təbii ərazilərin (qoruq,milli park və s.) ətrafında müəyyən sahədə (B.z) təsərrüfat fəaliyyətiməhdudlaşdırılır. B.z. saxlamaqda məqsəd əsas qorunan ərazininmühafizəsini möhkəmləndirmək və ekoloji tarazlığının sabitliyinisaxlamaqdır.BUFERLİK QABİLİYYƏTİ – mühitin öz parametrlərinindəyişməsinin qarşısını almaq xüsusiyyəti.BUXARLANMA – maddənin maye və bərk haldan qaz halınakeçməsi prosesi, bitkinin transpirasiyası, heyvanat aləminin tərləməsi,onların tənəffüsü, həmçinin torpaq səthindən buxarlanma nəticəsindərütubətin atmosferə keçməsi. Adətən buxarlanma dedikdə suyun buxaraçevrilməsi başa düşülür. Temperatur yüksəldikcə buxarlanma artır.Torpaq səthindən suyun buxarlanması meteoroloji şəraitdən, torpağınnəmliyindən, mexaniki tərkibindən, bitki örtüyünün sıxlığından asılıdır.Buxarlanmadan aqrotexniki üsulların hazırlanmasında, suvarma vaxtıvə normasının təyin edilməsində, kənd təsərrüfatı bitkiləri çeşidlərininquraqlığa davamlığına görə rayonlaşdırılmasında istifadə olunur.BUXARLANMA DƏRƏCƏSİ – hər hansı bir regionda potensialbuxarlanmanın göstəricisi, su səthindən və ya izafi rütubətlənmiştorpaqdan xüsusi buxarlandırıcı cihazla ölçülür.BULAQ – yeraltı suyun təbii surətdə yer səthinə çıxmasıdır.Temperaturu 20°-yə qədər olan B. soyuq B-lar hesab olunur, 20-37°olan subtermal B-lar, 37-42° olan termal B.-lar, 42°-dən yuxarı olan isəisti B-lar adlanır. Suyunun tərkibində xeyli həll olunmuş kimyəvielementlər və qazlar olan B-a mineral B.-lar deyilir. B-ın əhalinin vəsənayenin su ilə təmin olunmasında, habelə suvarmada böyükəhəmiyyəti var. Bəzi çaylar B-lardan qidalanır.BULUD – atmosferdə üzən su buxarı kondensasiyası məhsulununtoplantısı. B. diametri bir neçə mikron olan su damcılarından, buzkristalcıqlarından və ya bunların qatışığından əmələ gəlir. B. başlıcaolaraq troposferdə toplanır. B.-u təşkil edən elementlər iriləşdikcəağırlaşır və yağıntı əmələ gəlir.75

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!