13.07.2015 Views

EKOLOJİ LÜĞƏT

EKOLOJİ LÜĞƏT

EKOLOJİ LÜĞƏT

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────bir sinfi. Toxumunda bir ləpənin olması ilə xarakterizə edilir. 65 mindənartıq növü məlumdur. Keçmiş SSRİ-də 2600-dən çox növü yayılmışdır.Əksəriyyəti ot bitkiləridir. Subtropik və tropik ölkələrdə ağacformalarına da təsadüf edilir. Ərzaq (buğda, çovdar, çəltik, qırtıc və s.)dekorativ (zanbaq, sünbülçiçək və s.), lifli, dərman və s. bitkilərinəksəriyyəti birləpəlidir.BİSSİNOZ – pambıq tozu ilə uzun müddət nəfəs aldıqda insanın ağciyər xəstəliyinə tutulması.BİTKİ ANATOMİYASI – botanikanın bitki orqan vətoxumalarının daxili quruluşunu öyrənən elm bölməsi.BİTKİ BAKTERİOZLARI – bakteriyaların törətdiyi bitkixəstəlikləri. B.b-nın törədiciləri bitkiyə zədələnmiş yerlərdən, yarpaqağızcıqlarından, çiçək nektarisindən və b. məsamələrdən keçir. Onlarxəstə toxum və bitki qalığı, habelə həşərat, molyusk, nematod və s. iləətrafa yayılır. B.b. pambıq, pomidor, kələm, kartof, alma, armud, qoz,fındıq və s. bitkilərə böyük zərər vurur.BİTKİ COĞRAFİYASI (FİTOCOĞRAFİYA) – yer səthində bitkinövləri və onların digər taksonomik kateqoriyalarının yayılmasıqanunauyğunluqlarını öyrənən elmi sahə. Floristik, ekoloji və tarixi B.c.sahələrinə bölünür.BİTKİ DOMİNANTLARI – bitki qruplaşmalarında(fitosenozlarda) və ya biosenozların əsas qatlarında üstünlük, yənidominantlıq edən bitki növləri. Aşağı qatlarda üstünlük təşkil edənnövlər subdominantlar, əsas qatda (üst yarusda) nisbətən üstünlük təşkiledən növlər isə kondominantlar adlanır. Bir çox bitki qruplaşmalarında(o cümlədən meşədə) əsas yarusda mütləq üstünlük təşkil edəndominantı ayırmaq çətin olur. Belə fitosenozlar polidominant fitosenozadlanır. Bir növ üstünlük təşkil edən isə monodominant fitosenozadlanır. Fitosenozların təsnifatı dominantlara görə verilir.BİTKİ FORMASİYASI – Eyni bitki növündən təşkil olunmuşhakim yarusdakı assosiasiyların məcmusu. B.f.-na genetik və ekolojicəhətdən müxtəlif assosiasiyalar daxil ola bilər.BİTKİ GENEFONDUNUN QORUNMASI – bitkininnövmüxtəlifliyini saxlamaq üzrə təbdirlər kompleksi. B.g.q. üçünqoruqlar, təbii parklar, botaniki və kompleks yasaqlıqlar, rezervatlar və64

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!