13.07.2015 Views

EKOLOJİ LÜĞƏT

EKOLOJİ LÜĞƏT

EKOLOJİ LÜĞƏT

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────ZOOLOGİYA (yun. zoon - heyvan, canlı) – Heyvanlar haqqındaelm; biologiyanın bir sahəsi. Heyvanlar aləminin müxtəlifliyini, onlarınquruluşunu və həyat fəaliyyətini, yayılmasını, xarici mühitlə əlaqəsini,fərdi və tarixi inkişaf qanunauyğunluqlarını öyrənir. Z. insanlarıntəsərrüfat fəaliyyəti, Yer üzərində heyvanların qorunması vəmənimsənilməsi ilə sıx əlaqədardır. Z. tədqiqat vəzifələrinə görə bir sıraəsas fənlərə bölünür: heyvan sistematikası, heyvan morfologiyası,heyvan embriologiyası, heyvan ekologiyası.ZOOLOGİYA BAĞI – vəhşi heyvanların kolleksiyası; nadir vəməhv olmaq təhlükəsi olan heyvanların genefondunu göstərmək,öyrənmək, qorumaq və artırmaq məqsədilə yaradılır.ZOOLOGİYA MUZEYİ – heyvan kolleksiyalarının (fiksəedicimayelərdə, qurudulmuş və ya xüsusi preparat halında saxlananheyvanlar, bunların müqavvaları, skeletləri, dəriləri, eləcə də buynuz,sümük və çanaqdan düzəldilən məmulatlar) saxlandığı elmi və mədənimaarifmüəssisəsi. Bakıda Z.m. Azərbaycan MEA Zoologiyainstitutunda yaradılmışdır (1971). Xaricdə ən böyük Z.m. Nyu-Yorkda.Vaşinqtonda, Parisdə, Londonda, San-Peterburqda, Moskvada vəKiyevdədir.ZOOLOGİYA PARKI – vəhşi heyvanları nümayiş etdirmək,öyrənmək və artırmaq məqsədilə onları bağlı və yarımbağlı şəraitdəsaxlayan elmi-maarif müəssisəsi. Z.p. Zoologiya bağından, adətən,ərazisinin böyüklüyü və heyvan kolleksiyasının müxtəlifliyi iləfərqlənir. Z.p. təbiətə və onun nemətlərinə məhəbbət aşılayan, nadir vənəsli kəsilməkdə olan vəhşi heyvan növlərinin genetik fondunu saxlayanvə təbiətin mühafizə ideyalarını təbliğ edən mərkəzdir. Tarixən Z.p.-ndan qabaq heyvanxanalar yaranmışdır. Eramızdan 1500 il əvvəlMisirdə Z.p. olmuşdur. Avropada ilk Z.p. Venada (1752), Madriddə(1774), Parisdə (1793) meydana gəlmişdir. Bakıda Z.p. 1945-ci ildəyaradılmışdır.ZOOLOJİ XƏRİTƏLƏR – müxtəlif heyvan qruplarınınyerləşməsini, miqrasiyasını və coğrafi mühitlə əlaqəsini əks etdirənzoocoğrafi xəritələr.ZOOMEŞƏMELİORASİYA – heyvandarlığı yem bazası ilə təminetmək məqsədilə quru bozqır, yarımsəhra və səhra rayonlarında508

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!