13.07.2015 Views

EKOLOJİ LÜĞƏT

EKOLOJİ LÜĞƏT

EKOLOJİ LÜĞƏT

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────torpağın mühafizəsi ilə əlaqədar dövlət orqanları qərarlarının yerinəyetirilməsindən ibarət dövlət tədbirləri sistemi. Y.q. torpaqdan düzgünistifadə olunmasına nəzarət edir. Y.q. iki əsas növə – təsərrüfatlararasıvə təsərrüfat daxili Y.q.-na ayrılır. Təsərrüfatlararası Y.q. torpaqdandüzgün istifadə olunmasına nəzarət edir: rayonun planlaşdırılması sxemiəsasında istifadə ediləcək torpaq sərhədinin dəqiqləşdirilməsi vədəyişdirilməsi; kənd təsərrüfatında yeni torpaqların aşkara çıxarılmasıvə istifadəsi; torpaq sahələrinin ayrılması; şəhər, qəsəbə və əhaliyaşayan perspektiv kənd sərhədlərinin müəyyən edilməsi və s. iləəlaqədar tətbiq edilir. Təsərrüfatdaxili Y.q.-na kənd təsərrüfatıəkinlərinin və növbəli əkinin təşkili, bağ və üzümlük, otlaq və biçənəksahələrinin təşkili daxildir.YER SƏTHİNİN ANTROPOGEN ÇÖKMƏSİ – əsasən düzəndəniz kənarı ərazidə insan fəaliyyəti nəticəsində baş verərək ətrafmühitin pozulmasına səbəb olur. Y.s.a.ç.-nin əsas səbəbləri: faydalıqazıntıların çıxarılması, torpağın drenajı və meliorasiyası, müxtəliftikililərin və mühəndis qurğularının şaquli istiqamətdə təzyiqi, müxtəlifməqsədlər üçün yeraltı suların çıxarılması, neft və təbii qazın istehsalıvə s.YER SƏTHİNİN İSTİLİK BALANSI – Yer səthinə gələn vəoradan çıxan istilik axınının cəbri cəmi. Bu düsturla ifadə olunur:R+P+LE+V=0Burada: R – yer səthinin radiasiya balansı: P – yer səthi ilə atmosferarasında turbulent istilik axını: LE – buxarlamaya sərf olunan istilik: V– yer səthindən torpağa və ya suya daxil olan və geri qayıdan istilikaxını. Y.s.i.b.-nın məlumatları iqlim dəyişməsi, coğrafi zonallıq,orqanizmlərin termik rejiminin öyrənilməsində böyük rol oynayır.YERALTI SULAR – Yer qabığının üst hissələrindəki süxurqatlarında (12-16 km dərinliyədək) maye, sülb və ya buxar halında olansular; su saxlayan süxur xüsusiyyətindən asılı olaraq məsamə, çat vəkaret sularına bölünür. Y.s. təzyiqsiz qrunt suları və təzyiqli arteziansularına ayrılır. Y.s.-n tərkibi 60-dan çox kimyəvi elementlə (ən çox Cl,S, C, Si, N, O, H, K, Na, Mg Ca, Fe, Al və s.) doymuş olur. Y.s.495

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!