13.07.2015 Views

EKOLOJİ LÜĞƏT

EKOLOJİ LÜĞƏT

EKOLOJİ LÜĞƏT

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────olaraq səpilən ili məhsul verən birillik kənd təsərrüfatı bitkiləri. Dənli,paxlalı, texniki bitkilərin bəzisi, tərəvəz, bostan və yem bitkilərinin birçoxu Y.b.-ə aiddir.YELPİKBIĞLI BÖCƏKLƏR (Rhipiphoridae) – həşəratlarfəsiləsi. 100-dən çox növü məlumdur. Azərbaycanda 6 növü var. Genişyayılmışdır. Cinsindən asılı olaraq Y.b. ailə ilə yaşayan itarılarısürfəsində, tək yaşayan arıların və tarakanların bədənində parazitlik edir.YELPİKQANADLILAR (Strepsiptera) – həşəratlar dəstəsi.Böcəklərə oxşayır. Y. arıların, taxtabitilərin və cırcıramaların daxiliparazitidir. 170-dən çox növü var.YEM BİTKİLƏRİ – becərilən yem bitkiləri-kənd təsərrüfatıheyvanlarının yemləndirilməsi üçün becərilən birillik, ikiillik və çoxillikbitkilər, siloslu və dənli Y.b. aiddir. Azərbaycan respublikasında birillikvə çoxillik yem otları, şalğam, yemlik, yerkökü, yem çuğunduru,turneps, kartof (yemlik sortları), yerarmudu, yemlik qarpız və qabaq,qarğıdalı, günəbaxan, yem kələmi və s. becərilir. Yaşıl yem üçün dənlipaxlalı(noxud, soya, mərci) və dənli yemlər (çovdar, vələmir, arpa,darı) bitkilər, dənli yemlər almaq üçün çölnoxudu, at paxlası, noxud,vələmir, arpa, qarğıdalı, darı, kalış və s. bitkilərdən istifadə olunur.YEM ƏMSALI – istifadə olunan yem kütləsinin, yemi istifadəedənin çəkisinin artımına nisbəti (onların kimyəvi tərkibindən asılıolmayaraq). Y.ə. sənaye heyvanlarının inkişafı üçün yem resurslarınıneffektivliyini göstərir.YEM NORMASI – Heyvanların sağlam saxlanmasını və yüksəkməhsuldarlığını təmin etmək üçün zəruri qidalı maddələrin miqdarı.Yemləmə məhsuldarlıqdan (südlük, ətlik, yunluq, yumurtalıq),məhsulun tərkibindən (südün yağlılığı) fizioloji vəziyyətdən (böyümə,dölün inkişafı və s.) asılı olaraq normaya salınır. Müasir Y.n.-naheyvanların qidalı maddələrə, yem vahidi ilə ifadə edilən və kalsiuma,fosfora, proteinə, karotinə olan ümumi tələbatı daxildir. Heyvanın hərnövünə vitamin və mikroelementlərin, donuzlar və quşlar üçünaminturşuların sərf olunma norması hazırlanmışdır. Y.n. daimi deyil.Yem rasionu Y.n. əsasında düzəldilir.YEM RASİONU – heyvanların qidalı maddələrə tələbatına görəyem norması. Yemlərin qidalılığı və tərkibi əsasında hazırlanan sutkalıq493

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!