13.07.2015 Views

EKOLOJİ LÜĞƏT

EKOLOJİ LÜĞƏT

EKOLOJİ LÜĞƏT

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────mezofil dominantlar daxildir. V. anlayışı L.Q.Ramenski (1936)tərəfindən irəli sürülmüşdür. Belə növləri o, həmçinin «dünya bitkiörtüyünün pələngləri”» adlandırır.VİRULENTLİK – patogen mikroorqanizmlərin digər orqanizmlərədaxil olub onlarda xəstəlik törətməsi.VİRUS XƏSTƏLİKLƏRİ – virusların törətdiyi xəstəliklər. İnsan,heyvan, quş, balıq, həşərat, bitki, ibtidailər və hətta bakteriyalar tutulur.V.x-nə çiçək, su çiçəyi, qızılca, məxmərək, ploimielit, epidemik hepatit,epidemik və endemik ensefalitlər, sarı qızdırma xəstəlikləri aiddir.VİRUSLAR – süzülən viruslar, ultraviruslar – bitki, heyvan vəinsanlarda yoluxucu xəstəliklərin törədicisi. Yalnız canlı toxumla çoxalabilir. V. başqa orqanizmlərdən aşağıdakı xüsusiyyətlərilə fərqlənir: 1) V.mikroorqanizmlərin ən kiçiyi olduğu üçün (m.mk.-la ölçülür)bakterioloji filtrdən süzülür; 2) tərkibində yalnız bir tipli nukleinturşusu, RNT və ya DNT olur; 3) parazit olub, canlı hüceyrədə çoxalır;4) hüceyrə quruluşu olmayan ən bəsit canlı mikroorqanizmlərdir.VİRUSŞÜNASLIQ – virusların tədqiqi ilə məşğul olan elmi fənn.VİTAMİNLƏR – insan, heyvan orqanizmlərinin və s. qidalanmasıüçün əsas qida maddələrinə (zülal, yağ, karbohidrat və duzlara) nisbətəncüzi miqdarda tələb olunan üzvi maddələr qrupu. Orqanizmin həyatfəaliyyəti və maddələr mübadiləsinin normal getməsi üçün B.-inolduqca böyük əhəmiyyəti var. İnsan və heyvanlar vitamini bilavasitəbitkilərdən və ya dolayı yolla heyvan məhsullarından alır. Suda həll olanV.: askorbin turşusu (C vitamini), tiamin (B vitamini) ribovlavin (B 2vitamini), B 6 vitamini, kobalamin (B 12 vitamini), niabin (PP vitamini),folasin (foliyeva turşusu), hantoten turşusu, biotin. Yağda həll olan B:retinol (A vitamini), kalsiferol (D vitamini), tekoferol (E vitamini),filloxanonlar (K vitamini).VİTAMİNLİ BİTKİLƏR – tərkibində xeyli miqdarda vitamin vəya vitaminlərin fizioloji aktiv hissəsi – provitamin olan bitkilər.Vitaminlərlə, xüsusən «C» vitamini zəngin olan bitkilər: itburnumeyvəsi (4500 mq%-ə qədər), qoz (3000 mq%-ə qədər), çaytikanı (300-500 mq%-ə) quşarmudu 220 mq%, çiyələk (120-200 mq%). Alibitkilərin demək olar ki, hamısında A provitamini olan karotin vardır.Qırmızı və sarı meyvələr, yerkökü karotin ilə daha zəngindir. Yeməligöbələklər PP vitamini, taxıl bitkiləri toxumunun rüşeymi B 1 , B 2 , eləcədə PP vitamininin təmiz preparatlarını istehsal etmək üçün itburnumeyvəsindən, konsentratlarını hazırlamaq üçün isə qozdan (kal halda),qırmızı istiotdan, qarağat, çay tikanı və s. bitkilərin meyvəsindənistifadə olunur. Bitkilərin hamısında D provitamini olan sterinlər var.482

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!