13.07.2015 Views

EKOLOJİ LÜĞƏT

EKOLOJİ LÜĞƏT

EKOLOJİ LÜĞƏT

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────ağac və kollar üçün 220-260, həmişəyaşıl bitkilər üçün 365 gün (bütün ilboyu) hesab olunur.VEGETASİYA ÜSULU – bitkilərin vegetasiya evi və laboratoriyaşəraitində becərilməsi üsulu. V.ü. ilə qida maddələrinin fizioloji rolu,onların bitki orqanizminə daxil olması, mühit reaksiyasının (pH), işığın,temp-run, aerasiyanın, müxtəlif suvarma normalarının, gübrələrin,torpaqdakı zərərli duzların bitkiyə təsiri, bitkilərin kimyəvi vasitələrləmühafizə edilməsi və s. məsələlər dəqiq öyrənilir. Müxtəlif amillərinbitki üçün əhəmiyyətini müəyyən etməkdən ötrü vegetasiya qablarınatorpaq, təmiz kvars qumu, yaxud distillə edilmiş su (su kulturasında)doldurulur. V.ü. ilə alınmış məlumat tarla şəraitində yoxlanılır.VEGETATİV ÇOXALMA – qeyri cinsi çoxalma növlərindən biri;ana orqanizmin müəyyən hissəsindən yeni orqanizm əmələ gəlməsi.Mikroorqanizmlər, ibtidai heyvanlar, təxminən bütün bitkilər V.ç.üsulu ilə artır. Ali bitkilər vegetativ orqanalarla (firqəndə, sürünəngövdənin hissələri, bığcıq və kök pöhrələri) artır. Bir çox dekorativ vətərəvəz bitkiləri soğanaqla, çoxillik bitkilər isə bir qayda olaraqkökümsovla çoxalır. Bitkiçilikdə çiliklə çoxalma geniş yayılmışdır.Meyvəçilikdə, meşəçilikdə firqəndə, çilikbasdırma və calaq üsulu geniştətbiq edilir.VEGETATİV HİBRİDLƏŞDİRMƏ – calanmış bitkidə calaqlacalaqaltının qarşılıqlı təsiri. Onların bir-birinə təsiri uzunmüddətli olsada V.h.-də əsas növ xüsusiyyətləri dəyişmir. Calaq və calaqaltı öz cinsixüsusiyyətlərini saxlayır və cinsi çoxalmada bu xüsusiyyətlər nəsləkeçmir. V.h. üsulunu İ.V.Miçurin işləyib hazırlamışdır.VEGETATİV ORQANLAR – bitki orqanizminin yaşayışını vəqidalanmasını təmin edən hissələr. İbtidai bitkilərdə vegetativ cisim(tallom) bir hüceyrədən ibarət olub, orqanlara ayrılmır. Alaq bitkilərindəəsas V.o. kök, gövdə və yarpaqdır.VEKTOR (yun. Vector) – digər orqanizmlərə patogen agentlər(viruslar, bakteriyalar, ibtidailər, qurdlar və s.) yayan orqanizmlər. Ənçox həşəratlar arasında rast gəlinir.VENESİYA SİSTEMİ – Beynəlxalq Limnologiya Konqresində(Venesiya, İtaliya, 1958) qəbul edilmiş təbii suların duzluluq dərəcəsinəgörə təsnifat sistemi.480

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!