13.07.2015 Views

EKOLOJİ LÜĞƏT

EKOLOJİ LÜĞƏT

EKOLOJİ LÜĞƏT

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────tarlaqoruyucu meşə zolaqlarının salınması hesab olunur.Kənd təsərrüfatı üçün ən təhlükəli meteoroloji hadisələrdən birisayılır. Bu hadisə həm təbii, həm də antropogen faktorların təsirilə başverir.Tozlu tufanlar kompleks aqrometeoroloji faktorlar nəticəsində başverir. Onlara güclü küləklər (10-20 m/s), torpaq səthinin quru və tozluqumluolması, tarlada bitki örtüyünün zəif inkişaf etməsi, geniş açıqsahələrin mövcudluğu aiddir. Tozlu tufanlar adətən havanın nisbirütubətliyi 50%-dən aşağı olduqda baş verir. Göstərilən kompleksfaktorlar çöl, yarımsəhra və səhra zonalarında baş verir.Azərbaycanda tozlu tufanlar külək eroziyası şəklində əsasən,Abşeron yarımadasında müşahidə edilir.TÖKÜNTÜ (BİTKİNİN) – Bitkinin ölü hissəsi olub ölü kütləyəaiddir, bura torpağın səthinə və ya su hövzəsinin dibinə tökülənyarpaqlar, budaqlar, çiçəklər, toxumlar, meyvələr, qabıqlar, tozcuqlar,sporlar və s. daxildir. İllik töküntü bəzi bitki qruplaşmalarında (xüsusiləmeşə) torpaq səthində döşənək yaradır. Torpağın səthinə, sonra isə onunqatlarına töküntü ilə bitki sintez edən üzvi maddə ilə yanaşı, torpaqqatlarından mənimsənilən mineral (kül elementləri) maddələr də daxilolur.TÖKÜNTÜLƏR – dağ süxurlarının sortlaşmamış və kobudqırıntılarının dağ yamacı özülündə və aşağı hisəsində toplanmışyığıntılar. Onlar dağ süxurlarının aşınması və yamac boyu aşağıya doğruyuvarlanması nəticəsində yaranır. Bu proseslər bəzən töküntü eroziyasıda adlanır.Mergellər və gilli şistlər yayılmış yamaclarda daha çox müşahidəolunur. T. çox vaxt geniş, münbit torpaq sahələrini örtür. Tərkibində tozvə gil funksiyaları olan T. ərinti və yağış suları ilə eroziyaya məruzqalır. Yarğan yamaclarının aşağı hissələrində də xeyli T. yığılır vəmüvəqəti axınlarla yarğanlardan çıxarılır.TÖKÜNTÜLƏRDƏ BİTKİLƏR ÜÇÜN ZƏHƏRLİLİK(TOKSİKLİK) – süxur töküntülərində suda asan həll olunan və bitkilərüçün zərərli duzların miqdarının yol verilən həddən (>0,25%) çox,yüksək qələvi (su suspenziyasında pH-ın 9,0-dan yuxarı) və güclü turşmühitin (pH-3,5-dən aşağı) olması ilə yaranır. Töküntülərdə ağır465

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!