13.07.2015 Views

EKOLOJİ LÜĞƏT

EKOLOJİ LÜĞƏT

EKOLOJİ LÜĞƏT

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────tərəfindən onun sərf edilməsi və istifadəsini təyin edən hadisə vəproseslərin məcmusu; torpaq münbitliyinin amillərindən biri. T.s.r.torpağın tərkibi və xassələrindən (hiqroskopikliyi, susızdırması, sututumu və s.) iqlim və hava şəraitindən, relyefdən, torpaqhazırlanmasının (şumlanması) üsulundan, becərilən bitkininxüsusiyyətindən asılıdır. Torpağın su balansı müəyyən dövr ərzində onadaxil olan sulardan (atmosfer yağıntıları, kondensasiya olunan atmosfersuyu, qonşu sahələrdən daxil olan səthi və torpaq su axımı, suvarmasuyu) və xaric olan sulardan (səthi və torpaq su axınları, bitki tərəfindənvə torpaqdan buxarlanan sular) ibarətdir.Torpağın hazırlanması üsulları, fiziki, kimyəvi və mikrobiolojiproseslər, bitkinin su ilə təmin olunması T.s.r.-ndən asılıdır. T.s.r.-nitəmin etmək üçün torpaq suyunu toplamaq, saxlamaq və səmərəliistifadə etmək lazımdır (qarın toplanması, qar suyunun saxlanması,torpağın düzgün hazırlığı, suvarma, qurutma və s.). T.s.r. hava və istilikrejimləri, həmçinin bitkinin qida rejimi ilə sıxı əlaqədardır.TORPAĞIN SUSIZDIRMASI – məsaməli cisim kimi torpağınözündən sukeçirmə qabiliyyəti. Vahid zamanda torpağın səthindəntorpağa sızan su qatının qalınlığı T.s.-nın miqdarını göstərir.TORPAĞIN SU TUTUMU – torpağın müəyyən şəraitdə bu və yadigər miqdarda udub saxladığı suyun miqdarı. Torpağın suyu saxlamaqqabiliyyətinə görə tam, kapilyar, adsorbsion-maksimal, differensial,maksimal-molekulyar, ümumi, nisbi, çöl və s. T.s.t. ayrılır.TORPAĞIN TURŞULUĞU – Torpaq məhsulunda hidrogenionlarının (H + ) olması ilə torpağın xassəsi. pH-la ifadə olunur (hidrogenionlarının qalığının mənfi loqarifmi). Turş torpaqlarda pH 7-dən aşağı,neytral torpaqlarda 7-yə yaxın, qələvi torpaqlarda 7-dən yüksək olur.Turş torpaqlara üstünlük verən orqanizmlər oksilofitlər (bitki) vəoksilofitlər (heyvan) adlanır.TORPAQDA MADDƏLƏRİN FON MİQDARI – torpaqdamaddələrin miqdarı onun təbii tərkibinə uyğun gəlir.TORPAQDA RÜTUBƏTLİK DEFİSİTİ – həyati proseslərinnormal keçməsi üçün labüd olan rütubətliyin çatışmaması.TORPAQDA RÜTUBƏTİN EHTİYATI – Müəyyən dərinliyəqədər torpaqda olan suyun miqdarı (mm-lə və ya m 3 /ha-la). Torpaq455

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!