13.07.2015 Views

EKOLOJİ LÜĞƏT

EKOLOJİ LÜĞƏT

EKOLOJİ LÜĞƏT

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────TƏNƏFFÜS – Oksigenin orqanizmə daxil olması və ondan karbonqazının xaric olunmasını (xarici T.) təmin edən proseslərin məcmusu;üzvi maddələrin oksidləşməsi və canlıların həyat fəaliyyətində zərurienerjinin azad olunması üçün (Toxuma T-ü, hüceyrə T.-ü) hüceyrə vətoxumaların oksigendən istifadə etməsi.TƏNƏZZÜL EDƏN POPULYASİYA – cavan yaş sinfinə mənsubolan fərdlər olmayan populyasiya. T.e.p. adətən ölümə doğru gedir.TƏNƏZZÜL POPULYASİYASI – bir qayda olaraq fərdlərivegetativ yolla artır, toxumları tam yetişmək həddinə çatmadığındanməhv olur və meyvə əmələ gətirmir (məs. növruzgülü və inciçiçəyipopulyasiyaları).TƏRƏQQİ (canlı təbiətdə) – təkamül prosesində orqanizmlərinmürəkkəbləşməsi və təkmilləşməsi. A.N.Seversov (1925) T.-i ayırır:bioloji T. (arealın genişlənməsi, müəyyən taksonun fərdlərinin sayınınartması və asılı sistemin qruplara parçalanması) və morfoloji T.(mürəkkəbləşmə və təkmilləşmə yolunda orqanizmlərin təkamülü).V.Frans (1935) biotexniki T. (faydalılıq, effektlik, canlı sistemin faydalıtəsiri əmsalı) konsepsiyasını hazırlamışdır. İ.İ.Şmalqauzen (1938) canlısistemin inteqrasiyasının təkmilləşdirilməsi konsepsiyasını,nəzəriyyəsini irəli sürmüşdür.TƏRƏQQİ EDƏN POPULYASİYA – doğumun artması hesabına(adətən ölümdən çox) sayı daim çoxalan populyasiya (birillik ot bitkilərivə birhüceyrəli yosunlar (yazda), bir çox həşərat növü və s.TƏHLÜKƏLİ RİSK ZONASI – quru səthində və ya Dünya Okeanıakvatoriyasında insanın fəaliyyəti təhlükəli situasiya yarada biləcək yer,məs: dəniz şelfində neftin sualtından çıxarılması zonası, tankerlərinkeçməsi üçün təhlükə yaranır, onların qəzası nəticəsində neftindağılması baş verə bilər və s.TƏHLÜKƏSİZLİK FAKTORU – zərərli kimyəvi maddələrin vəya agentlərin toksik və yol verilən toksik olmayan konsentrasiyasıarasındakı nisbəti.TƏHLÜKƏSİZLİK TEXNİKASI – əmək mühafizəsibölmələrindən biri; zərərli (təhlükəli) istehsal amillərinin işləyənlərətəsirinin qarşısını almaq üçün təşkilatı və texniki tədbir və vasitələrsistemi.440

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!