13.07.2015 Views

EKOLOJİ LÜĞƏT

EKOLOJİ LÜĞƏT

EKOLOJİ LÜĞƏT

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────ŞŞABALIDI TORPAQLAR – quru çöllərin (bozqırların) zonaltorpaq tipi. Azərbaycanda düzənlik və dağətəyi sahələrdə yayılmışdır;çəmən şabalıdı torpaqlarla birlikdə ərazinin 20%-dən çoxunu təşkil edir.Bitkiləri quru bozqır tiplidir. Azərbaycanda taxıl əkinlərinin vəüzümlüklərin çoxu bu torpaqların payına düşür. Son vaxtlar Ş.t. bozqəhvəyitorpaq tipi kimi də göstərilir.ŞAQULİ MİQRASİYA – zoohidrobiontların daha əlverişli şəraitaxtarmaq (qida, işıq, temperatur və s.) üçün müntəzəm olaraq vaxtaşırıkütləvi surətdə şaquli istiqamətdə yerini dəyişməsi.ŞAQULİ TEMPERATUR QRADİYENTİ – atmosferdətemperaturun hündürlüyə görə (hər 100 m-də dərəcə ilə) dəyişməsinigöstərən vektor.ŞAM FƏSİLƏSİ (Pinaceae). Bu fəsiləyə şam, qaraşam, sidr,küknar, ağşam, tsuqa və psevdotsuqa daxildir, hamısı iynəyarpaqlı ağaclardır.Azərbaycanda 2 növ şam ağacı bitir: qarmaqvari şam və eldar şamı.Qarmaqvari şam (Pinus Sosnowskyi) və ya Sosnovski şamınaBöyük Qafqazın cənub yamacında Balakənçay hövzəsində dənizsəthindən 800-1000 m yüksəklikdə dik qayalarda, Göygöl və Maralgölətrafında (Kəpəz dağında), Tovuz rayonunda Zəyəmçay və Əsrikçayhövzələrində, kiçik sahələrdə rast gəlinir.Eldar şamı (Pinus eldarica) Azərbaycanın endem ağac növü olubdünyada təbii halda yeganə bitmə yeri Qabırrıçayın sağ sahilindəEllərqoyuğu dağıdır. Adı Azərbaycanın Qırmızı kitabına salınmışdır.Eldar şamından Azərbaycanın düzən və dağətəyi rayonlarında, ən çoxAbşeronda yaşıllaşdırmada geniş istifadə olunur.Ş.f.-nə daxil olan adi şam mavi küknar, hələb şamı, Krım şamı vəhimalay sidrinə də respublikamızda meşəsalma yaşıllaşdırma işlərində423

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!