13.07.2015 Views

EKOLOJİ LÜĞƏT

EKOLOJİ LÜĞƏT

EKOLOJİ LÜĞƏT

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────SÜNİ SEÇMƏ – Hər hansı cinsdən, yaxud sortdan və təsərrüfatcəhətdən daha qiymətli olan heyvan və bitkinin yetişdirmə məqsədi iləseçilməsi. S.s. terminini 1859-cu ildə Ç.Darvin təklif etmişdir. S.s.kortəbii və metodiki olur. Kortəbii S.s. anlayışını Ç.Darvin belə izahedirdi: hələ ibtidai maldarlar və əkinçilər daha qiymətli heyvan vəbitkiləri qoruyub saxlamağa, onlardan nəsil almağa cəhd göstərmişlər.Nəsildən-nəslə yaxşı heyvanların qorunub saxlanması sürüyetişdirməyə, yaxşı toxumun əkilməsi isə məhsulun daha da artmasınasəbəb olurdu. Orqanizmlərin təsərrüfat faydalı xassələrini gücləndirən,yaxud zərərli əlamətləri zəiflədən bütün mutasiyalar cinsdə, ya da sortdaavtomatik olaraq dərinləşmiş və yayılmışdır. Kortəbii S.s. mexanizminəvə nəticələrinə görə təbii seçməyə yaxındır. Metodik S.s.-dənməqsədyönlü olması ilə fərqlənir və kütləvi və fərdi metodiki seçməşəklində aparılır. Fərdi metodiki seçmə daha səmərəlidir; bu zaman hərbir valideyn forması təkcə özünə məxus keyfiyyətinə görə deyil, həm dəbu keyfiyyətləri nəslə vermək qabiliyyətinə görə qiymətləndirilir.SÜNİ YAĞIŞYAĞDIRMA – 1) reagentlərin köməyilə buludlardanyağış şəklində yağıntı əmələ gətirmək; 2) kənd təsərrüfatı bitkilərinisuvarma üsulu. Belə suvarmada su sahəyə maşınlar və apparatlarvasitəsilə yağış kimi səpələnir. S.y. üsulu ilə suvarmada istənilən torpaqqatını suvarmaq olur; əsasən qrunt suları yer səthinə yaxın olansahələrdə tətbiq edildikdə yeraltı suların səviyyəsinin qalxmasının vətorpaqların şorlaşmasının qarşısını alır. S.y. üsulu ilə suvarmadaşırımlarla, yaxud zolaqlarla suvarmaya nisbətən suya 30-35% qənaətolunur, k.t. bitkilərinin məhsuldarlığı 15-20% artır.SÜRÜ – 1) Davranışında qarşılıqlı əlaqə olan, bir növə mənsubməməlilər qrupu; yəni müəyyən vaxtda eyni cür davranan, çox vaxtfəallıq ritmi eyni olan və vahid hərəkət istiqamətinə malik heyvanlar. 2)Ayrı-ayrı təsərrüfatlarda saxlamaq, kökəldilmək və otarılmaq üçünformalaşmış heyvan qrupu. Ətlik istiqamətli qaramal sürüsü (naxır),qoyun sürüsü və at sürüsü (ilxı) və s. olur. 3) təsərrüfatda eyni cinsdənolan heyvanların miqdarı.SÜRÜNƏNLƏR, REPTİLİLƏR (Replitia) –onurğalı heyvanlarsinfi. Müasir S.-in 4 dəstəyə (pulcuqlular, timsahlar, tısbağalar və dimdikbaşlılar)mənsub 6500-dən çox növü məlumdur. S. təbiətdə qiymətli421

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!