13.07.2015 Views

EKOLOJİ LÜĞƏT

EKOLOJİ LÜĞƏT

EKOLOJİ LÜĞƏT

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────çox molekulyar atmosfer azotlu maddələrə çevrilir. Bə’zi aktinomisetlərvə paxlasız bitkilərin (qızılağac, akasiya, iydə və s.) köklərindəyumrucuq əmələ gətirən mikroorqanizmlər də A.f. m.-dir. Bir çox göyyaşılyosun növləri, bə’zi qırmızı və yaşıl yosun növləri, bə’zi qırmızıvə yaşıl kükürd bakteriyaları da fəal azot fiksatorlarıdır.AZOTOFİL ORQANİZM – yalnız azotla zəngin olan torpaqdayaşayan bitkilər (kəndalaş, gicitkən, sirkən və s.).AZOTUN DÖVRANI – bu proses yağıntı vasitəsi ilə azotbirləşmələrinin ekosistemə daxil olması ilə başlanır, torpaqmikroorqanizmləri ilə azot fiksə olunur və bitki tərəfindən mənimsənilir,sonra ekosistemin trofik kanalları vasitəsilə hərəkət edərək redusentəçatdırılır. Burada nitritlər və nitratlar əmələ gəlir. Ekosistem azotununəsas hissəsi torpaqda toplanır. Buradan azot yenidən bitki orqanizminə,sonra isə dövranın daxili kanallarına daxil olur. Azotun bir hissəsi isədenitrifikasiya prosesindən sonra atmosferə daxil olur.AZTULLANTILI İSTEHSAL – az miqdar tullantılı optimalsənaye istehsalı. A.İ. ətraf mühitin çirklənmədən mühafizəsinin əneffektiv və perspektiv formasıdır.AYSBERQ – qütb ölkələrində buzlaqdan qopub dənizlərdə üzən iribuz parçaları. Ən iri A. Antarktida və Qrenlandiya buzlaqlarından əmələgəlir. A. gəmilər üçün böyük təhlükə yaradır.AVİOYEMLƏMƏ – Təyyarə və ya vertolyotdan mineral vəmikrobioloji gübrələrin səpilməsi (verilməsi).AVİTAMİNOZ – uzun müddət vitaminsiz və ya az vitaminliyeməklə qidalanma nəticəsində baş verən xəstəlik. Qidada S, V, D vəRR vitaminlərinin çatışmazlığı skorbut, beri-beri, raxit, pellaraxəstəliklərinə səbəb olur. Polivitaminoz (eyni vaxtda bir neçə vitamininçatışmazlığı) və hipovitaminoz (qidada vitaminin normadan az olması)daha çox təsadüf edilir.AVİFAUNA – bax Ornitofauna.AVTOQAMİYA – 1) – öz-özünə tozlanma – eyni bir çiçəyintozcuğunun həmin çiçəyin dişiciyi ağızcığına düşməsi; 2) öz-özünəmayalanma – bir hüceyrə daxilində əmələ gələn ilk nüvənin birləşməsi.AVTOGEMOREYA – bə’zi həşəratların xüsusi qorxuducu mayeifraz edərək özünü düşməndən qoruması (qarışqalar, parəbüzən və s.).40

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!