13.07.2015 Views

EKOLOJİ LÜĞƏT

EKOLOJİ LÜĞƏT

EKOLOJİ LÜĞƏT

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────əsas üsulları öz daxili ehtiyatlarını (ferment, hormonal və əsəbnizamlanması) toplamaq (səfərbər etmək) və ona uyğun hərəkət etmək,o cümlədən sakitlik mərhələsinə və ya anabioza keçmək: Bax: istiyədavamlılıq, quraqlığa davamlılıq və soyuğa davamlılıq.ORQANİZMİN FAYDALILIĞI – şərti anlayış olub təbiətdə vəinsanın təsərrüfatında bitki və heyvanların rolunu qiymətləndirmək üçünişlədilir. Lakin elmi nöqteyi nəzərdən canlıları «faydalı”» və «zərərli”»kimi qiymətləndirmək düzgün deyil, belə ki, onların hər biri uzuntəkamüldən sonra təbiətin ümumi iqtisadiyyatında üstün yer tutaraqmüəyyən funksiyanı daşıyıb.ORQANİZMİN QAZINTI QALIQLARI – keçmiş geolojidövrlərdə yaşamış orqanizmlərin qalıqları və həyat fəaliyyətinin izləri.O.q.q. müxtəlif formalarda mühafizə edilmişdir. Bütöv halda ibtidaibitkilərdən yosunlar, bakteriyalar, ali bitkilərdən isə yanız az miqdardamamırlar və kiçik ayıdöşəyilər yaxşı mühafizə olunur. O.q.q. quruyanisbətən suda daha yaxşı mühafizə olunmuşdur.ORQANİZMLƏRİN KOLONİYASI – 1) bir növ orqanizmlərindaimi və ya müvəqqəti birgə yaşayan qrupu, onlardan hər biri ayrılıqdayaşamaq qabiliyyətinə də malikdir. Lakin evolyusion qonşuluqdayaşamağa alışaraq biri digərindən fayda alır. 2) Oturaq həyat keçirənorqanizmlərin daimi sığınacaqda məskən salması (bəzi yarasa növləri,qarışqalar və s.).Heyvan koloniyası olduqca müxtəlifdir: a) tək-tək formaların sadəərazidə yığışması; b) Koloniyanın mürəkkəb forması-məskunlaşmışheyvanlar bir neçə funksiyanı birgə (əlbir) yerinə yetirir (düşməndənmüdafiə, ehtiyat siqnalı). məs., qağayı, kayra, qaranquş, dolaşa, albatros;v) həşərat birliyinə xarakterik olan olduqca mürəkəb kaloniya tipi(termitlər, qarışqalar, arılar və s.). Belə koloniya ana və qız ailələrindənibarət olub qohumluq əlaqəsini nizamlayır. Bu vaxt həşəratlar bir çoxəsas funksiyanı birgə yerinə yetirir (çoxalma, müdafiə, özünü və nəsliniyemlə təmin etmək və s.). Bu zaman fərdlər və yaş qrupları arasındaməcburi əməkbölgüsü yerinə yetirilir. Kaloniyanın üzvləri biri-birilədaimi məlumat mübadiləsi əsasında fəaliyyət göstərir.ORQANİZMİN ŞÜALANMASI – canlı orqanizmlərə müxtəlifşüalanma növünün (infraqırmızı, ultrabənövşəyi, ionlaşmış və s.) təsiri.347

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!