13.07.2015 Views

EKOLOJİ LÜĞƏT

EKOLOJİ LÜĞƏT

EKOLOJİ LÜĞƏT

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────qurğuşun, molibden və b.OLİQOFAQLAR – az miqdar qida növləri qəbul edən heyvanlarməs., koala-yalnız evkalipt yarpağı ilə, bəzi balıqlar əsasən qurdlarla,yarasalar-cücülərlə, bayquşlar əsasən kiçik gəmiricilərlə qidalanır. Qidaresursunun azalması O. üçün təhlükəlidir. Belə ki, evkaliptağaclıqlarının sahəsinin azalması ilə əlaqədar koala məhv olmaqtəhlükəsi altındadır. O, ən çox tropik meşələrdə yayılmışdır, mülayimqurşaqda ona nisbətən az rast gəlinir.OLİQOQALİN ORQANİZMLƏR (yun. oligos - az) – duzluluğuaz intervalda dəyişən mühitdə məskunlaşan mikroorqanizmlər,heyvanlar və bitkilər.OLİQOSAPROB SU HÖVZƏSİ – az miqdarda üzvi maddəsi olansu hövzəsi, suyu şəffaf, soyuq olub tərkibi (hətta dərinliklərdə)oksigenlə zəngindir.OLİQOSAPROBLAR – təmiz, yaxud üzvi maddələrlə azçirklənmiş sularda yaşayan orqanizmlər. O.-a bəzi yaşıl və diatomyosunlar, çiçəkli bitkilər (məs., suzanbağı), bəzi rotatorilər, briozoylar,süngərlər, şaxəbığcıqlı xərçənglər, balıqlardan isə çəki, qızılxallı balıqaiddir.OLİQOTROF ORQANİZMLƏR – qidalı maddələr az olan (azmünbit) torpaqlarda inkşaf edən orqanizmlər. Oliqotrof bitkilərə erika,şam ağacı, ağbığ, tozağacı, sfaqnum mamırları və s. aiddir.OLİQOTROF SU HÖVZƏSİ – az miqdarda biogen maddələrəmalik olan su hövzəsi (tundranın üst bataqlıqları və gölləri, Dünyaokeanının mərkəzi subtropik vilayətlərində biogen elementlərçatışmadığından ilk məhsul aşağı olur).OMBROFİTLƏR (yun. ombuos - yağış) – atmosfer çöküntülərirütubətinin hesabına mövcud olan bitkilər, səthi kök sisteminə malikolur.OMBROFOBLAR – uzunsürən yağışlara davamsız bitkilər.OMNİSİD (lat. omnis - hamısı) – Yerdə bütün canlıların məhvedilməsi. Təbii (məs., ümumi planetar və kosmik fəlakət) və antropogen(dünya nüvə müharibəsi, qlobal ekoloji fəlakət və s.) faktorlarıntəsirindən yarana bilər. Bax: genosid, ekosid.ONTOGENEZ – orqanizmin fərdi inkişafı – orqanizmin yarandığı344

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!