13.07.2015 Views

EKOLOJİ LÜĞƏT

EKOLOJİ LÜĞƏT

EKOLOJİ LÜĞƏT

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────təzyiqi düşür və tərkibi dəyişir.Hazırda A. beş əsas təbəqəyə bölünür: birinci təbəqə troposferdir.Onun hündürlüyü qütblərdə 8-km-ə, ekvatorda 18 km-ə, Azərbaycanda12-14 km-ə çatır. Troposferdə hava sıxdır və bütün A. kütləsinintəqribən 75%-i buradadır. Troposferdən yuxarıda-stratosfer yerləşir,onun üst hissəsi 20-40 km hündürlükdə ozonosferi təşkil edir.Stratosferdən üstdə – 40-80 km arasında mezosfer, mezosferdənyuxarıda – 80 ilə 1000 km arasında termosfer (ionosfer) yerləşir.Axırıncı təbəqə ekzosfer adlanır. O, 1000 km-dən yuxarıda yerləşir.ATMOSFER AKUSTİKASI – akustikanın bir bölməsi; atmosferdəsəs dalğalarının yayılmasını öyrənir və atmosferi akustik üsullarla tədqiqedir. A.-a-nın mühüm vəzifələri atmosferin Yer səthinə yaxın və yuxarıtəbəqələrini tədqiq etmək, səs-küyün aradan qaldırılması yollarını, səsdalğalarının yayılmasını və s.-ni öyrənir.ATMOSFER AMİLİ – atmosferin fiziki vəziyyəti və kimyəvitərkibi ilə bağlı amil. (atmosferin seyrəkliyi, temperaturu, tərkibi,çirklənməsi və i.a.).ATMOSFER ÇÖKÜNTÜLƏRİ (YAĞINTILARI) – buludlardandamcı (yağış) və ya bərk halda (qar, dolu) yerə tökülən və havadan yersəthinə və ya əşya üstünə çökən (şeh, qrov) su. Yağıntının miqdarıdüşən suyun əmələ gətirdiyi qatın qalınlığı ilə, mm-lə ölçülür. A.ç. Yerkürəsində qeyri-bərabər, lakin qanunauyğun paylanır. Azərbaycandayağıntıların miqdarı və rejimi müxtəlifdir. Yağıntının orta illik miqdarı110 mm-dən (Puta) 1750 mm-ə (Kəkiran, Lənkəran) dəyişir. A.ç. havavə iqlimin mühüm elementlərindən olub kənd təsərrüfatı üçün böyükəhəmiyyətə malikdir. A.ç. xüsusi cihazlarla (yağışölçən, plüvioqraf vəs.) ölçülür.ATMOSFER FAKTORU – atmosferin fiziki vəziyyəti və kimyəvitərkibi ilə əlaqəli faktor (temperatur, seyrəklik dərəcəsi,çirkləndiricilərin olması).ATMOSFER FİZİKASI – atmosferdə baş verən fiziki proses vəhadisələrdən bəhs edən elm; atmosferi təşkil edən qazların xassələrini,onların radiasiyasını udması və şüalandırmasını və buxarınkondensasiyasını, buludların və yağıntıların əmələ gəlməsini,atmosferdə baş verən hərəkətlərin müxtəlif formalarını, həmçinin bu36

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!